15.1. Yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün uyğunlaşdırılır.
15.2. Bu Qanunun 15.1-ci maddəsində göstərilən obyektlərin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması həmin obyektlərin sifarişçisi tərəfindən həyata keçirilir.
15.3. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər istisna olmaqla, əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılması onların vəsaiti hesabına təmin edilir.
15.4. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclər təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilir. Həmin xərclərin minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.