Epidemik göstərişlərə görə məcburi profilaktik peyvəndlər tələb olunan yoluxucu xəstəliklərin siyahısının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alır:
1. "Epidemik göstərişlərə görə məcburi profilaktik peyvəndlər tələb olunan yoluxucu xəstəliklərin siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə
Bakı şəhəri, 28 noyabr 2000-ci il № 209
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 28 noyabr tarixli 209 nömrəli qərarı ilə təsdİq edİlmİşdİr