1. Fövqəladə ekoloji şərait - təbiətin qarşısıalınmaz qüvvələrinin və sənaye qəzalarının təsiri nəticəsində ətraf mühitdə ekoloji tarazlığın pozulması ilə insan həyatı və sağlamlığı, bitki və heyvanlar aləmi üçün təhlükəli mühitin yaranması ilə səciyyələnən fəlakət şəraitdir.
2. Təbii fəlakətlər, böyük ekoloji və başqa qəzalar baş verdikdə müvafiq qanunvericiliyə uyğun Azərbaycan Respublikasının ayrı-ayrı ərazilərində fövqəladə ekoloji vəziyyət tətbiq edilir.
3. Fövqəladə ekoloji şəraitdə müvafiq ərazilərdə təsərrüfat fəaliyyətinin və təbiətdən istifadənin növü qadağan edilə və ya məhdudlaşdırıla bilər. Təbii resursların və ətraf mühitin bərpası, əhalinin qanunvericiliklə müəyyən edilmiş sosial müdafiəsi üzrə operativ tədbirlər görülür.
4. Ətraf təbii mühit üçün təhlükə yaradan fövqəladə hadisə baş verdikdə, bu maddədə qeyd olunanlarla yanaşı, mülki müdafiə haqqında qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq tədbirlərin də görülməsi zəruridir.