Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 30 avqust 1999-cu il
1. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestrinin aparılma qaydası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.
2. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestri (bundan sonra - reyestr) coğrafi göstəricilərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.
3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik) saxlanılan kitabdır.
4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu) mötərizə içərisində ərəb rəqəmləri ilə göstərilir.
5. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:
coğrafi göstəriciyə verilən şəhadətnamənin nömrəsi ilə eyni olan, coğrafi göstəricinin qeydiyyat nömrəsi (111)
qeydiyyat tarixi (151)
coğrafi göstəricinin qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix (181)
coğrafi göstəricini qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi (210)
coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin Agentliyə daxil olduğu tarix (220)
əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələri:
coğrafi göstəricinin şəkli (540)
coğrafi göstəricinin kollektiv göstərici olduğunun göstərilməsi (551)*
coğrafi göstəricini kollektiv nişan kimi istifadə etmək hüququ olan şəxslər haqqında məlumat;*
əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi göstəricinin hüdudları;
mənşə ölkəsində mühafizə olunan coğrafi göstərici haqqında məlumat;*
coğrafi göstəricidən istifadə hüququ alan şəxsin adı və ünvanı; fiziki soyadı, adı, atasının adı və ünvanı, ölkənin kodu (730)
coğrafi göstəricinin dərc edildiyi tarix.
6. Aşağıda göstərilən məlumatlar reyestrə əlavə (dəyişiklik) edilir:
şəhadətnamə sahibi olan hüquqi və ya fiziki şəxsin adlarının dəyişilməsi haqqında;
qeydiyyatın qüvvədə olma müddətinin uzadılması haqqında;
Səbəblərini göstərməklə coğrafi göstəricinin qeydiyyatının ləğv edilməsi haqqında;
coğrafi göstəricinin qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;
texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.
7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər bu Qaydanın 6-cı hissəsinin ikinci, dördüncü-altıncı abzasları ilə müəyyən edilmiş rüsumların və üçüncü abzası ilə müəyyən edilmiş haqqın ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.
8. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində (Agentlik) coğrafi göstəricini reyestrdə qeydə alır.
9. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən edilmiş haqqı ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.
1. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestrinin aparılma qaydası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.
2. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestri (bundan sonra - reyestr) əmtəə nişanlarının qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.
3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik) saxlanılan kitabdır.
4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu) mötərizə içərisində ərəb rəqəmləri ilə göstərilir.
5. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:
əmtəə nişanına verilən şəhadətnamənin nömrəsi ilə eyni olan, əmtəə nişanın qeydiyyat nömrəsi (111)
qeydiyyat tarixi (151)
əmtəə nişanı qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix (181)
əmtəə nişanını qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi (210)
əmtəə nişanını qeydə almaq üçün iddia sənədinin Agentliyə daxil olduğu tarix (220)
sərgi ilkinliyi və ya digər ilkinliyin tarixi (230)*
konvensiya ilkinliyi olan iddia sənədinin nömrəsi (310)*
konvensiya ilkinliyi olan iddia sənədinin daxil olduğu tarix (320)*
konvensiya ilkinliyi olan iddia sənədinin verildiyi ölkənin kodu (ÜƏMT standartlarına uyğun olaraq) (330)*
Nitsa təsnifatına uyğun siniflər (511)
Disklamasiya (nişanın müstəqil mühafizə obyekti olmayan elementləri) (526)
əmtəə nişanının şəkli (540)
nişanın kollektiv nişan olduğunun göstərilməsi (551)*
nişanın üçölçülü olduğunun göstərilməsi (554)*
nişanın transliterasiyası (561)
nişanın və nişanda olan sözlərin tərcüməsi (566)
əmtəə nişanının rənglərinin göstərilməsi (591)
əmtəə nişanının sahibi olan hüquqi şəxsin adı və ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı, ölkənin kodu (730)
Kollektiv nişandan istifadə etmək hüququ olan şəxslər haqqında məlumat əmtəə nişanının dərc edildiyi tarix.
6. Aşağıda göstərilən məlumatlar reyestrə əlavə (dəyişiklik) edilir:
əmtəə nişanına görə hüququn başqa şəxsə verilməsi barədə müqavilə və ya əmtəə nişanından istifadə hüququna dair lisenziya müqaviləsi haqqında.
əmtəə nişanının sahibi olan hüquqi və ya fiziki şəxslərin adlarının dəyişilməsi haqqında;
qeydiyyata alınmış əmtəə nişanına məxsus siyahının Nitsa təsnifatı üzrə həmcins əmtəə və xidmətlər əsasında genişləndirilməsi, o cümlədən əmtəələrin və ya xidmətlərin siyahısının qısaldılması haqqında;
əmtəə nişanının mahiyyətini dəyişməyən elementlərin dəyişilməsi haqqında;
əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddətinin uzadılması haqqında;
səbəbləri göstərməklə əmtəə nişanının qeydiyyatının ləğv edilməsi haqqında;
əmtəə nişanının qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;
texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.
7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər bu Qaydanın 6-cı hissəsinin ikinci (əmtəə nişanına görə hüququn başqa şəxsə verilməsi barədə müqaviləyə münasibətdə), üçüncü - beşinci, yeddinci-doqquzuncu abzasları ilə müəyyən edilmiş rüsumların, ikinci (əmtəə nişanından istifadə hüququna dair lisenziya müqaviləsinə münasibətdə) və altıncı abzasları ilə müəyyən edilmiş haqların ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.
8. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində (Agentlik) coğrafi göstəricini reyestrdə qeydə alır.
9. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən edilmiş haqqı ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.
* Göstərilən məlumatlar iddiaçının və ya Agentliyin tələbi olduqda təqdim edilir.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)
2. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)
3. 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752)
4. 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735)
5. 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170)