9.1. Uşaqlarda əqli inkişafın gizli pozuntularını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək, onların sağlamlıq vəziyyətini dinamik müşahidə etmək və əlillik səviyyəsini azaltmaq məqsədi ilə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada icbari dispanserizasiyası həyata keçirilir.
9.2. Səhhətində fiziki, yaxud əqli inkişafında hər hansı pozulma riski və ya halı olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, hüquqi, sosial və digər yardım göstərilir. Bu cür yardımın metodları, forması, həcmi və müddəti bu Qanunun 11-ci maddəsinə uyğun olaraq tərtib edilmiş Fərdi Reabilitasiya Proqramı ilə müəyyən edilir.