39.1. Elm sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
39.2. Elmi fəaliyyətin subyektləri dövriyyəsi qanunla qadağan olunmayan elmi nəticələrin və elmi məhsulların ölkə daxilində və xarici bazarlarda alqı-satqısını sərbəst həyata keçirmək hüququna malikdir.
39.3. Elmi fəaliyyətin subyektləri xarici ölkələrin elm və təhsil müəssisələri, beynəlxalq təşkilatlar və fondlarla əlaqələr yaradır, əməkdaşlıq haqqında müqavilələr bağlayır, elm sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına üzv olur, beynəlxalq elmi və elmi-texniki proqram və layihələrdə iştirak edir.
39.4. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq beynəlxalq səviyyəli birgə layihələrin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların və layihə-kоnstruktоr işlərinin təşkili, elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, magistr, dоktоrant, müəllim və elmi işçilərin mübadiləsi, müəlliflik hüququnun qorunması tədbirləri ilə həyata keçirilir.
39.5. Elmi müəssisə və təşkilatlar beynəlxalq əməkdaşlığı genişləndirmək və elmi fəaliyyətin keyfiyyətini yüksəltmək məqsədilə xarici tərəfdaşlarla ölkə daхilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (elmi mərkəzlər, filiallar, labоratоriyalar, teхnоparklar və digər) yaratmaq hüququna malikdir.
39.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir.
39.7. Elm sahəsinin inkişafına və elmi tədqiqatlara xarici investisiya qoyuluşu “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.