13.1. ƏMTQ sahəsində fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının vəzifələri aşağıdakılardır:
13.1.1. ƏMTQ və SEQ-lə bağlı ictimai dinləmələrin keçirilməsi zamanı bu Qanunun və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək;
13.1.2. ƏMTQ və SEQ-lə bağlı ictimai ekoloji ekspertizanı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;
13.1.3. ictimai ekoloji ekspertizanın nəticələri barədə ictimaiyyəti, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu), bələdiyyəni, sifarişçini, planlaşdırıcı orqanı məlumatlandırmaq.
13.2. ƏMTQ və SEQ sahəsində fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları aşağıdakı hüquqlara malikdirlər:
13.2.1. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və bələdiyyələrdən məlumat əldə etmək;
13.2.2. ƏMTQ və SEQ-lə bağlı ictimai dinləmələrin keçirilməsini sifarişçidən və planlaşdırıcı orqandan tələb etmək;
13.2.3. nəzərdə tutulan fəaliyyətə dair ekoloji ekspertiza rəyi ilə tanış olmaq və onun icrasını tələb etmək;
13.2.4. nəzərdə tutulan fəaliyyət bu Qanunun tələbləri pozulmaqla həyata keçirildikdə, inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək.