“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülür.
4. Müəyyən edilsin ki, dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülür.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 7 may 2019-cu il
1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə müəyyən edilmiş müəlliflik hüququnun qüvvədəolma müddəti bitdikdən sonra elm, ədəbiyyat və incəsənət əsərləri ictimai varidata keçir.
2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) qorunma müddəti bitdiyinə görə ictimai varidata keçmiş əsərləri müəyyənləşdirir və onların uçotunu aparır.
3. Agentlik ictimai varidat dairəsinə aid edilmiş Azərbaycan müəlliflərinin elm, ədəbiyyat və incəsənət əsərlərindən elmin, ədəbiyyatın, kino tarixinin və incəsənətin zənginləşməsində müstəsna rol oynayan, geniş oxucu və tamaşaçı kütləsinin dərin rəğbətini qazanan, habelə yüksək bədii, estetik və sənətkarlıq dəyərlərinə malik olan əsərləri aidiyyəti dövlət orqanları və yaradıcılıq təşkilatları ilə razılaşdırmaqla seçərək, onların dövlət varidatı elan olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.
4. İctimai varidat dairəsinə aid edilmiş əsərlərdən dövlət varidatı elan edilməsi üçün təklif olunan əsərlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dövlət varidatı elan edilir.
5. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadə edən hüquqi və fiziki şəxslər həmin əsərlərdən istifadə barədə Agentliyə məlumat verir və istifadənin hər növünə görə müvafiq xüsusi ödənişləri Agentliyin hesabına köçürürlər.
6. Agentlik dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığımını təşkil edir və onların elektron məlumat bazasını yaradır.
7. Dövlət varidatı elan edilmiş əsərlər istisna olmaqla, ictimai varidat dairəsinə keçmiş əsərlərdən istifadə sərbəstdir və onlardan istifadəyə görə qonorar ödənilmir.
9. Dövlət varidatı elan edilmiş əsərlərin müəlliflərinin Qanunda təsbit edilmiş şəxsi hüquqları pozulduqda, əsərin mənası dəyişdirildikdə, məzmunu təhrif olunduqda, həmin müəlliflərin vərəsələri və yaxud Agentlik tərəfindən həmin hüquqların bərpası məqsədilə müvafiq məhkəmə iddiası qaldırılır.
10. Bu Qaydalar dövlət varidatı elan edilmiş əsərlərin dövlət sifarişi əsasında və dövlət büdcəsindən ayrılmış vəsait hesabına qeyri-kommersiya məqsədilə istifadəsinə şamil olunmur.
1. Əsərləri dövlət varidatı elan edilən müəlliflər:
1.2. Məhsəti Gəncəvi;
1.3. Əfzələddin Xaqani;
1.5. Qazi Bürhanəddin;
1.6. İmadəddin Nəsimi;
1.8. Şah İsmayıl Xətai;
1.9. Məhəmməd Füzuli;
1.10. Aşıq Abbas Tufarqanlı;
1.11. Molla Pənah Vaqif;
1.12. Molla Vəli Vidadi;
1.13. Qasım bəy Zakir;
1.14. Mirzə Fətəli Axundzadə;
1.15. Həsən bəy Zərdabi;
1.16. Seyid Əzim Şirvani;
1.17. Xurşidbanu Natəvan;
1.18. Mirzə Ələkbər Sabir;
1.19. Nəcəf bəy Vəzirov;
1.21. Cəlil Məmmədquluzadə;
1.22. Əbdürrəhim bəy Haqverdiyev;
1.23. Cəfər Cabbarlı;
1.25. Mikayıl Müşfiq;
1.26. Əhməd bəy Ağayev;
1.27. Əli bəy Hüseynzadə;
1.28. Nəriman Nərimanov;
1.29. Məmməd Səid Ordubadi;
1.32. Yusif Vəzir Çəmənzəminli;
1.33. Üzeyir Hacıbəyov;
2. Dövlət varidatı elan edilən filmlər:
2.1. “Sevil ” (1929-cu ildə çəkilmişdir);
2.2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir);
2.3. “İsmət”(1934-cü ildə çəkilmişdir);
2.4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir);
2.5. “Almaz”(1936-cı ildə çəkilmişdir);
2.6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir);
2.7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir);
2.8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)
2.9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir);
2.10. “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir);
2.11. “Görüş” (1955-ci ildə çəkilmişdir).
1. 2 sentyabr 2021-ci il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2021-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1049)