Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. İştirakçı bankların üzvlük haqları

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. İştirakçı banklar Fondun reyestrinə daxil olduqdan sonra 10 təqvim günü müddətində Fondun Mərkəzi Bankda olan hesabına 10 (on) min manat məbləğində birdəfəlik üzvlük haqqı ödəyirlər.

12.2. üzvlük haqqını ödəmiş iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda, yaxud fiziki şəxslərdən əmanətlərin cəlb edilməsi hüququ Mərkəzi Bank tərəfindən bərpa edildikdə, üzvlük haqqı ödəmədən iştirakçı bankların bu qanunla müəyyən olunmuş hüquq və vəzifələrini əldə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver