Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 64

Maddə 64. Ətraf mühitin mühafizəsi sahəsində informasiya

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ətraf mühitin mühafizəsi sahəsində informasiyaya ətraf mühitin vəziyyəti, onun çirklənməsinə, sağlamlaşdırılmasına və mühafizəsinə dair tədbirlərin maliyyələşdirilməsi, təbii resursların vəziyyəti, bərpası və istifadəsi, ətraf mühitə təsirlər, ətraf mühitin keyfiyyətinin normalaşdırılması, təsərrüfat və başqa fəaliyyətlərə ekoloji tələblər aiddir.

Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın alınması ilə əlaqədar bütün məsələlər “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver