9.1. Elmi müəssisə və təşkilatın mütəxəssisi ali təhsilə, orta ixtisas və ya yüksək texniki peşə təhsilinə malik olan, elmi müəssisə və ya təşkilatda çalışan, elmi nəticələrin əldə edilməsi və həyata keçirilməsinə xidmət edən şəxsdir.
9.2. Elmi xidmət sahəsinin işçisi elmi müəssisə və təşkilatın elmi fəaliyyəti üçün şəraitin yaradılmasında iştirak edən şəxsdir.
9.3. Elmi müəssisə və təşkilatın mütəxəssisinin və elmi xidmət sahəsi işçisinin işə qəbulu qaydaları, hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, bu Qanuna və elmi müəssisə və təşkilatın nizamnaməsinə uyğun olaraq müəyyən edilir.