“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 24 iyun tarixli 787 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı” təsdiq edilsin (əlavə olunur).
1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 27 sentyabr 2008-ci il
1. Mərkəzi icra hakimiyyəti orqanları:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binası;
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binası;
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binası;
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binası;
Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin inzibati binası;
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası;
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibati binası;
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati binası;
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binası;
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binası;
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binası;
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binası;
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binası;
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin inzibati binası.
2. Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binaları.
1. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
2. 26 fevral 2022-ci il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 188)
3. 19 aprel 2024-cü il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2024-cü il, “Xalq” qəzeti, 21 aprel 2024-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 468)
4. 2 mart 2026-cı il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 mart 2026-cı il, “Xalq” qəzeti, 19 mart 2026-cı il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 263)