“13” fevral 2006-ci il
“Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Rabitə haqqında”, “Telekommunikasiya haqqında”, “Milli Təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin həmin qanunlarla bağlı qəbul edilmiş fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının tələblərinin icrasının təmin edilməsi məqsədi ilə
1. “Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin rabitə müəssisələri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi” Qaydaları təsdiq edilsin (əlavə olunur).
2. Bu Əsasnamə Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırıldıqdan sonra dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. “Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin rabitə müəssisələri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi” Qaydaları Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikası Rabitə Nazirliyinin 31 oktyabr 2001-ci il tarixli 299 nömrəli əmri ilə təsdiq edilmiş və həmin tarixdə Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 06 noyabr 2001-ci il tarixli 2720 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Rabitə müəssisələri tərəfindən elektrik rabitə şəbəkələrinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün xüsusi texniki avadanlıqlarla komplektləşdirilməsi haqqında” Əsasnaməsi qüvvəsini itirmiş hesab edilsin.
4. Əmrin icrasına nəzarət Məxfi şöbəyə (E.Səmədov), ümumi nəzarət Ümumi şöbəyə (İ.Tağıyev) həvalə edilsin.