Qanunvericilik › Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Enerjinin ötürülməsi, nəqli və paylanmasında effektivlik

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektrik enerjisi, təbii qaz və istilik enerjisinin ötürücü, nəqli, həmçinin onların paylayıcı sistemlərində effektivlik göstəricilərinin qiymətləndirilməsi əsasında enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyənləşdirir və aşağıdakıların həyata keçirilməsini təmin edir:

14.1.1. enerji effektivliyi tədbirlərinin stimullaşdırılmasını;

14.1.2. enerji effektivliyini stimullaşdıran tarif siyasətinin formalaşdırılması üçün təkliflərin verilməsini;

14.1.3. istehsal gücləri və sistemin daha optimal iş rejimi hesabına xərclərin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsini.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver