15.0. Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları və icazələri müəyyən etmək, onlara dair tələbləri və onların verilməsi qaydalarını tənzimləmək məqsədi ilə daxili qaydalar formasında lisenziyalaşdırma və icazə qaydaları qəbul edir. Lisenziyalaşdırma və icazə qaydalarında aşağıdakılar göstərilir:
15.0.1. Azad Zonada lisenziyalaşdırma, icazə, viza və təsdiq tələblərinin, o cümlədən müvafiq lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin sayının, onların alınması xərclərinin və müddətlərinin, habelə hər bir müraciət üçün lazım olan sənədlərin sayının müəyyən edilməsi;
15.0.2. Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olan və "bir pəncərə" qaydasında işləyən Biznes Xidmətləri Mərkəzinin yaradılması və fəaliyyəti;
15.0.3. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər.