Qanunvericilik › Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Qeydə alınmış əmtəə nişanından istifadə edilmədikdə qeydiyyata xitam verilməsi

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər.

Apellyasiya şurasında ərizəyə dövlət rüsumunun ödənilməsi şərti ilə 3 ay ərzində baxılır. Ərizə barədə 2 həftə ərzində nişan sahibinə bildiriş göndərilir.

İstənilən şəxsin, əmtəə nişanı sahibinin, onun lisenziatının, ərizəyə baxılmasında iştirak etmək hüququ vardır.

Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər.

Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür.

Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.

Vahid keyfiyyət və başqa xüsusiyyətləri olmayan əmtəələrdə və göstərilən xidmətlərdə kollektiv nişandan istifadə edildikdə maraqlı hüquqi və ya fiziki şəxsin ərizəsinə əsasən onun qeydiyyatına məhkəmə qaydasında vaxtından əvvəl tamamilə və ya qismən xitam verilə bilər.

Qeydiyyata xitam verilməsi barədə məlumat rəsmi bülletendə dərc edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver