Qanunvericilik › “Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.05.2026) › Tam mətn

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.05.2026)

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.05.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 may 2026-cı il

1.1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.3-cü maddəsinə əsasən hazırlanmışdır və emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) bu Qaydaların 1.1-ci bəndində göstərilən sahələr üzrə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır.

1.3. Emal edilməmiş almazların idxalı və ixracı Agentliyin rəyi alınmaqla həyata keçirilir.

1.4. Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı və ixracı yalnız Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə (bundan sonra – KPSS) üzv olan dövlətlərdən həyata keçirilə bilər.

1.5. Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.5.1. emal edilməmiş almaz – işlənilməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 7102.10.000.0, 7102 21 000 0 və 7102 31 000 0 kodları altına düşən qiymətli daş;

1.5.2. ərizəçi – emal edilməmiş almazları idxal və ya ixrac etmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkar və ya onların səlahiyyətli nümayəndələri;

1.5.3. Kimberli prosesi sertifikatı – emal edilməmiş almaz partiyasının KPSS-nin tələblərinə uyğunluğunu təsdiq edən sənəd;

1.5.4. mənşə ölkəsi – emal edilməmiş almazların hasil edildiyi və ya çıxarıldığı ölkə;

1.5.5. gemoloji ekspertiza – emal edilməmiş almazların tərkibini, keyfiyyətini, mənşəyini və orijinallığını müəyyən etmək üçün aparılan elmi və texniki araşdırma prosesi.

1.6. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.7. Ərizəçi Agentliyin qərarından, hərəkət və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət verə bilər.

2.1. Agentlik emal edilməmiş almazlara dövlət nəzarətini aşağıdakı qaydada həyata keçirir:

2.1.1. emal edilməmiş almazın idxalı və ixracı məqsədilə rəy təqdim edir;

2.1.2. emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində izlənilməni həyata keçirir;

2.1.3. emal edilməmiş almazları müşayiət edən Kimberli prosesi sertifikatı ilə idxal olunan emal edilməmiş almaz partiyasının uyğunluğunu yoxlamaq məqsədilə malın qablaşdırılmasını açır və gemoloji ekspertizasını aparır;

2.1.4. KPSS-nin tələbləri nəzərə alınmaqla ixrac edilən emal edilməmiş almazlara Kimberli prosesi sertifikatını təqdim edir;

2.1.5. emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi və dövriyyəsini həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatını aparır;

2.1.6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, emal edilməmiş almazlarla əlaqədar Qanunun 3-cü maddəsinə əsasən aparılan əməliyyatlar barədə məlumatların normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada verilməsini yoxlayır.

2.2. Emal edilməmiş almazların idxal və ixrac edilməsi məqsədilə Agentliyin rəyinin təqdim olunması üçün ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Agentliyə bu Qaydaların 1 nömrəli əlavəsinə əsasən tərtib edilmiş ərizə ilə Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən elektron kabineti vasitəsilə müraciət edir.

2.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla, bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş ərizəyə aşağıdakılar əlavə edilir:

2.3.1. nümayəndənin səlahiyyətini təsdiq edən sənəd;

2.3.2. müqavilənin (xarici ticarət müqaviləsinin) surəti (ixraca münasibətdə, mövcud olduğu təqdirdə isə idxala münasibətdə), olduğu halda həmin müqavilənin əlavələrinin surəti, müqavilə (xarici ticarət müqaviləsi) olmadıqda isə tərəflərin nəzərdə tutulan fəaliyyətini təsdiq edən digər təsdiqedici sənədin surəti, o cümlədən emal edilməmiş almazların təsnifat xüsusiyyətləri, onların çəkisi və dəyəri barədə məlumatlar;

2.3.3. ixrac zamanı bu Qaydaların 2 nömrəli əlavəsinə əsasən tərtib edilmiş xarici ticarət müqaviləsi üzrə emal edilməmiş almazdan istifadəyə dair məlumat;

2.3.4. ixrac ediləcək almazların qanuni olaraq idxal edilməsini təsdiq edən sənədlər;

2.3.5. idxal edildikdə ixrac edən ölkənin Kimberli prosesi sertifikatı;

2.3.6. emal edilməmiş almaz partiyası;

2.3.7. ixraca münasibətdə bu Qaydaların 3-cü hissəsində qeyd olunan sənədlər.

2.4. Agentlik tərəfindən ərizə və ona əlavə edilmiş sənədlər qəbul edilir, qeydiyyata alınır və ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə və ya onun nümayəndəsinə Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilməklə elektron arayış verilir.

2.5. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edilmədikdə, onlar Agentlik tərəfindən gemoloji ekspertizanın keçirilməsi üçün 1 (bir) iş günündən gec olmayaraq Agentliyin mütəxəssislərinə - gemoloqlara təqdim olunur.

2.6. Təqdim edilmiş sənədlərdə Agentlik tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə bu barədə ərizəçiyə ərizənin təqdim olunduğu tarixdən etibarən 1 (bir) iş günündən gec olmayaraq elektron kabineti vasitəsilə məlumat verilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar və uyğunsuzluqlar dəqiq qeyd olunur, onların aradan qaldırılması üçün 15 (on beş) gündən gec olmayan müddət təyin edilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ərizəçiyə izah edilir.

2.7. Təqdim edilmiş sənədlərdə və məlumatlarda Agentlik tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildiyi hallarda bu Qaydaların 2.5-ci bəndində göstərilən müddətin axımı dayandırılır və ərizəçi tərəfindən əlavə sənədlərin və ya məlumatların Agentliyə təqdim olunduğu andan müddətin axımı bərpa olunur. Əlavə sənədlərin və məlumatların təqdim edilməsi üçün Agentlik tərəfindən təyin olunmuş müddət ərzində əlavə sənədlər və məlumatlar təqdim edilmədikdə, ərizə müəyyən olunmuş qaydada baxılmamış saxlanılır.

2.8. Ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsində göstərilən əsaslarla və qaydada Agentliyə təkrar ərizə ilə müraciət etmək hüququna malikdir.

2.9. Gemoloq tərəfindən aparılmış ekspertizanın nəticələri əsasında Agentlik tərəfindən gemoloji ekspertizanın keçirilməsi məqsədilə təqdim edildiyi tarixdən etibarən 1 (bir) iş günü ərzində bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən elektron sənəd formasında gemoloji ekspertiza aktı tərtib edilir və aktda ekspertizanın nəticələri göstərilir. Akt ərizəçinin elektron kabinetində yerləşdirilir, həmçinin Agentliyə təqdim olunur.

2.10. Gemoloji ekspertiza aktının təqdim edildiyi tarixdən 2 (iki) iş günü ərzində, bu Qaydaların 2.15-ci bəndi nəzərə alınmaqla idxal və ya ixrac edilməsi nəzərdə tutulan emal edilməmiş almaza dair müvafiq rəyin təqdim edilməsi barədə qərar qəbul edilir.

2.11. Agentliyin emal edilməmiş almazın idxalına və ya ixracına dair rəyi ərizəçinin elektron kabinetinə yerləşdirilir.

2.12. Emal edilməmiş almazların ixracı və idxalı üçün Kimberli prosesi sertifikatının etibarlılıq müddəti başa çatdıqda, emal edilməmiş almaz partiyasının idxalına və ya ixracına icazə verilmir.

2.13. Emal edilməmiş almazlar yalnız hava nəqliyyatı vasitəsi ilə idxal və ixrac oluna bilər.

2.14. Emal edilməmiş almazlara dair gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi gömrük qanunvericiliyinə uyğun həyata keçirilir.

2.15. Agentliyin rəyinin verilməsindən aşağıdakı hallarda imtina oluna bilər:

2.15.1. mal partiyaları ərizəçinin təqdim etdiyi sənədlərə uyğun gəlmədikdə;

2.15.2. Kimberli prosesi sertifikatının etibarlılıq müddəti bitdikdə.

2.16. Agentliyin rəyinin verilməsindən imtina barədə qərar qəbul edilən zaman bu barədə ərizəçiyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron kabineti vasitəsilə rəsmi məlumat verilir.

2.17. Agentliyin rəyi emal edilməmiş almazların KPSS-nin tələblərinə uyğun dövlət nəzarəti proseslərinin həyata keçirilməsini təsdiq edir.

2.18. Agentlik ölkəyə idxal və ya ixrac edilən emal edilməmiş almazlara, habelə ixrac üçün təsdiq edilmiş sertifikatların və sertifikatlarla müşayiət olunan göndərişlərə dair rüblük statistik məlumatları öz rəsmi internet səhifəsində və “Açıq məlumatlar” Portalında yerləşdirir və aidiyyəti üzrə KPSS-nin tələbləri əsasında göndərilməsini təmin edir.

3.1. Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan emal edilməmiş almazların bütün partiyaları üçün bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada kağız daşıyıcıda və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada tərtib edilmiş və rəsmiləşdirilmiş elektron sənəd formasında Kimberli prosesi sertifikatı verilir. Elektron sənəd formasındakı Kimberli prosesi sertifikatı ərizəçinin elektron kabinetində yerləşdirilir.

3.2. Kimberli prosesi sertifikatının əldə olunması üçün ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla, bu Qaydaların 2.2-ci və 2.3-cü bəndlərində göstərilənlərdən əlavə olaraq Agentliyə elektron kabineti vasitəsilə aşağıdakı sənədləri təqdim edir:

3.2.1. emal edilməmiş almazların alınmasına dair müqavilələrin və olduğu təqdirdə, əldə edilməsini təsdiq edən digər sənədlərin surəti, həmçinin bu müqavilələr üzrə alınmış emal edilməmiş almazlar haqqında məlumatlar və partiyanın hissələri;

3.2.2. emal edilməmiş almazların alqı-satqı müqavilələri əsasında alınmış, emal edilməmiş almazların əməliyyatı ilə bağlı əlavə edilmiş tarixlər və qeydiyyat nömrələri haqqında məlumat.

3.3. Kimberli prosesi sertifikatı verilən zaman ixrac üçün təqdim edilən emal edilməmiş almaz partiyasının bu Qaydaların 2.2-ci, 2.3-cü və 3.2-ci bəndlərində göstərilən sənədlərə və məlumatlara uyğunluğu Agentlik tərəfindən müəyyən edilir.

3.4. Bu Qaydaların 2.11-ci bəndinə əsasən ixrac zamanı ərizəçiyə rəy təqdim edildikdən sonra ərizəçi (ixracatçı) emal edilməmiş malların partiyasını Agentliyə təqdim edir. Emal edilməmiş malların partiyası Agentliyə təqdim edildikdən sonra Agentlik 3 (üç) iş günü ərzində həmin malların bu Qaydaların 3.2-ci və 3.3-cü bəndlərində göstərilən sənədlərə və məlumatlara uyğun olmasını təsdiq edən Kimberli prosesi sertifikatını ərizəçiyə təqdim edir.

3.5. Kimberli prosesi sertifikatı emal edilməmiş almaz partiyasının təqdim edildiyi tarixdən etibarən 30 (otuz) gündən çox olmayan müddətə verilir.

3.6. Kimberli prosesi sertifikatı xarici ticarət müqaviləsi əsasında hər bir ixrac olunan partiyaya təqdim olunur.

3.7. Kağız daşıyıcıdakı Kimberli prosesi sertifikatı blankları aşağıdakı tələblər əsasında hazırlanır:

3.7.1. blankın arxa hissəsində onu unikal edən nömrəsi əks olunur;

3.7.2. saxtakarlığın qarşısının alınması məqsədilə sertifikat blankları 100 faiz pambıqdan, sıxlığı 140+5 q/m2 olan kağızdan hazırlanır, ultrabənövşəyi işıqda parıldamır, işıqda aydın görünən pambıq qutu şəklində ümumi üçölçülü su nişanına və təsadüfi yerləşən mavi və açıq yaşıl rənglərdə işıqda görünməyən liflərə malik olur.

3.8. Emal edilməmiş almazlar Kimberli prosesi sertifikatının icazəsiz açılması məhdudlaşdırılan, qorunan şəffaf, möhürlənmiş qablarda (qutularda) yerləşdirilir. Sertifikatın unikal nömrəsi konteynerdə (qutuda) təkrarlana bilər.

3.9. Emal edilməmiş almazların idxalı və ixracı zamanı emal edilməmiş almaz gömrük nəzarəti zonasında olduqda, sərbəst dövriyyəyə buraxılana və ya ixrac olunana qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq mühafizəsi təşkil olunmalıdır.

3.10. Agentliyin səlahiyyətli şəxsi tərəfindən imzalanmış Kimberli prosesi sertifikatının əsli ərizəçiyə (ixracatçıya) Agentliyin rəyi ilə birlikdə kağız daşıyıcıda və elektron kabinetində yerləşdirilməklə elektron sənəd formasında təqdim edilir.

3.11. Agentlik emal edilməmiş almazların ixracı üzrə Kimberli prosesi sertifikatını təqdim etdikdən sonra emal edilməmiş almazların idxalı nəzərdə tutulan ölkənin müvafiq sahədəki səlahiyyətli orqanına sertifikatın nüsxəsini elektron poçt vasitəsilə göndərir və həmin emal edilməmiş almazlar barədə bütün məlumatları Agentliyin Keyfiyyət informasiya sisteminə daxil edir.

3.12. Emal edilməmiş almaz partiyasının ölkəyə idxalı zamanı emal edilməmiş almaz partiyasına dair məlumatlar gömrük sərhədindən keçirilməzdən əvvəl Agentlik tərəfindən elektron qaydada gömrük orqanlarına təqdim edilir.

4.1. Emal edilməmiş almazların hasilatı və emal edilməmiş almazlarla bağlı digər fəaliyyət ilə məşğul olan şəxslər emal edilməmiş almazlar əsasında Qanunun 3-cü maddəsinə uyğun olaraq həyata keçirilən əməliyyatlar (bundan sonra – əməliyyatlar) barədə məlumatları qeydiyyatının aparılması məqsədilə Agentliyə təqdim edirlər.

4.2. Emal edilməmiş almazlarla əlaqədar bağlanılmış əqdlər haqqında məlumatın verilməsi mülkiyyət formasından asılı olmayaraq, emal edilməmiş almazların hasilatı ilə məşğul olan subyektlər, habelə digər əməliyyatları həyata keçirən şəxslər üçün məcburidir.

4.3. Emal edilməmiş almazların bölünməsi həmin almazların sahibi tərəfindən yaradılan xüsusi komissiya vasitəsilə həyata keçirilir və bölünmədən sonra satışa çıxarılan emal edilməmiş almazların hər bir partiyası üçün Qanunun 9.1.3-cü və 9.2.3-cü maddələrinin tələblərinə uyğun olaraq uçotu aparılır. Uçotda ilkin almaz partiyasına dair spesifikasiyalar əlavə olunmaqla, emal edilməmiş almazların təsnifat nişanı, forması, keyfiyyət xüsusiyyətləri, rəngi və ölçüsü əks olunur.

4.4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla, sahibkarlıq subyektləri tərəfindən bağlanılmış əqdlər haqqında məlumatların Agentlik tərəfindən uçota alınması üçün əqdin bağlanıldığı tarixdən 5 (beş) iş günü müddətində Agentliyə elektron kabinet vasitəsilə aşağıdakı sənədlərlə birlikdə bu Qaydaların 5 nömrəli əlavəsinə uyğun tərtib edilmiş elektron sənəd formasında ərizə təqdim olunur:

4.4.1. tərəflər arasında bağlanılmış müqavilənin surəti;

4.4.2. müqaviləyə əlavənin surəti (olduqda);

4.4.3. emal edilməmiş almazların alış aktı;

4.4.4. mədənçıxarma subyektlərindən almazların alınması zamanı onların ölçü və formasını, keyfiyyətini, rəngini və təsnifat nişanlarının hər bir mövqeyini əks etdirən akt.

4.5. Bu Qaydaların 4.4-cü bəndində göstərilən sənədlər Agentliyə daxil olduğu tarixdən etibarən 2 (iki) iş günü ərzində təqdim edilmiş məlumatların tamlığı və düzgünlüyü Agentlik tərəfindən yoxlanılır, qeydiyyat nömrəsi və tarixi qeyd edilməklə “Emal edilməmiş almazlarla əməliyyatların uçotu jurnalı”na əlavə edilir.

4.6. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıq olduqda və (və ya) məlumatların düzgün olmadığı aşkar edildikdə bu Qaydaların 4.5-ci bəndində göstərilən müddət nəzərə alınmaqla həmin əqdlərlə bağlı məlumatların uçota alınmasından imtina olunur və bu barədə bağlanılmış əqd haqqında məlumatların Agentlik tərəfindən uçota alınması üçün müraciət edən şəxsə növbəti 2 (iki) iş günü ərzində məlumat verilir.

4.7. Müraciət edən şəxslər imtina üçün əsasları aradan qaldırdıqdan sonra əqdlər barədə məlumatların qeydiyyata alınması məqsədilə Agentliyə təkrar müraciət edirlər.

5.1. Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi və dövriyyəsini həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatı Agentlik tərəfindən aparılır.

5.2. Sahibkarlıq subyektlərinin qeydiyyatının aparılması elektron formada həyata keçirilir.

5.3. Agentlik qeydiyyatı aparılmış sahibkarlıq subyektləri barədə bu Qaydaların 5.4-cü bəndində göstərilən məlumatları “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq uyğun olaraq öz mətbu orqanında nəşr edir, rəsmi internet saytında yerləşdirir, eyni zamanda yenilənmiş məlumatların 3 (üç) ayda bir dəfədən az olmayaraq, Agentliyin rəsmi internet saytında və “Açıq məlumatlar” Portalında yerləşdirilməsini təmin edir.

5.4. Sahibkarlıq subyektlərinin qeydiyyatına daxil edilən məlumatlar bu Qaydaların 6 nömrəli əlavəsində göstərilən formada tərtib edilir.

5.5. Sahibkarlıq subyektləri yenidən təşkil edildikdə, adı və ya təşkilati hüquqi forması dəyişdikdə sahibkarlıq subyektinin müraciəti əsasında müvafiq dəyişikliklər edilir.

5.6. Agentliyin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumatlara uyğun olaraq, sahibkarlıq subyektlərinin fəaliyyəti dayandırıldıqda və ya fəaliyyətinə xitam verildikdə sahibkarlıq subyektləri qeydiyyatdan çıxarılır.

5.7. Fəaliyyəti dayandırılmış sahibkarlıq subyektlərinin fəaliyyəti yenidən bərpa edildikdə sahibkarlıq subyektləri yenidən qeydiyyata daxil edilir.

______________________________________________________________ xahiş edirik ki,

(alıcı və ya satıcının adı)

__________________________ tarixli__________________ nömrəli müqaviləyə əsasən

__________________________________________________________________________

idxal və ya ixrac ediləcək _____________________________________________________

(almazların ümumi kütləsi və ümumi dəyəri)

____________________________ XİF MN koda daxil olan almazlar üçün rəy verəsiniz.

Bununla bəyan edirik ki, yuxarıda qeyd olunanlar doğrudur, malların mənşəyi həqiqətən də_________________________________________________________aiddir.

Mallar hava nəqliyyatı ilə daşınacaqdır.

Qeyd. Ərizə hüquqi şəxs tərəfindən təqdim olunduğu təqdirdə həmin hüquqi şəxsin blankında təqdim edilməlidir.

1. Tərtib edildiyi tarix: _______________________________________________________

2. Gemoloji ekspertizanın keçirilməsinə əsas: ___________________________________

3. Əməliyyatın təfərrüatları:

3.1. İxracatçının adı: _________________________________________________________

3.2. İdxalatçının adı: ________________________________________________________

3.3. Müqavilə nömrəsi və tarixi: _______________________________________________

3.4. Müqaviləyə əlavənin nömrəsi və tarixi (olduqda): ___________________________

3.5. Hesab-faktura: __________________________________________________________

3.6. Kimberli prosesi sertifikatının nömrəsi və tarixi: _____________________________

(emal edilməmiş almaz idxal olunan zaman)

3.7. Malın sayı və çəkisi: ____________________ədəd_________________________ karat

3.8. Malın qiyməti: ______________________________________________ ABŞ dolları

3.9. Malın aid olduğu XİF MN kod: ____________________________________________

3.10. Mənşə ölkəsi: __________________________________________________________

4. Gemoloji ekspertizanın həyata keçirilməsində aşağıdakı avadanlıq və ləvazimatlardan istifadə olunmuşdur: ________________________________________

__________________________________________________________________________

5. Gemoloji ekspertizanın nəticələri: __________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

Ekspertizanın nəticələri əsasında Gemoloji ekspertizanın keçirilməsi üçün təqdim edilmiş sənədlərin həqiqiliyini təsdiq edirəm.

Gemoloji ekspertiza bitdikdən sonra yük ilkin formada yerləşdirilmiş və möhürlənmişdir.

Qeyd. Bu sənəd ixracatçının və ya idxalçının səlahiyyətli nümayəndəsinin və gemoloji ekspertizanı həyata keçirən gemoloq-ekspertin təkmil sertifikatlı gücləndirilmiş elektron imzaları ilə imzalanmışdır.

AZ 0000000 KİMBERLİ PROSESİ SERTİFİKATI

KIMBERLEY PROCESS CERTIFICATE

Name of Consignee receiver

Country of mining origin

Səlahiyyətli nümayəndənin imzası

Səlahiyyətli nümayəndənin imzası

______________________________________________________________xahiş edirik ki,

__________________ tarixli ___________________________ nömrəli müqaviləyə əsasən

_______________________________________ ilə__________________tarixində aparılan

(emal edilməmiş almazı təqdim edən şəxsin adı)

əqdə əsasən aşağıda qeyd edilən məlumatları uçota alasınız:

1. Alış aktının seriyası, nömrəsi və tarixi: _________________________________

2. Almazların çəkisi: ___________________________________________________

3. Almazların ümumi dəyəri: ___________________________________________

4. Almazların forması, rəngi və ölçüləri: __________________________________

5. Almazların təsnifat nişanlarının normativ texniki sənədlərin tələblərinə uyğunluğu: _________________________________________________________________

Qeyd. Ərizə hüquqi şəxs tərəfindən təqdim olunduğu təqdirdə həmin hüquqi şəxsin blankında təqdim edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver