1. Təbii resurslardan istifadə zamanı ətraf mühitə və üçüncü şəxslərə zərərin vurulmasına görə təbii resurslardan istifadəçi olan hüquqi və fiziki şəxslər mülki məsuliyyətini könüllü qaydada sığorta edə bilərlər.
2. Daşınmaz əmlakın istismarı nəticəsində üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyə biləcək zərərlə bağlı daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.