Qanunvericilik › “Əmək qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 12.06.2015) › Tam mətn

“Əmək qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 12.06.2015)

“Əmək qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 12.06.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1117-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 416 nömrəli və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1118-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 417 nömrəli fərmanlarının 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əmək qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 12 iyun 2015-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 312-ci maddəsinin 2-ci hissəsinə və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən hazırlanmışdır və əmək qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən tətbiq edilən cərimələrdən toplanan (ödənilən) və həmin Nazirliyin xüsusi xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonra – xüsusi vəsait) istifadə qaydasını müəyyən edir.

1.2. Tətbiq edilən cərimələrdən toplanan vəsaitin 18 faizi Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsində və maddi-texniki bazasının yaxşılaşdırılmasında istifadə olunur.

1.3. Bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq işçilərə verilən mükafatlardan qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.

2.1. Xüsusi vəsaitin toplanması və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Nazirliyin xüsusi xəzinə hesabı açılır.

2.2. Xüsusi xəzinə hesabının maliyyə mənbəyini əmək qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə Nazirlik tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsait təşkil edir.

2.3. Xüsusi xəzinə hesabına köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Nazirlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.

2.4. Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Nazirlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və formada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

2.5. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

3.1. Xüsusi vəsaitin Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

3.1.2. işçilərin həvəsləndirmə tədbirlərinə.

4.1. Nazirliyin işçilərinin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

4.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.

4.2. Nazirliyin işçilərinin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə köməklik göstərilməsi;

4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.

4.3. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra – nazir) tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandıra bilər.

4.4. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir tərəfindən müəyyən edilir.

4.5. İşçilərin fərdi mükafatlandırılması məqsədi ilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər.

4.6. İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı əsasında nazirin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

4.7. Bu Qaydaya əsasən ödənilən mükafatlar “Dövlət” qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilir.

5.1. Xüsusi xəzinə hesabına toplanmış vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsi büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq aşağıdakı təyinatlara xərclənir:

5.1.1. malların (işlərin və xidmətlərin) alınmasına;

5.1.2. qeyri-maliyyə aktivlərinin alınmasına;

5.1.3. maddi-texniki bazanın gücləndirilməsi istiqamətində digər xərclərə.

5.2. Vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsindən istifadə zamanı Nazirliyin modern, çevik və avtomatlaşdırılmış idarəetmə sisteminin qurulmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına üstünlük verilir.

1. 23 may 2017-ci il tarixli 219 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 may 2017-ci il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 990)

2. 16 iyul 2019-cu il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 iyul 2019-cu il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1336)

3. 1 avqust 2019-cu il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1446)

4. 10 fevral 2021-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 fevral 2021-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 198)

5. 5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 667)

6. 13 mart 2024-cü il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 mart 2024-cü il, “Xalq” qəzeti, 19 mart 2024-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 327)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver