Qanunvericilik › "Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.07.2003) › Tam mətn

"Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.07.2003)

"Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.07.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 iyul 2003-cü il № 93

1.1. Bu Qayda "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması qaydasını müəyyən edir.

1.2. Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılmasının məqsədi ətraf mühitin vəziyyəti barədə ictimaiyyətin, informasiya istifadəçilərinin (subyektlərinin) informasiya almaq hüquqlarını təmin etmək üçün onların bu sahədə imkanlarını genişləndirməkdən və sadələşdirməkdən ibarətdir.

1.3. Elektron məlumat bankında olan ətraf mühitə dair aşağıdakı açıq informasiyalar ümumi rabitə vasitələri ilə artırıla bilər:

ətraf mühitin vəziyyətinə dair hesabatlar və milli məruzələr;

ətraf mühit məsələləri ilə bağlı qanunvericilik və digər normativ hüquqi aktların mətnləri;

ekoloji strategiya və siyasətə dair sənədlər, habelə ətraf mühitin mühafizəsi üzrə proqramlar və fəaliyyət planları;

beynəlxalq konvensiyalar, protokollar və digər sənədlər;

ətraf mühitin mühafizəsi sahəsində sazişlər və sairə.

2. Ətraf mühİtə daİr elektron məlumat bankında olan açıq İnformasİyanın ümumİ rabİtə vasİtələrİ İlə artırılması

2.1. Ətraf mühitə dair informasiya obyektlərinin siyahısına daxil edilmiş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları mediada ətraf mühitə dair vaxtaşırı verilən məlumatların vahid formasını müəyyən edirlər.

2.2. Ətraf mühitə dair elektron məlumat bankında açıq informasiyaya malik dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əhalinin informasiya almaq hüququnu nəzərə alaraq həmin informasiyaların əldə edilməsi imkanlarını müntəzəm olaraq artırmalıdırlar.

2.3. Ətraf mühitə dair elektron məlumat bankında açıq informasiyaya malik və onların artırılmasında səlahiyyətli olan dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları həmin informasiyanı mütəmadi olaraq media, elektron və digər ümumi rabitə vasitələri ilə ictimaiyyətə açıqlamalıdırlar.

2.4. Ətraf mühitə dair informasiya obyektlərinin siyahısına daxil edilmiş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, malik olduqları açıq informasiyanın kəmiyyətcə və keyfiyyətcə artırılmasını, yəni elektron məlumat bankında olan mövcud informasiyaya yeni məlumatlar və yeni tipli informasiyalar əlavə etməklə onun yeniləşdirilməsini, zənginləşdirilməsini və həcminin genişləndirilməsini təmin edirlər.

3. Ətraf mühİtə daİr açıq İnformasİyanın ümumİ rabİtə vasİtələrİ İlə artırılması müddətlərİ

3.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin vəziyyətinə dair milli məruzələr üç ildə bir dəfədən az olmayaraq media və elektron informasiya vasitələri ilə artırılır.

3.2. Ətraf mühitə dair informasiya obyektlərinin siyahısına daxil edilmiş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən ildə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair hesabatlar tərtib edilir və onlar ictimaiyyət üçün açıq olan elektron məlumat bankına daxil edilir.

3.3. Ətraf mühitə dair informasiya obyektləri ətraf mühitin keyfiyyəti və çirklənməsi barədə məlumatları üç ildə bir dəfədən az olmayaraq mediada dərc etdirirlər və ümumi rabitə vasitələri ilə artırırlar.

3.4. Ətraf mühitə dair informasiyanın növündən, toplanma xüsusiyyətindən və ictimaiyyət üçün əhəmiyyətindən asılı olaraq müəyyən dövrilik (gündəlik, aylıq, rüblük, yarımillik, illik və s.) üzrə tərtib edilmiş hesabatlar, həmin dövriliyə uyğun olaraq ümumi rabitə vasitələri ilə artırıla bilər.

3.5. Elan edilməməsi və ya vaxtında elan edilməməsi ətraf mühitə mənfi təsir edə biləcək və ətraf mühitin mühafizəsi sistemlərinin pozulmasına səbəb ola biləcək, habelə əhalinin sağlamlığına ziyan vura biləcək məlumatlar ətraf mühitə dair informasiya obyektləri tərəfindən ümumi rabitə vasitələri ilə dərhal artırılır.

30 avqust 2023-cü il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 2 sentyabr 2023-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1281)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver