18.1. Əlilliyi olan məktəbəqədər yaşda uşaqların təlim və tərbiyəsi bu Qanunun 11-ci maddəsinə əsasən təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla həyata keçirilir.
18.2. Məktəbəqədər təhsil müəssisələrində əlilliyi olan uşaqların təlim və tərbiyəsi “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
18.3. Müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək, onlarda ictimai fəallıq oyatmaq məqsədi ilə onların məktəbdənkənar tərbiyəsi üçün lazımi şəraitin yaradılmasını təmin edirlər.