Qanunvericilik › Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə (Nazirlər Kabinetinin qərarı, 07.02.2018) › Tam mətn

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə (Nazirlər Kabinetinin qərarı, 07.02.2018)

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə (Nazirlər Kabinetinin qərarı, 07.02.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 (beş) faizi həcmində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə illik haqq ödəsinlər.

2. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar illik haqqın hər növbəti ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülməsini təmin etsinlər.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 7 fevral 2018-ci il

1. 27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1809)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver