Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Təbiətdən istifadəçi ləğv olunduqda və yenidən təşkil edildikdə ekoloji tələblərin və öhdəliklərin nəzərə alınması

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Təbiətdən istifadəçinin ləğvi və yenidən təşkil edilməsi onun vəziyyətinin yoxlanılması haqqında məlumatın və (və ya) ekoloji ekspertizanın əsasında ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir və ləğvetmə aktında (balansında) həmin yoxlamanın (ekspertizanın) nəticələri göstərilir.

2. Ləğv edilən və ya yenidən təşkil edilən təbiətdən istifadəçinin ekoloji vəziyyətinin yoxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

3. Təbiətdən istifadəçi yenidən təşkil edildiyi halda ekoloji öhdəliklər onun hüquqi varisinə keçir.

4. Təbiətdən istifadəçi ləğv edilərkən ekoloji öhdəliklər üzrə kreditorların maraqları nəzərə alınmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver