36.1. Əlilliklə bağlı məlumatların, o cümlədən ilkin statistik məlumatların toplanılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
36.2. Əlilliklə bağlı məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması zamanı insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsinə dair qəbul edilmiş beynəlxalq normalara, “Fərdi məlumatlar haqqında”, ”Rəsmi statistika haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməlidir.
36.3. Bu Qanunun 36-cı maddəsinə uyğun olaraq toplanılmış məlumatlardan əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı qarşılaşdıqları maneələrin müəyyən edilməsi və aradan qaldırılması üçün istifadə edilir.
36.4. Əlilliklə bağlı fərdi məlumatların mühafizəsinin təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.