19.1. Fond mühasibat uçotunu qanunvericiliklə müəyyən edilmiş qaydada aparır.
19.2. Fondun hesabat ili yanvarın 1-dən dekabrın 31-i də daxil olmaqla, olan dövrü əhatə edir.
19.3. Fondun illik hesabatı növbəti ilin mart ayının 1-dək tərtib edilir və bir ay müddətində Himayəçilik Şurası tərəfindən baxılır və təsdiq olunur.
19.4. Fond illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Mərkəzi Banka və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edir.
19.5. İllik hesabata aşağıdakılar daxildir:
19.5.1. Fondun illik maliyyə hesabatları;
19.5.2. iştirakçı bankların reyestri.
19.5.1. Fondun illik mühasibat balansı;
19.5.2. Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabat;
19.5.3. Fondun pul vəsaitlərinin hərəkəti barədə hesabat;
19.5.4. iştirakçı bankların reyestri.
19.6. Fondun illik maliyyə hesabatlarının mötəbərliyi kənar auditor tərəfindən təsdiq edilir.