“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 dekabr 2022-ci il
1.1. Bu Qayda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6.14-cü maddəsinə əsasən hazırlanmışdır və enerji auditinin keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasını və formasını müəyyən edir.
1.2. Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılır.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. enerji auditinin obyekti – enerji auditi keçirilən təsərrüfatlar (və ya onların binaları, tikililəri və qurğuları, hissələri, istehsalat və ya xidmət sahələri) və ya binalar (qurğular);
1.3.2. sifarişçi – enerji auditi xidmətini satın alan təsərrüfat subyekti və ya bina mülkiyyətçisi (idarəçisi).
1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
2.1. Enerji auditorunun hüquqları aşağıdakılardır:
2.1.1. enerji auditinin obyektinə dair tələb olunan sənədlərlə tanış olmaq, sifarişçidən məlumatları almaq, enerji auditinin obyektinə maneəsiz daxil olmaq və ölçmə (sınaq) işlərini aparmaq;
2.1.2. sifarişçi tərəfindən bu Qaydanın 3.9.1-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən məlumatların və sənədlərin təqdim edilmədiyi, habelə enerji auditinin obyektinə daxil olmağa maneə yaradıldığı təqdirdə enerji auditini keçirməkdən imtina etmək.
2.2. Enerji auditorunun vəzifələri aşağıdakılardır:
2.2.1. enerji auditinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq aparılmasını təmin etmək;
2.2.2. bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş hallarda dərhal sifarişçiyə və enerji auditi üzrə təşkilata məlumat vermək;
2.2.3. enerji auditinin keçirilməsi zamanı əldə edilən kommersiya və Azərbaycan Respublikasının qanunları ilə qorunan digər məlumatları gizli saxlamaq, özünün və ya üçüncü şəxslərin mənafeyi üçün istifadə etməmək;
2.2.4. enerji auditinin keçirilməsi zamanı alınmış və bu Qaydanın tələblərinə əsasən tərtib edilmiş sənədlərin elektron qaydada uçotunu aparmaq və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə saxlanılmasını təmin etmək.
2.3. Aşağıdakı hallarda enerji auditoru tərəfindən enerji auditinin keçirilməsinə yol verilmir:
2.3.1. enerji auditinin obyekti ilə bağlı maraqlar toqquşması hallarının (enerji auditorunun şəxsi əmlak mənafeyi, qarşılıqlı iqtisadi və işgüzar maraqlar, əlaqələr və ya auditorun obyektivliyinə və qərəzsizliyinə təsir edən digər amillər) olduğu müəyyən edildikdə;
2.3.2. enerji auditi aparılan təsərrüfat subyektinin rəhbərliyindən (idarə heyəti olduqda onun üzvlərindən) və ya bina mülkiyyətçisindən (idarəçisindən) hər hansı bir şəxslə enerji auditorunun yaxın qohumluq əlaqəsi (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları, övladlığa götürənlər və övladlığa götürülənlər) olduqda.
2.4. Bu Qaydanın 2.3-cü bəndində qeyd edilən hallar müəyyən edildikdə enerji auditoru digər enerji auditoru ilə əvəz edilir.
3.1. Enerji auditi Qanuna uyğun olaraq könüllü və məcburi keçirilə bilər.
3.2. Qanunun 6.3-cü maddəsinə uyğun olaraq məcburi enerji auditi 3 (üç) ildən bir, siyahısı enerji effektivliyi informasiya sisteminə (bundan sonra – EEİS) daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerji istehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakının miqdarı) və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı, tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı), habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlar əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilən və EEİS-ə daxil edilir enerji auditi obyektlərində keçirilir.
3.3. Enerji auditi enerji auditoru ilə sifarişçi arasında bağlanılmış müqaviləyə (bundan sonra – müqavilə) əsasən aparılır.
3.4. Enerji auditinin keçirilmə müddəti enerji auditi obyektinin növündən, ölçüsündən, enerji resurslarının istehlakı həcmindən asılı olaraq sifarişçi ilə razılaşdırılmaqla müəyyən edilir.
3.5. Enerji auditoruna ödəniləcək xidmət haqqının məbləği müqavilə tərəfləri arasındakı razılaşmaya əsasən iş həcmindən asılı olaraq müəyyən edilir.
3.6. Enerji auditi enerji auditi obyektinin mövsümi enerji istehlakı göstəriciləri nəzərə alınmaqla keçirilir. Bu Qaydanın 3.9.2-ci yarımbəndində qeyd edilən ölçmə (sınaq) mərhələsi bina, tikili və qurğulara malik enerji auditinin obyektinə münasibətdə həm qış, həm də yay mövsümlərində aparılır.
3.7. İş həcmindən asılı olaraq enerji auditoru sifarişçi ilə razılaşdırmaqla işə submüqavilə əsasında digər enerji auditorlarını cəlb etmək hüququna malikdir.
3.8. Sifarişçi bu Qaydanın 3.9.1-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən məlumatların və sənədlərin enerji auditoruna təqdim edilməsini və enerji auditi obyektlərinə maneəsiz girişini təmin edir.
3.9. Enerji auditi aşağıdakı mərhələlərdən ibarətdir:
3.9.1. hazırlıq mərhələsi:
1. müqavilə üzrə işlərin həcminin və dəyərinin müəyyən edilməsi məqsədilə enerji auditinin obyektinə enerji auditoru tərəfindən baxış keçirilir, ilkin məlumatlar alınır və təhlil edilir;
2. həyata keçiriləcək tədbirlər, onların həyata keçirilməsi vasitələri, icra müddəti və məsul şəxslər qeyd edilməklə enerji auditinin iş planı hazırlanır;
3. sifarişçi tərəfindən təqdim edilməsi tələb olunan, onun sərəncamında olan və enerji auditinin keçirilməsi üçün zəruri olan məlumatların və sənədlərin siyahısı tərtib edilir və təqdim edilmə müddəti sifarişçi ilə razılaşdırılmaqla iş planında qeyd edilir;
3.9.2. ölçmə (sınaq) mərhələsi:
1. iş planına əsasən enerji auditi obyektində avadanlığın (qurğunun) iş parametrlərinin ölçmə vasitələri ilə ölçülməsi aparılır;
2. ölçmə vasitələri ilə bina, tikili və onların mühəndis-kommunikasiya təminatı sistemlərində, həmçinin digər qurğularda sınaqlar aparılır;
3. enerji auditi obyektinin ölçü və nəzarət cihazlarından məlumatlar alınır;
3.9.3. təhlil mərhələsi:
1. hazırlıq mərhələsində əldə edilmiş ilkin məlumatların, habelə ölçmə (sınaq) mərhələsində əldə edilmiş məlumatların və ölçmə (sınaq) nəticələrinin təhlili aparılır;
2. bina, tikili və qurğular, habelə avadanlıq və texnoloji proseslərin növləri üzrə enerji effektivliyinin faktiki göstəriciləri hesablanır;
3. faktiki göstəricilərin normativ (normalaşdırılan) göstəricilərlə (olduğu halda) müqayisəsi, müəyyən edilmiş kənarlaşmalar və onların səbəblərinin təhlili aparılır;
4. hər göstərici, o cümlədən bina, tikili, qurğular və enerji resursunun növü üzrə enerjiyə qənaət imkanlarının hesablanması aparılır;
5. sifarişçinin fəaliyyətinə tətbiq oluna biləcək enerji effektivliyinin artırılması və enerjiyə qənaətlə bağlı qabaqcıl beynəlxalq təcrübənin müqayisəli təhlili aparılır;
3.9.4. yekun mərhələ: bina, qurğu, tikili, texnoloji proses, avadanlıqlar və enerji resurslarının növləri üzrə enerji resurslarından istifadənin təhlili nəticələri ümumiləşdirilir.
3.10. Enerji auditinin nəticələrinə əsasən bu Qaydanın 4-cü hissəsinin tələblərinə uyğun hesabat hazırlanır və sifarişçiyə təqdim edilir.
4.1. Aparılmış enerji auditinin nəticələri enerji auditinin nəticəsinə dair hesabatla rəsmiləşdirilir (1 nömrəli əlavə).
4.2. Enerji auditinin nəticəsinə dair hesabat ümumi, təhlil və yekun hissələrdən ibarətdir:
4.2.1. ümumi hissədə enerji auditinin başlandığı və başa çatdığı tarix, enerji auditi üzrə təşkilat, auditi həyata keçirən enerji auditoru və ya auditorları barədə məlumat, habelə enerji auditinin obyekti barədə məlumatlar və müqavilənin nömrəsi və tarixi əks olunur;
4.2.2. təhlil hissəsində enerji auditi obyektində enerji resursları istehlakının, enerji effektivliyinə dair faktiki göstəricilərin, habelə elektrik, istilik təchizatı, ventilyasiya sistemlərinin təhlili əks olunur;
4.2.3. yekun hissədə enerji auditinin nəticəsi, enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanları sahəsində sifarişçinin fəaliyyətinin qiymətləndirilməsi və enerji effektivliyi tədbirləri ilə bağlı tövsiyələr əks olunur. Tövsiyələr natural və faiz ifadəsində enerjiyə qənaətin mümkün potensialını əks etdirməli, təklif olunan tədbirlər potensial olaraq mümkün və iqtisadi cəhətdən səmərəli olmalıdır.
4.3. İqtisadi cəhətdən səmərəli olan tədbirlər üçün ümumiləşdirmələrə, təxmini qiymətləndirməyə və şərti qənaət faizlərinin istifadəsinə yol verilmir.
4.4. Enerji effektivliyinin artırılması və enerjiyə qənaət tədbirlərinin texniki əsaslandırılmasının göstəriciləri natural ifadədə qeyd edilməli və ölçmələr vasitəsilə əldə edilən faktiki göstəricilərə əsaslanmalıdır.
4.5. Enerji effektivliyinin artırılması və enerjiyə qənaət tədbirlərinin texniki-iqtisadi əsaslandırılması enerji auditi sektorunda geniş tətbiq edilən beynəlxalq təcrübəyə əsaslanan iqtisadi göstəriciləri (xalis cari dəyəri, daxili rentabellik dərəcəsini və geri ödəmə müddətini) özündə əks etdirməlidir.
4.6. İnvestisiya hesablamaları üçün göstəricilər texniki hesablamalarla təsdiq edilməli, mənbəyi göstərilməklə istinadlar edilməli və birbaşa ölçmələrə əsaslanmalıdır.
4.7. Tövsiyələr sifarişçinin işçi heyətinin təhlükəsizliyinə və məhsuldarlığına, enerji auditi obyektinin məhsuldarlığına, o cümlədən fəaliyyət keyfiyyətinə və ya təhlükəsizliyinə mənfi təsir etməməli, bunun üçün hər bir tədbir üzrə mümkün risklər qiymətləndirilməlidir.
4.8. Hesabata bu Qaydanın 2, 3 və 4 nömrəli əlavələrinə uyğun olaraq məlumatlar əlavə edilir.
4.9. Hesabat enerji auditinin başa çatdığı gündən 10 (on) iş günü müddətində iki nüsxədə tərtib olunmaqla bir nüsxəsi Sifarişçiyə təqdim edilir, digər nüsxəsi isə bu Qaydanın 2.2.4-cü yarımbəndində nəzərdə tutulmuş qaydada enerji auditorunun işlədiyi enerji auditi üzrə təşkilatda saxlanılır.
Enerji auditinin başlandığı tarix
Enerji auditinin başa çatdığı tarix
Enerji auditi üzrə təşkilat
Enerji auditoru (auditorları)
Enerji auditinin obyekti
3.1. Enerji auditi üzrə nəticələr
3.2. Enerji effektivliyinin artırılması və enerjiyə qənaət sahəsində sifarişçinin fəaliyyətinin qiymətləndirilməsi
Enerji auditinin keçirilməsindən əvvəl könüllülük əsasında təsdiq edilmiş enerji effektivliyinin artırılması və enerjiyə qənaət üzrə tədbirlər planının mövcudluğu
Enerji effektivliyinin artırılması və enerjiyə qənaət üzrə tədbirlər planının icrasının qiymətləndirilməsi
Ölçmə və nəzarət cihazları ilə təchizedilmə, enerji istehlakının avtomatlaşdırılmış uçotu sisteminin mövcudluğu
Enerji effektivliyi sahəsində tədbirlərin həyata keçirilməsi üçün həvəsləndirmə sisteminin mövcudluğu
Hesabat _____ vərəqdə və 2 nüsxədə hazırlanmışdır.
Enerji auditoru* ______________________ _________________ ____________
(adı, atasının adı, soyadı) (imza) (gün/ay/il)
təşkilatın rəhbəri ______________________ __________________ ____________
(adı, atasının adı, soyadı) (imza) (gün/ay/il)
*Qeyd. İki və daha çox enerji auditoru cəlb olunduğu təqdirdə hesabat hər enerji auditoru tərəfindən imzalanır.
Məhsulların (xidmətlərin, işlərin) istehsal həcmi
Məhsul istehsalı (natural ifadədə):
Enerji resurslarının istehlakı
İstehsalın enerji tutumu
İstehsal olunan məhsulların dəyərində enerji resursları üzrə xərclərin payı
sənaye-istehsal işçiləri
Qeydlər: 1. Yanacaq-enerji resurslarının (YER) dəyəri smeta hesabatına əsasən müəyyən edilir.
2. 3-cü bəndin göstəricisi (NET)/ 1-ci bəndin göstəricisi (min manat).
3. 1-ci bəndin göstəricisi (min manat) / 3-cü bəndin göstəricisi (min manat).
* Baza ili - cari ildən (enerji auditi müqaviləsinin bağlanıldığı il) əvvəlki təqvim ili.
** Neft ekvivalenti tonu.
Gedən və qayıdan suyun temperaturu
Buxarın ən yüksək qızma temperaturu
Buxarın quruluq dərəcəsi
Texnoloji avadanlıq, o cümlədən konkret müəssisədə elektrik enerjisi istehlak edən avadanlıq qrupları (məsələn, mexanizmlərin elektrik ötürücüləri, elektrotermik avadanlıqlar, quruducular və s.) siyahıya alınmaqla
Ventilyasiya avadanlığı
Qaldırıcı-daşıma avadanlığı
Digər, o cümlədən məişət texnikası
* Normativ (pasport) məlumatlar olmadıqda, aşağıdakı düsturla hesablanır:
Enerjisistemdən (sayğaclar üzrə)
Öz enerji mənbəyindən
Texnoloji avadanlıq, o cümlədən konkret müəssisədə istifadə olunan elektrikdən istifadə edən avadanlıq qrupları (məsələn, mexanizmlərin elektrik ötürücüləri, elektrotermik avadanlıqlar, quruducular və s.) siyahıya alınmaqla
Ventilyasiya avadanlığı
Qaldırıcı-daşıma avadanlığı
Digər, o cümlədən məişət texnikası
YEKUN: istehsal sərfiyyatı
2) transformatorlarda
Qeyri-rasional itkilər
YEKUN: cəmi sərfiyyat
Ümumi istehsalat xidmətləri və sahələri
Qkal (sütunlar 8 və 10 - faizlə)
Texnoloji sərfiyyat, o cümlədən
buxar, təmas (kəskin) üsulu ilə
İsitmə və ventilyasiya, o cümlədən hava kaloriferləri
Ümumi şəbəkə itkiləri (normalaşdırılmış)
Cəmi istehsalat sərfiyyatı
İstilik, ventilyasiya və isti su təchizatı sistemlərində qeyri-rasional texnoloji itkilər
* İsti su üzrə gedən və qayıdan su temperaturu qeyd edilir.
Texnoloji sərfiyyat, o cümlədən:
qeyri-yanacaq sərfiyyatı (xammal şəklində)
yandırma (əritmə, tabalma)
İstilik enerjisi buraxılışına:
öz İES-də (elektrik enerjisi istehsalı daxil olmaqla)
Digər (xüsusi texnika)
Digər ümumi yanacaq növü
Digər enerji resursları
digər enerji resursunun xarakteristikası
xarakter çirkləndiricilər, onların konsentrasiyası
İER-in illik buraxılışı
illik faktiki istifadə
istilik törətmə qabiliyyəti
enerji qurğusunun illik istismar müddəti
Enerji qurğusunun gücü
Enerji qurğusunun FİƏ-si
İllik faktiki enerji buraxılışı
*Texnoloji proses zamanı, istehsal və ya istehlak nəticəsində yaranan və enerjiyə qənaət etmək üçün istifadə oluna bilən, fiziki istiliyə malik tullantılar.
istilik enerjisi istehsalına
elektrik və istilik enerjisinin buraxılışına
sıxılmış hava istehsalına
qazan-soba yanacağı, NET
istilik enerjisi, Qkal
elektrik enerjisi, MVt·st
sıxılmış hava, kN m3 və digər maddi resurslar
O cümlədən, tətbiq olunacaq tədbirlər üzrə:
* Hər bir enerji resursu üzrə qənaət tədbirləri sadalanır.
İstilik mühafizəsinin layihələndirilməsi üçün xarici havanın hesabi temperaturu
İsitmə dövründə xarici havanın orta temperaturu
İsitmə dövrünün müddəti
İsitmə dövrünün dərəcə sutkası
İstilik mühafizəsinin layihələndirilməsi üçün daxili havanın hesabi temperaturu
Çardaqda olan hesabi temperatur
Yeraltı texniki mərtəbənin hesabi temperaturu
Mərtəbələr üzrə sahələrin cəmi
Hesabi sahə (ictimai binalar üçün)
Binanın isidilən həcmi
Bina fasadının şüşələnmə əmsalı
Binanın kompaktlıq göstəricisi
Binanın xarici qoruyucu konstruksiyalarının ümumi sahəsi,
2) divarların (konstruksiyanın növləri üzrə ayrılıqda)
3) pəncərələr və balkon qapılarının
6) pilləkən və lift sahələrinin pəncərələri
7) xarici keçidlərin balkon qapılarının
8) xarici qapı və darvazaların (ayrılıqda)
9) örtüklərin (yastı)
10) çardaq örtüklərinin
11) “isti” çardaq örtüklərinin (ekvivalent)
12) texniki yeraltı mərtəbələrin və ya isidilməyən zirzəmilərin örtüklərinin (ekvivalent)
13) keçid və ya erkerlərin örtüklərinin
14) yer səthindən aşağıda olan divarlar və qruntüstü döşəmənin (ayrılıqda)
Xarici qoruyucu konstruksiyaların hesablanmış istilikötürmə müqaviməti, o cümlədən:
divarların (konstruksiyanın növləri üzrə ayrılıqda)
pəncərə və balkon qapılarının
pilləkən və lift sahələri pəncərələrinin
xarici keçidlərin balkon qapılarının
xarici qapı və darvazaların (ayrılıqda)
“isti” çardaq örtüklərinin (ekvivalent)
yeraltı texniki mərtəbələrin və ya isidilməyən zirzəmilərin örtüklərinin (ekvivalent)
keçid və ya erkerlərin örtüklərinin
yer səthindən aşağıda olan divarlar və qruntüstü döşəmənin (ayrılıqda)
Binanın ümumi istilikötürmə əmsalı
Hava mübadiləsinin xüsusi normasına uyğun isitmə dövründə binanın hava mübadiləsinin orta misli
Binada xüsusi məişət istilik ayırmaları
İstilik enerjisinin tarif qiyməti
Tikinti ərazisində istilik şəbəkələrinə qoşulma və isitmə avadanlığının xüsusi qiyməti
Enerji vahidinin qənaətindən xüsusi gəlir
Binanın xüsusi istilik mühafizə xarakteristikası
Binanın xüsusi havalandırılma xarakteristikası
Binanın məişət istilik ayırmalarının xüsusi xarakteristikası
Günəş radiasiyasından istilik daxilolmalarının xüsusi xarakteristikası
İsitmənin avtotənzimlənməsinin səmərəliliyi əmsalı
Mənzillərdə isitmə üçün istilik enerjisinin sərfi qeydə alındıqda, yaşayış binalarında istilik istehlakının azalmasını nəzərə alan əmsal
Rekuperatorun səmərəliliyi əmsalı
İstilik daxilolmasının (istilik itkilərini üstələdikdə) istifadəsinin azalmasını nəzərə alan əmsal
İsitmə sisteminin əlavə istilik itkilərini nəzərə alan əmsal
İstilik mövsümündə binanın isidilməsi və havalandırılmasına istilik enerjisinin xüsusi hesabi sərfiyyatı
İstilik mövsümündə binanın isidilməsi və havalandırılmasına istilik enerjisinin xüsusi normativ sərfiyyatı
Enerji effektivliyi sinfi
Binanın layihəsinin istilik mühafizəsi üzrə normativ tələblərə uyğunluğu
ENERJİ AUDİTİNİN OBYEKTİ
ENERJİ AUDİTİ OBYEKTİNİN ÜNVANI
ENERJİ EFFEKTİVLİYİ SİNİFLƏRİ
MÜƏYYƏN EDİLMİŞ ENERJİ EFFEKTİVLİYİ SİNFİ
Obyektin normativ istilik istehlakı, Qkal *
Obyektin faktiki istilik istehlakı, Qkal
* istilik istehlakına dair qüvvədə olan normativ tələblər
İsitmə dövründə binanın isidilməsinə və havalandırılmasına istilik enerjisinin xüsusi sərfi
İsitmə dövründə binanın isidilməsinə və havalandırılmasına istilik enerjisinin sərfi
İsitmə dövründə binanın ümumi istilik itkiləri
Binada ümumi elektrik enerjisinin sərfi
İstilik mövsümünün davametmə müddəti, z: __________ gün;
Baza ili üzrə istilik mövsümündə xarici havanın orta temperaturu, tx.orta: _______С
1. Qoruyucu konstruksiya materiallarının qalınlığından və onların istilik keçiriciliyindən asılı olaraq müəyyən edilir.
2. Faktiki xarakteristika aşağıdakı düsturla müəyyən edilir:
14-cü sütun üzrə göstərici məlum olmadıqda aşağıdakı düstura əsasən hesabi xüsusi xarakteristika müəyyən edilir:
𝜇 - infiltrasiya əmsalı, verilənlər olmadıqda 0,08-ə bərabər götürülür.
𝑗˚- şüşələnmə əmsalı, şüşələnmə sahəsinin bina fasadının xarici qoruyucu konstruksiyalarının ümumi sahəsinə (şüşələnmə sahəsinin də daxil olmaqla) nisbəti.
3 Xüsusi isitmə xarakteristikasının normativ göstəricisi müvafiq normativ hüquqi sənədlərə əsasən müəyyən edilir.
4 Aşağıdakı düstura əsasən müəyyən edilir:
1. 9 sentyabr 2026-cı il tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 23 sentyabr 2026-cı il, № 173)