Qanunvericilik › Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Ətraf mühitə dair informasiyanın növləri

Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Ətraf mühitə dair informasiya, əldə edilməsi qaydasına görə alınması məhdudlaşdırılan və açıq informasiya növlərinə bölünür.

3.2. Alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Belə informasiya bir orqanın inhisarında olmamalıdır.

3.3. Açıq informasiyaya alınması məhdudlaşdırılmayan bütün məlumatlar aiddir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver