Erməni silahlı qüvvələrinin hərbi təcavüzünə məruz qalmış ərazilərin yaşayış məntəqələrinin siyahısının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Erməni silahlı qüvvələrinin hərbi təcavüzünə məruz qalmış ərazilərin yaşayış məntəqələrindəki fiziki və hüquqi şəxslərin 1998-ci ilin yanvarın 1-dən 2002-ci il yanvarın 1-dək əmlak vergisini ödəməkdən azad edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli, 128 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Erməni silahlı qüvvələrinin hərbi təcavüzünə məruz qalmış ərazilərin yaşayış məntəqələrinin siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 12 yanvar 2000-ci il № 5
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 12 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdİq edİlmİşdİr
Naxçıvan Muxtar Respublikası - 3 yaşayış məntəqəsi
Sədərək rayonu - 2 yaşayış məntəqəsi
Şərur rayonu - 1 yaşayış məntəqəsi
Ağdam rayonu - 1 yaşayış məntəqəsi
Ağcabədi rayonu - 1 yaşayış məntəqəsi
Fizuli rayonu - 22 yaşayış məntəqəsi
Aşağı Kürdmahmudlu k..
Aşağı Əbdürrəhmanlı k.
Yuxarı Kürdmahmudlu k.
Gədəbəy rayonu - 2 yaşayış məntəqəsi
Qazax rayonu - 5 yaşayış məntəqəsi
1. 10 yanvar 2008-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 36)