Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Elmi işçilərin ictimai birlikləri və digər elmi fəaliyyət subyektləri

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Elmi işçilər elmi nəticələrin şərhi və təbliği, müxtəlif elmi problemlərin tədqiqi, elmi işçilərin peşə hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq könüllülük əsasında ictimai birliklər və fondlar yarada bilərlər.

16.2. Elmi işçilərin ictimai birlikləri və fondlar elmi fəaliyyətin əlaqələndirilməsi, təşkili və stimullaşdırılmasında iştirak edir.

16.3. Dövlət orqanları elmi işçilərin ictimai birliklərini müxtəlif problemlərin həlli ilə bağlı layihələrinin tərtib olunmasına, ekspertizasına, elmi maarifləndirmə, habelə müsabiqə əsasında maliyyələşdirilən elmi proqram və layihələrin hazırlanmasına, elmi müəssisələrin (təşkilatların) akkreditasiyası və elmi işçilərin attestasiyası proseslərinə cəlb edə bilər.

16.4. Elmi işçilərin ictimai birliklərinin elmi tədqiqatların aparılmasını sifariş vermək, təşkil etmək və elmi fəaliyyətin nəticələrinə görə mükafatlandırmaq hüququ vardır.

16.5. Digər elmi fəaliyyət subyektlərinə əsas fəaliyyəti elmi və elmi-texniki yaradıcılıq olmayan hüquqi şəxslər aid edilir və onlar öz tərkibində elmi və elmi-innovasiya fəaliyyətini həyata keçirən müxtəlif struktur bölmələri yarada bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver