Qanunvericilik › “Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.12.2025) › Tam mətn

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.12.2025)

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.12.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 149 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 dekabr 2025-ci il

1.1. Bu Qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-2.3-cü maddəsinin birinci cümləsinə uyğun olaraq hazırlanmışdır və mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra – qurumlar) tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin (bundan sonra – qiymətləndirilmə) aparılması qaydasını müəyyən edir.

1.2. Qiymətləndirilmə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən bu Qaydanın tələblərinə uyğun həyata keçirilir.

1.3. Bu Qayda əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. qiymətləndirilmə – qurumlar tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə cari vəziyyətin öyrənilməsi üçün sənədlərin və məlumatların toplanılması, onların yoxlanılması və təhlili, nəticələrin rəsmiləşdirilməsi üzrə fəaliyyət;

2.1.2. qiymətləndirilmə meyarları – qiymətləndirilmə altmeyarlarını əhatə edən göstəricilər toplusu;

2.1.3. qiymətləndirilmə altmeyarları – qiymətləndirilmənin aparılması üçün istifadə edilən və müvafiq ballarla ölçülən göstəricilər (indikatorlar).

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

3.1. Qiymətləndirilmə aşağıdakı mərhələlərdə aparılır:

3.1.1. aşağıdakı üsullarla müvafiq sənədlərin və məlumatların toplanılması:

3.1.1.1. qiymətləndirilmə aparılan quruma sorğu göndərilməsi;

3.1.1.2. elektron xidmətlərin təşkilinin və göstərilməsinin test edilməsi (elektron xidmətlərin qiymətləndirilməsi zamanı yoxlama məqsədilə xidmət alınması);

3.1.1.3. elektron xidmətlərin, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin istifadəçiləri arasında rəy sorğularının keçirilməsi;

3.1.1.4. yerində baxış keçirilməsi;

3.1.2. toplanılmış sənədlərin və məlumatların yoxlanılması və təhlili;

3.1.3. arayış və illik hesabatın hazırlanması.

4.1. Qiymətləndirilmə Nazirlik tərəfindən təsdiq edilən tədbirlər planına uyğun olaraq ildə 1 (bir) dəfə olmaqla keçirilir.

4.2. Növbəti il üçün tədbirlər planı hər il dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilərək Nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir. Qiymətləndirilmənin aparılması tarixi və müddəti barədə qiymətləndirilmənin başlamasına azı 15 (on beş) gün qalmış qiymətləndirilmənin aparılacağı quruma yazılı məlumat verilir.

4.3. Nazirlik tərəfindən qiymətləndirilməyə mütəxəssislər və müstəqil ekspertlər cəlb edilə bilərlər.

4.4. Qiymətləndirilmə qurumun normal fəaliyyətini pozmamaq şərtilə bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

4.5. Qiymətləndirilmənin aparılması üçün ilkin mərhələdə bu Qaydanın 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş meyarlar və altmeyarlar üzrə zəruri sənədlərin və məlumatların (elektron xidmətlərdən istifadəyə dair statistik məlumatlar daxil olmaqla), habelə bu Qaydanın 3 nömrəli əlavəsində nəzərdə tutulmuş məlumatların (bundan sonra – sənədlər və məlumatlar) təqdim edilməsi ilə bağlı qiymətləndirilmə aparılan quruma sorğu göndərilir.

4.6. Sorğunun göndərildiyi qurum Nazirliyin bu Qaydanın 4.5-ci bəndində göstərilən sorğusu daxil olduğu tarixdən 10 (on) iş günü müddətində sənədləri və məlumatları kağız və ya elektron daşıyıcıda Nazirliyə təqdim edir.

4.7. Qiymətləndirilmə zamanı elektron xidmətlərin təşkili və göstərilməsi müvafiq dövlət informasiya ehtiyatları və sistemləri üzərindən müraciətlər göndərilərək test edilir, habelə elektron xidmətlərin təşkili və göstərilməsi, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti ilə bağlı onların istifadəçiləri arasında EHİS vasitəsilə rəy sorğuları keçirilir.

4.8. Sorğu nəticəsində təqdim olunmuş sənədlərin və məlumatların yoxlanılması, habelə dövlət informasiya ehtiyatları və sistemləri üzərindən göndərilən müraciətlərin icra mexanizmi, qiymətləndirilmə meyarları və altmeyarları üzrə əlavə məlumatların toplanılması məqsədilə Nazirlik tərəfindən müəyyən edilmiş tarixdə yerində baxış keçirilir. Yerində baxışın keçirilmə tarixi barədə qiymətləndirilmə aparılan quruma ən geci 3 (üç) iş günü əvvəldən Nazirlik tərəfindən məlumat verilir.

4.9. Yerində baxışın müəyyən olunmuş tarixdə hər hansı səbəbdən keçirilməsi mümkün olmadıqda Nazirlik tərəfindən yeni tarix təyin olunur. Bu halda yerində baxış qiymətləndirilmə aparılan qurumu ən geci 3 (üç) iş günü əvvəldən məlumatlandırmaqla keçirilir.

4.10. Sorğu nəticəsində təqdim olunmuş sənədlər və məlumatlar yerində baxış zamanı təsdiqini tapmadıqda bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada akt tərtib edilir. Həmin akt qiymətləndirilmənin nəticəsi olaraq hazırlanmış arayışa əlavə edilir.

4.11. Yerində baxış zamanı “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi tələblərinə riayət edilməlidir.

4.12. Qiymətləndirilmə zamanı hər bir qurum üzrə qiymətləndirilmənin keçirilməsi üçün nəzərdə tutulmuş bu Qaydanın 4.1-ci bəndində göstərilən tədbirlər planı ilə müəyyən olunan son tarixə uyğun məlumatlar əsas götürülür və qiymətləndirilmə həmin məlumatlar əsasında aparılır.

4.13. Əvvəlki qiymətləndirilmə dövründə “5 ulduz” olaraq qiymətləndirilən elektron xidmətlər, dövlət informasiya ehtiyatları və sistemləri cari ildə qiymətləndirilmir və ya elektron xidmət göstərən, dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru olan qurumun təklifi əsasında qiymətləndirilir.

4.14. Bu Qaydanın 1 və 2 nömrəli əlavələri üzrə qiymətləndirilmə üçün hər bir altmeyarda qeyd edilən tələb tam şəkildə icra (tətbiq) edildikdə 1 (təmin edilir) qiyməti, icra (tətbiq) edilmədikdə və ya qismən icra (tətbiq) edildikdə 0 (təmin edilmir) qiyməti seçilir. Altmeyar qiymətləndirilən elektron xidmətin, dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyət sahəsinə və ya texniki göstəricilərinə şamil edilmədikdə N/A (şamil edilmir) seçilir. Yekun nəticənin hesablanması zamanı 1 (təmin edilir) qiyməti müsbət bal hesab edilir və N/A (şamil edilmir) olaraq qeyd edilən altmeyarlar isə mümkün nəticənin hesablanmasında nəzərə alınmır.

4.15. Bu Qaydanın 1 və 2 nömrəli əlavələrində qeyd edilən və “5 ulduz” sistemi üzrə hər ulduz sisteminə aid edilmiş altmeyarlara görə ayrılıqda toplanmış nəticə və mümkün nəticə hesablanır. Müvafiq ulduz sistemi üzrə toplanmış nəticə həmin ulduz sistemi və ondan yuxarı olan bütün ulduz sistemlərinə aid olan altmeyarlar üzrə alınan müsbət balların cəmindən ibarətdir. Müvafiq ulduz sistemi üzrə mümkün nəticə həmin ulduz sistemi və ondan yuxarı olan bütün ulduz sistemlərinə aid olan və şamil edilən altmeyarların ümumi sayından ibarətdir. Hər ulduz sistemi üzrə alınan müsbət bal ondan əvvəlki ulduz sistemləri üzrə müsbət balları da əhatə edir.

4.16. Qiymətləndirilmə nəticələrinin hesablanması zamanı altmeyarlara münasibətdə “1 ulduz” sistemi üzrə “0,2”, “2 ulduz” sistemi üzrə “0,4”, “3 ulduz” sistemi “0,6”, “4 ulduz” sistemi üzrə “0,8”, “5 ulduz” sistemi üzrə “1” çəki əmsalı tətbiq edilir.

4.17. Ümumi toplanmış nəticə hər bir ulduz sistemi üzrə toplanmış nəticə balının həmin ulduz sistemi üzrə çəki əmsalına vurulması nəticəsində alınan hasillərin cəmlənməsi yolu ilə əldə edilir. Ümumi mümkün nəticə hər bir ulduz sistemi üzrə müəyyən edilmiş mümkün nəticə balının həmin ulduz sistemi üzrə çəki əmsalına vurulması nəticəsində alınan hasillərin cəmlənməsi yolu ilə əldə edilir.

4.18. Ümumi toplanmış nəticənin ümumi mümkün nəticəyə faiz nisbəti əsasında yekun nəticə müəyyən edilir. Qiymətləndirilən elektron xidmətlərə, dövlət informasiya ehtiyatlarına və sistemlərinə yekun nəticəyə uyğun olaraq 0-20 faiz topladığı halda “1 ulduz”, 21-40 faiz topladığı halda “2 ulduz”, 41-60 faiz topladığı halda “3 ulduz”, 61-80 faiz topladığı halda “4 ulduz”, 81-100 faiz topladığı halda “5 ulduz” verilir.

5.1. Qiymətləndirilmənin həyata keçirilməsi nəzərdə tutulmuş qurumun rəhbəri qiymətləndirilmənin vaxtında və maneəsiz aparılmasına şərait yaratmalı və qiymətləndirilmənin nəticəsinə uyğun olaraq bu Qaydanın 5.2-ci və 6.4-cü bəndlərində nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

5.2. Qurum qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı aşağıdakıları yerinə yetirir:

5.2.1. Nazirliyin sorğularını cavablandırır, qiymətləndirilmənin həyata keçirilməsi üçün sorğu edilən sənədləri və məlumatları bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulmuş müddətdə Nazirliyə təqdim edir;

5.2.2. qiymətləndirilmənin aparılması, o cümlədən yerində baxış və rəy sorğularının keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə bağlı tədbirlər görür, qiymətləndirilmənin aparılmasına maneçilik törədilməməsini təmin edir;

5.2.3. qiymətləndirilmənin aparılması ilə bağlı əlaqələndirici şəxs (şəxslər) təyin edir və Nazirliyə bu barədə məlumat verir;

5.2.4. qiymətləndirilmənin nəticəsi ilə bağlı təqdim edilən arayışa uyğun olaraq bu Qaydanın 6.4-cü bəndində nəzərdə tutulmuş müddətdə tədbirlərin görülməsini təmin edir və Nazirliyə bu barədə məlumat verir;

5.2.5. göstərdiyi elektron xidmətlərin, habelə sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarının və sistemlərinin bu Qaydanın 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş meyarlara və altmeyarlara uyğunluğunu mütəmadi olaraq yoxlayır və çatışmazlıqların aradan qaldırılması, həmçinin həmin meyarların və altmeyarların təmin edilməsi üçün zəruri tədbirlər görür.

5.3. Qurum Nazirlik tərəfindən qiymətləndirilmənin nəticəsi barədə tərtib edilmiş arayışla tanış olmaq, habelə qiymətləndirilmənin nəticələrinə dair mülahizəsini bildirmək hüququna malikdir.

6.1. Qiymətləndirilmə zamanı toplanılmış sənədlər və məlumatlar təhlil edilərək Nazirlik tərəfindən arayış hazırlanır. Həmin arayışda elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin cari vəziyyəti, çatışmazlıqlar, qiymətləndirilmənin müəyyən edilən nəticəsi (qiymət qeyd edilməklə), habelə elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin funksional imkanlarının artırılması, təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təkliflər qeyd edilir.

6.2. Qiymətləndirilmənin nəticəsi olaraq Nazirlik tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

6.2.1. hazırlanmış arayışın layihəsi bu Qaydanın 6.3-cü bəndində nəzərdə tutulmuş müddətdə qiymətləndirilmənin nəticələrinə münasibət bildirilməsi üçün aidiyyəti quruma təqdim edilir;

6.2.2. qiymətləndirilmənin nəticəsi olaraq hazırlanmış yekun arayış aşkar olunmuş çatışmazlıqların bu Qaydanın 6.4-cü bəndində nəzərdə tutulmuş müddətdə aradan qaldırılması üçün aidiyyəti quruma göndərilir;

6.2.3. qiymətləndirilmə nəticəsində aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər verilir, əməli və metodiki kömək göstərilir.

6.3. Qurum arayış layihəsinə dair rəy və təkliflərini 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim edir. Qurumun qiymətləndirilmə nəticələri ilə bağlı rəy və təkliflərinə yekun arayışın hazırlanması zamanı baxılır.

6.4. Qurum təqdim olunmuş arayışda göstərilmiş çatışmazlıqları və təklifləri diqqətlə araşdırır, habelə arayış daxil olduğu gündən 2 (iki) ay müddətində çatışmazlıqların aradan qaldırılması ilə bağlı gördüyü tədbirlər, 2 (iki) aydan artıq icra müddəti tələb edən tədbirlər üzrə isə onların icra müddəti barədə məlumatları Nazirliyə təqdim edir. 2 (iki) aydan artıq icra müddəti tələb edən tədbirlər üzrə icra müddəti başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində icra nəticələrinə dair qurum tərəfindən Nazirliyə məlumat verilir.

6.5. Qiymətləndirilmənin nəticələri haqqında məlumatlar Nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.

Qiymətləndirilmənin nəticəsinə dair Nazirlik tərəfindən hazırlanmış (ümumiləşdirilmiş) illik hesabat növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur.

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”na

Xidmətin təqdim edildiyi yer:

xidmət qurumun rəsmi internet informasiya ehtiyatında yaradılmış “elektron xidmətlər” bölməsində təqdim edilir

xidmət Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra – EHİS) veb tətbiqində təqdim edilir

xidmət qurumun mobil tətbiqində təqdim edilir

xidmət EHİS-in mobil tətbiqində təqdim edilir

xidmətə müraciət imkanı proqram təminatı vasitəsilə təmin edilir

xidmətə müraciət imkanı interaktiv səsli cavab sistemi üzərindən təmin edilir

Xidmətə müraciət üçün xidmət istifadəçilərinin identikləşdirilməsi:

EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə təmin edilir

elektron imza vasitəsilə təmin edilir

iki faktorlu autentifikasiya tətbiq edilmiş istifadəçi adı və şifrə vasitəsilə təmin edilir

istifadəçi adı və şifrə vasitəsilə təmin edilir

Məlumatların təhlükəsiz işlənilməsinin təmin edilməsi:

istifadəçinin xidmətdən istifadə üzrə “gizlilik siyasəti” ilə tanışlığı təmin edilir

Xidmətə müraciət zamanı texniki imkanların təmin edilməsi:

məlumatların daxil edildiyi sahələrin məlumatların növünə uyğunluğu təmin edilir

daxil edilmiş və ya EHİS vasitəsilə əldə edilmiş məlumatların emal mərhələsinədək yekun formada nəzərdən keçirilməsi imkanı təmin edilir

daxil edilmiş və ya EHİS vasitəsilə əldə edilmiş, lakin göndərilməmiş (təsdiqlənməmiş) məlumatların daha sonra göndərilməsi üçün saxlanılması imkanı təmin edilir

Xidmətin dizaynına dair tələblərin təmin edilməsi:

xidmətin müxtəlif mərhələlərində interfeysin vahid dizaynda olması təmin edilir

xidmət istifadəçisinin adı istifadəçi ekranında təyin edilmiş yerdə əks olunur

statistik məlumatlar infoqrafikdə verilir

xidmət istifadəçisinin xidmətin hansı mərhələsində olduğunu göstərən məlumatlar istifadəçi ekranında təyin edilmiş yerdə əks olunur

icra edilən əməliyyatların nəticəsi və həmin əməliyyatların icrası zamanı baş vermiş xətalar barədə məlumat istifadəçi ekranında əks etdirilir

Xidmətdən istifadə üçün tələb olunan sənədlərin və məlumatların elektron formada əldə edilməsi:

xidmətin göstərilməsi üçün zəruri olan sənədlər və məlumatlar xidmət istifadəçisindən tələb olunmadan qurumun daxili informasiya ehtiyatlarından və sistemlərindən tam əldə edilir

xidmətin göstərilməsi üçün zəruri olan sənədlərin və məlumatların ən azı yarısı xidmət istifadəçisindən tələb olunmadan qurumun daxili informasiya ehtiyatlarından və sistemlərindən əldə edilir

xidmətin göstərilməsi üçün zəruri olan sənədlər və məlumatlar xidmət istifadəçisindən tələb olunmadan EHİS vasitəsilə digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən tam əldə edilir

xidmətin göstərilməsi üçün zəruri olan sənədlərin və məlumatların azı yarısı xidmət istifadəçisindən tələb olunmadan EHİS vasitəsilə digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilir

tələb olunan məlumatların (dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi mümkün olan məlumatlar istisna olmaqla) interaktiv qaydada doldurulması təmin edilir

tələb olunan sənədlərin (dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi mümkün olan sənədlər istisna olmaqla) sistemə yüklənilməsi təmin edilir

Müraciətlərin və elektron sənədlərin elektron imza vasitəsilə imzalanması:

müraciətlərin və elektron sənədlərin göndərilməsi üçün gücləndirilmiş elektron imza vasitəsilə imzalanması təmin edilir

Məlumatlandırmanın aparılmasının və bildirişlərin göndərilməsinin təmin edilməsi:

xidmətə müraciətin qəbulu ilə bağlı bildiriş (təsdiqetmə və xidmətin icra müddəti barədə) xidmət istifadəçisinə EHİS-də yaradılan şəxsi kabineti vasitəsilə təqdim edilir

xidmətə müraciətin qəbulu ilə bağlı bildiriş (təsdiqetmə və xidmətin icra müddəti barədə) xidmət istifadəçisinə qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinet vasitəsilə təqdim edilir

xidmətə müraciətin qəbulu ilə bağlı bildiriş (təsdiqetmə və xidmətin icra müddəti barədə) xidmət istifadəçisinə qısa mesaj (SMS) vasitəsilə təqdim edilir

xidmətə müraciətin qəbulu ilə bağlı bildiriş (təsdiqetmə və xidmətin icra müddəti barədə) xidmət istifadəçisinə elektron poçt vasitəsilə təqdim edilir

İnformasiya ehtiyatlarından və sistemlərindən istifadə edilməsi:

müraciət informasiya ehtiyatı və sistemi vasitəsilə real vaxt rejimində qeydiyyata alınır

müraciət informasiya ehtiyatında və sistemində (bütün proseslər üzrə) icra edilir

müraciətin icraçılar arasında bölgüsü (paylanması) informasiya ehtiyatı və sistemi üzərindən aparılır

Müraciətin emalı zamanı elektron imzadan istifadənin təmin edilməsi:

qurumun işçilərinin informasiya ehtiyatına və sisteminə daxil olması üçün EHİS-in “Vahid Giriş” altsistemi təmin edilir

qurumun işçiləri tərəfindən informasiya ehtiyatında və sistemində məlumatların emalı (yaradılması, təsdiq edilməsi və s.) zamanı təkmil sertifikatlı gücləndirilmiş elektron imzadan istifadə edilir

Məlumatlandırmanın aparılmasının və bildirişlərin göndərilməsinin təmin edilməsi:

xidmətin göstərilməsinin mərhələləri barədə bildiriş xidmət istifadəçisinə EHİS-də yaradılan şəxsi kabineti vasitəsilə təqdim edilir

xidmətin göstərilməsinin mərhələləri barədə bildiriş xidmət istifadəçisinə qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinet vasitəsilə təqdim edilir

xidmətin göstərilməsinin mərhələləri barədə bildiriş xidmət istifadəçisinə qısa mesaj (SMS) vasitəsilə təqdim edilir

xidmətin göstərilməsinin mərhələləri barədə bildiriş xidmət istifadəçisinə elektron poçt vasitəsilə təqdim edilir

Nəticənin təqdim edilməsi mərhələsi

İnformasiya ehtiyatlarından və sistemlərindən istifadə edilməsi:

xidmətin nəticəsi elektron informasiya ehtiyatlarında və sistemlərində məlumat əsaslı saxlanılır

xidmətin nəticəsi aidiyyəti qurumun informasiya ehtiyatlarına və sistemlərinə proaktiv qaydada göndərilir

Xidmətin icra müddətinə riayət edilməsi:

xidmət onun göstərilməsini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş müddətdə göstərilir

Xidmətin nəticəsinin təqdim edilməsi:

xidmətin nəticəsi real vaxt rejimində təqdim edilir

xidmətin nəticəsi elektron sənəd formasında təqdim edilir

xidmətin nəticəsində təqdim edilən sənədin identikliyinin və etibarlılığının Bar kod, QR kod, Ştrix kod və ya digər məlumatlarla yoxlanılması imkanı təmin edilir

xidmətin nəticəsində təqdim edilən məlumatın (sənədin) identikliyinin və etibarlılığının EHİS vasitəsilə yoxlanılması imkanı təmin edilir

Xidmətin nəticəsinin təqdim olunması zamanı elektron imzadan istifadənin təmin edilməsi:

qurumun işçiləri tərəfindən xidmətin nəticəsinin elektron sənəd formasında təqdim olunması üçün təkmil sertifikatlı gücləndirilmiş elektron imzadan istifadə edilir

Məlumatlandırmanın aparılmasının və bildirişlərin göndərilməsinin təmin edilməsi:

xidmətin nəticəsi, eləcə də xidmətin nəticəsinin təqdim edilməsində gecikmə olduğu halda həmin gecikmənin səbəbi və müddəti barədə bildiriş xidmət istifadəçisinə EHİS-də yaradılan şəxsi kabinet vasitəsilə təqdim edilir

xidmətin nəticəsi, eləcə də xidmətin nəticəsinin təqdim edilməsində gecikmə olduğu halda həmin gecikmənin səbəbi və müddəti barədə bildiriş xidmət istifadəçisinə qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinet vasitəsilə təqdim edilir

xidmətin nəticəsi, eləcə də xidmətin nəticəsinin təqdim edilməsində gecikmə olduğu halda həmin gecikmənin səbəbi və müddəti barədə bildiriş xidmət istifadəçisinə qısa mesaj (SMS) vasitəsilə təqdim edilir

xidmətin nəticəsi, eləcə də xidmətin nəticəsinin təqdim edilməsində gecikmə olduğu halda həmin gecikmənin səbəbi və müddəti barədə bildiriş xidmət istifadəçisinə elektron poçt vasitəsilə təqdim edilir

imtina edilmiş müraciətlər üzrə bildirişdə imtinanın əsaslandırılmış səbəbləri göstərilir

Xidmət haqqında məlumat almaq imkanının təmin edilməsi:

“Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ndə xidmət barədə bütün məlumatların aktuallığı müəyyən edilib

“Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ndə xidmət barədə məlumatlar mütəmadi yenilənir və aktualdır

xidmət “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ndə müəyyən edilmiş reqlamentə uyğun olaraq həyata keçirilir

xidmətin göstərilməsinin dayandırılması halları (profilaktik işlərin aparılması və s.) və aktiv olacağı vaxt barədə xidmət istifadəçisinə bildiriş təqdim edilir

xidmətin göstərilməsi (dayanması) ilə bağlı göstəricilər monitorinq edilərək izlənilir və toplanılır

Xidmətdən istifadə qaydaları haqqında məlumat əldə etmək imkanının təmin olunması:

xidmətin göstərildiyi pəncərədə xidmətdən istifadə qaydaları ilə bağlı yazılı istifadəçi təlimatı mövcuddur

xidmətin göstərildiyi pəncərədə xidmətdən istifadə qaydaları ilə bağlı istifadəçi video təlimatı mövcuddur

Xidmətin göstərilmə yerinə (vahid xidmət mərkəzlərinə, inzibati binalara və ya səyyar xidmətin göstərildiyi yerlərə) gəlmək tələb olunan hallarda elektron növbənin götürülməsi:

xidmətin göstərilməsinin hər hansı mərhələsində xidmət istifadəçisinin xidmətin göstərilmə yerinə (vahid xidmət mərkəzlərinə, inzibati binalara və ya səyyar xidmətin göstərildiyi yerlərə) gəlməsi tələb olunduqda istifadəçiyə elektron növbə götürmək imkanı yaradılır

Xidmət istifadəçisinin xidmətdən istifadə ilə bağlı məlumatlarını əldə etməsi və şəxsi kabinet imkanlarının təmin olunması:

xidmətin icra vəziyyətinin (statusu, icraçısı, icra müddəti və s.) qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinetdə və ya xidmətin göstərildiyi elektron pəncərədə izlənilməsi imkanı təmin edilir

xidmətin icra vəziyyətinin (statusu, icraçısı, icra müddəti və s.) EHİS-də yaradılan şəxsi kabinetdə izlənilməsi imkanı təmin edilir

qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinetdə xidmətdən istifadə tarixçəsinə baxmaq imkanı təmin edilir

EHİS-də yaradılan şəxsi kabinetdə xidmətdən istifadə tarixçəsinə baxmaq imkanı təmin edilir

Xidmətin bütün istifadəçi qrupları üçün müyəssərliyinin təmin olunması:

mətn olmayan məzmun üçün mətn alternativləri, audio və video məzmunlar üçün transkript, altyazılar, işarət dili təmin edilir

böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması və simvollararası məsafə təmin edilir

proseslərin klaviaturadan idarə olunmasının mümkünlüyü və səsli naviqasiya təmin edilir

xidmətin dizaynı istifadəçi ekranının ölçülərinə avtomatik uyğunlaşır

Şikayət və təkliflərin qəbulu, habelə xidmət istifadəçilərinin məmnunluğu ilə bağlı sorğuların keçirilməsi:

xidmətlə bağlı şikayət və təkliflərin göndərilməsi imkanı təmin edilir

xidmət zamanı istifadəçi məmnunluğunun ölçülməsi ilə bağlı sorğular keçirilir

xidmətlə bağlı şikayət və təkliflərin göndərilməsi, habelə texniki dəstək göstərilməsi real vaxt rejimində daimi (24 saat) fəaliyyət göstərən “onlayn əlaqə” bölməsi vasitəsilə təmin edilir

xidmət üzrə EHİS-in “əks-əlaqə” bölməsinə müraciət imkanı təmin edilir

xidmətin göstərilməsi zamanı xidmət pəncərəsini tərk etmədən real vaxt rejimində normativ hüquqi aktlarda nəzərdə tutulmuş rüsumlar və digər ödənişlər həyata keçirilir

digər onlayn ödəniş sistemlərinə (xidmətlərinə) keçid edilərək ödəniş həyata keçirilir

bank, poçt və ya xüsusi ödəmə terminalı vasitəsilə fiziki olaraq ödəniş həyata keçirilir

1. Qiymətləndirilmə zamanı proaktiv elektron xidmətlərdə müraciət mərhələsi üzrə müvafiq altmeyarlara maksimum bal verilir.

2. Elektron xidmətə müraciət etmək mümkün olmadıqda xidmət 1 nömrəli əlavəyə uyğun olaraq qiymətləndirilmir.

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”na

Strateji və idarəçilik sənədləri:

informasiya ehtiyatının və sisteminin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edilməsi

informasiya ehtiyatının və sisteminin “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri”nə daxil edilməsi

informasiya ehtiyatının və sisteminin əsasnaməsinin mövcudluğu

informasiya ehtiyatının və sisteminin uzun və ortamüddətli inkişaf planını müəyyənləşdirən Yol xəritəsinin mövcudluğu

informasiya texnologiyaları üzrə aktivlərin idarə edilməsi üzrə siyasət sənədinin mövcudluğu

məlumatların idarə edilməsi üzrə siyasət sənədinin mövcudluğu

süni intellekt həllərinin tətbiqi strategiyasının mövcudluğu

Prosedurlar və təlimatlar:

dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsizlik üzrə audit rəyi

yeni tətbiq proqramlarının istismara buraxılış prosedurlarının mövcudluğu

tətbiq proqramlarında, şəbəkə konfiqurasiyalarında və məlumat idarəetmə fəaliyyətlərində dəyişikliklərin, o cümlədən təcili dəyişikliklərin edilməsi üçün qaydaların mövcudluğu

məlumat emalı səhvlərinin araşdırılması və hesabat prosedurlarının mövcudluğu

ehtiyat nüsxəsi proseduru üzrə təlimatın mövcud olması

əməliyyatların (tranzaksiyaların) və ya əməliyyat (tranzaksiya) paketlərinin itmədiyini, qoşalaşmadığını və ya səhvən dəyişdirilmədiyini təsdiq edən prosedurların mövcudluğu

proqram təminatının dəstəklənməsi (mövcud problemlərin həll olunması, yenilənmələrin və təhlükəsizliyin təmini) üzrə təlimatın mövcudluğu

informasiya texnologiyaları üzrə (proqram təminatı, şəbəkə, sistem, məlumat bazaları və s.) texniki dəstək sisteminin təmin edilməsi

informasiya ehtiyatının və sisteminin fəaliyyətinin davamlılığının təmin edilməsi üçün fövqəladə hallarda bərpanı və vacib tətbiq proqramlarının davamlı işləməsini təmin edən ehtiyat əməliyyat planının mövcudluğu

ehtiyat əməliyyat planı əsasında informasiya ehtiyatının və sisteminin dövri olaraq test edilməsi və test məlumatlarının saxlanılması

ehtiyat əməliyyat planının dövri olaraq təkmilləşdirilməsi və həmin təkmilləşdirmə çərçivəsində ehtiyat əməliyyat planında edilən dəyişikliklərin rəsmiləşdirilməsi

fəaliyyətə təsir təhlilinin həyata keçirilməsi və sənədləşdirilməsi

Proqram təminatının tətbiqi

Proqram təminatının həyat dövrü:

informasiya ehtiyatının və sisteminin formalaşdırılması və təkmilləşdirilməsi zamanı texniki tapşırıq sənədinin mövcudluğu

tətbiq proqramlaşdırma interfeysi üzrə sənədləşmənin mövcudluğu

proqram təminatının kod sənədləşməsinin (funksiya izahatları, sinif izahatları, verilənlər strukturunun izahatları və s.) mövcudluğu

proqram təminatının yeni versiyasında hər hansı bir problem yarandıqda geri qaytarmaq üçün keçmiş versiyasının nüsxəsinin saxlanılmasının təmin edilməsi

metaməlumatların yaradılması zamanı müvafiq yoxlama mexanizmlərinin mövcudluğu

istismarda olan tətbiq proqramlarının ehtiyat mərkəzdə saxlanılmasının təmin edilməsi

əməliyyat tarixçəsinin ehtiyat mərkəzdə saxlanılmasının təmin edilməsi

informasiya ehtiyatının və sisteminin yüklülük səviyyəsinin və dayanma hallarının qeydiyyatının aparılmasının təmin edilməsi

hesabatlılıq üçün funksionallığın mövcudluğu

Proqram təminatının keyfiyyətinə nəzarət:

proqram təminatının istismara qədərki mühitinin mövcudluğu

proqram təminatının funksionallığının və onda aparılan dəyişikliklərin yoxlanılması üçün test olunması, eləcə də test məlumatlarının saxlanılması

istismara qədərki mühitlərdə həqiqi məlumatlardan istifadə olunmamasının təmin edilməsi

proqram təminatının test olunması sənədlərinin mövcudluğu

daxil və ya düzəliş edilən məlumatların düzgünlüyünün yoxlanılması (rəqəmlərin, intervalların redaktəsi və s.) və həmin yoxlamanın sənədləşdirilməsi

təkrarlanan səhvləri müəyyən etmək üçün səhvlər tarixçəsinin saxlanılması və nəzərdən keçirilməsi, eləcə də həmin nəzərdən keçirilmənin sənədləşdirilməsi

hazırlanan və təkmilləşdirilən tətbiq proqramlarının tamlığının və inteqrasiya oluna bilməsinin yoxlanılması, habelə həmin yoxlamanın sənədləşdirilməsi

proqram təminatının yüklülük testlərinin aparılması və test məlumatlarının saxlanılması

inteqrasiyanın Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin edilməsi

alınan məlumatların siyahısının (informasiya ehtiyatlarının və sistemlərinin adı və alınan məlumatlar qeyd edilir) mövcudluğu

ötürülən məlumatların siyahısının (informasiya ehtiyatlarının və sistemlərinin adı və alınan məlumatlar qeyd edilir) mövcudluğu

inteqrasiya səhvlərinin kodlaşdırılmasının təmin edilməsi

inteqrasiya zamanı qarşılıqlı əməliyyat tarixçəsinin saxlanılmasının təmin edilməsi

inteqrasiyanın sxematik təsvirinin mövcudluğu

tətbiq proqramlaşdırma interfeysinin inteqrasiyanın Reprezentativ Vəziyyət Transferi, Sadə Obyektə Müraciət Protokolu vasitəsilə və ya digər üsullarla təmin edilməsi

avtorizasiya əsaslı tətbiq proqramlaşdırma interfeyslərinin təmin edilməsi

İnformasiya ehtiyatı və sistemi:

paralel işlək proqram təminatının mövcudluğu

lisenziyalaşdırılan proqram təminatından istifadə edilməsi

proqram təminatının mütəmadi olaraq yenilənməsinin təmin edilməsi

informasiya ehtiyatında və sistemində, habelə servislərdə yaranan problemlərin proaktiv olaraq inzibatçıya göndərilməsinin təmin edilməsi

fiziki və virtual maşınların mərkəzləşdirilmiş idarəetmə sistemi vasitəsilə idarə olunmasının təmin edilməsi

informasiya ehtiyatının və sisteminin paralel idarə olunması, iş yükünün balanslaşdırılması və məlumatların ehtiyat nüsxələrdə saxlanılmasının təmin edilməsi

şəbəkə nasazlığı və ya məlumat itkisi halında bərpa etmənin qısa müddətdə həyata keçirilməsi üçün şəbəkə konfiqurasiyalarının ehtiyat nüsxələrinin əldə olunmasının avtomatlaşdırılmasının təmin edilməsi

avtomatik məlumatlandırma sisteminin quraşdırılmasının təmin edilməsi

Məlumatların idarə edilməsi:

məlumatların konfidensiallığı üzrə təsnifatlandırılmasının aparılması

məlumatların inventarizasiyasının aparılması

məxfi və fərdi məlumatların anonimləşdirilməsinin həyata keçirilməsi

məlumatların miqrasiyası prosesinin təşkili prosedurunun mövcudluğu

məlumatların arxivləşdirilməsinin həyata keçirilməsi

məlumat itkisinin qarşısının alınması prosesinin təşkili

Məlumat İdarəçiliyi Alətlərinin olması

saxlanma müddəti bitmiş məlumatların təhlükəsiz (bərpası mümkün olmayan formada) silinməsinin təmin edilməsi

verilənlər bazasına göndərilən sorğuların yoxlanılmasının və həmin yoxlamanın sənədləşdirilməsinin təmin edilməsi

verilənlər bazasında birbaşa dəyişiklik edilməsinin qarşısının alınmasının təmin edilməsi

verilənlər bazasında məlumatların mühafizəsinin və əlaqəliliyinin təmin edilməsi, habelə təkrarlanmasının qarşısının alınması (normallaşma prinsipinə əməl edilməsi)

ehtiyat nüsxələrin yararlılığı ilə bağlı mütəmadi olaraq yoxlamaların həyata keçirilməsi və həmin yoxlamaların nəticələrinin sənədləşdirilməsi

məlumat bazasının sənədlərinin (verilənlər bazasının strukturu, məlumatların çoxaldılması və sinxronlaşdırılması (replikasiya), məlumatların tam eynilə əks etdirilməsi, inteqrasiya sxemləri və s.) hazırlanmasının təmin edilməsi

faylların saxlanılmasına mütəmadi olaraq nəzarət edilməsi və həmin nəzarətin nəticələrinin sənədləşdirilməsi

verilənlər bazasının klasterləşdirləşməsinin (verilənlər bazasının bir neçə server üzərində paralel fəaliyyəti) təmin edilməsi

verilənlər bazasının ehtiyat mərkəzdə yerləşdirilməsinin təmin edilməsi

məlumatların əlaqəliliyinin və verilənlər bazasının sxematik təsvirinin mövcudluğu

ilkin mənbə olan məlumatların unikal kodla kodlaşdırılmasının təmin edilməsi

ilkin mənbə olan məlumatların İnformasiya Mənbələrinin Reyestrində qeydiyyata alınmasının təmin edilməsi

məlumat bazasının dayanıqlılığının təmin edilməsi (məlumat bazasına qoşulan proqram təminatlarının həmin bazanın işlək olmadığı halda avtomatik olaraq digər məlumat bazasına yönləndirilməsinin təmin edilməsi)

məlumat bazasında baş verə biləcək gecikmə və hər hansı digər problemlərin əvvəlcədən təyin edilməsi üçün monitorinq sistemində xüsusi xəbərdarlıq mesajlarının qurulmasının təmin edilməsi

məlumat bazasında mütəmadi olaraq Bərpa Nöqtəsi üzrə Hədəf və Bərpa Müddəti üzrə Hədəf meyarlarının yoxlanılması və uyğun qeydlərin aparılmasının təmin edilməsi

istifadəçi xətalarına qarşı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi (istifadəçi xətaları nəticəsində silinən və ya dəyişdirilən məlumatların ən qısa zamanda məlumat bazasının xüsusi funksionallıqları vasitəsilə geri qaytarılmasının (nüsxədən bərpa olunmaması şərtilə) təmin edilməsi)

məlumatların idarə edilməsi üçün istifadə olunan texnologiyaların lisenziyalaşdırılmasının təmin edilməsi

verilənlərin yaradılmasından silinməsinə və ya arixivləşdirilməsinə qədər olan dövrün təyin edilməsi

məlumatların keyfiyyətinin idarə edilməsi prosesinin təşkil edilməsi

metaməlumatların idarə edilməsi prosesinin təşkil edilməsi

hesabatların birbaşa proqram təminatının verilənlər bazasındakı məlumatlar əsasında hazırlanmaması

işçilərin məlumatların idarə edilməsi sahəsində savadlılığının artırılması üçün mütəmadi olaraq təlim və tədbirlərin təşkil edilməsi

hesabatlılıq, məlumatların təhlili və vizuallaşdırılması üçün rəqəmsal (elektron) alətin mövcudluğu

hesabatın təsdiqlənməsi prosedurunun mövcudluğu

məlumatlara və hesabatlara əlçatanlığın funksional səlahiyyətlər üzrə bölgüsünün mövcudluğu

lazım olan anda hesabatın hazırlanması və qərarların qəbul edilməsi üçün real (1 dəqiqədən az) və ya reala yaxın (1-10 dəqiqə) vaxt rejimində məlumat emalı imkanlarının mövcudluğu

hesabatlılıq üçün məlumat modellərinin (konseptual, məntiqi və ya fiziki) mövcudluğu

struktursuz verilənlərin emalı (təhlilə hazır formaya salınması) prosesinin təşkil edilməsi

məlumatların əldə edilməsi, dəyişdirilməsi və köçürülməsi üçün proqram təminatının (ETL – Airflow, Oracle Data Integrator, SSIS) mövcudluğu

hesabatlar istifadə edilərkən səhvlər aşkarlandıqda araşdırılması və araşdırma nəticəsində hesabat verilməsi ilə bağlı prosedurların mövcudluğu

açıq məlumatların “Açıq məlumatlar” portalında yerləşdirilməsi

məlumat istifadəçilərinin dərin texniki bacarıqlara ehtiyacı olmadan öz hesabatlarını və vizuallaşdırma imkanının mövcudluğu

süni intellektlə işləyən həllərin tətbiq təsirinin ölçülməsi

süni intellekt layihələri üçün analitik vasitələrdən istifadə etməklə işçilərin bacarıq səviyyəsinin artırılmasının təmin edilməsi

Fiziki və virtual infrastruktur

“Hökumət bulud”u (G-cloud) xidmətlərindən istifadə:

informasiya ehtiyatının və sisteminin server infrastrukturunun aktiv hissəsinin “Hökumət buludu”nda (G-cloud) kolokasiya edilməklə yerləşdirilməsinin təmin olunması

informasiya ehtiyatının və sisteminin aktiv hissəsinin “Hökumət buludu”nun (G-cloud) infrastrukturundan istifadə edilməsinin təmin olunması (IaaS, PaaS, SaaS)

informasiya ehtiyatının və sisteminin server infrastrukturunun ehtiyat hissəsinin “Hökumət buludu”nda (G-cloud) kolokasiya edilməklə yerləşdirilməsinin təmin olunması

informasiya ehtiyatının və sisteminin “Hökumət buludu”nun (G-cloud) infrastrukturunda ehtiyat nüsxələrinin yerləşdirilməsinin təmin edilməsi

server otağının sxeminin mövcudluğu

server otağının yerləşmə yerinə dair tələblərə uyğunluğu:

binanın xarici divarı olmayan tərəfdə yerləşməsinin təmin edilməsi

otağın yerləşdiyi sahədə su və (və ya) kanalizasiya borularının olmamasının təmin edilməsi

divar örtüyünə dair tələblərə uyğunluq:

nəmə davamlı olmasının təmin edilməsi

yanğına davamlı olmasının təmin edilməsi

ekranlaşdırılmasının təmin edilməsi

rezerv elektrik təchizatının təmin edilməsi:

2 müxtəlif elektrik transformatorundan qidalanmanın təmin edilməsi

ən azı 1 ədəd elektrik generatorunun təmin edilməsi

fasiləsiz elektrik təchizatının mövcudluğu (bütün server və şəbəkə qurğularını ən azı 15 dəqiqə işlədə bilən ehtiyat gücə malik ən azı 2 ədəd əsas və ehtiyat Fasiləsiz Enerji Mənbəyi)

server otağında olan bütün avadanlıq və metal konstruksiyaların torpaqlanmasının təmin edilməsi (yerlə birləşdirilməsi, binanın ümumi yerlə birləşdirməsindən ayrı)

işıqlandırmanın tələblərə uyğunluğu:

işıqlandırma üçün qaz lampalarından istifadə edilməməsinin təmin edilməsi

hava ventilyasiyası və soyutma sistemlərinin tələblərə uyğunluğu:

normal temperatur həddi: 18-22oC təmin edilməsi

nisbi rütubət: 45-55% təmin edilməsi

temperatur monitorinq sisteminin mövcudluğu

rütubət monitorinq sisteminin mövcudluğu

tüstü və toz monitorinq sisteminin mövcudluğu

Fasiləsiz Enerji Mənbəyi monitorinq sisteminin mövcudluğu

hava soyuducularının monitorinq sisteminin mövcudluğu

yanğın siqnalizasiyasının mövcudluğu

qaz vasitəsilə yanğınsöndürmə sisteminin mövcudluğu

qaz-tüstü təmizləmə sisteminin mövcudluğu

hava axını monitorinq sisteminin mövcudluğu

falş döşəmənin mövcudluğu

kommunikasiya xətləri üzrə tələblərə riayət olunmasının təmin edilməsi (güc və məlumat kabelləri eyni daşıyıcı ilə aparıla bilməz, aralarındakı məsafə 50 sm-dən az olmamalıdır)

qapıların yanğına davamlı olmasının təmin edilməsi

mühafizə siqnalizasiyasının mövcudluğu (binanın mühafizəsindən ayrı, telefon və SMS məlumatlandırma imkanı olmalıdır)

avadanlıqlar arasında yüklülüyün düzgün bölünməsinin təmin edilməsi

şəbəkə və server avadanlıqları arasında şəbəkə perimetrinin qorunmasının mövcudluğu

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”na

altsistemlər üzrə təsvir

məlumat bazaları üzrə təsvir

inteqrasiya üzrə təsvir

texniki avadanlıqlar üzrə təsvir

proqram təminatı tərəfindən avtomatik formalaşdırılan məlumatlar

informasiya ehtiyatında və sistemində qurumun işçiləri tərəfindən mexaniki formalaşdırılan məlumatlar

digər inteqrasiya olunmuş informasiya ehtiyatlarından və sistemlərindən alınan məlumatlar

məlumatların strukturlaşdırılması:

metaməlumatların yaradılması üzrə strukturlaşdırma

metaməlumatların unikallığı

məlumatların arxivləşdirilməsi

məlumatlarda düzəlişlər üzrə qeydlərin saxlanılması

məlumatların informasiya ehtiyatına və sisteminə daxil edilən kimi real vaxt rejimində bütün əlaqəli informasiya ehtiyatlarında və sistemlərində əks olunması

məlumatların informasiya ehtiyatına və sisteminə daxil edildikdən sonra müəyyən edilmiş vaxtda əlaqəli informasiya ehtiyatlarında və sistemlərində əks olunması

məlumatların informasiya ehtiyatına və sisteminə daxil edildikdən sonra mexaniki formada əlaqəli informasiya ehtiyatlarına və sistemlərinə göndərilərək əks olunması

informasiya ehtiyatının və sisteminin fasiləsiz fəaliyyətinin təşkili:

paralel işlək informasiya ehtiyatının və sisteminin təmin edilməsi

ehtiyat mərkəzdə işlək informasiya ehtiyatının və sisteminin təmin edilməsi

informasiya ehtiyatının və sisteminin ehtiyat mərkəzdə saxlanmasının, mütəmadi yenilənməsinin və test edilməsinin təmin olunması:

məlumat bazaları üzrə

proqram təminatları üzrə

əməliyyat tarixçələri üzrə

informasiya ehtiyatının və sisteminin dəstəklənməsi işlərinin aparılması:

əməliyyat sistemləri üzrə

proqram təminatı üzrə

məlumat bazaları üzrə

lisenziyaların təmin edilməsi:

əməliyyat sistemləri üzrə

proqram təminatı üzrə

məlumat bazaları üzrə

texniki dayanıqlılığın təmin edilməsi

ilkin ehtiyat tədbirləri:

informasiya ehtiyatı və sistemi üzrə təhlükəsizlik siyasətinin olması

icazəsiz girişlərin qarşısının alınması üçün təhlükəsizlik sisteminin təmin edilməsi

məlumatların şifrələnməsi

inteqrasiya zamanı təhlükəsizliyin nəzərə alınması

fiziki təhlükəsizliyin təmin edilməsi

məlumatların ötürülməsi:

ötürülməli olan məlumatlar

ötürülmə üsullarının tam funksional olması

ötürülməli olan informasiya ehtiyatları və sistemləri

hazırda ötürülən informasiya ehtiyatları və sistemləri:

məlumatların alınması:

alınmalı olan məlumatlar

məlumat alınmalı olan informasiya ehtiyatları və sistemləri

hazırda məlumat alınan informasiya ehtiyatları və sistemləri:

alınan məlumatlarda çatışmazlıqlar

alınan məlumatların emalının xarakteri

informasiya ehtiyatına və sisteminə giriş üçün

sənədləri və məlumatları təsdiqləmə üçün

istifadə olunan hesabatlılıq alətləri (adı qeyd edilir)

Qeyd. Cədvələ tam və hərtərəfli daxil edilməsi mümkün olmayan məlumatlar əlavə sənədlərdə qeyd olunmaqla təqdim edilir.

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”na

Biz ________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

_____________________________________________________________ müəyyən etdik.

Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisi

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisi

__________________________ _________________

Qeyd. _____________________________________________________________________

________________________________________________________________________________

Aktı tərtib edən şəxs (şəxslər)

__________________________ _________________

__________________________ _________________

Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisi

__________________________ _________________

Qeyd. Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisinin aktın məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır.

Aktı imzalamaqdan imtina edildikdə, bu barədə müvafiq qeydlər aparılır:

_______________________________________________________________________________

_______________________________________________________________________________

Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisinə aktın surəti verilir.

______________________________________ _________________

(qurumun məsul işçisinin adı, soyadı və vəzifəsi) (imza)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver