Qanunvericilik › Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.10.1999) › Tam mətn

Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.10.1999)

Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.10.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 19 oktyabr 1999-cu il № 169

1. Bu Qaydalar "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununa və "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması qaydasını müəyyən edir.

2. Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması pul mükafatı formasında olub, onlara ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinə görə sənaye əhəmiyyəti daşıdığı müəyyən edilən faydalı qazıntı yatağının aşkar edilməsinə, eləcə də məlum yataqda onun sənaye əhəmiyyətini xeyli artıran əlavə faydalı qazıntı ehtiyatlarının və ya yeni mineral-xammalın olmasının elmi cəhətdən əsaslandırılmasına və aşkar edilməsinə görə verilir.

3. Pul mükafatı faydalı qazıntı yataqlarının sənaye əhəmiyyətindən asılı olaraq, müəyyən olunmuş qaydada təsdiq edilmiş texniki-iqtisadi əsaslandırmaya görə, faydalı qazıntıların və yeraltı suların aşkar edilmiş ehtiyatlarının istismarı nəticəsində bir ildə əldə edilə biləcək mənfəətin 0,5 faizi miqdarında müəyyən edilir.

Əgər aşkar edilmiş yataq faydalı qazıntıların tərkibinə və coğrafi-iqtisadi vəziyyətinə görə az tapılan (defisit) dərəcəsinə aiddirsə, pul mükafatının miqdarı iki dəfəyə qədər artırıla bilər.

4. Tikinti materialları, metallurgiya üçün qeyri-filiz xammalı, (ümumi yayılmış faydalı qazıntılar istisna olmaqla), içməli və təsərrüfat məqsədli yeraltı su yataqları üzrə pul mükafatının miqdarı, həmin yataqların ehtiyatlarının istismarına real tələbat olan hissəsinə görə müəyyən edilir.

5. Bir nəfərə verilən pul mükafatının miqdarı 550 manatdan çox ola bilməz.

6. Pul mükafatı Azərbaycan Respublikasının mineral-xammal bazasının bərpası üzrə dövlət fondundan ödənilir.

7. Konkret faydalı qazıntı yatağı üzrə pul mükafatının müəyyən olunması və ödənilməsi haqqında qərar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilir.

8. Pul mükafatı üzrə sənədlər faydalı qazıntı yatağı aşkar edən şəxslərin işlədikləri təşkilat (müəssisə) tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunur.

9. Fiziki şəxslərin mükafatlandırılmasına onların faydalı qazıntı yatağının aşkar edilməsi barədə təqdim olunmuş müraciətlərinə əsasən baxılır.

10. Ümumi yayılmış faydalı qazıntı yataqlarının aşkar edilməsinə görə pul mükafatının verilməsi nəzərdə tutulmur.

1. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

2. 24 iyul 2021-cu il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyul 2021-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 886)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver