Qanunvericilik › “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.01.2020) › Tam mətn

“Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.01.2020)

“Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.01.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 10 yanvar 2020-ci il

Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi

sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m-dək olduqda

sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m-dən çox olduqda

Dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi

Bakı şəhərinin və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi

təchizat şəbəkəsinə qoşulma haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi hallarda

trasın uzunluğu 200 m-dək olduqda

trasın uzunluğu 200 m-dən çox olduqda

Təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması

tikinti ərazisinin ölçüləri 1000 m-dək olduqda

tikinti ərazisinin ölçüləri 1000 m-dən çox olduqda

Tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması

tikintisinə icazə tələb olunan fərdi yaşayış evləri layihələrinin

çoxmənzilli yaşayış binaları layihələrinin

qeyri-yaşayış binaları layihələrinin

istehsalat təyinatlı tikinti layihələrinin

anbar binalarının layihələrinin

bu cədvəlin 5.3.1-ci və 5.3.2-ci yarım-bəndlərinə aid olmayan qeyri-yaşayış binalarının layihələrinin

infrastruktur (yol tikintisi) layihələrinin

texniki və mühəndis qurğuları layihələrinin

mühəndis-kommunikasiya xətləri layihələrinin

digər obyektlərin layihələrinin

Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi

tikinti obyektinin ümumi sahəsi 1000 m-dək olduqda

tikinti obyektinin ümumi sahəsi 3000 m-dək olduqda

tikinti obyektinin ümumi sahəsi 5000 m-dək olduqda

tikinti obyektinin ümumi sahəsi 5000 m-dən çox olduqda

Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi

Mərkəzin arxivində mühafizə edilən sənədlərin surətlərinin verilməsi

10 vərəqə qədər olan hər sənəd

10 vərəqdən çox olan hər sənəd

Bakı şəhərinin və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi

1. Qiymətlərə ƏDV daxildir.

2. Xidmət haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nə əsasən müəyyən edilən 1-5-ci və 6.1-ci zonalar üzrə – 1 əmsalı, 6.2-ci və 6.3-cü zonalar üzrə – 0,7 əmsalı, 6.4-cü zona üzrə – 0,6 əmsalı, 7-ci zona üzrə – 0,7 əmsalı, 8-12-ci zonalar üzrə – 0,5 əmsalı, habelə Sumqayıt şəhərində – 0,5 əmsalı, Gəncə şəhərində – 0,4 əmsalı, Abşeron rayonunda – 0,3 əmsalı, digər şəhər və rayonlarda isə – 0,1 əmsalı tətbiq edilməklə hesablanır.

3. Təhsil, sosial, tibb, idman, mədəniyyət sahələrinə və hüquq mühafizə orqanlarına aid tikinti obyektlərinə münasibətdə hesablanan xidmət haqqının məbləğinə əlavə 0,5 güzəşt əmsalı tətbiq olunur.

4. Yenidən qurulan, bərpa və əsaslı təmir olunan tikinti obyektlərinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (texniki pasportda) göstərilən hissəyə əlavə 0,2 güzəşt əmsalı tətbiq olunur.

5. Sifarişçisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.4-cü və 102.2.5-ci maddələrində nəzərdə tutulmuş şəxslər olan tikinti obyektlərinə münasibətdə əlavə 0,1 güzəşt əmsalı tətbiq olunur.

6. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanının 8.1-ci bəndinə əsasən, bu sənəddə nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsi ilə müəyyən edilmiş ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinə (“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-2-ci maddəsinə nəzərdə tutulmuş hallar istisna olmaqla) münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda xidmət haqqı ödənilmir.

7. Cədvəlin 5-ci hissəsindəki xidmət haqqı layihə üzrə tikinti obyektinin ümumi sahəsinə əsasən hesablanır. Həmin Cədvəlin 5-ci və 6-cı hissələrinə əsasən xidmət haqqı hesablanan tikinti obyektinin ümumi sahəsinə yeraltı qaraj mərtəbəsinin sahəsi daxil edilmir.

8. Tikintisinə icazə tələb olunan tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun təkrar yoxlanılması zamanı xidmət haqqı ödənilmir, bu şərtlə ki, ilkin müraciət zamanı xidmət haqqı ödənilmiş olsun, tikinti obyektinin təyinatı saxlanılsın və tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırılmasın, habelə təkrar müraciət tikintiyə icazə verilməsindən imtina edildiyi tarixdən və ya uyğunsuzluğun aradan qaldırılması barədə sifarişçiyə yazılı müraciətdən 3 (üç) ay müddətində edilsin. Bu müddət ərzində təkrar təqdim olunan tikinti layihəsinə əsasən tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırıldığı halda, tikinti layihəsinin yalnız artırılmış hissəsinə münasibətdə xidmət haqqı hesablanır.

9. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nın 1.6-cı bəndinin icrasından irəli gələn tədbirlərin yerinə yetirilməsində dayanıqlılığın təmin olunması məqsədilə şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı siyahısı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ödənişli xidmətlərə görə xidmət haqlarının məbləğinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə güzəştlər tətbiq edilir.

10. Cədvəlin 9-cu hissəsindəki xidmətlərə görə haqq 1 (bir) il müddəti üçün göstərilmişdir.

11. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-2-ci maddəsinə uyğun olaraq tikinti obyektlərinin (çoxmənzilli binalar istisna olmaqla) istismarına icazə verilməsi ilə bağlı sənədlərin kameral şəraitdə təhlili və bununla əlaqədar məlumatların uçotunun təşkili üçün Cədvəlin 5-ci hissəsi ilə müəyyən edilən xidmətlərə görə haqqın məbləği həcmində xidmət haqqı tətbiq edilir.

1. 7 mart 2023-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 10 mart 2023-cü il, “Xalq” qəzeti, 11 mart 2023-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 426)

2. 5 mart 2024-cü il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 mart 2024-cü il, “Xalq” qəzeti, 10 mart 2024-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 299)

3. 18 iyul 2024-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2024-cü il, “Xalq” qəzeti, 20 iyul 2024-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 907)

4. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)

5. 21 fevral 2025-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 26 fevral 2025-ci il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 204)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver