1. Azərbaycan Respublikasında ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sistemi yaradılır və fəaliyyət göstərir.
2. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi ətraf mühitin mühafizəsi və təbiətdən istifadənin idarə olunması, ona nəzarəti təmin edir, müvafiq məlumat bankları və informasiya sistemlərinin yaradılmasını nəzərdə tutur. Dövlət monitorinqi aşağıdakıları əhatə edir:
2.1. Ətraf mühitin və təbii ehtiyatların vəziyyəti və onlara antropogen təsir edən mənbələrin üzərində müşahidələr;
2.2. ekzogen proseslərin yayılması, inkişafı və dinamikasını öyrənmək üçün müşahidələr;
2.3. ərazilərin seysmik fəallığını öyrənmək və zəlzələlərin proqnozunu vermək üçün müşahidələr;
2.4. müşahidə obyektlərinin vəziyyətinin qiymətləndirilməsi və onların ilkin şəraitə nəzərən dəyişmənin araşdırılması.
3. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir.