Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Dissertasiya şurası

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Dissertasiya şurası vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün ali attestasiya orqanı tərəfindən yaradılır.

19.2. Dissertasiya şurasının yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir.

19.3. Dissertasiya şurası olmayan ixtisaslar üzrə birdəfəlik dissertasiya şuraları yaradıla bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elm sahələri üzrə fəaliyyət göstərən dissertasiya şurasının bazasında və ya ayrıca yaradılmaqla, bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur.

19.4. Dissertasiya şurasına təqdim edilən dissertasiya işləri üzrə rəsmi opponentlik haqqı ödənilən əmək fəaliyyətinə aid edilir və iddiaçının doktorantı və ya dissertantı, adyunktu olduğu elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi tərəfindən ödənilir.

19.5. Dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi), rəsmi opponentlər, dissertasiya şuralarının və onların nəzdində yaradılan elmi seminarların sədrləri və üzvləri müdafiə olunmuş dissertasiya işinin məzmununun və elmi yeniliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamənin tələblərinə uyğunluğunun müəyyən edilməsinə görə cavabdehdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver