“Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 dekabr tarixli 2372 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
2.1. enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və metodoloji izahları altı ay müddətində təsdiq etsin;
2.2. bu Qərarın 2.1-ci bəndində qeyd olunan hesabat formalarının və metodoloji izahların, habelə hər il “Azərbaycan Respublikasının enerji balansı”nın layihəsinin tərtib edilməsi və icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də daxil olmaqla daimi fəaliyyət göstərən İşçi qrupun yaradılmasını və onun fəaliyyətinin əlaqələndirilməsini təmin etsin;
2.3. rəsmi internet səhifəsində “Azərbaycan Respublikasının enerji balansı” adlı məhdud giriş imkanlarına malik elektron məlumat bazasının on ay müddətində yaradılmasını təmin etsin;
2.4. ölkədə istehsal (tədarük) olunan enerji və yanacaq növlərinin istiliktörətmə qabiliyyəti üzrə göstəricilərini müəyyən edərək, “Enerji məhsullarının şərti ölçü vahidlərinə orta çevrilmə əmsalları”nı səkkiz ay müddətində təsdiq etsin və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 2.3-cü bəndində nəzərdə tutulmuş tədbirin həyata keçirilməsini təmin etmək məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi rəsmi statistika məqsədləri üçün ölkə üzrə enerji balansının beynəlxalq metodologiyalara uyğun olaraq hər il iyul ayının sonunadək tərtib edilməsini və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 1 may 2024-cü il
1.1. Bu Qayda “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını müəyyən edir.
1.2. Enerji balansı energetika subyektlərindən alınan məlumatlar (enerjinin istehsalı həcmləri, enerjinin təchizatı üzrə öhdəliklər, habelə enerjinin istehlakına dair məlumatlar) əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən tərtib edilir.
1.3. Enerji balansı bu Qaydanın əlavəsində göstərilən struktura uyğun əvvəlki iki ilin faktiki, cari ilin gözlənilən, növbəti ilin illik, rüblük və hər sonrakı üç ilin illik proqnoz göstəriciləri əsasında tərtib edilir.
1.4. Enerji balansı tərtib edilərkən enerji məhsullarının şərti ölçü vahidlərinə orta çevrilmə əmsallarına istinad olunur.
1.5. Enerji balansının tərtib edilməsi üçün bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan məlumatları təqdim etməli olan energetika subyektlərinin (bundan sonra – subyektlər) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən Nazirlikdə yaradılan İşçi qrup (bundan sonra – İşçi qrup) tərəfindən müəyyən edilir.
2.1. Subyektlər növbəti il üçün neft, təbii qaz, elektrik və istilik enerjisi üzrə itki və texnoloji sərf normalarını (%-lə), elektrik stansiyaları üzrə ayrı-ayrılıqda olmaqla elektrik enerjisinin istehsalı və xüsusi sərfiyyatı, habelə elektrik və istilik enerjisinin buraxılışı üzrə şərti yanacağın xüsusi sərfinin (qram/kilovattsaat və kiloqram/ qiqakalori ifadələri ilə) və gücdən istifadə əmsalının (%-lə) göstəricilərini hər il mart ayının 15-dək Nazirliyə təqdim edir. Nazirlik həmin məlumatlar əsasında növbəti il üçün normaları mart ayının sonunadək təsdiq edir.
2.2. Subyektlər hər il aprel ayının 15-dək enerji balansının tərtib edilməsi üçün bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan məlumatları Nazirlik tərəfindən təsdiq edilən hesabat formalarına uyğun olaraq Nazirliyə təqdim edir. Subyektlər məlumatları bu Qayda ilə müəyyən edilən müddətdə və düzgün təqdim etməlidirlər.
2.3. Subyektlərin bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq təqdim etdiyi məlumatlar İşçi qrup tərəfindən təhlil olunur və müvafiq düzəlişlərin edilməsi zərurəti yarandıqda, həmin məlumatlar İşçi qrupun rəyi əlavə olunaraq hər il may ayının 1-dək subyektlərə qaytarılır.
2.4. İşçi qrupun rəyi nəzərə alınmaqla, subyektlər tərəfindən dəqiqləşdirilən məlumatlar hər il may ayının 15-dək yenidən Nazirliyə təqdim edilir.
2.5. Nazirlik tərəfindən hər il iyun ayının 1-dək enerji balansının layihəsi tərtib edilir. Nazirlik həmin layihəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdıraraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Enerji balansının layihəsində dəyişiklik edilməsi zərurəti yarandığı təqdirdə Nazirlik bu barədə təklifləri və enerji balansının yenilənmiş layihəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırmaqla noyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq təqdim edilmiş enerji balansının layihəsi noyabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Nazirlik tərəfindən rəsmi internet səhifəsində məhdud giriş imkanlarına malik “Azərbaycan Respublikasının enerji balansı” elektron məlumat bazasında (bundan sonra – məlumat bazası) yerləşdirilir.
2.7. Enerji resurslarının hərəkəti və qiymətlərində əhəmiyyətli dəyişikliklər baş verdiyi təqdirdə enerji balansının proqnoz göstəricilərinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər subyektlər tərəfindən dəyişikliklər baş verdiyi tarixdən 10 (on) gün müddətində Nazirliyə, Nazirlik tərəfindən dəyişikliklər baş verdiyi tarixdən 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
3.1. Enerji balansının icrasına nəzarət İşçi qrup tərəfindən həyata keçirilir.
3.2. İşçi qrup subyektlər tərəfindən bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hesabatların bu Qaydaya uyğun olaraq təqdim edilməsinə, eləcə də proqnozların icrasına nəzarət edir.
3.3. Subyektlər tərəfindən enerji balansı üzrə cari ilin faktiki göstəriciləri növbəti ilin mart ayının 1-dək real vaxt rejimində məlumat bazasına daxil edilir.
3.4. Nazirlik tərəfindən növbəti ilin aprel ayının 1-dək enerji balansı üzrə cari ilin gözlənilən göstəriciləri faktiki göstəricilərlə əvəz edilir və məlumat bazasında yerləşdirilir.
3.5. Bu Qaydanın 2.6-cı bəndinə əsasən təsdiq edilmiş enerji balansının icrası barədə rüblük məlumatlar subyektlər tərəfindən hər rübdən sonrakı ayın 20-dək real vaxt rejimində məlumat bazasına daxil edilir.
3.6. Bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulan rüblük məlumatda enerji balansının faktiki göstəricisi proqnoz göstəricisindən 10 faizdən çox kənarlaşma olduğu halda rüblük məlumata bu kənarlaşma üzrə arayış əlavə edilir.
3.7. İşçi qrup tərəfindən enerji balansının icrası barədə məlumatların təhlili, qiymətləndirilməsi aparılır, bu barədə rüblük (o cümlədən artan yekunla) arayışlar hazırlanaraq birinci rübün nəticələri üzrə cari ilin may ayının 15-dək, ikinci rübün nəticələri üzrə cari ilin avqust ayının 15-dək, üçüncü rübün nəticələri üzrə cari ilin noyabr ayının 15-dək, dördüncü rübün nəticələri üzrə isə növbəti ilin mart ayının 15-dək məlumat bazasında yerləşdirilir.
3.8. Nazirlik bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan arayışlar əsasında enerji balansının cari il üzrə icra vəziyyəti haqqında (ayrı-ayrı subyektlər üzrə məlumatlar da daxil edilməklə) hesabatı növbəti ilin mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
3.9. Nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin və subyektlərin məlumat bazasına real vaxt rejimində çıxışını təmin edir.
Hasilatda texnoloji sərf və itkilər
Təhvildə texnoloji sərf və itkilər
İdxalda texnoloji sərf və itkilər
Emalda iştirak edən digər xammal və yarımfabrikatlar
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Neft məhsulları (cəmi)
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
ondan beynəlxalq reyslər üzrə yanacaq çənlərinə doldurulma
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Hidrotəmizlənmiş benzin
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Reaktiv mühərrik yanacağı
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
ondan beynəlxalq reyslər üzrə yanacaq çənlərinə doldurulma
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
ondan beynəlxalq reyslər üzrə yanacaq çənlərinə doldurulma
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
ondan beynəlxalq reyslər üzrə yanacaq çənlərinə doldurulma
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Texniki butan (butan-butilen fraksiyası)
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Texniki propan (propan-propilen fraksiyası)
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Soba mazutu (əmtəəlik)
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Hidrotəmizlənmiş yüngül fleqma
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Atmosfer qazoyl fraksiyası
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Digər neft məhsulları
Daxili bazara yüklənmə
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Emal prosesində yanacaq sərfi
Emal prosesində texnoloji itkilər
Texnoloji sərf və itki
Qaz Emalı Zavodunda qazın emalı
Emal prosesində texnoloji sərf
Emal prosesində itkilər
Qaz benzininin istehsalı
Texniki butan (butan-butilen fraksiyası) istehsalı
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
Ölkə üzrə nəql və istehlak üçün qəbul olunan
Qəbul olunan qazın nəqli (istiqamətlər üzrə)
Qazpaylayıcı sistem operatoruna
Elektroenergetika subyektlərinə, o cümlədən:
elektrik enerjisinin kommersiya məqsədilə ixracı üzrə
yüksəkgərginlikli elektrik şəbəkəsindən birbaşa elektrik enerjisi satılan istehlakçılar üzrə
Naxçıvan MR-ə nəql olunan qaz (mübadilə olduğu halda)
Naxçıvan MR-ə daxil olan qaz
Naxçıvan MR-ə daxil olunan qaz (birbaşa idxal qazından)
Yeraltı qaz anbarlarına nəql olunan
Mübadilə (SVOP) üçün nəql olunan
Nəql zamanı texnoloji sərf
Nəql zamanı daxili tələbat
Hidrogen istehsalına yönəldilən təbii qaz
Qazpaylayıcı sistem operatorunun qəbul etdiyi qaz həcmi
əsas fəaliyyəti istilik enerjisinin istehsalı olan dövlət müəssisələri
çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təbii qaz
avtomobil nəqliyyatına
Paylayıcı şəbəkədə texnoloji sərf
Paylayıcı şəbəkədə daxili tələbat
Yeraltı qaz anbarlarında qalıq (hesabat dövrünün əvvəlinə)
Yeraltı qaz anbarlarından götürülən qaz
Yeraltı qaz anbarlarına vurulan qaz
Yeraltı qaz anbarları üzrə itki və texnoloji sərf
ehtimal olunan geoloji itki
Yeraltı qaz anbarında qalıq (hesabat dövrünün sonuna)
Qazpaylayıcı sistem operatorunun qəbul etdiyi qaz həcmi
əsas fəaliyyəti istilik enerjisinin istehsalı olan dövlət müəssisələri
çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təbii qaz
Paylayıcı şəbəkədə texnoloji sərf
Paylayıcı şəbəkədə daxili tələbat
Elektrik enerjisinin istehsalı
İstilik elektrik stansiyaları
Su elektrik stansiyaları
ondan kiçik su elektrik stansiyaları
Külək elektrik stansiyaları
Günəş elektrik stansiyaları
Geotermal elektrik stansiyaları
Tullantı və biokütlə elektrik stansiyaları
Digər elektrik stansiyalar
Enerji istehsalında xüsusi sərfiyyat
İstilik elektrik stansiyaları
Su elektrik stansiyaları
ondan kiçik su elektrik stansiyaları
Külək elektrik stansiyaları
Günəş elektrik stansiyaları
Geotermal elektrik stansiyaları
Tullantı və biokütlə elektrik stansiyaları
Digər elektrik stansiyalar
Elektrik enerjisinin şindən buraxılışı
İstilik elektrik stansiyaları
Su elektrik stansiyaları
ondan kiçik su elektrik stansiyaları
Külək elektrik stansiyaları
Günəş elektrik stansiyaları
Geotermal elektrik stansiyaları
Tullantı və biokütlə elektrik stansiyaları
Digər elektrik stansiyalar
Elektrik enerjisinin idxalı
Elektrik enerjisinin ixracı
İdxal-ixracın saldosu
Hidrogen istehsalına yönəldilən elektrik enerjisi (BOEM mənbələrindən)
Elektrik enerjisinin istehsalı
ondan stansiyalar üzrə
Enerji istehsalında xüsusi sərfiyyat
ondan stansiyalar üzrə
Elektrik enerjisinin şindən buraxılışı
ondan stansiyalar üzrə
paralel işin təmin edilməsi məqsədilə
paralel işin təmin edilməsi məqsədilə
İdxal-ixracın saldosu
Müstəqil Elektrik Stansiyalarından (MES) daxil olan elektrik enerjisi
ondan stansiyalar üzrə
İstehlaka verilən elektrik enerjisi
Yüksəkgərginlikli elektrik şəbəkəsindən birbaşa satılan (tranzitsiz)
ondan subyektlər üzrə
Paylayıcı elektrik şəbəkəsinə ötürülən (MES-lərdən tranzitsiz)
Sənaye parklarının idarəedici təşkilatı
bərpa olunan enerji mənbələrindən istehsal edilmiş
digər mənbələrdən istehsal edilmiş
İstilik enerjisinin buraxılışı
ondan stansiyalar üzrə
Elektrik və istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
ondan stansiyalar üzrə
ondan stansiyalar üzrə
1 kVt·st elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacaq
1 kVt·st elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
1 Qkal istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
Ehtiyatda mazut qalığı
Alınan elektrik enerjisi
sənaye parklarının idarəedici təşkilatı
bərpa olunan enerji mənbələrindən istehsal edilmiş
digər mənbələrdən istehsal edilmiş
Elektrik enerjisinin istehsalı
ondan stansiyalar üzrə
Enerji istehsalında xüsusi sərfiyyat
ondan stansiyalar üzrə
Elektrik enerjisinin şindən buraxılışı
ondan stansiyalar üzrə
Elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
1 kVt·st elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacaq
1 kVt·st elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
Elektrik enerjisinin istehsalı
ondan stansiyalar üzrə
Enerji istehsalında xüsusi sərfiyyat
ondan stansiyalar üzrə
Elektrik enerjisinin şindən buraxılışı
ondan stansiyalar üzrə
Enerji sisteminə ötürülən elektrik enerjisi
İstilik enerjisinin buraxılışı
Elektrik və istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
İstilik elektrik stansiyaları üzrə
Tullantı və biokütlə elektrik stansiyaları üzrə
1 kVt·st elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacaq
İstilik elektrik stansiyaları üzrə
Tullantı və biokütlə elektrik stansiyaları üzrə
1 kVt·st elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
İstilik elektrik stansiyaları üzrə
Tullantı və biokütlə elektrik stansiyaları üzrə
1 Qkal istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
Hesabat dövrünün əvvəlinə qalıq
Hesabat dövrünün sonuna qalıq
İstilik enerjisinin buraxılışı
İstilik enerjisinin buraxılışı
Alınan istilik enerjisi
İstilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
1 Qkal istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq
Qeyd. Ayrı-ayrı subyektlər, elektrik stansiyaları və idxal-ixrac ölkələri üzrə ətraflı məlumatlar müvafiq göstəricilərin alt sətirlərində qeyd olunur.
1. 19 mart 2025-ci il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 mart 2025-ci il, “Xalq” qəzeti, 11 aprel 2025-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 303)
2. 16 sentyabr 2025-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 869)
3. 9 iyun 2026-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 iyun 2026-cı il, “Xalq” qəzeti, 12 iyun 2026-cı il, № 102)
4. 19 iyun 2026-cı il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 20 iyun 2026-cı il, № 107)