Nazir______________ Fikrət Məmmədov
Nazir________________ Fizuli Ələkbərov
Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (bundan sonra "Kitabça" adlandırılacaqdır) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan fəhlələrə ixtisas dərəcələrinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, fəhlələrin peşə hazırlığından asılı olaraq onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.
Kitabçaya hər hansı bir konkret istehsal sahəsi və işlər üzrə spesifik xarakter daşımayan ümumi fəhlə peşələri daxil edilmişdir.
Kitabça iki fəsildən ibarətdir. Birinci fəsilə bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən fəhlə peşələri daxil edilmiş və Vahid Tarif Cədvəlinə uyğun olaraq bu peşələr üzrə əməyin ödəniş dərəcələri müəyyənləşdirilmişdir.
İkinci fəsilə bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilən fəhlə peşələri və işləri daxil edilmişdir. Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəli üzrə əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmişdir. Bu peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri peşələrin ixtisas dərəcələri səviyyəsində təyin edilir.
Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin "Bilməlidir" hissəsində bütün peşələr üzrə yerinə yetirilən işlər üzrə biliyə olan tələbat nəzərdə tutulur.
Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərinin bir çoxunda bölmələrində müvafiq dərəcəyə aid olan iş nümunələri verilmişdir. Bu iş nümunələri həmin peşə üzrə bütün iş nümunələrini əhatə etmir. Ona görə də müəssisə, idarə və təşkilatlar işçilərin əmək müqavilələrində həmin peşəyə uyğun konkret iş nümunələrini müəyyən edə bilərlər.
Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu zamanda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər, yüksək dərəcənin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır.
Aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.
Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlıqların texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialın sərf normasını, zay məhsulun növlərini, onun əmələ gəlməsi səbəblərini və aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülmə üsullarını, qaldırıcı-nəqletdirici avadanlıqların idarə edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.
Bu tələblərdən əlavə maşın və mexanizmlərin idarə edilməsi ilə məşğul olan fəhlələr, maşinistlər, motorçular, sürücülər, traktorçular, sazlayıcılar, krançılar, elektrik montyorları, təmirçilər, montajçılar, aparatçılar, qəlibçilər və s. yerinə yetirdikləri işlərlə yanaşı çilingər işini də yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqlarının aradan qaldırılması və onun təmirində iştirak etməyi də bacarmalıdırlar.
Dəmir yolu və su nəqliyyatında, partlayış işlərinin yerinə yetirilməsində, partlayış təhlükəli və zəhərli maddələrin saxlanılması və istifadəsində çalışan, qaldırıcı-nəqliyyat avadanlığı, qazanxana qurğuları, təzyiq altında işləyən aparat və qablara xidmət edən fəhlə, qüvvədə olan qayda və təlimatları bilməli, onlara riayət etməli, lazım gəldikdə müvafiq peşə-ixtisas sənədinə, məsələn partladıcı, qaynaqçı və s. diplomlara malik olmalıdır.
Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə uyğun gəlib-gəlməməyi müqayisə edilərək müəyyənləşdirilir.
Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.
İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.
Fəhləyə hər hansı bir dərəcənin verilməsi və yüksəldilməsi məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin (ustanın, rəisin, briqadirin və s.) təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.
Fəhləyə hər hansı və ya daha yüksək ixtisas dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.
İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilə bilər.
İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.
İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinə uyğun olaraq "Bilməlidir" bölməsinə aid suallara cavab verməli və "İşin xüsusiyyəti" bölməsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə təyin edilmiş hasilat, vaxt və xidmət normalarını lazımı keyfiyyətlə yerinə yetirməlidir.
Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.
Əsas işindən əlavə briqadaya da rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilməlidir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.
Abadlaşdırma üzrə fəhlə
Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətçi
Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə
Buraxılış-yoxlama məntəqəsinin növbətçisi
Vaqon və konteynerləri plomblayan
Qiymətli metal və xammal qəbulçusu
Elektron-hesablama maşınlarının operatoru
Elektro və avto arabacığın sürücüsü
İstehsalat hamamlarının fəhləsi
İstehsalat sahəsini və xidmət otaqlarını yığışdıran
Kirayə məntəqəsinin qəbulçusu
Mikrofilmlətdirmə və surətçıxarma aparatlarının operatoru
Motonəqliyyat vasitələrinin sürücüsü
Neft məhsullarının paylayıcısı
Nəqledici-yığıcı maşınların sürücüsü
Oyun avtomatları, tir, idman və attraksion zalının növbətçisi
Serpentariya zoolaborantı
Sulayıcı-yuyucu maşınlarının doldurucusu
Surətçıxaran və çoxaldan maşınlarının operatoru
Soyunub-geyinmə otağının növbətçisi
Xüsusi geyimin təmiri və yuyulması maşinisti
Hesablayıcı maşınların operatoru
Hidrotexniki obyektlərə baxan
Avadanlığın və metal məmulatların konservləşdiricisi
Avtomobil-yükboşaldıcının maşinisti
Akustik təcrübələr operatoru
Asetilen qurğusunun generatorçusu
Buxar maşını və lokomobilin maşinisti
Vaqonboşaldıcının maşinisti
Ventilyasiya və aspirasiya qurğularının maşinisti
Qaz generatoru stansiyasının maşinisti
Qaz və maye nəzarətçi üzrə defektoskopçu
Qazların və tozun təhlili üzrə laborant
Qaz üfürücü maşının maşinisti
Qəlibləmə və şixta qatışıqlarının təhlili üzrə laborant
Qəbuledici televiziya antenalarının radio montyoru
Daxiliyanma mühərriklərinin maşinisti
Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru
Etiketlərə ştempel vuran
Elektroakustika laborantı
Elektromexaniki sınaqlar və ölçülər üzrə laborant
Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru
Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru
Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru
Elektroizoləedici materiallar üzrə laborant
Elektrik mühərriklərinin motorçusu
Əleyhqaz qutularının doldurucusu
Ətirli qatran bişirən
İstilik məntəqəsinin operatoru
İş yerlərinin təminatçısı
İşlənilmiş yağın regeneratorçusu
Yanğınsöndürənin doldurucusu
Yanacaq doldurma stansiyasının operatoru
Yanğından mühafizə vasitələrinin hopdurucusu
Yuyucu maşınların maşinisti
Yükləyicinin sürücüsü
Yükləyici-boşaldıcının maşinisti
Kimyəvi-bakterioloji təhlil üzrə laborant
Kimyəvi təhlil üzrə laborant
Kompressor qurğularının maşinisti
Laborant-kristallooptik
Laborant-qütb qrafikçisi
Laborant-radiometrist
Laborant-rentgenostrukturçu
Laborant-sensitometrist
Liftlər üzrə elektrik mexaniki
Lüminoforların təhlili üzrə laborant
Maqnit nəzarəti üzrə defektoskopçu
Mineral təhlil üzrə laborant
Metallarda qazların təhlili üzrə laborant
Mexaniki belin motorçusu
Mexanikləşdirilmiş və avtomatlaşdırılmış anbarların operatoru
Nasos qurğularının maşinisti
Ossiloqraflaşdırma və tenzometrləşmə operatoru
Radioaktiv tullantıların emalçısı
Radioteleviziya aparatlarının təmiri və xidməti üzrə radiomexanik
Rentgen-qamma-qrafiya defektoskopçusu
Rentgenospektral təhlil üzrə laborant
Respirator və əleyhqazların təmirçisi
Sionid məhlulunun neytrallaşdırıcısı
Sınaq təhlili üzrə laborant
Skreper maşinisti (skreperist)
Spektral təhlil üzrə laborant
Soyuducu aparatların doldurucusu
Soyuducu qurğuların maşinisti
Suyun kimyəvi təmizlənməsi üzrə aparatçı
Süzücü-tökücü (doldurucu)
Texnoloji sobaların ocaqçısı
Toz-qaz uducu qurğulara xidmət üzrə operator
Trafaret, şkala və plato hazırlayan
Ultrasəs nəzarəti üzrə defektoskopçu
Ultrasəs texnikası üzrə laborant
Fiziki-mexaniki sınaqlar üzrə laborant
Havabölüşdürücünün aparatçısı
Havabölüşdürücü qurğuların maşinisti
Çirkab suların təmizlənməsi üzrə aparatçı
Çəkib-bükücü-qablaşdırıcı maşının maşinisti
Şüşə məmulatların süni köhnəlməsi laboratoriyasının laborantı
Ştabelformalaşdırıcı maşının maşinisti
Çəkiclə işləyən dəmirçi
Kontakt qaynaq maşınının qaynaqçısı
Əl ilə qaynaqda elektrik qaynaqçısı
Natəmizliyin və bərk çöküntülərin əl ilə və ya çömçə ilə qazılmış çaladan və kanalizasiya quyularından çıxarılması. Şəhər zibilliklərinin, atılıb çürümüş bərk zibillərin üstünə torpaq qatı tökməklə zərərləşdirilməsi. Xəstəlik yaradan mikrobların məhvini təmin edən və milçəklərin artmasının qarşısını alan şəraitin yaradılması. Zibilliyə kəsəyənlərin gəlməsinin mümkünlüyünün məhdudlaşdırılması və xoşa gəlməz qoxuların qarşısının alınması. Heyvan cəsədlərinin və zibilin yandırılması. Zibil çalalarının və kanalizasiya quyularının qapağının açılması və bağlanması. Zibil çalalarının, zibilliyin və çirkab qəbulu stansiyası yerləşən binaların (məntəqənin) dezinfeksiya edilməsi.
Bilməlidir: natəmizliyin yığışdırılması üzrə sanitar qaydalarını, zibilliyin və zibil çalalarının dezinfeksiyasına, heyvan cəsədlərinin məhv olmasına baytar-sanitariya nəzarəti qaydasını, yanğından mühafizə qaydalarını.
Qəbul stansiyalarında (məntəqədə) tökülməni müşahidə etməklə assenizasiya maşınlarının və arabaların qəbulu. Qarın boşaldılması yerini göstərməklə qar atılan və əridilən yerlərdə qarla dolu maşınların qəbulu. Gətirilən qarın və ya maye natəmizliyin miqdarının uçotu və nəzarəti. Yol sənədlərinin tərtibi.
Bilməlidir: qar atılan və qar əridilən yerlərin qurulması və istismarı üzrə sanitar qaydasını, yol sənədlərinin tərtibi, bərk zibillərin zərərsizləşdirmə metodlarını, yanğından mühafizə qaydalarını.
Yük götürmə qabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının, bütün növdən olan minik avtomobillərinin və qabarit uzunluğu 7 m-ə qədər avtobusların idarə olunması. Özü-boşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Avtomobillərin yanacaqla, sürtgü materialları və soyuducu mayelərlə doldurulması. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması. Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması. Avtobuslarda radio qurğudan istifadə etməklə gedişin ödəmə qaydasının, dayanacaq məntəqələrinin elan edilməsi. Yol sənədlərinin rəsmiləşdirilməsi.
Bilməlidir: xidmət edilən avtomobillərin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını; texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda, açıq dayanacaqlarda mühafizəsi qaydalarını; akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını; təzə və kapital təmirdən çıxmış avtomobillərin sürülüb yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını; avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu, sərnişinlərin minməsi və düşməsi üçün avtobusun dayanacağa yanalma qaydasını və bu qaydanın yerinə yetirilməsinə nəzarəti; yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin təcili surətdə avtobuslardan boşaldılması qaydasını, avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını.
3-cü dərəcə: yükqaldırma qabiliyyəti üç tona qədər, bütün tip və markalardan olan yük avtomobillərinin idarə olunmasında.
Təcili yardım və xüsusi səs və işıq siqnalları ilə təchiz olunmuş əməliyyat avtomobillərinin, 1 milyondan çox əhalisi olan şəhərlərdə taksilərin, yükgötürmə qabiliyyəti 5 tondan 7 tona qədər olan bütün növ yük avtomobillərinin (avto-qatarların), uzunluğu 7 metrdən 9 metrə qədər olan avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Xidmət edilən avtomobilin iş zamanı qarşıya çıxan və sökülməsi tələb edilən istismar nasazlığın düzəldilməsi. İş şəraitində texniki yardım olmadıqda nizamlama işlərinin yerinə yetirilməsi.
Bilməlidir: xidmət olunan avtomobillərin, aqreqat, mexanizm və cihazlarının təyinatını, quruluşunu, işləmə prinsipi və xidmət göstərilməsini nasazlıqların əlamətləri və səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üsullarını.
Yükgötürmə qabiliyyəti 7-10 ton olan bütün növ yük avtomobillərinin (avto-qatarların) və qabarit uzunluğu 9-11 metr olan avtobusların idarə olunması. Özü-boşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması.
Bilməlidir: avtoqatarların quruluşu və texniki xidmət qaydalarını və yeni buraxılmış avtomobillərə texniki xidmət qaydalarını, avtomobil işinin ayrı-ayrı istismar göstəricilərinin yükdaşımanın maya dəyərinə təsirini, hərəkət vasitələrindən məhsuldar və səmərəli istifadə üsullarını, hərəkət dəstələrinin əsas texniki-istismar keyfiyyətlərini və onların təhlükəsiz hərəkətə təsirini, avtomobil nəzəriyyəsi elementlərini, avtonəqliyyat təsərrüfatının təhlükəsiz hərəkət xidmətinin əsas müddəalarını.
7-ci dərəcə: yükgötürmə qabiliyyəti 10-15 ton olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 11-12 metr olan avtobusların idarə olunması.
8-ci dərəcə: yükgötürmə qabiliyyəti 15 ton-dan çox olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 12 metr-dən çox olan avtobusların idarə olunması.
Avtomobillərin, qoşquların, motosikletlərin, motonartın, aeroxizəyin, traktor bazasında quraşdırılmış mexanizmlərin, xətdən dayanacaqlara qayıdan, eləcə də təmirdən və texniki xidmətdən sonra yol maşınlarının texniki vəziyyətinə nəzarət və yoxlama.
Müvafiq qeydə alınmaqla avtonəqliyyat vasitələri zədələndikdə texniki və normativ sənədlərin, təmir və ya nasazlıqların düzəldilməsi üçün sifarişlərin rəsmiləşdirilməsi.
Texniki tələblərdə nəzərdə tutulmuş bütün işləri görməklə təmirdən və son quraşdırmadan sonra avtonəqliyyat vasitələrinin qovşaq və aqreqatlarının qəbulu və nəzarəti.
Bilməlidir: avtomobillərin, qoşquların, motosikletlərin, motorollerlərin, motonartın, aeroxizəklərin, traktor bazasında quraşdırılmış mexanizmlərin və yol maşınlarının quruluşunu; xətdən qayıdan və onların aqreqat və qovşaqlarının təmirini apardıqdan sonra bu nəqliyyat vasitələrinin qəbuluna qoyulan texniki tələbləri və qaydanı; nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinə, aqreqatlarının və qovşaqların təmirinə gələn reklamasiya sənədlərinin tərtib olunmasını.
5-ci dərəcə: avtomobillərin texniki vəziyyətinin yoxlanılması işini yerinə yetirdikdə.
Müştərinin iştirakı ilə ayaqqabının təmizlənməsi, ayaqqabıya içlik qoyulması, ayaqqabının çirkdən təmizlənməsi, ayaqqabıların üzərinə bərabər qalınlıqda xüsusi şotka ilə krem çəkilməsi, çəkmələrin üzünü yumşaq şotka və məxmər ilə parıldayana qədər silinməsi. Ustadan ayaqqabıların təmiri üçün furnitur və ona qulluq etmək üçün başqa əşyaların alınması və müştərilərə satılması. Görülən işlər üçün pulun alınıb müəssisənin kassirinə təhvil verilməsi, köşkün yığışdırılması.
Bilməlidir: ayaqqabının təmizlənmə üsul və qaydalarını, xırda təmir növlərini, ayaqqabı çeşidlərini, işin qiymətlərini, sanitariya və gigiyena qaydasını, furnitur və ayaqqabının xırda təmiri üçün əşyaların çeşidini.
2-ci dərəcə: ayaqqabının xırda təmir işlərini yerinə yetirdikdə.
Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması. Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması. Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.
Bilməlidir: mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazların və s. quruluşunu və onların işə yararlığının yoxlanılması üsullarını, əşyaların, məhsulun və xammalın boşaldılması, yüklənməsi və anbarda saxlanılması zamanı qorunma üsullarını, materialların və xidməti sahələrin yanğından mühafizə qaydalarını, zəhərləyici maddələrin yerdəyişmə və mühafizə qaydalarını, tez alışan və partlayıcı materialların qorunma, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarını.
Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik. Müştərilərin sifarişlərinə görə materialların dəstlərə komplektləşdirilməsi, əhalinin şəxsi avtonəqliyyatını müvəqqəti saxlamaq üçün lazım olan sənədlərin rəsmiləşdirib qəbul edilməsi. Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması. İnventarlaşdırmanın aparılmasında iştirak.
Bilməlidir: anbar təsərrüfatının aparılma qaydasını, anbarda materialların hərəkəti, mühafizəsi, uçotu qaydasını və onların müşayiət edən sənədlərin rəsmiləşdirilmə qaydasını, texnoloji sənədlər ilə müxtəlif materiallar partiyasının komplektləşdirmə qaydasını, anbarda ölçü vasitələrinin, alət və mexanizmlərin tətbiqi qaydasını, onların işə yararlı olmasının yoxlama üsullarını, avtodayanacaqlarda avtonəqliyyatın saxlanılma qaydasını. Mühafizə olunan materialların yerlərinin dəyişdirilməsi və xidməti sahələrin saxlanılması zamanı təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Müxtəlif yüklərin, natəmiz zibillərin və başqa yüklərin at, öküz, qatır və başqa işlək heyvanların vasitəsilə və ya arabaya qoşmaqla və iş zamanı heyvanlara qulluq etməklə daşınması. Əl ilə və ya nasos və başqa xüsusi təyinatlı mexanizmlərin köməyi ilə qazılmış çalanın, zibil qutularının, kanalizasiya quyularının təmizlənməsi. Qazılmış çalalarının və zibil qutularının dezinfeksiyası, inventarın yağlanması. Zibilin yüklənməsi, bağlanması, boşaldılması və yükü daşıdıqda onun yolda qorunmasına (tökülüb-dağılmamasına) nəzarət. Natəmizliyin və zibilin ayrılmış yerlərə aparılması. Yol sənədlərinin rəsmiləşdirilməsi.
Bilməlidir: at və başqa işlək heyvanlara qulluq qaydasını, daşınan yükün ən yüksək ağırlıq həddini, natəmizliyin yığılmasında və daşınmasındakı sanitariya qaydalarını və qazılmış çalaların və zibil qutularının dezinfeksiya olunma qaydasını, nəqliyyat və başqa inventarlardan istifadə qaydasını, küçə hərəkəti qaydasını, yükün qəbulunda və təhvil verilməsində yol sənədlərinin rəsmiləşdirilməsi qaydasını, qazılmış çalaların, kanalizasiya quyularının və zibilliyin yerləşdiyi yeri.
2-ci dərəcə: nəqliyyat vasitələrinin xırda təmiri və zibil yeşiklərinin dezinfeksiyası daxil edilərkən.
Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsi. Dibin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsi. Bitkilərin tozlandırılması və dezinfeksiya vasitələri ilə çilənməsi. Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması. Əkilənlərin dibinin boşaldılması və sulanması. Paya hazırlanması, basdırılması, bitkinin ona bağlanması. Qurumuş ağac və kolların dibinin boşaldılması və kökündən çıxarılması. Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və kol budaqlarının kəsilməsi, torpağın döyəcləyib bərkidilməsi. Yaşıllaşdırılmış sahələrin yarpaqdan, biçilmiş otdan və zibildən təmizlənməsi.
Zibilin yandırılması. Çim hazırlanması və ağacın qopmuş səthinə çəkilməsi.
Bilməlidir: ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, peyinin və dezinfeksiya məhsulları növlərinin xüsusiyyətini, onların tətbiq üsullarını, bağ bostan alət və inventarlarından istifadə qaydasını.
Müəssisə və təşkilatların yaşıllaşdırılacaq sahələrində rəsm və eskizlər üzrə qazonların, klumb və sahələrin bədii tərtibatı. Əkiləcək materialların hazırlanması. Xalçaya oxşar qazonların, çiçəkliklərin forma ilə kəsilməsi, ağac çətirlərinin və kolluqların biçilməsi. Ağacların soyuqdan qorunması, əhəng məhlulunun çəkilməsi, calaqların və ağacların qopmuş yerlərinin bağ palçığı ilə malalanması. Toxum və şitil yığılması və növlərə ayrılması. Oranjereya və parnik təsərrüfatının təşkili və aparılması. Parnik və oranjereyanın havasının dəyişdirilməsi, qızdırılması, səpin və bitkinin üstünün örtülməsi. Yeşiklərin, dibçəklərin, rəflərin hazırlanması və onlara toxum əkilməsi. Cərgələrin qurulması, düzəldilməsi və boşaldılması.
Bilməlidir: aqrotexnikanın və botanikanın əsaslarını, bitkilərə aqrotexniki qulluq qaydalarını, ağac və kolların budama üsullarını, torpağın becərilmə qaydasını və bitkiləri əkmək üçün hazırlıq işinin yerinə yetirilməsini, parnik, oranjereyanın və istilikxanaların istilik rejimini, bitkilərin xəstəliyi ilə mübarizə üsulları və onların qarşısını almaq tədbirlərini.
Müxtəlif nəqliyyat (hava, dəniz, çay, dəmir yolu, avtomobil, şəhər elektrik nəqliyyatı və s.) üçün biletlərin, abunə biletlərinin, minik talonlarının, jetonların, başqa sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi və satılması, teatrlara, kinoteatrlara, sirkə, klublara, parklara, stadiona və başqa tamaşa yerlərinə əl ilə və bilet çap edən maşın və avtomatlardan, satışın avtomatlaşdırılmış sisteminin terminal aparatlarından istifadə etməklə biletlərin satılması və yerlərin qabaqcadan saxlanılması. Kassada satılmış biletlər, abunə biletləri və minik talonları barədə və başqa sərnişin və daşınma sənədlərinin qalığı haqqında məlumat verilməsi. Bilet çap edən, bilet satan və pul xırdalayan avtomatlara xidmət və sərnişinlərin bilet çap edən avtomatlardan istifadə etməsi üçün pulun xırdalanması. Biletlərin (abunə biletlərinin) qabaqcadan sifariş ilə satışının; başqa sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi. Pul vəsaitlərinin, sənəd blanklarının və başqa maddi sərvətlərin alınması, mühafizəsi və təhvilinin müvafiq qayda ilə aparılması. Vətəndaşlar səfərdən, uçuşdan və s. imtina etdiyi hallarda biletlərin geri alınması və bilet pulunun onlara qaytarılması.
Bilməlidir: sərnişin və baqajların müvafiq nəqliyyat növü ilə daşınması qaydasını, təyin edilmiş ödəmə və yığımların və tariflərin tətbiq edilməsi, nəqliyyatın bir növündən başqasına keçdikdə səfər haqqının təzədən hesablanması qaydasını, səfər sənədlərinin formasını, biletlərin güzəştlə satılması qaydasını; vaqonda, gəmidə, avtobusda tamaşa zallarında və s. oturacaq yerlərin sxemini, nəqliyyat qovşaqlarının uyğun sxemlərini; nəqliyyat hərəkət cədvəlini və onun hərəkətinin əsas marşrutlarını, pul vəsaitlərinin, sənəd blanklarının və başqa maddi sərvətlərin alınması, mühafizəsi və təhvil verilməsinə aid təlimatları.
Beynəlxalq, qarışıq, düz (kabotajlı), yerli və şəhərətrafı daşınmalarda nəqliyyatın növləri üzrə sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi və satılması, ekskursiya səfərlərinə və turist reyslərinə, kruiz reyslərinə əvvəlcədən verilmiş sifarişlə kollektiv ərizələrə əsasən "qatarla" gediş-gəliş sənədlərinin tərtib edilməsi və satışı. Teatrların, kinoteatrların, sirkin, klubların, parkların, stadionların və başqa tamaşa idarələrinin kassaları (kassirləri) arasında bilet və abunə biletlərinin bölüşdürülməsi. Biletlərin satılması haqqındakı kassa hesabatının qəbul olunmuş ardıcıllığa uyğun tərtib edilməsi. İstifadə olunan avadanlığın qurulması, təmiri və ona xidmət.
Bilməlidir: uçot və hesabatın aparılması üzrə kassa və bank əməliyyatlarının aparılması qaydasını; beynəlxalq və daxili daşınmada nəqliyyat sənədlərinin formasını; Xüsusi zonaya səfər üçün biletlərin satışı və rəsmiləşdirilməsi qaydasını; istifadə olunan avadanlığın təyinatını, quruluşunu və xidmət qaydasını; qatarda, avtobusda, təyyarədə, gəmidə boş qalmış yerlər haqqında məlumat verilməsi qaydasını.
5-ci dərəcə: kassalar arasında yerlərin və biletlərin paylanılması və nəqliyyat yola düşdükdən sonra boş yerlər haqqında məlumat verdikdə.
6-cı dərəcə: xarici valyuta ilə işlədikdə.
Binaların, qurğu və avadanlıqların vaxtından əvvəl xarab olub sıradan çıxmasının qarşısını alan işləri görür, zədə və nasazlıqları aradan götürür. Müayinə siyahısı əsasında tərtib edilmiş cədvəl üzrə vaxtaşırı il ərzində bina və qurğuların profilaktik və cari təmirini həyata keçirir.
Bilməlidir: xidmət etdiyi qurğu və avadanlığın konstruktiv xüsusiyyətlərini və iş rejimini, təhlükəsizlik və yanğından mühafizə tədbir və qaydalarını təmin edən təlimatları.
4-cü dərəcə: bir qədər mürəkkəb texnikanın, qurğu və avadanlığın təmiri, tənzimlənməsi və saxlanılması işlərini gördükdə.
Müəssisənin, idarə və təşkilatın sahəsinə daxil olmaq üçün, müəyyən olunmuş qaydaya uğun olaraq daimi, müvəqqəti və bir dəfəlik icazə vərəqələrinin və yaxud buraxılış sənədlərinin yazılması, rəsmiləşdirilməsi və verilməsi işlərini yerinə yetirir. Jurnalda və yaxud başqa ilkin sənədlərdə verilmiş, geri qaytarılmış buraxılış sənədlərinin, doldurulmamış blankların uçotunu aparır, Müxtəlif növ buraxılış sənədlərinin verilməsi və geri qaytarılması haqqında illik hesabat, buraxılış sənədlərinin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq müvafiq arayış hazırlayır.
Bilməlidir: müəssisə, idarə və təşkilatlarda nizama salınmış buraxılış qaydasını, nizamnamələri, tövsiyələri və başqa rəhbər sənədləri, normativ materialları, icazə vərəqələrinin və yaxud başqa buraxılış sənədlərinin verilməsi qaydasını, geri qaytarılmış icazə vərəqələrinin, blankların alınması, hesabı və saxlanılması qaydasını, əməyin təşkilinin əsasını, daxili nizam-intizam qaydasını; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Vaqon və konteynerlərin plomblanması işlərinin yerinə yetirilməsi. Plombun açılması və plombun üzərinə möhür vurulması. Əşyaya plombu bağlayarkən məftillə burub bərkidilməsi və yaxud əşyanı plombsuz apararkən xüsusi bağlayıcı alətlərlə bağlanılması. Plombun hər iki tərəfindən möhürün aydın vurulmasının və bağlanılmış məftilin möhkəmliyinin yoxlanılması. Məntəqədə plombun, plomb məngənəsinin və məftilin mühafizə olunması. Məngənənin yağlanması və ona qulluq olunması. Ploblama kitabının tərtibi və s.
Bilməlidir: plomblama və məftilin burulub bağlanılması qaydasını, plombun növünü, bağlanma üsullarını, plombun vurulmasında istifadə olunan alət və avadanlıqları; plomb kitabının və məngənənin mühafizə qaydasını; plomb disklərində nəzarət nişanlarının dəyişdirilməsini; yükün növünü, uçotun aparılması qaydasını, təhlükəsizlik texnikası qaydalarını.
Mehmanxanalarda, çoxmərtəbəli binalarda, kinoteatrlarda, sirklərdə, qida, ticarət və s. yerlərdə qapıların açılıb-örtülməsi, müştərilərin (gəlib-gedənlərin) qəbul edilməsi, onların istənilən yerə (nömrəyə, otağa, zala, şöbəyə və s.) getməsinin istiqamətləndirilməsi, gələnlərin binaya daxil olmaq üçün hüququ olub-olmamasının yoxlanılması, baqajın daşınmasına kömək göstərilməsi, binaya daxil olanlara lazımi məlumatların verilməsi, hüququ olmayanların binaya daxil olmasının və digər xoşagəlməz təsadüfi halların qarşısının alınması. Daxil olanlardan biletlərin toplanılması, ictimai yerlərin qarderob və yaxud tualetlərə nəzarət edilməsi. Sifarişlə taksi çağırılması, giriş qapılarının təmiz və saz vəziyyətdə olmasına nəzarət edilməsi. Nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi. Siqnalizasiya sisteminin, işıq reklamların saz işləməsinin yoxlanılması və onların yandırılıb söndürülməsi.
Maşın dayanacağına nəzarət Digər fəhlələrin işinə göz yetirmək.
Bilməlidir: müştərilərə xidmət qaydasını, şöbələrin, seksiyaların, ticarət zallarının yerləşməsini, taksi sifariş etmək, təcili yardım maşını, yanğın komandasını çağırmaq üçün telefon nömrələrini, yaxınlıqda yerləşən yeməkxana, ticarət, kommunal təsərrüfat və s. müəssisələrin ünvanlarını, yanğından mühafizə və siqnalizasiya vasitələrinin yerləşməsini və onlardan istifadə qaydasını, gigiyena qaydalarını.
2-ci dərəcə: böyük mehmanxanalarda qapıçı işlədikdə.
Üst paltarın, papaqların və başqa şəxsi əşyaların müəssisə (idarə) işçilərindən və ya müştərilərdən qəbulu və təhvil verilən əşyaların qorunmasının təmin edilməsi, İşçilərin və ya müştərilərə əşyaların mühafizə yerinin nömrəsini göstərən jetonun verilməsi və jeton təqdim olunduqda mühafizə üçün verilən əşyaların geri qaytarılması. Qarderob ərazisinin səliqəli və təmiz saxlanılmasının təmin edilməsi.
Ahıllara və əlilliyi olan şəxslərə soyunub geyinməkdə yardım göstərilməsi.
Bilməlidir: şəxsi əşyaların mühafizə və qəbulu qaydasını, jeton itdiyi halda sənədlərin rəsmiləşdirmə qaydasını, müəssisənin (idarənin) iş rejimini.
Qızıldan olan köhnə diş protezlərinin, sikkə və qırıntıların qiymətli metallar zavoduna yola salınması. Tərkibində qiymətli metal olan tullantıların Dövlət Fonduna təhvil verilməsi. Qızıldan və başqa bahalı metaldan olan diş protezlərinin hazırlanma prosesində (tibbi qeyd şöbəsindən və anbarlardan diş texniki laboratoriyasına, kabinetlərə keçməsi və geri qayıtması) iştirak etmək. Hazır məhsulun çəkilməsi, ona məzənnə qoyulması və sifarişçinin iştirakı ilə çəkisinin yoxlanılması.
Bilməlidir: qəbulçunun xəzinəsini təchiz etmə qaydasını, analitik tərəzilərdə işləmə qaydasını, stomatoloji idarələrdə bahalı metallardan dişlərin protezləşdirilməsi üçün istifadə və uçotu barədə təlimatı.
Dişləri protezləşdirmək üçün təchizat təşkilatlarından və müştərilərdən qızılının və başqa bahalı metalların alınması. Müştərilərdən qəbul edilən qızılın reaktivlə yoxlanılması. Diş məmulatı istehsal etmək üçün qızılın diş texniklərinə verilməsi. Qızılın qəbulu, sərf olunması, qalığı barədə sənədlərin tərtib edilməsi. Diş texniklərində və xəzinədə olan qızılın və başqa bahalı metalın mədaxil və sərfi uçotunun aparılması. İnventarlaşdırmanın aparılmasında iştirak etmək (işin xüsusiyyətini və yerli şəraiti nəzərə almaqla, mühafizə təhvil qaydası stomatoloji idarənin rəhbəri tərəfindən təyin olunur.)
Bilməlidir: stamotoloji idarələrdə dişlərin protezləşdirilməsi üçün bahalı metallardan istifadə və uçotu barədə təlimatı, qızılın və başqa metalların alınması, mühafizəsi, yerdəyişməsi və verilməsinin sənədləşdirilməsi və aparılması qaydalarını, müştərilərdən qəbul edilən qızılın reaktivlərlə yoxlanılması metodunu.
Mehmanxanaların, yataqxanaların sanitariya qovşaqlarının və ona təhkim olunan başqa sahələrin yığışdırılması və təmiz saxlanılması. Hər bir otaqdan sakin getdikdən sonra onun istifadə etdiyi əl-üz dəsmalının və yataq ağlarının qəbul edilməsi və dəyişdirilməsi. Uzun müddət yaşayanların yataq ağlarının mehmanxanalarda daxili nizam-intizam qaydalarına əsasən qoyulmuş vaxt ərzində dəyişdirilməsi. Əmlakın və avadanlığın xarab olmasını gördükdə, böyük qulluqçunun və ya mərtəbə növbətçisinin xəbərdar edilməsi. Yaşayanlardan məişət xidməti üçün alınan sifarişlərin vaxtı-vaxtında yerinə yetirilməsinin təmin edilməsi. Təhlükəsizlik texnikasından istifadə edilməsi.
Bilməlidir: mehmanxanalarda daxili nizam-intizam qaydalarını; təhlükəsizlik texnikası qaydasını; elektrik tozsoranlarının, döşəməsilənlərin quruluşunu, sanitariya və gigiyena qaydalarını.
2-ci dərəcə: böyük qulluqçu vəzifəsini yerinə yetirdikdə.
Xidmət olunan binanın (evin) ətrafındakı küçə, səki, meydança və sahələrin təmizlənməsi. Səkilərin küçə və körpülərin qar və buzdan vaxtında təmizlənməsi, onlara qum səpilməsi. Yanğın qutularına sərbəst keçmək üçün onlara gedən yolun vaxtaşırı təmizlənməsi. Su yığmaq üçün balaca arx və çalaların qazılması və təmizlənməsi. Küçələrdə qoyulmuş zibil qutularının yuyulması və onların vaxtaşırı zibildən təmizlənməsi. Yaşayış binalarının həyətlərindəki zibil qutularının, ictimai tualetlərin vaxtında təmizlənməsinə və onların sanitar vəziyyətlərinə nəzarət. Bütün ev avadanlıqlarının və əmlakın (çəpər, pilləkən, su boruları, zibil qutusu, lövhələr və s.) sazlığına və saxlanılmasına nəzarət. Bayramlarda evlərin fasadlarına bayraqların asılması, çıxarılması və mühafizə olunması. Xidmət olunan sahədə işıqların vaxtında yandırılması və söndürülməsi. Polis işçiləri ilə birlikdə yoxlamalarda iştirak edilməsi. Qocalara, xəstələrə, uşaqlara, bədbəxt hadisə zamanı zərər çəkənlərə yardım edilməsi.
Bilməlidir: binaların sanitariya, abadlıq cəhətdən təmiz saxlanılması qaydasını; polis idarəsi bölmələrinin, yerli sahə müfəttişliyinin, təcili tibbi yardım stansiyasının, yanğına qarşı hissənin, əczaxananın, uşaq evinin və s. ünvan və telefon nömrələrini.
4-cü dərəcə: həyətyanı tualetlərin təmizlənməsi işlərini gördükdə.
Paltarın, ev əşyalarının, avadanlığın, maşının, xammalın, yafımfabrikatın, nəqliyyat vasitələrinin, ərazinin, istehsal yerlərinin, bina və tikililərin fiziki, kimyəvi bioloji və kompleks metodlarla dezinfeksiyası (xəstəlik törədən mikroorqanizmlərin və ya yoluxucu infeksiya yayanların məhv edilməsi və ya zərərləşdirilməsi) və dezodorasiyası. Əl ilə zəhərləyici kimyəvi maddələrlə dezinfeksiya (ziyankar həşəratların artmasının qarşısının alınması və məhv edilməsi) deratizasiya və dezodorasiya (siçovul, siçan və əkin gəmiricilərinin məhv edilməsi) aparılması, dezinfeksiya olunan əşyaların dezinfeksiya kameralarına gətirilməsi və onların yüklənməsi və boşaldılması.
Bilməlidir: dezinfeksiya, dezinseksiya, deratizasiya və dezodorasiya üçün işlədilən maddələrin təyinatını, növlərini və xüsusiyyətlərini; dezinfeksiya kameralarının doldurulma və boşaltma üsullarını; dezinfeksiya, dezinseksiya, deratizasiya işlərini gördükdə şəxsi və ictimai təhlükəsizlik tədbirlərini, zəhərli, kimyəvi preparatlarla işlərin təhlükəsizlik qaydalarını, xüsusi mühafizə vasitələrindən istifadə qaydalarını.
Zəhərli kimyəvi maddələrlə və insektisidlərlə xüsusi maşın və avadanlığın köməyi ilə dezinfeksiya (ziyankar həşəratların artmasının qarşısını almaq və qırmaq), deratizasiya (siçovul, siçan və tarla gəmiricilərinin qırılması) və dezodorasiya aparılması. Dezinfeksiya üçün zəhərləyici və başqa maddələrin hazırlanmasında işlədilən maşın və avadanlığa xidmət göstərilməsi.
Təlimatın tələblərinə uyğun olaraq, tələ yemini hazırlamaq üçün lazım olan qida və zəhərləyici maddələrin qəbulu, uçotu, mühafizəsi və buraxılması. Mühafizə vasitələrinin keyfiyyət və sazlığının yoxlanılması, əleyhqazlara, xüsusi geyimlərə, inventarlara və s. zəhərləyici maddələrin təsirinin yoxlanılması.
Bilməlidir: dezinfeksiya, dezinseksiya, dezodorasiya və depatizasiyada istifadə olunan maddələrin təyinatını, tərkibini və hazırlanma üsullarını; kimyəvi zəhərlərlə dezinfeksiya aparan maşın və aparatların işləmə prinsipini və quruluşunu, dezinfeksiya kamerasının quruluşu və iş rejimini; təzyiq altında işləyən avadanlığın hidravlik sınama metodlarını, zəhərlənmənin əlamətlərini və bu halda ilk yardım etmə qaydalarını; kimyəvi zəhərli işlərdə təhlükəsizlik qaydalarını; dezinfeksiya və dezodorasiya zamanı ekspozisiya aparma müddətini;
Nimdaş paltarların, yataq ağlarının və s. çeşidlərə ayrılması, onların yuyulmağa verilməsi, xırda təmiri və yuyulduqdan sonra ütülənməsi. Lazımsız hala salınmış xüsusi və sanitar geyimlərin (ayaqqabıların, yataq ağlarının və başqa əşyaların) silinməsi üçün aktların tərtib olunması.
Bilməlidir: xüsusi və sanitar geyimlərin (ayaqqabıların, yataq ağlarının və s.) dəyişdirilmə və nişan vurma qaydasını.
Xüsusi geyimlərin, xüsusi ayaqqabı, sanitar paltarı, yataq ağları, çıxarıla bilən inventarların (üzlüklər, pərdələr və s.) və qoruyucu ləvazimatın alınması, yoxlanılması və verilməsi. Xüsusi geyimdən, yataq dəyişəyindən və s. düzgün istifadə olunmasına nəzarət və uçotun aparılması. Təyin edilmiş sənədlərin rəsmiləşdirilməsi.
Bilməlidir: xüsusi və sanitar paltarlarının, ayaqqabıların, yataq dəyişəyinin, qoruyucu ləvazimatın alınıb-verilməsi, mühafizəsi və köhnəlməsi ilə bağlı silinmə qaydalarını, təyin edilmiş sənədlərin aparılma qaydasını.
Əvvəlcədən silinməli sahənin boşaldılması və elektrik döşəməsiləni ilə və ya ayaq şotkası ilə döşəmənin silinməsi. Döşəmənin zibildən və çirkdən təmizlənməsi. Elektrik döşəməsilənin işində olan xırda nasazlığın düzəldilməsi. Mastikanın və ya mumun hazırlanması, lakın mastikanın və ya mumun döşəmə səthinə çəkilməsi.
Bilməlidir: elektrik döşəməsilənin quruluşunu, işləmə prinsipini və ondan istifadə qaydasını, lak, mastika, mum çeşidlərini və onlardan istifadə qaydasını.
3-cü dərəcə: xüsusi mastikadan istifadə etməklə, qiymətli ağac növlərindən olan döşəməni əli ilə sildikdə.
İdarəetmə pultundan işçi təlimatlara əsasən, elektron hesablama maşınlarında məlumatın emalı prosesinin aparılması. Məlumatların texniki məlumat daşıyıcılar və rabitə kanalları ilə elektron hesablama maşınlarına verilməsi və maşından çıxarılması. Maşından sonrakı əməliyyatlar üçün alınan hesabat göstəricilərinin rabitə kanalları ilə verilməsi. Mühəndis konstruktor hesabı ilə hesablanmış məlumat göstəricilərinin cəmlənməsi yolu ilə ilkin sənədlərin müxtəlif tipli hesablama maşınlarında emalı. Məlumatı perfolentə salmaqla hesab-fakturasının çıxarılışı və siyahıların, cədvəllərin, yekun məlumatın, hesabatın mexaniki üsulla tərtibi.
Hesablamaya nəzarət, ilkin sənədlərlə tutuşdurulma. Maşının işə hazırlanması, verilmiş işə idarəetmə işinin və ya blok sxemin qoyulması. Perfokartın perforasiyası, verifikasiyası, dublikasiyası, reproduksiyası və tabulyasiyasının aparılması. Kodlaşmış məlumatın dəliklərinin vurulması və oxunulması.
İlkin sənədlərdən məlumatın perfokarta keçirilmə düzgünlüyünün "işığa" yoxlanılması və tabulyaqramda uyğun göstəricilərin və yekunların düzəldilməsi.
Mexaniki üsulla tərtib edilmiş tabulyaqrama nəzarət, yekun göstəricilərin yoxlama rəqəmlər ilə tutuşdurulması, tabulyaqrammanın sahəsində qeyd etməklə seçmə balanslaşdırmanın aparılması, nəzarət rəqəmləri jurnalına tabulyaqramların yekunlarının qeyd edilməsi, yoxlanılmış tabulyaqramların tərtibi və buraxılması. Kommutasiyanın sadə sxemi üzrə maşının sazlanması və qeyri-mürəkkəb yenidən kommutasiyalaşmanın sərbəst həyata keçirilməsi. Perfokartların bir neçə dəfə buraxılmasını həyata keçirmək üçün buraxılma xətkeşinin, söykənəcəyin və tabulyasiya plastinin yerləşdirilməsi. Riyazi sorğu kitabları və cədvəlləri ilə işləmək, yerinə yetirilmiş işlərin naryadlarının və müşayiətedici sənədlərinin rəsmiləşdirilməsi.
Bilməlidir: hesablama maşınlarının texniki istismar xüsusiyyətlərini, idarəetmə pultunun quruluşunu və EHM (Elektron Hesablama Maşınları) texniki istismar qaydalarmı, yerinə yetirilmiş texnoloji proseslərin mahiyyətini və ardıcıllığını təyin edən rəhbər materialları;
qüvvədə olan şifr və kodları; məlumatın nəzarət texniki daşıyıcılarını; hesablama işlərini və hesablamanın aparılma metodlarını; kommutasiyanın və maşının saxlanılmasında sadə blok sxemlərin əsaslarını; ilkin və buraxılan sənədlərin formasını; proqramlaşmanın orta ixtisas və ya ümumi təhsil həcmində əsasını və kurs hazırlığını.
İşçi proqramına uyğun olaraq hesablama prosesinin aparılmasının təminatı. Məlumatın texniki daşıyıcılarının hazırlanması, quruluşlarda verilənləri hazırlama və ona nəzarət. Məlumatın yazılması və oxunması, məlumatın bir daşıyıcı növündən başqasına yazılması. EHM-in işini müşahidə; məlumatın emalı prosesində EHM-in işində dayanma səbəblərinin təyin olunması, maşın vaxtından istifadə və maşının işində hiss olunan defektlər haqqında maşın vaxtının uçotu jurnalına yazılması.
Bilməlidir: EHM-in texniki istismar qaydasını, məlumatın emalı üçün işçi təlimatları, başqa rəhbər materialları, məlumatın texniki daşıyıcılarını, EHM-də tətbiq olunan kodları, EHM-də iş vaxtı dayanmalarını aşkar etmək üçün çıxış cədvəllərinin quruluşunu.
6-cı dərəcə: xırda təmir işlərini yerinə yetirdikdə.
Müxtəlif sistemli elektrik-avtoarabacıqların, onların qaldırıcı kran və platformalarının idarə olunması. Yüklərin yüklənməsinə, bərkidilməsi və boşaldılmasına nəzarət edilməsi, yaxud öz qüvvəsilə yükləmə-boşaltma işlərinin görülməsi. Yüklərin daşınması və mühafizəsinin təmin olunması. Yükləri qəbul edib və təhvil verərkən sənədlərin tərtib edilməsi. Elektrik- avtoarabacıqlarda yağlama işlərinin aparılması.
Bilməlidir: elektrik-avtoarabacıqların müxtəlif sistemlərinin quruluşunu və onların hissələrinin daxili əlaqələrini; onların maksimum yükqaldırma qabiliyyətini, əsas istismar göstəricilərini; akkumulyatorların doldurma müddətləri və üsullarını, yükün boşaltma və yükləmə qaydalarını, yüklərin yığılması, bərkidilməsi və qabarit hündürlüyünün gözlənilməsi; yanacaq və sürtgü materiallarının növlərini, təhlükəsizlik texnikası qaydalarını.
3-cü dərəcə: cari təmir işlərini yerinə yetirdikdə.
İşin partiturasına əsasən tamaşa və məşq vaxtı səhnənin işıqlandırılması. Elektrik işıqlandırma aparatının qurulması. Tamaşada işıq effektini yaratmaq üçün aparatların hazırlanması. İşıqlandırıcı aparat və cihazların profilaktik təmiri. Səyyar tamaşalar və qastrollar zamanı işıqlandırıcı səhnə aparatlarının yığılması və nəql edilməsi.
Bilməlidir: işıqlandırıcı cihazların quruluşunu, onların cərəyana qoşulması, buraxıla biləcək gücü, sabit və dəyişən cərəyanın xüsusiyyətini, səhnənin işıqlandırma qaydalarını, yanğından mühafizə qaydalarını, yüksək gərginlikli cərəyandan istifadə edilən işlərdə texniki təhlükəsizliyi.
4-cü dərəcə: daha mürəkkəb aparatlara xidmət etdikdə və səhnə işıqçılarına rəhbərlikdə.
Metrolarda, mağazada, hava, dəniz və dəmir yolu vağzallarında və başqa ictimai müəssisə və təşkilatlarda eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi. Eskalatordan istifadə qaydaları haqqında sərnişinlərə radio ilə məlumat verilməsi və müşahidə olunması. Sərnişinlərə onları maraqlandıran məsələlər barədə məlumat verilməsi. Uşaqlı sərnişinlərə, ahıllara və əlilliyi olan şəxslərə eskalatora minib və düşərkən köməklik göstərilməsi. Bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımın göstərilməsi. Eskalator xarab olduqda elektrik çilingərinin və yaxud qəza xidmətinin çağırılması.
Bilməlidir: eskalatorun və onun elektrik və radiotəchizat qurğusunun iş prinsipini və istismarını, tibb məntəqəsinin, təmir heyətinin və qəza xidməti işçilərinin yerini; ilkin tibbi yardımın göstərilməsi qaydalarını; növbənin qəbul və təhvil qaydalarını; metropolitenin sxemini.
3-cü dərəcə: iş zamanı eskalatorun işində meydana çıxan xırda nasazlıqları aradan qaldırdıqda.
Duş qurğularının, kranların, duş süzgəcləri torunun, pilləkən qəfəsinin, pəncərələrin vəziyyətinə nəzarət. Müxtəlif yuyucu və dezinfeksiyaedici məhsulların hazırlanması. Çənlərin içməli su ilə doldurulması. Zibil qablarının yerləşdirilməsi, onların təmizlənməsi və dezinfeksiya edilməsi. İstehsalat hamamlarında tualetin, duşxananın, qarderobun və başqa ümumi istifadədə olan yerlərin yığışdırılması və dezinfeksiya edilməsi.
Bilməlidir: sənaye sanitariyası tələblərini, yuyucu və dezinfeksiyaedici məhlulların lazımi konsentrasiyasını və xassəsini, təyinatını, onların hazırlanma üsullarını və tətbiqini, yığışdırma qaydasını və yuma metodunu.
Xüsusi geyimlərin və ağların qəbulu, saxlanılması, növlərə ayrılması və verilməsi. Yuyucu, kraxmallayıcı, lilləyici məhsulların hazırlanması. İstehsalat təyinatlı xüsusi geyimlərin, yataq ağlarının və başqa əşyaların əllə və maşınla yuyulması. Qurudulma barabanlarında (kamerada) və təbii şəraitdə qurudulması, əl ilə və ya preslərdə ütülənməsi. Xüsusi geyimlərin xırda təmiri.
Bilməlidir: xidmət etdiyi avadanlığın istismarı qaydasını; yuyucu və dezinfeksiyaedici vasitələrin lazımi konsentrasiyasını və xassəsini, təyinatını, onların hazırlanma üsullarını və tətbiqini; sənaye sanitariya tələblərini.
İnzibati binalarda yerləşən xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, qovşaqların, ictimai ayaqyolunun və s. yığışdırılması. Tozun alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin və şüşələrin, mebel və xalça məmulatlarının süpürülüb silinməsi və yuyulması. Zibil qablarının kağızdan təmizlənməsi, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və ona ayrılmış yerlərə aparılması. Unitazların, vannaların, rakovinanın və başqa sanitar texniki avadanlığın təmizlənməsi və dezinfeksiyası. Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydasına riayət edilməsi.
Bilməlidir: otaqların silinməsi və təmiz saxlanılmasında sanitar və gigiyena qaydalarını, xidmət olunan avadanlıq və mexanizmlərin təyinatı və quruluşunu, yığışdırma qaydasını, yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyasını və ondan istifadənin təhlükəsizlik qaydasını, sanitar-texniki istismarı qaydasını.
Sexlərdə və başqa istehsalat binalarında istehsalat tullantıların və zibilin yığışdırılması. İstehsalat binalarında tozun silinməsi, süpürgə və əl ilə və ya maşınların və mexanizmlərin köməyi ilə döşəmələrin, pilləkənlərin, pəncərə, divar və s. təmizlənməsi. Tullantıların və zibillərin istehsalat binasında onlar üçün ayrılmış yerlərə nəql etdirilməsi.
Zibil qablarının təmizlənməsi, dezinfeksiyası və yerlərinə qoyulması. İstehsalatda ictimai istifadə ayaqyolunun, duşxananın, qarderobun və başqa yerlərin yığışdırılması və dezinfeksiyası. Yuyucu və dezinfeksiyaedici məhlulların hazırlanması. Yuyucu vasitələrin, inventarların və silici materialların alınması.
Bilməlidir: yığışdırma qaydasını, xidmət olunan avadanlığın istismar qaydasını və quruluşunu, sənaye sanitariyasının tələblərini, dezinfeksiya edici və yuyucu vasitələrin təyinatını.
4-cü dərəcə: ancaq ictimai ayaqyolularının yığışdırılması zamanı.
Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənib boşaldılması, daşınması və anbar daxili emalı. Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması. Nəqledici vasitələrdə və anbarda yükün bağlanılması və üstünün örtülməsi. Nəqledici vasitələrin təmizlənməsi və yağlanması.
Bilməlidir: nəqledici vasitələrdən istifadə etməklə anbarda yükün yığılması, bağlanması, üstünün örtülməsi qaydasını; nəqledici vasitələrdən istifadə və istismar qaydasını, qaldırıcı-nəqledici mexanizmlərlə yükü yükləyib boşaltdıqda şərti siqnallaşdırılmanı, anbarların və yüklərin yüklənib boşaltma yerlərini.
4-cü dərəcə: çəkisi 50 kiloqrama qədər olan yüklərin sex daxili emalı; dəmir yolu vaqonlarına, avtomobillərə və digər nəqliyyat vasitələrinə yüklənib boşaltma işlərini yerinə yetirdikdə.
5-ci dərəcə: çəkisi 50 kiloqramdan yuxarı olan, sağlamlıq üçün zərərli və donmuş halda olan, yüklərin dəmir yolu vaqonlarına, avtomobilə və digər nəqliyyat vasitələrinə və sağlamlıq üçün zərərli olmayan yüklərin gəmiyə yüklənib boşaltma işlərini yerinə yetirdikdə.
6-cı dərəcə: isti metalın, aqlomeratın, şlakın, filizlərin, kömürün, kömür briketinin, kreozoptun, anod kütlənin, asbestin, əhəngin və mineral pambığın, sementin yüklənib boşaldılması, sağlamlıq üçün zərərli və çəkisi 50 kiloqramdan yuxarı olan bütün növ yüklərin yüklənib boşaltma işlərini yerinə yetirdikdə.
Ensiz plyonkalı kinoproyeksion aparatlarla təchiz olunmuş kino qurğulara texniki xidmət və kino filmlərin nümayiş etdirilməsi. Daha yüksək ixtisaslı kinomexanikin rəhbərliyi altında 35 millimetrlik kino qurğularından filmin nümayiş etdirilməsi. Filmləri nümayiş etdirmək üçün stasionar və səyyar tipli kino qurğu avadanlığının və kinoproyeksion aparatların işə hazırlanması. Aparatın təmizlənməsi və yağlanması.
Bilməlidir: ensiz plyonkalı aparatlarla təchiz olunmuş kinoproyeksion, səs əksetdirici aparatın və köməkçi avadanlığın quruluşunu və texniki göstəricilərini, ensiz plyonkalı kino qurğusunun elektrik rabitəsini, 35 mm-lik kinoqurğusu avadanlığının və aparatın əsas birləşmə və hissələrinin texniki göstəricilərini və təyinatını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Avtomat qurğulu kinogöstərən, stasionar və səyyar tipli 16, 35, 70 millimetrlik kinoproyeksion aparatla təchiz olunmuş kino-qurğulara texniki xidmət və filmlərin nümayiş etdirilməsi. Kinoqurğuların komplektinə daxil olan nəzarət-ölçü cihazlarını və tərtibatları təqdim etməklə, aparaturanın tənzimlənməsi və texniki baxış keçirilməsi. Ensiz plyonkalı kinoproyeksion və səs əksetdirici aparaturaların işindəki mexanizmin sökülməsini tələb etmədən və quraşdırmanın lehimlərini qoparmadan nasazlığın üzə çıxarılması və düzəldilməsi ilə əlaqədar işlərin görülməsi. Film-surətin yoxlanılması, yenidən sarınması, nəmləşdirilməsi, texniki vəziyyətinin təyini və cari təmiri. Kinoqurğunun texniki sənədlərinin aparılması.
Bilməlidir: stasionar və səyyar kino qurğularında kinoproyeksion səsetdirici aparaturanın və köməkçi avadanlığın quruluşunu, texniki göstəricilərini, kino-qurğunun elementlərinin xarici birləşmə sxemini, əsas ölçü və cihazlardan və qurğularından istifadə qaydasını, texniki baxışın və təmirin məzmunu, ensiz plyonkalı kino qurğularında kinoproyeksiyadakı səsetdiricinin nasazlığının düzəldilməsi üsullarını, film-surətin zədələnmə səbəbini və onun düzəldilməsi üsullarını, qəbul olunmuş normativ texniki sənədləri.
Stereoskopik kinoteatrlarda geniş formatlı, panoramlı və stereoskop səsverməklə filmlərin nümayiş etdirilməsi və kino-aparaturaya qulluq edilməsi. İki-üç plyonkalı nümayişdə bir və ya iki maqnit fonoqramında səsin kadrla birlikdə nümayişi ilə sinxron əks etdirilməsi, filmin, dublyajın səsləndirilməsi prosesində kadr həlqəsindən səsin əks etdirilməsi, neqativə bərabər olan film-surətlərin nümayişi. Kinoproyeksion və səs əksetdirici aparaturada mexanizmin sökülməsini tələb etmədən və quraşdırmanın lehimlərini qoparmadan aparaturanın işindəki nasazlığın üzə çıxarılması və düzəldilməsi. Panoram film-surətlərin və maqnit fonoqramlarının texniki vəziyyətinin müəyyən edilməsi, təmiri və sinxronlaşdırılması.
Bilməlidir: kinoproyeksion səs əksetdirici aparaturanın quruluşunu və texniki göstəricilərini; avtomatlaşmış vasitələrlə geniş formatlı, panoramlı stereoskopik kinoteatrlarda filmlərin nümayişi, iki-üç plyonkalı film nümayiş etdirdikdə kinoproyeksion aparatura ilə səsetdirici aparaturanın sinxronizasiya prinsiplərini, kinoproyeksion və səsetdiricilərdə nasazlığın düzəldilməsi üsullarını, kinoqurğu avadanlığının və aparaturanın hissə və düyümlərinə qoyulan texniki tələblərin əsaslarını, film-surətinin texniki vəziyyətini təyin etmək üçün təlimatı, panoram filmi-surətlərin və maqnit fonoqramlarının təmiri texnikasını, elektronikanın, kinoproyeksion texnikasının, kinogöstərmə avtomatikasının, səs texnikası və akustikanın (kinoqovşaqlar üçün fəhlələr hazırlayan təhsil müəssisələrinin proqramı həcmində) əsaslarını.
Bütün növlərdən olan kinoqurğulara texniki xidmət və filmlərin nümayiş etdirilməsi. Geniş formatlı, panoramlı və stereoskopik kinoteatrlarda kinoproyeksion, səsetdirici aparaturanın, sinxronlaşdırma aparaturasının, elektrobölüşdürücü və elektroqüvvəli qurğuların yoxlanılması, sahmana salınması və tənzimlənməsi. Kino-texniki avadanlığın dəyişdirilməsi və quraşdırma işinin aparılması. Bütün tiplərdən olan təzə və əsaslı təmirdən çıxmış kinoaparaturanın və avadanlığın sınağı və texniki yoxlanılması. Kinoqurğuların elektrik avadanlığına və elektrik qovşağına texniki nəzarət.
Bilməlidir: kinoproyeksion aparaturanın və səs əksetdirici qurğunun texniki göstəricilərini, quruluşunu, işləmə prinsipini, tənzimləmə və sahmana salma üsullarını, səsi təzədən yazdıqda şəklin və səsin sinxronizasiya prinsipini, idarəetmə pultunun istismarı qaydası və quruluşunu, dinamik elektro-reklamın quruluş prinsipini, kinoqurğunun sxemi və cizgilərini.
Kirayə atelyesində, salonunda və məntəqələrində vətəndaşlara müvəqqəti istifadə üçün təsərrüfat və mədəni-məişət təyinatlı əşyaların, idman inventarları və başqa avadanlıqların verilməsi. Müqavilə və ya qəbz tərtib edilməsi. Vətəndaşların kirayə qaydası, qiymət preyskurantı, kirayə əşyalarının istismarı qaydası ilə tanış edilməsi. Vətəndaşlardan kirayəyə götürülən əşyaların geri alınması, kirayə pulunun qəbulu. Kirayə verilən əşyaların hərəkəti və başqa sənədlər üçün jurnal aparılması. Kassa cədvəlinin tərtibi, yığılan pulun təyin olunmuş qayda üzrə təhvil verilməsi. Mövsümi xüsusiyyətli əşyaların təyin olunmuş qayda üzrə mühafizə edilməsi.
Kənd təsərrüfatı məhsullarının və xammalın qəbulu və növlərə ayrılması. Məhsulun və xammalın çəkilməsi və ya ölçülməsi. Kənd təsərrüfatı məhsullarının və xammalın təyin olunmuş əlamətlərinə görə növlərə ayrılması. Qəbul olunmuş məhsulun mühafizəsi.
Bilməlidir: kirayə qaydasını, qiymət preyskurantını, qoyulmuş qayda üzrə uçot və hesabatın aparılmasını. Kənd təsərrüfatı məhsullarının və xammalın qəbulu və növlərə ayrılması qaydasını, kənd təsərrüfatı məhsullarının və xammalın çəkilməsi və ya ölçülməsi qaydasını, məhsulun və ya xammalın mühafizəsi qaydasını.
Vətəndaşlara müvəqqəti istifadə etmək üçün təsərrüfat və mədəni-məişət təyinatlı əşyaların, idman inventarlarının və başqa avadanlıqların verilməsi, onların saz və dəst olmasının yoxlanılması. Bəzi kirayə əşyalarının xırda təmiri. Nasaz kirayə əşyalarının təmirə verilməsi, korlanmış inventarların silinməsi üçün akt tərtib edilməsi. Kirayə fondunu avadanlıq və inventarla doldurmaq üçün sifariş tərtib edilməsi. Vətəndaşlardan geri alınan kirayə əşyalarının dəstliyinin və sazlığının yoxlanılması, vətəndaşların təsiri üzündən sıradan çıxmış əşyalara akt tərtib edilməsi. Kənd təsərrüfatı məhsullarının və xammalın qəbulu. Dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq təhvil verilən məhsulun keyfiyyətinin, eləcə də xammalın çeşidi, növləri, məzənnəsi, sinfi, defektlik və konservləşdirmə vəziyyəti, çəkisi və ölçülərinin təyin edilməsi, qəbul olunmuş məhsulun qorunması və alıcılara buraxılması. Müvafiq sənədlərin tərtibi.
Bilməlidir: kirayə qaydasını, kirayə fondunda olan avadanlıq və inventarlardan istifadə qaydasını və quruluşunu, kirayə fondundan istifadə və mühafizə, sıradan çıxmış kirayə əşyaları üzrə aktı tərtib etmə qaydasını; kənd təsərrüfatı məhsullarının və xammalın qəbulu, təhvil verilmiş məhsulun keyfiyyətini təyin etmə qaydasını, dövlət standartlarını və texniki şərtləri, qüsurları düzəltmə və onları əmələ gətirən səbəbləri aşkar etmə üsullarını, təyin olunmuş sənədlərin tərtibini.
Yüksək vəzifəli işçinin göstərişi ilə işgüzar kağızların, zərflərin, məktubların, kitabların və s. təyin olunmuş yerə çatdırılması və eləcə də onların başqa təşkilatlardan alınması və gətirilməsi. Göndərilən və gələn işgüzar kağızların qeydiyyat kitabında qeyd edilməsi. İşçinin xidmət və bölmə rəhbərliyinin yanına çağırılması.
Bilməlidir: işgüzar kağızların, zərflərin, məktubların, kitabların və s. təyin olunmuş yerə çatdırılması, mühafizə və uçot qaydasını, xidmət obyektlərinin yerləşdiyi yerləri.
2-ci dərəcə: daha vacib işgüzar sənədlərin mənzil başına çatdırılması işləri yerinə yetirdikdə.
Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verir və polis nümayəndəsi gələnə qədər izin qorunmasını təmin edir. Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərin və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət. Faktiki yüklənmiş yükün sənədlərlə tutuş-durulması, darvazanın açılıb bağlanması. Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi. Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması.
Bilməlidir: buraxılış rejiminə aid təlimat və əsasnamələri, müəssisə, idarə və təşkilatlara gediş-gəliş vəsiqələrinə, qiymətli materialları çıxarmaq üçün buraxılış vərəqələrinə imza çəkib icazə verən şəxslərin imza nümunəsini, daimi və müvəqqəti buraxılış vərəqələrinin nümunələrini, obyektlərin qorunma təlimatlarını və qaydasını, qorunan obyektlərin sərhədini, rəhbərliyin nümayəndəsinin və polis şöbəsi növbətçisinin telefon nömrələrini.
Liftin idarə edilməsi və onun saz vəziyyətdə saxlanılmasına nəzarət. Telefonun və ya qəza siqnalizasiyasının, işıq və səs siqnalizasiyasının, avtomatik qıfılların, bütün dayanacaq məntəqələrində "Dayan" düymələrinin sazlığının yoxlanılması və liftin işə salınması. Liftin istismarına nəzarət. Sərnişinləri və ya yükləri müşayiət etdikdə, sərnişinlərin liftə minməsi və çıxmasına və ya yüklərin yüklənib boşaldılmasına nəzarət. Nominal yükqaldırma qabiliyyətinə riayət olunması. Liftin işində nasazlıqlar aşkar edildikdə, xırda nasazlıqların düzəldilməsi və ya dayandırılması və növbətçi elektromexanikə xəbər verilməsi. Liftin kabinəsinin və bütün dayanacaq məntəqələrindəki mərtəbə meydançalarının təmiz saxlanılması. Növbənin qəbul-təhvil jurnalının doldurulması.
Bilməlidir: liftin quruluşunu, istismar qaydasını və təhlükəsizlik cihazlarını; qapı qıfıllarının, qapı və döşəməaltı kontaktların, konusvari açarların yerləşməsini və təyinatını, idarəetmə aparatı siqnalizasiyasının təyinatını, təhlükəsizlik texnikası qaydasını, "Dövləttexnikinəzarət müfəttişliyinin" təsdiq etdiyi sərnişin və ya yük liftlərinin istismarı üçün nümunəvi təlimatları; minimum yükqaldırmanı, liftin işə buraxılma qaydasını.
2-ci dərəcə: hərəkət sürəti 1 m san-dən çox olan liftlərin idarə olunmasında;
3-cü dərəcə: xırda təmir işləri yerinə yetirildikdə.
Müxtəlif sistemli mikroçəkiliş və surətçıxarma aparatlarında, mətnli, cizgili, yarımfon və müxtəlif rəngli sənədlərin çəkilişi. Çəkilişin və ekspozisiyanın keçirilməsi miqdarının təyini. Müxtəlif sistemli mikroçəkiliş və surətçıxaran aparatlarda çəkiliş rejiminin təyin edilməsi.
Bilməlidir: mikroçəkiliş və surətçıxarma aparatlarının iş rejimini və quruluşunu, yerinə yetirilmiş əməliyyatların mahiyyətini və ardıcıllığını təyin edən təlimatları və standartları; mikrofilmlərin emalı texnologiyasını.
Sənədlərin, jurnalın, kitabın, qəzetin, xəritənin və s. yanıb-sönən mətnli müxtəlif sistemli mikroçəkiliş və surətçıxarma aparatlarında işıq süzgəclərini tətbiq etməklə çəkilməsi. Kameranın işlənməsini yoxlamaq üçün baxış çəkilişin aparılması. Mikrofilmləşdirmə və surətçıxarmada təcrübə işinin yerinə yetirilməsi.
Bilməlidir: mikroçəkiliş və surətçıxaran aparatların işləmə rejimini və quruluşunu, işıq süzgəcinin və plyonkanın spektral xüsusiyyətini və şəkilin əsasını; işıq süzgəcin seçilmə qaydasını, yerinə yetirilmiş işlərin mahiyyətini və ardıcıllığını təyin edən təlimat və standartları.
Yol hərəkəti qaydalarına riayət etməklə motosikl, motoroller və "A" kateqoriyalı motonəqliyyat vasitələrinin yanacaq və sürtgü materialları ilə doldurulması. Yol sənədlərinin tərtib edilməsi. Xəttə çıxmamışdan qabaq motonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması və qəbul edilməsi. Motonəqliyyat vasitələrinin yük götürmək və ya sərnişin mindirmək üçün lazımi yerə verilməsi. Yükləməyə və yüklərin düzgün bərkidilməsinə nəzarət. Xətdə motonəqliyyatın qarşıya çıxan kiçik nasazlıqlarının aradan qaldırılması.
Bilməlidir: işlədiyi motonəqliyyatın quruluşunu, hərəkət prinsipini, məqsədini; aqreqatların, mexanizmlərin və cihazların işini; yol hərəkəti qaydalarını, təhlükəsiz yol hərəkəti qaydalarını; motonəqliyyatın texniki istismar qaydalarını, onlara texniki xidməti; bədbəxt hadisələrdə həkimə qədər ilk tibbi yardım göstərilməsini; ilkin sənədlərin doldurulmasını, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üsullarını və s.
Ödəmənin konkret dərəcəsi görülən işlərin tərkib və həcmi nəzərə alınmaqla müəssisə tərəfindən hər bir iş yerində təyin edilir.
Qurulmuş nasos avadanlığına xidmət. Neft məhsullarının və sürtgü materiallarının verilməsi. Soyuq suyun hazırlanması və onunla teplovozun təmin edilməsi. Neft məhsullarının qəbulu, tökülməsi və sərfinin uçota alınması. Anbar binalarının və onların yerləşdiyi sahənin təmizlənməsi və saxlanılması, yanğına qarşı təhlükəsizliyə riayət olunması.
Bilməlidir: nasos aqreqatlarının və ölçü cihazlarının işləməsini və quruluşunu; neft məhsullarının və sürtgü materiallarının markasını və buraxılma normasını; yanğına qarşı təhlükəsizlik texnikası qaydalarını, yanğına qarşı inventarla işləmə qaydasını.
3-cü dərəcə: nasos avadanlığına texniki xidmət işlərini yerinə yetirdikdə.
Vağzalyanı və stansiya ərazilərində, perronlardan və sərnişin platformalarından, küçələrdən və s. zibil yükünün yığılıb aparılması zamanı müxtəlif sistemli və yükqaldırma qabiliyyəti olan nəqledici-yığıcı maşınların idarə edilməsi.
Bilməlidir: nəqledici-yığıcı maşınların quruluşunu və xidmət qaydalarını, yanacaq və sürtgülərin növlərini, mühərrik batareyalarının təyinatı, doldurulmasının üsul və müddətlərini, yol hərəkəti müəssisəsinin ərazisində və stansiyanın yollarında hərəkət qaydalarını, qurulmuş siqnalizasiyanı.
4-cü dərəcə: nəqledici-yığıcı maşınlarına texniki xidmət göstərdikdə.
Oyun avtomatlarına, tirlərə idman və attraksion avtomatlarına qulluq və onlardan istifadə olunması. Müştərilərin qəbulu və onlara avtomatlardan, attraksion və tirlərdən istifadə qaydasının izah edilməsi. Avadanlıq və avtomatların sazlığının və müştərilərin qəbul olunması hazırlığının yoxlanılması. Mədaxil üzrə hesabat aparılması və pul vəsaitlərinin qorunması üzrə nəzarətin həyata keçirilməsi.
Bilməlidir: istifadə olunan avadanlıq və avtomatlardan istifadə olunmasına dair təlimatları və qaydaları istifadə olunan avtomat və avadanlıqların quruluşunu, işə salınma və dayandırılma qaydasını; atıcı silahların quruluşunu və hədəfə atəş açıldıqda onların təhlükəsizliyinin təmin edilməsi qaydalarını.
3-cü dərəcə: istifadə olunan avadanlıq və avtomatların xırda təmir işlərini yerinə yetirdikdə.
Sobaların bərk və qaz halında olan yanacaqla yandırılması və onlara yaşayış binalarında, mədəni-məişət, tədris, xidmət otaqlarında və s. xidmət. Yanacağın ocağa töküb doldurulması. Soba ocağının şlakdan və küldən təmizlənməsi. Şlakın və külün binadan kənar ona ayrılmış yerə daşınması, qızdırılan binalarda lazımi temperaturun saxlanılması. Odunun mişarlanması və doğranması, kömürün xırdalanması, yanacağın hazırlanıb sobaya gətirilməsi. Yanacağın sərfi hesabının aparılması. Yanacaq üçün sifarişin tərtib olunması və verilməsi.
Bilməlidir: bərk və qaz halında olan yanacaqla istilik sobalarının yandırılma qaydasını; yanacağın növlərini və onların yandırma qaydasını; bacaların yerləşməsini, yanacağın sərfi normasını, yanğınsöndürən və başqa yanğına qarşı inventarlardan istifadə qaydasını; yanacağa sifariş tərtib olunma qaydasını.
2-ci dərəcə: sobaların saz halda saxlanılmasına xidmət və xırda təmir işlərini yerinə yetirdikdə.
Sənədlərin əl ilə cildlənməsi. Kartonun sökülməsi, növlərə ayrılması və formatlarda kəsilməsi, texniki parçadan köklük hazırlanması. Nömrə və formatlara görə sənədlərin seçilməsi, vərəqlərin içləşdirilməsi, üstdən və altdan karton vərəq qoyulması və formaya salınması. Deşik açılması, sənədlərin tikilməsi və köklüklərin yapışdırılması, yarlığın hazırlanması, üst qapağa və köklüyə yapışdırılması, bıçaqların itilənməsi.
Bilməlidir: standart formatları, karton və texniki parçanın kəsilmə qaydalarını, onlara qoyulan texniki tələbləri, sənədlərin komplektləşmə və broşuralaşma qaydasını, deşiyin açılması, bıçaqların və deşikaçanların itilənmə qaydasını.
Qədim kitabların, əlyazma və sənədlərin əl ilə cildlənməsi. Sadə bərpa cildləmə işlərinin aparılması, cırılmış ancaq blokları sökülməmiş cildlərin bərpası, xarab olmuş cildin dezinfeksiyası, qapağın, kantın, bucaqların bərpası, qiymətli, nadir kitabların təzə cildə salınması, sökülmüş köklüyün bərkidilməsi.
Bilməlidir: cildləmə işinə texniki tələbatı, cildləmə və bərpa işinin çeşidləri və metodlarını, cildlənəcək kitab və sənədlərin materiallarının xüsusiyyətini, cildləmə-bərpa işlərində işlədilən yapışqanın resepturası və hazırlanmasını.
Daha mürəkkəb cildləmə-bərpa işlərini yerinə yetirdikdə; müxtəlif görünüşlü forzasların hazırlanması (örtük yapışdırılmış: tikilmiş, toxunmuş), müxtəlif metod və üsullarla kitab bloklarının tikilməsi, dəri kağızının hazırlanması. Dəri cilddə olan kitabların bərpası, dəri cildlərin yumşalması üçün sürtgünün hazırlanması, parça haşiyənin hazırlanması.
4-cü dərəcə: cildin bərpaçı-rəssamın rəhbərliyi altında ayrı-ayrı elementlərinin çıxardılması və bərpasında iştirak etdikdə.
Tutulmuş zəhərli ilanlara xidmət və onların çoxaldılması, yetişdirilməsi. İlanların qəfəs və volyerdən çıxarıb zəhər köçürülən yerə aparılması və qaytarılması. Zəhərli ilanlardan zəhər götürdükdə herpetoloqa kömək göstərilməsi. Tökülən dişlərin pinsetlə çıxarılması, dərman preparatları ilə ilanın ağzının emalı, elektrodların yaxınlaşdırılması. İlanların və yemlənən heyvanların yedizdirilməsi, qəfəsin, volyerin təmizlənməsi, döşəmənin yuyulması, yatağın dəyişdirilməsi, ifrazatların, qabıqların yığılması, qəfəsdən vannacıqların və başqa inventarların çıxarılması, onların yuyulması və dezinfeksiya olunması. Serpentariyada temperatur, işıq, nəmlik rejiminin saxlanılması və havanın dəyişdirilməsi.
Bilməlidir: qəfəsli və volyerli serpentariya sisteminin quruluşunu və təyinatını, zəhərli ilanlarda cinsin təyin edilməsi qaydasını; ilanların yemlənmə və sulanma gigiyenasını və qaydasını; iş yerlərinə qoyulan sanitar tələbləri, dezinfeksiyanın təyinatı, aparılma qaydası və üsullarını; serpentariyada mikroiqlimin tənzimlənmə üsulların; hər ilan növünün bioloji xüsusiyyətini, ilanlarla işləyən zaman əmək təhlükəsizliyi qaydasını; ilan sancmasından xəsarət alana ilk yardım metodlarının.
3-cü dərəcə: təhlükəli zəhərli ilanla işlədikdə;
4-cü dərəcə: daha çox təhlükəli zəhərli ilanla işlədikdə;
5-ci dərəcə: bütün zəhərli ilanlarla işlədikdə və aşağı kateqoriyalı zoolaborantların işinə rəhbərlik etdikdə.
Maşın çənlərinin su ilə doldurulması, su tökmə borularının sulayıcı-təmizləyici maşınların çənlərinə, su kəməri quyusunun hidrantına və yanğın sütununa birləşdirilməsi və ayrılması. Su kəməri quyusunun qapağının açılması və bağlanması. Su tökmə borusunun, stenderin və hidrantın saz vəziyyətdə saxlanılması. Su tökmə borusunun stenderi və yanğın hidrantının kiçik təmiri.
Bilməlidir: hidrantın, stenderin quruluşunu və onlarda olan xırda nasazlıqların düzəldilməsi qaydasını.
Çənlərin su ilə doldurulub elektrik qovşağına qoşulması. Suyun qızdırılmasına nəzarət və vaxtında çənlərin qovşaqdan açılması. Çoxdan qalmış suyun boşaldılması. Çənlərdə nasazlıqlar aşkar edildikdə montyorun və ya çilingərin çağırılması. Su qaynatmaq üçün istifadə olunan qazanlara xidmət. Sanitariya və gigiyena qaydalarına riayət olunması.
Bilməlidir: xidmət etdiyi avadanlığın quruluşunu və istismar qaydasını; yanacaq növlərini və onların istilik yaratma qabiliyyətlərini.
2-ci dərəcə: çənlərdə xırda təmir işlərini yerinə yetirdikdə.
Surətçıxaran, elektroqrafik çoxaldan aparatlarda və müxtəlif sistem və konstruksiyalı maşınlarda orijinalın kağız və ya formalı plastin üzərində surətinin çıxarılması. Surətin böyüdülməsi. Surətçıxarma rejiminin təyin edilməsi, onların formalı plastinkadan və ya plyonkadan çoxaldılması, surət çıxarmanın keyfiyyətinin yoxlanılması. Çap olmuş vərəqələrin orijinalla müqayisəsi və düzəldilməsi, komplektin məftillə tikən maşında tikilməsi. Avadanlığın və materialın işə hazırlanması, iş prosesində avadanlığın təmizlənməsi və tənzimlənməsi. Təyin olunmuş sənədlərin aparılması.
Bilməlidir: elektroqrafik surətçıxaran və çoxaldan maşınların çeşidlərini, onların işləmə prinsipi və istismarı qaydasını, surətçıxarma rejiminin təyin olunma qaydasını, vərəqseçən və məftillə tikən maşınların istismar qaydasını, sənədlərin aparılma qaydasını.
3-cü dərəcə: surətçıxarma işlərini rəngli surətçıxaran super-kompleksdə yerinə yetirdikdə;
4-cü dərəcə: mətnli və cizgili orijinallardan çap formaları hazırladıqda;
5-ci dərəcə: qarışıq təsvirli orijinallardan çap formaları hazırladıqda.
Müştərilərin giriş biletlərini yoxlayır, onlara boş yerləri təklif edir, dəsmal və mələfələrlə təchiz edir. Müştərilərin şəxsi əşyalarının saxlanılmasına nəzarət edir. Lazım gəldikdə müştərilərdən üst paltarı, baş örtüyü, qaloş və s. alıb saxlayır. Geyim və onların təcili təmiri, yuyulması və ütülənməsi üçün onları qəbul edir. Ahıllara və əlilliyi olan şəxslərə geyinib-soyunmaqda köməklik göstərir.
3-cü dərəcə: növbə zamanı otağın sanitariya-texniki və gigiyena vəziyyətinin saxlanılmasına xidmət etdikdə.
Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi. Yüklərin xarici görünüşünə və qablaşdırılmasının düzgünlüyünə baxış. Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi. Çəkilmiş yüklərin uçotunun aparılması. Tərəzilərin düzgün çəkilməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət.
Bilməlidir: çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını, çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını.
Ödəmənin konkret dərəcəsi görülən işlərin tərkib və həcmi nəzərə alınmaqla müəssisə tərəfindən hər iş yerində təyin edilir.
2-ci dərəcə: böyük tərəzilərdə (qapanlarda) yüklərin çəkilməsi zamanı.
Adamları daşımaq üçün yüngül arabaya qoşulmuş atın yolda idarə olunması. Atın arabaya qoşulub açılması. Yolda ata xidmət edilməsi, onun yemlənib sulanması. Xidmət edilən faytonun saz və təmiz vəziyyətdə saxlanılması və qoşqunun təmizlənib yuyulması və yağlanması.
Bilməlidir: atlara qulluq və onlarla rəftar qaydasını, baytarlıq minimumunu, küçələrin yerləşməsini və küçə hərəkəti qaydasını.
2-ci dərəcə: təmir işlərini yerinə yetirdikdə.
İstehsalat təyinatlı xüsusi geyimin və başqa əşyaların, dəsmalların, pərdələrin, yataq ağlarının və s. maşında yuyulması. Qurudulma barabanlarında (kamerada) və ya təbii şəraitdə qurudulması, preslə, kalandrlarla və ya əllə ütülənməsi. Xüsusi geyimlərin və yataq ağlarının əllə və tikiş maşınında tikilməsi, yamağın gözənməsi. Yuyucu, kraxmallayıcı və lilləyici məhsulların hazırlanması. Xüsusi geyim və başqa əşyaların qəbulu, növlərə ayırması və verilməsi. Təyin olunmuş sənədlərin tərtibi.
Bilməlidir: müxtəlif materiallardan olan xüsusi geyimlərin emalı texnologiyasını; xidmət etdiyi avadanlığın istismar qaydasını və quruluşunun çeşidini; tətbiq olunan yuyucu və ağardıcı vasitələrin xüsusiyyəti və onların hazırlanma və tətbiqi üsullarını; təyin olunmuş sənədlərin tərtibi.
3-cü dərəcə: xüsusi geyimlərin xırda təmir işlərini yerinə yetirdikdə.
Müştərilərə xidmət. Giriş biletləri ilə müştərilərin içəri buraxılması, onlara boş yerlərin verilməsi, seansın qurtarma vaxtının yada salınması (seansla xidmət etdikdə). Müştərilərə hamam ləvazimatının verilməsi, daxil olmuş malların satılması, təcili yumaq üçün paltarların və yataq ağlarının qəbul edilməsi, xırda təmiri, ütülənməsi və başqa pullu xidmətlər göstərilməsi. Müştərilərdən qiymətli və başqa əşyaların mühafizəsi üçün alınması və onlarım qorunmasının təmin edilməsi, xəsarət almış, əlilliyi olan şəxslərə və ahıllara yardım edilməsi. Qarderob yerlərinin, kranların, ventillərin, duş qurğularının, boru kəmərlərinin, elektrik kaminlərinin və başqa avadanlığın saz vəziyyətdə saxlanılması və bütün nasazlıqlar haqqında vaxtında müdiriyyətə məlumat verilməsi. Yuyulma inventarlarının lazımi qaydada saxlanılması, soyunma, buğlanma və sabunlama yerlərində təmizliyin təmin edilməsi. Havanın dəyişdirilməsi, buğlanma şöbəsində buxar verilməsi rejiminin təmin edilməsi. Hamama mənsub istifadə olunmuş əşyaların yuyulmaq üçün təhvil verilməsi. Sanitariya və gigiyena qaydalarına nəzarət edilməsi.
2-ci dərəcə: avadanlıq və qurğuların xırda təmir işlərini yerinə yetirdikdə.
Bilməlidir: hamamda xidmətin sanitar norma və qaydasını; avadanlığın quruluşunu və istismarını; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydasını; göstərilən xidmətlərin preyskurant üzrə qiymətlərini və daxili nizam-intizam qaydalarını.
Müxtəlif tipli hesablama maşınlarında ilkin sənədlərin işlənilməsi, yekun göstəricilərin və hesablamanın nəticəsini kağız baftada və ya onsuz çap edilməsi. Bir sətirli və çox sətirli sənədlərin göstəricilərinin cəmləşdirilməsi və yerinə qoyulması. Faizlərin, faiz nisbətlərinin hesablanması, sabitlə əməliyyat, dərəcəyə qaldırma, kökdən çıxarma, yaddaş qeydiyyatında rəqəmlərin yığılması və saxlanılması. Növlərə ayırma, qatla yığma, seçmə, arama, sorğu və sorğu qruplaşma əlamətlərinə görə hesablama maşınlarında perfokart massivlərinin birləşdirilməsi. Məlumatların şifrinin açılması, perfokartlarda deşilmiş şəkildə kodlaşmanın aparılması, əzilmiş perfokartların təzədən düzəldilməyə verilməsi, onlarda "İşığa" və "Dəlməyə" qarşı nəzarətin aparılması və texniki daşıyıcıların çeşidləyici massivinə qoyulması. Xüsusi nəzarət fəndləri ilə nəzarət sxemi üzrə perforasiya olunmuş perfokart paketini buraxmaq yolu ilə maşınların düzgün işləməsinin yoxlanılması. Sənədlərin və ya texniki daşıyıcıların texnoloji prosesin növbəti əməliyyatına verilməsi üçün hazırlanması. Yerinə yetirilmiş işlərin nəticələrinin təlimata uyğun olaraq tərtib edilməsi.
Bilməlidir: hesablama maşınlarının texniki istismar qaydasını; maşının işləməsinə nəzarət metodlarını, işçi təlimatlarını, məlumatın mexaniki emal maketlərini; emal olunan ilk sənədlərin formasını və hazırlanma normasını.
4-cü dərəcə: xırda təmir işlərini yerinə yetirdikdə.
Herpetologiya laboratoriyalarında müxtəlif növlərdən olan zəhərli ilanların zəhərinin alınması. Əldə edilmiş zəhərin qurudulub hazır vəziyyətə çatdırılması. Zəhərin çəkilməsi. Tutulmuş zəhərli ilanların qəbulu, ölçülməsi, çəkilməsi və serpentarinin qəfəs və ya volyerlərində yerləşdirilməsi.
Bilməlidir: zəhərli ilandan zəhərin alınmasında bioloji prosesi; müxtəlif növdən olan ilanın bioloji xüsusiyyətini, ilanlar və zəhərlərlə işlədikdə təhlükəsizlik qaydalarını, ilan vurmasına qarşı profilaktik tədbirləri və ilan vurmuş şəxsə ilk yardımın göstərilməsini. Herpetoloji laboratoriyaların təchiz olunmasına dair sanitar-texniki tələbləri.
8-ci dərəcə: zəhərin zəhərləmə qabiliyyətini təyin etdikdə.
Kanalların, dambaların, bəndlərin və başqa analoji hidrotexniki qurğuların təhlükəli yerlərini nəzərdən keçirməklə xırda zədələrin aradan qaldırılması. Hidrotexniki sulama və kollektor drenaj qovşağında bağlanmış hissənin qurğularına hidrometrik və başqa qurğulara xidmət edilməsi. Qrunt sularının paslaşması, enişdə sürüşmə halının qarşısını alan, sahilin möhkəmliyini təmin edən əkin vəziyyətinin müşahidə edilməsi. Daşma əleyhinə materialların və tikinti materialların qəza ehtiyatının hazırlanması, su təsərrüfatı təyinatlı meşə əkinlərinin qorunması. Atlara qulluq, velosiped və motosikletin saz saxlanılması.
Bilməlidir: münbitləşmə qovşağı ilə xidmət olunan torpaqların münbitləşdirilmə sahəsi və ondan kənd təsərrüfatı işləri üçün istifadə edilməsini, kanalın uzunluğunu və yerləşmə planını, hidrotexniki qurğuların və hidrometrik qurğuların miqdarını və onların texniki vəziyyətini, meşə əkininin və qurğularının vəziyyətini, suvarma kanallarından və kollektor drenaj qovşağından, hidrotexniki qurğulardan, hidrometrik quruluşlardan, münbitləşmə üçün sudan istifadə qaydalarının əsasını, ata qulluq qaydasını, motosiklet və velosipedin quruluşu və onların idarə olunmasını.
Kanalların maili səthinə, qoruyucu dambalara, suyun iti axan yerlərinə, bənd və başqa hidrotexniki qurğulara və onların avadanlığına nəzəri baxış, onların yuyulmuş və dağılmış yerlərinin təyin edilməsi. Sudan istifadə edən təsərrüfatlara suyun bölüşdürülməsi və verilməsi. Münbitləşmə suyunun işlədilməsinə nəzarət. Dağıntı yerləri aşkar edildikdə aktların və sxematik şəkillərin tərtib olunması, su intizamını pozanlara qarşı, meşə əkinlərinin korlanması haqqında tərtib olunmuş aktların sahə hidrotexnikinə verilməsi. Münbitləşmə qovşağına və qurğulara texniki baxışda iştirak etmək. Xidmət sahəsində yerləşən hidroqurğuların, eləcə də qəza və ayrıcı darvazaların, su buraxılan dyukerlərin qəza və cari təmiri işində iştirak etmək.
Bilməlidir: əsas hidrotexniki qurğuların təyinatını və quruluşunu, sulama sistemlərinin texniki istismar qaydasını və kənd təsərrüfatında sudan istifadə qaydalarını; hidrologiyaya aid əsas məlumatları, torpaq hidroqurğuları bərkitmə üsullarını, enişlərin, dambanın və başqa qurğuların cari təmir edilməsində texniki təhlükəsizlik qaydasını.
Hasilatın fasiləsiz və keyfiyyətli davam etməsi üçün avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsində iştirak. Təhlükəsizlik, ətraf mühit, texniki qulluq və keyfiyyət göstəricilərinə riayət edilməklə təmir işlərinin aparılmasının təşkil edilməsi. Hasilat sahəsinin avadanlıqlarına, ehtiyat hissələrinə, sürtgü-yanacaq materiallarına cari və perspektiv tələbatı müəyyən etmək və onların alınması üçün sifarişlərin tərtib edilməsində, yeni avadanlıqların qəbulunda, reklamasiya aktlarının tərtib edilməsində, avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərinin təşkil edilməsində və hasilatın texniki hazırlığının təmin edilməsində iştirak. Qaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı əmək sərfinin azaldılmasını təmin edən qaynağın mütərəqqi metodlarının işlənməsi və hasilata tətbiqinin təşkil edilməsi.
Bilməlidir: Dəzgahların, kompressorların, aqreqatların, yükqaldırıcı kran və mexanizmlərin, mövcud avadanlıqların markasını, onların təyinatını, konstruksiyasını və istismar qaydalarını. Avadanlıqlara, mexanizmlərə, dəzgahlara, ləvazimatlara, qurğulara, alətlərə baxış keçirmək qaydalarını, onlarda olan nasazlıqların növünü və səbəbini, onları araşdırmağı və onların aradan qaldırılması üsullarını. Elektrik qaynaq avtomat və yarımavtomatların, tutqacın oksigen və qaz balonlarının, reduktor alətinin, qaz qaynağı və kəsən aparatların, qaz generatorların quruluşunu və iş prinsipini. Tutqaclar, reduktor və balonların istifadə qaydalarını. Qaynaq zamanı müdafiənin təmin olunması qaydalarını. Qaynaq birləşmələrinin növlərini və tikişin tipini. Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını. Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü.
5-ci dərəcə: qaynaq və qaynaq rejiminin texnologiyasına, material sərfinin normalarına, avadanlıqların istismarının texniki qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi.
6-cı dərəcə: yeni qaynaq avadanlığının tətbiqi, əməyin elmi təşkili texnologiyasının təkmilləşdirilməsi, zay olmanın aradan qaldırılması və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə işlərin aparılması.
Detal, məmulat, ayrı-ayrı qovşaq, alət və buna oxşar digər hazır məhsulun qısa və uzun müddət üçün üz hissələrinin konservasiya edilməsi və yenidən işə salınması. Hazır məhsulun isidilmiş yağ vannalarında uzun müddət saxlanılması və saxlanılmaması şərti ilə müxtəlif üsullarla əl ilə təmizlənməsi, yuyulması və yağlanması. Rəngləmə, yandırma, hopdurma və bükülmə. Taranın hazırlanması və detalların, məmulatların, ayrı-ayrı maşın qovşaqların və alətlərin qablaşdırılması. Onların saxlama yerinə nəql edilməsi. Sadə qaldırıcı nəqliyyat mexanizmlərindən istifadə.
Bilməlidir: işi dayandırma və yenidən işə salma növlərini və əhəmiyyətini; konservasiya üçün daxil olan detalların, məmulatların, avadanlığın ayrı-ayrı qovşaqlarının və alətlərin adlarını; korroziyanın növlərini; detalların, məmulatların, avadanlığın ayrı-ayrı qovşaqlarının, alətlərin və bunlara oxşar digər hazır məhsulun yuyulması, təmizlənməsi və hazırlanması, həmçinin onların işinin dayandırılması və yenidən işə salınması üçün istifadə olunan materialları və kimya məhlullarını; konservasiya zamanı istifadə olunan qurğuların, stendlərin və xüsusi avadanlığın təyinatı haqqında əsas məlumatları; antikorroziyalı materialların əsas xüsusiyyətlərini, markalarını və adlarını; konservasiyanın texnoloji prosesini; antikorroziya emalının rejimlərini; hazır məhsulun yığılıb qablaşdırılması, görülən işin sənədləşdirilməsi qaydasını, sadə nəzarət-ölçü cihazlarının təyinatını və tətbiq olunma şərtlərini; sadə qaldırıcı mexanizmlərin idarə olunması qaydalarını.
1. Aqreqatlar və aviamühərriklər-toz və çirkin xaricdən təmizlənməsi.
2. Alət - işinin müvəqqəti dayandırılması, konservasiya edilməsi və yenidən işə salınması.
3. Polad vərəqələr-yağlama.
4. İstilik sisteminin borucuqları – işinin müvəqqəti dayandırılması.
Maşın, dəzgah, mühərrik və aparatları uzun və qısa müddətdə saxlamaq üçün üz hissələrinin konservasiya edilməsi və yenidən işə salınması. Konservasiya üçün lazım olan sürtgü materiallarının hazırlanması. Avadanlıq və məmulatların təmizlənməsi, yuyulması, yağlanması, rənglənməsi, yandırılması, hopdurma və bükülməsi. Maşın, dəzgah, elektrik və aviamühərrik aqreqatlarının və digər avadanlığın qablaşdırılması. Yağqızdırıcı qurğunun və qaldırıcı-nəqliyyat mexanizmlərinin idarə olunması.
Bilməlidir: maşın, dəzgah, mühərriklərin və digər avadanlığın üz hissələrinin konservasiya edilməsi və yenidən işə salınması növlərini və əhəmiyyətini, onların əsas konstruksiya məlumatlarını; korroziyanın yaranma səbəblərini və onunla mübarizə metodlarını; qablaşdırma və konservasiya üçün istifadə olunan materialları; yağların və sürtgü materiallarının adlarını və markalarını; qurğulardan, cihazlardan, avadanlıqdan istifadə qaydalarını; sadə nəzarət-ölçü cihazlarının quruluşunu; konservasiya olunası aqreqatların, qovşaqların, detalların, maşın, dəzgah və mühərriklərin adlarını və təyinatını.
1. Aviamühərriklər - üz hissələrinin konservasiyası və qablaşdırılması.
2. Benzin və yağ nasosları-konservasiya.
3. Hava kompressorları - üz hissələrinin konservasiyası və yenidən işə salınması.
4. Reduktorlar - yağın vurulması (çəkilməsi).
5. Baş sürtgü qolunun silindrləri, porşenləri, vtulkaları - yenidən işə salınması.
Maşın, dəzgah, aparat, aqreqat, aviasiya və digər dartıcı mühərrikləri uzun müddət saxlamaq üçün üz və daxili hissələrinin qismən söküb, yığıb və komplektləşdirməklə konservasiyası və yenidən işə salınması. Aparatların və avadanlığın xüsusi kameralarda isti hava ilə qurudulması və isti yağ vurulması. Aviamühərrikin və digər avadanlığın lazım aqreqatlarla və ehtiyat hissələri ilə komplektləşdirilməsi və plyonkadan olan üzlüklərlə qablaşdırılması. Mühərriklərin konservasiyası üçün olan xüsusi kameraların və qurğuların idarə olunması. Xidmət etdiyi avadanlığın və alətlərin sazlanması və cari təmiri.
Bilməlidir: konservasiya növlərini və əhəmiyyətini; maşınların, dəzgahların, aparatların yuyulması və təmizlənməsi və konservasiyaya hazırlamaq üçün istifadə olunan materialları və kimyəvi məhlulları; korroziya növlərini və antikorroziya örtüklərini; aviamühərrikin konstruksiyasında tətbiq olunan əsas metalları, ərintiləri və qeyri-metal materialları və onların xüsusiyyətlərini; konservasiya üzrə görülən işlərə texniki sənədləri.
1. Aviamühərriklər - konservasiya və yenidən işə salınma.
2. Aviamühərriklər - isti yağın vurulması.
3. Hava kompressorları - daxili hissələrin konservasiyası.
Yükləmə və boşaltma işlərini yerinə yetirərkən eyni tipli yükboşaldıcı avtomobillərin idarə olunması. Yükboşaldıcı avtomobilin işə salınması və dayandırılması. Avtomaşınların boşaldılması üzərində nəzarət. Yağ kəmərləri, nasoslar və hidrosistemin basma xətti vəziyyətinə nəzarət. Süzgəclərin təmizlənməsi. Aqreqatda texniki baxışın keçirilməsi.
Bilməlidir: avtomobil boşaldıcısının quruluşunu, aqreqatın işə hazırlanması qaydalarını; hidrosistemin yağla doldurulması qaydasını və mühərrikin və qaldırıcı mexanizmlərin yağlanmasını; avtomobil boşaldıcıya texniki baxışın aparılma qaydasını.
Yükləmə və boşaltma işlərini yerinə yetirərkən müxtəlif tipli avtoyük boşaldıcıların idarə olunması. Qaldırıcı mexanizmlərin ramaları və mühərrikin düzgün torpağa birləşdirilməsinin yoxlanılması. Rotor yuvalarında valın və kürəciklərin işlənilməsinin yoxlanılması. Hidrosistemin işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, aqreqatın cari təmirinin aparılması, orta və əsaslı təmirində iştirak.
Bilməlidir: müxtəlif tipli avtomobil boşaldıcıların quruluşunu, aqreqatın işə hazırlanması və cari təmirinin aparılması; avtomobil boşaldıcıların işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını.
Daha yüksək ixtisaslı akkumulyatorçunun rəhbərliyi altında akkumulyatorların açılıb yığılması, akkumulyator borularının yağlanması, süzülməsi və distillə edilmiş suyun hazırlanması, doldurma stansiyaları avadanlıqlarına xidmət. Akkumulyatorların təmirə və doldurulmağa hazırlanması. Akkumulyator borularının təmizlənməsi, yuyulub silinməsi. Lövhəciklərdə birləşmə cərəyanlarının və ucluqlarının qaynağından sonra yaranmış qırıntıların və yığıntıların təmizlənib düzəldilməsi. Turşu, elektrolit, distillə edilmiş su olan butulkaların, aşındırıcı kalium olan bankaların iş yeri daxilində yerdəyişməsi.
Bilməlidir: akkumulyator batareyalarının quruluşu haqqında əsas məlumatları; akkumulyator istehsalında əsas materialların, reaktivlərin adını; turşuların, qələvilərin saxlanma və onlarla işləmə qaydalarını, onların xarici görünüş və digər əlamətlərə görə müəyyən edilmə üsullarını, ən geniş yayılmış sadə alətlərin və cihazların adlarını və təyinatını.
Bütün növ akkumulyatorların açılıb yığılması. Doldurma stansiyalarının (aqreqatların) avadanlığına xidmət. Bütün növ akkumulyatorların və akkumulyator batareyalarının doldurulması. Tıxaclarda rezin qapaqların dəyişdirilməsi, aralıq qatların tədarükü. Akkumulyator batareyalarının ayrı-ayrı elementlərində gərginliyin ölçülməsi. Akkumulyator batareyalarında birləşmələrin lehimlənməsi. Akkumulyatorların elementlərindəki elektrolitdə sıxlığın və səviyyənin müəyyən - edilməsi. Müəyyən edilmiş reseptura üzrə kristal kaustikdən qələvi məhlulun və yaxud qatılaşdırılmış məhlulun hazırlanması. Qapaqlarla borular arasından çatların qaytanla bağlanılması və üstünə isti mastikanın tökülməsi. Bankaların distillə edilmiş su və elektrolit tökülüb doldurulması. Ayrı-ayrı bankaların dəyişdirilməsi və onların mastika ilə sürtülməsi. Doldurma stansiyalarının (aqreqatların) istismarı üzrə qeydlər aparılması.
Bilməlidir: elektrotexnikadan elementar məlumatları; akkumulyator batareyalarının quruluşu və təyinatını; akkumulyator batareyalarının doldurulma və boşaldılma qaydalarını və rejimlərini; istifadə olunan turşuların, qələvilərin xüsusiyyətlərini və onlarla işləmə qaydalarını; akkumulyator batareyalarının elementlərində gərginliyi ölçmək üçün nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi şərtlərini.
Müxtəlif tipli və həcmli akkumulyatorların, akkumulyator batareyalarının təmiri üzrə sadə və orta ağırlıqlı işlərin yerinə yetirilməsi. Batareya elementlərindəki zədələrin aşkar edilməsi və onların aradan götürülməsi. Doldurma aqreqatlarının cari təmiri. Akkumulyator batareyalarında elektrolitin və separasiyanın (ayırma məhlulunun) dəyişdirilməsi. Qəliblərin və aqreqatların tədarükü. Qurğuşunlu birləşmə zolaqlarının və ucluqların tökülməsi. Borulara dirəkli dayaq şüşələrin və qurğuşunlu araqatların qoyulması. Müəyyən olunmuş tərkib üzrə elektrolitin hazırlanması. Birləşmə detallarını düzəltməklə akkumulyator batareyaları elementlərinin qurulması və sökülməsi. İşləyən batareyaların elementlərində şlamın təmizlənməsi. Akkumulyatorların işə salınması üçün təlimatda nəzərdə tutulmuş bütün işlərin yerinə yetirilməsi.
Bilməlidir: elektrotexnikanın əsaslarını; eyni tipli akkumulyator batareyalarının quruluşu və iş prinsipini; doldurma aqreqatının prinsipial sxemini; lövhəciklərin birləşdirmə qaydasını və onların qütblərini; akkumulyator batareyalarının təmiri və xidmətində tətbiq olunan aparat və cihazların quruluşunu; akkumulyator batareyaları elementlərində zədə növlərini və onların aradan götürülmə üsullarını; akkumulyator batareyaları elementlərinin sökülüb yığılmasında və təmirində iş fəndlərini və əməliyyatların texnoloji ardıcıllığını; akkumulyatorların təmirində tətbiq olunan materialların əsas fiziki və kimyəvi xassələrini; müxtəlif tipli akkumulyatorlar və batareyalar üçün elektrolitin hazırlanma qaydalarını; nəzarət-ölçü cihazlarının quruluşunu.
Akkumulyatorların və müxtəlif tipli və həcmli akkumulyator batareyalarının təmiri üzrə mürəkkəb işlərin yerinə yetirilməsi. Doldurma aqreqatlarının orta təmiri. Doldurma zamanı gərginliyin və cərəyanın qüvvəsinin tənzimlənməsi. Akkumulyator batareyalarında zədələrin müəyyən edilməsi və aradan götürülməsi. Maşın ötürücülərinə, civə düzləndiricilərinə, cərəyan bölüşdürücü lövhələrə xidmət. Akkumulyator batareyalarının sınaqdan keçirilməsi. Akkumulyatorların və batareyaların sonrakı istismara yararlı olmasının müəyyənləşdirilməsi. Elementlərarası birləşmələrin quraşdırılması. Elektrolitin keyfiyyətinin müəyyən edilməsi. Akkumulyatorların və batareyaların təmirdən əvvəl və təmirdən sonra texniki sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi.
Bilməlidir: müxtəlif tipli və həcmli akkumulyator batareyalarının konstruktiv quruluşunu və iş prinsipini; doldurma aqreqatları avadanlığının quruluşunu, akkumulyator batareyalarının quraşdırma və qurulma şxemini; elektrik-ölçü cihazlarını və turşularda, qələvilərdə və qazlarda sıxlığı ölçmək üçün cihazları, akkumulyatorların, distillatorların və doldurma aqreqatlarının təmiri qaydalarını; akkumulyator istehsalında istifadə olunan turşuların, qələvilərin, qurğuşunun, boyaların fiziki və kimyəvi xassələrini; batareya elementlərində qısa qapanmanın tapılma və ləğv olunma metodlarını; köynəyin hazırlanması üçün qurğuşunun ölçülərə və çertyoja münasib düzəldilməsi və biçilməsi üsullarını; işləyən dövrədən ayrı-ayrı elementlərin çıxarılma qaydasını; akkumulyatorların doldurulması və boşaldılması zamanı gərginlik normalarını.
Akkumulyatorların və müxtəlif tipli həcmli akkumulyator batareyalarının təmiri və qəlibə tökülməsi üzrə xüsusən mürəkkəb işlərin yerinə yetirilməsi. Akkumulyator batareyalarının qəlibləmə və doldurma rejiminin seçilməsi. Bütün tipli gəmi akkumulyatorlarında təmirdən qabaq nöqsanların tapılması. Akkumulyatorların həcmindən, gərginliyindən və doldurma aqreqatının gücündən asılı olaraq akkumulyatorların birləşmə sxeminin və yük (enerji) dövrəsində tənzimedici müqavimətin hesablamalarının aparılması. Bütün tipli gəmi stasionar və daşına bilən akkumulyatorların təftişi və sınaqdan keçirilməsi. Distillatorların təmir həcminin müəyyənləşdirilməsi. Bütün gəmi növlərində zavod, hərəkət (sürət) və dövlət sınağı dövründə akkumulyatorlara xidmət göstərilməsi və onların sifarişçiyə təhvil verilməsi. Elektrolitin kimyəvi tərkibinin düzəldilməsi. Geridə qalan elementlərin qəliblənməsi. Doldurma aqreqatlarının əsaslı təmiri. Hidrogen aparatlarında qalay işlərinin görülməsi. Gərginlik altında olan batareyaların təmiri üçün ayrı-ayrı elementlərin kəsilmə sxeminin tərtib edilməsi. Doldurma stansiyaları avadanlığının və aparaturalarının təmiri və xidməti üzrə texniki sənədlərin və uçotun aparılması.
Bilməlidir: fizika və kimyanın əsaslarını; bütün tiplərdən və həcmlərdən olan akkumulyator batareyalarının konstruksiyasını; doldurma stansiyalarının avadanlığını; akkumulyatorların həcmindən və gərginliyindən və doldurma aqreqatının gücündən asılı olaraq yük (enerji) dövriyyəsində akkumulyatorlarla tənzimləyici müqavimətin birləşmə sxeminin hesablanma qaydasını; elektrik-ölçü cihazlarının və turşuların, qələvilərin və qazların sıxlığını ölçmək üçün lazım olan cihazların quruluşunu; gəmi akkumulyatorlarının, distillatorlarının və doldurma aqreqatlarının təmir qaydalarını; akkumulyator batareyalarının işinin uçota alınma və zəruri texniki sənədlərin tərtib olunma üsulu və qaydasını.
Yüksək ixtisaslı operatorun rəhbərliyi altında hava səsinin və titrəyişin ölçülməsi və spektral təhlili. Hava səsinin ümumi səviyyəsinin ölçülməsi. Səs ölçənin (titrəyiş ölçənin) işə hazırlanması, mikrofonun (titrəyiş qəbuledicinin) qurulması, əqrəbli cihazlardan göstəricilərin çıxarılması və jurnala qeyd edilməsi.
Bilməlidir: səs ölçən və titrəyiş ölçən aparatlarla iş qaydasını, onların iş prinsipini; səs və titrəyişin fiziki təbiətini; elektrotexnika üzrə sadə məlumatları.
1. Daşıyıcı aparatların qida bloku - iş qabiliyyətinin yoxlanılması və elementlərin dəyişdirilməsi.
2. Titrəyiş qəbuledicisi - təcrübə aparılan səthin üzərində qurulması.
3. Mikrofon - səs enerjisini əks etdirən səs mənbəyi və səthinin qurulma nöqtəsinin düzgün seçilməsi.
Hava səsinin və titrəyişin ölçülməsi və spektral təhlili. Yüksək ixtisaslı operatorun rəhbərliyi altında özüyazanda və ya maqnitofonda akustik proseslərin qeydiyyatı. Qoyulmuş sxemlər üzrə Ölçü traktlarının tərtibatı, aparatların kalibrləşməsi və onlara texniki xidmət.
Bilməlidir: cihazların kälibrləşməsi qaydası və quruluşu haqqında məlumatları; səsin ölçülməsi (titrəyişin ölçülməsi) metodikasını; səslə mübarizənin texnikası üzrə ümumi məlumatları; elektrotexnikanın əsaslarını.
1. Mikrofon kabeli - səsləndirilməsi.
2. Qoruyucular, rezistorlar, kondensatorlar - dəyişdirilməsi.
3. Hava səsinin və titrəyişin spektro-qrammının özüyazanda qeydiyyatı.
4. Ölçü traktı (maqnitofon, spektrometr, özüyazan) - spektral təhlilin aparılması.
Hava səsinin, səs və aşağı tezlikli titrəyişin ölçülməsi, darxətli, üçaktavalı və statistik təhliledicilərin köməyi ilə akustik proseslərin spektral təhlili, özüyazıcıda, mikrofonda və şleyfli ossilloqrafda qeydiyyat. Sualtı səsin ölçülməsində iştirak etmək. Ölçü yekunlarının işlənilməsi. Ölçü sxemlərinin sazlanması, aparatların, amplituda-tezlik xüsusiyyətlərinin çıxarılması, onun işində olan sadə nasazlıqların aradan qaldırılması.
Bilməlidir: ölçü cihazlarının iş prinsipini və blok-sxemini; səsin maqnit yazısını; assilloqraflaşdırma və tenzometrləşdirmənin prinsiplərini; ölçülərdə buraxılan səhvlərin səbəbini və mənbəyini; akustik təcrübələrin təşkili və aparılma qaydasını; texniki akustikanın, səs və titrəyişlə mübarizə texnikasının əsaslarını; hava və sualtı səs və titrəyişin fiziki təbiətini; elektrotexnikanın əsaslarını.
1. Mexanizmin əsasının titrəyiş səviyyəsinin spektroqrammı - oktava sahəsində sürət üzrə səviyyəsinin yenidən hesablanması.
2. Təcrübə titrəyiş lövhəsi - vericilərin qurulması, ölçü traktının kalibrləşməsi, nəzarət ölçülərinin seriyalarının aparılması.
4. Maqnit lentinə yazılmış səslərin -səslənməsi və spektrometr və ya statistik təhliledicinin köməyi ilə təhlili.
Hava səsinin və titrəyişin parametrlərinin gəmilərdə, sxemlərdə və istehsalat binalarında, təcrübə lövhələrində fəaliyyət göstərən sənədləşməyə əsasən ölçülməsi. Maşın, avadanlıq, alətlər və mexanizmlərin səs (titrəyiş) səviyyəsinin və spektrlərin, gəmi mənbələrinin su altı səsinin təhlili və ölçülməsi. Ölçülərin yekununun işlənilməsi, protokol və digər akustik sənədləşmələrin tərtib edilməsi. Ölçü və təhliledici aparatların texniki xüsusiyyətinə nəzarət, ona xidmət, sazlanması, çətin olmayan ayrı-ayn təmirin aparılması.
Bilməlidir: akustika aparatları sxemlərinin birləşmə və elementlərinin qarşılıqlı əlaqəsini; hava səsi və titrəyiş üzrə nəzarət qaydalarını və normaları; akustik ölçü üçün aparatların texniki xidmətinin qaydalarını; sənaye akustikasının və elektronikanın, hidroakustika və elektroakustikanın elementlərini.
Orta ixtisas təhsili tələb olunur.
1. Səs generatoru - dəqiq tezlik ölçənlə yoxlama və qurulması.
2. Şlifləyici pnevmatik əl maşını - titrəyişin ölçülməsi və təhlili, normalarla müqayisəsi və rəy verilməsi.
3. Ölçü traktına çıxış vaxtı faydalı siqnalın olmamasının - sxemin birləşmə və elementləri üzrə yoxlanılması.
4. Gəmi havasının kondisionerləşməsi sistemi - kayutalarda səsin səviyyəsi və spektrinin ölçülməsi.
Bütün növ səs və titrəyiş mənbələrinin, impulsu da daxil olmaqla akustik təcrübələrinin həm stasionar, həm də səyyar obyektlərdə aparılması. Su altı səsin, səs izolə edilməsinin, titrəyiş izolə edilməsinin, səs udulmasının ölçülməsi. Ölçülmənin nəticələrinin işlənilməsi və tərtib edilməsi, tanış metodikalara əsasən sadə hesabların aparılması, təcrübənin iş planlarının işlənib hazırlanması. Ölçü traktlarının blok sxeminin tərtib edilməsi, onların montajı və sazlanması. Ölçü, təhvil və qeydiyyat aparatlarına texniki xidmət, yüksək dəqiqlik cihazları ilə iş. Cihazların yoxlanılması və təmiri.
Bilməlidir: səslə mübarizə metodu və vasitələrini, səs və titrəyişin nəzarəti və normalaşdırılması qaydasını, onların reqlamentləşdirilməsi sənədlərini, akustik ölçü qurğularını və sxemini; səsin yazılması və səsləndirilməsini; akustikanın, hidroakustikanın, elektrotexnika və sənaye elektrotexnikasının əsaslarını; işdə istifadə edilən cihazların kalibrləşməsi, sazlanması və təmiri qaydalarını.
Orta ixtisas təhsili tələb olunur.
1. Titrəyişi izoləedən boru generatorunun asılması - lamla və bünövrədə titrəyişin səviyyə və spektrlərinin ölçülməsi, amortizatorların səmərəliliyinin müəyyənləşdirilməsi.
2. Gəmi dizelinin işlənmiş qazının sistemi - sistemlə müəyyənləşdirilmiş hərəkət körpüsü qanadlarında səsin səviyyəsinin ölçülməsi və təhlili.
3. Ölçü gücləndirici - nasazlığın aşkar edilməsi, təmir, sazlama, tezlik xüsusiyyətlərinin çıxarılması.
4. Oktavlı filtrlər - tezlik xüsusiyyətlərinin çıxarılması, onların element sxemlərinin sazlanması və tənzimlənməsi.
Asetilen qazgeneratorlarının, 15 kub m. s-dək məhsuldarlığı olan qurğu və ya stansiyaların təmiri və onlara xidmət. Kalsium karbidi ilə qazgeneratorlarının və təmizləyici kütlə ilə təmizləyicilərin doldurulması.
Kalsium karbidli barabanların açılması, cəftələrdə su səviyyəsinin yoxlanılması. Şlanqların və tıxac ventillərin qoşulması. Borularda və su təmizləyicilərində kondensasiya edən suyun boşaldılması. Qazgeneratorların işinin və qazın keyfiyyətinin müşahidə olunması. Balonların tərəzidə çəkilməsi. Balonların qazla dozalaşdırılması. Təmir zamanı qazgeneratorların açılıb yığılması.
Bilməlidir: qazlar haqqında fizika və kimyadan elementar məlumatları; kalsium karbidindən asetilenin alınması prinsiplərini; asetilen qazgeneratorlarının, tənzimləyicilərin və hidrocəftələrin quruluşunu; asetilen qurğularından istifadə qaydalarını; kalsium karbidin xassələrini və saxlanma qaydalarını; qazholderin quruluşunu, həcmliyini və maksimum qalxma hündürlüyünü; təmizləyicilərin yenidən doldurma müddətlərini; xidmət olunan sahədə nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi qaydalarını; kalsium karbidi olan barabanların açılma qaydalarını.
Asetilen qazgeneratorlarının məhsuldarlığı 15-dən artıq 50 kub m. s-dək olan qurğu və stansiyaların, naviqasiya avadanlığı üçün məhsuldarlıqdan asılı olmayan işıqlandırıcı asetilen qazı hasil edən qazgeneratorların və qurğuların təmiri və onlara xidmət. Quruducuların, yuyucuların, təmizləyicilərin və əridicilərin yenidən doldurulması. Asetilendə qatışıqların-ftorlu hidrogenin, hidrogen sulfidin, havanın və s. asetilen qurğusunun yaxud stansiyanın işlədiyi şəraitdə mövcudluğunun müəyyən edilməsi. Asetilen kompressoruna xidmət və onun işindəki nasazlıqların aradan qaldırılması. Boruların balon ventillərinə birləşdirilməsi və onların dolması üzərində müşahidə. Qapaqların, araqatların və digər armaturanın yaxud hissələrin dəyişdirilməsi.
Bilməlidir: asetilendə qatışıqların müəyyən edilməsi üsullarını; müxtəlif asetilen qazgeneratorlarının, təmizləyicilərin, quruducuların və hidrocəftələrin quruluşunu; asetilen alınması üzrə texnoloji prosesi və onun təmizlənmə və qurudulma qaydalarını; asetilen qurğusunun yaxud stansiyanın kommunikasiya sxemini, ventil, qapaqların və digər armaturanın yerləşməsini; balonların asetilenlə doldurulma qaydasını; nəzarət-ölçü cihazlarının quruluşunu.
Asetilen qazgeneratorların məhsuldarlığı 50 kub m. s-dən yuxarı olan qurğuların yaxud stansiyaların təmiri və onlara xidmət. Qazaoxşar asetilenin alınması və təmizlənməsi üzrə texnoloji prosesin parametrlərinin təmizlənməsi. Kalsium karbidi dolduran mexanikləşdirilmiş xəttin, karbid bunkerlərini nəql edən xəttin, qazgenerator ötürücülərinin, dövriyyə su təchizatının vəziyyətinin və tənzim olunmasının, nəzarət-ölçü aparatlarının və siqnalizasiyanın idarə olunması və onların işləməsinə nəzarət. Təmirdən çıxan avadanlığın qəbulu və buraxılış-saxlama işlərinin aparılması.
Bilməlidir: qazaoxşar asetilenin istehsalı üçün texnoloji prosesi; müxtəlif sistemli asetilen qurğularının konstruksiyasını; nəzarət-ölçü aparatlarının tənzimlənmə üsullarını; lazımi texnoloji sənədlərin tərtibi və aparılma qaydalarını.
Boş balonların qəbulu, uçotu və xarici baxışı. Boş balonların növbəti doldurulmaya yararlığının müəyyən edilməsi. Balonların təmir üçün seçilməsi. Təmirə və hidravlik sınağa göndərilən balonlar üçün sənədlər tərtib edilməsi. Tədarükçülərə verilən balonların və xarab balonların uçotunun aparılması.
Bilməlidir: müxtəlif tipli balonların quruluşu və xarakteristikasını; maye və sıxılmış qazlar üçün təyin olunmuş balonlara qoyulan tələbləri; balonlarda buxarlanmayıb qalan qazların miqdarının müəyyənləşdirmə üsullarını; balonların maye və sıxılmış qazla doldurulma normasını; tərəzilərin quruluşunu və onların yoxlanılması və tənzimlənməsi üsullarını; balonların nasazlığının müəyyən edilməsi üsullarını; balonların sınaq müddətini; balonların nəql etdirilməsi qaydasını; balonların uçotu formalarını.
Doldurulmuş balonların qəbulu, uçotu və xarici baxışı. Doldurulmanın germetikliyinin və ventillərin doldurulmadan sonrakı işinin yoxlanılması. Özübağlanılan klapanların vəziyyətinin yoxlanılması. Boş və qazla doldurulmuş balonların nəzarət üçün çəkilməsi. Balonların doldurulması jurnalında qeydiyyatın aparılması. Avtomatik cihazların vəziyyəti və işi barədə jurnalda qeydlərin aparılması.
Bilməlidir: balonların sıxılmış və durulaşdırılmış qazla doldurulması üzrə avtomatik cihazların və özübağlanılan klapanların quruluşunu; balonlardan buxarlanmayıb qalan durulaşdırılmış qaz qalıqlarının boşaldılması üsullarını; boş və doldurulmuş balonların çəkilməsi qaydasını.
Doldurucu rampalarda balonların təzyiq altında qaz və kimyəvi maddələrlə doldurulması. Kommunikasiya və rampa armaturuna xidmət. Balonları doldurmaq üçün doldurucu rampaya verilməsi. Balonların sıxılmış və mayeləşdirilmiş qazlarla doldurulması üzrə avtomat cihazlarının işinin tənzimlənməsi. Özü bağlayıcı klapanların vəziyyətinin öyrənilməsi. Boru kəmərləri avadanlığının, oksigenli armaturların və doldurucu qurğuların cari təmirində iştirak etmək. Doldurulmuş balonların rampadan nəql etdirilməsi və anbarlaşdırılması. Qazların və kimyəvi maddələrin təsnifatından asılı olaraq balonların rənglənməsi və möhürlənməsi. Balonların doldurulması üzrə sənədlərin aparılması. Balonlar üzrə pasportların doldurulması.
Bilməlidir: təzyiq altında qaz və kimyəvi maddələrin alınmasının texnoloji prosesləri haqqında məlumatları; doldurucu rampanın iş prinsipini; qapayıcı-tənzimləyici armaturun, qoruyucu qurğuların və boru kəmərlərinin yerləşmə sxemini; qazın və kimyəvi maddələrin tərkibindən asılı olaraq balonların boyanmalı olan rənglərini; qaz sızılmasının aşkar edilməsi və boru kəmərlərində su olmasının müəyyənləşdirilməsi və aradan qaldırılmasını; təzyiq altında olan balonlarla davranmaq qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini.
Stansiya və xüsusi qurğularda balonların oksigen və digər qazlarla doldurulması. Balonların maye xlor, ftorlu hidrogen və freonla doldurulması, stansiyaya verilməsi və doldurulma üçün qoyulması. Balonların doldurulma səviyyəsinə nəzarət. Stansiya və qurğularda balonların doldurulması üzrə avtomatik cihazların iş rejiminin tənzimlənməsi. Oksigenin boru kəmərləri ilə ötürülməsi. Doldurucu rampanın, boru kəmərlərinin, armatur və balonların cari təmiri.
Avtomobil balonlarının qazdoldurucu kompressor stansiyalarının qazdoldurucu kalonkalarında sıxılmış təbii qazla doldurulması. Qaz balonlarına baxış qaz doldurucu kalonların boru kəmərlərinin, şlanqların, qapayıcı və qoruyucu armaturun birləşmə germetikliyinin yoxlanılması və brakın ayrılması. Avtomobil balonlarının qazın təzyiqi üzrə qazdoldurma kalonlarında və avtomobil balonlarında doldurma səviyyəsinə nəzarət. Nəzarət-ölçü cihazların və siqnalizasiya vasitələrinin avtomobil balonlarının sıxılmış qazla doldurulması işində yoxlanılması. Avtomobil balonlarında olan qazın təzyiqi və temperaturu barədə dispetçerə məlumatların verilməsi. Qazdolduran kalonların və avtomobillərin qoruyucu klapanlarının sazlığının yoxlanılması. Qazdolduran kalonların cari təmirində iştirak etmək.
Bilməlidir: qazdoldurucu kalonların quruluşunu; avtomobil qazdoldurucu kompressor stansiyasında sıxılmış təbii qazın istehsalının texnologiyasını; təbii qazın fiziki-kimyəvi xüsusiyyətlərini; müxtəlif tipli avtomobil balonlarının quruluşunu və xarakteristikasını; avtomobil balonlarının sıxılmış qazla doldurulması qaydasını və normalarını; buraxılmış qazın uçotunun forması və qaydasını; xidmət olunan avtomobillərin qeyd edilmə qaydalarını; nəzarət-ölçü cihazları və avtomatlarının quruluşunu və tətbiqi qaydalarını; xidmət olunan avadanlığın təhlükəsiz istismarı qaydalarını.
Balonların 15 MPa (150 kqs\kv.sm)-dək olan təzyiq altında sınaqdan keçirilməsi. Balonların sınağa hazırlanması: baxmaq, yararlığını müəyyən etmək, qida qalıqlarından içini və üstünü təmizləmək, buxara vermək, yumaq, qurutmaq və çəkmək. Balonların həcminin yoxlanılması. Sınaq prosesində aşkar olunmuş defektlərin aradan götürülməsi. Balonların üzərinə sınağın göstəricilərini: nömrə, tarix, həcm və kütləsinin basılması. Balonların pasport üzrə qeydə alınması. Ventili yoxlayıb balona keçirilməsi. Balonların sıra ilə yığılması.
Bilməlidir: xidmət etdiyi avadanlığın quruluşu və konstruksiyasını; balonların təsnifatını, balonların sınağı üzrə qazanxana nəzarət qaydalarını; texniki şərtlərə müvafiq olaraq balonların sınaq və damğa vurma qaydalarını; sınaq prosesində aşkarlanmış defektlərin aradan qaldırılma metodlarını.
4-cü dərəcə: balonlar 15-30 MPa (150-300 kqs\kv.sm-dən yuxarı) olan təzyiq altında sınaqdan keçirildikdə.
5-ci dərəcə: balonlar 30 MPa-dan (300 kqs\kv.sm-dan) yuxarı olan təzyiq altında sınaqdan keçirildikdə.
100 kVt-dək gücündə elektrik mühərriklərindən ötürücüsü olan yükgötürmə mexanizmlər tətbiq etməklə yüklərin yerdəyişməsi üzrə barabanlı bucurqadların idarə olunması və xidmət göstərilməsi. Kanatların, trosların hərəkət sürətinin tənzimlənməsi. Tormozların, şkivlərin və barabanların yoxlanılması. Xəbərdarlıq siqnallarının verilməsi. Trosların və stropların birləşdirilməsi və müxtəlif düyünlərlə bağlanılması. Mexanizmlərin yağlanması və cari təmirinin yerinə yetirilməsi.
Bilməlidir: barabanlı bucurqadın quruluşunu; yüklərin yerləşdirilməsi üçün tətbiq olunan mexanizmlərin və götürmə qurğularının tiplərini; şərti siqnallaşdırmanı; bucurqadın işindəki nasazlıqları müəyyən etmə üsullarını və onların aradan qaldırılmasını.
100 kVt-dan yuxarı gücündə elektrik mühərriklərindən, daxili yanma mühərriklərindən, yüklərin yerdəyişməsi üçün xüsusi meşəyükləmə oxlarla təchiz olunmuş səyyar qurğulardan ötürücüsü olan barabanlı bucurqadların yükgötürmə mexanizmləri tətbiq etməklə idarə olunması və xidmət göstərilməsi. Kömür və şist şaxtalarında və kəsiklərdə asma-kanat bucurqadlarının idarə olunması və xidmət göstərilməsi. Kanatların, trosların və stropların hərəkət sürətinin tənzimlənməsi. Tormozların, şkivlərin və barabanların yoxlanılması. Barabanlı bucurqadların sazlanması.
Bilməlidir: müxtəlif tipli bucurqadın quruluşunu; yüklərin yerləşdirilməsi üçün tətbiq olunan mexanizmlərin və götürmə qurğularının tiplərini; bucurqadın işindəki nasazlıqları müəyyən etmə üsullarını və onların aradan qaldırılmasını.
Daha yüksək ixtisaslı bunkerçinin rəhbərliyi altında elevator, konveyer, skip qaldırıcıların, boşaldıcı kuzovu olan vaqonların, başqa qaldırıcı-nəqliyyat mexanizmlərin vasitəsi ilə bunkerlərin tikə və ya dənəvarı materiallarla doldurulması. Materialların dəmir yolu vaqonlarına, avtoboşaldıcılara, doğrayıb-xırdalayan qurğulara, transportyorlara verilməsinin müşahidə edilməsi. Cəftələrin və qidalandırıcı qurğuların idarə olunması. Konveyerlərin işə salınması və dayandırılması. Materialların qəbuledici qablara və transportyorlara bərabər daxil olub yerləşməsinin tənzimlənməsi. Ocaq qəfəsi aralarında lazımi məsafənin saxlanılması və bunkerlərin dolmasının müşahidə edilməsi. Materialın (dağ kütləsinin, aqlomeratın və başqa materialların) qatışdırılması. Havadan asılmaların, qalaqlaşmaların, tıxacların ləğv edilməsi. Qeyri qabaritli tikələrin sındırılması, iri tikələrin buraxılış bunkerlərin torunda xırdalanması. Kənar əşyaların uzaqlaşdırılması. Vaqonların gətirilməsi, qurulması və doldurulması. Doldurulmuş vaqonların qoşulması, açılması və daşınması. Xidmət olunan bunkerin (lyukun) və iş yerinədək uzanan yolun təmizlənməsi. Bunker cəftələrinin cari təmiri. Vaqonları boşaltmağa qoymaq üçün konduktora siqnalın verilməsi.
Bilməlidir: bunkerin işə salma aparatının, səs və görmə siqnalizasiya sisteminin quruluşunu; cəftələrin və daşıma yollarının, konveyer xəttində ötürücü və dartıcı stansiyaların nəqliyyat mexanizmlərinin quruluşunu, bunkerin həcmini, qəbuledici qabların yük götürmə qabiliyyətini, transportyor lentinə yol verilən yüklənməni; boşaldılan materiala tələb olunan texniki şərtləri, qeyri-qabaritli tikələrin xırdalanma və materialın yaprıxlanmadan qabağının alınması üsullarını; bunkerlərin təmizlənməsi qaydalarını, qoşquların konstruksiyalarını; doldurulmuş vaqonetlərin və dumpkarların açılma və daşınma qaydalarını; səs və görmə siqnallarının verilmə və qəbuletmə qaydalarını; nəqliyyat vasitələrinin boşaldılması qaydalarını.
Elevator, konveyer, skip qaldırıcıları, boşaldıcı kuzovu olan vaqonetlər və digər qaldırıcı-nəqliyyat mexanizmləri sistemi, avtomatik idarəetmə ilə təchiz olunmuş pnevmatik nəqliyyatın köməyi ilə bunkerin tikə və ya dənəvər materiallarla doldurulması. Mexanizmlərin, pnevmonəqliyyat sistemlərinin, havasorucu qurğuların fasiləsiz işinin müşahidə edilməsi. Xidmət olunan mexanizmlərin işə salınması və dayandırılması. Elektron göstəricilərinin köməyi ilə bunkerlərdə materialların səviyyəsinə nəzarət. Maqnit qurğu vasitəsilə metal qırıntılarının ayrılması. Zəruri hallarda mexanizmlərin əl ilə idarə olunması. Qəbuledici qurğulara xidmət.
Bilməlidir: qaldırıcı-nəqliyyat mexanizmlərinin, pnevmonəqliyyat, avtomatik idarəetmə, nəzarət-ölçü aparatları, havasorucu və maqnit qurğuları sistemlərinin quruluşunu və iş prinsipini; mexanizmlərin, cəftələrin və yanacaq verən qurğuların əl ilə idarə olunmasını; materialların (dənəvərmetrli tərkibin, rütubətin, lazımsız qatışıqların) xassələrini və onlara qoyulan tələbləri; bunkerlərin müxtəlif materiallara doldurulma və onların bunkerlərdən boşaldılma qaydalarını.
Germetik konveyerin köməyi ilə bunkerin məsaməli dəmirlə doldurulma prosesinin aparılması. Məsaməli dəmirin təsirsiz qazlar atmosferində saxlanma və aktivsizləşdirmə prosesinin aparılması. Şlüz yükləmə qurğularının və boşaldılma cəftələrinin işinə nəzarət. Bunkerdə təsirsiz qazların təzyiqinin tənzimlənməsi. Havadəyişdirici sistemdə hidrogenin və bunkerdə oksigenin müşahidə olunması. Aktivsizləşdirmə prosesinə nəzarət etmək üçün müxtəlif səviyyələrdə məsaməli dəmirin temperaturunun ölçülməsi.
Bilməlidir: şlüz yükləmə qurğularının və boşaldılma cəftələrinin quruluşunu; məsaməli dəmirin nəql etdirilməsi və saxlanılmasının texnoloji prosesini; təsirsiz qazın təzyiq və istifadə normalarının tənzimlənmə üsullarını; qazverici və qazötürücü armaturanın kommunikasiyalarını; qaz rejiminin tənzimlənməsi və temperaturun ölçülməsi metodikasını; məsaməli dəmirin fiziki və kimyəvi xassələrini; partlayıcı maddələrin yol verilən son qatılıq dərəcəsini.
Gücü 30 kVt-a qədər olan buxar maşını və lokomobilə xidmət, maşının işlənib hazırlanmasında sürətinin tənzimlənməsi, işə salınması və dayandırılması. Qazan odluğunun yandırılması və istiliyin yanma prosesinin tənzimlənməsi. Qazanın su ilə qidalandırılması. Nəzarət-ölçü cihazlarına əsasən lokomobilin qazanında təzyiqə nəzarət. Qazanın təmizlənməsi, maşın və köməkçi mexanizmlərin hissələrinin təmizlənməsi. Buxar maşının və lokomobilin işində olan nasazlıqları aşkar etmək və aradan qaldırmaq.
Bilməlidir: buxar maşını, lokomobil və köməkçi avadanlığın quruluşunu və hərəkət prinsipini; istilik texnikası haqqında əsas məlumatları; buxar maşınının və lokomobilin işə salınması və dayandırılması qaydalarını; qazanların armaturunu və boru kəmərlərinin sxemini; buxar qazanlarına xidmət üzrə qazan nəzarəti qaydalarını; buxar qazanlarının təmizlənmə üsulunu; avadanlığın işində ortaya çıxan nasazlıqları və onların aradan qaldırılması üsullarını; nəzarət-ölçü cihazlarının quruluşunu.
4-cü dərəcə: gücü 30 kVt-dan yuxarı olan buxar maşını və lokomobilə xidmət zamanı.
Vaqonların verilməsi və vaqonboşaldıcısının qurulmasında vaqonitələyicilərin və elektrik bucurqadların idarə olunması və boşaltdıqdan sonra onların yığışdırılması. Avtoqarmaqların pazlanması. Sıxıcı qarmaqların yerində oturması üzərində müşayiət. Vaqonun boşaltmaya hazır olduğu haqda maşinistə siqnal verilməsi. Vaqonun qalan yükdən təmizlənməsi. Vaqonboşaldıcıya giriş zamanı işıqforların arxasınca qapıların və lyukların bağlanılması. Mexanizmlərin təmizlənməsi və yağlanması. Kanatların dəyişdirilməsində və təmir işlərinin aparılmasında iştirak.
Bilməlidir: vaqonitələyənlərin və elektrik bucurqadların işləmə prinsipini; yerli siqnalizasiyanı; vaqonların qoyulma qaydalarını; sürtgü materiallarının növlərini; dəmir yollarında siqnalizasiya üzrə təlimatı.
Vaqonların yüklənməsi və həddindən artıq yüklənməsi zamanı vaqonboşaldıcıların idarə olunması. Vaqonboşaldıcının işə salınması və dayandırılması. Vaqonetkaların, tormozların vəziyyəti və trosların bərkidilməsi üzərində müşayiət. Vaqonboşaldıcının işi ilə bağlı siqnalların qəbulu və verilməsi. Vaqonboşaldıcının yağlanması, təmizlənməsi və yığışdırılması. Xidmət olunan avadanlığın işindəki xırda nasazlıqların aradan qaldırılması.
Bilməlidir: vaqonboşaldıcının quruluşunu; vaqonboşaldıcının iş qaydalarını; yerli siqnalizasiyanı; işlədilən sürtgü materiallarının növlərini və xassələrini; vaqonboşaldıcının işində nasazlıqların aşkar olunma və aradan qaldırılma üsullarını.
Vaqonların boşaldılmasında bütün sistemdən olan vaqonboşaldıcının idarə olunması. Vaqonların vəziyyətinin, trosların bağlanılmasının və tormozların yoxlanılması. Vaqonboşaldıcının işi ilə bağlı siqnalların qəbulu və verilməsi. Kanatların və sıxıcı mexanizmlərin dəyişdirilməsi. Mexanizmlərə xidmət göstərilməsi və yağlanması. Aqreqatın cari təmirinin aparılması. Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə vaqonların boşaltma pultundan vaqonboşaldıcıların, vaqonitələyicilərin və vaqonların qurulmasının, yaxud vaqonboşaldıcının, vaqonitələyicinin və ya vaqonboşaldıcının və vaqonların qurulmasının eyni vaxtda idarə olunması.
Bilməlidir: xidmət olunan avadanlığın və mexanizmlərin elektrik sxemlərini, dəmir yollarında siqnalizasiya üzrə təlimatı; işlədilən sürtgü materiallarının növləri və xassələrini; xidmət olunan mexanizmlərin texniki xassələrini; avtomatika və bloklamanın idarə olunma üsullarını və iş prinsipini; dəmiryol nəqliyyatında hərəkət və siqnalizasiya qaydalarını; cari təmirin aparılma qaydalarını.
Vaqonları boşaltma pultundan vaqonboşaldıcının, vaqonitələyicinin və vaqonların qurulmasının yaxud vaqonboşaldıcının və vaqonitələyicinin və ya vaqonların qurulmasının eyni vaxtda idarə olunması. Vaqonların, tormozların vəziyyətinin və trosların bərkidilməsinin yoxlanılması. Siqnal qurğuların göstəriciləri üzrə mexanizmlərin verilmiş iş rejiminə gətirilməsi. Mexanizmlərə xidmət və yağlanması. Avadanlığın orta və əsaslı təmirində iştirak. Vaqonların ayrılması, birləşdirilməsi, tormozlanması və bərkidilməsi üzrə işlərə rəhbərlik. İşin davamiyyətinin və boşaldılmış vaqonların sayının uçota alınması.
Bilməlidir: xidmət olunan avadanlığın, mexanizmlərin və buraxılış aparaturasının kinematik sxemlərini; elektrotexnikanın əsaslarını; nəzarət-ölçü cihazlarından və idarəetmə pultundakı siqnalizasiyadan istifadə qaydalarını; sürtgü materiallarının növlərini; aqreqatlarının işinin və sürtgü materialları sərfinin uçot qaydasını; avadanlığın orta və əsaslı təmirində iştirak etmə qaydasını.
100 kVt-dək gücündə elektrik mühərrikinin havadəyişdirici və havasorucu qurğularına, süzgəclərə, siklonlara və tüstüsoranlara xidmət. Avadanlığın işə salınması, yağlanması, profilaktik baxışın keçirilməsi. Aspirasiya borularının və siklonların müntəzəm tənzimlənməsi. Qurğunun yeni yerə nəqli. Yastıqları soyudan suyun dövr etməsi, tozlanan yerlərin germetik olması və havasorucu qurğuları üzərində, nəzarət-ölçü cihazlarının və buraxılış qurğularının üzərində müşahidə. Xidmət olunan avadanlığın təmirində iştirak. Xidmət olunan avadanlığın təmizlənməsi, yağlanması və sazlanması.
Bilməlidir: tüstüsoranların, havadəyişdirici və havasorucu qurğularının və köməkçi avadanlığın iş prinsipini; nəzarət-ölçü cihazlarının və buraxılış qurğularının təyinatını və tətbiqi şərtlərini; yağlama yerlərini və tətbiq olunan sürtgü materiallarını.
100 kVt-dan yuxarı gücündə elektrik mühərrikləri olan havadəyişdirici və havasorucu qurğularına, süzgəclərə, siklonlara və tüstüsoranlara və köməkçi avadanlığa xidmət. Süzgəcin borularındakı şiberlərin köməyi ilə tüstüsoranların fırlanma tezliyinin və havasorucu qurğularının işinin tənzimlənməsi. Xidmət olunan avadanlığın sazlanması. Xidmət olunan avadanlığın işindəki qüsurların aşkar edilməsi və aradan qaldırılması. Qurğunun açılıb yığılması ilə yeni yerə nəqli.
Bilməlidir: havadəyişdirici, havasorucu qurğularının, tüstüsoranların və köməkçi avadanlığın quruluşunu; havaburaxan qovşağın yerləşməsi sxemini; qurğunun iş rejimini; nəzarət-ölçü cihazlarının və buraxılış qurğusunun quruluşunu; tüstüsoranların fırlanma tezliyinin tənzimlənmə qaydasını; havasorucu şəbəkəsinin sazlanma və tənzimlənmə qaydalarını; qurğuların və mühərriklərin işində mümkün olan nasazlıqları, onların qarşısının alınma tədbirlərini və aradan qaldırma üsullarını.
Havaqızdırıcılara xidmət, onların vəziyyətinin yoxlanılması və ayrı-ayrı əridici, qızdırıcı, termik, dəmirçi, bərkidici və başqa sobalarda qaz təsərrüfatı avadanlığının işinə nəzarət, daha yüksək ixtisaslı qazçının rəhbərliyi ilə qızdırıcı aparatların havadan qaza və qazdan havaya keçirilməsi. Qaz təmizləyici qurğulara, qaz qarışdırıcı stansiyalara, qazholderlərinə, qaz kəmərlərinə xidmət göstərildikdə, habelə onların avadanlığının təmirində iştirak. Qaz odluqlarının yanındakı sahənin təmizlənməsi və avadanlığın sürtülən qovşaq hissələrinin yağlanması.
Bilməlidir: sobalarda metalın əridilməsi prosesi haqqında əsas məlumatları; havaqızdırıcıların və qaz aparatlarının quruluşunu; odluq qollarının xassələrini və qazdan mühafizə aparatında və qaz təhlükəli mühitdə işləmə qaydalarını.
Havaqızdırıcılara xidmət, onların vəziyyətinin yoxlanılması, və 100 tonadək tutumu olan ayrı-ayrı əridici, qızdırıcı, termik, dəmirçi, bərkidici və başqa sobalarda, domna sobasından başqa, qaz təsərrüfatı avadanlığının işinə nəzarət. Əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobalarda lazımi istilik və üfürmə rejiminin təmin olunması. Qazın təmizlənməsi prosesində mühərriklərin, nasosların, skrubberlərin işinin idarə olunması. Qazqarışdırıcı stansiyaların və qaztəmizləyici qurğuların avadanlığına xidmət. Lazımi təzyiqli və kaloriyalı qazın alınmasının təmin edilməsi. Rənglənmiş məmulatların verilmiş qurutma temperatur rejiminin saxlanılması-fasiləsiz işə nəzarət, qaz holderlərinin doldurulması və boşaldılmasının tənzimlənməsi. Qaz kəmərlərinin saz vəziyyətinin və onların germetik birləşməsinin təmin olunması. Qaz klapanlarının su cəftələrində suyun lazımi səviyyəsinin, çalovların, navalçaların qurudulması üçün odluqların saz vəziyyətdə saxlanılması. Generatorların, şlaklıqların və sex klapanlarının tağ tavanlarının qaz keçiriciliyinə nəzarət. Xidmət etdiyi obyektdə və ya sahədə qaz kəmərlərinin və armaturaların təmirində və təmizlənməsində iştirak.
Bilməlidir: əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaların işində texnoloji proseslərin əsaslarını; skrubberlərin, avtomatik tənzimləyicilərin, qazholder avadanlığının quruluşunu; qaz kəmərlərinin və köməkçi armaturanın sxemlərini.
Havaqızdırıcılara və əridici sexlərin, yaxud üçədək müxtəlif konstruksiyalı sobası olan sahələrin (domna sobasından başqa) və ya 100 tondan artıq tutumlu ayrı-ayrı əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaları olan sahələrin qaz təsərrüfatı avadanlığına xidmət və nəzarət. Qaz kəmərlərinə və onların köməkçi qurğularına, qaztəmizləyici məntəqələrə və qazbölüşdürücü stansiyalara xidmət. Cihazların vasitəsilə zəhərli qazların müəyyən edilməsi. Xidmət olunan sobalara lazımi istilik və üfürmə rejiminin təmin olunması. Havaqızdırıcıların qazdan havaya və havadan qaza keçirilməsi. Qazların təmizlənməsi və qarışdırılması üzrə qurğulara və qaz kəmərləri qovşağına xidmət. Qazın sərf olunmasına, təzyiqə və üfürülmə temperaturuna, sulu üfürmədə buxarın sərfinə nəzarət. Nəzarət-ölçü cihazlarının göstəricilərinin uçotu və sobaların istilik rejiminə dair müəyyən olunmuş sənədlərin rəsmiləşdirilməsi. Xidmət olunan qaz qovşağı avadanlığının və armaturun təmirində iştirak.
Bilməlidir: əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaların işində texnoloji prosesi; hava əridici və qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaların qaz aparatlarının konstruksiya quruluşunu; qazların fiziki və kimyəvi xassələrini; xidmət etdiyi sahədə qaz kəmərləri və hava üfürücü qovşağın kommunikasiya sxemini.
Havaqızdırıcılarına və əridici sexlərin, yaxud müxtəlif konstruksiyalı və həcmli üçdən artıq sobası (domna sobasından başqa) olan sahələrin qaz təsərrüfatı avadanlığına xidmət və nəzarət. Xidmət edilən sobalarda lazımi istilik və üfürülmə rejiminin saxlanılması. Hava üfürücülərinin işinə, qazın təmizlənmə keyfiyyətinə və texnoloji sobalar üçün qazın bərabər daxil olmasına nəzarət. Kipkəc rəzələri və flans birləşmələri vasitəsilə qaz axınının qarşısının alınması və aradan götürülməsi. Qaz qutularının iş rejiminin və sxeminin tənzimlənməsi. Qaz sərfinin və təzyiqinin uçota alınması və xidmət etdiyi sahədə müəyyən olunmuş sənədlərin rəsmiləşdirilməsi.
Bilməlidir: əridici və qızdırıcı sobaların işinin texnoloji prosesini; havaqızdırıcıların və əridici, qızdırıcı və bərkidici sobaların qaz aparatlarının konstruksiya quruluşunu; sobalarda iş prosesinin tənzimlənməsini; bir rejimdən digərinə keçmə metodlarını; qazdan istifadə edilməsində istehlakçıların xüsusiyyətlərini və fəaliyyətdə olan aqreqatlarda işin xarakterini.
Hidravlik cəftələrin və xam qaz kollektorlarının, qaz generatorlarının, tozyığanlarının və fenollu tabaqların qatrandan və fusdan təmizlənməsi. Qazgenerator qapaqlarının yandırılma və söndürülməsi. Şlak təmizləyən mexanizmlərin işinin müşahidə edilməsi. Şlak və külün yığışdırılması, onların yüklənməsi və müəyyən olunmuş yerə nəqli. Skrubberin dayaqlarından və hidrocəftələrdən şlakın çıxarılması. Hidrocəftələrin fırlanan qapaqlarına xidmət. Hərəkətdə olan mexanizmlərin yağlanması. Qaz generatorlarının yanacaqla doldurulması, onun pikalarla və pnevmatik alətlərlə qarışdırılması işində iştirak. Yükləmə avadanlığına xidmət. Daha yüksək ixtisaslı qaz generatorçusunun rəhbərliyi altında qazgeneratorlara xidmət üzrə digər işlərin görülməsi.
Bilməlidir: qaz generatorların iş prinsipini şlak təmizləyən mexanizmlərin konstruksiyasını və iş prinsipini; hidravlik cəftələrin və qaz kollektorlarının yerləşməsi və quruluşunu; hidrocəftələrin və qaz kollektorlarının növləri və xüsusiyyətlərini; qaz generatoru yanacağının növləri və xassələrini, onun doldurulması və qarışdırılması qaydasını; hidrocəftələrə suyun verilmə sxemini; xidmət olunan avadanlığın və mexanizmlərin işində nasazlıqların müəyyən və ləğv edilməsi üsullarını; şlakın və külün çıxarılması və nəql edilməsi qaydalarını; istifadə olunan cihazları və qurğuları; qazla zəhərlənmə və buxarlanma hallarında ilkin yardım göstərilməsi qaydasını.
Odun, torf, şist və kömürlə işləyən kiçik məhsuldarlı qaz generatorlarında energetik qazın alınmasının texnoloji prosesinin aparılması. Qaz generatorlarının doldurulmasının və buxar-hava üfürülməsinin tənzimlənməsi. Kiçik məhsuldarlıqlı 10-a qədər qazgeneratorlarına xidmət və onların fasiləsiz işinin təmin olunması. Buxar-su üzlüklərə, buxaryığıcılara xidmət. 20000 kub metr/ saatadək olan qaztəmizləyici qurğularda, sistemlərdə, aqreqatlarda qazın təmizlənməsi. Pikalarla və pnevmatik alətlərlə yanacağın qarışdırılması. Yanma zonalarının ölçülməsi və qaz generatorlarının işində nasazlıqların aradan götürülməsi. Generator bölməsində yanma, üfürmə, temperatur rejimi və istilik mübadilə aparatının işinə nəzarət. Qaz generator stansiyasının avadanlığının təmiri üzrə işlərdə iştirak.
Bilməlidir: qaz generatorlarının quruluşunu; energetik qazın alınmasının texnoloji prosesini; yanacağın qazlaşdırılması ilə bağlı fizika və kimya üzrə əsas məlumatları; energetik qazın tərkibi və onun xassələrini; xam qaz kollektorunun yerləşməsini; buxar, su və qaz kəmərlərinin sxemini; qaztəmizləyici sistemin quruluşunu və qazın təmizlənməsinin texnologiyasını; generatorların yanacaqla doldurulma qaydasını; onun pikalarla və pnevmatik alətlərlə qarışdırılması üsullarını.
Kömür, koks, antrasit və digər bərk yanacaq növləri ilə işləyən yüksək, məhsuldarlıqlı qaz generatorlarında energetik qazın alınmasının texnoloji prosesinin aparılması. Su generatorlarına, dəmir-buxar üsulu üzrə hidrogen generatorlarına, həmçinin şistin emalı zamanı buxar-oksigen üfürülmə generatoruna xidmət. Kiçik məhsuldarlıqlı 10-dan artıq qazgeneratora xidmət və onların fasiləsiz işinin təmin olunması. Yanacaqla yüklənmənin, yanmanın, üfürmənin, temperatur rejiminin və istilik mübadilə aparatının müşahidəsi. Su itkilərinin təmizlənməsi. Qazgeneratorlarının söndürülməsi, qurudulması, yandırılması və onların qaz sisteminə qoşulması. Yanma zonalarının söndürülməsi, odluların, zonalarda əyriliklərin, ikili zonaların, şlak tağtavanlarının və generatorların işindəki başqa nasazlıqların aradan götürülməsi. Qaz-təmizləyici qurğularda, sistemlərdə, məhsuldarlığı 20000 kub metr/saatdan - 40000 kub metr/saatadək olan aqreqatlarda qazın dəqiq təmizlənməsi. Yanacağın, qazın və qatranın keyfiyyətinin müəyyənləşdirilməsi. Qazgenerator sexinin və ya stansiya avadanlığının işə salınmasında və dayandırılmasında iştirak.
Bilməlidir: energetik qazın, sulu qazın və hidrogenin alınması ilə bağlı fizika və kimyanın əsaslarını; bərk yanacaqdan energetik qazın alınması üzrə texnoloji prosesi və onun təmizlənməsi və keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri; qazgenerator stansiyasının yaxud bölmənin kommunikasiya sxemini; xam qaz kollektorlarının, toz qatlarının və qaz axarlarının quruluşunu.
Qaynayan qatlar rejimli bərk yanacağın bütün növlərində işləyən güclü qazgeneratorlarında energetik qazın alınmasının texnoloji prosesinin aparılması. Qaz təmizləyən qurğularda, sistemlərdə və məhsuldarlığı 40000 kub metr/ saatdan artıq olan aqreqatlarda qazın zəif təmizlənməsi. Bütün avadanlığın və generatorun və qaztəmizləyici stansiyanın kommunikasiya qovşağının işi üzərində müşahidə. Qazgeneratorı və təmizləyici aparatların işində nasazlıqların vaxtında aşkar edilməsi və aradan götürülməsi. Qazgeneratorlarının yanma, üfürülmə və temperatur rejiminin, habelə kollektorların, qaznovalarının və qaztutumlarının qatranlardan təmizlənməsi vəziyyətinə nəzarət. Qazın keyfiyyətinin yoxlanılması və onun yaxşılaşdırılması üzrə tədbirlərin keçirilməsi. Kollektor sistemində qazın təzyiqinin tənzimlənməsi. Yeni quraşdırılmış, həmçinin təmirdən sonra armaturanın və qaz aparatlarının Vəziyyətinin yoxlanılıb qazgeneratorların qəbul olunması və işə salınması. Qazgenerator və qaztəmizləyici qurğuların avadanlıqlarının quraşdırılmasında, sökülməsində və təmirində iştirak.
Bilməlidir: müxtəlif sistemli güclü qazgeneratorlarının və yüksək məhsuldarlıqlı qaztəmizləyici qurğuların konstruksiyasını; hava və qaz kəmərlərinin, hidravlik aparatların yoxlama qaydalarını və hidravlik sınaqdan keçirilmə üsullarını; qazgeneratorun işində nasazlıqların aşkar edilməsi və aradan götürülməsi üsullarını; lazımi texniki sənədlərin tutulma qaydasını.
Bərk yanacaqla işləyən "Simens" və "Daxrost" tipli qurğusu olan aşağı məhsuldarlıqlı qazgeneratoru stansiyasına xidmət. Xidmət edilən avadanlığın işə salınmazdan əvvəl yoxlanılması, işə salınması və nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən təmizlənməsi. Mexanizmlərin hərəkət hissələrinin yağlanması. Avadanlığın işinə nəzarət və xırda nasazlıqların aradan qaldırılması. Yüksək məhsuldarlıqlı qazgeneratoru qurğusunun avadanlığına xidmət zamanı maşinist köməkçisi kimi işin aparılması. Xidmət ediləni avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: qaz generatoru stansiyasının kompressor, nasos, havadəyişdiricilərinin, mühərriklərin və digər xidmət edilən mexanizmlərin iş prinsipini; bərk yanacağın qazlaşdırılması zamanı energetik qazın alınmasının texnoloji prosesi haqqında məlumatı; nəzarət-ölçü cihazlarını təyinatını və tətbiq edilmə şərtlərini, qaz, buxar, su və hava kommunikasiyaların sxemini; istehsal olunan qazların xüsusiyyətlərini və onların saxlanılması şərtlərini; avadanlıqların yağlanması sistemini və sürtgü materiallarının nomenklaturasını; diyircəkli yastıqların qızmasının səbəbini və onun aradan qaldırılması üsullarını; qazdan zəhərlənmə və boğulma hallarında ilk yardım göstərilməsi qaydalarını.
Bərk yanacaqla işləyən "Kommer" və "Qut-Retqer" PD-7 "Giproliz" tipli qurğulu yüksək məhsuldarlıqlı qaz generatoru stansiyasına xidmət. Xidmət avadanlığının yoxlanılması və dayandırılması, onun işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən tənzimlənməsi. Avadanlığın işində olan nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması. Hərəkət mexanizmlərinin yağlanması və soyudulması sisteminə nəzarət. Stansiya avadanlığının cari təmirinin yerinə yetirilməsi və orta və əsaslı təmirində iştirak etmək. Qazgeneratoru qurğuları avadanlığının işinə nəzarət və uçot qeydlərinin aparılması.
Bilməlidir: qaz generatoru stansiyasının kompressor, nasos, havadəyişdiricilərinin, mühərriklərin və digər xidmət mexanizmlərinin quruluşunu; bərk yanacağın qazlaşdırılması prosesinin texnologiyasına əsasən qaz generatoru stansiyasının kommunikasiya sxemini; nəzarət-ölçü cihazlarının quruluşunu; istehsal olunan qazın keyfiyyətlərini, nəql edilməsi və saxlanılması şərtlərini; qaz generatoru stansiyasının avadanlığının işindəki nasazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üsullarını.
QİAP tipli güclü qurğularla təchiz olunmuş bərk yanacaqla işləyən qaz generatoru stansiyasına eyni zamanda qazholder təsərrüfatı və qazın zərif təmizlənməsi qurğusu olan yüksək məhsuldarlıqlı qaz generatoru stansiyasına xidmət. Qaz generatoru stansiyasının maşın bölməsinin bütün mexanizmlərinin kompressor, nasos, havadəyişdiricilərin verilmə sisteminin işə salınması və dayandırılması. Buxar, su, hava və qaz boru kəmərlərinin, təmizləyici aparatların, skrubberlərin və nəzarət-ölçü cihazlarının işinə nəzarət. Qazholderlərin, kondensat ayrıcıların, injektorların və qaz təzyiqinin tənzimləyicilərinin normal işini təmin etmək. Qazholderlərin qızdırıcı sisteminə və şaybaların sürgülərində yağın səviyyəsinə nəzarət etmək. Xidmət edilən avadanlığın səsindən, taqqıltısından, qızmasından yaranmış nasazlıqları aşkar etmək və onları aradan qaldırmaq. Stansiya avadanlığının cari təmirini yerinə yetirmək və əsaslı təmirdə iştirak etmək. Qaz generatoru və qaztəmizləyici qurğu avadanlıqlarının işinə nəzarət və uçot qeydlərini aparmaq.
Bilməlidir: mürəkkəb qaz generatorları, qaztəmizləyici və digər aparatların quruluşunu; müxtəlif növ yanacağın qazlaşdırılmasının və qazların təmizlənməsinin texnoloji prosesini; energetik qazın alınması və saxlanılması üsullarını; təzyiq altında işləyən qabların istismarı üzrə texniki nəzarət qaydalarını. Qaz generatoru stansiyasının avadanlığının və qurğularının işində olan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması üsullarını.
Qazkeçən qovşaqda sızmanın qarşısının alınması və aradan götürülməsi. Respiratorların və digər qazdan xilasedici aparatların doldurub-boşaldılması, təmiri, qurudulması və təmizlənməsi. Düzgün qazsızlaşdırma üzərində müşahidə. İş yerlərində müşahidə vəziyyətlərinin mövcudluğu və onların düzgün saxlanılmasının və tətbiqinin yoxlanılması. Əleyhqazların dəyişdirilmə qrafikinə, onlardan istifadə qaydalarına və fəhlələrin qazlı atmosferdə qalması vaxtına riayət olunmasına nəzarət. Fəhlələrin qazlı atmosferdə qalma vaxtının uçota alınması. Zəhərli buxarın çıxması ilə müşayiət olunan qəzalar zamanı, habelə bədbəxt hadisələrdə insanların xilas edilməsi. Qaz təhlükəli işlərdə istehsalın, qaz təhlükəli yerlərdə havadəyişdiricinin fasiləsiz işinin müşahidəsi. Qaz təhlükəli yerlərdə havadan nümunənin götürülməsi. Binalarda və həcmlər daxilində qaz təhlükəli və qaz elektrik qaynaq işlərinin aparılmasında təhlükəsizliyin müəyyən edilməsi. Qazla zəhərlənmə zamanı ilkin yardımın göstərilməsi.
Bilməlidir: qaz generatorlarının, qaz və qazdan xilasetmə aparatların quruluşunu; xidmət olunan sexlərdə qaz təhlükəsinin xarakterini; qaz keçən qovşağın kommunikasiyalarının söndürülməsi və qoşulması üsullarını; qazdan xilasetmə aparatından istifadə qaydalarını; havadan nümunə götürülməsi qaydalarını; qazdan zəhərlənmə zamanı ilkin yardım göstərilməsi üzrə tədbirləri.
Qeyri-mürəkkəb şəraitdə qazdan xilasetmə işlərinin aparılması. Qazın sızmasının qabağını almaq və aradan götürmək tədbirlərinin keçirilməsi. Qaz keçirici qovşağın və qazdan xilasedici, aparatların işləməsi üzərində müşahidə və onların saz vəziyyətdə olmasının təmin edilməsi. Sexlərdə qaz təhlükəsizliyi vəziyyətinə, qaztutan və havadəyişdirici qurğularının işinə, xilasedici və qoruyucu vasitələrin həmçinin qəza şkaflarında alətlərin düzgün komplektləşdirilməsinə nəzarət. Təhlükəsiz iş qaydaları haqqında fəhlələrin təlimatlandırılması. Oksigencanlandırıcı aparatın tətbiqi ilə zərərçəkənlərə ilkin yardımın göstərilməsi.
Bilməlidir: yanacağın qazlaşdırılmasının texnoloji prosesini; istehsalatda rastlaşan qazların və buxarların tərkibi və xassələrini, onların düzgün müəyyən edilməsini; müəssisədə qaz təhlükəsi olan yerləri və onlara xidmət göstərilməsi qaydalarını; təhlükəsiz işləmək qaydalarını; qaz təsərrüfatına, və müəssisənin başqa qaz təhlükəli sexlərinə xidmət üzrə təlimatı.
Mürəkkəb şəraitdə qazdan xilasetmə işlərinin aparılması. Qazpartlayışlı-yanğın təhlükəli olan sexlərdə, qurğularda, aqreqatlarda və kommunikasiyalarda müvafiq nəzarət orqanlarının təlimatına müvafiq yoxlamalar aparılması yolu ilə profilaktik işlərin görülməsi. Qaztəhlükəli istehsalatlarda qəzaların və bədbəxt hadisələrin qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanması. Qazpartlayışı-yarığın təhlükəli olan sexlərdə iş aparmaq və qazdan mühafizə aparatlarından istifadə qaydaları haqqında fəhlə və Mühəndis Texniki İşçilərə təlimat verilməsi. Təhlükəsizlik texnikası üzrə sex kompleks təhqiqat aparan, qaztəhlükəli iş yerlərinin siyahısını işləyib hazırlayan və onları təhlükə qruplarına bölən komissiyalarda iştirak. Qazdan xilasetmə işləri üzrə nəzəri və praktiki məşğələlərin keçirilməsi. Zəhərli qazlar və buxarların çıxması ilə müşayiət olunan qəzalar, həmçinin bədbəxt hadisələr zamanı insanları xilas etmək işlərinə rəhbərlik.
Bilməlidir: qazdan xilasetmə xidməti tərəfindən profilaktiki işin aparılmasının əsas qayda və formalarını; bütün qaz kəmərlərinin, həmçinin qaz təhlükəli istehsalların bütün avadanlığının sxemlərini; xidmət etdiyi müəssisədə qazdan mühafizə vasitələrinin və qəzaları ləğv etmək üçün vasitələrin yerləşməsini; qazpartlayış-yanğın təhlükəsi olan sexlərdə işə nəzarət aparılması haqqında müvafiq nəzarət orqanlarının təlimatını.
Məmulat səthinin və vakuum sistemlərinin hava ilə üfürülməsi və üfürüb təmizlənməsi, vakuum şlanqlarının və vakuum sistemlərinin çıxış qol borularının spirtlə silib təmizlənməsi. Süzülən mayenin və adsorbsiya edən örtüklərin çəkilməsi və təmizlənməsi. Məmulatlara ultrabənövşəyi şüalarda baxılması. Helium və haloid sızma axtaranların işə salınması və iş rejiminə çatdırılması. Kvars diffuz sızma üzrə sızma axtarıcıların heliuma reaksiyasının yoxlanılması. Helium balonlarının və reduktorların helium sisteminə qoşulması. Elektrik ölçü və mexaniki cihazların köməyi ilə sistemlərdə qazın və vakuumun artıq təzyiqinin ölçülməsi. Mexaniki və buxar vuran vakuum nasoslarının istismarı.
Bilməlidir: vakuumun alınmasına dair əsas məlumatları; ciyə-kvars lampalarının, lüminessent cihazların: lövhəşəkilli-rotor, lövhəşəkilli-stator, zolotniklərin-plunjer, buxar-vuran və soyudan tələlərin iş prinsiplərini; vakuumun ölçülməsi üçün olan nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; boyaüfürücülərin, helium və haloid sızmaaxtarıcıların iş prinsiplərini və quruluşunu; sızmaaxtarıcıların konstruksiyasında germetikliyi yoxlamaq üçün istifadə olunan metodları.
1. Sadə konfiqurasiyalı tökmələr, döymə və ştamplama pəstahları - ultrabənövşəyi şüalarla yoxlama.
2. Artıq təzyiqin və vakuumun ölçülməsi üçün cihazlar-manometrlərin, mexaniki və elektrik vakuummetrlərin göstəricilərinin çıxarılması.
3. Qovuşuq qaynaq birləşmələri - ultrabənövşəyi şüalarla yoxlama.
4. Sızmaaxtarıcı - cihazın işə hazırlanması və onun işə salınması.
Sınaqlara hazırlıq-nəzarət (montaj) sxeminin yığılması və artıq təzyiqdən istifadə edərək helium şüaları vasitəsi ilə ayrı-ayrı detalların üfürmə metodu ilə əməliyyatlararası yoxlanılması. İstismar qaydalarının tələblərinə və germetikliyə nəzarət üzrə təlimata müvafiq helium və haloid sızmaaxtarıcıların istismarı. Vakuumu və təzyiqi ölçmək üçün nəzarət-ölçü cihazlarının seçilməsi. Yoxlanılan detalların germetikliyinin sınaqları üzrə rəy. Stasionar şəraitində və obyektlərdə məlumatların lüminessent və rəngli yoxlanılması. Lüminessent defektoskopiya cihazları ilə işləmək. Təlimata əsasən süzülən mayenin və adsorbsiya edən örtüklərin hazırlanması. İndikator izləri üzrə defektlərin qeyd olunması. Defektlərin şərh edilməsi.
Bilməlidir: əsas vakuumun alınması metodlarını; nasosla çəkmə prosesinin əsaslarını; nasosun işləmə sürətini; boru kəmərlərinin müqavimətini və xidmət etmə qabiliyyətini; qazların axma rejimini; obyekti təmizləmək üçün olan avadanlığın və aparatların quruluşunu; fırlanan və qumvuran nasosların quruluşunu; vakuumu ölçmək üçün olan nəzarət-ölçü cihazlarının quruluşunu; sızmaaxtarıcıların elektrik, radiotexnik və vakuum sistemlərində sadə nasazlıqları; sızmaaxtarıcıların yoxlama və həssaslığının tənzimləmə üsullarını; nəzarət obyektlərinin sınaqdan keçirilmə metodlarını; nəzarət metodlarının mahiyyətini üstünlüklərini və çatışmazlıqlarını; lüminessent cihazların quruluşunu; civə-kvars lampalarının elektrik parametrlərini; ultra-bənövşəyi şüaların və flüoresensiyanın təbiətini; mayenin fiziki xassələrini (isladılma, dözümlük, səthi dartılma, kapillyar təzahürləri), rəngli defektoskopiya növü üçün boyaq maddələrinin və lüminessent defektoskopiyası üçün lüminessent maddələrinin növlərini; penetrantın məmulatın səthinə vurulma və təmizləmə metodlarını; məhlul hazırlayarkən dəqiq çəkilmiş maddə miqdarını almaq üçün analitik tərəzidən istifadə qaydalarını.
1. Metallurgiya və energetika avadanlığının hissələri - döymə, yayma və mexaniki emaldan sonra lüminessent və 4 rəngli metodlarla nəzarət.
2. Orta və mürəkkəb quruluşlu tökmələr, döymələr və ştamplanmış dəzgahlar - lüminessent və rəngli metodlarla nəzarət.
3. Qazın və vakuumun artıq təzyiqini ölçən cihazlar - istilik termobuxar lampanın işçi cərəyanına qoyulması, boşalma dərəcəsini müəyyən etmək üçün dərəcələrə bölünmüş əyri istilik termobuxar lampaların tətbiqi.
4. Helium sistemləri – manometrin göstəriciləri üzrə sıxlığın yoxlanılması.
5. Vakuum sistemləri və sınan kameraları - helium sıxlığının yoxlanılması.
6. Hissələrdə və obyektlərdə bucaq qaynaq birləşmələri - lüminessent və rəngli metodlarla nəzarət.
7. Boru kəmərlərində qaynaq qovuşuq yerləri - lüminessent və rəngli - metodlarla nəzarət.
Yığma vahidlərinin, qaynaq birləşmələrin və spirallı sistemlərin germetikliyinə, germetikliyə nəzarət təlimatının və helium və haloid sızmaaxtarıcıların istismarına aid təlimatın tələblərinə müvafiq, nəzarət aparılması. Kvars diffuziya sızması üzrə yaxud təmiz hava kamerasının köməyi ilə sızmaaxtarıcılarda həssaslığın saxlanılması. Radioblokların iş rejimlərinin tənzimlənməsi. Alçaq vakuumun və qazın təzyiqinin ölçülməsi üçün olan nəzarət-ölçü cihazlarının dərəcələrinin ölçülməsi. Stasionar şəraitdə və obyektlərdə məmulatlara kompleks nəzarətin aparılması. İndikator izlərinin xüsusiyyətinə görə defektin xarakterinin müəyyənləşdirilməsi. Sxematik nəzarət xəritələrinin tutulması. Nəzarət metodunun seçilməsi-lüminessent, rəngli, kompleks-səthin vəziyyətindən və qaynaq birləşmənin düzülüşündən asılı olaraq. Lüminessent aparatında, frosselin, vakuum cəftələrinin, silfon ventillərin təmiri daxil olmaqla, nasazlıqların aradan götürülməsi. Vakuum nasoslarına baxış və onlara texniki xidmət göstərilməsi.
Bilməlidir: fırlanan yağlı buxar vuran nasosların qurulma qaydalarını; kütlə-spektrometrik sızmaaxtarıcıların əsas hissələrinin quruluşunu; elektrik hissənin vakuum sistemlərini, qidalanma və idarə olunma bloklarını; germetikliyə nəzarət metodlarını; sınaq qaydalarını; vakuumu ölçmək üçün olan ionlaşma və mexaniki cihazların iş prinsipini; qeyri-üzvi və üzvi kimyanın elementar əsaslarını; maşınqayırma rəsmxəttinin əsaslarını; nəzarət üçün tətbiq olunan məhlulların və boyaların təyinatını və xassələrini; laboratoriya avadanlığına xidmət etmə qaydalarını.
1. Vakuummetrlər - istilik buxar lampasının yoxlanılması və dərəcələrə bölünməsi.
2. Buxar turbinlərinin kürəkcikləri - lüminessent və rəngli metodlarla nəzarət.
3. Sızmaaxtarıcılar - maksimum həssaslığı təmin etmək məqsədi ilə radiobloklarda iş rejimlərin yoxlanılması və tənzimlənməsi.
Məmulatların yığılmış vəziyyətdə germetikliyinə vibrostendlərdə, buxarla sınaq stendlərində, istilik vuran stendlərdə və i.a. sınaqdan əvvəl və sonra nəzarət. Son "qazla qovuşan yerlərə" nəzarət. Yoxlanılan məmulatlarda stend sınaqlarından yaxud "qazla qovuşan yerdə" keçirilmiş sınaqlardan əvvəl və sonra ümumi qaz sıxlığı olmadığı aşkar edildikdən sonra lokal sızmaların axtarışı. Diffuz, kapillyar, məsaməli sızmaların və iynəvarı süzmələrin dərəcələrə bölünməsi. Sınaq stendində vakuum nasoslarının müxtəlif qazlar üzrə sınaqdan keçirilməsi. Bütün tipli sızmaaxtarıcılarda, kütlə-spektrometrik analizatorlarda nasazlıqların aradan qaldırılması.
Bilməlidir: vəziyyətindən (təzyiqindən, boşalmasından, temperaturundan) asılı olaraq qazların mühüm xassələrini; obyektin təmizlənmə sürətini və nasosun işlədiyi zaman qaz axınının təzyiqini; boru kəmərinin müqavimətini və buraxıcılıq qabiliyyətini; vakuum texnikasının əsas tənliklərini; istilik-buxar tələlərinin, vakuum ölçülməsi üçün olan maqnit və elektrik boşaldılma cihazlarının quruluşunu; helium və haloid sızmaaxtarıcılarda qovşaqların təyinatı və quruluşunu; aşağı və yüksək tezlikli generatorların dəyişən və daimi cərəyan gücləndiricilərinin, düzləndiricilərin və sabitləşdiricilərin prinsipial sxemlərini; elektrovakuum və qaz-boşaldıcı cihazların tiplərini və iş prinsipini.
Orta ixtisas təhsilə malik olmalıdır.
1. İstilik - buxar, maqnit, elektrik boşaldıcı vakuummetrləri-sazlanma.
2. Spirala oxşar konstruksiyalar - qaz sıxlığı olmayan yerlərin axtarışı.
3. Sızmaaxtarıcılar - diffuziya sobalarının dərəcələrini yoxlamaq.
Elektron aparatlarını tətbiq etməklə montaj və təmir şəraitində konstruksiyaların germetikliyinə nəzarət. Texniki sənədlərin tələblərinə müvafiq bütövlükdə konstruksiyada ümumi germetikliyi və onun qovşaqlarında seyrək defektli yerləri aşkar etmək üçün nəzarət üsulunun, aparatların və ləvazimatın seçilməsi. Yığılmış konstruksiyalarda aparılan nəzarətin nəticələrinə görə son rəyin verilməsi. Konstruksiyalarda sınaq zamanı aşkar edilmiş defektlərin həcminin sayca təhlili. Nəzarət metodikasının işlənib hazırlanması üzrə eksperimental işlərin yerinə yetirilməsi. Alınmış işlərin nəticələrinin rəsmiləşdirilməsi. Kütlə spektrometrik analizatorların elektron optikasının dəqiqləşdirilməsi. Germetikliyə nəzarət üsullarının metodoloji təminatı.
Bilməlidir: qazların molekulyar-kinetik nəzəriyyəsinin elementlərini; "qaz" və "buxar" anlayışlarını, doymuş qazların təzyiqini; əsas qaz qanunlarını; qazların sızma rejimlərini; vakuumu almaq üçün olan nasosların quruluşunu və iş prinsiplərini; yoxlanılan məmulatların konstruksiya və texnoloji xüsusiyyətlərini; mayelərin fiziki xassələrini.
Orta ixtisas təhsilə malik olmalıdır.
1. Boru taxtaları - seyrək defektli yerləri müəyyənləşdirmə və seyrək defektin həcminə qiymət verilmə.
2. Nəzarət obyekti - nəzarət üsulunu və onun rejimlərini seçmə.
Daha yüksək ixtisaslı qazantəmizləyənin rəhbərliyi altında bütün tipli qazanların xaricdən və daxildən qızan səthlərinin ərpdən, yanıqdan, şlakdan, küldən, əl ilə qazantəmizləyən alətlərini tətbiq etməklə təmizlənməsi. Təmizləndikdən sonra qazanların və boruların qızan səthlərinin üfürülməsi və yuyulması. Sadə qazantəmizləyən alətin sökülüb təmizlənməsi və yığılması.
Bilməlidir: qazanların qızan səthlərinin adlarını və yerləşməsini; qazanların qızan səthlərinin təmizlənməsində istifadə olunan alətlərin və mexanizmlərin təyinatını; qazanların qızan səthlərinin təmizlənmə qaydalarını; əl ilə qazantəmizləyən alətin sökülməsi, təmizlənib yığılması üsullarını; fərdi mühafizə vasitələrindən və yanğınsöndürən inventardan istifadə qaydalarını.
Suqızdırıcı qazanların xarici və daxili səthlərinin qazantəmizləyən alətlərini tətbiq etməklə ərpdən, yanıqdan, şlakdan, küldən təmizlənməsi. Bütün tipli qazanlarda odluqların, qaz yollarının, bacanın, peçdən tüstü borusuna qədər olan hissəsinin (borovların), elektrosüzgəclərin və bunkerlərin təmizlənməsi. Qazantəmizləyən alətin cari təmiri.
Bilməlidir: xidmət etdiyi qazan aqreqatlarının qısa xüsusiyyətlərini; tətbiq olunan qazantəmizləyən alətin quruluşunu; qazanların qızan səthlərinin və köməkçi avadanlığın daxildən və xaricdən təmizlənməsi üsullarını; qazantəmizləyən alətin cari təmiri qaydalarını; xüsusi geyimin və fərdi mühafizə vasitələrinin hazırlanması qaydasını.
Qazantəmizləyici alətlərdən istifadə etməklə qazanların istilik borularının və üfüqi-su borularının daxildən şlakdan, küldən, ərpdən və digər yığıntıdan təmizlənməsi. Suqızdırıcı qazanlardan başqa bütün növdən olan qazanların borulu hava qızdırıcılarının, siklonlarının, skrubberlərinin, kollektorlarının, hidrokülayırıcılarının, hərəkətedici mexanizmlərinin, kül yollarının və üst təbəqələrinin təmizlənməsi.
Ocağın temperaturunun qeydə alınması ilə bütün növ qazanların ocaq ekranlarının şlakdan təmizlənməsi. Aşqarların hazırlanması və onların bunkerə və ya müvafiq tutumlara doldurulması, qırıqların (sınıqların) dəyişdirilməsi və bərpası. Tələb olunan qatılıqda qələvi məhlulun hazırlanması. Taxta-şalbanın və s. qurulması.
Bilməlidir: qazan aqreqatlarının işinə təsir edən üst qatın çirklənməsi xüsusiyyətlərini; çirklənmə dərəcəsindən və üst qatın qızdırılmasının konstruktiv əlamətlərindən asılı olaraq alətin seçilməsi qaydasını; qırıqların dəyişdirilməsi və bərpası qaydasını; kimyəvi aşqarların təyinatını; qələvi məhlulların hazırlanması üsullarını; işlərin yerinə yetirilməsi üçün taxta-şalbanın qurulması qaydasını.
Qazantəmizləyici alətlərdən istifadə etməklə şaquli suborulu və qazborulu qazanların şlakdan, küldən və digər yığıntılardan təmizlənməsi.
Bütün tipli qazanlarda regenerasiya havaqızdırıcıların ekonomayzerlərin, kondensatorların boru dəstlərinin, su-buxarqızdırıcıların və soyuducuların təmizlənməsi. Daha yüksək ixtisaslı qazan təmizləyənin rəhbərliyi ilə turbinlərin təmizlənməsi. Bütün növ qazan təmizləmə işlərinin keyfiyyətinə nəzarət, təmizlənmiş avadanlığın hazırlanıb təhvil verilməsi. Qazantəmizləyən alətin sazlanması. Xidmət edilən avadanlığın işi haqqında texniki sənədlərin aparılması.
Bilməlidir: qazan aqreqatlarının və istiliyi mübadilə edən avadanlığın quruluşunu; qazantəmizləmədə əsas iş növlərinin texnoloji ardıcıllığını; qazantərnizləmə işlərinin keyfiyyətinə nəzarət metodlarını; qazantəmizləyən alətlərin saxlanma üsullarını; xidmət etdiyi avadanlığın işi barədə texniki sənədlərin aparılma qaydalarını.
Barabanlı qazanların daxildən qızan səthlərinin qazantəmizləyən alət tətbiq etməklə ərpdən, yanıqdan, şlakdan, küldən təmizlənməsi. Turbinlərin, bütün tipli qazanların ekranlı isti buxar alınan qızan səthlərinin təmizlənməsi. Qazan aqreqatlarında və istilik mübadiləedicilərində qızan səthlərin çirklənmə vəziyyətinə görə işin həcminin müəyyən edilməsi. Çıxan qazlarda temperaturun dəyişməsindən, qaz traktında sahələrin müqavimətindən, soyuq havanın temperaturundan asılı olaraq texniki kompleks təmizləmə vasitələrinin vaxtında işə salınmasına və səmərəli işləməsinə nəzarət. Qazantəmizləyən alətin, tətbiq olunan qurğu və mexanizmlərin sazlanması. Görülmüş işə aktların doldurulması.
Bilməlidir: bütün tipli qazanxanaların və turbin qurğularının konstruksiyasını və xüsusiyyətlərini; qazantəmizləmə işlərinin texnologiyasını; qızan səthlərin çirklənmə vəziyyətinə görə iş həcminin müəyyənləşdirilmə metodlarını; texniki kompleks təmizləmə vasitələrinin təyinatını; qazantəmizləyən alətin, tətbiq olunan qurğu və mexanizmlərin sazlama qaydalarını; görülən işlərə aktların doldurulma qaydalarını.
Düz axan qazanların, utilizator qazanlarının daxildən qızan səthlərinin, buxar-qaz qurğularının qazantəmizləyən alət və avadanlıq tətbiq etməklə ərpdən, yanıqdan, şlakdan, küldən təmizlənməsi. Membranlı şirma, konvektiv isti buxar alıcıların, ekranların, şaquli və üfüqi boru panellərin təmizlənməsi. Qazan aqreqatlarının qızan səthlərinin təmizlənməsinin texnoloji ardıcıllığı və optimal rejiminin ən səmərəli üsulunun müəyyənləşdirilməsi. Bütün tipli qazan aqreqatlarının qızan səthlərinin və müxtəlif istilik mübadilə edən avadanlığın kimyəvi təmizlənməsi. Qızan səthlərin texniki kompleks təmizləmə vasitələrinin sazlanması və tənzimlənməsi. Briqadaya rəhbərlik və bütün qazantəmizləmə işlərinin keyfiyyətinə nəzarət.
Bilməlidir: istilik texnikası və istilik mexanikasının əsaslarını; qızan səthlərin optimal təmizləmə rejiminin müəyyənləşdirilmə üsullarını; istilik enerji avadanlığının qızan səthlərinin kimyəvi təmizləmə xüsusiyyətlərini; qızan səthlərin texniki kompleks təmizləmə vasitələrinin sazlama və tənzimləmə qaydalarını; qazan təmizləyən vasitələrin işi haqqında texniki sənədləri, sxemləri və təlimatları.
İstehsalat binalarında havanın sadə və orta mürəkkəbli analizlərinin aparılması. Metallurgiya sobalarından çıxan qazların analizi. Şaxtadakı havanın tozluğunun analizi. Tozudanlarda filtrlərin işlənmiş borularından keçən metal itkilərinin analizi.
Bilməlidir: toz-qaz analizinin elementar əsaslarını; oksigenin və hidrogenin müəyyənləşdirilməsi metodlarının qısa xarakteristikasını; qazların, havanın və tozun əsas xassələrini; kimyəvi reaktivlərdən, civə və maye azotdan istifadə qaydalarını.
İstehsalat binalarında havanın mürəkkəb analizlərinin aparılması, tozluğun ölçülməsi. Qazların və tozun ekspress analizlərinin aparılması. Yüksək keyfiyyətli generatorlarda işləmək. Kütlə spektrometrlərində və xromotoqrafda sonralar analiz aparmaq üçün qazların yığılması. Havanın tərkibində qazların və tozun olmasını analiz etmək üçün metodların seçilməsi.
Bilməlidir: toz-qaz analizin əsaslarını; tozudanların, qazçıxanların, duzluqların və müqavimət elektrik peçlərinin quruluşunu; ionlaşdırıcı və maqnitboşaldıcı manometrlərdən istifadə qaydalarını; çəki və həcm analiz metodlarını, üzvü, qeyri-üzvü kimya üzrə elementar məlumatları.
Havanın xüsusi mürəkkəb analizlərinin aparılması. Xromatoqrafda qazın qatılığının müəyyənləşdirilməsi, etalonlu qaz qatışıqlarının tərtib edilməsi. Xromatoqrafın sazlanması və kalibrləşdirilməsi. Pnevmometrik borucuqlarda əmsalların yoxlanılması. Defektlər cədvəlini tutmaq üçün tozudanların tədqiqində iştirak. Tozudanların, tüstüsoranların, havadəyişdiricilərin, eksqausterlərin sınaqdan keçirilməsi və sazlanmasında, avadanlığın, işini səciyyələndirmək və tövsiyələndirmək üçün materialların işlənilməsində iştirak. Qaz, maye, bərk fazaların kimyəvi və fiziki xassələrinin müəyyənləşdirilməsi. Qaz-toz təmizləyən qurğunun effektivliyinin müəyyən edilməsi. Titrlənmiş məhlulların hazırlanması. Sexlərdə qurulmuş stasionar cihazların göstəricilərinin düzgünlüyünün yoxlanılması. Toz-qaz hesablamalarının yerinə yetirilməsi. Texniki sənədlərin aparılması. Toz-qaz analizlərində yeni metodların tətbiqi. Qazın aparatlar üzrə düzgün bölüşdürülməsinin yoxlanılması.
Bilməlidir: qaz xromotoqrafıya metodunu; analiz metodunu prinsiplərini və onun fiziki mahiyyətini; toz və qazudan avadanlığın sazlanma qaydalarını; cihazların həssaslığının tənzimləmə üsullarını, xromotoqrafın qaz sxemini, yarımavtomat reometrin sxemini və sazlama üsullarını; texniki sənədlərin aparılma qaydalarını.
Texnoloji qazların və havanın sıxılması və yerdəyişməsi üçün müxtəlif tipli maşınlara: 3000 kub metr/s-dək qaz və hava verən boruqazüfürücülərə, hava-qaz üfürücülərə xidmət, onların işinə nəzarət və tənzimlənməsi. Maşınların işə salınması və dayandırılması. Qazın təzyiqi və temperaturuna nəzarət, işlək hissələrin yağlanması, yağın soyudulması. Kommunikasiya, nəzarət-ölçü cihazlarının sazlığına nəzarət. Avadanlıqlara baxış və cari təmiri, maşın, kommunikasiya, armatur və nəzarət-ölçü cihazlarının sazlığına nəzarət. Nəzarət-ölçü cihazlarının nasazlıqlarının müəyyənləşdirilməsi və onların aradan qaldırılması. Avadanlıqların planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Elektrik enerjisi və sürtgü materialları sərfinin uçotunu aparmaq. İstehsalat jurnalında qeydlər aparmaq.
Bilməlidir: xidmət edilən maşın və mühərriklərin quruluşunu; görülən iş üzrə elektrotexnikanın əsaslarını; kommunikasiya sxemini; sürtgü materiallarının əsas xüsusiyyətlərini; yağlama qaydalarını; avadanlığın işində yaranan nasazlıqların səbəbini və onların aradan qaldırılması yollarını.
3-cü dərəcə: saatda 3000-dən - 15000 kub metrədək qaz və hava üfürücü maşınlara xidmət etdikdə.
4-cü dərəcə; saatda 15000-dən - 75000 kub metrədək qaz və hava üfürücü maşınlara xidmət etdikdə.
5-ci dərəcə: saatda 75000 kub metrdən yuxarı qaz və hava üfürücü maşınlara xidmət etdikdə.
Qeyd: 1. Qazüfürücü maşının maşinist köməkçisi maşinistdən 2 dərəcə aşağı tarifləşdirilir, ancaq onun dərəcəsi 2-ci dərəcədən aşağı olmamalıdır.
2. Maşinistlər eyni zamanda elektrik filtrlərinə, boruşəkilli və sulayıcı soyuduculara xidmət üzrə işləri yerinə yetirdikdə onlar 1 dərəcə yüksək tarifləşdirilir.
Ümumi istilik istehsalı 12,6 QC/saat (3 Qkal/saatadək) olan su qızdırıcı və buxar qazanlarına xidmət və ya bərk yanacaqla işləyən, istilik istehsalı gücü 21 QC/saatadək (5 Qkal/saatadək) olan su qızdırıcı və buxar qazanlarına xidmət. Yükgötürmə qabiliyyəti 25 tona qədər olan dəmiryol kranlarının buxar qazanlarına xidmət. Qazanların yandırılması, işə salınması, dayandırılması və onun su ilə təchiz edilməsi. Yanacağın qırılması, yüklənməsi və qazanın qarışdırılaraq qızdırılması. Yanacağın yanmasının tənzimlənməsi. Qazanda suyun səviyyəsinə, buxar təzyiqi və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəriciləri üzrə nəzarət etmək. Nasos, motor, havadəyişdiricilər və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması. Qazanların armatur və cihazlarının təmizlənməsi. Ümumi istilik qüvvəsi 42 QC/saatla (10 Qkal/ saatadək) olan əsas aqreqatlara, xidmət zonasında yerləşən boyler istilik qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. Təyin edilmiş təzyiqin, suyun və buxarın temperaturunun saxlanılması. Qazanların yuyulması, təmizlənməsi və təmirində iştirak etmək. İstehsal və kommunal qazanxanaların və dəmkeş qaz generatorlarının kül və şlakının əl ilə təmizlənməsi. Həmçinin ocaq qəfəsinin, buxar maşınlarının odluğunun, qazanların və dəmkeşlərin əl ilə təmizlənməsi. Kül və şlak tullantılarının sahmana salınması.
Bilməlidir: xidmət edilən qazanların, forsunların, hava-buxar kəmərlərinin iş prinsipini və onların tənzimlənməsi üsullarını; buxar qazanlarının odluğunun şlaklı və küllü bunkerlərin quruluşunu; istilik izoləedici kütlələrin tərkibini və, qazan və buxarboru kəmərlərinin əsas istilik izoləedici üsullarını; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının təyinatını və tətbiq edilmə şərtlərini; tozşəkilli yanacağın hazırlanması mexanizminin, forsunka və kül-şlak ayıran alət və ləvazimatların quruluşunu; istilik-şəbəkə boyler qurğularının və ya işlənmiş buxar stansiyasının avadanlığının iş rejimi və quruluşunu; buxar maşınının qazanının təmizlənməsi zamanı təzyiq və havanın lazımi miqdarını; atmosfer təzyiqinin ocağın divarlarına və alov qutusuna təsirini; kül və şlakın əsas xüsusiyyətlərini; dəmiryolu kranlarının yolu və xətti ilə hərəkət qaydasını; şlak və kül tullantılarının yerləşdirilməsi qaydasını.
Ümumi istilik istehsalı 12,6-dan 42 QC/saatadək (3-dən 10 Qkal/saatadək) olan su qızdırıcı və buxar qazanlarına və ya qazanxanada 21-dən 84 QC/saatadək (5-dən 20 Qkal/saatadək) istilik istehsal edən bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. 25 tondan artıq yükgötürmə qabiliyyəti olan dəmiryol buxar kranlarına və ya buxar ekskavator qazanlarına xidmət. Dartıcı və kül-şlak ayırıcı qurğuların, stokerin, ekonomayzerlərin, havaqızdırıcıların, buxar qızdırıcıların və qidalandırıcı nasosların işə salınması, dayandırılması və onların işinin tənzimlənməsi. Ümumi istilik yükü 42-dən 84 QC/saat (10-dan 20 Qkal/ saatadək), olan əsas aqreqatların xidmət zonasında yerləşən istilik şəbəkəsi boyler qurğusuna və ya işlənmiş buxar stansiyasına xidmət. Qazanxana avadanlığının fasiləsiz işinin təmin edilməsi. İstilik kəmərləri sxemində xidmət edilən aqreqatların işə salınması, dayandırılması. Tədarükçülərə buraxılan istiliyin hesabının aparılması. İstehlak və kommunal qazanxanaları və dəmkeş qaz generatorlarının kül və şlakının əl ilə və ya mexaniki üsulla təmizlənməsi. Kül və şlakın mexanizmlərin köməyi ilə vaqonetkalara və ya vaqonlara yığılması və lazımi yerə nəql etdirilməsi; kül və şlak təmizləyən mexanizmlərin, qaldırıcı-nəqledici avadanlığın, siqnalizasiyanın, cihaz, aparat və digər qurğuların düzgün işlənilməsinə nəzarət. Kül və şlakın xüsusi aparatlarla yuyulması. Xidmət olunan avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: işlədilən avadanlığın və mexanizmlərin quruluşunu; qazanlarda yanacağın rasional yanması üsullarını; istilik buxar və su kəmərləri və xarici istilik şəbəkələrinin sxemini; avadanlıqların iş yekunlarının və tədarükçülərə buraxılan istiliyin uçotu qaydalarını; avadanlığa xidmət və onun işində olan nasazlıqları aradan qaldırmaq qaydalarını; xidmət göstərilən qazanların tiplərini, şlak və külün yüklənməsi və nəql etdirilməsi qaydasını və üsullarını; xidmət olunan aqreqat və mexanizmlərin yağlanması və soyudulması sistemini; kül-şlak təmizləyən mexanizm və avadanlıqların işi barədə qeydlərin aparılması qaydasını; nəzarət-ölçü cihazlarının sadə və çox mürəkkəb olmayan qurğularını.
Ümumi istilik istehsalı 42-dən 84 QC/saatadək (10-dan 20 Qkal) olan su qızdırıcı və buxar qazanlarına və ya ümumi istilik istehsalı 84-dən 273 QC/saata (20-dən 65 Qkal/saatadək) olan, bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. Nəzarət-ölçü cihazlarında suyun səviyyəsinə, təzyiqə və buxarın, suyun və ayrılan qazların temperaturuna nəzarət. Qazanların işinin tələb olunan buxar qrafikinə əsasən tənzimlənməsi. İstilik verilməsinə nəzarət. Ümumi istilik gücü 84 QC/saatdan (20 Qkal/saat) yuxarı olan, əsas aqreqatlar yerləşən xidmət zonasındakı istilik şəbəkəsi boyler qurğularına və ya işlənmiş buxar stansiyalarına xidmət. Avadanlığın işində olan nasazlıqları aşkar etmək və aradan qaldırmaq.
Bilməlidir: qazanların, köməkçi mexanizmlərin və armaturaların quruluşunu və onlara xidmət qaydasını; istilik texnikası üzrə əsas məlumatları; istiliyin müxtəlif məhlullarını və istiliyin miqdarının qazan aqreqatlarının istilik istehsalına və yanma prosesinə təsir keyfiyyətini; suyun keyfiyyətinə qoyulan texniki şərtləri və suyun təmizlənməsi üsullarını; qazanxana qurğularının işindəki nasazlıqların əmələ gəlmə səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri; mürəkkəb nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi üsullarını.
Ümumi istilik istehsal gücü 84-dən 273 QC/saatadək (20-dən 65 Qkal/saata) olan su qızdırıcı və buxar qazanlarına və ya istilik istehsal gücü 273-dən 546 QC/saatadək olan bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. Qida xətlərinin dəyişdirilməsi. Buxar xətlərinin doldurulması və boşaldılması. Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktiki baxışda, qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Onların təmirdən sonra qəbulu və işə hazırlanması.
Bilməlidir: su qızdırıcı və buxar qazanlarının müxtəlif sistemlərinin quruluşu və iş prinsipini; qazanxana avadanlığı və mexanizmlərinin istismar göstəricilərini; avtomatik tənzimləmə aparatlarının quruluşunu; cihazların göstəricilərindən asılı olaraq qazanxanaların iş rejiminin aparılması qaydasını; qazanxanada borukəmərləri şəbəkəsinin və siqnalizasiyasının sxemini; nəzarət-ölçü cihazlarının tənzimlənməsi qaydalarını.
Ümumi istilik istehsalı gücü 273 QC/saatdan yuxarı olan (65 Qkal/ saatdan) su qızdırıcı və buxar qazanlarına və ya qazanxanada bərk yanacaqla işləyən 546 QC/saat- dan yuxarı (l30Qkal/saatdan yuxarı) istilik istehsal edən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət.
Bilməlidir: mürəkkəb nəzarət-ölçü cihazlarının və avtomatik tənzimlənmə, aparatlarının konstruktiv əsaslarını; yanacağın fiziki xassələrini və istilik yaratma qabiliyyətini; qazanların istilik balansı elementlərini və onun tərtib edilməsini; qazanxana qurğularının faydalı iş əmsalının müəyyənləşdirilməsi qaydalarını.
Ümumi istilik istehsalı saatda 12,6 QC-ə qədər (3 Qkal/saata qədər) olan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada ümumi istilik istehsalı saatda 21 QC-ə qədər olan maye və qaz şəkilli yanacaqla və ya elektrik qızdırıcısı ilə işləyən ayrı-ayrı su qızdırıcı və ya buxar qazanlarına xidmət. Qazanların qızdırılması, işə salınması və dayandırılması və onların su ilə qidalandırılması. Qazanlarda suyun səviyyəsinə buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə. Ümumi istilik yükü 42 QC/saata qədər (10 Qkal/saat) olan əsas aqreqatlara xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. Nasos, mühərriki, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması. Armatura və qazan cihazlarının təmizlənməsi. Xidmət olunan avadanlığın təmirindən iştirak etmək.
Bilməlidir: xidmət edilən qazanların iş prinsipini; istilik izoləedən kütlənin tərkibini və qazan və buxar boru kəmərlərinin istiliyi izolə etməsinin əsas üsullarını; təzyiq altında işləyən avadanlıqdan və qazdan istifadə qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; istilik şəbəkəsi boyler qurğuları avadanlıqlarının və işlənmiş buxar stansiyasının quruluşunu və iş rejimini.
Ümumi istilik istehsalı 12,6 QC/saatdan 42 QC/saata qədər (3-dən 10 Qkal/saatadək) olan maye və qazşəkilli istilikdə və ya elektrik qızdırıcısı ilə işləyən ümumi istilik istehsal gücü 21-dən 84 QC/saata qədər (5-dən- 20 Qkal/saatadək) olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət, ümumi istilik yükü 42-dən 84 QC/saata qədər (10-dan-20 Qkal/saat) olan əsas aqreqatlara, xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğuları və ya işlənmiş buxar stansiyalarına xidmət. Ekonomayzerlərin, havaqızdırıcıların, buxarı yenidən qızdırıcıların və qidalandırıcı nasosların işə salınması, dayandırılması, tənzimlənməsi və işinə nəzarət. Qazanxana avadanlığın fasiləsiz işinin təmin edilməsi. İstilik xətlərində xidmət olunan aqreqatların işə salınması; dayandırılması və istiqamətinin dəyişdirilməsi. İstehlakçılara buraxılan istiliyin uçotu. Xidmət olunan avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: xidmət olunan qazanların quruluşunu; porşenli nasosların, elektrik mühərrikinin və buxar mühərriklərinin quruluşunu və iş prinsipini; qazanxana qurğularının istilik, buxar və su kəmərlərinin və istilik qovşağının sxemini; avadanlıqların iş yekunlarının və tədarükçülərə buraxılan istiliyin uçotu qaydasını; sadə və orta mürəkkəb nəzarət-ölçü cihazlarının quruluşunu.
Ümumi istilik istehsalı 42-dən 84 QC/saatadək (10-dan 20 Qkal/saat) plan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada maye və qazşəkilli istiliklə və ya elektrik qızdırıcı ilə işləyən istilik istehsalı 84-dən 273 QC/saata qədər (20-dən 65 Qkal/saat) olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət edilməsi. Ümumi istilik yükü 84 QC/saat (20 Qkal/saatdan artıq) olan əsas aqreqatlara xidmət zonasında yerləşən istilik şəbəkəli boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət edilməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən qazanlarda suyun səviyyəsinə, buxar, su və ayrılan qazın təzyiqinə və temperaturuna nəzarət etmək. Buxar tələbatı qrafikinə əsasən qazanların işinin tənzimlənməsi. Avadanlığın işində olan nasazlıqların qarşısının alınması və aradaq qaldırılması.
Bilməlidir: eyni tipli qazanların, həmçinin köməkçi mexanizm və qazan armaturunun quruluşunu və xidmət qaydasını; istilik texnikası haqqında ümumi məlumatı; istiliyin müxtəlif xüsusiyyətlərini və istilik keyfiyyətinin qazan aqreqatlarının yanma prosesinə və istilik istehsalına təsirini; suyun keyfiyyətinə qoyulan texniki şərtləri və onun təmizlənməsi üsullarını; qazanxana qurğularının işində yaranan nasazlıqları və onların aradan qaldırılması tədbirlərini; mürəkkəb nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini.
Ümumi istilik istehsalı 84-dən 273 QC/saata qədər (20-dən 65 Qkal/saat) olan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada maye və qazşəkilli yanacaqla və ya elektrik qızdırıcı ilə işləyən, istilik istehsal gücü 273-dən 546 QC/saata qədər (65-dən 130 Qkal/saatadək) olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət etmək. Qidalandırıcı xətlərin dəyişdirilməsi, magistraldan buxarın qoşulması (birləşdirilməsi) və kəsilməsi (dayandırılması). Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktik baxışın keçirilməsi və qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Qazan və onların mexanizmlərinin alınması və işə salınması.
Bilməlidir: müxtəlif sistemli suqızdırıcı və buxar qazanlarının quruluşunu və iş prinsipini; qazanxana avadanlığının və mexanizminin istismar göstəricilərini; avtomatik tənzimləyici aparatların quruluşunu; cihazların göstəricilərinə əsasən qazanxananın iş rejimi qaydasını; qazanxanada boru kəmərləri şəbəkəsinin və siqnalizasiyanın sxemini; nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydasını.
Cəmi istehsal gücü 273 QC/saat (65 Qkal/saatdan artıq) olan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada yanacaq və ya elektrik qızdırıcısı ilə işləyən istilik istehsalı 546 QC/saatdan (130 Qkal/saatdan artıq) yuxarı olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət etmək.
Bilməlidir: mürəkkəb nəzarət-ölçü cihazlarının və avtomatik tənzimləmə aparatlarının konstruktiv xüsusiyyətlərini; yanacağın istilik yaratma qabiliyyətini və fiziki xüsusiyyətlərini, qazanların yanacaq balansının elementlərini və onun tərtib edilməsi, qazanxana qurğularının fəaliyyətinin faydalılıq əmsalının müəyyənləşdirilməsi qaydalarını.
Qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların xüsusi cihazlarda rütubətə, mexaniki möhkəmliyə, dənəvərliyə, qaz keçirmə qabiliyyətinə sınaqdan keçirilməsi. Üyüdülmədə nazikliyin (incəliyin), həcmin, quruma və sıxılma mərhələsinin, həcm kütləsinin və digər zəruri göstəricilərin bərabər ölçülməsinin müəyyən edilməsi. Sınaq üçün nümunələrin hazırlanması. Qəlibləmə, şixta, özəkli və tikinti materiallarının keyfiyyətinin iş yerlərində yoxlanılması. Materialın istehsalatda düzgün tətbiq olunmasına və təyin edilmiş texnoloji rejimlərə əməl olunmasına nəzarət. Sınaqların nəticələrinin müəyyən olunmuş formalar üzrə yazılması.
Bilməlidir: qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların xassələrini və təyinatını; sınaq üçün tətbiq edilən cihazların və aparatların iş prinsipini; nümunələrə nəzarət və düzgün sınaqdan keçirilməsi metodlarını; elektrik qızdırıcı cihazlardan istifadə qaydalarını; aparılmış sınaqların nəticələrinin yazılış qaydasını.
Yüksək hərarətə davamlı ərintilər üçün şixta və qəlibləmə qatışıqların sınaqdan keçirilməsi. Sınaqda istifadə olunan cihazların və aparatların sazlanması. Çuqun, polad, əlvan tökmələrin və yüksək hərarətə davamlı ərintilərin, tikinti və odadavamlı materiallar üçün qəlibləmə, şixta və özəkli qatışıqların hazırlanması reseptlərinin tərtib edilməsi.
Bilməlidir: mümkün olan bütün qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların xassələrini və xarakteristikalarını; sınaq üçün istifadə olunan cihazların və aparatların quruluşunu və onları sazlama üsullarını; qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların hazırlanmasında texnoloji prosesi; qəlibləmə, şixta, özəkli materialların və qatışıqların keyfiyyətsiz hazırlanmasına görə tökmələrdə zay məhsulun növlərini; qəlib və özəklərin qurudulma rejimlərini.
Kollektiv qəbuledici televiziya antenalarının müxtəlif binaların mənzillərində, digər sahələrdə qurulması və təmiri (materialların, alətlərin gətirilməsi). Kabelin çəkilişində müxtəlif növ paylaşdırıcı qutuların və s. qoyuluşunda iştirak etmək.
Bilməlidir: elektrotexnika, radiotexnika haqqında ümumi məlumatı; kollektiv qəbuledici televiziya sistemi avadanlıqlarının quruluşunu; iş zamanı alətlərdən istifadə qaydasını.
Kollektiv qəbuledici televiziya antenalarının paylayıcı şəbəkəsinin abonent və magistral kabellərinin çəkilməsi üzrə işlərin aparılması. Kabelin kəsilməsi və onun paylayıcı qutu və televizor ştekerinə lehimlənməsi. Müxtəlif növ televiziya antenalarının fərdi və kollektiv qəbulu üçün qurulması, montajı və təmiri üzrə işlərin aparılmasında iştirak etmək. Fərdi otaq antenalarının qurulması və istiqamətləndirilməsi, televizorun işə salınması və sınaq cədvəli üzrə quraşdırılması, proqramların qəbul edilməsinin yoxlanılması.
Bilməlidir: elektrotexnika, radiotexnika və televiziya üzrə elementar məlumatları; xidmət edilən avadanlığın quruluşu, qurulması, təmiri və istismarı qaydalarını və təlimatlarını; magistral televiziya şəbəkəsinin paylaşdırıcı qurğularının montajı və kabellərin çəkilməsinin qayda və üsullarını; televizorların növlərini; onların işə salınması və qurulması qaydalarını; ampermetr və alətlərdən istifadə qaydalarını və təyinatını.
Dirəyinin hündürlüyü 5 m-ə qədər olan metrli diapazon dalğalı fərdi və kollektiv televiziya qəbulunda üç və beş elementli bir kanallı və ikikanallı televiziya antenalarının montajı, qurulması və təmiri üzrə işlərin yerinə yetirilməsi. Metrlik diapazon dalğalı antenalardan başqa bütün kollektiv və fərdi antenaların qurulması, montajı, demontajı və təmiri üzrə işlərin yerinə yetirilməsində iştirak etmək. Antena gücləndiricilərinin təmiri, onların qurulması və birləşdirilməsi, paylaşdırıcı şəbəkənin avadanlıqlarının təmiri. Televiziya sınaq cədvəlindən istifadə etməklə antenanın keyfiyyətinin müəyyənləşdirilməsi. Hava kabel xətlərinin qurulması işində iştirak etmək. Otaq televiziya antenalarının təmiri.
Bilməlidir: elektrotexnikanın, radiotexnikanın, televiziyanın əsaslarını; xidmət edilən avadanlığın texniki xüsusiyyətlərini və konstruksiyasını; onların montaj sxemini; fərdi və kollektiv qəbul antenalarının, paylaşdırıcı şəbəkənin, kabel və hava keçidlərinin qurulması, montajı qaydasını; televizor və antenaların iş keyfiyyətinin yoxlanılması və qiymətləndirilməsi üçün televiziya sınaq cədvəlinin elementlərinin təyinatını; televiziya antenaları və paylaşdırıcı şəbəkənin yoxlanılması və təmiri qaydalarını və üsullarını; elektrik ölçüləri üçün istifadə olunan cihazların təyinatını və onlardan istifadə qaydalarını.
Dirəyi 5 m-dən 9 m-ə qədər olan metrli və desimetrli diapazon dalğalı fərdi və kollektiv televiziya antenalarının, 200-ə qədər televizor və radioqəbuledici birləşdirilən kollektiv televiziya qəbuledici antenaların paylaşdırıcı şəbəkələrin qurulması, montajı və təmiri işlərinin yerinə yetirilməsi. Desimetrli diapazon dalğalı konventorların qurulması. Lampalı antena gücləndiricilərinin təmiri. Kollektiv antena və paylaşdırıcı şəbəkələrin təhvili, qəbulu, quraşdırılması və montajında və televiziya siqnallarının keyfiyyətinin müəyyənləşdirilməsində iştirak etmək.
Bilməlidir: desimetrli diapazon dalğalı fərdi və kollektiv antenalarının növünü, konstruksiyasını və texniki xüsusiyyətlərini; paylaşdırıcı şəbəkənin avadanlığını; antena və paylaşdırıcı televiziya şəbəkəsində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması metodlarını; ağ-qara televizorların növünü; onların tənzimlənməsi, qurulması üsullarını; əsas nəzarət-ölçü cihazlarının tətbiqi qaydasını.
Sinfazlı çoxelementli antenaların, televiziya və radio proqramlarını kollektiv qəbul edən çoxkanallı antenaların, hündürlüyü 9 m olan dirəkli, ağır şəraitli qəbullar üçün nəzərdə tutulan mürəkkəb antenaların qurulması, montajı və təmiri, hava və yeraltı kabel keçidlərin qurulması üzrə işlərin yerinə yetirilməsi. Tranzistorlu antena gücləndiricilərinin, konventorların təmiri. Radio və televiziya proqramlarının kollektiv qəbulu üzrə yeni quraşdırılmış antena sisteminin təhvili və qəbulu. 200-dən yuxarı televiziya və radio-qəbuledicisi olan radio və televiziya proqramlarının kollektiv qəbuledici sisteminin quraşdırılması, montajı və təmiri üzrə işlərin yerinə yetirilməsi. Televiziya siqnallarının ölçülməsi və bütün nümunəvi sxemlər üzrə televiziya və radio proqramlarının kollektiv qəbulu sisteminin hesablanması.
Bilməlidir: fərdi və kollektiv metrli və desimetrli diapazon dalğalı kollektiv qəbuledici televiziya antenalarının, radio və televiziya qəbulu üçün olan ümumi antenaların, paylaşdırıcı şəbəkə avadanlığının növünü, konstruksiyasını və texniki xüsusiyyətlərini; televizorların növlərini, onların funksional sxemini; ağ-qara təsvirli televizorların nasazlıqlarının aşkar edilməsi və aradan qaldırılması metodlarını; televiziya və radio proqramlarının kollektiv qəbulu sisteminin ölçülməsi metodlarını; nəzarət-ölçü aparatlarından istifadə qaydasını və onların quruluşunu.
Orta ixtisas təhsili tələb olunur.
Gücü 73,5 kVt (100 a.g.-dək) olan bütün daxiliyanma mühərrik sisteminə xidmət. Gücü 73,5-dən 735 kVt (100-dən 100Q ag.-dək) olan bir neçə daxiliyanma mühərrikləri sistemindən ibarət olan qurğulara (stansiyalara) maşinist köməkçisi simasında xidmət. Mühərriklərin işə salınması, dayandırılması və onların işinin tənzimləndirilməsi. Mühərriklərin doldurulması, birləşmə və köməkçi mexanizmlərin yağlanması.
Bilməlidir: mühərrikin iş prinsipini; mühərrikin işə salınması, dayandırılması və xidməti qaydalarını; mühərrikin yağlama, təchizetmə və soyudulma sxemini; nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydalarını; yanacaq və sürtgü materiallarının növlərini; borukəmərlərinin və armaturların yerləşməsini.
Gücü 73,5-dən 147 kVt (100-dən 200 a.g.-dək) olan daxiliyanma mühərriklərinin bütün sistemlərinə xidmət. Cəmi gücü 735-dən 2205 kVt (1000-dən yuxan 3000 a.g.-dək) olan bir neçə daxiliyanma mühərriklər sistemindən ibarət olan qurğulara (stansiyalara) maşinist köməkçisi simasında xidmət. Mühərriklərin işinin xidmət edilən istehsalat obyekti və ya sahəsinin texnologiyasına uyğun olaraq tənzimlənməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət.
Bilməlidir: xidmət edilən mühərriklərin quruluşunu; mühərriklərə, generator, istilik nasosları və köməkçi mexanizmlərə xidmət qaydalarını; istilik və elektrik texnikası üzrə əsas məlumatları; nəzarət-ölçü cihazlarının quruluşunu; mühərriklərin işinin uçotunu və yanacaq və sürtgü materiallarının sərfini.
Gücü 147 kVt-dan 551,2 kVt-dək (200-dən 750 a.g.-dək) olan daxiliyanma mühərriklərinin bütün sistemlərinə və ya cəmi gücü 147 kVt-dan 735 kVt-a (200 a.g.-dən 1000 a.g.-dək) olan bir neçə mühərriklərlə təchiz edilmiş qurğulara (stansiyalara) xidmət. Cəmi gücü 2205 kVt-dan (3000 a.g.-dən) çox olan bir neçə daxiliyanma mühərriklər sisteminə maşinist köməkçisi kimi xidmət. İşə, aqreqat, generator, istilik nasosları və köməkçi mexanizmlərə nəzarət. Cari təmirin aparılması və mühərriklərin orta və əsaslı təmirində iştirak. Mühərriklərin təftişi zamanı onların açılması, baxışı, yığılması və onlara nəzarət qaydalarını.
Gücü 551,2 kVt-dan çox olan daxiliyanma mühərriklərinin bütün sistemlərinə və ya 735 kVt-dən 2205 kVt-dək (1000-dən 3000 a.g.-dək) olan bir neçə daxiliyanma mühərrikləri ilə təchiz olunmuş qurğulara (stansiyalara) xidmət. Mühərriklərin və onların ayrı-ayrı birləşmələrinin işində nasazlıqları aşkara çıxarmaq və aradan qaldırmaq.
Bilməlidir: xidmət edilən mühərriklərin və köməkçi mexanizmlərin elektrik və kinematik sxemlərini; nəzarət-ölçü cihazlarının qurulması və tənzimlənməsi qaydalarını; mühərriklərin işində nasazlıqların aşkar edilməsi metodunu və onların aradan qaldırılması üsullarını.
Cəmi gücü 2205 kVt-dan (3000 a.g.-dən) çox plan müxtəlif sistemli daxiliyanma mühərriklər qrupu ilə təchiz edilmiş qurğulara və ya stansiyalara xidmət. Mühərriklərin quraşdırılması, sökülməsi və sınaqdan çıxarılmasında iştirak etmək.
Bilməlidir: müxtəlif tipli mühərriklərin konstruksiyasını, elektrik və kinematik sxemini; mühərriklərin quraşdırılması, sökülməsi və sınaqdan çıxarılması qaydalarını.
Xüsusi avtonəqliyyatın, avadanlığın, inventar və binaların dezaktivasiya avadanlığının köməyi ilə verilmiş metodikaya əsasən və müxtəlif qurğular və tənzimləyici dezaktivasiya məhlulları tətbiq etməklə dezaktivasiya edilməsi. Dezaktivləşdirməyə daxil olan avadanlığın sökülməsi. Zəhərlənmiş obyektlərin, avadanlığın, inventarların və binaların əridicilərlə (ağ neft, benzin və s.) zəhərləyici maddələrdən yuyulması, zəhərlənmiş torpaq və ya qar qatının götürülməsi və s. yolu ilə əllə dezaktivləşdirmə. Deqazasiya maddələrinin hazırlanması üçün lazımi materialların anbardan iş yerinə gətirilməsi. Dezaktivləşdirmə avadanlığının yerdəyişməsi üzrə nəqliyyat və montaj işlərinin yerinə yetirilməsi. Dezaktivləşdirmə məntəqəsində trapların və doldurucu çənlərin təmizlənməsi.
Bilməlidir: səthlərin dezaktivasiya və deqazasiya qaydalarını; əsas dezaktivasiya və deqazasiya məhlullarının tərkibini və xassələrini; iş inventarlarının saxlanma, takelaj işlərin və radiasiya gigiyenasının aparılma qaydalarını; dezaktivləşdirmə avadanlığının, dozimetrik və radiometrik aparatların iş prinsipini; deqazasiya maddələrinin nomenklaturunu.
Xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiya avadanlığının köməyi ilə dezaktivasiyası. Dezaktivasiya məhlullarının və yuyucu suların verilməsi üçün nasosların, takelaj qurğuların, təmirxana avadanlığının işə hazırlanması. Səthin radioaktiv maddələrlə çirklənməsi növündən asılı olaraq dezaktivasiya tərkibinin növünün müəyyən olunması. Zəhərlənmiş obyektlərin, avadanlıqların, alət və binaların deqazasiya məhlulları ilə deqazasiya cihazlarının vasitəsi ilə deqazasiyası. Verilmiş resepturaya görə dezaktivasiya tərkibinin, deqazasiya məhlullarının hazırlanması. İnventarın, avadanlıq və qurğuların cari təmirinin yerinə yetirilməsi. Avadanlığın sazlanması.
Bilməlidir: dezaktivasiya tərkiblərinin əsas fiziki-kimyəvi xassələrini; dezaktivasiya tərkiblərinin və deqazasiya maddələrinin hazırlanma, avadanlığa, mühafizə texnikasına təsir etmə qaydalarını; fərdi mühafizə materialları və vasitələrini; dezaktivasiya avadanlığının, dozimetrik, radiometrik aparatlarının və deqazasiya cihazlarının quruluşunu; radioaktiv çirklənmənin son mümkün olan səviyyəsi və tündlük dərəcəsini; radioaktiv maddələrlə və ionlaşdırılmış şüalanma ilə işləməyin sanitariya qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi şərtlərini.
Qiymətli materialların, xüsusi geyimin və fərdi mühafizə vasitələrinin ultrasəs vannalarında, əridici sobalarda, yuyucu bokslarda və s. dezaktivasiyası. Avadanlığın və nəzarət-ölçü cihazlarının sazlığının yoxlanılması və işə hazırlanması. Avadanlığın dezaktivasiyası zamanı demontaj və yığma işlərinin aparılması. Dozimetrik nəzarətin köməyi ilə müəyyən radioaktiv şüalanma növü üçün mümkün olan son səviyyəsi ilə müqayisə etməklə dezaktivasiya prosesinin başa çatmasının müəyyənləşdirilməsi. Avadanlığın verilmiş iş rejimində sazlanması.
Bilməlidir: ultrasəs vannaların, əridici sobaların, yuyucu boksların və tıxac armaturasının quruluşunu və idarə olunmasını; dezaktivasiyanın texnoloji prosesini; tətbiq edilən dezaktivasiya materiallarının fiziki-kimyəvi xassələrini; nəzarət-ölçü cihazlarının quruluşunu.
Çirkabın və yuyub təmizləyən suyun dezaktivasiyası. Dezaktivasiyanın texnoloji prosesinin seçilməsi. Radioaktiv çirklənmə və dezaktivasiya materiallarının növündən asılı olaraq reseptin hesablanması və hazırlanması. Dezaktivasiyada xidmət edilən maşın, aparat və nəzarət-ölçü cihazlarının idarə olunması, işinin müşahidə olunması və onlarda nasazlıqların aradan qaldırılması. Prob analizlərin nəticələrinə görə texnoloji rejim göstəricilərin tənzimlənməsi. Hesabat sənədlərinin aparılması. Yeni dezaktivasiya metodlarının mənimsənilməsi və tətbiqində iştirak.
Bilməlidir: ultrasəs vannalarının, əridici sobaların və yuyucu boksların kinematik və elektrik sxemlərini; reagentlərin və materialların fiziki-kimyəvi xassələrini, radioaktivlik qanunlarını; bütün növlərdən olan ionizasiya şüalanmanın xassələrini; nəzarət-ölçü cihazlarının sazlama və tənzimləmə qaydalarını; Xidmət etdiyi avadanlığın təmir qaydalarını.
Yarımfabrikat və hazır məhsulun və ya onun ayrı-ayrı komponentlərinin çəkilmədən, ölçülmədən və tərtibat edilmədən taraya-paket, paçka, banka, tub, flakon, ampula, butulka, yeşik, kisəyə və s. qablaşdırılması. Məmulat, detal və məhsulun müxtəlif kağızlara bükülməsi, əl ilə kağız, taxta, karton, metal və digər taraya qablaşdırılması və komplektləşdirilməsi. Kağız, şpaqat, etiketka, folqanın və s. tədarükü. Bükücü materialın verilmiş ölçüdə və ya şablon üzrə biçilməsi və kəsilməsi. Qablaşdırıcı taraya izoləedici materiallardan üz çəkilməsi və ya ara qatların qoyulması, yeşiklərin mıxlanması və bağlanılması, yapışdırılması, kisələrin ağzının tikilməsi, metal taraların ağzına qapaqların keçirilməsi, əl ilə və ya dəzgahla texniki şərtlərə uyğun bağlanılması. Qablaşdırılmış məhsul üzrə fakturaların yazılması. Mürəkkəb detalların və qiymətli məmulatların yüksək ixtisaslı qablaşdırıcı ilə birlikdə qablaşdırılması. Tara, bükücü material və büküləcək məmulatın sex daxilində əl ilə və ya qaldırıcı-nəqledici avadanlıqla daşınması. Butulka, flakon, tub və s. müxtəlif probkalarla ağzının bərkidilməsi. Bərkidilmənin germetikliyinin yoxlanılması.
Bilməlidir: qablaşdırılan detal, məmulat və ş. çeşidini, növünü, ölçü və kütləsini; komplektləşdirmə və qablaşdırmanın qaydası və üsullarını, korroziyaya qarşı mübarizə üsulunu; qablaşdırma üzrə sənədləşdirmənin aparılması qaydasını; yüklərin qaldırılması, daşınması qaydalarını; işçi, nəzarət-ölçü alətləri və vasitələrinin təyinatını və istifadə qaydalarını; hazır məhsula və qablaşdırma keyfiyyətinə qoyulan tələbləri.
Yarımfabfikat hazır məhsul və ya onun ayrı-ayrı komponentlərinin taraya-paket, paçka, tüb, flakon, ampula, sellafon lentlər, butulka, yeşik, kisəyə və s. qablaşdırılması və dozalaşdırılması. Əl ilə və ya qaldırıcı mexanizmlərin köməyi ilə iri ölçülü və ağır hazır məhsulun (qranitin, mərmərin, əhəngin və s.) qablaşdırılması. Yığılmış detalların, məmulat və məhsulun texniki şərtlərə uyğun olaraq qablaşdırılması. Qənnadı məmulatlarının əl ilə eyni zamanda bir neçə kağıza (etiketin seçilməsi, çərçivə və digər xüsusi tələbləri gözləmək şərti ilə) bədii cəhətdən bükülməsi. Çəkilib bükülmüş ət və süd məhsullarının düzülməsi və qablaşdırılması. Qablaşdırıcı detalların, məmulatların və digər məhsulun uçotunun aparılması. Bükücü-qablaşdırıcı materialın avtomat dəzgahda verilmiş ölçü və şablon üzrə biçilməsi və kəsilməsi. Dəzgahın təmizlənməsi, yalanması, cari təmiri və tənzimlənməsi.
Bilməlidir: yarımfabrikat, hazır məhsul və ya onun ayrı-ayrı komponentlərinin çəkilib dozalaşdırılması qaydasını; qablaşdırıcı yarımavtomatın və ya avtomatın iş prinsipini və onun hissələrinin qarşılıqlı əlaqəsini, texniki şərtləri və dövlət standartlarını; hesabat aparılması qaydasını; büküləcək hər bir məhsulun, detalın, əmtəənin ölçü və formasını; bərkidici izoləedici və bükücü materialların növü, çeşidi və ölçülərini.
Böyük həcmli pardaqlanmış (cilalanmış) məmulatların qabaqcadan rənginə, teksturası və nömrəsinə görə komplektləşdirilərək qablaşdırılması. Zərif, qiymətli, zəhərli, ziyanlı, təhlükəli, yanğın və partlayış törədici yüklərin qablaşdırılması. Daşınmada ehtiyatlılıq tələb edən həssas dəqiq cihazların taraya möhkəm bərkidilməsi ilə düzülməsi. Texniki şərtlərə əsasən yığılmış məhsulun qablaşdırılması.
Bilməlidir: yarımfabrikatların, hazır məhsulların və ya onların ayrı-ayrı komponentlərinin avtomat xətlərdə qablaşdırılması və dozalaşdırılmasını; avtomat qablaşdırma xəttinin aqreqatlarının quruluşunu və onların qarşılıqlı təsirini; qablaşdırılan yüklərin texniki xüsusiyyətlərini; zərif, qiymətli, zəhərli, ziyanlı, təhlükəli və yanğın və partlayış törədə biləcək yüklərin qablaşdırılmasına qoyulan texniki şərtləri.
Antibiotiklərin avtomatın bunkerinə yüklənməsi. Baxışla və nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən texnoloji prosesin gedişinə nəzarət və onun tənzimlənməsi. İş prosesində avtomatların və onların ayrı-ayrı birləşmələrin müstəqil surətdə sazlanması. İş göstəricilərinin istehsalat jurnalında qeydiyyatı. Avadanlıqların cari təmiri. Monumental, bədii, heykəltəraşlıq əsərlərinin, nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərin, maketlərin qablaşdırılması, xüsusi taranın hazırlanması və digər oxşar işlərin yerinə yetirilməsi.
Bilməlidir: qablaşdırma avtomatlarının quruluşunu; avtomat və onların ayrı-ayrı birləşmələrinin sazlanması qaydasını; iş fəndlərini; antibiotiklərə qoyulan texniki şərtləri və tələbləri; monumental, bədii, heykəltəraşlıq əsərlərinin, nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərin və s. qablaşdırılması qaydasını; xüsusi taranın hazırlanmasının ölçüsünü, formasını və qaydalarını.
Dispetçer avadanlığı və teleavtomatika aparaturalarının istismar-texniki xidməti və təmiri zamanı detalların dəyişdirilməsi, yuyulması və təmizlənməsi üzrə sadə köməkçi işlərin yerinə yetirilməsi. Nəzarət maşını və ya voltmetrin köməyi ilə gərginliyin yoxlanılması. Dəmir bəndlərin və boltların hazırlanması. Mürəkkəb olmayan detalların ölçülər üzrə çilingər emalı. Xarici görkəminə əsasən məmulat və materialların seçilməsi və ayrılması. Termik emal edilmədən səthlərin hazır rənglərlə rənglənməsi və markalanması.
Bilməlidir: elektrotexnika, teleavtomatika, dispetçer avadanlığı və aparaturası üzrə elementar məlumatı; sadə nəzarət ölçü cihazları, yoxlayıcı və ölçü cihazlarının təyinatını və tətbiqi şəraitini; metalların korroziyadan qorunması üsullarını; polad, metal, izolə materialları, sarğı materialları və sürtgü materialları barədə ümumi məlumatı; yağlı rənglər və əridicilərlə rəftar qaydasını; örtülü lakların, rənglərin və kabel mastikalarının əsas markalarını.
Dispetçer avadanlığı və teleavtomatika aparaturasının istismar-texniki xidməti, onların sökülməsi, təmiri və yığılması. Yüksək ixtisaslı elektrik təmirçisinin rəhbərliyi altında cihazların lövhə üzərində qurulması və qoşulması. Bərk və yumşaq lehimdən istifadə etməklə qalaylama və lehimləmə. Bütün tipli qoruyucuların panellərdə montajı. Nəzarət kabellərinin çəkilməsi, bölünməsi və calanması. Əlaqələrin və əlaqə səthlərinin tənzimlənməsi.
Bilməlidir: xətt və kabel qurğularının təmiri və xidməti üzrə mürəkkəb olmayan işlərin yerinə yetirilməsi qaydasını; xidmət edilən kabellərin, izolə materiallarının, sarğı və montaj xətlərinin konstruksiya və tipini; geniş yayılmış universal və xüsusi ləvazimat və nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şəraitini; qara və əlvan metalların, izolə materiallarının emalı üsullarını; hopdurucu və örtücü lakların və sürtgü materiallarının xüsusiyyətlərini.
Dispetçer avadanlığı, yüksək tezlikli kanalların, teleavtomatika aparatlarının kabel və xətt qurğularına istismar-texniki xidmət edilməsi, onların müəyyən edilmiş iş rejimlərinin saxlanılması. Radiolampaların emissiyasının yoxlanılması.
Lampaların, şəbəkə və siqnallarda gərginliyin ölçülməsi. Avtomatika sxemi relesinin mexaniki tənzimlənməsi. Qidalandırıcı blokun təftişi, kontaktor və idarə açarlarının təmiri və tənzimlənməsi. Cihazların yoxlanılma üçün qoşulması ilə lövhələrdə bərkidilməsi. Teleavtomatika zəncirlərinin tənzimlənməsi. Montaj və prinsipial sxemin markalanmasının yoxlanılması. İzoləedici materialların çertyoj üzrə emalı. Zədələnmiş kabellərin dəyişdirilməsi. Məmulatların qaynar lehimlənməsi. Sadə detallara eskiz və çertyoj sxeminin tərtib edilməsi və onlar üzrə işlərin yerinə yetirilməsi.
Bilməlidir: elektrotexnika və radiotexnikanın əsaslarını; yüksək tezlikli əlaqələrin və elektrik keçirici üzrə teleavtomatikanın əsaslarını; xidmət olunan avadanlığın blok sxemini; yüksək tezlikli əlaqə kanallarını, telemexanika və radioəlaqəni; nominal gərginlik üzrə qoruyucuların seçilməsi, sabit və dəyişən cərəyanla qidalanma mənbəyi haqqında ümumi məlumatları; akkumulyator batareyalarının iş rejimini; universal və xüsusi ləvazimatların, sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının quruluşunu.
Teleavtomatika, rele kommutatorlarının və sadə və çox mürəkkəb olmayan kabel zəncirlərinin ştativ avadanlığının, teleavtomatika kanallarının, kanalizasiya qurğularının aparatura və yüksəktezlikli sıxma sisteminin istismar-texniki xidməti və təmiri, onlarda zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Teleavtomatika aparaturası və dispetçer avadanlığının elektrik yoxlanışının aparılması. Səyyar obyektlər və stasionar stansiyalarla əlaqə üçün radio-stansiyalara xidmət. Teleavtomatika sxeminin yoxlanılması üçün kompleks sınaq qurğularına xidmət. Sınaq sxemlərinin daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında yığılması. Teleavtomatika sxeminin izolə zəncirlərinin sınaqdan çıxarılması.
Bilməlidir: elektrik ötürücü xətləri, çoxkanallı sistemlər üzrə xəbərlərin verilməsi və qəbul edilməsi prinsiplərini; dispetçer avadanlığının və teleavtomatika aparatlarının əsas prinsipial və montaj sxemini; elektrik qidalandırıcının verilmə, bölüşdürmə və siqnalizasiya sxemini; xidmət olunan avadanlığın kabel zəncirlərinin və teleavtomatika kanallarının sazlanmasının əsas elektrik normalarını, onların yoxlanılması və ölçülməsi metodlarını; kabel və xətt qurğuları haqqında əsas məlumatları, onların quruluşu və xidmət qaydasını; detal və aparatlarda defektlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üsullarını; mürəkkəb nəzarət-ölçü cihazlarının quruluşunu və təyinatını.
Yüksəktezlikli sıxlıq sistemin yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronlu qeydedici cihazların və kabel zəncirlərinin mürəkkəb ştativ avadanlığının istismar-texniki xidməti və təmiri. Xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması. Açar və sayğacların tənzimlənməsi.
Teleavtomatika sxeminin yoxlanılması və sazlanması. Sınaq sxemlərinin yığılması. Avadanlıqların sökülməsi, yığılması həmçinin mexaniki və elektrik tənzimlənməsi. Avadanlığın montajı və modernləşdirilməsi. Texniki sənədləşdirmənin aparılması. Detalların işlənib köhnəlməsi səbəblərinin aşkar edilməsi. Teleavtomatika aparatlarının tənzimlənməsi və sınağı üçün təyin edilmiş mürəkkəb elektrik sxemli xüsusi qurğuların sazlanması. Saat stansiyasının təmiri və ona xidmət. Teleavtomatika sxemi zəncirinin sınağı və sazlanması. Əlaqələndirici rele aparatlarının təmiri və sazlanması.
Bilməlidir: xidmət olunan avadanlığın texniki xüsusiyyətlərini; çoxkanallı yüksəktezlikli sıxlıq sisteminin, teleavtomatika və kommutatorların prinsipial və quraşdırma sxemlərini; qrup generatorlu və ictimai avadanlıqların iş prinsipini və prinsipial sxemini; teleavtomatika kanallarının və avadanlıqlarının elektrik normalarını; özüyazan və elektron qeydedici cihazların quruluşunu; cərəyanın qidalanma mənbəyinin quruluşunu; mürəkkəb nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydalarını.
Yeni quraşdırılmış elektrik və mexaniki tənzimləyicisi olan sınaq avadanlıqlarının istismar-texniki xidməti. Sıxlıq sisteminin qurulması və tənzimlənməsi. Yeni avadanlığın sazlanması və yoxlanılması. Montaj sxeminin tərtib edilməsi və teleavtomatika aparatlarının sıxlıq sisteminin montajı üzrə işlərin yerinə yetirilməsi. Avadanlığın ayrı-ayrı sahələrinin zədələnmələrinin aradan qaldırılması. Elektron ölçü aparatlarının-ossiloqrafların, yüksək tezlikli ölçücülərin və generatorların işdə istifadə edilməsi. Daha mürəkkəb yoxlama aparatlarının sazlanması və təmiri. Teleavtomatika aparatlarının qeyri tipli xüsusi sınaqların aparılması üçün sxemlərin yığılması. Amplitudlu və tezlikli xüsusiyyətlərin çıxarılması. Teleavtomatika aparatlarının mürəkkəb qurğusunun yoxlanılması.
Bilməlidir: elektronika və yarımkeçirici texnikanın əsaslarını; dispetçer avadanlığının sazlanması və yoxlanılması üsullarını və qaydalarını; materialların çeşidini və xüsusiyyətlərini; kommutasiya sxemini, teleavtomatika aparatlarının iş rejimini və xüsusiyyətlərini; avadanlıqların montaj sxeminin prinsiplərini; amplitudlu və tezlikli xüsusiyyətlərin çıxarılması və qurulmasını.
Orta ixtisas təhsili tələb olunur.
Müxtəlif səthlərin, xüsusi geyimlərin, xüsusi ayaqqabının, fərdi müşahidə vasitələrinin və s. alfa-beta və qamma-aktiv maddələrlə çirklənməsinin ölçülməsi. Müvafiq dozimetrik və radiometrik cihazların köməyi ilə ionlaşdırıcı şüalanmanın doza və gücünün müəyyənləşdirilməsi. Xarici mühitdən nümunələrin seçilməsi, fərdi dozimetrik nəzarətin həyata keçirilməsi. Müvafiq ilkin sənədlərin aparılması.
Bilməlidir: ionlaşdırıcı şüalanmanın əsas xüsusiyyətlərini və onların qeydə alınma metodlarını; ionlaşdırıcı şüalanmanın bioloji təsirini; tətbiq olunan dozimetrik və radiometrik cihazların iş prinsipini; radio-aktiv maddələrlə və ionlaşdırıcı şüalanma mənbələri ilə işin sanitar qaydalarını; radiometrik və dozimetrik ölçü və xarici mühitdən nümunənin seçilmə üsullarını.
Nəzarət mənbələri vasitəsi ilə dozimetrik və radiometrik cihazların həssaslığının müəyyənləşdirilməsi. İş yerlərində radiasiya təhlükəsizliyinə nəzarət. Dozimetrik və radiometrik ölçü və fərdi dozimetrik nəzarəti nəticələrinin ilkin işlənilməsi.
Bilməlidir: atomun quruluşu haqqında, radioaktivlik haqqında elementar məlumatı, ionlaşdırıcı şüalanmanın əsas xüsusiyyətlərini və onların qeydə alınması metodlarını; ionlaşdırıcı şüalanmadan zədələnməyə qarşı mühafizə vasitələrini və üsullarını; orta səviyyədə mürəkkəb dozimetrik və radiometrik cihazlarının quruluşunu və həssaslığına nəzarət metodlarını; orta ağırlıqlı dozimetrik və radiometrik ölçü metodlarını; xarici mühitdən nümunənin seçilməsi, hazırlanması və ölçülməsi metodlarını; ərazinin radiometrik çəkilişinin aparılması metodikasını.
Müxtəlif aparatlar vasitəsilə ayrı-ayrı şüalanmanın növlərinin dozimetrik və radiometrik ölçülməsi. Daha məsuliyyətli işlər görülərkən dozimetrik nəzarətin aparılması. İş yerlərinin ionlaşdırıcı şüalanmadan qorunmasına əməl edilməsinə nəzarət. Ərazinin radiometrik çəkilişi və yolların avtoqamma-çəkilişi. Dozimetrik və radiometrik şüalanmanın və fərdi dozimetrik nəzarətin nəticələrinin işlənilməsi. Qrafiklərin, diaqrammaların, xəritələrin, cədvəllərin tutulması.
Bilməlidir: nüvə fizikasına dair əsas məlumatları; əsas radioaktivlik qanunlarını; ionlaşdırıcı şüalanmanın xüsusiyyətlərini və onların qeydə alınma metodlarını; mürəkkəb dozimetrik və radiometrik cihazların quruluşunu və həssaslığına nəzarət metodlarını; dozimetrik və radiometrik ölçmə metodlarını; nümunələrin seçilmə üsullarını; onların hazırlanması və ölçülməsini.
Müxtəlif aparatlar vasitəsilə müxtəlif mürəkkəbli ionlaşdırıcı şüalanmanın bütün növləri üzrə dozimetrik və radiometrik ölçülməsi. Bioloji mühafizənin effektivliyini öyrənib ölçmək üçün işlərin aparılması. Radiasiya cəhətdən ən təhlükəli işlər üzərində bilavasitə nəzarət. Dozimetrik və radiometrik aparatların işinə nəzarət və istismar prosesində onların çıxdaş edilməsi. Bioloji mühafizənin effektivliyinin ölçü nəticələrinin ilkin qiymətləndirilməsi. Dozimetrik və radiometrik ölçü nəticələrinin statistik işlənilməsi. Yekun sənədinin tutulması. Dozimetrik nəzarət üzrə hesabatların tərtibində, nəzarət texnikasının mənimsənilməsində iştirak.
Bilməlidir: nüvə fizikasının əsaslarını; radioaktivlik qanunlarını; ionlaşdırıcı şüalanmanın xassələrini və onların qeydə alınması metodlarını; bütün növ ionlaşdırıcı şüalanmadan mühafizənin hesablanmasını; xüsusən mürəkkəb olan dozimetrik və hər hansı bir dərəcədə mürəkkəb olan radiometrik cihazların quruluşunu, onların dərəcələrə bölünmə, etalonlaşdırma və həssaslığına nəzarət etmə metodikasını; ölçü cihazlarının izahı metodikasını.
Orta ixtisas təhsili tələb olunur.
Eksqauster və köməkçi avadanlığa: qidalandırıcı mexanizmlərə, şiber qurğularına, blokirovkaya, təkrar kommunikasiya zəncirlərinə və ötürücü qayışlara, yağ nasoslarına, filtrlərə və s. yüksək ixtisaslı maşinistin rəhbərliyi altında xidmət. Avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: xidmət edilən avadanlığın, mexanizmin və işə salma aparatların quruluşunu; mexanizmin yoxlanılması vaxtını və qaydasını; işıq və səs siqnallaşdırmasının qaydalarını.
Eksqausterlərə və köməkçi avadanlıqlara; qidalandırıcı mexanizmlərə, şiber qurğularına, blokirovkaya, təkrar kommunikasiya və ötürücü zəncirlərə, yağ nasoslarına, filtrlərə və s. xidmət. Eksqausterlərin qızdırılması və onların təmirdən sonra mərkəzə uyğunlaşdırılması. Qazların sovrulması üçün nasosların tənzimlənməsi və sobalarda havanın yaxşı çəkilməsi, yüngül çəkili materialların: tükün, yunun, taxta qırıntılarının və s. sərbəst yerdəyişməsi üçün seyrəkliyin saxlanılmasının tənzimlənməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinin qeydə alınması.
Bilməlidir: kinematikanın və xidmət olunan avadanlığın, mexanizm və aparatların elektrik sxemini; dəyişən cərəyanlı yüksək müqavimətə malik mühərriklərin quruluşunu; sürtgü yağlarının növlərini.
Etiketlərə ştempel vurulması və ya etiket, banderol, ampula və s. əl ilə və ya maşının köməyi ilə etiketlərin ştamplanması və komposterlənməsi. Rənglərin hazırlanması. Maşına kağızın və rəngin doldurulması. Ştempel maşınının işinin tənzimlənməsi.
Bilməlidir: ştempel maşınının iş prinsipini; məhsulların çeşidini; ştempelləmə üsullarını; ştempelləmə və komposterləmə üsullarını; işlədilən rənglərin növlərini.
Maqnit lentlərinin və tozların elektrik nəzarət-ölçü cihazlarının köməyi ilə daha yüksək ixtisaslı elektroakustika laborantının rəhbərliyi altında impuls və ya ayrı-ayrı elektroakustik və maqnit sınağı.
Bilməlidir: maqnit lentlərin və tozların elektroakustik və maqnit sınaqdan keçirilməsinə nəzarət etmək üçün olan qurğuların iş prinsipini; elektrik siqnallarının maqnit yazısının əsas prinsiplərini; elektrik nəzarət-ölçü cihazlarının təyinatını və tətbiq olunma şərtlərini.
Maqnit lentlərinin və tozların elektrik nəzarət-ölçü cihazlarının köməyi ilə impuls və ya ayrı-ayrı elektroakustik və maqnit sınaqları. Maqnit lentində impuls siqnallarının ölçülməsi və getmə tezliyinin qurulması. Daha yüksək ixtisaslı elektroakustika laborantının rəhbərliyi ilə maqnit lentlərin və tozların elektroakustik və maqnit sınaqları.
Bilməlidir: maqnit lentlərini və tozları elektroakustik və maqnit sınaqdan keçirilməsinə nəzarət etmək üçün olan qurğuların quruluşunu; elektrik nəzarət-ölçü cihazlarının quruluşunu; maqnit lentlərinin və tozların impuls sınağının aparılma qaydalarını və üsullarını.
Elektrik nəzarət-ölçü cihazlarının köməyi ilə maqnit lentlərin və tozların elektroakustik və maqnit sınaqları. Gərginliyin, cərəyan gücünün və tezliyin, maqnit lentində amplitudanın uzunluğunun və məsaməliyinin ölçülməsi və təyin edilməsi. Yazı-etalon və sınaq lentində sinusoidal və impuls siqnallarının əks etdirilməsi. Nisbi həssaslığın, qeyri-bərabər həssaslığın, tezlik xarakteristikasının, lentin öz səsinin, modulyasiya səsinin, maqnitsizləşdirmənin, kopir-effektin, təhriflərin qeyri-xəttiliyinin, maqnitliyin kənar edilməsində cərəyanın optimallığının, ferromaqnit lentin və tozun xarakteristikalarının müəyyən olunması. Elektrik nəzarət-ölçü cihazlarının kalibrlənməsi və sıfıra qoyulması və tənzimlənməsi. Maqnit lentlərinin ayrı-ayrı tiplərinin qəbulçuya, istehlakçıya təqdim edilməsi. Hazır məhsula pasportların yazılıb rəsmiləşdirilməsi.
Bilməlidir: maqnit lentlərin və tozların elektroakustik və maqnit sınağının keçirilməsi üçün olan qurğuların sazlama qaydasını; elektrotexnika, radiotexnika, elektroakustika, elektrik və radio ölçülərinin əsaslarını; elektrik siqnallarının maqnit yazısının fizika əsaslarını; maqnit lentlərinin hazırlanmasının texnoloji prosesini; elektroakustik və maqnit sınaq metodlarını.
Eskizlər və çertyojlar üzrə sadə sınaq sxemlərinin yığılması. Plastik kütlə, kompaund, lak plyonka, maye dielektrik nümunələrinin dielektrik xarakteristikalarında yoxlama ölçmələrin aparılması. Elektrik elementlərində izolə keyfiyyətinin yoxlanılması. Dielektriklərin və elektrik elementlərinin elektrik xassələrinə, nəmliyə nəzarət etməklə uzun müddətli iqlim sınağından keçirilməsi. Bərk dielektriklərin müxtəlif temperatur şəraitində uzanmaya, zərbliyə, əyilməyə və sıxılmaya qarşı sınaqlar keçirmək yolu ilə onların mexaniki xassələrinin müəyyənləşdirilməsi. Etalonlarla müqayisə etmək metodu ilə daimi və dəyişən cərəyanlı cihazların yoxlanılması. Ampermetrləri və voltmetrləri yoxlamaq üçün sxemlərin yığılması. Daimi cərəyan yerində müqavimətin ölçülməsi. Polietilendən, ftoroplastdan olan nümunələri və məmulatları presləmək üçün materialın, sınaq və ölçmək üçün plastik kütlənin hazırlanması. Elektrik elementlərinin lak, emal və digər mürəkkəb elektroizolə tərkiblərlə (kompaundlarla) izolə edilməsi. Avtoklavlarda və barokameralarda sınaqlar və ölçülər üzrə işlərin yerinə yetirilməsi. Cihazlar üzrə maye materiallarda özlülük dərəcəsinin müəyyənləşdirilməsi. Elektromühərrikin fırlanma tezliyinin, Om müqavimətinin ölçülməsi. Solenoid ötürücülü asinxron mühərriklərdə sarğının sınaqdan keçirilməsi. Aşağıvoltlu elektromühərrikin gərginlik altında işinin yoxlanılması. 40 kVt gücə malik aşağıvoltlu elektromühərriklərin, aşağıvoltlu və qaynaq transformatorların elementar sınaqdan keçirilməsi. Sarğılarda meqometr vasitəsi ilə izolə müqavimətinin sınağı. Cihazlar üzrə bərkliyin müəyyənləşdirilməsi. İzolə olunmuş elektrik elementlərinin yoxlama sınaqları. Tutumluğun, izolə müqavimətinin ölçülməsi, izolə materiallarının qırılmaya, girəcəklərin düzgün yerləşməsinə, qısaqapanma burumların yoxluğuna və s. yoxlanılması. Sınaq üçün nümunələr hazırlayarkən termostatlarda temperatur rejimlərinin aparılması. Köçürmə cədvəllərinin köməyi ilə bərklik kəmiyyətinin bir şkaladan digərinə köçürülməsi. Sınaq nəticələrinin jurnala yazılması.
Bilməlidir: elektrotexnikanın əsas qanunlarını; elektrik mühərriklərinin, transformatorların işləmə prinsipini və onların xarakteristikalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; sınaq zamanı sənaye elektrik qurğularının göstəricilərini ölçmək üçün sadə sxemləri; aşağı voltlu elektrik avadanlığının elementar sınaqlar keçirilməsi qaydalarını; əsas komponentlərin, tətbiq olunan elektroizolə lakların, yapışqanların və başqa mürəkkəb izolə materiallarının təyinatını: avtoklavlarla, barokameralarla, vakuum-hopdurucu qurğularla və hidravlik preslərlə və digər laboratoriya sınaq avadanlığı ilə işləmə qaydalarını; materialların mexaniki sınaq metodikasını; nümunələrin, sıxılmaya, əyilməyə, xüsusi zərbəli özlülüyə və uzanmaya qarşı mexaniki sınaq üçün cihaz və qurğuların və istiliyə davamlığı müəyyənləşdirmək üçün cihazların quruluşunu; cihazların xarici maqnit və ya elektrostatik sahələrindən mühafizə üsullarının təsnifatını; elektrikölçən cihazların yoxlama qaydalarını.
Tutumluğun, dielektrik itkilərin bucaq tangensinin, elektrik dəqiqliyinin, izolənin xüsusi, həcmi və səthi müqavimətin ölçülməsi və hesablamaların aparılması. Nümunəvi cihazın seçilməsi, yoxlanan cihazda xətaların qiymətləndirilməsi. Yüksək voltlu qurğuda tutuşdurma metodu ilə kilovoltmetrin yoxlanılması. Nümunəvi yerlərdə daimi cərəyan körpülərinin və mağazanın yoxlanılması. Pirometrik millivoltmetrlərin və potensiometrdə özüyazanların yoxlanılması. Tutuşdurma vattmetri yoxlamaq üçün sxemin yığılması. Lampalı voltmetrin tezlik xətasının çıxarılması. Sınan materialların və məmulatların proporsionallıq, axıcılıq və möhkəmlik hədlərinin müəyyənləşdirilməsi. Uzadıldıqda nisbi uzanmanın və yığılmada nisbi qısalmanın müəyyən olunması. Orta mürəkkəbli montaj elektrik sxemlərinin işlənib hazırlanması. Sadə elektron qovşaqlarının yustirlənməsi və sazlanması. 40 kVt-dan yuxarı gücə malik aşağıvoltlu elektrik mühərriklərinin, 10 kV-dək gərginliyə, 560 kV.A-dək gücə malik transformatorların sınağı. Elektrik mühərrikində izolə burumlarının sınağı. Sınaq obyektlərində defektlərin aşkar olunması və onların aradan qaldırılması. Gördüyü işin həcmində sınaq avadanlığında, mexanizmlərdə və cihazlarda təmir işlərinin yerinə yetirilməsi.
Bilməlidir: elektrik mühərriklərinin, transformatorların və nəzarət-ölçü cihazlarının quruluşunu; hesablama düsturlarını sınaq metodikasına aid dövlət standartlarını; izolə materiallarının təyinatı haqqında ümumi məmulatları və onların dielektrik xassələrini; istifadə olunan elektrodio-ölçü cihazlarını və avadanlığının texniki xarakteristikalarını və onların üzərində ölçmə texnikasını; lak, emal və başqa mürəkkəb elektroizolə materiallarının əsas xassələrini və təyinatını; elektrotexnika maşınları və cihazlarını izoləedici elementlərinə qoyulan texniki tələbləri və bu tələbləri təmin edən texnoloji prosesləri; yoxlanan cihazların quruluşunu; materialların mexaniki xassələrini sınaqdan keçirmək üçün nəzərdə tutulmuş maşın və cihazların işləmə prinsipini; termoparla və temperaturu ölçmək üçün olan başqa cihazlarla işləmə qaydalarını; quruducu şkaflarla işləmə qaydalarını; elektroçilingər işlərini; sınaq üçün elektrik maşınlarının və transformatorların açılması, yığılması və qurulmasında iş üsullarını və əməliyyatların ardıcıllığını; ayrı-ayrı qovşaqların və mexanizmlərin sınaq metodikasını və sınaq nəticələrinin yazılışını.
Sınaqdan keçirilmiş mürəkkəb elektromexaniki cihazların və orta mürəkkəbli elektron qovşaqlarının yoxlanılması, sazlanması və təhvil verilməsi. Müxtəlif iqlim şəraitində cihazların əsas parametrlərinin yoxlanılması. Orta mürəkkəbli elektron qovşaqlarının yustirlənməsi və sazlanması. Yüksəkvoltlu elektrik avadanlığının sınağı. Burumlarda Om müqavimətinin, transformasiya xarakteristikalarının ölçülməsi. Yeni izolə materiallarının sınağı. Vakuum kameraların, avtoklavların və pres avadanlığının köklənməsi və tənzimlənməsi. Sınaq və ölçü nəticələri üzrə texniki sənədlərin hazırlanması. İzolə materiallarının bütün mürəkkəb dielektrik xarakteristikalarının ölçülməsi və hesablamaların aparılması, yüksək rütubətlik, yuxarı və aşağı temperaturlar, aşağı təzyiq şəraitində izolə materiallarının uzunmüddətli sınaqdan keçirilməsi. Mürəkkəb izolə materiallarının polimerləşmə proseslərinin elektrik metodlarla sınaqdan keçirilməsi. Özüyazan cihazların göstəricilərinin emalı. Cihazlarda şkala göstəricilərinin cızılması. Yüksək dəqiqlik sinfindən olan aparaturanın sazlanması və tənzimlənməsi. Elektrik sxemlərinin və qeyri-standart aparaturanın yığılması, dərəcələrə bölünməsi və sazlanması. Yüksək dəqiqlik sinfindən olan cihazların və yüksək tezlikli cihazların yoxlanılması. Generator mühərriklərinin, asinxron maşınların dəyişdirici sxemi üzrə yük altında, voltartıran maşınla və onsuz qarşılıqlı yüklənmə metodu ilə daimi cərəyan maşınlarının hazırlanması və tədqiqi. İri yağ söndürücülərin sınağı. Sınaq prosesində elektrik avadanlığı üzrə montaj və təmir işlərinin yerinə yetirilməsi. 10 kV-dan artıq gərginliyə və 560 kV.A-dan artıq gücə malik güc transformatorların və yüksəkvoltlu avadanlığın daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında sınağı.
Bilməlidir: yüksək tezlikli zəif və güclü cərəyanlar üzrə elektrotexnika və radiotexnikanın əsas qanunlarını; sınaq stansiyası və laboratoriyanın mürəkkəb sahəsinin tam elektrik, sxemini; mürəkkəb elektrik ölçü cihazlarının quruluşunu və işə salma üsullarını; sənaye qurğularının sınağı üçün ölçü sxemlərini; cihazların və maşınların sınağı zamanı defektləri aşkar etmə və onları aradan qaldırma metodlarını; elektron lampalarda rejimlərin seçilmə qaydalarını; işdə tətbiq olunan elektro və radioölçü cihazların və maşınların texniki xarakteristikalarının; materialların mexaniki xassələrini sınaqdan keçirmək üçün nəzərdə tutulmuş maşın və cihazların quruluşunu; tətbiq olunan izolə materiallarının əsas dielektrik xassələrini; dielektrik sınaqların metodikaları üzrə dövlət standartlarını və texniki şərtləri; maşın və aparaturanın tənzimlənmə, sazlama və yoxlama üsullarını və yüksək və aşağı temperaturlarda mexaniki sınaq metodlarını.
Mürəkkəb konstruksiyalı elektrik avadanlığı və elektrik aparaturasının mürəkkəb sınaq sxemlərinin yığılması. Mürəkkəb elektrik maşınlarının cihazlar üzrə texniki xarakteristikalarının sınağı, işinin yoxlanılması və çıxarılması. Yüksəkvoltlu avadanlığın və 10 kV-dan yüksək gərginliyə və 560 kV.A-dan yüksək gücə malik güc transformatorlarının, generatorların və daimi cərəyanlı mühərriklərin sınaqdan keçirilməsi. Transformasiya əmsalının, burumların Om müqavimətinin, izolənin nəmlik dərəcəsini ötüb keçən xarakteristikalarının, dielektrik itkilər bucağının ölçülməsi. Transformatorlarda gərginlik dəyişdiricilərinin yük altında dartılmanı tənzim etməklə işinin yoxlanılması. İmpuls gərginliklə avadanlığın sınaqdan keçirilməsi. Elektron aparatura qovşaqlarının yoxlanılması və sınaqdan keçirilməsi. Sınaq zamanı avadanlığın və aparaturanın yığılması, təmiri üzrə işlərin yerinə yetirilməsi.
Bilməlidir: elektrotexnikanın, elektromexanikanın və elektronikanın əsaslarını; mürəkkəb generatorların dəyişən və daimi cərəyanlı elektrik mühərriklərin, güc və ölçü transformatorlarının konstruksiyasını; sınaq stansiyasının və ya laboratoriyanın tam elektrik sxemini; xüsusilə mürəkkəb sənaye qurğularının sınaqdan keçirilməsi üçün ölçü sxemlərini.
Orta ixtİsas təhsili tələb olunur.
Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi. Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsi. Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması. Gərginliyin 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi.
Mürəkkəb olmayan işıqlandırıcı armaturanın elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması. Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlanılması. Siqnalizasiya elektrik cihazlarının qurulması və tənzimlənməsi.
Bilməlidir: elektrotexnikanın əsaslarını; elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini; elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını; aşağı gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını; elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını; xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini; rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları; işıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulmasını; daha çox yayılmış universal və xüsusi ləvazimatların təyinatını və tətbiqi şəraitini; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarını.
Çox da mürəkkəb olmayan qoşulma sxemli güc və işıqlandırıcı elektrik qurğularına xidmət.
Elektrik stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi, transformatorların, elektrik açarlarının, ayırıcıların və onun birləşmələrinin təftişi ilə sadə işlərin yerinə yetirilməsi. Elektrik avadanlığının yüklənməsinin tənzimlənməsi. Maqometrlə izolyasiyanın vəziyyətinin yoxlanılması, onun elektrik mühərriklərində, transformatorlarda və kabel şəbəkələrində müqavimətin ölçülməsi. Güc və işıqlandırıcı elektrik şəbəkələrində, həmçinin elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Gərginliyi 1000 V-dan yuxarı olan xətlərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi və lehimləndirilməsi. Gücü 100 kVt-a qədər olan elektrik mühərriklərinə, elektro-ölçü cihazlarına və elektrik sayğacına xidmət, onların qurulması və qoşulması. Mürəkkəb işıqlandırıcı armaturun sazlanması və ona xidmət edilməsi, lüminessentli çıraqların qurulması.
Bilməlidir: xidmət edilən sabit və dəyişən cərəyan generatorlarının, elektrik mühərriklərinin, transformatorların, paylaşdırıcı qurğu aparatlarının, elektrik şəbəkəsi və elektrik cihazlarının, qoruyucuların, kontaktorların, akkumulyatorların, statistik kondensatorların, nəzarətedicilərin, civəli düzləndiricilərin və s. quruluşunu; yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi fəndini və üsullarını; rele mühafizəsinə qoyulan tələbləri; elektrik şəbəkəsində, elektrik maşınının işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; sönən reostatların, avtotransformatorların, yarımavtomatla idarə olunan elektrik xətlərinin iş prinsipini; transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini; universal və xüsusi ləvazimatın quruluşunu; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının quruluşunu.
Mürəkkəb sxemli qoşulmanın güc və işıqlandırıcı elektrik qurğularına xidmət. Elektrik stansiyası, yarımelektrostansiya transformatorlarında gərginliyin tam kəsilməsi ilə çox mürəkkəb olmayan işlərin yerinə yetirilməsi. Kommutasiya müdafiəsi və kommutasiya aparaturasının idarə edilməsi sxeminin yoxlanılması və ona xidmət. Gərginliyi 1000 V-dan yuxarı olan şəbəkələrdə paylayıcı qurğu avadanlıqlarının, gücü 100 kVt-dan yuxarı olan elektrik mühərriklərinin və "kosinus-fi"ni avtomatik tənzimləyən statistik kondensator qurğularının yoxlanılması və xidməti. Lüminessentli işıqlandırıcılarda tənzimləyici aparaturaların dəyişdirilməsi və armaturun təmiri. Qaldırıcı kranı olan nəqliyyat qurğularının elektrik sxemində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Çoxmühərrikli aqreqatların və dəzgahların elektrik avadanlıqlarına xidmət. Gücü 1000 kVt-a qədər olan yüksəktezlikli qurğuların və civəli bərk düzləndiricilərin sazlanması. Gərginliyi 1000 V-a qədər olan qurğularda gərginliyin kəsilməsi və 1000 V-dan yuxarı olan qurğularda yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında işlərin yerinə yetirilməsi.
Bilməlidir: elektrotexnikanın əsaslarını; aktiv və reaktiv enerjili elektrik qeydiyyatlarının transformator vasitəsi ilə cərəyan və gərginliyə qoşulması sxemini; kabel elektrik şəbəkələrində zədələnmiş yerlərin aşkar edilməsi üsullarını və onların aradan qaldırılması üsullarını; elektrik avadanlıqlarının artıq gərginlikdən mühafizəsi üsullarını; yükqaldırıcı və nəqledici qurğuların elektrik avadanlıqlarının elektrik sxemini; yüksəktezlikli qurğuların iş prinsipini və quruluşunu; elektrik şəbəkəsində gərginliyi kəsmədən işləmək qaydasını; mürəkkəb nəzarət-ölçü alətlərinin təyinatını və tətbiqi şərtlərini; universal və xüsusi ləvazimatın konstruksiyasını.
Daha mürəkkəb qoşulma sxemli güc və işıqlandırıcı qurğulara xidmət. Təkrar kommutasiya və sadə rele müdafiəsi sxeminin sökülməsi və yığılması. Yarımstansiya, transformatorlu yarımstansiyalarda nəzarət-ölçü cihazlarının və ölçü transformatorlarının dəyişdirilməsi. Axın xəttinə birləşdirilmiş elektrik avadanlığı, maşın və aqreqat sxeminə xidmət. Yarımstansiyaların elektrotexniki avadanlıqlarının və texnoloji maşınlarının avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və quruluşunun yoxlanılması və nasazlıqların aradan qaldırılması. Axınlı nəqledici texnoloji xətlərin avtomatik idarə edilməsinin elektrik sxeminə xidmət edilməsi. Elektron sxemli idarəetmə qaynaq avadanlıqlarına, həmçinin yüksək tezlikli lampalı generatorlara xidmət. Əlaqələndirici releionlu və elektromaqnit xətlərinin işinə xidmət və nasazlıqların aradan qaldırılması. Elektromaqnitlə idarə olunan dəzgah və aqreqatların elektrik avadanlıqlarına xidmət. 1000 V-dan yuxarı olan gərginliyi kəsməməklə paylayıcı qurğularda işlərin yerinə yetirilməsi. Müxtəlif rejim və yükləmələrdə "kosinus-fi"nin yaxşılaşdırılması üzrə hesabatların aparılması ilə tədbirlərin işlənib hazırlanması. Gücü 1000 kVt-dan yuxarı olan yüksək tezlikli qurğuların və civəli bərk düzləndiricilərin sazlanması. Texnoloji avadanlıqlarda relelərin mürəkkəb komando-aparat qeydiyyatlarının sazlanması.
Bilməlidir: telemexanika və elektronikanın əsaslarını; müxtəlif elektrik maşınlarının, aparat, ölçü cihazları, avtomatik tənzimləyici və telemexanikanın elektrik sxemini və quruluşunu; yüksək tezlikli tiristorlu inventarların iş prinsipini; elektrik avadanlıqlarının, kabel və hava qovşağının siqnalının aparılması metodunu; xidmət olunan obyektin və ya sahənin tam elektrik sxemini; mürəkkəb elektrik cihazlarının sazlanması və təmiri qaydalarını; civəli düzləndirici və aparatları; maşınlı və lampalı generatorların yüksək tezlikli qurğularının iş prinsipini; nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydasını.
İlkin və təkrar kommutasiya və distansion idarə sxemləri üzrə sex və istehsalat sahələrinə xidmət. Təkrar kommutasiya və mürəkkəb rele müdafiəsi sxeminin difaza, distansiya, ehtiyatların avtomatik işə salınma sxeminin sökülməsi və yığılması. Məsuliyyətli və xüsusən mürəkkəb avtomat xətlərin eksperimental sxeminin sazlanması, tənzimlənməsi və təmiri. Özüyazan elektrik və elektron cihazlarının tənzimlənməsi, sazlanması və onlara xidmət. İqnitronlu qaynaq aparatlarının, həmçinin ultrasəs, elektron və elektroimpuls qurğularının sazlanması və onlara xidmət. Elektrik mühərriklərinin, elektrik aparatları və transformatorların kompleks sınağı. Tranzistor və nəzəri elementlərdə yarımkeçirici qurğuların sazlanması və ona xidmət.
Bilməlidir: mürəkkəb elektrik maşınlarının, aparat, cihaz və avtomat xətlərin konstruksiyası və elektrik sxemini; teleidarənin avtomatik tənzimlənməsi sxemini və onların sazlanması üsullarını; mürəkkəb rele və elektron sistemli cihazların konstruksiyasını; elektronikalı iqnatron qaynaq aparatlarına xidmət qaydasını; gərginlik sabitləşdiricinin sxemini; yarımkeçirici və selenli düzləndiricilərin sxemini; operativ işıqlandırıcının və operativ idarə pultunun telemetrik sxemini.
Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında elektrik avadanlıqlarının təmiri üzrə mürəkkəb olmayan ayrı-ayrı işlərin yerinə yetirilməsi. Paylayıcı qutuların, sıxacların, qoruyucu lövhələrin və işıqlandırıcı armaturun montajı və təmiri. Elektrik avadanlıqlarının hissələrinin açılıb yuyulması və silinməsi ilə tənzimlənməsi və sıxılmış hava ilə üfürülməsi. Gərginliyi 1000 V-a qədər olan naqillərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi, kabel və naqillərin basdırılması. Gücü 50 kVt-a qədər olan günəş və külək enerji qurğularının xidməti və təmiri. Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərinin yerinə yetirilməsi. Elektrik avadanlıqlarının işə salınması və dayandırılması, sadə ölçülərin aparılması. Pnevmo və elektrik alətləri ilə iş görülməsi. Sadə yükqaldırıcı vəsait və kranlardan istifadə etməklə takelaj işlərinin aparılması. Elektrik mühərriklərinin stator və rotorların, transformator sarğılarının, paylayıcı şəbəkələrinin müqavimətinin meqometrlə yoxlanılması və ölçülməsi.
Bilməlidir: elektrik mühərriklərinin, generator, transformator, kommutasiya və tənzimləyici aparatların, akkumulyator və elektrik cihazlarının quruluşunu və iş prinsipini; elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını; elektrik avadanlıqlarının montaj və təmiri qaydalarını və üsullarını; fəhlələrin istifadə etdikləri nəzarət-ölçü alətlərinin təyinatı və onlardan istifadə qaydalarını; II qrupun ixtisası həcmində elektrik qurğularına xidmət zamanı təhlükəsizlik texnikasından istifadə qaydalarını.
1. İşıqlandırıcı armaturların cərəyan açarlarının, ştepsel rozetkaları və patronlarının şəbəkəyə qoşulmaqla qurulması.
2. Kabellərin daxil edilməsi və çıxarılması zamanı müqavimət izolyasiyasının yoxlanılması.
3. Sadə detalların hazırlanması və quraşdırılması.
4. İllminasiyanın quraşdırılması.
5. Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi.
6. Elektrik cihazlarının polad və digər metallardan olan konstruksiyalarının hazırlanması və qurulması.
7. Kontaktorların, rele nəzarətçi, komanda-aparatların yoxlanılması, təmizlənməsi.
8. Məişət elektrik cihazlarının sökülməsi, təmiri və yığılması.
9. Xətt və trosların (hava) montajı, sökülməsi, təmiri və dəyişdirilməsi.
10. Qaynaq transformatorlarının sökülməsi, mürəkkəb olmayan təmiri, yığılması.
11. Elektrik lampalarının lehimlənməsi.
12. Paylayıcı lövhə və qutuların dəyişdirilməsi, qoruyucuların və qoşucuların qurulması.
13. Sadə sxemli güc lövhələri və ya işıqlandırıcı şəbəkənin hazırlanması və qurulması.
14. Elektrik mühərrikləri və generatorları-hissələrin yığılması, təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi.
15. Torpaqla birləşən elektrodların qurulması və bərkidilməsi.
Müəssisə elektrik stansiyalarında, transformatorlu elektrik yarımstansiyalarında mürəkkəb olmayan işlərin - onların söndürülməsi, transformatorların, cərəyan açarlarının, ayırıcıların və s. konstruktiv elementlərinin sökülməsi ilə yerinə yetirilməsi. Elektrik avadanlıqlarının yüklənməsinin tənzimlənməsi. Partlayış təhlükəsi olmayan armaturun təmiri, sazlanması və qurulması. Gərginliyi 1000 V-dan yuxarı olan naqillərin kəsilməsi, birləşməsi, izoləsi və lehimlənməsi. Gücü 50 kVt-dan yuxarı olan günəş və külək enerji qurğularına xidmət və onların təmiri. Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi. Transformator, elektrik açarı, reostat, idarə postu, maqnit buraxıcıları, əlaqələndiricilər və digər mürəkkəb olmayan aparaturanın təmiri. Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında müxtəlif mürəkkəb işlərin yerinə yetirilməsi. Kran və yükqaldırıcı maşınlardan istifadə etməklə takelaj əməliyyatlarının yerinə yetirilməsi. Trassa kabeli və xətlərin çəkilməsində iştirak etmək. Akkumulyator batareyalarının sazlanması. Cihaz və avadanlıqların xaricdən rənglənməsi. Elektrik avadanlıqlarının yenidən quraşdırılması. Çertyoj üzrə izoləedici materialların emalı. Sadə montaj və prinsipial sxemlərin markalanmasının yoxlanılması.
Bilməlidir: elektrotexnikanın əsaslarını; sabit və dəyişən cərəyan haqqında məlumat; elektrik mühərriklərinin, generatorlarının, paylayıcı qurğu aparatlarının, yağ açarlarının, qoruyucularının, akkumulyator, nəzarət, civə və kremni düzləndiricilərinin və digər elektrik aparatları və elektrik cihazlarının iş prinsipini; yüksək gərginlikli naqillərin lehimlənməsi və dəyişdirilməsi üsullarını; təhlükəsiz iş fəndini; elektrik avadanlıqlarının sökülməsi və təmiri işlərinin ardıcıllığını; nəzarət-ölçü aləti və ləvazimatlarının quruluşu və təyinatını; elektrik ölçülərinin qeydiyyatı üsullarını; elektrik şəbəkəsində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; kabellərin binalarda, yeraltından və asma troslardan çəkilməsi qaydasını;
III ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını.
1. Ampermetr və voltmetrlərin xüsusi şəraitdə yoxlanılması.
2. Reostatların, maqnit buraxıcılarının, yeşiklərin və s. sökülməsi, təmiri, yanmış hissələrin çıxarılması ilə yığılması.
3. Yayma dəzgahları maqnit stansiyasının buraxıcıları aparatlarının sökülməsi, təmiri, yığılması.
4. Tormoz aparatları və kənar açarların təmiri və quraşdırılması.
5. Selenli düzləndiricilərin yoxlanılması və təmiri.
6. Elektroaparaturalar üçün mürəkkəb konfiqurasiyalı detalların hazırlanması.
7. Kabellərin manometrlə izolə edilməsi vəziyyətinin yoxlanılması.
8. Qazma qurğuların idarə stansiyası nəzarətçilərinin yoxlanılması və təmiri, yığılması və qurulması.
9. Liman kranları, konteyner yükləyicilərinin sökülməsi, təmiri, əlaqələndiricilərin, komando-aparatların, rele, qoşucunun və s. yığılması.
10 Xüsusi yükləyicilərin sökülməsi, təmiri və yığılması.
11. Elektrik mühərriklərinin podşipniklərinin dəyişdirilməsi, təmiri.
12. Közərdici soba və quruducu avadanlıqların potensiometriklərinin montajı, təmiri.
13. Temperatur və təzyiqin avtomatik ölçülməsi cihazlarının sadə nasazlıqlarının aradan qaldırılması, dəyişdirilməsi.
14. Elektrik qidalandırıcı kabel xətlərinin qaz borularında dəzgaha gətirilməsi.
15. Avtotənzimləyici relesinin yoxlanılması və dəyişdirilməsi.
16. İşıq reklamlarının montajı.
17. Qoşucu və ayırıcıların eyni zamanda söndürülüb yandırılması əlaqələrinin tənzimlənməsi.
18. Sentrifuqa qablarının tənzimlənməsi ilə təftişi.
19. Güc lövhələri və ya işıqlandırma qovşağının hazırlanması və quraşdırılması.
20. Gücü 500 kVt-a qədər olan fazalı rotorlu assinxron elektrik mühərriklərinin sökülməsi və yığılması.
21.GÜCÜ 1000 kVt-a qədər olan qısa qapanmalı elektrik mühərriklərinin sökülməsi və yığılması.
22. Partlayış təhlükəsi olmayan gücü 50 kVt-a qədər olan elektrik mühərriklərinin sökülməsi və yığılması.
23. Elektrik alətlərinin sökülməsi, təmiri, yığılması.
24. Lövbərlərin, maqnit makaralarının, elektrik maşınlarının şotka tutumlarının təmiri və dəyişdirilməsi.
Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında müxtəlif təyinatlı bütün növdən və qabaritdən olan elektrik avadanlıqlarının sökülməsi və əsaslı təmiri. Elektrik keçiricilərinin aparat və cihazlarının təmirdən sonra tənzimlənməsi və yoxlanılması. Gücləndiricilərin, işıq və səs siqnalizasiyalarının, nəzarətedicilərin, idarə postlarının, maqnit stansiyalarının təmiri. Güc və işıqlandırıcı elektrik qurğularına xidmət. Elektrik stansiyaları, transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə işlərin yerinə yetirilməsi. Lüminessentli işıqlandırıcı sxemin quraşdırılması və təmiri. Gərginliyi 35 kV-a qədər olan kabel xətlərində kabellərin açılması, kəsilməsi, çəkilməsi, giriş qurğularının və birləşdirici muftaların montajı. Kabellərin zədələnmiş yerlərinin müəyyənləşdirilməsi, elektrik dövrəsinin torpaqlanma müqavimətinin, kabel örtüyünün potensialının ölçülməsi. Bərk və yumşaq lehimlə lehimləmə. Çertyoj və sxem üzrə işlərin yerinə yetirilməsi. Elektrik mühərrikləri üçün işəsalma müqavimətlərinin seçilməsi.
Bilməlidir: elektronikanın əsaslarını; sabit və dəyişən cərəyanlı elektrik avadanlıqlarının müxtəlif tiplərinin quruluºunu; müdafiə və ölçü cihazlarının, kommutasiya aparatlarının quruluşunu; elektrik mühərrikləri və aparatlarının yoxlanılması, təmiri, yığılması, qurulması və xidməti üzrə səmərəli üsulları; rele müdafiəsinin təyinatını; yarımkeçirici və düzləndiricilərin quruluşu və iş prinsipini; bütün tiplərdən olan elektrik xətlərinin çəkilməsinə qoyulan texniki tələbləri; təmirdən sonra tənzimləyici aparaturası olan elektrik avadanlıqlarının tənzimləyici-təhvil işlərinin aparılması metodunu; xidmət edilən avadanlığın tənzimlənməsinin əsas elektrik normalarını; avadanlıq və qidalandırma mənbələrinin iş prinsipini; mürəkkəb nəzarət-ölçü alətlərinin quruluşunu; təyinatı və tətbiqi şərtlərini; universal və xüsusi ləvazimatın konstruksiyasını; IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını.
1. Elektromaqnit və elektrotexniki blokirovkanın təmiri və tənzimlənməsi.
2. Yağlı cərəyan açarlarının hazırlanması və əlaqələndiricilərin dəyişdirilməsi ilə təmiri, eyni zamanda üç fazalı birləşmənin tənzimlənməsi.
3. Komandoaparatların, icraçı mexanizmlərin temperatur göstərənlərinin yoxlanılması, təmiri və sazlanması.
4. Yayma dəzgahlarının qaldırıcı stollarının idarə komando-aparatlarının yoxlanılması və təmiri.
5. Liman kranlarının, konteyner yükləyicilərinin elektrik avadanlıqlarının cari təmiri, tənzimlənməsi və sınağı.
6. Yüksək gərginlikli elektrik qidalandırıcıları xətlərinin gərginlik altında yoxlanılması.
7. Pnevmatik yükləyicilərin texniki xidməti, əsaslı təmiri və tənzimlənməsi.
8. Bütün güclərdən olan elektrik mühərriklərinin diyirlədici podşipniklərinin şaberlənməsi.
9. Quruducu və közərdici sobaların elektrik avtomatik tənzimləmə potensiometrlərinin təmiri və sazlanması.
10. Vaxt relesinin yoxlanılması.
11. Selenli düzləndiricilərin şaybalarının dəyişdirilməsi.
12. Tutqunlaşdırıcıların sonluqlu cərəyan açarlarının, şotkaların və mikrodəyişdiricilərinin hazırlanması ilə təmiri.
13. Təkrar kommutasiya zəncirlərinin induktorlarının yoxlanılması.
14. Yüksək voltlu paylayıcı lövhələrin armatura qoyulması ilə quraşdırılması.
15. Gücü 500 kVt-dan yuxarı asinxron və gücü 1000 kVt-dan yuxarı elektrik mühərriklərinin sökülməsi, yığılması.
16. Gücü 50 kVt-dan artıq olan partlayış təhlükəsi törətməyən elektrik mühərriklərinin sökülməsi, təmiri və yığılması.
17. Qidalandırıcı kran elektrik kolonkalarının sökülməsi, təmiri, yığılması və tənzimlənməsi.
18. Elektrik filtrlərinin yoxlanılması, təmiri və quraşdırılması.
Gərginliyi 15 kV-a qədər olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması və mərkəzləşdirilməsi. Müdafiə vasitələrinin mürəkkəb qurğularında və avtomatika və telemexanika cihazlarında sxemlərin sazlanması və defektlərin aradan qaldırılması. Güc və işıqlandırma qurğularının daha mürəkkəb sxemlərinin və maşın və aqreqatların və texnoloji prosesi avtomatik tənzimləyən avadanlıqlar sxeminə xidmət. Gərginliyi 35 kV-dan yuxarı olan kabel şəbəkələrinin giriş qurğuları və birləşdirici muftalarla quraşdırılması və təmiri. Civəli düzləndiricilərin və gücü 1000 kV-dan yuxarı olan yüksək tezlikli qurğuların təmiri, qurulması və sazlanması. Domna, poladəritmə sobalarının, yayma dəzgahlarının, blokirovka, siqnallaşdırma, tunel sobalarının idarə qurğularının dispetçer avtomatlaşdırma idarəsinin, texnoloji xətlərin axın nəqliyyatının, qaynaq avadanlığının və elektromaqnit idarə sistemli dəzgahların iş rejimini avtomatik tənzimləyən qurğularına xidmət, onların qurulması, təmiri və sazlanması. Quruducu və vakuum sobalarının, maksimal cərəyan və avtomatik lentli nadir avtomatların mürəkkəb elektrik avadanlıqlarının təmiri. Elektrik maşınlarının rotorlarının balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması.
Bilməlidir: telemexanikanın əsaslarını; müxtəlif elektrik maşın, aparat, cihazların quruluşunu və elektrik sxemini; elektrik avadanlığı və kabel şəbəkələrinin sınağının aparılması metodlarını; elektrik mühərrikləri və digər xidmət edilən elektrik avadanlıqlarının sxemini; müxtəlif sistem relelərinin quruluşunu və onların yoxlanılması üsullarını; elektrik qurğularında istifadə edilən müdafiə vasitələrindən istifadə qaydalarını; işləyən elektrik avadanlıqlarına nəzarət və xidməti; yüksək tezlikli maşınlı və lampalı generatorlarla iş prinsipini; kosinus-finin artırılması üçün statistik kondensatora tələbatın hesablanması; elektrik mühərriklərinin mərkəzləşməsi və balanslaşdırılması üsullarını; yüksək tezlikli müdafiənin təyinatını və növlərini; nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi qaydalarını; IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını.
1. Kokskimya zavodlarının avtomatik söndürmə qüllə qurğularının təmiri və elektrosxemin sazlanması.
2. Yüksək voltlu yağlı cərəyan açarlarının əsaslı təmiri.
3. Yüksək gərginlikli kabellərin zədə almış yerlərinin axtarılması, kəsilməsi və yenisinin quraşdırılması.
4. Əlaqələndiricilərin, maqnit nəzarətçilərinin, yol dəyişdiricilərinin təmiri və tənzimlənməsi.
5. Yüksək gərginlikli paylayıcı qurğuların və avadanlıqların təmiri və quraşdırılması.
6. Maqnitelektrik yükqaldırıcı məhdudlaşdırıcıların yoxlanılması, tənzimlənməsi və sazlanması.
7. Əymə dəzgahlarının yüksək voltlu elektrik mühərriklərinin idarəetmə panelləri və maqnit stansiyalarının yoxlanılması və təmiri.
8. Yükləyici, pnevmoyükləyici və digər xüsusi maşınların əsaslı təmiri və elektrik avadanlıqlarının tam həcmdə tənzimlənməsi.
9. Potensiometr və selsi göstəricinin detallarının hazırlanması və təmiri.
10. Radioizotop cihazlarının quraşdırılması və sazlanması.
11. Operator işıqlandırmasının idarə pultunun təmiri və montajı.
12. Maksimal rele, fotorelenin yoxlanılması, təmiri və tənzimlənməsi.
13. Elektrik mühərriklərinin rotorunun balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması.
14. Avtomat sprederlərinin nasazlığının aşkar edilməsi, təmiri, sökülməsi.
15. Domna sobalarının yüklənmə mexanizmlərinin elektrosisteminin tam təmiri və sazlanması.
16. Metallurgiya zavodları aqreqatlarında telemexaniki qurğuların xüsusi idarə sisteminin hesab sxemi elementlərinin təmiri, sazlanması və quraşdırılması.
17. Yüksək voltlu elektrik mühərriklərinin əsaslı təmiri, yığılması, qurulması, mərkəzləşdirilməsi.
18. Maqnit stansiyalı və mürəkkəb sxemli avtomatika və blokirovkanın çoxmühərrikli elektrik keçiricilərinin yoxlanılması və təmiri.
19. Bütün sistemdən olan elektriksaatlı stansiyaların orta və əsaslı təmiri.
Gərginliyi 15 kV-dan yuxarı olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsi. Daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən istehsalat sexləri və sahələrinə xidmət edilməsi. Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, nadir və presizion metal emalı avadanlıqlarının vacib və eksperimental elektrik maşınlarının, elektrik aparatlarının və elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi, özüyazan elektrik və elektron cihazlarına xidmət, onların tənzimlənməsi, sazlanması. Elektronika, ultrasəsli, elektronlu, elektroimpulslu qurğuları olan iqnitronlu qaynaqedici aparatlara və tranzistorlu və məntiqi elementlərdə yarımkeçirici qurğulardan istifadə etməklə mürəkkəb sxemlərə xidmət və onların sazlanması. Ölçü transformatorlarının dəqiqlik sinfinin yoxlanılması. Təzyiq altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və sökülməsi işlərinin aparılması. Yüksək voltlu kabel şəbəkələrində epoksid ucların ayrılması, mis və alüminium kabelləri arasında birləşdirici muftaların montajı. Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatlarının və transformatorların kompleks sınağı.
Təmir edilmiş elektrik avadanlıqlarının istismara təhvil verilməsi.
Bilməlidir: müxtəlif güclü və gərginlikli elektrik maşınların, aparatların, cihazların və avtomat xətlərinin müəyyənləşdirilməsi üsulu və qaydalarını; teleidarənin və avtomatik tənzimlənmənin sxemini və onların sazlanması üsullarını; elektron sistemli relenin və cihazların quruluşunu və mürəkkəb konstruksiyasını; elektrik maşın, aparat və cihazların kompleks sınağı qaydalarını; elektrik qidalandırma şəbəkəsində elektrik avadanlıqları və elektrik sxemləri üzrə sənədlərin tərtibi qaydalarını; paylayıcı qurğuların ilkin və ikinci kommutasiyasının elektrik sxemini; yüksək tezlikli blokirovkadan müdafiə hərəkətinin prinsipini; gərginlik stabilizatorlarının, yarımkeçiricilərin, selenli düzləndiricilərin, operativ işıqlandırmanın telemetrik idarəsinin və operativ idarə pultunun sxemini; IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını.
Orta ixtisas təhsili tələb olunur.
1. Elektron relesi və termotənzimləyici olan maye komponentli avtomatik dozalaşdırıcı aparatların yoxlanılması, təmiri və elektrosxemin sazlanması.
2. Sabit cərəyan generatorunun əsaslı təmiri, tənzimlənməsi və sazlanması.
3. Liman kranlarının, konteynerli yükləyicilərin elektrik avadanlığının əsaslı təmiri.
4. Sabit cərəyan maşınlarının kollektorlarının yığılması, şablonların hazırlanması.
5. Metalkəsici dəzgahların avtomat xəttinin mürəkkəb təmiri və elektrik sxeminin sazlanması.
6. Axın xətlərinin təmiri və sazlanması.
7. Tikişli, çoxnöqtəli elektrik qaynağı maşınlarının təmiri və sazlanması.
8. Yüksək tezlikli elektroəridici sobaların və möhkəmləndirici qurğuların yoxlanılması, nasazlıqların aradan qaldırılması və sazlanması.
9. Elektron sistemi cihazları və aparatlarının təmiri və sazlanması.
10. Kokskimya zavodlarının söndürülməsinin elektron qülləsi relesinin təmiri, qurulması və sazlanması.
11. Rentgen aparatlarının yoxlanılması, defektlərin aradan qaldırılması və sazlanması.
12. Trister idarə sisteminin sazlanması.
13. Sprederlərin, yükqaldırıcı elektromaqnitlərin elektrik avadanlıqlarının əsaslı təmiri, tənzimlənməsi və sazlanması.
14. Elektronika və fotoelementlərin tətbiqi ilə mürəkkəb elektrik sxemlərinin yoxlanılması, təmiri və sazlanması.
15. Avtomatik distansion idarənin elektrik sxemlərinin yoxlanılması və sazlanması.
16. Mürəkkəb idarə sxemli elektrik keçiricilərinin iş rejiminin distilliqrafiyası.
Elektrik mühərriklərinin, aparatlarının və cihazların mürəkkəb olmayan birləşmə və detalların sökülməsi, təmiri və yığılması. Sadə işıqlandırma armaturu və böyük olmayan projektorların sazlanması və qurulması. Paylayıcı qutuların, qoruyucu lövhələrin qurulması, sökülməsi, təmiri. Sadə işəsalıcı-tənzimləyici aparatların yoxlanılması və təmiri. Elektrik avadanlıqların kran-balkalarının, elektrik kranlarının və bucurqadların köməyi ilə daşınmasında takelaj işlərinin yerinə yetirilməsi. Böyük güclü və gərginlikli elektrik maşınlarında çilingər-təmir və yığma işlərinin yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında yerinə yetirilməsi. Qaz borularında, rolikdə və izolyatorlarda quraşdırıcı xətt və kabellərin çəkilməsi. Lampalarının sayı 5-ə qədər olan çıraqların qurulması və şəbəkəyə qoşulması. Transformator sarğılarının müqavimətinin, gərginliyi 2500 V-a qədər meqometrli giriş və çıxış kabellərinin yoxlanılması və ölçülməsi. Hündürlüyü 9 m-ə qədər olan dayaqların dəyişdirilməsi və bərkidilməsi, onların izolyatorlarla təchiz edilməsi.
Bilməlidir: elektrik maşınlarının sabit və dəyişən cərəyanlı elektrik mühərriklərinin, transformatorların, elektrik aparat və cihazlarının iş prinsipini; elektrik maşınlarının təmiri işlərinin aparılması qaydası və üsullarını; kabel xətlərinin və hava elektrik şəbəkə xətlərinin çəkilməsi qaydalarını; elektrik materiallarının əsas növlərini və təyinatını; kabel çəkilməsi zamanı torpaq işlərinin aparılması qaydasını; nəzarət-ölçü alətlərinin; elektrik avadanlığının yerdəyişməsində takelaj işlərinin aparılması üsullarını.
1. İşıqlandırıcı armaturun şəbəkəyə qoşulmaqla qurulması.
2. Yağlı elektrik cərəyanı açarının yağının boşaldılması, baxılması və izolyatorların tənzimlənməsi
3. Sadə detalların: spiral yayların, bəndlərin, əlaqələndiricilərin və ucluqların hazırlanması.
4. İllüminasiyanın quraşdırılması.
5. Kabel ucluqlarının kəsilməsi.
6. Elektrik maşınları kollektorlarının təmizlənməsi.
7. Elektrik cihazlarının polad və digər metallardan olan konstruksiyalarının hazırlanması və qurulması.
8. Məişət elektrik cihazlarının sökülməsi, təmiri və yığılması.
9. Hava naqilləri və trosların açılması, təmiri, yığılması və dəyişdirilməsi.
10. Qaynaq transformatorlarının sökülməsi və təmiri.
11. Elektrik lampalarının sokolunun uclarının qaynaq edilməsi.
12. Paylayıcı lövhə və qutuların qoruyucularının və qoşucuların dəyişdirilməsi və qurulması.
13. Sadə sxemli güc lövhələri və işıqlandırıcı şəbəkələrin hazırlanması və qurulması.
14. Torpağa birləşdirilmə elektrodlarının qurulması və bərkidilməsi.
Gərginliyi 10 kV-a qədər olan elektrik maşın və aparatların sökülməsi, orta təmiri, yığılması, qurulması və mərkəzləşməsi. Elektrik aparatları və elektrik cihazları altında qrup lövhələrin və mürəkkəb metalkonstruksiyaların hazırlanması və quraşdırılması. Lüminessensiyalı işıqlandırmanın mürəkkəb olmayan sxemlərinin montajı və təmiri. Gərginliyi 10 kV-a qədər olan kabelin açılması, hazırlanması, fazalanması və çəkilməsi. Podşipniklərin dəyişdirilməsi. Partlayış təhlükəsinə qarşı armaturun təmiri, sazlanması və qurulması. Güc ıə işıqlandırıcı elektrik xətlərinin çertyoj üzrə ölçülməsi. Elektrik xətlərinin çəkilməsi üçün dayaqların möhkəmləndirilməsi, armatur və bərkidilməsi və xətlərin dartılması. İzolə sinfin 10 kV-a qədər olan yağ və ölçü, soba, qaynaq transformatorlarının tam təmiri. Elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, təmiri, yığılması və tənzimlənməsi işlərinin aparılması. Daha yüksək ixtisaslı elektrik quraşdırıcısının rəhbərliyi altında mürəkkəb çilingər-yığma işlərinin yerinə yetirilməsi və yüksək gərginlikli elektrik maşınlarının təmiri. Gərginliyi 2500 V-dan yuxarı olan transformator sarğılarının, daxil olan və çıxan kabellərin yoxlanılması və müqavimətin ölçülməsi. Hündürlüyü 9 m-dən yuxarı olan dayaqların dəyişdirilməsi və qurulması, onların izolyatorlarla təchiz edilməsi.
Bilməlidir: elektrotexnikanın əsaslarını; eynitipli elektrik maşınlarının, sabit və dəyişən cərəyan mühərriklərinin quruluşunu; müxtəlif elektrik materiallarının növlərini, onların xüsusiyyətini və təyinatını; işə salıcı, tənzimləyici və nəzarətedicilərin quruluşunu və təyinatını; meqometrlə izolyasiya sınağının qayda və normalarını; yüksək və aşağı gərginlikli xətlərin qəbulu, dəyişdirilməsi, calaq və qaynaq edilməsi üsullarını; evlərdə, torpaq altında və asma troslarda kabellərin çəkilməsi qaydasını; elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərin cihazlarının sxemini; elektrik maşını, aparat və cihazlarının qəbulu, təmiri və quraşdırılması qayda və üsullarını; xüsusi ləvazimat, sadə və mürəkkəb nəzarət-ölçü alətlərinin quruluşunu.
1. Elektromaqnit və maqnitoelektrik sistemi ampermetrlərinin və voltmetrlərinin yoxlanılması.
2. İşə salıcı-tənzimləyici aparatların-reostatların, maqnit işəsalıcıların, işəsalıcı yeşiklərin və s. sökülməsi, təmiri və yığılması.
3. Yayma dəzgahları maqnit stansiyasının aparatlarının sökülməsi, təmiri və yığılması.
4. Tormoz aparatları və kənar cərəyan açarlarının təmiri və quraşdırılması.
5. Selenli düzləndiricilərin yoxlanılması və təmiri.
6. Elektrik lampalarından olan zəncirlərin paralel və ardıcıl birləşdirilməsi ilə hazırlanması.
7. Elektrik aparatları üçün mürəkkəb konfiqurasiyalı detalların-fiksator, rubilnik, barmaqlar və müqavimət yeşiklərinin hazırlanması.
8. Kabellərin çəkilmədən əvvəl və sonra meqometrlə izolə edilməsi vəziyyətinin yoxlanılması.
9. Qazma qurğularının idarə stansiyalarının nəzarətedicilərinin yoxlanılması, təmiri, yığılması və quraşdırılması.
10. Elektrik maşınları bəndlərinin və borularının təmiri və birləşmə sxeminin yoxlanılması ilə dəyişdirilməsi.
11. Elektrik qidalandırıcı kabel xətlərinin qaz borusunda dəzgaha gətirilməsi.
12. Aralıq avtotənzimləyici relesinin yoxlanılması və dəyişdirilməsi.
13. İşıq reklamlarının montajı.
14. Qoşucu və ayırıcıların eyni zamanda açılıb bağlanılması əlaqələrinin tənzimlənməsi.
15. Sentrifuqaların qablarının tənzimlənməsi ilə təftişi.
16. Mürəkkəb sxem, güc lövhəsi və işıq qovşağının hazırlanması və qurulması.
17. Gücü 500 kVt-a qədər olan faza rotorlu asinxron elektrik mühərriklərin sökülməsi və yığılması.
18. Gücü 1000 kVt-a qədər olan qısa qapanmalı elektrik mühərriklərin sökülməsi və yığılması.
19. Gücü 50 kVt-a qədər olan partlayış təhlükəsizlikli elektrik mühərriklərin sökülməsi, təmiri və yığılması.
20. Elektrik alətlərinin sökülməsi, təmiri və yığılması.
21. Elektrik maşınlarının vallarının, maqnit çarxları və şotka saxlayıcıların təmiri və dəyişdirilməsi.
22. Müqavimət yeşiklərinin sökülüb quraşdırılması, sxem üzrə birləşdirilməsi.
Gərginliyi 10 kV-a qədər olan elektrik maşın və aparatların sökülməsi, əsaslı təmiri, yığılması və mərkəzləşməsi və gərginliyi 10 kV-dan yuxarı olan müxtəlif tipli və sistemli yüksək voltlu elektrik maşın və aparatlarının orta təmiri. Xüsusi şəraitdə induksiya və elektrostatik sisteminin elektrik cihazlarının sazlanması və təmiri. Gücü 1000 kVt-a qədər olan civə düzləndiriciləri və yüksək tezlikli qurğuların təmiri, montajı, qurulması və sazlanması. Gərginliyi 35 kV-a qədər olan kabel qovşağının montajı və təmiri. Gərginliyi 10 kV-a qədər olan paylayıcı qurğuların birləşmə və detallarının hazırlanması ilə təmiri və montajı. Elektrik şəbəkəsinin mürəkkəb və qapalı ötürücülərin qurğusunun montajı və təmiri. Kabelin açılması, kəsilməsi, dozalaşması, çəkilməsi, giriş qurğularının və birləşdirici muftaların, gərginliyi 10-dah 35 kV-a qədər olan kabel xəttində kənar qapanmaların montajı. Elektrik maşmı və kabel qurğularının əmr-işarə aparatlarının təmiri, ayrı-ayrı detal və birləşmələrinin dəyişdirilməsi, qüsur və nasazlıqların aradan qaldırılması ilə izoləsindən 10-dan 35 kV-a qədər olan ölçü, soba, quru qaynaq və yağ transformatorlarının tam təmiri. Rele mühafizəsi panellərində qüsurların yoxlanılması, yığılması və aradan qaldırılması.
Bilməlidir: elektronikanın əsaslarını; dəyişən və sabit cərəyanın elektrik mühərriklərinin transformatorların, mühafizə və ölçü elektrik qurğularının müxtəlif növlərinin quruluşunu; elektrotexniki materialların nomenklaturasını, onların xüsusiyyətlərini və bir-birini əvəzetmə qabiliyyətini; relenin sazlanması, yoxlanılması və tənzimlənməsi üsullarını; elektrik mühərriklərinin, transformatorların və elektrik aparatlarının yoxlanılması, sökülməsi, təmiri, yığılması və qurulmasının daha rasional üsulunu; güc kabellərinin, kabel aparatlarının və daxilolma qurğularının təyinatını və konstruksiyasını; trassanın müxtəlif vəziyyətlərində kabellərin quraşdırılmasının texnoloji prosesini; müdafiə və avtomatika qurğularına qoyulan ümumi tələbləri; elektrik maşın və cihazların yoxlanılması və sınağı metodlarını; universal və xüsusi ləvazimatın quruluşunu; mürəkkəb nəzarət-ölçü alətlərinin quruluşunu, təyinatını və tətbiqi şərtlərini.
1. Elektromaqnit və elektromexaniki bloklayıcı qurğuların təmiri və tənzimlənməsi.
2. Elektrik mühərrikləri valının sıxılması.
3. Komanda aparatları, icra mexanizmləri, hərarət vericilərinin yoxlanılması, təmiri və tənzimlənməsi.
4. Yayma dəzgahının qaldırıcı stollarının idarəetmə komanda aparatlarının yoxlanılması və təmiri.
5. Yüksək gərginlikli elektrik qidalandırıcısı xəttinin müqavimət altında yoxlanılması.
6. Müxtəlif güclü elektrik mühərriklərinin podşipniklərinin şaberlə yonulması.
7. Vaxt relesi-elektromaqnit xətlərində qüsurların yoxlanılması və aradan qaldırılması.
8. Selen düzləndiricisinin şaybanın dəyişdirilməsi ilə təmiri, sədlərin tənzimlənməsi və sazlanması ilə hazırlanması.
9. Təkrar kommutasiya zəncirlərinin induktorlarının yoxlanılması.
10. Şotka və mikrocərəyan dəyişdirici açarların dəyişdirilməsi, tutqunlaşdırıcıların sonluqlarının hazırlanması ilə təmiri.
11. Mürəkkəb sxemli yüksək voltlu paylaşdırıcı lövhələrin armaturun qurulması ilə montajı.
12. Gücü 500 kVt-dan artıq asinxronlu və gücü 1000 kVt-dan yuxarı olan qısa qapanmalı elektrik mühərriklərinin sökülməsi və zədələrinin aradan qaldırılması ilə yığılması.
13. Partlayış təhlükəsizlikli gücü 50 kVt-dan yuxarı olan elektrik mühərriklərinin sökülməsi, təmiri və yığılması,
14. Elektrik filtrlərinin yoxlanılması, təmiri və quraşdırılması.
Gərginliyi 10, kV-dan 15 kV-a qədər olan müxtəlif tipli, yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması və quraşdırılması. Müdafiə vasitələrinin, avtomatika və telemexanika cihazlarının mürəkkəb qurğularında defektlərin aşkar edilməsi və sazlanması. Kontak-rele, ion və elektrikmaqnit ötürücülərinin sxemlərində nasazlıqların aradan qaldırılması və aparatların tənzimlənməsi. Gərginliyi 35 kv-dan yuxarı olan kabel şəbəkələrinin quraşdırılması və təmiri. Gücü 1000 kVt-dan yuxarı ciyə düzləndiricilərinin və yüksək tezlikli qurğuların təmiri, quraşdırılması, qurulması və sazlanması. Gərginliyi 10 kV-dan yuxarı olan paylayıcı qurğu avadanlığının birləşmə və detallarının hazırlanması ilə təmiri və montajı. Domna, poladəridici soba və yayma maşınlarının, blokirovkalayıcı, siqnalizasiyalaşdırıcı və tuneli sobaların idarə qurğularının iş rejiminin avtomatik tənzimləyici qurğularının montajı, təmiri və sazlanması. Müxtəlif sistemli və təyinatlı elektrik və elektron cihazlarının mexaniki və elektrik hissələrinin sökülməsi, mürəkkəb təmiri və yığılması. Elektrik maşınların rotorlarının balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması.
İki və üç sarğılı güc transformatorlarının əsaslı təmiri, ölçü, soba, dartıcı, qaynaqedici, yağlı və xüsusi transformatorların tam təmiri. Mühəndis-texniki heyətin nəzarəti altında elektrik maşınlarının sınağı və yoxlanışı üçün işə salınması.
Bilməlidir: telemexanikanın əsaslarını; kinemexanika və elektrik sxemlərini; elektrik maşınlarının, güc və ölçü transformatorlarının, paylayıcı qurğu avadanlıqlarının ölçü cihazlarının dəqiqliyinin yoxlanılması, avtomatik tənzimlənməsi və telemexanikanın yoxlanılması üsullarını; elektrik kabel və hava qovşağının siqnalının aparılması metodlarını; müxtəlif sistemli relelərin, maşınlı və lampalı generatorun yüksək tezlikli qurğularının quruluşunu; müxtəlif şəraitlərdə kabel və hava qovşaqlarının təmiri üzrə işlərin fəndi və qaydasını; elektrik mühərriklərinin, transformatorların və elektrik aparatlarının sxemini və sınağı qaydalarını; elektrik mühərriklərinin mərkəzləşdirilməsi və balanslaşdırılması üsullarını; yüksək tezlikli müdafiənin növlərini və təyinatını; nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydalarını.
1. Kokskimya zavodlarının söndürülmə qüllələrinin avtomatik qurğularının elektrik sxemlərinin təmiri və sazlanması.
2. Yüksək voltlu yağlı elektrik açarlarının əsaslı təmiri.
3. Yüksək gərginlikli kabellərin zədələrinin tapılması, kəsilməsi və quraşdırılması.
4. Əlaqələndiricilərin, maqnit nəzarətçisinin, yol elektrik açarlarının təmiri və tənzimlənməsi.
5. Yüksək gərginliyin bölüşdürülməsi qurğularının avadanlıq və aparatlarının təmiri və montajı.
6. İdarə paneli və yayma lampalarının yüksək voltlu elektrik mühərriklərinin maqnit stansiyalarının təmiri və yoxlanılması.
7. Operator işıqlandırıcısının idarə pultunun təmiri və montajı.
8. Potensiyametrlərin, selsi göstəricilərin hissələrinin hazırlanması ilə təmiri.
9. Maksimal rele, fotorelenin yoxlanılması, təmiri, tənzimlənməsi,
10. Elektrik mühərriklərinin rotorunun balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması.
11. Marten sobalarının hava qızdırıcılarının klapanlarının, rolqanq avtomatları sxeminin təmiri və tənzimlənməsi.
12. Domna peçlərinin yüklənmə mexanizmlərinin elektrik sxemlərinin tam təmiri və sazlanması.
13. Metallurgiya zavodları aqreqatlarında telemexanika qurğularının təmiri, montajı və sazlanması,
14. Maqnit stansiyalı, avtomatik və blokirovka sxemli çox mühərrikli elektrik ötürücülərinin yoxlanılması və təmiri.
15. Yüksək voltlu elektrik mühərriklərinin təmiri, yığılması və mərkəzləşməsi.
Gərginliyi 15 kV-dan yuxarı olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və elektrik aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması və qurulması. Xüsusi mürəkkəb elektrik maşınları, elektrik aparatları və elektrik cihazlarının təmiri, yığılması və tənzimlənməsi üzrə işlərin yerinə yetirilməsi. Çox dəqiq və nadir metal emalı avadanlıqlarının, mürəkkəb elektrik, avtomat xətlərin məntiqi sxeminin və həmçinin rəqəmli proqram idarəetmə sxeminin elektrik, inteqral sxeminin təmiri və sazlanması. Ölçü transformatorlarının dəqiqlik sinfinin yoxlanılması. Təzyiq altında qaz ilə və ya yağ ilə doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və sökülməsi üzrə işlərin yerinə yetirilməsi. Yüksək voltlu kabel şəbəkələrində mürəkkəb epoksidli sonluqların hazırlanması, həmçinin alüminium və mis kabellərarası birləşdirici halqaların montajı. Elektrik mühərriklərinin, elektrik aparatlarının və transformatorların əsaslı təmirdən sonra kompleks sınağı. Təmir olunmuş elektrik avadanlıqlarının istismara verilməsi.
Bilməlidir: müxtəlif elektrik maşınlarının, elektrik aparatlarının, gücü və gərginliyi müxtəlif olan cihazların quruluşunu, dəqiqliyinin yoxlanılması üsulları və qaydalarını; teleidarə və avtomatik tənzimlənmənin sxemini; mürəkkəb məntiqi sxemlərə xidmət qaydalarını; elektrik maşınlarının, elektrik aparatları və cihazlarının kompleks sınağı metodunu; epoksid materiallar ilə iş texnologiyasını; partlayış təhlükəli, yanğın təhlükəli və digər mürəkkəb şəraitlərdə kabel şəbəkələrinin təmiri və montajı qaydalarını; elektrik qidalandırıcı şəbəkəsində elektrik avadanlıqları üzrə elektrik sxemlərin və digər texniki sənədlərin tərtib edilməsi qaydasını; elektrik mühərriklərinin, transformatorlarının kabel və müxtəlif gərginlikli naqil xətlərinin yüklənməsi normasını; paylayıcı qurğuların birinci və ikinci kommutasiyasının elektrik sxemini; yüksək tezlikli blokirovka ilə müdafiənin hərəkət prinsipini.
Orta ixtisas təhsil tələb olunur.
1. Elektronlu rele və termotənzimləyici maye komponentlər üçün avtomatik dozalaşdırıcı aparatların elektrosxeminin yoxlanılması, təmiri və sazlanması.
2. Daimi cərəyan generatorlarının əsaslı təmiri, tənzimlənməsi və sazlanması.
3. Daimi cərəyan maşınlarının kollektorunun yığılması, şablonların və kollektor
vallarının əl ilə hazırlanması.
4. Avtomatik metalkəsici dəzgahlar xəttinin mürəkkəb təmiri və elektrik sxeminin sazlanması.
5. Sinxronlaşdırılmış və avtomatlaşdırılmış ötürücülü axın xəttinin təmiri və sazlanması.
6. Elektrik qaynağı maşınlarının təmiri və sazlanması.
7. Elektrik əridici sobaların və yüksək tezlikli möhkəmləndici qurğuların yoxlanılması, nasazlıqların aradan qaldırılması və sazlanması.
8. Elektrik sistemli cihaz və aparatların təmiri və sxeminin sazlanması.
9. Kokskimya zavodlarının söndürülməsinin elektron qülləsinin relesinin təmiri, qurulması və sazlanması.
10. Rentgen aparatlarının yoxlanılması, nasazlıqların aradan qaldırılması və sazlanması.
11. Elektronika və fotoelementlərin tətbiq edilməsi ilə mürəkkəb elektrik sxemlərinin yoxlanılması, təmiri və sazlanması.
12. Avtomatik distansiyadan idarəetmənin elektrik sxeminin yoxlanılması, təmiri və sazlanması.
13. Mürəkkəb sxemli idarəetmənin elektrik ötürücülərinin iş rejiminin distilliqrafiyası.
14. Yayma dəzgahlarının baş ötürücü elektrik maşınlarının sxeminin yığılması.
Maye materiallarda özlülüyün (qatılığın) müəyyən edilməsi. Texnoloji təlimatlara uyğun olaraq laklar, yapışqanlar və kompaund nümunələrinin hazırlanması, onların komponentlərini hazırlamaq üçün qabaqcadan görülən işlərin: vakuumda qurutma, yandırılma, ələnmə və digər əməliyyatların aparılması. Polietilen, ftoroplast və digər plastik kütlədən olan nümunələri və məmulatları presləmək üçün materialların hazırlanması. Sadə konstruksiyalı elektrik elementlərinin laklarla, emal və kompaundlarla təcrübi izolə proseslərinin aparılması. Avtoklavlarda və barokameralarda işləmək. Sınaq zamanı temperatur rejimlərinin təmin olunması. Görülmüş işlər üzrə yazıların aparılması. İzoləedilən, yapışdırılan və preslənən detallar üzərində çəkilmiş çertyojların oxunması. Dövlət standartları tələblərinə uyğun nümunələrin hazırlanması, plastik kütlə, kompaundların, lak çəkilmiş plyonkaların, maye dielektriklər nümunələrində xarakteristikaların yoxlama ölçülərinin aparılması. Dielektriklərə və elektrik elementlərinin elektrik xassələrinə aralıq nəzarət etməklə onlarda uzunmüddətli iqlim, rütubət və başqa sınaqların keçirilməsi. İstilik kameralarında elektrik materialların nümunələrinin sınaqdan keçirilməsi.
Bilməlidir: hazırlanan lakların, yapışqanların, kompaundların və başqa izoləedici materialların əsas komponentlərinin təyinatını; avtoklavların, barokameraların, vakuum-hopdurucu qurğuların, hidravlik preslərin və xidmət olunan digər avadanlığın iş prinsipini; texniki və analitik tərəzilərdən istifadə qaydalarını; temperaturu ölçmək üçün olan cihazlarla işləmə qaydalarını; elektrik elementlərinin lak, emal və kompaundlarla izolə etmənin əsas proseslərinə texnoloji təlimatları; nəzarət olunan izolə materiallarına və elektroelementlərə dövlət standartları və texniki şərtlərin tələblərini; uzunmüddətli sınaqlar üçün olan xüsusi avadanlığın və cihazların texniki göstəricilərini və onlarla işləmə qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; elektrotexnika üzrə əsas məlumatları.
Elektroelementlərin izolə edilməsi üzrə texnoloji rejimlərin işlənilməsi prosesində təcrübələrin keçirilməsi. Vakuum-kameraların və avtoklavların hazırlanması. Mürəkkəb konstruksiyalı elektro-elementlərin təcrübi izolə edilməsi. İzolə olunmuş elementlərin keyfiyyətinə nəzarət, qırıqların olmadığını yoxlamaq, izolənin müqavimətini ölçmək və s. Dəqiq məmulatların yapışdırılması. Müxtəlif plastik kütlədən olan nümunələrin və məmulatların preslənməsi. Jurnallarda iş yazılarının aparılması; ölçülərin nəticələrinə görə protokolların və asılılıq qrafiklərinin tutulması. Dielektrik xarakteristikaları ölçmək üçün nümunələrin hazırlanması. Tutumun, elektrik möhkəmliyin, müqavimətin (həcmi və səthi) ölçülməsi və hesablamaların aparılması. Dövlət standartına və texniki şərtlərə uyğun olaraq dielektriklərin sınaqdan keçirilməsi. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi ilə sadə elektrik sxemlərinin tərtib edilməsi.
Bilməlidir: üzvi kimya və elektrotexnika üzrə əsas məlumatları; izoləedici materialların təyinatını və onların dielektrik xassələrini; lak, emal və başqa izoləedici materialların təyinatını və əsas xassələrini; nəzarət-ölçü cihazları və alətlərinin quruluşunu; dielektriklərin sınaq metodikası üzrə dövlət standartlarının hesab düsturlarını; avtoklavların, barokameraların, hidravlik preslərin və başqa xidmət edilən avadanlığın quruluşunu.
İstehsalat təlimatına uyğun olaraq yeni izolə materiallarının və yapışqanların texnoloji xassələrinin yoxlanılması. Dövlət standartlarına və texniki şərtlərə müvafiq izolə materiallarının nəzarət sınağı. Məmulatların və elektroelementlərin izoləetmə, yapışdırma və presləmə üçün texnoloji rejimlərinin seçilməsi. Vakuum kameraların, avtoklavların və pres avadanlığının sazlanması və tənzimlənməsi. İzolə materiallarının bütün dielektrik xarakteristikalarının ölçülməsi və hesablamaların aparılması. Yüksək rütubətlilik, yüksək və aşağı temperatur, aşağı təzyiq şəraitində materialların uzun müddətli sınaqdan keçirilməsi. Kompaundların və s. polimerləşdirmə proseslərin elektrik metodlarla tədqiqi. Sınaq nəticələrinin təhlili və işlənilməsi, protokolların və asılılıq qrafiklərinin tutulması. Ölçü aparatlarında sadə nasazlıqları aşkar edib aradan qaldırılması. Temperaturu ölçmək üçün özüyazan, tənzimləyən cihazlarla işləmək. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi ilə elektrik sxemlərinin tərtib edilməsi.
Bilməlidir: üzvi kimyanın əsaslarını və lakların, emalların, kompaundların, yapışqanların və plastik kütlələrin əsas fiziki-mexaniki və dielektrik xassələrini; tətbiq olan materiallara texniki şərtləri və dövlət standartlarına uyğun sınaq metodikalarını; sxemlərin texniki xarakteristikalarını; vakuum-hopdurucu qurğuların quruluşunu; izolə materiallarının əsas dielektrik xassələrini; dielektrik sınaq metodikaları üzrə dövlət standartlarını və texniki şərtləri.
Yeni izolə materiallarının xassələrinin yoxlanılması və müxtəlif mürəkkəbli yeni məmulatların izolə edilməsi üzrə texnoloji proseslərin işlənilməsində iştirak. Laboratoriyadakı müxtəlif texnoloji avadanlıqla işləmək. İzolə materiallarının dielektrik xarakteristikalarının ölçülməsi və işlənilməsi. Texniki tapşırıqlara müvafiq olaraq metodikanın seçilməsi və müxtəlif şəraitdə sınaqların keçirilməsi. Sınaq nəticələrinin sənədləşdirilməsi və təhlilin aparılması. Yüksək dəqiqlik sinfi olan aparatlarla işləmək. Elektrik sxemlərin tərtib olunması və mürəkkəb olmayan qeyri-standart aparatların yığılması, dərəcələrə bölünməsi, sazlanması. Müxtəlif mexanizmlərin hazırlanması.
Bilməlidir: müxtəlif izolə materiallarının xassələrini və təyinatını; ızolə edilən elementlərə qoyulan tələbləri; izolə materiallarının hopdurma, tökmə, üzləmə, yapışdırma və presləmə proseslərinə texnoloji təlimatları.
Orta ixtisas təhsil tələb olunur.
Havadəyişdirici və tüstüsorucu qurğulara, şlakqaldırıcılara, eksqausterlərə, skreper bucurqadlara, qazanxana və istilik ötürücü qurğulara və ya elektrik mühərriklərinin cəmi gücü 100 kVt-a qədər olan qurğulara xidmət. Xidmət olunan avadanlığın işə hazırlanması, salınması, iş rejiminin tənzimlənməsi və saxlanılması. Mexanizm və aqreqatların işindəki nasazlığın müəyyənləşdirilməsi. Cari təmirin aparılması, orta və əsaslı təmirdə iştirak etmək. Nəzarət-ölçü cihazlarının göstəricilərinin jurnalda qeyd edilməsi.
Bilməlidir: xidmət olunan avadanlığın iş prinsipini; elektrotexnika üzrə əsas məlumatları; şiberlərin qazanxanada yerləşməsi və onların düzgün idarə edilməsi qaydalarını; kültutma prinsipini; qurğuların istehsal gücünün tənzimlənməsi üsullarını; qazan və qazanxana qurğularının iş prinsipini və qaz yollarının sxemini; nəzarət-ölçü cihazlarının təyinatını və onlardan istifadə qaydalarını; qazların sovrulması və hava axını prosesinin qazanların iş rejiminə təsirini.
Cəmi gücü 100 kVt-dan çox olan elektrik mühərriklərinə xidmət zamanı - 3-cü dərəcə.
Müəyyən edilmiş reseptə əsasən emulsiya, qarışıq, suspenziya, pasta, kütlə və yağlayıcıların hazırlanması, kimyəvi məhlulların resept üzrə çəkilməsi və onların qazan, çən, vanna və reaktorlara yüklənməsi. Kimyəvi materialların bişirilməsi və qarışdırıcıların işinə nəzarət. Emulsiya, qarışıq və s. hazır olmasının müəyyənləşdirilməsi və onların durulducu çənlərə verilməsi və ya göstərilən yerlərə daşınması. Material sərfi jurnalının aparılması. Xidmət olunan avadanlığın təmizlənməsi.
Bilməlidir: emulsiya, qarışıq, suspenziya, pasta, kütlə və s. hazırlanmasının reseptini, üsulunu və onların hazır olmasının müəyyənləşdirilməsi metodunu; emulsiya, qarışıq, pasta, və s. hazırlanmasına lazım olan materialların kimyəvi xüsusiyyətlərini; qarışdırıcının iş prinsipini və quruluşunu.
Dozalaşdırıcı kimyəvi məhlulların temperaturunu saxlayan avtomatik sistem tətbiq etməklə müəyyən olunmuş reseptə əsasən, emulsiya, qarışıq, suspenziya, pasta, mastika və kütlələrin tərtib edilməsi. Kimyəvi məhlulların reseptlər üzrə çəkilməsi və onların hazırlıq tutumlarına yüklənməsi. Kimyəvi məhlulların dozalaşdırılması və boru kəmərləri ilə reaktorlara tökülməsi. Kimyəvi materialların bişirilməsinə və reaktor qarışdırıcısının işinə nəzarət. Reaktor və tutumlarda verilmiş temperaturu saxlayan avtomatik sistemlərə nəzarət. Distillatorun işinə nəzarət.
Emulsiya və qarışıqların hazır olmasının müəyyənləşdirilməsi, onların nasos və kompressorlar vasitəsi ilə durulducu çənlərə və istehlak tutumlarına ötürülməsinə nəzarət.
Materialların sərfi və hazır emulsiya və qarışıqların laboratoriya təhlili üzrə jurnalın aparılması. Avadanlığın cari təmirində iştirak etmək.
Bilməlidir: emulsiya, qarışıq, suspenziya, pasta, mastika, kütlə və s. hazırlanmasının reseptini, üsulunu və qaydalarını; emulsiya, qarışıq və s. hazırlanmasına lazım olan kimyəvi materialların xüsusiyyətlərini; reaktor, qarışdırıcı, distillator və digər xidmət olunan avadanlıqlarda temperaturun saxlanılmasının avtomatik sxeminin quruluşunu.
Əleyhqazların qazlardan qoruyucu qutularının doldurulması və təkrar doldurulması. Qutunun nəzarət-ölçü cihazlarının vasitəsi ilə uducu qabiliyyətinin, germetikliyinin və müqavimət göstərilməsinin sınaqdan keçirilməsi. Əleyhqazların qazlardan qoruyucu qutularının hava üfürülməklə regenerasiyası.
Bilməlidir: qazlardan qoruyucu qutuların markasını, onların təyinatını; hər marka üçün uducuların tərkibini və uducuların xüsusiyyətlərini; əleyhqazların qazlardan qoruyucu qutularının uducu tərkiblərinin, habelə adsorbentlərin və onların əvəzedicilərinin doldurulma, təkrar doldurulma və regenerasiya qaydalarını.
Müəyyən edilmiş reseptura üzrə qazanlarda və aparatlarda müxtəlif ətirli qatranın bişirilməsi və ya surğucun əridilməsi prosesinin aparılması. Bişirilmənin gedişinin müşahidə edilməsi. Bişirilmə temperaturunun tənzimlənməsi. Buxarın verilməsi. Bişirilmiş qatranın süzülməsi. Nümunə götürülməsi və yapışqanlığın, bərkliyin, sıxlığın, möhkəmliyin, yumşalma temperaturunun və s. sınaqdan keçirilməsi. Qatranın hazır olmasının müəyyənləşdirilməsi, onun barabanlara və ya həcmlərə tökülməsi, ölçülməsi. Qatranın markalanması və anbara verilməsi. İlkin uçotun aparılması. Odla bişirilən zaman-sobanın hazırlanması, yanacağın verilməsi və yandırılması.
Bilməlidir: ətirli qatranın hazırlanma reseptini; qatranın yumşalma temperaturuna görə təsnifatını; müxtəlif markalı qatranların bişirilməsi üçün temperatur rejimini və bişirilmə prosesində qatranın kristallaşmasının qarşısını alma metodlarını; nümunə götürülmə qaydasını və qatranın yapışqanlığının, bərkliyinin, sıxlığının, möhkəmliyinin sınaqdan keçirilməsi qaydalarını və qatrana, surğuca qoyulan texniki şərtləri; qatranı sınaqdan keçirmək üçün olan cihazların quruluşunu və onlardan istifadə qaydalarını.
Məhsuldarlığı 42 QC/saata (10 Qkal/saat)- dək olan istilik şəbəkəli boyler qurğularının, işlənmiş buxar stansiyası, günəş və geotermal qurğuların fasiləsiz və səmərəli işinin təşkil edilməsi. Şəbəkədə su və buxarın təzyiqinin, lazımi temperaturun saxlanılması. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. Şəbəkə və kondensat nasoslarının işinə nəzarət. Avadanlıqların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Qəza vəziyyətinin ləğv edilməsi. Operativ sənədləşdirmənin aparılması. Xidmət olunan boyler qurğularının, işlənmiş buxar stansiyasının günəş və geotermal qurğularının təmirində iştirak etmək.
Bilməlidir: qurulmuş avadanlığın quruluşunu və iş prinsipini; teplofikasiya qurğularının istilik sxemini; istehlakçıların iş qrafikini və istilik rejimlərini; nəzarət-ölçü cihazlarının və tənzimləyicilərin qurulduğu yeri, təyinatını və iş prinsipini; istilik texnikasının elementar əsaslarını.
3-cü dərəcə - məhsuldarlığı 42-dən 84 QC/saata (10-dan 20 Qkal/saatadək) qədər olduqda;
4-cü dərəcə - məhsuldarlığı 84 QC/saatdan (20 Qkal/saat) artıq olduqda.
Mürəkkəb çeşidli məmulat buraxan və müxtəlif istehsalat kooperasiyası olan sexə və sahəyə yuxarı ixtisaslı təminatçının rəhbərliyi altında xidmət və ya sadə çeşidli məmulat istehsal edən və məhdud istehsalat kooperasiyası olan sahələrə müstəqil xidmət. İş yerlərinin detal, yarımfabrikat, alət, iş naryadları və digər texniki sənədlərlə təmin edilməsi. Sahə üçün yarımfabrikat və tədarükün alınması. Hazır detalların anbara təhvil verilməsi. Digər sex və sahələrdə əməliyyatlararası emaldan keçən detalların təhvili və sayca qəbul edilməsi.
Bilməlidir: xidmət olunan sahələrin istehsalat tapşırığını və iş yerlərinin yüklənmə qrafikini; əsas detalların emalını; xidmət edilən sahədə emal olunan birləşmə və detalların çeşidini; detal və qoyulmuş sənədlərin uçotu qaydasını; detalların nəql edilməsi qaydasını.
Müxtəlif istehsalat kooperasiyası olan mürəkkəb çeşidli məmulatlar buraxan sahə və sexə xidmət. İş yerlərinin detallarla, yarımfabrikatlarla, alətlərlə, iş naryadları və texniki sənədlərlə növbə tapşırığında qoyulmuş tələblərə uyğun olaraq təmin edilməsi. Tədarük və yarımfabrikatların sahəyə qəbulu və hazır məhsulun anbara təhvil verilməsi. Növbə-gün istehsalat tapşırıqlarının hazırlanmasında, iştirak etmək, həmçinin yerinə yetirilən işlərin uçotunun aparılması.
Bilməlidir: xidmət olunan sahənin növbə-gün istehsalat tapşırığını və iş yerlərinin yüklənməsinin qrafikini; detalların emalının texnoloji ardıcıllığını; birləşmə və detalların çeşidini; onların saxlanılması və müəyyən olunmuş sənədlərin tərtibi qaydasını; ilkin ödəniş sənədlərinin tərtib edilməsi qaydasını.
Geniş çeşiddə və adda məsul və qiymətli detalların, mexanizm, birləşmələrin sahələrdə qəbulu, buraxılması və saxlanılması. İş yerlərinin məsul, qiymətli material, tədarük, yarımfabrikat, həmçinin vəsait, alət və texniki sənədlərlə təmin edilməsi. Uçot və hesabatın aparılması. Başa çatmamış istehsalın qalıqlarının çıxarılması. Detal və mexanizmlərin hərəkəti üzrə cədvəllərin tərtib edilməsi. Detal, mexanizm və birləşmələrin çatışmazlığı aşkar edildikdə aktların yığılması və tərtib edilməsi. Məmulat və birləşmələrin keçidinin qrafik üzrə uçotu.
Bilməlidir: detal və mexanizmlərin çeşidini və indekslərini; istifadə olunan alət və vəsaitin təyinatını; materialların növünü və markirovkasını; yığılmanın texnoloji ardıcıllığını; görülən işlərin uçotu qaydasını; ilkin sənədlərin qəbulu və tərtibi qaydasını; detal, mexanizm və birləşmələrin yığıcılardan qəbulu və saxlanılması qaydasını.
Yağ təmizləyici maşına xidmət. Yağın sentrifuqada təmizlənməsi və süzgəcdə süzülməsi. Yağın bir tutumdan digərinə yağ nasosu və vakuum qurğusunun köməyi ilə ötürülməsi. Süzgəc kağızının süzgəc presində dəyişdirilməsi. Ağardıcı torpağın qurudulması və yağın təmizlənməsi və regenerasiyası üçün sorbentlərin salınması. Yağ qablarının yuyulması və təmizlənməsi. Yağların durulducu ilə təmizlənməsi. Çənlərin və adsorberlərin regenerasiyadan sonra təmizlənməsi. İşlənilmiş yağın regenerasiyası, yağtəmizləyici maşınların sökülməsi, təmizlənməsi və yığılması işinin yüksək ixtisaslı regeneratorçunun rəhbərliyi altında yerinə yetirilməsi.
Bilməlidir: süzgəc presin sentrifuqasının quruluşu haqqında ümumi məlumatı; yağ nasoslarını; yağ yollarının sxemini; aparat və yağ təsərrüfatı avadanlığının yerləşməsini və təyinatını; avadanlığın idarə edilməsi qaydasını; sürtgü yağlarının növlərini; yolların təmizlənməsi, qurulması və regenerasiyasının təyin edilməsini; geniş yayılmış sadə vəsait və nəzarət-ölçü alətlərinin təyinatını və tətbiqi şərtlərini.
Ağardıcı torpaq, ammiak, silikagel və oksidlə aktivləşdirilmiş alüminiumla işlənilmiş yağın regenerasiyaşı. Doldurulmuş buks materialının regenerasiyası. Məhsul qalığının yağtəmizləyici maşın və vakuum altında buxarla təmizlənməsi və qurudulması. Yağın təmizlənməsi və regenerasiyası prosesinin gedişinə nəzarət. Yağın təhlili üçün nümunənin seçilməsi. Yağın vəziyyətinin rəngə və iyə görə müəyyənləşdirilməsi. Yağtəmizləyici maşın, sentrifuqa, filtr-preslərin, aparatların və digər xidmət olunan avadanlığın sökülməsi, təmizlənməsi, yığılması və cari təmiri.
Bilməlidir: yağtəmizləyici avadanlığın iş prinsipini; yağ və doldurucu buks materialının təmizlənməsi və regenerasiyasının əsas metodlarını; istifadə olunan sorbentlərin və aktivatorların xüsusiyyətini; universal və xüsusi vəsaitin təyinatını və tətbiqi şərtlərini; nəzarət-ölçü alətinin təyinatını.
İşlənilmiş yağların regenerasiyası və dəqiq təmizlənməsi. Hərəkət heyətinin buksu üçün döşəməsilən şotkaların və sürtgü materiallarının regenerasiyası. Asetonun buxarlandırma metodu ilə regenerasiyası. Yağların çirklənməsi və köhnəlmə dərəcəsindən asılı olaraq avadanlıqların sxeminin və lazımi materialların seçilməsi və yağların təmizlənməsi və regenerasiyası rejiminin seçilməsi. Silikagelin, aktiv alüminium oksidinin aparatlara doldurulmaqdan əvvəl qurudulması rejiminin müəyyənləşdirilməsi. Təhlil etmədən yağların keyfiyyətinin müəyyənləşdirilməsi. Yağların qısaldılmış fiziki-kimyəvi təhlilinin aparılması. Yağların bərpası dərəcəsinin müəyyənləşdirilməsi. Elektrik gərginliyinin altında işləyən aparatlarda yağın təmizlənməsi. Vakuumlu sentrifuqada yağların tərkib hissələrə ayrılması. Yağın su ilə yuyulması. Yağın buxarla qızdırılması və onun vakuum altında qurudulması. Transformator yağının nümunəsinin sınaqdan keçirilməsi. Yağtəmizləyici maşın və aparatın işə salınması və sazlanması, onların təmirində iştirak etmək.
Bilməlidir: yağtəmizləyici avadanlıq və aparatların quruluşunu; yağların əsas fiziki və kimyəvi xüsusiyyətlərini və onların tətbiqi sahəsini; yağların regenerasiya və təmizlənməsi metodlarını; yağların stabilləşdirilməsi və qarışdırılması üsullarını; xüsusi və universal vəsaitlərin quruluşunu və nəzarət-ölçü cihazlarını; yağ yollarının sxemini və avadanlıqların əsas hissələrinin qarşılıqlı əlaqəsini; yağların köhnəlməsinin əsas əlamətlərini; hərəkət heyətinin buksu üçün istifadə olunan döşəməsilən şotkaların və sürtgü materiallarının regenerasiya üsullarını və təyinatını.
Maşın, mexanizm, mühərrik, aqreqat, avtomobil, traktor və digər avadanlıq və maşın hissələrinin təyin olunmuş vaxt ərzində yağlanması. Reduktor və qutuların, lubrikatorların və avtomatik hərəkət edən cihazların təzyiq altında yağlanması üçün sürtgü materiallarının dəyişdirilməsi və doldurulması. Yağların yağ qabına tökülməsi, işlənmiş yağların təmizlənmək üçün yığılması. Transmissiya vallarının toz və çirkabdan təmizlənməsi.
Bilməlidir: xidmət olunan avadanlığın sahədə yerləşməsini; yağlanmalı olan hərəkətedici hissələri; sürtgü materiallarının növü, çeşidi və təyinatını; xidmət olunan avadanlıq və maşınların yağ yollarının sxemini; maşın və avadanlıqların yağlanması və təmizlənməsi qaydası, müddəti və dövrlülüyünü; avadanlığın hərəkət edən hissələrinə qalxmaq üçün pilləkən, nərdivan və digər vasitələrin qurulması üsullarını; yağlama, təmizləmə və yuyulmada istifadə edilən sadə alət və vəsaitlərin təyinatını.
Avadanlıq, cihaz və aparatların hərəkət edən mexanizmlərinin müəyyən edilmiş müddətdə tənzimlənməsi və yağlanması. Xidmət olunan sahədə və ya sexdə yağ yolları sisteminin saz vəziyyətdə saxlanılmasına nəzarət. Vaqon bukslarının və digər hərəkət heyəti detallarının baxışı, doldurulması və yağlanması. Yararsız yağ qablarının dəyişdirilməsi və yağ yollarında olan defektlərin aradan qaldırılması, sürtgü materiallarının xüsusiyyətindən və təyinatından asılı olaraq seçilməsi. Sürtgü və yağlayıcı materialın alınması, saxlanılması və uçotu.
Bilməlidir: yağ yollarının, yağlanılan qurğuların sxemini və bütün avadanlıqların yağlanılması dövrlüyünü; sürtgü yağlarının tərkibi və xüsusiyyətlərini; yağlama sisteminin növlərini-halqavarı, təzyiq altında, doldurulmuş; yağ nasoslarının, filtrlərinin quruluşunu və onların tənzimlənməsi qaydasını; sürtgü yağlarının saxlanılması və uçotu qaydalarını; işlənmiş yağların regenerasiyası haqqında əsas məlumatları.
Qiymətli, məsul, nadir avadanlıq, aparat və mexanizmlərin hərəkət hissələrinin mürəkkəb vəsait və cihazların köməyi ilə yağlanması.
Avadanlıqların əl çata bilməyən yerlərinin işlədiyi vaxt yağlanması. Yağların yararlığının istismar tələblərinə uyğun olaraq laboratoriya təhlilinin yekunlarına əsasən müəyyənləşdirilməsi. Sürtgü materiallarının xüsusiyyətlərinə və təyinatına əsasən seçilməsi. Rezervuarların, avtomatik və əl stansiyalarının qatı və maye sürtgü materialları ilə doldurulması.
Bilməlidir: yağlamanın montaj sxeminin növlərini; yarımavtomat və avtomat yağlama aparaturasının quruluşunu; avadanlıqların növünə müvafiq olaraq yağların keyfiyyətinə qoyulan texniki şərtləri; istismar olunan yağların nümunəsinin götürülməsi qaydasını; laboratoriyada yağların kimyəvi təhlilini.
Köpüklü, tozlu, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərinin yoxlanılması, təmiri, doldurulması və təkrar doldurulması üzrə hazırlıq işlərinin yerinə yetirilməsi. Yanğınsöndürənlərin qəbulu, ilkin baxışın aparılması boşaldılması, balonların təmizlənməsi və yuyulması, onların rənglənməsi və sınağa hazırlanması. Maddələrlə dolu kolbaların və qutuların açılması və onların qablaşdırılması, qablaşdırma materiallarından təmizlənməsi. Yanğınsöndürənləri doldurmaq üçün məhlulların hazırlanması. Korpusların hidravlik sınaqdan keçirilməsi, doldurulması və nasaz yanğınsöndürənlərin çıxdaş edilməsi, daha yüksək ixtisaslı yanğınsöndürən doldurucusunun rəhbərliyi altında balonların, armaturaların və qoruyucu mexanizmlərin təmiri.
Bilməlidir: müxtəlif tipli köpük, toz, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərin iş prinsipini; yanğınsöndürənlərin sınağı və doldurulması zamanı alətlərin və ölçü cihazlarının təyinatı və tətbiqi qaydalarını; kimyəvi maddələrin xassələrini; onların daşınma və saxlanma qaydalarını; yanğınsöndürənlərin boşaldılması və doldurulması, korpusların və armaturanın rənglənməsi və təmiri üsullarını.
Köpüklü, tozlu, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərin doldurulması və təkrar doldurulması. Doldurma keyfiyyətinin, armatura və qoruyucu mexanizmlərdə sazlığının yoxlanılması. Korpusların hidravlik sınağı, balonların, armaturanın və qoruyucu mexanizmlərin təmiri, nasaz yanğınsöndürənlərin çıxdaş edilməsi. Doldurulmuş yanğınsöndürənlərin hesabının (uçotunun) aparılması və lazımi sənədlərin hazırlanması. Yanğınsöndürənləri doldurarkən və sınaqdan keçirərkən doldurma stansiyası avadanlığına, kompressorlara və cihazlara xidmət. Xidmət olunan avadanlığın cari təmiri və daha mürəkkəb təmirlərdə iştirak.
Bilməlidir: müxtəlif tipli köpük, toz, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərinin quruluşunu; yanğınsöndürənlərin doldurma maddələrinə daxil olan komponentlərin kimyəvi tərkibi və xassələrini; balonların korpuslarının, ventillərin və qoruyucu mexanizmlərin yoxlanılması və sınaqdan keçirilmə qaydalarını; yanğınsöndürənlərin nəql edilmə (daşınma) şərtlərini; doldurma stansiyalarının tiplərini; yanğınsöndürənlərin doldurulmasında tətbiq edilən aparat və cihazların iş prinsipini; doldurulmuş yanğınsöndürənlərə texniki sənədlərin hazırlanması qaydasını.
Avtomobil, motonəqliyyat, traktor, gəmi və digər nəqliyyat vasitələrinin, müxtəlif qurğuların əl ilə və yanacaq paylaşdırıcı kolonkaların köməyi ilə yanacaq və sürtgü materialları - benzin, kerosin, yağ və s. ilə doldurulması. Bu materialların nəqliyyat vasitələrinin sürücülərinə buraxılması. Şinlərdə havanın təzyiqinin yoxlanılması. Neft məhsullarının kiçik qablarda buraxılması. Ehtiyat hissələrinin satılması. Neft məhsullarının və sürtgü materiallarının qəbulu. Laboratoriya təhlillərinin keçirilməsi üçün nümunələrin götürülməsi. Qəbul edilən və satılan məhsullar üzrə sənədlərin tərtib edilməsi. Növbə ərzində hesabatın aparılması.
Bilməlidir: doldurucu avadanlığın iş prinsipini; neft məhsullarının təyinatını və xarici fərqlərini; satılan neft məhsullarının adı, markası və növünü, nəzarət-ölçü cihazlarının tətbiqi şərtlərini; qəbul edilən və satılan neft məhsulları üzrə sənədlərin tərtibi qaydalarını; neft məhsullarının saxlanılması və buraxılması qaydalarını.
Avtomobil, motonəqliyyat, traktor, uçuş aparatların, gəmilərin və digər nəqliyyat vasitələrinin mexaniki və yarım avtomat vasitələrin köməyi ilə yanacaq və sürtgü materialları - benzin, kerosin, yağ və s. ilə doldurulması. Məhsuldarlığı dəqiqədə 500 l-ə qədər olan hərəkətedici doldurma vasitələri ilə uçuş aparatlarının doldurulması. Suyun radiatora doldurulması və mühərrik mayesinin süzülməsi. Avadanlığın təmiri üzrə sifarişlərin təqdim edilməsi və onların təmirdən sonra qəbulu. Neft məhsullarının doldurma məntəqəsinə daşınması üzrə sifarişlərin təqdim edilməsi. Maddi-hesabat sənədlərinin aparılması. Ölçü cihazları və aparatlarının yoxlanılması müddətinə nəzarət. Xidmət olunan avadanlığın xırda, nasazlıqlarının aradan qaldırılması, təmizlənməsi və yağlanması.
Bilməlidir: xidmət olunan doldurucu avadanlığın, nəzarət-ölçü cihazlarının quruluşunu; neft məhsullarının fiziki və kimyəvi xüsusiyyətlərini; qış və yay vaxtlarında istifadə edilən bütün neft məhsullarının adı, markası və növlərini; sifariş və maddi-hesabat sənədlərinin tərtib edilməsi qaydalarını; ölçü cihazları və aparatlarının yoxlanılması müddətini.
Avtomobil, motonəqliyyat, traktor, uçuş aparatlarının, gəmilərin və digər nəqliyyat vasitələrinin distansion idarə edilməklə avtomat və mexaniki vasitələrin köməyi ilə yanacaq və sürtgü materialları - benzin, kerosin, yağ və s. ilə doldurulması. Məhsuldarlığı dəqiqədə 500 l-dən yuxan olan səyyar doldurma vasitələri ilə uçuş aparatlarının doldurulması. Yanacaq və yağ bölüşdürücü avadanlıqların, idarəetmə avtomatlarının və elektrik paylayıcı lövhələrin sazlığının yoxlanılması. Yanacaq paylayıcı kolonkaların və ölçü qurğularının yoxlanışa təqdim etmə müddətinə nəzarət etmək. Avadanlığın təmirə verilməsi üzrə sifarişləri tərtib edir və onları təmirdən sonra qəbul edir. Səyyar avtodoldurucu stansiyaların qidalandırma mənbəyinə birləşdirilməsi, daxiliyanma mühərrikli benzin elektrik aqreqatının, generatorun və elektrik lövhəsinin işçi vəziyyətinə gətirilməsi. Doldurma vasitələrinin distansion idarə edilməsi avtomatında xırda nasazlıqların aradan qaldırılması.
Bilməlidir: rezervuar, texnoloji boru kəmərlərinin, yanacaq paylayıcı avadanlıqların və elektron-avtomat idarəetmə sisteminin istismar qaydalarını; uçuş aparatların yanacaq və yağ sistemlərinin sxemini; təyyarələrin mərkəzi doldurma sisteminin istismar qaydasını; aviasiya yanacaq-sürtgü materiallarının tərkibindəki suyun və mexaniki qatışıqların avtomatik və kimyəvi metodla müəyyən edilməsinin və onların keyfiyyətinə operativ-aerodrom nəzarətinin aparılması qaydalarını; səyyar avtomobil doldurma stansiyasının avadanlıqlarının texniki istismar qaydalarını.
Səyyar avtomobil doldurma stansiyasının iş yerində qurulması və elektrik qidalandırıcısı ilə birləşdirilməsi qaydasını; daxiliyanma mühərrikinin hazırlanma və işə salınma qaydalarını.
İnformasiyaların, aparat blokunun və perforatorun işə salınmasının və əks etdirmənin elektron qurğulu kredit kartları üzrə yanacaq və sürtgü materialları ilə doldurulmasının avtomat sistemə xidmət edilməsi. Avtomobil doldurma kolonkalarının buraxdığı yanacağın dəqiqliyinin yoxlanılması və nəzarət. Tabloda verilən informasiyanın, perfolentdəki yazının düzgünlüyünə nəzarət. Perfolentin informasiyadan çıxarılması, kasetlərin dəyişdiriləsi, blok yaddaşında yazının aparılması. İş prosesində xidmət olunan avadanlığın sazlanması, təmirdə iştirak etmək və sistemin nasaz hissələrinin və birləşmələrinin dəyişdirilməsi.
Bilməlidir: kredit kartları üzrə neft məhsullarının buraxılmasının avtomat sisteminin istismarının konstruksiyası və istismarı qaydalarını; blokun yaddaşına salmaq üçün informasiyanın hazırlanması və daxil olmasının əsas metodlarını; nəqliyyat vasitələrinin kredit kartları üzrə doldurulma prosesinin aparılması ardıcıllığını; neft məhsullarının kredit kartları üzrə buraxılması və ödənilməsi haqqında təlimatı.
Müxtəlif növ hazır yapışqanlardan: dekstrin, kazein, silikat, xarrat və s. antiseptiklərdən istifadə etməklə yapışqan məhlulunun isladılması, bişirilməsi, həll edilməsi. Yapışqan məhlulundan ibarət komponentlərin gətirilməsi, xırdalanması, doldurub boşaldılması, ələkdən keçirilməsi və qarışdırılması. Yapışqan məhlullarının hazır olmasının müəyyənləşdirilməsi. Hazır yapışqan məhlullarının isidilib qablara tökülməsi. Qazanların, bakların vannaların, yapışqan bişirilən qabların və yapışqan məhlulu bişirmək üçün istifadə olunan başqa inventarın təmizlənib yuyulması.
Bilməlidir: yapışqan məhlullarının hazırlanma qaydalarını; yapışqan məhlullarını hazırlayıb bişirmək üçün olan avadanlığın quruluşu və iş prinsipi haqqında əsas məlumatları.
Hazır yapışqanlardan soyuq yaxud isti üsulla müxtəlif növ yapışqan məhlullarının hazırlanması. Yapışqan maddələrinin emalı üçün resept və rejimlərin seçilməsi. Seçilmiş rejimə müvafiq temperaturun tənzimlənməsi. Ayrı-ayrı komponentlər əlavə etməklə qatılığın tənzimlənməsi. Areometr və yaxud yapışqanlığı ölçənlə məhlulda qatılığın yoxlanılması. Hazır məhlulun istehsala verilməsi. Yapışqan məhlullarını hazırlamaq üçün materialların yararlığının müəyyənləşdirilməsi. Yapışqanların zahiri əlamətlərə görə növləşdirilməsi.
Bilməlidir: yapışqan məhlullarının reseptini; yapışqan məhlullarının hazırlanma qaydalarını və bişirilmə rejimlərini; yapışqan maddələrinin və yapışqan məhlullarının xüsusiyyətlərini; yapışqan məhlullarını əmələ gətirən ilkin materiallara, habelə yapışdırılan məmulatların strukturundan və təyinatından asılı olaraq yapışqan məhlullarına verilən tələbləri; qazanlarını, bakların, vannaların, yapışqan bişirilən qabların quruluşunu; temperaturu və siqnalizasiyanı tənzimləyən, nəzarət edən cihazların təyinatını və istifadə qaydalarını.
Hazır yapışqanlardan (sintetik qatranlardan olan yapışqanlardan başqa) müxtəlif növ və təyinatlı yapışqan məhlullarının hazırlanması. Yapışqan məhlullarının təzyiq altında bişirilməsi prosesinin aparılması. Hazırlanan yapışqanların və yapışqan məhlullarının yapışqanlı plyonkanın özlülüyə, yapışqanlığa, bərkliyə yoxlanılması. Yapışqanın aqreqat vannalarına tökülməsi. Aqreqat vannalarında yapışqanın tələb olunan konsistensiyasının saxlanılması. Xammal və materialların ölçülməsi. Hazırlanmış yapışqanın boşaldılıb təhvil verilməsi. Yapışqanın bişirilmə prosesinin müşahidə edilməsi və hazır olduğunun müəyyənləşdirilməsi. Daha yüksək ixtisaslı yapışqan bişirənin rəhbərliyi ilə bitum-kanifollu və yapışdırıcı emulsiyaların hazırlanması üçün texnoloji prosesin aparılması. Yapışqan materiallarının və məhlullarının saxlanılması və istifadəsinə nəzarət.
Bilməlidir: təzyiq altında işləyən yapışqan bişirilən qazanların quruluşunu; yapışqan materiallarına dövlət standartlarını və texniki şərtləri; xidmət etdiyi avadanlığın quruluşunu; yapışqanların və yapışqan məhlullarının, yapışqanlı plyonkanın özlülüyə, yapışqanlığa, bərkliyə yoxlanılması üsullarını; yapışqanların və yapışqan məhlullarının təyinatından asılı olaraq növlərini; müxtəlif yapışqanların, yapışqan materialların, məhlul və emulsiyaların saxlanılma və istifadə qaydalarını.
Verilmiş rejimə müvafiq olaraq yapışqan bişirilən qazanlarda və reaktorlarda müxtəlif növlü və təyinatlı sintetik qatranlardan yapışqanın hazırlanması və bişirilməsi. Komponentlərin (sidik cövhəri, formalin, etilenqlikol, aşındırıcı natrium, ammonyakın) dozalaşdırılması. Bitum-kanifollu və yapışdırıcı emulsiyaların hazırlanmasında texnoloji prosesin aparılması. Yapışqanın hazırlanmasında texnoloji prosesin nəzarət-ölçü cihazlarının vasitəsi ilə tənzimlənməsi. Yapışqanın, qatranın və emulsiyanın bişirilmə prosesinə nəzarət. Hazırlanmış yapışqanın yapışqan plyonkasının özlülüyə, yapışqanlığa və bərkliyə yoxlanılması, su ilə sürtülmə qabiliyyətinin sınaqdan keçirilməsi. Hazır emulsiyaları saxlamaq üçün baklara boşaldılması.
Bilməlidir: maddələrin fiziki-kimyəvi və texnoloji xüsusiyyətlərini, yapışqan və emulsiyanın hazırlanması reseptini və üsullarını; xidmət etdiyi avadanlığın, aparat və kommunikasiyaların quruluşunu və iş prinsipini; nəzarət-ölçü cihazlarının quruluşu və təyinatını və onlardan istifadə qaydalarını; sınaqdan keçirmə üsulunu; yapışqanın və əhəngin saxlanılma qaydalarını; hazır məhsulun keyfiyyətinə tələbləri.
İstehsalat sahələrində, tikinti meydançalarında, anbar, baza və s. yardımçı və köməkçi işlərin yerinə yetirilməsi. Ehtiyatlı olmağı tələb etməyən (rulon materialların, parketin, yeşik, çəllək, karton, kağız, faner, mişar materialların və s.) yüklərin yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqla daşınması və ştabelə yığılması. Toz şəklində olmayan tökülən materialların (çınqılın, qumun, şlakın, kömürün, zibilin, taxta kəpəyinin, metal qırıntılarının və digər istehsalat tullantılarının) yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqlarla daşınması və yığılması. Ərazinin, yolların, yeraltı yolların təmizlənməsi. Sexlərin, tikinti meydançalarının və sanitar-məişət binalarının yığışdırılması. Döşəmənin, pəncərə, tara, qab, detal və məmulatların yuyulması.
Bilməlidir: yüklərin yüklənməsi və nəql edilməsi norma və qaydalarını; taraların quruluşunu və daşman yüklərin bərkidilməsi üsullarını.
Ehtiyatlı olmağı tələb edən yüklərin (şüşənin, yanğın təhlükəli və zəhərli maye ilə doldurulmuş butulkaların və s.) toz şəkilli materialların (sementin, üyüdülmüş əhəngin, gipsin və s.) əl ilə və arabacığın köməyi ilə daşınması, yüklənməsi və boşaldılması. Bütün növ yüklərin əl arabası və at arabasında daşınması. Təkər cütlərinin yonulmaq üçün dəzgahlara, hərəkət arabacıqlarının lokomotiv və vaqonlara diyirlədib gətirilməsi.
Bilməlidir: ehtiyatlı olmağı tələb edən yüklərin və tozşəkilli materialların yüklənməsi, boşaldılması, yerdəyişməsi və qoyulması üsullarını; qəbul-təhvil sənədlərinin tərtib edilməsi qaydasını; yüklərin növləşdirilməsi qaydalarını.
Sadə ağac məmulatı və konstruksiyaların, müxtəlif material və parçaların yanğından mühafizə tərkibli məhlulla fırça ilə və vannada və ya rəng pultlarının və püskürücülərin köməyi ilə örtülməsi. Müxtəlif ağac məmulatlarının və konstruksiyaların, material və parçaların yanğından mühafizə emalı üçün hazırlıq işlərinin yerinə yetirilməsi. Verilmiş reseptura üzrə yanğından mühafizə tərkibli məhlulların hazırlanması. Daha yüksək ixtisaslı hopdurucunun rəhbərliyi altında mürəkkəb hopdurucu işlərinin yerinə yetirilməsində iştirak etmək.
Bilməlidir: taxta məmulatların və konstruksiyaların, material və parçaların yanğından mühafizə tərkibi ilə hopdurulması haqqında ümumi məlumatı; zəhərli kimyəvi maddələr, tərkib və qatışıqlarla işləmək qaydasını; yanğından mühafizə tərkiblərinin hazırlanması və saxlanılması şərtlərini; yanğından mühafizə tərkiblərinin taxta məmulatlara və konstruksiyalara, material və parçalara hopdurulması qaydasını və üsullarını.
Mürəkkəb və əhəmiyyətli taxta məmulatlar və konstruksiyalar, qiymətli material və parçaların, teatr dekorasiyalarının, bədii lövhə və maketlər, kanatlar üçün üzvi yayların yanğından mühafizə tərkibləri ilə emalı və örtülməsi. Müxtəlif yanğından mühafizə tərkibləri və qatışıqların hazırlanması. Hopdurucu materialların nümunələrinin hazırlanması və onların yanğına davamlılığının yoxlanılması. Mexaniki üsullarla qatışıqların hazırlanması və hopdurma işlərində mexanizmlərin idarə edilməsi. Görülən işlərin, sərf edilən materialların və kimyəvi maddələrin uçotu. Xidmət edilən avadanlıqların cari təmiri, orta və əsaslı təmirdə iştirak etmək.
Bilməlidir: mürəkkəb taxta məmulatlar və konstruksiyaların, qiymətli material və parçaların, teatr dekorasiyalarının, bədii lövhə və maketlərin, kanatlar üçün üzvi yayların yanğından mühafizə tərkibləri ilə hopdurulması qaydalarını; zəhərli və kimyəvi maddələrin əsas xüsusiyyətlərini; onlarla iş qaydasını; yanğından mühafizə qatışıq və məhlullarının texniki şərtlərini və dövlət standartlarını; yanğından mühafizə məhlullarının hazırlanmasında işlənilən avadanlıqların iş prinsipini; kimyəvi maddələrin və materialların sərfinin uçotu qaydasını və onların yerinə yetirilməsi üzrə texniki sənədləşdirmənin tərtib edilməsi.
Xüsusi qiymətli bədii teatr dekorasiyalarının, rəsm (lövhə), panno və digər sənət əsərlərinin yanğından mühafizə tərkibi ilə örtülməsi və emalı. Reagentlərin işlənib hazırlanması və daha əhəmiyyətli hopdurucular üçün tərkiblərin hazırlanması. Nümunənin seçilməsi və tətbiq edilən qatışıq və məhlulların keyfiyyətinin yoxlanılması. Kimyəvi maddələrin seçilməsi və bir-biri ilə əvəz edilməsi.
Bilməlidir: qiymətli bədii teatr dekorasiyalarının, rəsm (lövhə), panno və digər sənət əsərlərinin yanğından mühafizə hopdurucusu ilə hopdurulması qaydası və texnologiyasını, zəhərli və kimyəvi maddələrin xüsusiyyətlərini, onlarla davranış qaydasını; yanğından mühafizə hopdurucusunun texniki şərtlərini və dövlət standartlarının; material və kimyəvi maddələrin sərfi uçotun və yerinə yetirilən işlər üzrə texniki sənədləşdirmənin tərtib edilməsi qaydalarını; qatışıq və məhlulların hazırlanmasında istifadə edilən avadanlıqların quruluşunu.
Ayrı-ayrı hissələri, detal və birləşmələri çıxarmadan maşın və avadanlıqların əl aləti və vəsaitdən istifadə etməklə yuyulması və dezinfeksiyası. Xammal, material, detal, tara, məmulat və yarımfabrikatın vannalarda su, kerosin, benzin, aseton, qələvi, turşu və digər məhlullarla yuyulması. Yüksək konsentratlı olmayan müxtəlif turşulu və qələvili yuyucu məhlulların hazırlanması. Yuyucu məhlulların doldurulması və boşaldılması, yuma prosesində material, detal, tara, məmulat və digər əşyaların yüklənib-boşaldılması. İş yerinin, avadanlığın və köməkçi inventarın yuyulma prosesində hazırlanması. Əşyaların qabaqcadan silinmə, çırpılma, qaşınma ilə təmizlənməsi, buxar, dezinfeksiya maddələri və əridicilərlə emalı. Detal və məmulat səthlərinin yağsızlandırılması. Detal və məmulatların sortlaşdırılması, markirovkası və qablaşdırılması.
Bilməlidir: əl alətinin, inventarın və vəsaitlərin təyinatını; yuyulma qaydalarını və yuma keyfiyyətinə qoyulan tələbləri; yuyucu məhlulların hazırlanması və onlarla rəftar qaydalarını; istifadə edilən məhlul və əridicilərin xüsusiyyətlərini; yuyulacaq əşyaların əvvəlcədən təmizlənməsi üsullarını; markirovka qaydalarını; detal və məmulatların qablaşdırılması qaydasını.
Maşın və avadanlıqların ayn-ayrı hissələrinin, detal, birləşmələrinin çıxarılması ilə iri ölçülü birləşmələrin və hərəkət heyətinin detallarının, kimyəvi qabların, metalların, həmçinin asanlıqla sınan və formasını asanlıqla dəyişə bilən məmulatların maşın və müxtəlif konstruksiyalı aparatlardan istifadə etməklə yuyulması, dezinfeksiyası və sterilizə etdirilməsi. Filtr lövhələrinin, manjet, kisə və torların yuyulması və hopdurulması və yuyulduqdan sonra sıxılması, buxara verilməsi, qurudulması, üfürülməsi və növbələnməsi.
Əşyaların hava ilə, su ilə və ya məhlullarla təzyiq altında yuyulması üçün emalı.
Bilməlidir: xidmət edilən yuyucu maşınların və avadanlığın iş prinsipini; yumaya və dezinfeksiyaya qoyulan tələbləri; məhlulların hazırlanması üsullarını; yuma rejimini; məhlulların konsentrasiyasının dəyişilməsi və onların yuyulma prosesində ardıcıllığını; yuyucu və dezinfeksiyalaşdırıcı vasitələrin tərkibi, xüsusiyyətləri və dozalaşma qaydalarını.
Əsas maşın və avadanlıqların ayrı-ayrı hissələrinin, detal və birləşmələrinin çıxarılaraq yuyulması, dezinfeksiyası və sterilizə edilməsi, həmçinin bakların, balonların, sistern və digər xüsusi taraların yuyucu avtomat maşınlarında yuyulması. Çirkləndirici qalıq maddələrin qabaqcadan təhlili, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsi. Yuyucu məhlulun reseptinin seçilməsi. Qalıq maddələrinin neytrallaşdırılması. Maşın və avadanlıqların cari təmiri və sazlanması.
Bilməlidir: müxtəlif növ maşın və avadanlığın quruluşu və sazlanması qaydasını; yuyucu məhlulların keyfiyyət və kəmiyyət tərkibinin müəyyənləşdirilməsi ilə əlaqədar hesablamaları; yuyucu məhlulların kimyəvi xüsusiyyətlərini.
Axınlı-konveyer xəttində birləşmiş maşın avtomatlarda müxtəlif aparat, detal və birləşmələrin, maşın və avadanlıqların yuyulması prosesinin aparılması. Avtomat maşınlar sisteminin idarə pultunun işə salınması. Nəzarət-ölçü cihazlarının, idarə pultunun avtomat sisteminin göstəricilərinə əsasən maşınların iş rejiminin tənzimlənməsi. Vibroqidalandırıcının və qidalandırıcı sistemin tənzimlənməsi. Avtomatların işində olan kənarlaşma hallarının aşkar edilməsi və aradan qaldırılması və avtomatik sazlanmasında iştirak etmək.
Bilməlidir: xidmət edilən maşın-avtomatların quruluşunu və konstruktiv xüsusiyyətlərini; avtomatın ayrı-ayrı birləşmələrinin qarşılıqlı əlaqələnmə prinsipi və idarə pultunun avtomat cihazların göstəricilərinə əsasən maşının iş rejiminin tənzimlənməsi, yuyucu məhlulların kimyəvi xüsusiyyətlərini; müxtəlif növ yuyucu maşınların və avadanlığın sazlanması qaydalarını.
Arabacıqlarda və digər nəqliyyat vasitələrində, həmçinin trosların köməyi ilə müxtəlif istehsalat yüklərinin: xammal, yarımfabrikat, detal, məmulat, alət, cihaz və s. daşınması. Yüklərin anbara aparılması və təhvil-qəbul sənədlərinin tərtib edilməsi. Kimyəvi maddələrin və boyaqların tərəziyə gətirilməsi. Digər sex və sahələrdə əməliyyatlararası emaldan keçən yarımfabrikat, detal, məmulatların verilməsi və qəbulu. Nəql ediləcək yüklərin yerləşdirilməsi və çeşidlənməsi.
Bilməlidir: daşınmalı və aparılmalı olan yüklərin adlarını: xidmət edilən sahələrin istehsalat tapşırığını və iş yerlərinin yüklənməsi qrafikini; material, detal, birləşmə və s. emalının texnoloji ardıcıllığını; yüklərin yüklənməsi və nəql edilməsi qaydalarını; yüklərin qablaşdırılması üsullarını; daşınan yüklərin bərkidilməsi üsullarını; taraların quruluşunu; təhvil-qəbul sənədlərinin tərtib etmə qaydasını.
Müxtəlif istehsalat yüklərinin: xammal, material, yarımfabrikat, detal, məmulat, alət, cihaz və s. ehtiyatlılıq tələb edən yüklərin, yanğın və partlayış təhlükəli maddələrin əl ilə və ya arabacıqlarla və digər nəqliyyat vasitələrində iş yerinə daşınması. Yüklərin anbara gətirilməsi, təhvil verilməsi üzrə qəbul-təhvil sənədlərinin tərtib edilməsi.
Bilməlidir: daşınan yüklərin adlarını; material, detal və birləşmələrin emalının texnoloji ardıcıllığını; zərərli, yanğın və partlayış təhlükəli maddələrin nəql edilmə qaydasını, onların yerləşdirilməsi üsullarını; qəbul-təhvil sənədlərinin tərtib etmə qaydasını.
Əl ilə və arabacıqlar və digər nəqliyyat vasitəsi ilə iş yerinə monumental, bədii, heykəltəraşlıq əsərlərinin, nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərinin, xüsusi ehtiyatlılıq tələb edən yüklərin daşınması.
Bilməlidir: məmulatların daşınması, partlayış təhlükəli maddələrin yerləşdirilməsi qaydalarını; təhvil-qəbul sənədlərinin tərtib edilmə qaydasını.
Traktora yükvuran və yükboşaldanların, vaqona yükvuran və yükboşaldanların, bütün xüsusi yüktutma mexanizmlərin və qurğuların daha yüksək ixtisaslı sürücünün rəhbərliyi altında idarə olunması. Müxtəlif yüklərin yüklənməsi, boşaldılması, yerləşdirilməsi və ştabellərə yığılması; Yükləmə-boşaltma və yüktutma mexanizmlərinin və qurğuların planlı-xəbərdarlıq təmirində iştirak.
Bilməlidir: xidmət olunan yükvuranların və yükboşaldan mexanizmlərin və onların aqreqatlarının quruluşu haqqında əsas məlumatları; onların istismarı, montajı, işə salınması, sürülüb yoxlanılmasının tənzimlənməsi üzrə təlimatı; yağların və sürtgü materiallarının xassələrini; nasazlıqların səbəblərini və onların aradan götürülmə metodlarını.
Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi və ştabellərə yığılmasında akkumulyatorlu yükvuranların və bütün xüsusi mexanizmlərin və qurğuların idarə olunması. Yükvuranın və bütün mexanizmlərinin cari təmiri və texniki xidməti. Yükvuranın və onun mexanizmlərinin işində nasazlıqların müəyyənləşdirilməsi və onların ləğv edilməsi, çıxarıla bilən qurğu və mexanizmlərin qurulması və dəyişdirilməsi. Yükvurma və yüktutma mexanizm və qurğuların planlı-xəbərdarlıq təmirinin aparılmasında iştirak. Akkumulyatorun doldurulması.
Bilməlidir: akkumulyatorlu yükvuranın quruluşunu; bütün nəqliyyat növlərində yüklərin yüklənib boşaldılması üsullarını; yerdəyişmə və yığılma qaydalarını; yol hərəkəti, müəssisəsinin ərazisi, stansiyaya yaxın yollar üzrə hərəkət qaydalarını və siqnalizasiyasını; elektrotexnika üzrə elementar məlumatları.
73,5 kVt (100 a.g.) gücə malik traktora yükvuranın, vaqona yükvuranların, vaqondan yükboşaldanın və bütün yüktutma mexanizminin və qurğuların idarə olunması. Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişmə və ştabellərə yığılması. Yükvuranın və onun bütün mexanizminin cari təmiri və texniki xidmət. Yükvuranın işindəki nasazlıqların müəyyən edilməsi. Çıxarıla bilən yüktutma qurğu və mexanizmlərin qurulması və dəyişdirilməsi. Yükvurma və yüktutma mexanizminin və qurğunun planlı-xəbərdarlıq təmirinin aparılmasında iştirak.
Bilməlidir: yükvuranın və akkumulyator batareyalarının quruluşunu, yüklərin bütün nəqliyyat növlərində yükləmə və boşaltma üsullarını; yüklərin qaldırılma, yerdəyişmə və yığılma qaydalarını; yol hərəkəti, müəssisə ərazisində və stansiyaya yaxın yollarda hərəkət qaydalarını və qoyulmuş siqnalizasiyanı; istifadə olunan yanacaq və sürtgü materiallarının növlərini; akkumulyator istehsalında əsas materialların adlarını; turşu, qələvilərin saxlanma və onlardan istifadə qaydalarını.
5-ci dərəcə: 73,5 kVt-dan artıq (100 a.g.-dən artıq) gücə malik traktor yükvuranda işlədikdə və buldozer, skreper, ekskavator və başqa maşınlar kimi istifadə edərək 147 kVt-dək (200 a.g.-dək) olan yükvuranda işlədikdə.
6-cı dərəcə: 147 kVt-dan (200 at gücündən) artıq gücü olan yükvuranda işlədikdə və ondan buldozer, ekskavator və digər maşın kimi istifadə etdikdə.
Pnevmatik yükləyici-boşaldıcı maşının kameralı qurğularının idarə edilməsi, işə salınması və dayandırılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən pnevmatik yükləyici-boşaldıcının kameralı qurğu mexanizmlərinin işində olan defektlərin aşkar edilməsi və aradan qaldırılması. Yükləyici-boşaldıcı mexanizmlərinin planlı-xəbərdarlıqlı təmirində iştirak etmək.
Bilməlidir: pnevmatik yükləyici-boşaldıcı maşının kameralı qurğusunun quruluşunu; nəzarət-ölçü alət və vəsaitlərinin quruluşunu; təyinatını və tətbiqi şərtlərini; yükləyici-boşaldıcının kameralı qurğusunun təmiri qaydalarını.
Hidravlik yükləyici-boşaldıcının güc qurğularının idarə edilməsi, işə salınması və dayandırılması. Pnevmatik və hidravlik yükləyici boşaldıcının və köməkçi mexanizmlərinin işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən tənzimlənməsi. Dizel-generatorun, turbonasosun, boru kəmərlərinin və digər mexanizmlərin işinə nəzarət. Yükləyici boşaldıcı mexanizmlərinin işindəki nasazlıqların müstəqil olaraq aşkar edilməsi və aradan qaldırılması.
Bilməlidir: hidravlik yükləyici boşaldıcının və köməkçi mexanizmlərin quruluşunu; aqreqatların işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; yükləyib-boşaldıcı mexanizmlərin tənzimlənməsini, mürəkkəb-ölçü alət və vəsaitlərin təyinatını və tətbiqi şərtlərini; yükləyici-boşaldıcı maşının və onun mexanizmlərinin təmirinin aparılması qaydasını.
Üzücü pnevmatik yükləyici-boşaldıcı maşının güc qurğularının idarə edilməsi, işə salınması və dayandırılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən aqreqatların məhsuldarlığından maksimum istifadə etməklə yükləyici-boşaldıcı maşının mexanizmlərinin işinin tənzimlənməsi. Onların işində ortaya çıxan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Yükləyici-boşaldıcı maşına xidmət edən fəhlələrə təlimatların verilməsi.
Bilməlidir: üzücü pnevmatik yükləyici-boşaldıcı maşın və köməkçi mexanizmlərin quruluşunu və pnevmatik sxemini; aqreqatların işindəki nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması üsullarının; üzücü pnevmatik maşının mexanizmlərinin tənzimlənməsi; nəzarət-ölçü alət və vəsaitlərinin sazlanması.
Nümunələrin sınaqlara və analizlərə hazırlanması. Xammal nümunələrinin, pambığın tərkibində nəmliyin olmasını yoxlamaq üçün laboratoriya sınağının keçirilməsi, uduculuq qabiliyyətinin, kapillyarlığının müəyyənləşdirilməsi. Suyun, qida məhsullarının, xammalın, yarımfabrikatların və hazır məmulatların daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında müxtəlif kimyəvi-bakterioloji analizlərin aparılması. Qamışın rənginə görə yetişməsinin müəyyənləşdirilməsi. Qamışın rütubətliyə və zibillənməyə analizlərin aparılması.
Bilməlidir: nümunələrin seçilmə və sənədləşdirmə qaydasını; analiz edilən materialların, xammalın və yanmfabrikatların əsas xassələrini; laboratoriya avadanlığının təyinatını və onlarla rəftar qaydalarını.
Suyun, qida məhsullarının, xammalın, yarımfabrikatların və hazır məhsulların təsdiq olunmuş metodikalar üzrə müxtəlif kimyəvi-bakterioloji analizlərinin aparılması. Turşuluğun, yağlı karbonlu maddələrin, duzların sıxlığının və i.a. kapillyarlığın, xlorlu, sulfatturşulu və kalsium duzlarının olmasının, yağlı və muma oxşar maddələrin və s. olmasının müəyyənləşdirilməsi. Nəzarət-uçot qeydlərinin aparılması.
Bilməlidir: gördüyü iş həcmində kimyanın əsaslarını və bakteriologiyanın elementar əsaslarını; kimyəvi-bakterioloji analizlərin aparılmasına qoyulan dövlət standartlarının tələblərini; nümunələrin seçilmə və onların sınağa hazırlanma qaydalarını; sınağın lazım olan həcmini; işlək və titrlənmiş məhlulların hazırlanması, bakterioloji mühitin sterilizə üsullarını; sınaq nəticələrinin qeyd sistemini və onların statistik emalı metodlarını.
Qəbul olunmuş metodika üzrə komponentləri qabaqcadan ayırmadan sadə bir birinə oxşar analizlərin aparılması: elektrolitin və digər maddələrin, reaktivlərin, filtr kağızının, çini lövhəciklərin köməyi ilə damcı halında analizin aparılması. Din və Stark üzrə suyun olmasını. Mor və Vestfel tərəziləri ilə mayelərin xüsusi çəkisinin, açıq putada və Marteks-Pensk üzrə alışma temperaturunun, Enqler üzrə özlülüyün, Ors aparatında qazın tərkibinin müəyyənləşdirilməsi. Neft məhsullarının və başqa maye maddələrin Enqler üzrə təkrar distillə olunması. Sadə lak-boya məhsullarının xüsusi aparatlarda sınaqdan keçirilməsi. Vurtis aparatında (oksigen cərəyanında) yonqarın yandırılması yolu ilə karbonun miqdarının müəyyən olunması. Karbonlu və aşqarı az olan poladların kimyəvi analizinin aparılması. Areometr vasitəsi ilə maye maddələrdə sıxlığın, mühitdə qələviliyin və damcıdüşmə temperaturunun müəyyən olunması. Yanacaq materiallarının ərimə və soyuma temperaturunun müəyyən edilməsi. Titrlənmiş məhlulların və qalay aşqarlarının hazırlanmasında iştirak. Kimyəvi-texniki tərəzilərin tətbiqi ilə analiz olunan materiallarda rütubət faizinin tapılması. Mis əsaslı olan ərintilərdə kimyəvi tərkibin analizi. Analiz üçün maye və bərk materialların orta nümunələrinin hazırlanması. Latekslərin və hopdurucu məhlulların qatılığının müəyyənləşdirilməsi, quru qalığa görə axıdılması. İnqrediyentlər ələnən zaman ələkdəki qalığın müəyyənləşdirilməsi. Plastifikatorun hazırlanması, bərk ərinti tozu ilə onun qarışdırılması. Laboratoriya qurğusunun işi üzərində müşahidə, daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında onun göstəricilərinin yazılması.
Bilməlidir: sadə analizlərin aparılma metodikasını; ümumi və analitik kimyanın elementar əsaslarını; laboratoriya avadanlığına, aparaturaya və nəzarət-ölçü cihazlarına xidmət qaydalarını; analiz edilən maddədə olan bu və ya digər elementə xas rəngləri; turşuların, qələvilərin, indikatorların və istifadə olunan digər reaktivlərin xassələrini; orta nümunələrin qaydalarını.
Qəbul olunmuş metodika üzrə komponentləri qabaqcadan ayırmadan orta mürəkkəbli analizlərin aparılması. Analiz olunan materiallarda müxtəlif metodlarla maddələrin faiz tərkibinin müəyyən edilməsi. Piknometr vasitəsi ilə materiallarda və maddələrdə özlülüyün, ərimə qabiliyyətinin, xüsusi çəkinin, Reyd üzrə buxarın möhkəmliyinin, analiz olunan məhsulların induksiya müddətinin, turşuluğun və kokslaşma dərəcəsinin, bağlı putada neft və neft məhsullarının alışma temperaturunun və soyumanın müəyyən olunması. Mürəkkəb olmayan titrlərin qoyulması və yoxlanılması. Müxtəlif filiz nümunələrin, xrom, nikel, xromlu nikel poladların, çuqun və alüminium ərintilərin, metallurgiya prosesləri məhsullarının, aşqarların, yanacağın və mineral yağların kimyəvi tərkibinin müxtəlif növ analizlərinin aparılması. Neft və neft məhsullarında kükürd və xloridin müəyyənləşdirilməsi. Mürəkkəb analizlərin keçirilməsi və xüsusi avadanlıqda lak-boya məhsullarının və sementin fiziki-kimyəvi xassələrinin müəyyənləşdirilməsi. Lak-boya materialları üçün əridicilərin seçilməsi. Analiz olunan materialların analitik tərəzilərdə çəkilməsi. Laboratoriya avadanlığının sazlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında mövcud sxemlər üzrə laboratoriya qurğularının yığılması. Laboratoriya qurğusunun işi üzərində müşahidə və göstəricilərinin yazılması.
Bilməlidir: ümumi və analitik kimyanın əsaslarını; titrlərin qurulma və yoxlama üsullarını; tətbiq edilən reaktivlərin xassələrini və onlara qoyulan tələbləri; orta mürəkkəbli analizlərin aparılma metodikasını və istifadə olunan reagentlərin xassələrini; yerinə yetirilən analizlərə dövlət standartlarını və xidmət olunan sahə üzrə əmtəə məhsullarını; analitik tərəzilərdən, elektroliz qurğusundan, fotokalorimetrdən, refraktometrdən və başqa oxşar cihazlardan istifadə qaydalarını; nümunələrin və aparılan analizlərin keyfiyyətinə qoyulan tələbləri; həll olma, süzmə, ayırma və kristallaşma proseslərini; laboratoriya avadanlığının sazlama qaydalarını.
Təyin olunmuş metodika üzrə pulpa, məhlullar, reaktivlər, konsentratlar, səthi və buruq suları, neft və neft məhsulları, hazır məhsul, köməkçi materiallar, tullantılar, gübrələr, turşular, duzların tərkibinin mürəkkəb analizinin aparılması. Müxtəlif əlvan ərintilərin, ferroərintilərin, yüksək aşqarlı poladların kimyəvi tərkibinin müxtəlif növ analizlərinin keçirilməsi. Titan, nikel, volfram, kobalt, molibden və niobium əsaslı ərintilərdə əsas aşqar elementlərin kəmiyyətinin təyin olunmuş metodika üzrə müəyyən olunması. Mürəkkəb titrlərin qurulması və yoxlanılması. Turşularda nitrozluğun və tündlüyün müəyyənləşdirilməsi. Məhlulların qatılıq dərəcəsinə görə ələk və elektroçəki metodları ilə analizin yerinə yetirilməsi. Çox təsirli zəhərlərin, partlayıcı maddələrin analizi. VTİ aparatlarında, qaz fraksion aparatlarda və xromatoqraflarda qazların tam analizi. Mürəkkəb reaktivlərin tərtib edilməsi və onların yararlılığının yoxlanılması. Verilmiş metodika üzrə laboratoriya şəraitində sintezin aparılması. Ammonyakın konversiya dərəcəsinin yaxud nitroz qazlarının oksidləşməsinin müəyyən edilməsi. Yanacağın istilik törətmə qabiliyyətinin müəyyənləşdirilməsi. Analiz nəticələrinin sənədləşdirilməsi və hesablanması. Mövcud sxemlər üzrə laboratoriya qurğularının yığılması. Xüsusi cihazlarda-vezerometrdə, tropik iqlim kamerasında, Meger cihazında və s. məmulat örtüklərinin sınaqdan keçirilməsi. Sadə və orta arbitraj analizlərinin aparılması.
Bilməlidir: analitik və fiziki kimyanın ümumi əsaslarını; istifadə olunan reaktivlərin təyinatı və xassələrini; laboratoriya qurğularının yığılma qaydalarını; kimya preparatlarının kütləsi və həcminin müəyyən olunma üsullarını; mürəkkəb titrlənmiş məhlulların hazırlanma üsullarını; analitik tərəzidə çöküntülərin ölçülmə qaydalarını və analizin nəticələrinə görə zəruri hesablamaların aparılmasını; müxtəlif tipli nəzarət-ölçü cihazlardan və tərəzilərdən istifadə qaydalarını; aparılan analizlərə texniki şərtləri və dövlət standartlarını; yerinə yetirilmiş işlərə texniki sənədlərin aparılma qaydalarını.
Nikel, kobalt, titan və niobium əsasında olan ərintilərin cihaz və aparatlar tətbiq etməklə təyin olunmuş metodikalar üzrə ən mürəkkəb analizlərinin aparılması. Nadir, torpaqda seyrək olan və nəcib metalların analizinin aparılması. Radioaktiv elementlər tətbiq etməklə analizlərin aparılması. Müxtəlif tipli və konstruksiyalı xromatoqraflar tətbiq etməklə elektron sxemlərin tətbiqinə əsaslanan metodla və xromaqramların mürəkkəb hesabından istifadə edərək partlayıcı üzvi maddələr qatışıqlarının analizinin aparılması. Kimyəvi analizlər üçün yeni metodikaların işlənib hazırlanmasında iştirak. Atom-absorbsiya metodu ilə analizlərin aparılması. Mürəkkəb arbitraj analizlərinin aparılması. Qeyri-standart analizlərin nəticələrinin metroloji qiymətləndirilməsi. Dövlət standartı ilə tövsiyə edilmiş metodikaların aprobasiyası. Xidmət olunan avadanlığın sazlanması.
Bilməlidir: tətbiq olunan cihazlardan və aparatlardan istifadə qaydalarını və konstruksiyasını; ümumi, analitik və fiziki kimyanın əsaslarını; fiziki-kimyəvi analiz metodlarını; analizin keçirilmə metodikasının işlənib hazırlanma və seçmə əsaslarını; nəcib metalların bölünmə və müəyyənləşdirilmə üsullarını; radioaktiv elementlərin xassələrini və onlarla işləmə qaydalarını.
Orta ixtisas təhsil tələb olunur.
Təhlükəsiz qazla işləyən müxtəlif mühərriklərdən hər birindən 5 kub m./saniyədə 1 MPa-dək təzyiq (10 kqs/kv.sm) ötürən stansionar kompressor və turbokompressorlarına xidmət. Kompressorların və köməkçi avadanlığın işinə nəzarət. Kompressor mexanizmlərinin hərəkət edən hissələrinin yağlanması və soyudulması. Kompressorların işində olan nasazlıqları aşkar etmək, aradan qaldırmaq və onun qoruyucu qurğularının işinə nəzarət. Ötürücü mühərriklərə xidmət. Qəza və sərf baklarına yağın doldurulması və boşaldılması. Kompressor stansiyası avadanlığının təmirində iştirak etmək.
Bilməlidir: porşenli kompressorların, turbokompressorların, buxar maşınlarının və elektrik mühərriklərinin hərəkət prinsipini; kompressor və mühərriklərin işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; nəzarət-ölçü cihazlarının və idarəetmə avtomatlarının təyinatını və tətbiqi üsullarını; kompressor stansiyası boru kəmərlərinin sxemini; havanın müvafiq temperaturunu və dərəcələr üzrə iş təzyiqini; xidmət edilən aqreqat birləşmələrinin qızdırılma temperaturunu; artıq qızdırılma hallarının qarşısının alınması və mexanizmlərin yağlanması üçün yağların növünü və markasını.
Hər biri 5-dən - 100 kub metr/dəqiqəyədək ötürməklə təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm) olan və ya hər biri 5 kub metr/dəqiqəyədək ötürməklə təzyiqi 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı təzyiqli müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz qazlarla işləyən stasionar kompressor və turbokompressorlarına xidmət. Hər biri 5 kub metr/dəqiqəyədək ötürücü ilə 1 MPa (10 kqs/kv.sm)-dək təzyiqli təhlükəli qazlarla işləyən stasionar kompressor və turbokompressorlarına xidmət. Kompressor, mühərrik və turbokompressorlarının işə salınması və iş rejiminin tənzimlənməsi. Kompressorların və ayrı-ayrı aqreqatların tələb edilən iş parametrlərinin saxlanılması. Kompressor stansiyasının işində olan qeyri-normal halların aşkar edilməsi və qarşısının alınması. Kompressor, maşın və mexanizmlərin işi barədə hesabat-texniki sənədlərin aparılması. Kompressor stansiyası aqreqatlarının təmirində iºtirak etmək.
Bilməlidir: porşenli kompressorların, turbokompressorların, daxili yanma mühərriklərinin, buxar maşınlarının və elektrik mühərriklərinin quruluşunu, onların texniki xüsusiyyətini və xidmət qaydalarını; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının, avtomatik aparatların və armaturanın quruluşunu, kompressor stansiyasının hesabat-texniki sənədlərini; termodinamikanın və elektrotexnikanın əsaslarını; kompressorların işlədiyi zaman təzahür edən qazların xüsusiyyətlərini.
Hər biri 100-dən - 500 kub metr/dəqiqəyədək ötürməklə 1 MPa (10 kqs/kv.sm-dək) təzyiqi olan və ya hər biri 5-100 kub metr/dəqiqəyədək ötürməklə 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı təzyiqli müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz olmayan qazla işləyən stasionar kompressor və turbokompressorlarına xidmət. Hər biri 5 kub metr/dəqiqədə ötürməklə təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm-dək) və ya hər biri 5-100 kub metr/dəqiqəyədək ötürməklə təzyiqi 1 MPa-dan (10 kqs/kub sm-dan) yuxarı təhlükəli qazla işləyən stasionar kompressorlara və turbokompressorlarına xidmət. Kompressorların səmərəli iş rejiminin təyin edilməsi və saxlanılması. Mühərriklərin, kompressorların, cihaz, köməkçi mexanizmlər və digər avadanlıqların sazlığına nəzarət etmək. 3-cü dərəcəli çilingərin ixtisası səviyyəsində kompressor qurğularının təmirində və onlara baxışda iştirak etmək.
Bilməlidir: müxtəlif tipli kompressorların, turbokompressorların, daxili yanma mühərriklərinin, buxar maşınlarının, buxar turbinlərinin və elektrik mühərriklərinin, köməkçi mexanizmlərin, mürəkkəb nəzarət-ölçü cihazlarının, aparat və armaturların quruluşunu və konstruktiv xüsusiyyətlərini. Buxar kəmərlərinin, boru kəmərlərinin, armaturların və kompressor stansiyasının çənlərinin yerləşmə sxemini; işlərin tənzimlənməsi və avadanlıqların tədric edilməsi üçün avtomatik qurğuların yerləşmə sxemini; xidmət edilən kompressorların əsas texniki xüsusiyyətlərini; elektrik enerjisinin və sıxılmış havanın və ya qazların istehsalına lazım olan materialların sərfi normalarını.
500-dən - 1000 kub dəqiqədə ötürməklə təzyiqi 1 MPa-dək (10 kqs/ kv.sm-dək) və ya hər biri 100-dən-250 kub metr/dəqiqədə ötürməklə təzyiqi 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı olan müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz qazla iş zamanı stasionar kompressorlara və turbokompressorlara xidmət. 100-dən-250 kub metr/dəqiqəyədək ötürməklə 1 MPa-dək (10 kqs/kv.sm-dək) təzyiqlə təhlükəli qazla işləyən və ya hər biri 5-dən 100 kub metr/dəqiqəyədək ötürməklə 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı təzyiqlə işləyən kompressor və turbokompressorlara xidmət. Məhsuldarlığı 100 kub metr/dəqiqəyədək olan avtomatlaşdırılmış kompressor stansiyalarına xidmət. Kompressor stansiyası avadanlığının söndürülməsi və ehtiyata və təmirə çıxarılması. Stansiya məhsulu istehsalının texnoloji prosesinin tənzimlənməsi. Kompressor stansiyası avadanlığının təmiri üzrə defekt cədvəllərinin tərtib edilməsi. 4-cü dərəcəli çilingərin ixtisası səviyyəsində kompressor stansiyası avadanlığının təmiri. Səhra şəraitində daxili yanma mühərriklərinin və kompressorların təmiri.
Bilməlidir: kompressor, turbokompressorları, buxar maşınları, elektrik mühərrikləri və daxiliyanma mühərriklərinin kinematik sxemini; yüksək təzyiqli kompressorların quruluşunu; kompressor, turbokompressor qurğularının, buxar və elektrik mühərriklərinin istismar xüsusiyyətlərini; stansiya məhsulu istehsalının texnoloji prosesinin sxemini; kompressorların faydalı iş əmsalını.
Təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm-dək) olan və 1000 kub metr/dəqiqədə artıq ötürən və ya təzyiqi 1 MPa-dan (10 kqs/kv.sm-dən) artıq olan və hər biri 250 kub metr/dəqiqədə artıq verilən təhlükəli qazla işləyən müxtəlif mühərriklərlə iş zamanı stasionar kompressorlara və turbokompressorlara xidmət. Təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm-dək) olan və 250 kv. metr/dəqiqədən artıq verilən və ya təzyiqi 1 MPa-dan artıq (10 kqs/kv.sm-dən) olan və hər biri 100 kub metr/dəqiqədə artıq verilən təhlükəli qazla iş zamanı stasionar kompressor və turbokompressorlara xidmət. 100 kub metr/dəqiqədə artıq ötürən avtomatlaşdırılmış kompressor stansiyasına xidmət. Kompressor stansiyasının bütün avadanlığının işinə nəzarət. Stansiya məhsulu istehsalının texnoloji prosesinin tənzimlənməsi. Kompressor stansiyası avadanlığının təmiri üzrə defekt cədvəllərinin tərtib edilməsi. 5-ci dərəcəli çilingərin ixtisası səviyyəsində kompressor stansiyası avadanlığının təmirinin aparılması.
Bilməlidir: müxtəlif tipli və sistemli turbokompressorların və güc avadanlıqlarının kinematik sxemi və konstruksiyasını.
Qeyd: Kompressor və turbokompressor stansiyasının maşinist köməkçisi maşinistdən 2 dərəcə aşağı tarifləşdirilir, ancaq 2-ci dərəcədən aşağı olmamaq şərti ilə.
Səyyar kompressor qurğularının maşinisti "Tikinti, montaj və təmir-tikinti işləri" VTİSK üzrə tarifləşdirilir.
Müxtəlif növ yüklərin yükləmə, boşaltma, yerdəyişmə və nəql etdirilməsi üzrə sadə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 3 tona qədər olan müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə olunması. Monorelsli arabacıqların, konsol kranların və krantirlərin idarə edilməsi. Trosların bərkidilməsinin düzgünlüyünün yoxlanılması, tormozların və qoruyucu qurğuların tənzimlənməsi. xidmət olunan kranın təmirində iştirak etmək.
Bilməlidir: xidmət edilən kranların quruluşunu, iş prinsipini və istismar qaydalarını; kran, tros və zəncirlərin yükgötürmə qabiliyyətini; yüklərin yerdəyişmə qaydalarını; mühərrik və nəzarətçilərin işə salınma sistemini; elektrotexnika və çilingər işinin əsaslarını.
Yükləmə, boşaltma, yerdəyişmə və nəql etdirilmə üzrə sadə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 3-dən 15 tona qədər olan körpülü və şlüzlü, yükgötürmə qabiliyyəti 3 tona qədər olan özüyeriyən, özüqalxan portal-manivelli, yükgötürmə qabiliyyəti 5 tondan yuxarı olan qülləli stasionar və eşşəkli kranların idarə edilməsi. Taxta-şalban (meşə) (uzunluğu 3 m-dən 6 m-ə qədər) yüklərinin və ona uyğun digər yüklərin daşınmasında çox da mürəkkəb olmayan işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 10 tona qədər olan, müxtəlif yük tutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə edilməsi. Detal, məmulat və birləşmələrin dəzgahda qurulması, quraşdırma mexanizmi və vasitələrinin yerinin dəyişdirilməsi. Müxtəlif işlərin yerinə yetirilməsində elektrik tallarının, dəyişdirici kranların idarə edilməsi.
Yüklərin stellaja qoyulması, ordan çıxarılması, yükləmə meydançalarına gətirilməsi və konteyner, paket və altlıqlara yığılması işlərinin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 1 tona qədər olan, stellajlı kranların, müxtəlif yüktutan mexanizm və vasitələrlə təchiz edilmiş qalaqlayan kranların idarə edilməsi.
Bilməlidir: xidmət edilən kran və onun mexanizmlərinin quruluşu və iş prinsipini; xarici görkəminə görə yüklərin kütləsinin müəyyən edilməsi üsullarını; detal, məmulat və birləşmələrin dəzgah bərkidilməsi üzrə istismar qaydalarını; müəyyən edilmiş nomenklaturaya və ixtisaslaşmaya uyğun olaraq stellajlara məhsulların doldurulması qaydasını; yüklərin anbardaxili yerdəyişməsinin texnoloji prosesini; yüklərin stellajlara yığılması və saxlanılması qaydasını; elektrotexnika və çilingər işinin əsaslarını.
Yüklərin (dənəvər, dənə, 3 m-ə qədər uzunluqda meşə və digər analoji yüklərinin) boşaldılması, yüklənməsi və yerdəyişməsi zamanı sadə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan körpülü və şlüzlü, yükgötürmə qabiliyyəti 3 t-dan 15 t-dək olan qülləli özüyeriyən, özüqalxan portal-manivelli, yükgötürmə qabiliyyəti 5 t-dan 25 t-dək olan qülləli stasionar və eşşəkli müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş kranların idarə edilməsi. Çox da mürəkkəb olmayan işlərdə uzunluğu 3 m-dən 6 m-dək olan yüklərin yüklənməsi, boşaldılması, yerdəyişdirilməsi işlərinin yerinə yetirən yükgötürmə qabiliyyəti 10 t-dan 25 t-dək olan yüktutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə edilməsi. Mürəkkəb işlərdə (6 m-dən uzun olan yüklərin körpülü və şlüzlü kranlarda, 3 m-dən artıq olan yüklərin qülləli özüyeriyən, özüqaldıran, portal-manivelli kranlarda) ehtiyatlı olmağı tələb edən yüklərin yüklənməsi, boşaldılması və yerdəyişdirilməsində, həmçinin texnoloji avadanlığın və onlarla əlaqədar konstruksiyaların quraşdırılması, məmulat, aqreqat, qovşaq, maşın və mexanizmlərin stapelli və seksiyalarla yığılması və sökülməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi zamanı körpü altılıqlarının və digər quraşdırıcı vasitələr və mexanizmlərinin yerdəyişməsi. Yükgötürmə qabiliyyəti 10 t-dək olan körpülü və şlüzlü kranların, yükgötürmə qabiliyyəti 3 t-dək olan qülləli özüyeriyən, özüqaldıran, portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 5 t-dək olan qülləli stasionar və eşşəkli, müxtəlif yüktutanlarla təchiz edilmiş kranların idarə edilməsi. Yükgötürmə qabiliyyəti 3 t-dək olan müxtəlif yüktutan vəsaitlərlə təchiz edilmiş kabelli kranların idarə edilməsi.
Yükgötürmə qabiliyyəti 10 t-dək olan, müxtəlif yüktutma vasitələrlə təchiz edilmiş (tikinti-quraşdırma və təmir-tikinti işlərindən başqa işlərin aparılmasında) tırtıllı və pnevmatik təkərli kranların idarə edilməsi.
Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi, onların stellajlarda yerləşdirilməsi və oradan istehsal sahələrinə çatdırılması üzrə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 1 t-dan yuxarı olan ştabelli kranların, avtomatik idarə edilən ştabelli kranların və müxtəlif yüktutma mexanizmləri və vəsaitləri ilə təchiz olunmuş körpülü ştabel kranlarının idarə edilməsi. Anbarlaşdırılan qiymətli materialların uçotu. Radioidarə ilə təchiz edilmiş kranların idarə edilməsi.
Bilməlidir: xidmət edilən kranların və onların mexanizmlərinin quruluşunu; yüklərin yerdəyişmə üsullarını; texnoloji avadanlığın quraşdırılmasını; məmulat, aqreqat, qovşaq, maşın və mexanizmlərin yığılması və sökülməsi üzrə texnoloji prosesinin əsaslarını; bina və qurğuların yığma konstruksiyasının elementlərini; xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsi; stellajların yüklənməsinə qoyulan texniki şərtləri və tələbləri; xidmət olunan istehsalat sahələrinin yerləşdirilməsini; elektrotexnika və çilingər işini.
Uzunluğu 3 m-dən 6 m-ə qədər ağac-taxta məmulatları (meşə yükü) və ona uyğun yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi və nəql etdirilməsi ilə əlaqədar orta mürəkkəbli işlərin aparılmasında yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan, müxtəlif yük tutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə edilməsi: detal, birləşmə və məmulatların dəzgaha qurulması; körpü altı və digər quraşdırıcı vasitə və mexanizmlərin yerdəyişdirilməsi. Uzunluğu 3 m-ə qədər olan taxta-şalban, dənəvər, ədədi və buna oxşar digər yüklərin yüklənib-boşaldılması və nəql etdirilməsi ilə əlaqədar sadə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan qülləli özüqaldıran portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan, müxtəlif yüktutan qurğularla təchiz edilmiş qülləli stasionar və eşşəkli kranların idarə edilməsi.
Uzunluğu 6 metrdən yuxarı olan yüklərin-körpülü və şlüzlü kranlarda, uzunluğu 3 metrdən artıq olan yüklərin-qülləli, özüyeriyən, özüqaldıran, portal-manivelli, qülləli stasionar və eşşəkli kranlarda yüklənib-boşaldılması və daşınması ilə əlaqədar mürəkkəb işlərin yerinə yetirilməsində, həmçinin texnoloji avadanlıqların quraşdırılması və məmulat, aqreqat, birləşmə, maşın və mexanizmlərin bərkidilməsi və qızdırıcı sobalardan tökmə və hazır məhsulların verilməsi, metalın süzülməsi, məmulat və maşın detallarının kantlaşdırılması, yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələrin dəzgaha qurulması və tikinti-quraşdırma və təmir-tikinti işlərinin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 10 t-dan 100 t-a qədər olan körpülü və şlüzlü kranların, yükgötürmə qabiliyyəti 3 tondan 15 tonadək olan qülləli özüyeriyən və özüqaldıran portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 5 t-dan 25 t-a qədər olan müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş qülləli stasionar və eşşəkli kranların idarə edilməsi.
Bütün növ işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 3 t-dan 10 t-a qədər olan kabelli kranların və yükgötürmə qabiliyyəti 10 t-a qədər olan müxtəlif yüktutan vasitələri ilə təchiz edilmiş üzücü kranların idarə edilməsi. Tikinti quraşdırma və təmir-tikinti işlərindən başqa bütün işlərin yerinə yetirilməsi zamanı yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan, yükgötürmə qabiliyyəti 10 t-dan 25 t-a qədər olan tırtıllı və pnevmo-təkərli kranların və müxtəlif yük tutan vasitələrlə təchiz edilmiş özüyeriyən dəmiryolu kranlarının idarə edilməsi. Tikinti-quraşdırma və təmir-tikinti işlərinin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 10, t-a qədər olan tırtıllı və pnevmo-təkərli kranların, yükgötürmə qabiliyyəti 15 t-a qədər olan, müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş özüyeriyən dəmiryolu kranlarının idarə edilməsi.
Bilməlidir: xidmət edilən kran və mexanizmlərin quruluşu və kinematik sxemini; texnoloji avadanlığın quraşdırılması, məmulat, aqreqat, birləşmə, maşın və mexanizmlərin stapel və seksiyalar üzrə yığılması və sökülməsinin texnoloji prosesini; bina və qurğuların yığma elementlərinin konstruksiyasını; elektrotexnikanı və çilingər işini.
Uzunluğu 6 m-dən artıq olan meşə yüklərinin (taxta-şalban) və digər yüksək ehtiyatlıq tələb edən oxşar yüklərin yüklənib-boşaldılması, yerdəyişməsi və nəql etdirilməsində, eyni zamanda texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların, stapel və seksiyalı məmulatların, aqreqatların, birləşmə, maşın və mexanizmlərin yığılması, sökülməsində, qızdırıcı sobalardan tökmə və hazır məhsulların, metalın süzülməsi, çəkic və preslərdə məmulat və maşın detallarının kantlaşdırılması üzrə yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələrin dəzgaha quraşdırılması və tikinti-quraşdırma və təmir-tikinti işlərinin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 100 t-dan yuxarı olan, müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş, körpülü və şlüzlü kranların idarə edilməsi. Uzunluğu 3 m-dən yuxarı olan meşə yüklərinin (taxta-şalban), yüksək ehtiyatlılıq tələb edən digər oxşar yüklərin yüklənib-boşaldılması, yerdəyişməsi və nəql etdirilməsində eyni zamanda texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların quraşdırılması, məmulat, aqreqat, birləşmə, maşın və mexanizmlərin stapel və seksiyalı məmulatların yığılıb-sökülməsində və tikinti-quraşdırma və təmir-tikinti işlərində yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan qülləli özüyeriyən özüqalxan, portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan, müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş qülləli stasionar və eşşəkli kranların idarə edilməsi.
Müxtəlif növ işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 10 t-dan yuxarı olan, müxtəlif yüktutan vasitələrlə təchiz olunmuş kranların idarə edilməsi.
Müxtəlif növ işlərin yerinə yetirilməsində (tikinti-quraşdırma və təmir-tikinti işlərindən başqa) yükgötürmə qabiliyyəti 25 t-dan artıq olan müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş tırtıllı, pnevmatik təkərli və özüyeriyən dəmiryolu kranlarının idarə edilməsi. Tikinti-quraşdırma və təmir-tikinti işlərində müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş yükgötürmə qabiliyyəti 10 t-dan yuxarı olan tırtıllı və pnevmatik təkərli kranların və yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan kranların idarə edilməsi.
Bilməlidir: kran və mexanizmlərin quruluşunu; kinematik və elektrik sxemlərini; xidmət edilən istehsalat sahələrinin yerləşməsini, elektrotexnikanı və çilingər işini.
Qeyd: 1. Yuxarıda göstərilən işlər və peşələr Qara metallurgiyaya aid olan VTİSK-in müvafiq bölmələri üzrə tarifləşdirilir.
2. Kranlı traktorlarda işləyən sürücülər "traktorçu" peşəsi üzrə tarifləşdirilir.
3. Kranlı avtomaşınlarda işləyən sürücülər VTİSK üzrə tarifləşdirilmir.
4. Özüyeriyən dəmiryolu kranlarının maşinist köməkçisi, rəhbərliyi altında işləyən maşinistdən 2 dərəcə aşağı tarifləşdirilir. Əgər kranı idarə edərsə və sürərsə bu zaman maşinistdən 1 dərəcə aşağı tarifləşdirilməlidir.
5. Kranın kabinəsi 48 m hündürlükdə və daha hündür yerləşən qülləli kranların maşinisti, kranın yükgötürmə qabiliyyətindən asılı olmayaraq 6-cı dərəcə üzrə tarifləşdirilir.
6. Hazırkı tarifləşdirmə qara metallurgiyanın iki əsas metal istehsalının texnoloji prosesində, maşınqayırma müəssisələrinin metallurgiya sexlərində işləyən maşinistlərə, elektrik körpü-stripper kranlarında işləyən maşinistlərə aid edilmir.
7. Tikinti-quraşdırma və təmir-tikinti işlərinin bilavasitə yerinə yetirilməsi ilə əlaqədar olmayan yüklənib-boşaltma işləri yükləmə-boşaltma işlənin mürəkkəbliyi qrupuna uyğun olaraq xüsusiyyətlərdə nəzərdə tutulduğu kimi tarifləşdirilir.
Elektrolitin kriolitə qarşı təhlili. Giltorpaqın faza tərkibinin leykositar maşınkada nöqtə-nöqtə hesablamaqla müəyyənləşdirilməsi, boksitin mineraloji tərkibinin və təhlil olunan maddələrin strukturunun müəyyən edilməsi. Ələklərdə gözlərin böyüklüyünün müəyyənləşdirilməsi. Nazik şliflərin hazırlanması. Görünən sahə intensiv işıqlandığı zaman mikroskop altında dənələrin zahiri hesablanması. Nümunələrin seçilməsi və yoxlama təhlilin aparılması. Təhlilin nəticələrinin jurnala yazılması.
Bilməlidir: fiziki kimyanın və kristallooptikanın əsaslarını; kristallooptik təhlilin aparılma metodları və texniki şərtlərini; elektrolitin, giltorpaqın, boksitin, kriolitin, xlorlu kalsiumun, ftorlu; alüminiumun, istifadə olunan duzların, reaktivlərin və turşuların əsas xassələrini; reaktivlərlə və turşularla işləmə qaydalarını və şliflərin hazırlanma qaydalarını; mikroskopların, cilalayıcı dəzgahların, tigel peçlərin, quruducu şkafların, elektrik cihazların, analitik və texniki tərəzilərin quruluşunu; təhlilin düzgün aparılmasına nəzarət metodlarını, platin qablardan istifadə və analitik və texniki tərəzilərdə çəkmə qaydalarını; aparılmış təhlilin yazma qaydasını.
Müxtəlif markalı xüsusi giltorpaqın faza və dənəmetrik tərkibinin immersion metodla müəyyənləşdirilməsi. Abraziv istehsalı məhsullarının mineraloji və dənəmetrik tərkibinin müəyyənləşdirilməsi. Dispersion mineraloji (keyfiyyət və kəmiyyət) və struktur təhlillərinin aparılması. Zənginləşdirmə və metallurgiya istehsalının müxtəlif minerallarından keyfiyyətli şliflərin və cilaların hazırlanması. Müxtəlif markalı giltorpaqın və korundun alınma prosesində tədqiqat işləri aparıldığı zamanı qeyri-standart kompleks təhlillərin yerinə yetirilməsi. Giltorpaq istehsalında susuzlaşdırma sobalarının rejiminin və abraziv istehsalında sedimentasiya, hidrotəsnifat, xırdalanma, səpilmənin texnoloji siklinin işlənilməsi. Təhlilin nəticələrinin jurnala yazılması.
Bilməlidir: mineralogiyanın əsaslarını; metallurgiya, zənginləşdirmə istehsalı məhsullarının mineraloji və struktur təhlilinin və giltorpaq istehsalının aparılma metodikasını və texniki şərtlərini; tədqiq olunan məhsulların istehsal texnologiyasını və əsas xüsusiyyətlərini; pardaqlayıcı-cilalayıcı dəzgahların quruluşu və iş prinsipini; şliflərin və cilalayıcıların hazırlanma texnikasını, mineral dənələrinin ölçülərini; immersion mayelərin tərkibini və yığılma qaydalarını; qiymətli komponentlərin minerallar üzrə, həmçinin boş dənələr, mineral zoğları arasında bölgüsünü müəyyən etmə üsullarını; tədqiqat nəticələrinin sistemləşdirilməsinə və işlənilməsinə dair texniki tələbləri.
Karbonlu poladlardan, çuqunlardan xüsusi ərintilərin və alüminium, maqnezium və mis əsaslı ərintilərin metalloqrafik analizi. Xüsusi ərinti nümunələrinin metalloqrafik sınağa hazırlanması. Nümunələri qələvi və turşu məhlullarında aşındırma. Metalların əsas struktur tərkibinin və etalonlar üzrə defektlərin müəyyənləşdirilməsi. Rokvell, Brinell və Vikkers cihazlarında istiliklə emal olunmuş yoxlama nümunələrinin bərkliyinin yoxlanılması. Karbonsuzlaşdırma qatının dərinliyinin və dənənin ölçülərinin müəyyənləşdirilməsi. Maqnit metalloqrafiya metodu ilə austenit və austenit-ferrit sinfindən olan poladlarda alfa-fazanın müəyyən edilməsi.
Bilməlidir: makro və mikroşliflərin hazırlanma üsullarını; keçirilmə bərklik cədvəlləri; stolüstü metalloqrafik mikroskopların quruluşunu və onlara qulluq etmə qaydalarını; bərkliyi müəyyən etmək üçün olan Rokvell, Brinell və Vikkers cihazlarının quruluşunu; laboratoriya elektrik peçlərində və vannalarında işləmə qaydalarını; makro və mikroşlifləri aşındırmaq üçün istifadə olunan əsas reaktivləri; metalloqrafiyanın elementar əsaslarını; dəmirkarbonlu ərintilərin vəziyyətinin diaqramını; analitik tərəzinin quruluşunu, onlara qulluq və onlarla işləmə qaydalarını.
Mürəkkəb poladların, qara və əlvan metalların nümunələrinin makro və mikrostrukturunun metalloqrafik üsulla struktur və kəmiyyət analizi. Mikro və makroşliflərin hazırlanması və onların markalanması. Metalların qeyri-metal qoşmalarla çirklənmə dərəcəsinin təyin edilməsi. Poladın mikro və makrostrukturu üzrə, texniki şərtlərlə və standartlarla müəyyən olunmuş etalonlara və ballara müvafiq sınağı üzrə defektlərin təsnifləşdirilməsi. Ərintilərdə qazla doymuş qatın dərinliyinə nəzarət. Ərimə, əymə, döymə və ştamplama zamanı optiki pirometrlə temperatura nəzarət. Kristalitarası korroziyaya meylliliyin sınaqdan keçirilməsi. Bilavasitə məmulatlarda hazırlanmış yerləri aşındırdıqda defektlərin xarakteri və ölçüsünün təyin edilməsi. Strukturun tədqiq edilməsi və foto çəkiliş üçün mikroskopların sazlanması. Mikro və makrostrukturun foto şəkilinin çəkilməsi. Bərkliyin kateqoriyasını müəyyənləşdirmək üçün nümunələrin və detalların peçlərdə istiliklə emalı.
Bilməlidir: poladın markalarını və onların kimyəvi tərkibini: müxtəlif materialların, ərintilərin metalloqrafik üsulla analiz aparma metodikasını və texnologiyasını; sınaqdan keçirilən metalların dövlət standartlarını; metalloqrafik mikroskopların, optiki pirometrlərin, fotoaparatların, ikiokulyarlı optik şüşələrin, nəzarət-ölçü cihazlarının quruluşunu, onların sazlanma və qulluq etmə qaydalarını; qalvanometrin, voltmetrin, termoparın və ampermetrin iş prinsipini; mürəkkəb poladlarla tipik makro və mikrostrukturun xarakteristikasını; dənə ölçüsünü müəyyən etmə üsullarını; termo emalın əsas növlərini; mexaniki sınağın nəticələrinə görə poladlarda bərkliyin xarakteristikasını; termik emalla metalın strukturu arasında qarşılıqlı əlaqəni; poladlarda, tökmələrdə, döymələrdə, ştamplanmış pəstahlarda, qaynaq birləşmələrində, yaymalarda defektlərin növ müxtəlifliyini.
Yüksək səviyyədə mürəkkəb və xüsusi poladların, həmçinin əlvan metallardan olan ərintilərin makro və mikrostrukturunun metalloqrafik struktur və kəmiyyət analizi. Eksperimental işlər əsasında metal və ərintilərin termik və kimyəvi-termik emalı rejimlərinin tutulması. Metalların və ərintilərin termik və kimyəvi-termik emalı üzrə defektlərin səbəblərinin, metal konstruksiyaların sınma səbəblərinin analizi və onlar üzrə rəyin tərtib edilməsi. Yüksək səviyyəli mürəkkəb və alət polad ərintilərinin əridilməsinə nəzarət. Laboratoriya metodları ilə poladın közərmə qabiliyyətinin və onun buraxılış kövrəkliyə meylliliyinin müəyyən edilməsi. Yoxlama arbitraj analizlərin aparılması.
Bilməlidir: metalloqrafiyanın əsaslarını; metalların fiziki-kimyəvi xassələrini; tətbiq olunan istilikölçən cihazların iş prinsipini; aşındırma üçün makro və mikroşliflərin və reaktivlərin hazırlanma qaydasını; polad, çuqun, əlvan metalların və ərintilərin termik emalı əsaslarını; yuxarıda göstərilən materialların termik və kimyəvi-termik emalının texnoloji proseslərini; poladların, çuqunun, əlvan metalların və ərintilərin əsas xüsusiyyətlərini; dənənin ölçüsünün, sementləşdirmə, azotlaşdırma, sulfidləşdirmə və s. zonalarının müəyyənləşdirilməsi; səthi su vermə metodlarını, onların xüsusiyyətlərini və tətbiq sahəsini.
Xüsusi ərintilərin və çətin əriyən metalların makro və mikrostrukturunun metalloqrafik analizi. Tədqiqatın nəticələrinə görə rəylərin və tövsiyələrin tərtib olunması. Vakuum rəngləmə metodu ilə istiliyə davamlı ərintilərdə ikinci fazanın müəyyənləşdirilməsi. Yüksək temperaturlu "vakuum metalloqrafiyası" metodu ilə metalların və ərintilərin qurğularda strukturunun tətbiq edilməsi. Austenit dənəsinin inkişaf kinetikasının müəyyən edilməsi. Martensit nöqtəsinin müəyyən edilməsi. Yüksək temperaturla vakuumda nümunələrin uzadıldığı zaman sınaqdan keçirilməsi. Dəyişmə proseslərinin kinoçəkilişinin aparılması.
Bilməlidir: metallar fizikasının əsaslarını; yüksək temperaturlu vakuum qurğularının və yüksək temperaturlu kameraların quruluşunu; vakuumda yüksək temperatur altında nümunələrin uzanmaya sınaqdan keçirilmə qaydalarını; yüksək temperaturlu mikroskopların quruluşunu və sazlanmasını; vakuummetrdən, potensiometrdən, mikrofototaxmalardan və kinokameralardan istifadə qaydalarını.
Orta ixtisas təhsili tələb olunur.
Spora vasitəsi ilə çoxalan materialın əkilməsi və analizlərin aparılması üçün bəsləyici mühitin, reaktiv məhlulların hazırlanması, təqribi titrlərin qurulması, kolbaların montajı. PH, sterilliyin, yodometriya və polyarimetriya üzrə aktivliyin bioloji və başqa metodlarla müəyyənləşdirilməsi. Bəsləyici mühitin Petri kasasına, sınaq şüşələrinə tökülməsi. Əkin materialının hazırlanması. Kolbalarda əkilməsi. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında laboratoriya avadanlığının yığılması, preparatların və yarımməhsulların zəhərliliyə və pirogenliyə farmakoloji yoxlanılması və sınaqdan keçirilməsi. Qabların və köməkçi materialların sterilləşdirməyə hazırlanması. Təyin olunmuş forma üzrə sənədləşdirmənin aparılması.
Bilməlidir: mikrobiologiyanın əsaslarını; təqribi titrlərin qoyulma üsullarını; tətbiq olunan reaktivlərin xüsusiyyətlərini və onlara qoyulan tələbləri; bəsləyici mühitlərin hazırlanmasının texnoloji prosesini; analitik tərəzilərin, fotokalorimetrlərin, polyarimetrlərin və digər analoji cihazların tənzimləmə qaydalarını; sınaq heyvanlarına, probların keyfiyyətinə və aparılan analizlərə qoyulan tələbləri; farmakoloji sınağın aparılma şərtlərini.
Antibiotiklərin və biosintezin digər preparatlarının laboratoriya şəraitində fermentləşdirmə prosesinin aparılması. Dəqiq və mürəkkəb titrlərin qoyulması və yoxlanılması. Laboratoriya avadanlığının yığılması. Preparatların və yarımməhsulların toksikliyə (zəhərlənməyə) və pirogenliyə qarşı farmakoloji yoxlanılması və sınaqdan keçirilməsi. Potensiometrik və mikrobioloji sınaqların keçirilməsi. Hazır məhsulun və yarımməhsulun aktivliyinin bioloji metodla müəyyən edilməsi. Preparatların və köməkçi materialların sterilliyinə riayət olunması. Analizlərin nəticələrinin sənədləşdirilməsi və hesablanması.
Bilməlidir: gördüyü iş həcmində mikrobiologiyanın, mikrologiyanın və kimyanın əsaslarını; tətbiq olunan reaktivlərin əhəmiyyəti və xassələrini; laboratoriya qurğularının yığılma qaydalarını; dəqiq və mürəkkəb titrlərin qurulma qaydalarını; nəzarət-ölçü cihazlarının quruluşunu və istifadə qaydalarını; aparılan analizlərə texniki şərtləri və dövlət standartlarını; görülən işlərə texniki sənədləşdirmənin aparılma qaydalarını.
Müəyyən olunmuş metodika üzrə qütb qrafikası metodu ilə quru nümunələrin və məhsulların sadə eynicinsli iki-üç növbəli analizlərinin aparılması. Alınmış əyrilərin formaları üzrə elektrolitin keyfiyyətcə və kəmiyyətcə müəyyənləşdirilməsi, analizlərin nəticələrinin yazılması.
Bilməlidir: nümunə materiallarının və məhsullarının əsas xassələrini; analizin keçirilmə metodikasını; analizlərin nəticələrinin yazılış qaydasını.
Müəyyən olunmuş metodika üzrə dərin vakuum və ya yüksək təzyiq altında işləyən aparatlar tətbiq etməklə quru nümunələrin və məhlulların qütb-standart analizlərinin aparılması. Məhlulda ionların qatılığının müəyyən olunması. Metal nümunələrin (külçə şəklində olan sink və s.) analizlərinin aparılması. Xidmət olunan avadanlığın cari təmiri.
Bilməlidir: müxtəlif tipli polyaroqrafların, analitik tərəzilərin və elektrik cihazlarının quruluşunu, analitik kimyanın və qütb qrafikalı analizlərin əsaslarını, analizlərin keçirilmə metodikasını, nümunələrin keyfiyyətinə qoyulan tələbləri; xidmət olunan avadanlığın cari təmirinin aparılma qaydalarını.
Müxtəlif qurğularda probların radiometrik ölçülməsi. Sayğacların göstəricilərinin (xarakteristikalarını) çıxarılması. Hesab xarakteristikaların qrafiklərinin qurulması və iş nöqtəsinin seçilməsi. Natura fonu və etalonun ölçülməsi. Jurnalda yazıların aparılması. Müxtəlif izotop tərkibli nümunələrin xüsusi fəallığının (aktivliyinin) müəyyən edilməsi üzrə bütün hesablamaların yerinə yetirilməsi.
Bilməlidir: radioaktivlik və radioaktiv parçalanmanın nəzəriyyəsini və əsaslarını; reaktiv şüalanmanın maddə ilə qarşılıqlı əlaqəsini; aktivliyin nisbi ölçülmə metodunun əsaslarını; yenidən hesablanma qurğularının iş prinsipi və əsas qovşaqlarını; radioaktiv maddələrlə işləməyin sanitar qaydalarını; elektron aparatura və radioaktiv şüalanma mənbələri ilə təhlükəsiz işləmə qaydalarını.
Radioaktiv şüalanmanın kompleks radiometrik ölçülməsi. Yoxlama ölçülərinin nəticələrinin işlənilməsi. Udma və parçalanma əyrilərinin çıxarılması və qurulması. Amplituda analizatorlarında radioaktiv şüalanma spektrlərin alınması. Radioaktiv şüalanmanın amplituda spektrlərinin çıxarılması ilə bağlı yazıların və hesablamaların jurnalda aparılması. Spektrin qrafikinin qurulması.
Bilməlidir: radioaktiv şüalanma spektrləri və spektrometrik metodlar haqqında əsas məlumatları; stsintillyasiya spektrometriya metodunun fiziki əsaslarını; amplituda analizatorlarının əsas qovşaqlarını və iş prinsipini.
Çoxkanallı amplituda analizlərindən və üst-üstə düşmə və düşməmə sxemlərindən istifadə edərək radioizotopların spektrlər üzrə eyniləşdirilməsi. Sadə (üç komponentdən çox olmayaraq) spektrlər üzrə radioizotopların aktivliyinin hesablanması və mütləq metodla nümunənin aktivliyi müəyyənləşdirilərkən düzəlişlərin hesablanması. Radioizotopların parçalanma və udma əyriləri üzrə eyniləşdirilməsi. Riyazi statistika metodları vasitəsilə analiz nəticələrinin işlənilməsi.
Bilməlidir: nüvə fizikası, radiokimyanın əsaslarını və radioaktiv şüaların maddələrlə qarşılıqlı əlaqəsi üzrə nəzəriyyələri, yarımkeçirici detektorların köməyi ilə radioaktiv şüalanmanın fiziki əsaslarını; radioaktiv şüalanma spektrlərinin sadə şərhi üsullarını; texnoloji rejimlərin prosesləri və parametrlərini.
Radioaktiv şüalanmanın müxtəlif spektrlərinin izah olunması. Radiometrik aparatura qovşaqlarından eksperimental işlər üçün sxemlərin tərtib edilməsi. Radiometrik analiz üzrə aparaturanın və yeni metodların mənimsənilməsi və tətbiqi. İşlək etalon mənbələrinin və maye stsintillyatorların hazırlanması. Preparatların hazırlanması və onların nəticələrinin sonradan işlənilməsi ilə 4P- sayğacında ölçülməsi. Radiometrik aparaturanın cari təmiri. Daha aşağı dərəcəli laborantlar tərəfindən yerinə yetirilən prob ölçülərinə və hesablamalara nəzarət. İstilik kameralarında məsafə (distansion) manipulyatorlarla işləmə. Spektrlər (üç komponentlərdən artıq) üzrə radioizotopların aktivliyinin hesablanması.
Bilməlidir: radiotexnika, radioelektronika və ali riyaziyyatın əsaslarını; radiometrik aparaturanın əsas qovşaqlarının quruluşunu; radioaktiv şüalanmanın amplituda spektrlərinin izahetmə metodlarını; məsafə (distansion) manipulyatorların və istilik kameralarının quruluşunu.
Orta ixtisas təhsili tələb olunur.
Fotoqeydiyyat rentgen aparatlarının işə hazırlanması və iş prosesində onlara xidmət. Yoxlama üçün nəzərdə tutulmuş nümunələrin hazırlanması. Kameraların işə hazırlanması. Rentgen plyonkasının foto emalı. Fotoüsulla çəkiliş zamanı ekspozisiyanın aparılması.
Bilməlidir: rentgen trubkaların quruluşunu; rentgen trubkalarına və kenotronlara qulluq qaydalarını; aparatların şəbəkəyə qoşulma qaydalarını; rentgen qurğuları ilə iş qaydalarını; kameraların doldurulmasını (simmetrik və asimmetrik); nümunələrin hazırlanma və onların kameralarda yüstirləmə prinsiplərini; rentgenoqramların emalı-foto emalı, rentgenoqramların komparatorda ölçülməsi; rentgen plyonkalarının aydınlaşdırılması, fiksaj edilməsi, yuyulması və qurudulması; rentgen plyonkalarının saxlama şərtlərini; debaeqramların hesablaması və qrafik d-sırasının tapılması.
1. Rentgen trubkaları - təlim, məşq.
Metallar, ərintilər və s. nümunələrin istehsalı və onların tədqiqat aparmaq üçün hazırlanması. Rentgen şüaları dəsti altında nümunələrin kameralarda və söykəmələrdə yüstirlənməsi. Rentgen qurğularına xidmət. Rentgenoqramaların və diaqram lentlərin emalı-ionizasiya aparatlarında yazılışı.
Bilməlidir: rentgen şüalarının mənşəyini; rentgen şüaların orqanizmə təsirini; kristalloqrafik müstəvilər sistemindən əks olmanın mövcudluğu şərtlərini (Vulf-Breqq tənliyi); müstəvilərarası məsafələr, şəbəkə parametrləri, sinqoniyalar haqqında ilkin məlumatları; idarəetmə pultunun ayrı-ayrı elementlərinin, habelə genotronların, rentgen aparatları sisteminin mühafizə örtüklərinin təyinatını; rentgenostruktur və ionizasiya qurğularında, aparatlarda əsas işləmə qaydalarını, asimmetrik çəkiliş metodunu; rentgen kameralarında düz nümunələrin çəkiliş metodunu (birtərəfli rentgenoqramlar üçün); Zaksın tərsinə çəkiliş metodunu; aydınlaşdırıcıların və fiksajların hazırlanma qaydalarını; rentgenoqramların ölçülməsi və onların hesablanmasını; debaeqramların açılmasını; rentgenoqramların fotometriya metodikasını.
1. URS-60 tipli aparatlar - rentgen trubkalarını və kenotronları qurma.
2. Rentgen kameraları - aparatda qurulma, şüa dəstinə qarşı yüstirləmə.
3. Toz nümunələri - istehsal etmə.
4. Silindrvari nümunələr - rentgen kameralarında qurulma və yüstirləmə.
5. Metallar, ərintilər və s. nümunələr-ionizasiya aparatlarında qurulma.
6. Rentgen plyonkaları və sayğaclar-keyfiyyətini müəyyənləşdirmə.
Rentgenostruktur aparaturaya xidmət və onun profilaktik təmiri. Tədqiq olunan materialın xarakteristikalarına müvafiq olaraq ekspozisiya rejiminin seçilməsi. Rentgenoqram və difraktoqramların açılması. Faza analizin aparılması. Elementar özəklərin, kub və orta sinqoniya materialların parametrlərinin hesablanması. Rekristallaşma proseslərinin əks çəkilişinin rentgenoqamlar üzrə tədqiqi.
Bilməlidir: rentgen şüaların xassələrini; rentgen spektrlərin yaranma və rentgen şüaların kristalda difraksiyası mənşəyini; yüksəkvoltlu generatorların, idarəetmə pultlarının, soyuducu qurğuların quruluşunu və təyinatını; rentgenostruktur tədqiqatlarda tətbiq olunan aparatların xarakteristikalarını; rentgen kameralarının konstruksiyasını; bəzi selektiv-hopdurma süzgəclərinin hazırlanma metodlarını; rentgenoqramların emalını; mikrofotometrlərin quruluşunu, onlarla işləmə qaydalarını; rentgenoqramların vizual fotometrlənmə və intensivliyinin fotomaterialda yazılışını; planimetrin köməyi ilə xəttin inteqral eninin ölçülməsini; ionizasiya qurğusunda iş qaydalarını və əsas nasazlıqları; impulslar sayğacının işlək xarakteristikalarının müəyyənləşdirilməsi, iş vaxtının seçilməsi və xarab olduqda sayğacın dəyişdirilməsini; trubkada və sayğacdakı çatın seçilib dəyişdirilməsini; potensiometrdə diaqram lentinin müxtəlif surətlərdə qurulmasını; "nöqtələr üzrə" xəttin kəsiyinə görə intensivlik bölgüsünün yazılışını; kristal şəbəkənin gərginliyi və səhvləri haqqında ümumi məlumatı.
1. Yayma dəzgahının valları - qalıq austenitin miqdarını müəyyənləşdirilmə.
2. Plyonkanı simmetrik və asimmetrik qoymaqla debaeqramlar və əks çəkiliş rentgenoqramları - komparatorda ölçmə.
3. Difraktoqramlar - potensiometrdə çəkiliş.
4. İmpuls sayğacları - qurma və onların vəziyyətini yoxlama.
5. Trubkalar - ionizasiya qurğusuna montaj edilmə.
Fotoüsulla tədqiqat aparmaq üçün stasionar və səyyar aparatların və qurğuların, rentgenostruktur analiz üçün rentgen difraktometrlərinin montajı və sazlanması. Strukturanaliz üçün müxtəlif kameraların və tərtibatların yüstirlənməsi. Adi temperaturlu, tekstur, kiçik bucaqlı kameralar və tərtibatlar tətbiq etməklə tədqiqatlar zamanı çəkilişin metodu, rejimi və sxeminin seçilməsi. Materialların quruluşunu, tərkibinin öyrənilməsi və nəzarəti, makro və mikrotəzyiqlərin analizi üzrə rentgenoqrafik işlər. Rentgenoqramların monoxromatik şüalanmada alınması və onların hesablanması. Alınmış nəticələrin emalı və sənədləşdirilməsi.
Bilməlidir: rentgen şüalarının xassələrini və kristalloqrafiyanın əsaslarını; rentgen şüalarının difraksiya nəzəriyyəsini; metalların və ərintilərin quruluş əsaslarını; metalların mexaniki, termik və digər emal üsullarının prinsiplərini, metallar və ərintilərin tərkibinin və strukturundakı dəyişikliklərin rentgenodifraksiya mənzərəsinə təsirini; rentgenostruktur analizin ümumi və xüsusi metodlarını; rentgen aparatlarının, difraktometrlərin quruluşunu; monoxromatokameraların, temperaturlu kiçik bucaqlı, tekstur kameraların və tərtibatların konstruksiyasını; rentgen honiometrlərinin konstruksiyasını; onların qurulma və yüstirləmə qaydalarını; qrafikləri, cədvəllərin və nomoqramların tətbiq edilməsi ilə rentgenoqramların müxtəlif düzəlişlərlə hesablama və açılma metodlarını; intensivliyin müəyyənləşdirilməsini; difraksiya xətlərinin forma və enliyinin analiz metodlarını.
Orta ixtisas təhsil tələb olunur.
1. Bloklar - düzəldilmiş metal nümunəsində ölçünü və mikrosəhvləri müəyyənləşdirmə.
2. Radioaktiv nümunələr - tədqiq etmə.
3. Köhnələn ərintilər - müxtəlif t-da şəbəkə parametrlərini müəyyənləşdirmə.
4. Obyektlər üçün qütb fiqurlar - qurulma.
Difraktometrin idarə olunan kompleksləri - Kompüter tətbiq etməklə rentgenostruktur tədqiqatların yerinə yetirilməsi. Kimyəvi və faza tərkibi üzrə mürəkkəb olan nümunələrin rentgenostruktur analizi. Xüsusiləşdirilmiş kiçik qabaritli aparaturanın köməyi ilə iri qabaritli obyektlərdə tədqiqatların aparılması. Obyekt səthinin tədqiq üçün hazırlanması. Rentgenoqramları almaq üçün şəraitin seçilməsi. Eksperimental məlumatların alınması və emalı, rəyin verilməsi və hesabatların tərtib edilməsi.
Bilməlidir: difraktometrin idarə olunan komplekslərinin - kompüterin işləmə prinsipini və onlara xidmət qaydalarını; idarə olunan komplekslərdən istifadə edərək rentgenostruktur tədqiqatların metodoloji qurulması əsaslarını; "fasiləsiz yazı" zamanı eksperimental məlumatların alınma metodikasını; "inteqral", "nöqtələr üzrə" və "fonun ölçülməsi" rejimlərində ölçüləri.
Orta ixtisas təhsil tələb olunur.
1. Daşına bilən aparatlar - nəzarət şərtinin seçilməsi, yüstirləmə.
2. İdarə olunan komplekslər - teksturanın analizi.
3. İri qabaritli obyektlər - makrogərginliyin müəyyənləşdirilməsi.
Kino-foto məmulatların plyonka qatının möhkəmliyinə, plyonkanın emulsiya qatının, kontrqatının ərimə temperaturunu müəyyənləşdirməyə və plyonkanın emulsiya qatının qabarmaya (şişməyə) qarşı sensitometrik sınaqdan keçirilməsi; daha yüksək ixtisaslı laborant-sensitometristin rəhbərliyi ilə fotoqrafiya göstəricilərinin işığa həssaslığının, optik və sıx təzadlar əmsalının, bucağın optik sıxlığının, fotoqrafiya enliyinin, maksimum optik sıxlığın və digər foto göstəricilərin müəyyən edilməsi. Kino-foto məmulatların pozitiv sortlarının sensitometrik sınağı. Plyonka nümunələrinin sınağa hazırlanması.
Bilməlidir: xidmət olunan cihazların - densitometrlərin, sensitometrlərin, aydınlaşdırıcı cihazların, rezelvometrlərin, spektroqrafların, denzoqrafların və s. iş prinsipini; fotoemulsiyaların sintezi, işığa həssas olan qatların sulanması haqqında ümumi məlumatları; reseptura üzrə kompozisiyanın seçilməsini; qaranlıqda işləyən zaman alışqanlı maddələrlə və zəhərlərlə rəftar qaydalarını.
Kino-foto məmulatların plyonka qatının möhkəmliyinə, plyonkanın emulsiya qatının, kontrqatının ərimə temperaturunu müəyyənləşdirməyə və plyonkanın emulsiya qatının qabarmaya qarşı sensitometrik sınaqdan keçirilməsi; İlk vəziyyətinə qayıda bilən (dönən) plyonkaların və reversiv fotokağızın sensitometrik sınaqdan keçirilməsi. Fotoqrafiya qatlarında qalınlığın ölçülməsi. Qaranlıq otaqlarda işıqlandırmanın qeyri-aktivliyinin yoxlanılması. Təsvir kadrın düzgün yerləşdirilməsi və ölçüsünün və film surətlərində səsin yoxlanılması. Sınaq nümunələrinin, emulsiyaların sabitliyinin, yarımfabrikat və hazır məhsul oxlarının sensitometrik sınaqdan keçirilməsi. Nümunələrə sensitometrdə ekspozisiya verilməsi. Nümunələrin foto məhlullarla emalı. Optik sıxlığın densitometrlərdə ölçülməsi. Optik sıxlığın ekspozisiya loqarifmindən xarakterik asılılıq əyrilərinin qurulması. İşığa həssas, təzad əmsalı, dayağın optik sıxlığı, fotoqrafiya enliyi, maksimum və optik sıxlığın və digər foto göstəricilərin müəyyənləşdirilməsi. Optik cihazların tənzimlənməsi. Sınağın nəticələrinin yazılması.
Bilməlidir: xidmət olunan cihazların - densitometr, sensitometr, aydınlaşdırıcı cihazlar, rezelvometr, spektroqraflar, densoqrafların və s. quruluşunu; kimya və fotokimyanın əsaslarını; fotoemulsiyaların sintezi, işığa həssas qatların sulanma, reseptura üzrə kompozisiyanın seçilmə qaydalarını və üsullarını; plyonkaların fotoməhlullarla emalı qaydalarını; qrafik hesablamaların aparılması; kino-foto plyonkalara və film surətlərinə texniki şərtləri; filmsurətlərində təsvir kadrların və səsin yerləşməsinə dövlət standartlarını və kinoplyonkanın həndəsi ölçülərini.
Ölçülərə riayət etmədən detalların çilingər emalı. Sadə detalların şablon üzrə biçilməsi. Polad kanatların əl ilə kəsilməsi. Detalların yuyulması və yağlanması. Siqnal və işıqlandırıcı lampaların dəyişdirilməsi.
Bilməlidir: çilingər emalının fəndlərini; çilingər alətinin, sadə ölçü alətinin təyinatını və tətbiqi şərtlərini; bərkidici detallarda istifadə edilən yivlərin ən çox işlənilən ölçülərini; sürtgü materiallarının təyinatını və adlarını; liftlərdə işlədilən elektrik naqillərinin markasını və kəsilməsini; elektrik aparatlarının quruluşunu və təyinatı barədə ümumi məlumatları.
1. Boltların, vint və qaykaların yivlərin açılması.
2. Lövhəli və künclü poladdan detalların üst səthinin mişarlanması.
3. Hamar, yumru və künclü polad - hazır ölçülər ilə kəsilmə.
4. Mexanizmin söküldükdən sonra birləşməsi və detallarının təmizlənməsi, yuyulması və yağlanması.
Detalların 11-14-cü kvalitetlər üzrə çilingər emalı. Kanatın buxtadan açılması və lazımi uzunluğun ölçülməsi. Hazır biçimlər üzrə boruların hazırlanması və bərkidilməsi. Alətin doldurulması. Ara qatların çertyoj və eskizlərə əsasən biçilməsi və kəsilməsi. Mexaniki və avtomat kilidlərin, mərtəbə açarlarının və bərkidicilərin sökülməsi və yığılması. İşıqlandırma və siqnalizasiya şəbəkəsindəki nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması. Liftlərin sadə çertyoj və elektrik sxemlərinin oxunması.
Bilməlidir: detalların çilingər emalı əməliyyatlarının fəndini və ardıcıllığını; sadə birləşmə və mexanizmlərin sökülməsi və yığılmasını; metalların xüsusiyyətini və markalanmasını; polad kanat və zəncirlərlə rəftar qaydasını; qaldırıcı mexanizmlərin quruluşunu; liftlərin quruluşu və təyinatı haqqında əsas məlumatları; liftlərin zəncir, işıqlanma və siqnalizasiyasının elektrik və elektrogüc sxemini; birsürətli liftlərin zəncirindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması; elektrotexnikanın əsaslarını; dəyişən cərəyanlı elektrik mühərriklərinin quruluşunu və iş prinsipini; sadə elektrik ölçü cihazlarından (ampermetr, voltmetr, ommetrdən) istifadə qaydalarını.
1. Bolt, qayka və vintlər - yivlərin kəsilməsi.
2. Zolaqlı və künclü poladlardan olan sadə detallar - ölçülmə, nişanlanma və deşilmə.
3. Elektrik ölçücü cihazlar - gərginliyin müəyyənləşdirilməsi.
4. Çilçıraq, patron, elektrik açarları, əlaqələndiricilər - sazlanması və qurulması.
5. 10 kVt gücündə olan elektrik mühərrikləri - sökülmə, təmizlənmə və yığılma.
6. İşıqlandırıcı və siqnallaşdırıcı elektrik xətləri - hazırlanma və çəkilmə.
Detalların 7-11-ci kvalitetlər üzrə çilingər emalı. Liftlərin avtomatik və mexaniki qapı kilidlərinin, mərtəbə açarlarının, sürət məhdudlaşdırıcılarının, çağırış və siqnal aparatlarının qurulması və tənzimlənməsi. Qaldırıcı mexanizm və tormoz qurğularının sökülməsi, yığılması və tənzimlənməsi. Xətlərin və kabellərin hazırlanması və onların borulara salınması. Birsürətli, yol çağırışı olmayan liftlərin zəncirlərindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Bir sürətli ötürücülü liftlərin kinematik və elektrik sxeminin çox mürəkkəb olmayan çertyojunun oxunması. Polad kanatların dəyişdirilməsi və onların kabinənin birləşmələrinə bərkidilməsi. Mexanizm və detalların bərkidilməsi və müxtəlif lehimlərlə lehimlənməsi.
Bilməlidir: lift avadanlığının montaj və təmirinə texniki şərtləri; mexaniki birləşmə və elektrik aparatlarının sökülməsi və yığılması ardıcıllığını; asinxronlu elektrik mühərrikinin transformator və avtotransformatorların, müxtəlif rele və maqnit buraxıcıların və s. quruluşunu və iş prinsipini; bir siqnallı dispetçer idarə pultunun quruluşunu və iş prinsipini; elektrotexnikanın əsaslarını.
1. İdarəetmə stansiyası - elektrik aparatlarının, əlaqələndiricilərin tənzimlənməsi.
2. Birfazalı və üçfazalı transformatorlar - elektrik naqilləri qoşmaqla yeni yerə qurulması.
3. 10 kVt-dan yuxarı gücündə elektrik mühərriki - sökülmə, yığma, qurulma və tələb olunan gərginlikdə işə salma.
Lift avadanlığının təmiri və montajı üzrə sadə və çox da mürəkkəb olmayan işlərin yerinə yetirilməsi. Montaj və təmir işlərinin istehsalını tezləşdirən və asanlaşdıran qurucu və nişanlayıcı şablon və ləvazimatların hazırlanması. Yol çağırışı olmayan birsürətli ötürücülü liftlərin idarə zəncirinin elektrik xəttinin çəkilməsi. Hərəkət sürəti saniyədə 1 m-ə qədər, birsürətli ötürücüsü olan liftlərin mexaniki və elektrik avadanlığının sazlanması və tənzimlənməsi. Liftlərin mürəkkəb çertyoj və elektrosxemlərinin oxunması. Lazımi texniki sənədləşdirmənin aparılması.
Bilməlidir: lift avadanlığının mürəkkəb və məsuliyyətli birləşmələrinin yığılması və sökülməsi texnologiyasını; yol çağırışı olmayan, hərəkət sürəti 1 m/san-yə qədər olan liftlərin prinsipial elektrik sxemini; elektrotexnikanın və radiotexnikanın əsaslarını; liftlərin dispetçer idarəsində ikitərəfli səsucaldıcı əlaqələrin iş prinsipini: hərəkət liftlərinin idarə zəncirlərində nasazlıqların aşkar edilməsini və aradan qaldırılmasını.
l. Selen düzləndiriciləri - yığılma, dəyişdirilmə və birləşdirilmə.
2. Müxtəlif tipli bucurqadlar - sökülmə, yığılma, tənzimlənmə, salniklərin, podşipniklərin dəyişdirilməsi.
3. Liftlərin dəmirməsaməli və karkaslı asılma şaxtaları - montaj və quraşdırma, çertyoj üzrə ölçülərin yoxlanılması.
Hərəkət sürəti saniyədə 1 m-ə qədər olan ikisürətli ötürücüsü olan liftlərin quraşdırılması, sazlanması və sınağı üzrə mürəkkəb işlərin çertyoj və sxemlərə əsasən yerinə yetirilməsi. Hərəkət sürəti saniyədə 1 m-dən yuxarı olan birsürətli ötürücüsü olan liftlərin mexaniki və elektrik avadanlığının yerlərinin təyin edilməsi və montajı. İkisürətli ötürücüsü olan liftlərin idarə zəncirinin elektrik xəttinin çəkilməsi. Üçsiqnallı və altısiqnallı dispetçer idarə pultunun montajı, təmiri və sazlanması. İkitərəfli səs ucaldıcı əlaqələrin montajı. Liftlərin elektrik sxeminin və daha mürəkkəb çertyojlarının oxunması.
Bilməlidir: liftlərin mexaniki və elektrik avadanlıqlarının montajı, təmiri və sınağına dair texniki şərtləri, detalların xidmət müddətini və onların uzadılması tədbirlərini, elektrik mühərrikləri və sabit cərəyan generatorlarını konstruktiv quruluşunu və iş prinsipini; radioelektron texnikasının əsaslarını, üçsiqnallı və altisiqnallı dispetçer pultunun prinsipial sxemini; iki tərəfli səsucaldıcının prinsipial sxemini; hərəkət sürəti saniyədə 1 m-ə qədər olan çağırışlı liftlərin elektrik sxemini.
1. Yarımkeçirici düzləndiricilər - diod və selen disklərin seçilməsi və dəyişdirilməsi.
2. Şaxta qapıları və lift kabinələrin avtomatik bağlanma mexanizmləri - yığma və tənzimləmə;
3. Elektrik maşın və elektromaqnit gücləndiriciləri, sabit cərəyanlı elektromühərriklər və generatorlar - sökülmə, yırtılma və daxildən birləşdirmə.
Hərəkət sürəti 1 m/san.-dən yuxarı olan ikisürətli ötürücü liftlərin montajı, təmiri və tənzimlənməsi, qrupla və cüt idarəedilən liftlərin elektrik xətlərinin çəkilməsi. Yarımkeçirici elementlərin xüsusiyyətlərinin çıxarılması. Sürət liftlərinin statistik və dinamik sınaq üçün hazırlanması. Liftlərin nasazlıqlarının müəyyənləşdirilməsi və aradan qaldırılması. Kəlbətin tipli tutucuların montaj və tənzimlənməsi.
Bilməlidir: liftlərin montajı və təmiri üzrə texniki şərtləri; radioelektronikanın əsaslarını; yağ buferlərinin quruluşunu və iş prinsipini; kəlbətin tipli tutucuların quruluşunu və iş prinsipini; sürət maddələrində işlədilən elektrik maşınlarının daxili birləşmə sxemini; qrup və cüt idarə edilən liftlərin elektrik sxemini; avadanlığın titrəyişinin əmələ gəlməsi səbəblərini; nəzarət-ölçü cihazlarından istifadə qaydasını.
1. Yağ buferləri - montaj və sınaqdan keçirmə.
2. Avtomatik ötürücülü şaxta və kabina qapıları olan liftlər - montaj və sazlanma.
Müəyyən olunmuş metodikalar üzrə rəngli televiziya üçün lüminoforların analizinin aparılması. Piknometrik metodla - toz nümunəsinin sıxlığının müəyyənləşdirilməsi. Müxtəlif fraksiyaların çökmə vaxtının hesablanması. Toz nümunəsinin mayedə çökmə əyrisinin çıxarılması. Çökmə əyrisinin işlənilməsi və lüminoforun dənəmetrik tərkibinin hesablanması. Sökülən elektron-şüa trubkasında yaxud sökülən elektron topda lüminoforların aydınlığının müəyyənləşdirilməsi. Lüminoforların spektral xarakteristikalarının çıxarılması, onun rəng koordinatlarının ölçülüb hesablanması. Yüksək vakuumlu avadanlığa xidmət.
Bilməlidir: optika, elektrik işığının, analitik və fiziki kimyanın əsaslarını; fiziki-kimyəvi analizin əsaslarını; induksiyalama mənbələrinin sxemlərini; tətbiq edilən cihazların və aparatların quruluşunu və onlardan istifadə qaydalarını.
Sadə və orta konfiqurasiyalı detalların maqnit metodu ilə nəzarəti, silindrik və yastı formalı məmulatları cərəyan buraxan metodu ilə nəzarət. Maqnit və elektromaqnit defektoskopların qoşulması və sazlanması. Daha yüksək ixtisaslı defektoskopçunun rəhbərliyi altında mürəkkəb konfiqurasiyalı detallara maqnit metodu ilə nəzarət. Maqnit suspenziyaların hazırlanması. Uçot jurnalının aparılması.
Bilməlidir: maqnit və elektromaqnit defektoskopların iş prinsipini; elektrotexnika və radiotexnika üzrə elementar məlumatları; maqnit suspenziyasının tərkibinə daxil olan komponentlərin təyinatını və xassələrini; maqnitləşdirmə və maqnitsizləşdirmə hallarını.
1. Hamar val dilçək - qalıq maqnitləşdirməyə maqnitli tozla nəzarət.
2. Kran detalı - maqnitli tozla nəzarət.
3. Avarlı vintin pərləri - kökündən kəsiyə nəzarət.
4. Boru - defektli sahələri nişanlayıb yığmaqla cərəyan buraxan cihazlarla nəzarət.
5. Vertolyotun aparıcı vintinin dayaqları və vtulka halqaları - maqnitli tozla nəzarət.
Stasionar və keçirici defektoskoplarda bilavasitə aqreqatlarda onları çıxarmamaq şərtilə orta konfiqurasiyalı detallara maqnit metodu ilə nəzarət. Silindrik məmulatlara cərəyan buraxan cihazlarla nəzarət və defektoqramlar üzrə defektlərin yerləşməsinin açılması. Səthdəki defektlərin açılması. Qaynaq birləşmələrinin keyfiyyətinə maqnitoqrafiya metodu ilə - maqnit plyonkasına yazmaqla nəzarət. Qaynaq tikişin keyfiyyətinin qiymətləndirilməsi. Lüminessent, ultrasəs və rentgen analizlərin nəticələrinə görə etalonların seçilməsi. Ferritin sayına görə austenit poladların maqnit keçiriciliyinin müəyyən edilməsi.
Bilməlidir: maqnit, elektromaqnit və maqnitoqrafik defektoskopların quruluşunu; metalların texnologiyası və qaynaq istehsalının əsaslarını; maqnit və elektromaqnit defektoskopiyanın təyinatını; maqnit, maqnitoqrafik və cərəyan buraxanın nəzarəti üzrə texniki şərtləri və təlimatları; iri detalları maqnitləşdirmə üsullarını.
1. Austenit sinfindən olan poladdan detal - tablamadan sonra ferrit faza kəmiyyətini cihazla müəyyənləşdirmə.
2. Nəzarət nümunələri - defektoqramların hazırlanması.
3. Cərəyan buraxanla nəzarət zamanı yazı və markalama sistemi - sazlama və tənzimləmə.
4. Qaynaq flans, halqa, aralıq ştuser və borularla nippelin birləşmələri – maqnitli tozla nəzarət.
5. Vertolyotun çıxarılmayan yüngül əl çatan qovşaq və detalları, - maqnitli tozla nəzarət.
6. Austenit sinfindən olan poladlarda qaynaq yerləri - ferrit fazasının bölgüsünü cihazla qeydə alma.
İstiliklə emal olunmuş detalların keyfiyyətinin müəyyənləşdirilməsi və materialın markaları üzrə çeşidlənməsi. Məmulatların ferrit fazasının miqdarına görə safçürük edilməsi. Qalvanik örtüklərin qalınlığının ölçülməsi. Maqnitləşdirmə əyrilərinin qurulması. Azmaqnitli və maqnitli məmulatların cərəyan buraxan metodu ilə nəzarət etdikdə maqnitləşdirmə rejiminin seçilməsi. Məmulatlara cərəyan buraxan metodu ilə nəzarətin optimal rejiminin seçilməsi.
Bilməlidir: maqnit, elektromaqnit və maqnitoqrafiya defektoskoplarının kinematik və elektrik sxemlərini; qalvanik örtüklərin istiliklə emalının əsaslarını; elektromaqnit induksiya defektoskoplarının təmir qaydalarını; ferrit fazasının maqnit keçiricilik qabiliyyətini müəyyən etmək üçün cihazların quruluşunu.
1. Ferrozond vericiləri - həssaslığının müəyyən edilməsi.
2. Polad detallar - xrom örtüyünün qalınlığını müəyyən etmə.
3. Yayma pəstahları - çatların müəyyənləşdirilməsində maqnitli toz metodu.
4. Gisterezis əyrisi - maqnitləşdirilmənin müəyyənləşdirilməsi.
5. Qaynaqlı çıxıntıların, məsul ştuperlərin və borulu qaynaq birləşmələri - maqnitli tozla nəzarət.
6. Qaz-turbin mühərriklərinin işlək forsunkaları - qalaylanmış boru kəmərlərinə maqnitli tozla nəzarət.
Bütün növ maqnit və elektromaqnit defektoskoplarda maqnit defektoskopiyasının aparılması. Məmulatların hazırlandığı materialların maqnit və elektrik parametrlərinin ölçülməsi üçün olan dəqiq ölçü cihazları və qurğularla iş. Defektoskopların sınaqdan keçirilməsi və sazlanması. Ferrozond vericilərin hazırlanması və onların həssaslığının müəyyənləşdirilməsi. Ferrozond vericili aparatlardan məlumatın açılması. Defektlərin ölçülərinin və yerləşdiyi yerin dərinliyinin müəyyənləşdirilməsi. Detal yaxud qaynaq yerləri üzrə maqnit keçiriciliyinin bölgü kartoqramının qurulması.
Bilməlidir: maqnit və elektromaqnit nəzarəti üzrə bütün iş növlərini; qalınlıq ölçmə tiplərini, materialın maqnit xarakteristikasını çıxarmaq üçün olan cihazların quruluşunu; cihazların dərəcələrə bölünmə üsullarını.
Orta ixtisas təhsil tələb olunur.
l. Avarlı vintlərin pərləri - kök çatlarında defektlərin yerləşməsi, dərinliyinin və ölçülərinin müəyyənləşdirilməsi.
2. Ballistik qurğular - dərəcələrinin yoxlanılması.
3. Sapfa, ox şarnirin korpusu (gövdəsi), vertolyotun aparıcı vintinin vtulka pərlərinin lingləri - maqnitlə nəzarət.
4. Cüt çarxların elementləri-maqnitlə nəzarət.
Mineraloji analiz üçün orta nümunələrin hazırlanması. Gil materiallarının şlix üçün dezinteqrasiya edilməsi və ayrılması. Ələk dəstində silkələməklə yumşaq (boş) və ya dezinteqrasiya edilmiş süxurların analizi. Müxtəlif maqnitlərin köməyi ilə maqnit və elektromaqnit fraksiyasının ayrılması. Çıxışların iri parçalarının çəkilməsi və hesablanması, həmçinin maqnit, elektromaqnit və qeyri-maqnit fraksiyaların çıxışlarının hesablanması.
Bilməlidir: mineralogiyaya dair adi məlumatları; orta nümunələrin hazırlanma üsullarını; ələklə analizlərin keçirilmə metodikasını; texniki tərəzilərin, maqnitlərin və quruducu şkafların quruluşunu və onlara xidmət qaydalarını.
Ağır mayelərdə bölüşdürücü qıfın vasitəsi ilə və çini qablarda mineralların şlixdən ayrılması. Dalğalı bölüşdürücünün və ya kvartanın köməyi ilə nümunələrin azaldılması. Fraksiyaları turşularda qaynatmaq yolu ilə dəmir hidroksid plyonkalarından azad olunması. Yatağın əsas mineralının monomineral fraksiyasına ayrılması. Binokulyar mikroskop altında monomineral fraksiyada qatışıqların zahirən müəyyən edilməsi. Analizlərin nəticələrinin sənədləşdirilməsi və qeyd edilməsi.
Bilməlidir: mineralogiyanın əsaslarını, mineralların, tətbiq olunan ağır mayelərin, turşuların və digər reaktivlərin xassələrini və onlardan istifadə etmə qaydalarını; binokulyar mikroskopun quruluşunu; analizlərin nəticələrinin sənədləşdirilməsi qaydalarını.
Titan-sirkon filizlərindən olan nümunələrin, ilkin xammalın, aralıq məhsulların və hazır məhsulun təsdiq olunmuş metodikaya müvafiq kəmiyyətcə analizi. Lüminessent işıqlandırıcı tətbiq etməklə distensillimanit qatışığının kəmiyyətcə mineroloji analizi. Minerallar arasındakı kəmiyyət nisbətini müəyyən etməklə şlixlərin ayrılması. Monomineral fraksiyaların ayrılması və mineralın sıxlığının müəyyənləşdirilməsi. Müxtəlif xüsusi çəkisi olan ağır mayelərin alınması. İmmersiya metodu ilə mineralların müəyyən edilməsi. Bütün məhsullar üzrə bütün mineralların müvafiq oksidlərə hesablanması. Analizlərin nəticələrinin hesablanması və jurnala qeyd edilməsi.
Bilməlidir: geologiya və kristalloqrafiyanın əsaslarını; mineralların fiziki və kimyəvi xüsusiyyətlərini; mineraloji analizlərin aparılması metodikasını; ağır və immersion mayelərin xassələrini və onlardan istifadə etmə qaydalarını; aparılan analizlərin texniki şərtlərini və dövlət standartlarını.
Titan-sirkon filizlərinin qeyri standart çox komponentli nümunələrinin müxtəlif tipli mikroskoplar altında tam kəmiyyətcə mineraloji analiz metodikasının seçilməsi və aparılması. Süni rutil nümunələrinin və konsentratlar əsasında alınan yeni növ məhsulların analizi. Şlixlərin və zənginləşdirmə məhsullarının, mineralların miqdarının zahirən müəyyənləşdirilib tam təsvir etməklə kəmiyyətcə mineraloji analizi. Yoxlama analizlərinin aparılması. Mikroskopların sazlanması. Yeni mineraloji analiz metodlarının işlənib hazırlanmasında iştirak etmək.
Bilməlidir: kristallooptikanın əsaslarını; analizlərin aparılma metodikasının işlənilməsi və seçilməsinin əsaslarını; mineralların maqnit xassələrini və onların öyrənilmə metodlarını; analizləri yerinə yetirərkən tətbiq olunan cihazların və qurğuların quruluşunu və iş prinsipini; minerallarda xüsusi çəkinin müəyyən olunması metodlarını; mineralları təsvir etmə qaydalarını; görülən işlər üzrə sənədləşmənin aparılma qaydalarını.
Vakuum-isitmə metodu ilə vakuum qurğularında metallardakı qazın müəyyənləşdirilməsi. Nümunələrin hazırlanması və onların analitik tərəzidə çəkilməsi. Vakuum qurğularının işə hazırlanması. Termoparın köməyi ilə temperaturun ölçülməsi. Yüksüz vəziyyətdə boş-boşuna təcrübələrin aparılması. Hesablama formulası üzrə metallarda qazların müəyyənləşdirilməsi. Vakuummetr vasitəsi ilə vakuumun ölçülməsi. Şüşə və kvars məmulatlarının təmizlənib yuyulması. Tökülmüş civənin yığılması. Süzmə, mexaniki və sublimasiya üsulları ilə civənin təmizlənməsi.
Bilməlidir: əvvəlcədən boşaldan (forvakuum), yüksək vakuumlu (diffuz) nasosların, civə manometrlərinin iş prinsipini; oksigenin və hidrogenin müəyyənləşdirilməsi metodlarının qısa xarakteristikasını; qazların metalların xüsusiyyətlərinə təsirini; vakuum-isitmə metodunun fiziki-kimyəvi əsaslarını; qazların analiz metodlarını; aşağı temperaturlu kondensasiya metodunun kimyəvi əsaslarını; müqavimət elektrik peçinin quruluşunu; kimya reaktivləri, civə və maye azotla işləmə qaydalarını; şüşədən civə-vakuum qurğularında işləmək üzrə təlimatları.
Vakuum-əridilmə, kütlə-spektral və xromatoqrafiya metodları ilə müxtəlif qurğularda metallardakı qazların müəyyənləşdirilməsi. İzotop metodu ilə analiz aparıldıqda nümunələrin kütlələrinin seçilməsi. İzotop mübadiləsinin keçirilməsi. Kütlə-spektrometrin qoşulması və ona sürət verilməsi. Kütlə-spektrometrdə və xromotoqrafda sonradan analiz etmək üçün qazların yığılması. Vakuum qurğularında sızmaların aşkar olunması. Civənin kimyəvi təmizlənməsi.
Bilməlidir: vakuum-əridilmə qurğularının, xromatoqrafların qabaqcadan boşaldan (forvakuum), yüksək vakuumlu (diffuziya) nasoslarının quruluşunu; ionlaşdırıcı və maqnit boşaldıcı manometrlərdən istifadə etmə qaydalarını; vakuum-əridilmə metodunun və xromatoqrafiyanın fiziki-kimyəvi əsaslarını; müxtəlif izotopların xassələrini; izotopla durultma metodunu; yüksəktezlikli induksion isitmənin fiziki əsaslarını; əsas metalların ərimə temperaturunu; metallardan çıxan qazların metal sublimasiyası məhsulları ilə udulma üsullarını; sublimasiya məhsulları ilə mübarizə metodlarını; metallarda qazları analiz etmək üçün izotoplu metaldan istifadə şüşə, civə, sürtgü materialı, yağın və s. vakuum materiallarının xassələrini; vakuumun ölçülməsinin fiziki əsaslarını.
Vakuum-əridilmə metodu ilə metallarda qazların qeyri-standart üsulla müəyyənləşdirilməsi. Kütlə-spektrometri, xromatoqrafı tətbiq etməklə eyni vaxtda bir neçə qazın tərkibinin müəyyənləşdirilməsi. Vakuum-əridilmə qurğularında müəyyənləşdirilmə səhvlərinin qiymətləndirilməsi. Analiz şərtlərinin-temperaturun, analizin aparılma uzunluğunun və s. seçilməsi. İzotop və xromatoqrafik zirvələrin ölçülməsi. Ölçmə nəticələrinin yazılıb işlənilməsi. Kütlə-spektrometrin ölçmələr aparılmasına hazırlanması - vakuum sistemlərində lazımi vakuumun yaradılması, blokların qızdırılması, gücləndiricilərin sazlanması. Analiz edilən qazın izotop tərkibinin hesablanması. Analiz edilən nümunədə qazın miqdarının hesablanması. Qazların kütlə-spektrometrdə izotop analizi. Fon zirvələrinin açılması. Kütlə-spektrometrlərdə qaz qatışıqlarında qazların kəmiyyətcə müəyyənləşdirilməsi.
Bilməlidir: ionlaşdırıcı və maqnitboşaldıcı manometrləri olan vakuummetrlərin, xromatoqrafik kolonkaların, PH- metrlərin - detektorların iş prinsipini; qazlarla metalların bir-birinə təsirinin əsas qanunauyğunluqlarını; sorbsiya və həll olunmanın əsas prinsiplərini; radioaktiv və sabit izotopları; elektronikanın əsaslarını; izotopla durultmaq (izotop qatmaq) metodunun mahiyyətini, ondan metallarda qazları analiz etmək üçün istifadə edilməsini; vakuum ölçülməsinin fiziki əsaslarını; kütlə-spektrometriyanın fiziki əsaslarını; vakuum gigiyenasını; kütlə-spektrometrdə işləmə qaydalarını; vakuum-əridilmə qurğularında bir neçə qazın miqdarının eyni vaxtda müəyyənləşdirilməsinin xüsusiyyətlərini; səhvlərin (xətaların) tapılması metodlarını.
Etalonlu qaz qatışıqlarının tərtib edilməsi. Xromatoqrafın, kütlə-spektrometrin civə, karbon oksidi, azot, hidrogen və etalonlu qaz qatışıqları üzrə sazlanması. Kütlə-spektrometrdə sızmanın aşkarlanması və onun aradan qaldırılması. Qaz qatışığının tərkibinin müəyyənləşdirilməsi. İzotopla durultmaq metodu ilə qazı metallarda müəyyənləşdirmək üçün istifadə olunan dozalaşdırıcının hazırlanması. Dərəcələrə bölmək üçün qaz qatışıqlarının hazırlanması. Qazların köməyi ilə kütlə-spektrometrin və xromatoqrafların dərəcələrə bölünməsi. Dozalaşdırıcı nümunələrdə kütlə və atom faizlərinin hesablanması. Vakuum sistemlərinin həcmlərini kalibrləmə. Xidmət olunan avadanlığın cari təmiri.
Bilməlidir: kütlə-spektrometrin blok sxemini; analiz edilən qazın buraxma sistemini, ionların mənbəyini, maqnit analizatorunu, ionların qəbuledicisini, ölçü sistemini, yüksək vakuumun alınma və ölçülmə sistemini; kütlə-spektrometrlərdə qazların izotop və ümumi analizini; izotopların ayrılma metodlarını; metalşünaslığın əsaslarını; oksigen-metal sistemini; hidrogen-metal sistemini, azot-metal sistemini, qazların metalların xassələrinə təsirini; metallarda qazların müəyyənləşdirilməsi metodlarını; metallarda oksidlərin bərpa edilməsi metodlarını və temperaturunu; nitritlərin istiliklə parçalanması, nitritlərin karbonla ayrılmasını; sızmaları tapmaq və ləğv etmək metodlarını.
Orta ixtisas təhsili tələb olunur.
Mexaniki belə xidmət. Yüklərin boşaldılması zamanı mexaniki belin fasiləsiz işinin təmin edilməsi. Mexaniki belin nasazlığının aşkar edilməsi və aradan qaldırılması. Emal olunan materialların növündən asılı olaraq aqreqatın işinin tənzimlənməsi. Elektrik motorlarının qurulması və mərkəzləşdirilməsi. Elektrik güc xətlərinin montajı və demontajı. Mexaniki belin cari təmirinin aparılması.
Bilməlidir: mexaniki belin və köməkçi mexanizmlərin quruluşunu; materialların yüklənib-boşaldılması və yer dəyişməsi zamanı siqnalizasiya metodunu və qaydasını; elektrik quraşdırma işlərində elementar məlumatları; trosun birləşdirilməsi üsullarını.
Konveyer, bucurqad, elektro və avtoarabacıqlar, qaldırıcı bloklar və digər analoji qaldırıcı-nəqliyyat mexanizmi və ləvazimatlardan istifadə etməklə anbarda, bazada, vaqonlarda, gəmi və avtomobillərdə, konteyner meydançalarında, soyuducu kameralarda komplektləşdirici və qablaşdırıcı sahələrdə müxtəlif növ yüklərin yükləmə, boşaltma, nəql etdirmə və anbardaxili emal işlərinin növləşdirilməsi, aparılması, yerdəyişməsi və bərabər paylanılmasının yerinə yetirilməsi. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında müxtəlif növ yüklərin yükləyici, boşaldıcı, yüktutucu mexanizm və ləvazimatlarla yüklənib boşaldılması, yerdəyişməsi və ştabelə yığılması. Kütləsi 5 t-a qədər olan müxtəlif növ yüklərin yerdəyişməsi, qoyulması, bərkidilməsi və arabacıq və ya platformada tutma, bağlama və takelaj işlərinin yerinə yetirilməsi. Müxtəlif növ yüklərin, məmulat, detal, yarımfabrikat, hazır məhsulun möhürlənməsi, ştabelləşdirilməsi, etiketlərin yapışdırılması üzrə müxtəlif markirovka edici vəsait və avadanlıqlardan istifadə etməklə markirovkası. Qələvi, turşu, əridici və su qatışıqlarının qəbulu, qablara süzülməsi və doldurulması. Mexanizmlərin köməyi ilə yarımfabrikat və hazır məhsulların çəkilib qablaşdırılması. Qaldırıcı mexanizmlərin köməyi ilə məmulat, detal və məhsulun qablaşdırıcı maşına qoyulması və texniki şərtlərə uyğun olaraq müxtəlif taralara qablaşdırılması.
Bilməlidir: qaldırıcı-nəqliyyat vasitələrinin mexanizmlərini, tərəzidən istifadə edərək yüklərin yüklənməsi, boşaldılması, nəql etdirilməsi və boşaldılması qaydalarını və anbardaxili emalı prosesini, onların quruluşunu; yüklərin yüklənməsi və boşaldılması zamanı şərti siqnalizasiyanı; üstü açıq hərəkət heyətinə, avtomobilə, gəmiyə və soyuducu kameraya yükləmə zamanı yüklərin yol verilən ölçülərini; anbarların yerləşməsini və yüklərin yüklənib boşaldılma yerini; strop və takelaj vasitələrindən istifadə qaydalarını; çəkiləsi yüklərin çeşidini; növünü və assortimentini; yüklərin saxlanılması qaydasını, qablaşdırma, qurulma və ştabelləşdirilmə üsullarını; yüklərin şifrini və markirovka zamanı şərti işarələrini; yarımfabrikat və hazır məhsulların çəkilib bükülməsi, dozalaşdırılması qaydalarını; maye məhsulların qəbulu, süzülməsi və qablara doldurulmasının norma və qaydalarını.
Yükgötürmə qabiliyyəti 15 t-a qədər olan körpülü, 5 t-a qədər olan eşşəkli, daşıyıcı kranlardan, kran-blok, akkumulyatorlu yükləyicilər, mexaniki bel, eynitipli avtomobil yükləyicilərindən istifadə edərək anbar, baza, vaqon, gəmi, avtomobil, konteyner meydançalarında və komplektləşdirmə və qablaşdırma sahələrində müxtəlif növ yüklərin yüklənib - boşaldılması, nəql etdirilməsi və anbardaxili emalı. Kütləsi 5-dən 25 t-a qədər olan müxtəlif yüklərin arabacıqlarda; və platformalarda yerdəyişməsi. İş prosesində yüklərin; bortların və qapıların bağlanılması ilə vaqonların itələnməsi və daşınması. Neft və kimyəvi məhsulların qəbulu, qablara süzülməsi və doldurulması. Yükgötürmə qabiliyyəti 1 t-a qədər olan stellajlı kran-ştabellərlə müxtəlif yüklərin, stellaja qoyulub çıxarılması, yükləmə meydançalarına gətirilməsi və onların konteyner, paket və altlıqlara qoyulması. Nasaz avadanlıq, alət və cihazlar üzrə defekt cədvəllərinin tərtib edilməsi.
Bilməlidir: qaldırıcı kranların və onların mexanizmlərinin quruluşu, və istismarı qaydalarını; körpülü, eşşəkli və daşıyıcı kranlardan, kran-bloklardan, akkumulyatorlu yükləyici mexanikikürəcik, birtipli avtomobil yükləyiciləri və yüktutucu vasitələrdən istifadə etməklə yüklərin anbardaxili yüklənib boşaldılması, nəql edilməsi və texnoloji prosesini; yüklərin yerdəyişməsi və qurulması üçün texnoloji vasitələrdən, istifadə qaydalarını; süzülüb doldurulan məhsulların əsas fiziki-kimyəvi xüsusiyyətlərini; məhsulların stellaja yüklənməsi qaydasını.
Yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan körpülü kranlardan, yükgötürmə qabiliyyəti 5 t-dan 25 t-a qədər olan eşşəkli kranlardan, tırtıllı, pnevmo-təkərli kranlardan, traktor, avtomobil və vaqon yükləyicilərindən, müxtəlif növ yüktutma vasitələrindən, portdaxili nəqliyyat maşınlarından istifadə etməklə anbarlarda, bazalarda, vaqonlarda, soyuducu kameralarda, gəmilərdə avtomobillərdə, konteyner meydançalarında, komplektləşdirmə və qablaşdırma sahələrində müxtəlif növ yüklərin yüklənib-boşaldılması və anbardaxili emalı.
Vaqonlardan səpələnən və qalaqlanan yüklərin boşaldılmasında maşın və mexaniki qurğuların idarə edilməsi. Avtomobil, dəmiryolu, çay və dəniz sement daşıyıcılarını dolduran müxtəlif mexanizmlərin idarə edilməsi. Səpələnən və qalaqlanan yüklərin qəbulu, çəkilməsi və anbar, baza və stansiyalarda vaqon və avtomobillərə yüklənib göndərilməsi prosesinin əl rejimində işləyən idarə pultundan aparılması. Kütləsi 25 t-dan,artıq olan yüklərin daşınması, qoyulması, bərkidilməsi, arabacıq və platformada qurulması üzrə stropla tutma, bağlama və takelaj işlərinin aparılması. Anbar konveyerinin idarə edilməsi. Sarı, qırmızı fosforun, sıxılmış karbohidrogenin və toksiki maddələrin qəbulu, tutumlara süzülməsi və doldurulması. Stellajlara yükləyici və digər nəqliyyat vasitələrinin qoyulması və çıxarılması və yüklərin stellajlardan istehsal sahələrinə çatdırılması; yükgötürmə qabiliyyəti 1 t-dan yuxarı olan stellajlı kran-ştabellərin idarə olunması.
Bilməlidir: xidmət edilən körpülü, eşşəkli, tırtıllı və pnevmo-təkərli kranlardan, traktor, avtomobil yükləyicilərindən, avtomobil və vaqon boşaldıcılarından istifadə etməklə anbardaxili yüklərin yüklənməsi, boşaldılması, nəql etdirilməsi qaydalarını və texnoloji prosesini; avtomat və idarə pultunun istismar qaydasını və onların quruluşunu; ağır yüklərin stropla tutma üsullarını və takelaj vasitələrindən istifadə qaydalarını; süzülən fosfor, sıxılmış karbohidrogen və toksiki maddələrlə rəftar qaydasını; xarici görkəminə əsasən kütlənin müəyyən edilməsi üsullarını; stellajların yüklənməsinə qoyulan texniki tələbləri; xidmət edilən istehsal sahələrinin yerləşməsini.
Yükgötürmə qabiliyyəti 25 t-dan artıq olan eşşək kranlardan istifadə etməklə anbar, baza, vaqon, avtomobil və gəmilərdə, konteyner meydançaları, komplektləşdirmə və qablaşdırma sahələrində müxtəlif növ yüklərin yüklənib-boşaldılması, nəql etdirilməsi və daxili emalı. Səpələnən və qalaqlanan yüklərin avtomatik rejimdə işləyən idarə pultundan qəbulu, çəkilməsi və vaqon və avtomobillərə yüklənməsi prosesinin aparılması. Müxtəlif növ yüklərin anbara daxil olması və bərabər paylanılmasının avtomatika və nəzarət-ölçü cihazları vasitəsi ilə müşahidəsi, nəzarəti və tənzimlənməsi. Yüklərin qəbul bunkerlərinə verilməsinə, onların doldurulmasına, boş və dolu vaqon və avtomobillərin çəkilməsinə, onların yüklə doldurulmasına nəzarət. Yüklərin dövlət standartlarına uyğunluğuna nəzarət etmək. Qəbul, nəqletdirmə və göndərilmə proseslərini aparan anbar fəhlələrinə, rəhbərlik etmək. Tətbiq edilən avtomatika sisteminin sazlanması.
Bilməlidir: yüklərin saxlanıldığı anbarlarda yüklənib-boşaldıcı avadanlıqların quruluşunu və sxemini; avtomatika, nəzarət-ölçü cihazlarının təyinatını, quruluşunu və xüsusiyyətlərini; yüklərin yüklənməsi, çəkilməsi, uçotu və nəql etdirilməsinin qayda və üsullarını dövlət standartlarının tələblərini, avtomatika sisteminin sazlanması qaydası və üsullarını.
Saatda cəmi 1000 kub metrə qədər su, turşu, qələvi və digər qatı olmayan maye vuran porşenli və mərkəzdənqaçma nasosları ilə təchiz edilmiş nasos qurğularına və saatda 50 t-a qədər neft, mazut, qatran və digər qatı maye ötürən nasos qurğularına xidmət. Hər bir nasosu saatda 100 kub metr ötürən iynə filtrli qurğulara və tikinti meydançalarında və səhra şəraitində yerləşən nasos aqreqatlarına və nasoslara xidmət. Saatda cəmi 6000 kub metrə qədər metanlı hava qarışığı ötürən kömür şaxtalarının deqazlaşdırılması üzrə vakuum-nasos qurğularına xidmət. Qazın ölçülməsi. Suyun və vurulan digər mayelərin tənzimlənməsi. Neft və mazutun çən və baklardan süzülməsi və vurulması. Maye yanacağının süzülməsi zamanı qızdırılması və onun saxlanılma və ya tələbat yerinə verilməsi. Neft magistrallarının üfürülməsi. Filtrlərin vəziyyətinə və onların təmizlənməsinə nəzarət. Avadanlıqların işində olan nasazlıqların aşkarlanması və aradan qaldırılması, qurğuların işi haqqında jurnalda qeydlərin aparılması. Avadanlıqların cari təmiri və daha mürəkkəb təmir işlərinin yerinə yetirilməsi.
Bilməlidir: mərkəzdənqaçma, porşenli və digər nasos qurğuları avadanlıqlarının iş prinsipini; suyun, neftin və vurulan digər mayelərin və qazın fiziki və kimyəvi xüsusiyyətini; onların yüklənməsini; nasos qurğularının kommunikasiya sxemini; bərkidici armaturun və qoruyucu qurğuların yerləşməsini; nasos qurğularının işində olan nasazlıqların aradan qaldırılması yollarının; qrinel şəbəkəsinə xidmət qaydalarını; yağların növü və markasını; qurğuların yağlanma sistemini.
Saatda cəmi 1000-dən 3000 kub metrə qədər su, pulpa və digər qatı olmayan mayelər ötürən porşenli və mərkəzdənqaçma nasosları ilə təchiz edilmiş nasos qurğularına və saatda cəmi 50 t-dan yuxarı neft, mazut, qatran və digər qatı mayelər vuran nasos qurğularına xidmət. Sahə şəraitində tikinti meydançalarında hər biri saatda 100-dən 1000 kub metrə qədər su vuran nasos və ya nasoslu aqreqatlara və hər bir nasosu saatda 100-dən 600 kub metrə qədər vuran iynə filtrli qurğulara xidmət. Saatda cəmi 6000 kub metrdən 18000 kub metrə qədər metanlı hava qarışığı ötürən kömür şaxtalarının deqazlaşdırılması üzrə vakuum-nasos qurğularına xidmət. Mühərrik və nasosların işə salınması və dayandırılması, su və ötürülən digər mayelərin verilən təzyiqinin saxlanılması, və borukəmərlərinin xidmət edilən sahələrinin nasos, mühərrik və armaturunun fasiləsiz işinə nəzarət. Qurğu avadanlıqların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Qurğunun işi haqqında texniki uçot və hesabatın aparılması. Nasos avadanlığının cari təmirinin yerinə yetirilməsi, orta və əsaslı təmirdə iştirak etmək.
Bilməlidir: suyun, maye yanacağın və digər mayelərin vurulması üzrə porşenli və mərkəzdənqaçma nasoslarının quruluşunu; hava kəmərlərinin, sovurucuların və sıxıcı kompressorların və təmizləyici qurğuların sxemini; klinket və filtrlərin konstruksiyasını; elektrotexnika, hidravlika və mexanika üzrə elementar məlumatları; avadanlıqların işində olan nasazlıqların aşkar edilməsi və qəzaların aradan qaldırılması üsullarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şəraitini; avadanlıqların işinin uçotu və aparılması qaydasını.
Müxtəlif sistemli nasos və boru nasosları ilə təchiz edilmiş, saatda cəmi 3000-dən 15000 kub metrə qədər su, pulpa və digər qatı olmayan mayelər ötürən nasos qurğularına xidmət. Mühərrik və nasosların işə salınması, iş rejiminin tənzimlənməsi və dayandırılması. Sahə şəraitində, tikinti və sənaye meydançalarında hər biri saatda 1000-dən 3000 kub metrə qədər su ötürən nasos və nasoslu aqreqatlara və hər biri saatda 600 kub metrdən artıq ötürən vakuumlu nasos və iynəfiltrli qurğulara xidmət. İstehsal gücü 18000 kub metrdən yuxarı metanlı hava qarışığı olan kömür şaxtaların deqazlaşması üzrə vakuum-nasos qurğularına xidmət. Xidmət edilən sahə şəbəkəsində verilən su və pulpun lazımi təzyiqlə təmin edilməsi. Nasos qurğuları avadanlığının işindəki nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması.
Bilməlidir: müxtəlif sistemli mərkəzdənqaçma, porşenli və vakuum nasoslarının və boru nasoslarının konstruksiyasını; elektrotexnika, hidravlika, mexanika üzrə əsas məlumatları; avankamera, borukəməri, tor, quyu və nəzarət-ölçü, cihazlarının quruluşunu və yerləşməsini; bütün nasos qurğuları avadanlığının işə salınması və dayandırılması qaydalarını; avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını.
Müxtəlif sistemli nasos və boru nasoslarla təchiz edilmiş, saatda 5000-7000 kub metrə qədər su və pulpa ötürən güclü nasos qurğularına xidmət. Sahə şəraitində və texniki meydançalarda saatda 3000 kub metr su vuran nasos və nasoslu aqreqatlara xidmət. Nasosların, mühərriklərin, armatur və boru kəmərlərinin fasiləsiz işinin təmin edilməsinə və suyun təzyiqinə nəzarət. Dövr edən suyun soyudulması üçün qradirnə xidmət. Nasosların, su qurğularının, nəzarət cihazlarının, avtomatların və qoruyucu qurğuların tənzimlənməsi və onlara baxış. Nasos qurğularının işindəki nasazlıqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması.
Bilməlidir: müxtəlif növlü mühərrik, nasos və boru nasoslarla təchiz edilmiş yüksək güclü nasos qurğularının quruluşunu və konstruksiyasını; avankamer, quyu, boru kəmərləri və filtrlərin konstruksiyası və yerləşmə sxemini; xidmət edilən sahənin su təchizatının qrafikini.
6-cı dərəcə: saatda 7000 kub metrdən yuxarı su, pulpa və qeyri özlü maddə ötürən nasos qurğularına xidmət.
Filiz, metal, xammal, yarımfabrikat, hazır məhsul, qatışıqlar, neft məhsulları, bərk mineral yanacaq, tikinti materialları və sairdən nümunə götürənin köməyi ilə, əl ilə və ya xüsusi vasitələrlə nümunənin seçilməsi və hazırlanması. Laborantın rəhbərliyi ilə təhlilin, yoxlanılmanın və mexaniki sınağın aparılması. Nümunələrin qablaşdırılması və etiketlə tərtibatı, onların laboratoriyaya gətirilməsinin təmin edilməsi. Nümunə götürmək üçün istifadə edilən qabın yuyulub saxlanılması. Götürülən nümunələrin uçotunun aparılması.
Bilməlidir: müxtəlif anbar və istehsalat şəraitində nümunə götürülməsi qaydası və üsullarını; nümunə üçün götürülən material, xammal və hazır məhsulun xüsusiyyətlərini; nümunənin keyfiyyətinə qoyulan tələbləri; nümunə götürənin quruluşunu.
Aqressiv və ya zəhərli maddələrdən nümunə götürənin köməyi ilə və ya təzyiq və vakuum altında yerləşən respirator və aparatlardan istifadə etməklə nümunələrin seçilib götürülməsi. Trixinellez üçün nümunənin götürülməsi. Nümunələrin çəkilməsi, ölçülməsi, daşınması, paketlər üzrə paylanması. Orta nümunənin hazırlanması. Bərk mineral yanacağın seçilməsi və hazırlanması zamanı nümunə götürücü və nümunə hazırlayıcı maşınların işinə nəzarət etmək. Nümunələrin bölünməsi və təbəqələnməsi. Seçilib götürülmüş və hazırlanmış nümunələrin uçotunun aparılması və müvafiq aktların tərtib edilməsi. Xidmət edilən maşın və mexanizmlərin təmirində iştirak etmək.
Bilməlidir: nümunə götürücü və nümunə bölüşdürücü maşın və mexanizmlərin quruluşunu və hərəkət prinsipini; aqressiv və zəhərli maddələrin nümunələrinin təzyiq və vakuum altında olan aparatlardan götürülməsi qaydası və üsullarını; nümunələrin hazırlanması üsullarını; zəhərli və yanacaq maddələrdən istifadə qaydalarını.
Domna sobalarının koloşnikinin radiusu üzrə qaz nümunəsinin götürülməsi. Domna sobalarının şaxtalarından qaz nümunəsinin götürülməsi üçün dəlik və gözlüklərin təmizlənməsi. Şaxtanın müxtəlif səthlərində və domna sobasının aşağı hissəsində temperaturun və təzyiqin ölçülməsi. Furma zonasında temperaturun müəyyənləşdirilməsi və furmalar üzrə hava sərfinin ölçülməsi. Çuqun və şlak - nümunələrinin seçilib götürülməsi. Nümunə götürülməsi üçün avadanlığın sazlığının yoxlanılması.
Bilməlidir: domna sobalarının quruluşunu; çuqunun əridilmə prosesinin əsaslarını; qaz, çuqun və şlakın kimyəvi və fiziki xüsusiyyətlərini; temperatur və təzyiqin sobalarda ölçülməsi üçün işlədilən cihazların quruluşunu; qaz, çuqun və şlak nümunələrinin seçilib götürülməsi qaydasını; oksigen aparatlarında iş qaydasını və aparatların quruluşunu.
Tenzodatçiklərin konstruksiyaya yapışdırılması. İş vaxtı lazım olan qeyri mürəkkəb ləvazimatların hazırlanması. Sınaq sxemlərinin quraşdırılması və daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında ossilloqrafiya və tenzometriya üçün cihazların sazlanması. Naqilli tenzodatçiklərin termik emalı. Resept üzrə aydınlaşdırıcının hazırlanması;
Bilməlidir: işıqşüalı ossilloqraflarla, tenzodatçiklərdə iş qaydalarını; tenzodatçiklərin tipini və xüsusiyyətlərini; elektrotexnikanın əsaslarını; müxtəlif sınaqların sinifləşdirilməsini; fotosənədlər haqqında əsas məlumatları və emalı üsullarını.
Tenzodatçiklərin köməyi ilə konstruksiyalarda cərəyanın ossilloqraflaşdırılması. Ossilloqramların şifrinin açılması. Sınaq sxemlərinin quraşdırılması və ossilloqrafiya və tenzometriya üçün cihazların sazlanması. Ossilloqrafiya və tenzometriya cihazlarının sınağa hazırlanması. Tenzodatçiklərin müqavimət və tenzohəssaslıq üzrə seçilməsi, göstəricilərin çıxarılması. Cihazların xırda təmiri.
Bilməlidir: ossilloqrafiya və tenzometriya cihazlarının struktur sxemini; metal və ərintilərin mexaniki xüsusiyyətlərini; cihazların texniki göstəricilərini; mexaniki gərginliyin sınaq metodikasını.
Ossilloqrafiya və tenzometriya üçün cihazların seçilməsi. İş rejiminin seçilməsi və cihazların sazlanması. Bütün sxemin iş qabiliyyətinin yoxlanılması. Aşağı və yüksək temperaturlarda detalların gərginliyinin ölçülməsi. Gərginlik diaqramının qurulması. İstifadə olunan cihazların təmiri. Tenzometrlərin yerinin çəkilməsi üçün qurğuların hazırlanması. Ossilloqramların foto emalı.
Bilməlidir: ossilloqrafiya və tenzometriya cihazlarının prinsipial sxemini və sazlama qaydalarını; materialların müqaviməti və radiotexnika haqqında əsas məlumatları; tenzometrik sınaqların yekununun emalı; xətaların müəyyənləşdirilməsi üsulları və qaydalarını.
Daşma bilən pirometrik və nəzafət-ölçü cihazlarının köməyi ilə əridici, qızdırıcı və quruducu sobalarda, həmçinin metalın buraxılması və tökülməsi zamanı temperaturun müəyyən edilməsi. Temperatur ölçülərinin və verilmiş texnoloji rejimdən kənarlaşmaların qeydiyyatı. Cihazların tənzimlənməsi və termobuxar qatının yanmış hissəsinin dəyişdirilməsi. Cədvəllərin köməyi ilə temperaturun ölçülərinin bir şkaladan başqa şkalaya keçirilməsi.
Bilməlidir: daşına bilən pirometrik cihazların iş prinsipini; pirometrik və nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; əridici, qızdırıcı və quruducu sobaların texnoloji temperatur rejimini; maye metalın tökülməsinin başlanma və qurtarma temperaturunu; müşahidə yekunlarının və temperaturunun qeydiyyatı qaydalarını; temperatur ölçüləri göstəricilərinin bir şkaladan başqa şkalaya verilməsi üçün cədvəllərdən istifadə qaydasını; termobuxarın yanmış qatının dəyişdirilməsi üsullarını.
Stasionar pirometrik və nəzarət-ölçü cihazları vasitəsi ilə əridici, qızdırıcı və quruducu sobalarda temperaturun müəyyən edilməsi. Cihazların göstəricilərinin düzgünlüyünün yoxlanılması. Möhkəmlədici vannaların temperaturunun ölçülməsi. Pirometrik cihazların tənzimlənməsi və cari təmiri. Termobuxarın yoxlanılması. Termobuxarın iş yerində qurulması.
Bilməlidir: stasionar və daşma bilən pirometrik və nəzarət-ölçü cihazlarının quruluşunu və iş prinsipini; pirometrlərdə nasazlıqları yaradan səbəblərin əsasını və onların qarşısının alınması üsullarını; temperaturun qeyd edilməsi və ölçülməsi qaydasını; metalın əridilməsi və tökülməsinin temperatur rejimini, termik emalını və qurudulmasını; elektrotexnika üzrə ümumi məlumatı.
Optik və radiasiya pirometrlərinin köməyi ilə əridilmiş metalın, duzun, qaz mühitinin və sıxılmış qazın temperaturunun müəyyən edilməsi. Pirometrik cihazların qurulması və sazlanması. Pirometrik millivoltmetrlərin, özüyazan cihazların, avtomatik potensiometr və körpülərin tənzimləyici göstəricilərinin tənzimlənməsi və nəzarət. Verilmiş mühitin temperaturunun ölçülməsi üçün metodun və lazımi aparatların seçilməsi. Pirometrik cihazların təmiri.
Bilməlidir: pirometrik cihazların kinematik və elektrik sxemini; metalşünaslıq, elektrotexnika və radiotexnikanın əsaslarını; radiasiya pirometrlərində istifadə olunan radiolampaların, yüksək tezlikli generatorların və elektron gücləndiricilərinin növlərini; xidmət olunan sahələrdə metalın, duzun və qazların texnoloji temperaturunu.
Maye və bərk radioaktiv tullantıların yüklənməsi üçün tutumların hazırlanması. Bərk tullantılar üçün nəzərdə tutulmuş tutumlarda lövhələrin açılması və bağlanılması. Maye tullantılar üçün rezervuarlarda lyukların açılması və bağlanılması. Tutumların səthlərinin və giriş yollarının təmiri: asfalt-beton çəkilməsi, tozun, çirkabın, qarın və s. yığılması.
Bilməlidir: universal və xüsusi ləvazimatın təyinatını və istifadə qaydalarını; radiasiya gigiyenası qaydalarını.
Müxtəlif ləvazimatdan istifadə etməklə xüsusi avtomaşınlardan bərk radioaktiv tullantıların boşaldılması. Radioaktiv tullantıların boşaldılması zamanı tozlanmanın qarşısını almaq məqsədi ilə su pərdəsinin qoşulması. Radioaktiv tullantıların tutumların üst qatında yerləşdirilməsi. Sement qatışığının, asfaltbitum kütləsinin beton qarışdırıcının, hərəkətedici qazanın köməyi və ya əl ilə hidroizolyasiyasının istehsalı üçün hazırlanması. Tikişlərin cındırla kəlitkələnməsi və onların sement qatışığı və ya asfaltbitum kütləsi ilə tutulması. Doldurulmuş tutumların üst qatının hamarlanması, bəndlənməsi və örtülməsi.
Bilməlidir: beton qarışdırıcının quruluşunu, beton və asfaltbitum qarışığının əsas xüsusiyyətlərini; sement məhlulunun hazırlanması üsullarını və onların xüsusiyyətlərini; radiasiya təhlükəsizliyi qaydalarını; universal və xüsusi ləvazimatların quruluşunu.
Maye radioaktiv tullantıların xüsusi maşınlardan tutumlara boşaldılması. İonlaşdırıcı şüalanma mənbələri olan konteynerlərin boşaldılması və onların xüsusi saxlanılan yerlərdə basdırılması. Radioaktiv mayelərin mərkəzəqaçma nasosları ilə ötürülməsi. Radioaktiv mayelərdə sementləşdirmə üzrə qurğuda sement qatışığının hazırlanması. Tutum və avadanlıqların vəziyyətinə nəzarət. Avadanlığın və inventarın cari təmiri. Tutumların radioaktiv mayelərlə doldurma səviyyəsinə nəzarət.
Bilməlidir: radioaktiv maddələrin əsas xüsusiyyətlərini; radioaktiv şüalanmadan müdafiə üsullarını; radioaktiv maddələrin lazımi konsentrasiyasını və şüalanma səviyyəsini; istifadə edilən avadanlığın quruluşunu və kinematik sxemini; universal və xüsusi ləvazimatların konstruksiyasını.
Bərk radioaktiv tullantıların preslənməsi, mayelərin tutumlarda sementləşdirilməsi. Bərk və maye radioaktiv tullantıların sement-beton monolitdə basdırılması. İdarə pultuna xidmət və sementləşdirmə üzrə qurğuların vəziyyətinə nəzarət etmək; baxış, yağlanma, salniklərin doldurulması, möhkəmliyin yoxlanılması və s.
Radioaktiv tullantıların mürəkkəb aparatlarda və qurğularda yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında emalı. Növbə jurnalının müəyyən edilmiş qaydada aparılması.
Bərk, maye, bioloji, qazşəkilli və digər radioaktiv tullantılarının presləmə, yandırma, bitumlama, sementləmə, buxarlandırma, şüşələmə metodu ilə mürəkkəb texnoloji aparat və qurğularda ciddi reqlamentləşdirilmiş proseslərdə bişirilməsi və emalı. Nəzarət-ölçü cihazlarına, avtomatik cihazlara, dozimetriya və radiometriya üzrə texnoloji rejimə nəzarət və tənzimləmə. Avadanlığın işində nasazlıqların aradan qaldırılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinin növbə ərzində emalı və tərtib edilməsi.
Bilməlidir: kimyanın və fizikanın əsaslarını; radioaktiv tullantıların emalı üzrə müxtəlif proseslərin texnologiyasını və cihazların konstruksiyasını.
II sinifdən yuxarı olmayan radioaparatları, maqnitofon, televizor və radioqəbuledici qurğularının sökülüb yığılması və təmizlənməsi. Radiolampalarının yoxlanılması. Otaq televiziya antenalarının təmiri. Radioteleaparatların qoruyucularının dəyişilməsi, ştekerin, idarə qollarının təmiri, blokirovkanın pis kontaktlarının aradan qaldırılması, qidalandırıcı şnurun ştepsel çəngəli ilə dəyişdirilməsi və təmiri. III sinifdən yuxarı olmayan televizor kineskopunun, blokların, televizor proqramlarının dəyişdiricilərinin və kanallar dəyişdiricisinin çıxarılması və quraşdırılması. Bir proqramlı radioqəbuledicilərin, avtodayandırıcısız elektrik proiqrıvatel qurğularının nasazlıq səbəblərinin aşkar edilməsi və təmiri.
Bilməlidir: elektrotexnika, radiotexnika və televiziya haqqında əsas məlumatları, ağ-qara televizorların, radioqəbuledicilərin və digər radioaparatların quruluşunu, funksional sxemini və əsas birləşmələrinin işini; rəngli təsvirlərin verilməsi və qəbulu haqqında ümumi məlumatları; radiolampaların, yarım-keçirici diodların xarakteristikasını; ağ-qara təsvirli televizor və digər radioaparatların sökülüb yığılması ardıcıllığını; ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin və digər radioaparatlarının nasazlıqlarının aşkar edilməsi, onların təmiri metodlarını, otaq antenalarının tipi və konstruksiyalarını; televizor və radioqəbuledicilərin quraşdırılması qayda və üsullarını, onların antenaya birləşdirilməsini; quraşdırıcı-tənzimləyici alətlərin təyinatı və tətbiq edilməsi.
Bütün siniflərdən olan ağ-qara təsvirli televizorların qurulması. Yarımkeçirici cihazların (tranzistorların, diodların) yoxlanılması. Lampalı ağ-qara təsvirli televizorların nasazlıqlarının səbəblərini aşkar etmək və qeyri-periodik qüsurların aradan qaldırılması ilə konturların dəyişdirilməsi və sazlanması, çap platolarının, qaletli, dilli dəyişdiricilərin təmiri ilə əlaqədar olmayan təmirlərin aparılması və avtomatik tənzimləyicinin zəncirlərində mürəkkəb defektlərin aradan qaldırılması (qüvvənin avtomatik tənzimlənməsi, tezliyin avtomatik qurulması). Nasazlıqların səbəbinin aşkar edilməsi, lampalı radioqəbuledicilərin və IV və III sinif radiolaların, IV sinif maqnitofonlarının, elektrofonların bütün növ elektrik idarə pultlarının (stereofonikdən başqa), üç proqramlı radioqəbuledicilərin təmiri.
Bilməlidir: elektrotexnikanın, radiotexnikanın, televiziyanın əsaslarını; rəngli televiziya təsvirləri üzrə əsas məlumatları, yarımkeçirici cihazların xüsusiyyətlərini; ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin, digər radioaparatların quruluşunu lampalı və lampalı-yarımkeçiricili televizorların, II sinifdən yuxarı olmayan radioqəbuledicilərin, III sinifdən yuxarı olmayan maqnitofonların və digər radioaparatların prinsipial və montaj sxemini; bu aparatların nasazlığının növləri, onların yoxlanılması, tənzimlənməsi, sazlanması və təmiri metodlarını və üsullarını; radioteleviziya aparatlarının təmiri zamanı tətbiq edilən nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydasını; televiziya antenalarının quraşdırılması və montajı üsullarını və qaydasını.
Bütün siniflərdən olan lampalı-yarımkeçirici və I sinifdən olan lampalı ağ-qara təsvirli televizorların işindəki nasazlıqların səbəbinin aşkar edilməsi və qeyri-periodik defekt və nasazlıqlarla əlaqədar olmayan təmirin aparılması. Rəngli televizorların qurulması və təmirində iştirak etmək. Lampalı və tranzistorlu radioqəbuledicilərin və radiolampaların, II-III sinif maqnitofon və III sinif tranzistlorlu maqnitofonların, stereofonik elektrofonların, stereofonik elektrik idarəetmə pultunun, antena gücləndiricilərinin nasazlıqlarının aşkar edilməsi, təmiri, tənzimlənməsi və quraşdırılması.
Bilməlidir: bütün növ ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin və maqnitofonların yoxlanılması, sazlanması və təmiri metodlarını və üsullarını; rəngli televizorların quruluşunu və qurulması qaydalarını, prinsipial sxemini; rəngli televizorların qurulması və televiziya antenalarının quraşdırılması zamanı istifadə edilən nəzarət-ölçü cihazlarından istifadə qaydalarını.
Bütün siniflərdən olan ağ-qara təsvirli lampalı və lampalı-yarımkeçiricili televizorların nasazlıqlarının səbəbinin aşkar edilməsi və onların sazlanması üzrə işlərin yerinə yetirilməsi. Rəngli televizorların qurulması. Rəngli, ağ-qara yarımkeçiricili televizorların, desimetrli diapazon konventerlərinin, lampalı və radioqəbuledicili tranzistorların birinci və əla sinifdən radiolaların, bütün növdən olan stereofonik, avtomobil radioqəbuledicilərinin, lampalı və II və I sinif tranzistorlu maqnitofonların nasazlıqlarının səbəblərinin aşkar edilməsi və təmiri.
Bilməlidir: bütün növ televizorların, radio-qəbuledicilərin və digər aparatlarının prinsipial, montaj sxemini; ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin və digər radioaparatların mürəkkəb təmir işlərinin aparılması metodlarını; rəngli televizorların təmiri üsullarını; detalların dəyişdirmə metod və üsullarını; təmirdə istifadə olunan nəzarət-ölçü aparatlardan istifadə qaydalarını.
Orta ixtisas təhsili tələb olunur.
Daha yüksək ixtisaslı defektoskopçunun rəhbərliyi altında məmulatların işığa salınması. Məmulatların işığa salınmasına hazırlanması. Verilmiş nəzarət parametrlərinə görə məmulatlar işığa salınarkən sahələrin nişanlanması və markalanması. Rentgen plyonkasının aydınlaşdırılması və fiksasiya edilməsi.
Bilməlidir: qamma-defektoskopiya üçün rentgen qurğularının və aparatlarının iş prinsipini; şüalanma növlərini və mənbələrini və onların təmirini; şüanın maddələrdən keçməsini; rentgen plyonkalarının müxtəlif növlərinin xüsusiyyətlərini və onların keyfiyyətinin yoxlanılması üsullarını; kasetlərin doldurulmasını.
1. Plastinkaların nümunələri – qaynaqçı dərəcəsinə attestasiya keçirilərkən işığa salınma,
2. Qovuşuq birləşmələri - işığa salınma.
3. Silindrlərin və korpus örtüklərinin uzununa tikilən yerləri-işığa salınma.
Sadə məmulatların işığa salınması. Daha yüksək defektoskopçunun rəhbərliyi altında məsuliyyətli boru kəmərlərinin işığa salınması. Sadə və orta mürəkkəbli məmulatların ionizasiya və stsintilyasiya nəzarəti. Zəruri şüalanma mənbələrinin seçilməsi və ekspozisiyasının müəyyənləşdirilməsi. Radioaktiv izotopun fəallığını müəyyən etmək məqsədilə baxılması. Rentgen və qammaqrafiya aparatının tənzimlənməsi.
Bilməlidir: rentgen qurğularında sürətləndirici texnikanın, qammaqrafiya, ionizasiya və stsintiliyasiya nəzarəti üçün aparatların iş prinsipini; elektrotexnika və metalşünaslığın əsaslarını; metalların və tökmələrin müxtəlif qaynaq növlərinin texnologiyasını; qaynaq birləşmələrinin növlərini və qaynaq texnologiyasını; defektlərin qaynaq yerlərinə verilən tələblərini; dozimetriyanın əsaslarını; metallardan şüalanma keçdiyi zaman onların zəiflədici xüsusiyyətlərini; rentgen, qammaqrafiya üçün tətbiq olunan metalların xassə və xüsusiyyətlərini; şüalanma mənbələrinin, işığa salma parametrlərinin və lazımi ekspozisiyaların seçilməsini.
1. Tökmə məmulatları-işığa salma.
2. Damğalı və zolaqlı birləşmələr –işığa salma.
3. Qaynaq borular-işığa salma.
4. Vertolyotun aparıcı vintinin boruları, vtulkaları-işığa salma.
5. Balon və silindrlərin dairəvi tikiş yerləri-işığa salma.
Orta mürəkkəbli məmulatların işığa salınması. Mürəkkəb məmulatların ionizasiya və stsintiliyasiya nəzarəti. Sürətləndirici texnikanın və qamma-qurğularının vasitəsi ilə məmulatların işığa salınması. Məsuliyyətli boru kəmərlərinin işığa salınması. Kseroqrafiya qurğularında işləmək. Rentgen və radioqrafiya aparatlarının cari təmiri və sazlanması. Şüalanma mənbələrinin doldurulması və yenidən doldurulması.
Bilməlidir: ionizasiya və stsintilyasiya nəzarəti üçün rentgen, radioqrafiya aparatlarının elektrik sxemlərini; çoxlu enerji şüalanması ilə işığa salınan maddənin qarşılıqlı fəaliyyətini; kseroqrafiyanın əsaslarını; mümkün şüalanma dozalarının, şüalanma mənbələrinin və verilmiş məsafədə qalma müddətinin (vaxtının) hesablamasını; müxtəlif sürətləndiricilərin quruluşu haqqında əsas məlumatları.
1. Silindrik və kürə səthlərdə qaynaqlar-işığa salma.
2. Aviamühərrikin yanacaq kollektoru-işığa salma və rentgenoqrammanın açılması.
3. İşlək konteynerləri-izotoplarla yenidən doldurulması.
.4. Metallurgiya sexləri üçün metal və xəlitə-işığa salma.
Mürəkkəb konfiqurasiyalı məmulatların stasionar və səyyar şüalanma mənbələrinin vasitəsi ilə işığa salınması. Rentgen-qamma defektoskopiyası, ionizasiya və stsintiliyasiya nəzarəti üçün tətbiq olunan aparatların sazlanması. Rentgenoqramların açılması. Yoxlanılan nümunələrin, detalların və qovşaqların texniki şərtlərə yararlı olmasının qiymətləndirilməsi. Nəzarət üçün alət və ləvazimatların eskizlərinin işlənib hazırlanması. Rentgen-televiziya qurğularında işləmək.
Bilməlidir: işığa salmağa nəzarət etmək üçün tətbiq edilən bütün aparatların sxemlərini və işini; müxtəlif növ şüalanmanın alınma və işığa salınmış maddə ilə onların qarşılıqlı fəaliyyət göstərmə prinsiplərini; şüalanmadan mühafizənin hesablanmasını; müəssisədə qüvvədə olan radioaktiv mənbələrin alınma və saxlanılma qaydalarını.
1. Avtomatika aqreqatları və qaz-turbin mühərriklərinin forsunkaları-işığa salma və rentgenoqramların açılması.
2. Avarlı vintlər-işığa salma və rentgenoqramların açılması.
3. Domna sobalarında şaxta və hava qızdırıcıların örtükləri-qaynaq yerlərinin işığa salınması.
4. Amortizasiya şassi dayaqları-işığa salıb rentgenoqramların açılması.
5. Vertolyotun əyilmə avtomatının boşqabı (sinc, disk) - işığa salma və rentgenoqramların açılması.
6. Boru kəmərləri və qaz kəmərləri-qaynaq yerlərinin işığa salınması.
Ən mürəkkəb məmulatların müxtəlif şəraitdə stasionar və səyyar şüalanma mənbələrinin vasitəsi ilə işığa salınması. Rentgen plyonkalarının açılması. Daxil olan detalların işığa salma rejimlərinin müəyyənləşdirilməsi üzrə eksperimental işlərin aparılması. Alınmış nəticələrin işlənilməsi və rəsmiləşdirilməsi. Rəylərin verilməsi və hesabatların tərtib edilməsi. Texnoloji sənədlərin işlənib hazırlanması. Rentgeno-qamma-defektoskopiya, ionizasiya, stsintiliyasiya nəzarəti üçün tətbiq olunan aparatlarda nasazlıqların müəyyənləşdirilməsi və təmiri. Sürətləndiricilərdə buraxılış-sazlama işləri.
Bilməlidir: elektrotexnikanın əsaslarını; müxtəlif şüalanma növlərinin alınma və onların maddələrlə qarşılıqlı fəaliyyət göstərmə prinsiplərini və nəzəriyyəsini; rentgeno-qammaqrafiya üçün istifadə olunan avadanlığın quruluşunu; metallurgiya, texnoloji, istismar mənşəli defeklərin növlərini və qaynaq yerlərinin defektlərini; metallarda qüsurların yol verilən normalarını; ionizasiya və stsintiliyasiya nəzarəti üçün müxtəlif sayğacların və aparatın seçilmə prinsiplərini.
Orta ixtisas təhsili tələb olunur.
1. Aviamühərrikin turbin və reduktor karteri-işığa salma və rentgenoqramların açılması,
2. Füzelyajın sentroplanla birləşmə qovşaqları, təyyarələrdə mühərriklərin taxılma qovşaqları, rentgeno-qammaqrafiya.
Nümunələrin (probların) analizə və rentgenospektral aparatın işə hazırlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında qəbul olunmuş metodikalar üzrə analizlərin yerinə yetirilməsi. Dərəcələrə bölünmə asılılığın hesablanması. Analiz olunan elementlərin doyma dərəcəsini müəyyən etmək üçün hesablamaların yerinə yetirilməsi. Jurnalda qeydlər edilməsi.
Bilməlidir: rentgenospektral analizin prinsipini; aparatların ayrı-ayrı qovşaqlarının təyinatını və onların iş prinsipini; sadə qeydiyyat aparatlarında işləmə qaydalarını; rentgen şüalanmanın qeydə alınma qaydalarını; nümunələrin keyfiyyətinə qoyulan tələbləri; metalların və ərintilərin quruluşu haqqında əsas məlumatları; analiz olunan nümunələrdə (problarda) komponentlərin faiz tərkibinin sadə hesablanma qaydalarını; reaktivlərlə və turşularla işləmə qaydalarını; elektrotexnika, optika üzrə ümumi məlumatları; rentgenospektral cihazlarda təhlükəsiz işləmə qaydalarını.
Qəbul olunmuş metodika üzrə bir çox nümunələrin rentgenospektral keyfiyyət və kəmiyyət analizlərinin aparılması. Analiz üçün olan nümunələrin (probların) hazırlanması və onların keyfiyyətinə nəzarət. Sintetik etalonların və məhlulların hazırlanması. Bir çox nümunələrin analizini aparmaq üçün planın tutulması. Rentgenospektral aparatın dərəcələrə bölünməsi. Analitik qrafiklərin etalonlar üzrə düzəldilməsi. Aparaturanın işinə nəzarət. Cihazların göstəricilərinin dərəcələrə bölünmüş qrafiklər və cədvəllər üzrə işlənilməsi. Analiz göstəricilərinin işlənilməsi və sənədləşdirilməsi. Rentgenospektral aparatın müxtəlif iş rejimlərinə keçirilməsi.
Bilməlidir: rentgen səciyyəvi spektri və dayandırma spektri haqqında ümumi məlumatı; rentgen şüaların xassələrini və onların maddələrlə qarşılıqlı əlaqəsini; qıcıqlandırılan probların flüoressensiya spektri haqqında əsas məlumatları; kristal-difraksiya ölçülərinin fiziki əsaslarını; yüksək voltlu generatorların prinsipial sxemlərini; rentgen spektrometrin optik sxemini; aparatların şəbəkəyə qoşulma qaydalarını; rentgen trubkasının quruluşunu və tiplərini; kenotronların, mühafizə örtüklərinin və idarə etmə pultunun ayrı-ayrı elementlərinin təyinatını; rentgenospektral analizdə tətbiq olunan aparatların xarakteristikasını; rentgenospektral aparatlarında işləmək üçün əsas üsulları və qaydalarını; dərəcələrə bölünmüş qrafikin tutulma metodunu; probun tərkibindəkilərin faiz dərəcəsinin hesablanma qaydasını; analiz olunan məhsulların tərkibini; probların, etalonların və analizlərin keyfiyyətinə qoyulan tələbləri; rentgenospektral analizin aparılma metodikası və mərhələlərini; xətaların mənbələrini.
İki-üç növ material üçün bir neçə komponentlərin qəbul olunmuş metodikalar üzrə seriyalı kəmiyyət və keyfiyyət rentgenospektral analizlərin aparılması. Analiz edilən elementin doyma dərəcəsinə müvafiq olaraq probların ölçülmə metodikası və optimal rejiminin seçilməsi. Etalonların seçilməsi və onlar üzrə analitik qrafiklərin qurulması. Qeyri-standart (tək-tək) analizlərin və məlum olmayan materialların analizinin aparılması. Məhlulların absorbsiya rentgenospektral metodla analizi. Ayrı-seçkilik (diskriminasiya) rejiminin düzgün verilməsinin yoxlanılması. Rentgenospektral aparatlarda xırda nasazlıqların aradan qaldırılması, rentgen trubkaların, qeyd sistemində ayrı-ayrı blokların dəyişdirilməsi. Metroloji hesabatların işlənilməsi və sənədləşdirilməsində və metodiki işdə iştirak. İmpulslar sayğacında işlək xarakteristikaların müəyyənləşdirilməsi. İş vaxtının seçilməsi və xarab olduqda sayğacların dəyişdirilməsi. Sayğaclarda yarıqların tapılıb dəyişdirilməsi. Spektrometrdə və EHM-lərdə işləyərkən səhv və qəza vəziyyətinin analizi.
Bilməlidir: fizikanın, ümumi və analitik kimyanın əsaslarını; rentgenospektral aparatlarda blokların quruluşunu, təyinatını və iş prinsipini, ilkin və ikinci spektrlərin qıcıqlandırılması; rentgen şüalarının spektrdə parçalanmasını; rentgen şüaların kristallarda difraksiyasını; ikinci rentgen şüalanma intensivliyinin analiz olunan obyektin tərkibindən asılılığını; kristal-analizatorların fokusu tapma metodlarını; keyfiyyət və kəmiyyət rentgenospektral analizin sxemini; analizin həssaslığını və onun tətbiqi sahəsini; rentgenospektral analizdə mümkün olan səhvləri, onların aradan qaldırılma və uçotu üsullarını; nəzarət edilən texnoloji proseslərin əsas parametrlərini; analiz üçün probların seçilmə və hazırlanma sxemini və əməliyyatlar üzrə parametrlərini; analiz olunan məhsulların tərkibini və onların alınma texnologiyasını; hesab şkalasını düzəltmə və rentgen şüaların spektrə parçalanması metodlarını.
Qısadalğalı və uzundalğalı spektrometrlərdə, kvantometrlərdə və analizatorlarda, daxili standart və standartfon üsulları ilə daha mürəkkəb qeyri-standart kəmiyyət və keyfiyyət rentgenospektral analizlərin yerinə yetirilməsi. Mürəkkəb kimyəvi və faza tərkibli obyektlərin (oksidlərin, duzların, ftoridlərin, flüslərin, şlakların, metalların, ərintilərin, aşqarların) analizi. Zərif qatlarda rentgenospektral analiz. Bir neçə elementlərə sintetik etalonların və yoxlama nümunələrinin hazırlanması. Ərintilərdə qaynaq yerlərinin və defektlərin lokal rentgenospektral analizi. Analiz metodunun və optimal şəraitin seçilməsi. Stasionar və səyyar rentgenospektral aparatların quraşdırılması və sazlanması. Analizatorların radioaktiv izotoplarla yenidən doldurulması. Spektrometrlərdə hesab-qeyd traktlarının yoxlanılması. Yeni aparaturanın mənimsənilməsində və rentgenospektral analizin müxtəlif metodlarından istifadə edərək metodikaların işlənib hazırlanmasında iştirak. Elektron və klavişli hesablayıcı maşında analizin nəticələrinin işlənilməsi. Elementlərdə analitik xətlərin intensivliyinin kompleks ölçülməsi. Skoplama spektrometrində keyfiyyət analizinin aparılması.
Bilməlidir: rentgen texnikası və proqramlaşdırmanın əsaslarını; rentgenospektral aparatların iş prinsipini və əsas qovşaqlarını; radioaktiv izotoplarla işləməkdə sanitar qaydalarını; atomun quruluşunu, radio-aktivliyini, rentgen şüalanmanın maddələrlə qarşılıqlı əlaqəsini; rentgenospektral analizin metodikasını; müxtəlif metodların dəqiqliyi və həssaslığını; səhvlərin təsnifatını; kristalların qoyulma və yüstirləmə qaydalarını; rentgenospektral analizin ümumi və xüsusi metodlarını (xarici standart, standartfon).
Avtomatlaşdırılmış analitik rentgen sistemlərindən (kvantometr üstəgəl hesablayıcı maşın) istifadə zamanı müxtəlif aqreqat vəziyyətində olan nümunələrin kəmiyyət və keyfiyyət analizlərinin yerinə yetirilməsi və bu sistemlərə xidmət. Kimyəvi və faza tərkibi mürəkkəb olan obyektlərdə elementlərin qeyri-standart müəyyənləşdirilməsi. Müxtəlif hesablama üsullarından istifadə edərək rabitə tənliklərinin həlli əsasında elementlərin doyma dərəcəsinin tapılması. Spektrin zərif strukturunun tədqiqində rentgenospektral analizin tətbiqi. Aparılmış ölçülərə və hesablamalara nəzarət. Rentgenospektral analizin yeni metodlarının mənimsənilməsi və tətbiqi. Hesablayıcı maşında xırda nasazlıqların aradan qaldırılması. Texnoloji proseslərin avtomatlaşdırılmış idarə etmə sisteminə informasiyanın verilməsi. Rentgenospektral analiz üçün yeni aparaturanın mənimsənilməsi.
Bilməlidir: avtomatlaşdırılmış analitik rentgen sistemlərinin qurulma strukturunu; rentgen laboratoriyasının metroloji bazasının qurulma əsaslarını; hesablayıcı maşınların iş prinsipi və onların rentgenospektral analizatorlarla əlaqəsini; orta ixtisas tədris müəssisəsinin proqramı həcmində rentgen fizikasının, riyazi statistikanın, elektronikanın, hesablayıcı texnikanın və proqramlaşdırmanın əsaslarını.
Respirator və əleyhqazların sökülməsi və yığılması. Filtrlərin tozdan təmizlənməsi və üfürülməsi. Respirator və əleyhqazların yoxlanılması, təmiri və yararsız hissələrinin dəyişdirilməsi, yuyulması, qurudulması. Respirator və əleyhqazların buraxılması, qəbulu və saxlanılması.
Bilməlidir: respirator və əleyhqazların quruluşunu; respirator və əleyhqazların yoxlanılması, təmiri və sınağı üsullarını; respirator və əleyhqazların saxlanılması qaydalarını.
Sionid və digər zəhərli tullantı və termik istehsal taralarının elektrod sobalarında, neytrallaşdırıcı vannalarla və digər avadanlıqlarda neytrallaşdırma prosesinin aparılması. Əzilmiş sionid duzunun porsiyalarla elektrod sobalarına və neytrallaşdırıcı vannalara yüklənməsi. Zərərsizləşdirici reagentlərin hazırlanması. Mexanizm, nasos, buxarlı quruducu, elektrod sobası, sentrifuqa və qarışdırıcı çənin işinə nəzarət edilməsi.
Bilməlidir: elektrod sobasının, neytrallaşdırıcı vannaların və digər avadanlığın quruluşunu; neytrallaşdırıcı maddələri; müxtəlif zəhərli tullantı və taranın neytrallaşdırılması üçün onların dozasını; müxtəlif tullantıların vanna və sobalarda saxlanılma dərəcəsini; sionidli birləşmələrlə zəhərlənmə zamanı ilk yardımın göstərilməsi qaydasını.
Məmulatlarda, ərintilərdə, qalaylarda, yarımfabrikatlarda və istehsal tullantılarında qiymətli metalların olmasını yoxlamaq üçün sadə və orta mürəkkəbli analizlərin aparılması. Əlvan metallardan olan qalayların, istehsal tullantılarının yandırılmasından alınmış külün qəbul edilməsi, metodika üzrə təhlili. Titrlənmiş və faizli məhsulların və oksidləşdirilmiş qatışıqların hazırlanması. Nümunələrdə, xəlitə düzəltmə, yandırma, əritmə, həlletmə, süzmə, şerberləmə və kupelyasiya proseslərinin aparılması. Qiymətli metalların çəkilməsi. Qızdırıcı cihazlara xidmət. Analizin nəticələrinin yazılması.
Bilməlidir: tərkibində qiymətli metalların olmasını yoxlamaq üçün analizin aparılma metodlarını; tətbiq olunan reaktivlərin təyinatını və xassələrini; mufelli peçləri; elektrik cihazlarının və laboratoriya avadanlığının quruluşunu; texniki və analitik tərəzilərdən, viskozimetrlərdən, areometrlərdən və s. istifadə qaydalarını; proseslərin temperatur rejimlərini; yanacağın yandırılma və havanın verilmə rejimlərini.
Məmulatlarda, ərintilərdə, yarımfabrikatlarda materiallarda və istehsal tullantılarında qiymətli metalların olmasını yoxlamaq üçün mürəkkəb analizlərin aparılması. İstehsal sahələrindən (aşındırma, passivləşdirmə, qələvi) alınmış məhlulların yoxlama kimyəvi analizi, qızıllaşdırma, gümüşləndirmə vannalarının və qalvanik ayırmada sənaye sularının və s. analizi. Qiymətli metallar olan məmulatların korroziyaya, istiliyə davamlılığa və kimyəvi davamlılığa qarşı sınaqdan keçirilməsi. Qiymətli metalların ərimə və emalı üzrə texnoloji proseslərin müxtəlif mərhələlərində probların yoxlama analizləri.
Bilməlidir: qiymətli metalların ərimə və emalı üzrə texnoloji prosesləri; əlvan metalların analiz metodlarını; qızıllaşma və gümüşləşmə rejimini; metalların mexaniki, fiziki və kimyəvi xassələrini; laboratoriya avadanlığının eynitipli modellərinin kinematik sxemlərini və dəqiqliyini yoxlama qaydalarını.
Qızıl və platin ərintilərinin, habelə onların tullantılarının sınaq borularında daha mürəkkəb analizlərinin aparılması. Tərkibində qiymətli metallar olan qalayların daha mürəkkəb analizləri.
Bilməlidir: qiymətli metalların sınaq borularında analiz metodlarını; müxtəlif modelli avadanlıqların kinematik, elektrik sxemlərini və dəqiqliyini yoxlamaq üsullarını; xidmət olunan avadanlığın konstruksiyasını.
Orta ixtisas təhsili tələb olunur.
Yüklənib-boşaltma işlərində çalovunun həcmi 2,25 kub metr olan yükləyib-boşaldıcı skreper maşının idarə edilməsi və ona xidmət. Yükləyici-boşaldıcı skreper maşının bütün mexanizmlərinin cari təmirinin aparılması.
Bilməlidir: xidmət edilən maşının quruluşunu; siqnallaşdırma qaydalarını; cari təmir qaydalarını; nəzarət-ölçü, xüsusi və universal alət və ləvazimatların təyinatı və tətbiqi şərtlərini.
Yüklənib-boşaltma işlərində çalovunun həcmi 2,25 kub metrdən yuxarı olan skreper yükləyib-boşaldıcısının idarə edilməsi və ona xidmət. Yükləyib-boşaldıcısı skreperin bütün mexanizmlərinin orta və əsaslı təmirində iştirak etmək.
Bilməlidir: müxtəlif tipli yükləyib-boşaldıcısı skreperlərin quruluşunu; təmir işlərinin yerinə yetirmə qaydalarını; skreperin işində ortaya çıxan nasazlıqların aradan qaldırılması yollarını, nəzarət-ölçü, xüsusi və universal alətlərin quruluşunu.
Keyfiyyət və kəmiyyətcə spektral analizlərin aparılması. Elektrodların və nümunələrin analizə hazırlanması. Aydınlaşdırıcı və fiksaj standart məhlulların hazırlanması. Spektral aparaturanın hazırlanması, çəkilişi, fotoplyonkaların foto emalı və spektroqramların ölçülməsi. Kvantometrin yandırılıb söndürülməsi. Çuqun, karbonlu və orta aşqarlı poladların aşqarlı elementlərinin, onların əsasında əlvan metalların və ərintilərin fotoqrafik kəmiyyət spektral analizinin daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında yerinə yetirilməsi.
Bilməlidir: optika, fotoqrafiya, elektrik enerjisi və kimya haqqında ümumi məlumatları; üç etalonlar metodunun mahiyyətini; aşqar elementlərin kimyəvi işarələrini; spektral analiz üçün müxtəlif elektrodların təyinatını; reaktivlər və turşularla rəftar qaydalarının; nümunələrin və analizlərin keyfiyyətinə qoyulan tələbləri; keyfiyyət və kəmiyyət analizi metodlarının əsas müddəalarını.
Sadə obyektlərin keyfiyyətli spektral analizini yerinə yetirmək məqsədi ilə çəkiliş planının tutulması və spektroqramların çəkilişi. Fotoelektrik aparaturanın düzgün işləməsinin loqarifmləmə, elektrik və fotoelektrik yenidən təkrarlama qabiliyyətinin yoxlanılması. Nümunənin məhlula və ya oksidə keçirilməsi. Çuqun, karbonlu və orta aşqarlı elementlərin, onların əsasında əlvan metalların və ərintilərin fotoqrafik kəmiyyət spektral analizinin yerinə yetirilməsi. Stiloskoplarda orta aşqarlı poladların yarımkəmiyyət analizi.
Bilməlidir: optika, fotoqrafiya, elektrik enerjisi və kimyanın əsaslarını; spektral cihazların optik sxemlərini və tiplərini; mikrofotometrin quruluşunu; hərəkətə gətirmə mənbələrinin prinsipial sxemlərini; intensivliyi ölçmə metodlarını; dərəcələrə bölünmə qrafiklərinin qurulma metodlarını; paralel analizlərin arasındakı mümkün olan ayrılıqları; spektrlərin fotometriya metodlarını; metalların və ərintilərin strukturu haqqında əsas məlumatları.
Spektrokimyəvi üsulla qeyri-standart (tək) analizlərin yerinə yetirilməsi. Metal nümunələrin, elektrodların hazırlıq keyfiyyətinə nəzarət. Kiçik konsentrasiyaların və aşqar elementlərin spektrokimyəvi analiz metodlarında işlək təlimatlara uyğun probların kimyəvi hazırlanması. Metal oksidlərinin alınması. Sintetik etalonların və standart məhlulların hazırlanması. Spektrokimyəvi metodla nümunələrdə kəmiyyət analizlərinin aparılması. İstiliyə davamlı korroziyaya qarşı möhkəm poladlarda, ərintilərdə və titan ərintilərində tərkibin kəmiyyətcə və keyfiyyətcə müəyyənləşdirilməsi. İşlək təlimatlar üzrə dağ süxurlarında, filizlərdə, onların zənginləşmə və metallurgiya emalı məhsullarında, aşqarlı poladlarda, alüminium və mis ərintilərində aşqar elementlərin kəmiyyət fotoqrafik və fotoelektrik spektral analizinin aparılması. Kobalt tozu nümunələrində silisiumun olmasına analiz. Nikelin (anodların, qalayların, əsasın) analizi. Dəmir spektrin köməyi ilə spektral xətlərin dalğa uzunluğunun ölçülməsi. Ərintilərdə hidrogen və oksigenin olmasına, analizin aparılması. Əlvan ərintilərin stiloskopik analizi. Əlvan ərintilərin və orta aşqarlı poladların lokal spektral analizinin aparılması.
Bilməlidir: spektral xətlərin hərəkətə gətirmə şərtlərini; spektral xətlərin intensivliyinin müəyyənləşdirilən elementin qatışığından asılılığını; işığın mənbələrini; prizmalı və difraksiyalı spektral cihazların əsas xarakteristikalarını; fotoemulsiya əyrisinin xarakteristikasını; məhlulların və ərintilərin analizini; xalis maddələrin analiz metodlarının mahiyyətini; generatorların quruluşunu və elektrik sxemini.
Fotoelektrik, fotoqrafik metodlarla qeyri-standart (tək) analizlərin aparılması. Oksidlərin, duzların, ftoridlərin, flüs və şlakların analizi. Duzlara, oksidlərə, flüslərə və şlaklara sintetik etalonların hazırlanması. Titr məhlullarının hazırlanması. Ərintilərdə qaynaq yerlərinin, defektlərin lokal spektral analizinin aparılması. Fotoqrafik, spektrokimyəvi, fotoelektrik, lokal və digər spektral analiz metodlarından istifadə etməklə metodiki işlərdə iştirak.
Bilməlidir: spektrin hərəkətə gəlmə səbəblərini; spektral cihazları, spektrləri qeydə alma metodlarını; spektral xətlərin xarakteristikalarını, ərintilərin, məhlulların, oksidlərin, duzların, ftoridlərin, flüslərin, şlakların keyfiyyət və kəmiyyət analizi metodlarını; kiçik qatışıqların müəyyən olunmasını; titrlənmiş məhlulların hazırlanma üsullarını, əlavələr metodunu.
Orta ixtisas təhsili tələb olunur.
Məlum olmayan nümunələrin keyfiyyət analizinin yerinə yetirilməsi. Hesablayıcı texnikadan istifadə edərək aparılmış qeyri-standart analizlərin metroloji qiymətləndirilməsi. Qabaqcadan ilkin oksid etalonları hazırlayıb qlobus qövs metodu ilə standart nümunələrin materiallarının attestasiya analizi. Arbitraj analizinin aparılması. Spektroqafların, mikrofotoelektorların, kvantometrlərin, spektroprojektorların və digər spektral avadanlığın və proyeksiya cihazlarının qurulması, yüstirlənməsi, fokusun tapılması, sazlanması. Hazır məhsula laboratoriyalararası nəzarət. Aşağı ixtisasdan olan laborantların işinə rəhbərlik.
Bilməlidir: spektral cihazların quruluşunu və onların optik sxemlərini; əsas metroloji anlayışları; analiz metodikasının dəqiqliyi və təkrar istehsalı qabiliyyətini hesablamaq üçün düsturları; spektrləri qeydə alma metodlarını; nümunələrin qabaqcadan zənginləşdirmə metodlarını; kiçik qatışıqları müəyyən etmə üsullarını; analitik xətlər atlasını; xidmət olunan spektral avadanlığın yüstirləmə və sazlama qaydalarını.
Orta ixtisas təhsili tələb olunur.
Hopma çənlərinin natrium xromatın sulu məhlulu ilə doldurulması. Sulu ammonyak məhlulunu soyutmaq üçün vakuum-nasosların, hopdurma çənlərinin, soyuducu qurğuların, doldurucu stendlərin və boru kəmərlərin işini müşahidə etmək. Hidrogenli və ammonyaklı balonların dəyişdirilməsi. Doldurma stansiya aparatlarının işi haqqında qeydlər aparılması. Soyuducu aparatların doldurmaq üçün daşınması. Doldurma stansiyası aparatlarının cari təmirində iştirak.
Bilməlidir: doldurma stansiyasında avadanlığın, soyuducu qurğuların, vakuum-nasosların, doldurma stendlərin iş prinsipini; natrium xromatın sulu məhlulu ilə hopdurma çənlərinin doldurulması və hidrogenli və ammonyaklı balonların dəyişdirilməsi üsullarını.
Soyuducu aparatların sulu ammonyak məhlulu, hidrogenlə doldurulması və onların dolma keyfiyyətinin yoxlanılması. Sulu ammonyak məhlulunun hopdurma çənlərində hazırlanması. Məhlulun doyması üçün soyudulmuş suyun verilməsinin tənzimlənməsi və hopdurma çənlərində təzyiqin tənzimlənməsi. Soyuducu aparatların doldurmaq (vakuumlaşdırmaq, hidrogenlə üfürmək, təkrar vakuumlaşdırmaq) üçün hazırlanması. Doldurucu ştuserin germetikliyinin yoxlanılması. Doldurma stansiyasının cari təmiri və təmirdən sonra sınaqdan keçirilməsi.
Bilməlidir: doldurma stansiyası avadanlığının əsas hissələrin, doldurma stendlərinin, soyuducu qurğuların, vakuum-nasosların, kollektorların, tənzimləmə cihazlarının, boru kəmərlərinin və armaturanın quruluşunu və təyinatını; məhlulu doldurmaq üçün verilən soyudulmuş suyun tənzimlənmə qaydalarını; məişət soyuducularında aparatların quruluşunu; doldurma vaxtı soyuducu aparatlarla rəftar qaydasını; ammonyakın, hidrogenin və məhlulların görülən işlər daxilində fiziki-kimyəvi xüsusiyyətini.
Sulu ammonyak məhlulunu qarışdırmaq üçün hidrogenin hopdurma çənlərinə verilməsinin tənzimlənməsi. Təhlil üçün nümunənin seçilməsi. Ammonyakın yüksək qatılığı zamanı məhlulun həll olunması və yaxud təhlilin nəticələrinə görə məhlulun qatılığı kifayət qədər olmadıqda ammonyakın artırılması.
Bilməlidir: doldurma stansiyası avadanlığını; doldurma stendlərinin, soyuducu qurğularının, vakuum-nasosların, kollektorların, tənzimləmə cihazlarının, boru kəmərlərinin və armaturanın quruluşunu; xidmətdə olan nəzarət-ölçü cihazların quruluşunu; təhlil üçün ammonyak məhlulundan nümunə götürmə qaydalarını və ardıcıllığını; hopdurma çənlərində sulu ammonyak məhlulunu həll edərkən hidrogenin və ammonyakın verilməsinin tənzimlənmə qaydasını.
Yüksək ixtisaslı maşinistin rəhbərliyi altında kompressor, nasos, kondensator, buxarlandırıcı, havasoyuducu, boru kəmərləri və soyuducu qurğuların armaturlarına, həmçinin buz istehsalı üçün qurğulara xidmət. Qurğu mexanizmlərinin tənzimlənməsi, yağlanması, aparaturanın, xidmət edilən avadanlığın, boru kəmərlərinin cari və planlı-xəbərdarlıqlı təmirində iştirak etmək.
Bilməlidir: soyuducu qurğuların kompressor, nasos, kondensator, buxarlandırıcı, havasorucu və digər avadanlıqlar haqqında məlumatları; nəzarət-ölçü cihazlarının, boru kəmərlərinin və armaturun quruluş sxeminin yerləşdirilməsini; qurğunun işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; soyuducu agentlərin nomenklaturasını; xidmət edilən maşınların yağlanması qaydalarını; işlədilən sürtgü yağlarının növü və çeşidini.
Cəmi soyuqluq istehsal gücü saatda 2,1 mln. kC-dək (saatda 500000 kkal) olan soyuducu qurğulara və buz istehsal edən qurğulara xidmət. Soyuducu qurğuların daha keyfiyyətli iş rejiminin saxlanılması. Ammonyak və su nasosları kompressorlarının, resiverlərin, kondensatorların, buxarlandırıcıların və soyuducu qurğuların digər mexanizmlərinin tənzimlənməsi. Mühərrik, boru kəməri, armatur, cihaz və aparatların sazlığına nəzarət. Soyuducu qurğuların aqreqat və aparatlarının işində olan nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması. Təftişin aparılması və avadanlığın, kommunikasiyanın təmirində defekt cədvəllərinin tərtib edilməsi. Bütün təmir işlərində iştirak etmək. Təmirdən çıxmış avadanlığın qəbulu və sınağı. İndikator diaqramlarının çıxarılması. Buxarlandırıcıya verilən soyuducu agentin, kompressorda təzyiq və temperaturun keyfiyyətinə nəzarət. Daha aşağı dərəcəli maşinistin işinə nəzarət; Qurğunun, soyuducu agentin və elektrik enerjisinin sərfi üzrə qeydlərin aparılması.
Bilməlidir: müxtəlif sistemli soyuducu qurğuların konstruktiv quruluşunu; soyuducu prosesi üzrə fizikanın əsas qanununu; boru kəmərlərinin, armaturun, avtomatik tənzimləmə cihazlarının və nəzarət cihazlarının yerləşmə sxemini; soyuqluq istehsalı üzrə texnoloji prosesi və soyuducu qurğulardan istifadənin faydalı əmsalını; izotop-səviyyə ölçənin, elektron körpülərin, solenoidli fırlandırıcıların və digər nəzarət-ölçü cihazlarının quruluşunu; elektrik xətlərinin yandırıb-söndürülməsini; avadanlığın təmirdən sonra qəbulu və sınağını; qurğuların texniki və hesabat sənədlərinin aparılması formasını.
4-cü dərəcə: cəmi soyuqluq istehsalı saatda 2,1-dən 6,3 mln. kC (saatda 500000-dən 1,5 mln. kkal - qədər) olan qurğulara xidmət etdikdə;
5-d dərəcə: cəmi soyuqluq istehsalı saatda 6,3-dən 12,6 mln. kC (saatda 1,5-dən 3 riıln. kkal-dək) olan qurğulara xidmət etdikdə;
6-cı dərəcə: cəmi soyuqluq istehsalı saatda 12,6 mln. kC-dən artıq (saatda 3 mln. kkal-dan çox) olan qurğulara xidmət etdikdə.
Suyun kimyəvi təmizlənməsi üzrə ayrı-ayrı aqreqatlara xidmət zamanı yardımçı işlərin yerinə yetirilməsi və daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında dozalaşdırıcı gurluların işinin tənzimlənməsi. Verilmiş reseptlər üzrə reagent məhlullarının düzəldilməsində, dozatorların doldurulmasında, əhəngin söndürülməsində, kaustik, fosfat və xlor məhlullarının hazırlanmasında iştirak. Kimyəvi preparatların və materialların iş yeri daxilində daşınması və gətirilməsi. Bakların təmizlənməsi və mexaniki süzgəclərin yuyulması. Diyircəkli yastıqların və mexanizmlərin yağlanması.
Bilməlidir: xidmət etdiyi aparatların və süzgəclərin quruluşu haqqında əsas məlumatları; su kəmərlərinin, kran və ventillərin yerləşməsini; əsas süzmə materiallarının tərkibi və xüsusiyyətlərini; suyun mexaniki və kimyəvi təmizlənməsinin əsas üsullarını; buxar vuran injektorun təyinatını; süzgəclərin, həcmlərin və aparatların təmizlənmə və yuyulma qaydalarını.
Suyun kimyəvi təmizlənməsi prosesinin aparılması: məhsuldarlığı 70 kub metr/saatda olan qurğuda (aqreqatda) xlorlaşdırma, duzsuzlaşdırma, silisiumsuzlaşdırma, natrium-kationlaşdırma, əhəngləşdirmə və s. Suyu hazırlayan aqreqatların və kondensatı təmizləyən aqreqatların, qızdırıcıların, doldurucu çənlərin, saturatorların, deaeratorların, kation və mexaniki süzgəclərin işinin tənzimlənməsi və onlara xidmət. Reagentlərin regenerasiyası, aparatların yuyulub təmizlənməsi. Nəzarət-ölçü cihazlarının göstəriciləri üzərində müşahidə. Kimyəvi üsulla təmizlənmiş suyun bərkliliyinin, qələviliyinin və digər keyfiyyət göstəricilərinin müəyyən edilməsi. Reaktivlərin hazırlanması və qələvilərin dozalaşdırılması. Xidmət olunan avadanlığın və aparatların gözdən keçirilməsi və cari təmiri. Qurğuların işi barədə jurnalda qeydlərin aparılması.
Bilməlidir: xidmət etdiyi avadanlığın, su hazırlayan qurğuların, müxtəlif sxemli süzgəclərin, nasosların, dozatorların, doldurucu çənlərin və saturatorların, suyun kimyəvi təmizlənməsi prosesində istifadə olunan digər aparatların iş prinsipini; içməli suyun durulaşdırma, yumşaldılma, passivləşdirmə və turşusunu artırma kimi əsas kimyəvi proseslərini, suyun kimyəvi təmizlənməsində istifadə olunan kimyəvi reagentləri, reaktivləri; nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi qaydalarını; buxar və su kəmərlərini, kran və ventillərin yerləşməsini; normal və qəza şəraitində aqreqatların işə salınma və dayandırılma qaydalarını; qurğuların işindəki nasazlıqların müəyyən və ləğv edilməsi üsullarını; xidmət edilən mühərriklərin və mexanizmlərin yağlama və soyutma sistemlərini.
Məhsuldarlığı 70-dən 300 kub metr/saatadək olan qurğularda (aqreqatlarda) suyun kimyəvi təmizlənməsi prosesinin aparılması: xlorlaşdırma, duzsuzlaşdırma, silisumsuzlaşdırma, natrium-kationlaşdırma, əhəngləşdirmə və s. Kationit və anionit süzgəclərdə və ionit adsorbsiya kolonlarında daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında ion mübadiləsi metodu ilə suyun dərin duzsuzlaşdırılması prosesinin aparılması. Natrium-kation süzgəclərinin regenerasiyası. Birpilləli ion mübadilə süzgəclərində suyun duzlardan təmizlənməsi prosesinin aparılması. Xammalın hazırlanması: ion mübadilə qatranlarının xırdalanıb ələnməsi, suyun durudulması və qızdırılması, verilmiş qatılıqda məhlulların hazırlanması. İdarəetmə pultundan və ya əl üsulu ilə suyun sonrakı texnoloji istehsal mərhələlərinə verilməsinin tənzimlənməsi. Kationit, anionit qurğularının turşu duz və qələvi məhlullar ilə regenerasiyası. Reqlamentlə nəzərdə tutulmuş texnoloji rejimin parametrlərinin: regenerasiya edən məhsulların konsentrasiyasının, temperaturun, təzyiqin nəzarət-ölçü cihazlarının göstəricilərinə və kimyəvi analizin nəticələrinə görə tənzimlənməsi. Kondensatın, buxarın, içməli və yanacaq suyunun kimyəvi analizinin aparılması. Xidmət olunan avadanlığın işə salınması və dayandırılması. Avadanlığın və kommunikasiyaların işindəki nasazlıqların aşkar və ləğv edilməsi.
Bilməlidir: xidmət olunan avadanlığın quruluşunu; suyun təmizlənməsi prosesinin aparılmasında texnoloji sxemi; duz, turşu, qələvi məhlullarının fiziki-kimyəvi xassələrini; duzsuzlaşdırılmış suya texniki şərtlərlə qoyulan tələbləri; təhlillərin aparılma metodikasını; suyun qazanlara qədər və qazandaxili təmizlənməsi qaydasını və normasını; aqreqatların normal və qəza şəraitində işə salınması və dayandırılması qaydasını.
Suyun kimyəvi təmizlənməsi prosesinin aparılması: məhsuldarlığı 300 kub metr/saatdan artıq olan qurğuda (aqreqatda) xlorlaşdırma, duzsuzlaşdırma. Kationit və anionit süzgəclərdə və adsorbsiya kolonlarında olan ion mübadilə metodu ilə suyun dərin duzsuzlaşdırılması prosesinin aparılması. Reqlamentdə nəzərdə tutulmuş texnoloji rejimin parametrlərinə: regenerasiya edən məhlulların qatılığına, temperaturuna, təzyiqə, suyun verilmə sürətinə, nəzarət-ölçü cihazlarının göstəricilərinə və kimyəvi analiz nəticələrinə görə nəzarət. Duzsuzlaşdırılmış suyun elektrik keçiriciliyinin ölçülməsi. Tələb olunan xammal miqdarının və məhlul çıxışının hesablanması. Çəkilmiş koaqulyasiya hissəciklərin sudan çıxarılması və soda-əhənglə suyun yumşaldılması. Daxil olan suyun keyfiyyəti dəyişdikcə suyun kimyəvi təmizlənməsinin bütün rejiminin dəyişdirilməsi. Bütün su hazırlığı sisteminin saz işləməsinin, aparatların vaxtında yuyulub təmizlənməsinin və mexanizmlərin bütün hissələrinin yağlanmasının təmin edilməsi. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbul edilməsi. Suyun kimyəvi təmizlənməsi göstəricilərinin istehsalat jurnalında qeyd edilməsi.
Bilməlidir: suyun kimyəvi təmizlənməsi prosesinin tənzimlənmə qaydalarını; xidmət edilən avadanlığın kinematik sxemlərini; təhlil və hesablamaların aparılma metodikasını.
Turşu, qələvi, süd, patka, əridici, su qatışıqlarının müxtəlif tutumlara qəbulu. Mayenin rezervuara, baka, çənə, konteynerə, çəlləklərə və digər qablara çəkilməklə, ölçülməklə, etiketlərin yapışdırılması, süzgəcdən keçirilməsi ilə tökülməsi. Məhsulun əl ilə qablara tökülməsi. Doldurulmuş qabların ağzının qapanması, daşınması, sarınması və yağlanması. Süzücü maşının və vəsaitlərin yuyulması və təmizlənməsi. Nasosların, tutum və süzücü şəbəkə kommunikasiyasının cari təmiri və yağlanması.
Bilməlidir: süzülən-doldurulan məhsulların fiziki və kimyəvi xüsusiyyətlərini; maye məhsullarının qəbulu, ötürülməsi və süzülməsi qaydalarını; taralara və onların qapanmasının keyfiyyətinə qoyulan dövlət standartları tələblərini; məhsulun qablara tökülmə normalarını.
Benzinin, kerosinin, neft və digər neft məhsullarının, yağlı antiseptiklərin, müxtəlif qatı maddələrin, ərimiş kaustikin, maye ammiakın, xlorun, paraxlorbenzol-sulfit turşusunun, akril emulsiyasının, piyli spirtlərin, heksaxloranın, perhidrolun, xlorofosun, zəhərli kimyəvi emulsiyaların, paronitro-xlorbenzolun, dinitroxlorbenzolun müxtəlif anbarlara qəbulu. Məhsulun avtomatik və yarımavtomatik maşınlardan müxtəlif taraya süzülməsi. Vaqon-çənlərin dəmiryolu estakadalarının süzücü dayanacaqları altında düzülməsi. Süzücü şlanqların çənlərin ağzına buraxılması. Sürgülərin açılması və bağlanılması. Vaqon-çənlərin məhsul artığından təmizlənməsi. Çən və kommunikasiyaların qızdırılması. Süzülən və doldurulan məhsulların uçotunun aparılması.
Bilməlidir: süzülən, doldurulan məhsulların əsas fiziki-kimyəvi xassələrini; zərərli və zəhərli məhsullarla rəftar qaydasını; maye məhsulların qəbulu, ötürülməsi və süzülməsi qaydasını; taralara və onların qapanmasının keyfiyyətinə qoyulan dövlət standartları tələblərini; məhsulun qablara tökülmə normalarını.
4-cü dərəcə: sarı və qırmızı fosforun, mayeləşdirilmiş qazın süzülməsi zamanı.
Kütləsi 5 t-a qədər olan müxtəlif yüklərin, avadanlığın, məmulatın və s. arabacıq, domkrat, ayaqlıq və digər vasitələrdən istifadə etməklə daşınması, bağlanılması, bərkidilməsi və qurulması üzrə şaquli və üfüqi vəziyyətdə takelaj işlərinin yerinə yetirilməsi. Müvəqqəti bəndlərin, körpülərin və dirəklərin qurulması. Takelajın növlər və ölçülər üzrə yuyulması, təmizlənməsi, yağlanması, qurudulması, seçilməsi və dolanması. Birkaların asılması və takelajın yüklənib göndərilməyə hazırlanması. Sadə takelajın hazırlanması.
Bilməlidir: yük, avadanlıq və məmulatın yerdəyişməsi zamanı sadə takelaj vasitələrindən istifadə qaydalarını və onların quruluşunu; müvəqqəti bənd, körpü, dirəklərin qurulması qaydalarını; takelajın seçilməsi, yağlanması, qurudulması və saxlanılması üsullarını; sadə takelaj qurğularının növlərini və onların hazırlanması yollarını; çilingər və dülgər işinin əsaslarını.
Kütləsi 5-dən 25 t-a qədər olan maşın, mexanizm, dəzgah və digər yüklərin üfüqi və şaquli istiqamətdə yerdəyişməsi, özəl üzərində, platformada və ya arabacıqda yığılması, sökülməsi və quraşdırılması üzrə takelaj işlərinin yerinə yetirilməsi. Xüsusi ehtiyatlılıq tələb edən yüklərin: pianino, royal, laboratoriya avadanlığı və s. əl ilə müxtəlif mərtəbələrə daşınması, qaldırılması və aşağı salınması. Yük götürmə qabiliyyəti 10 t-a qədər olan blokların, talların, ləngərlərin, dorların və s. qurulması, montajı və sökülməsi. Minik avtomobillərinin platformaya qoyulması. Diametri 25 mm-ə qədər olan metal trosların və 40 mm-ə qədər olan kanatların birləşdirilməsi. Bütün növ yük tutanların hazırlanması. Lazım olan çilingər və dülgər işlərinin yerinə yetirilməsi.
Bilməlidir: yükqaldırıcı mexanizm və takelaj vasitələrindən müxtəlif yüklərin daşınması və qurulması üçün istifadə qaydasını və quruluşunu; trosların, kanat, zəncir və takelaj vasitələrinin yüklənmə normalarını; takelajın çıxarılması, təmiri və qurulması üsulu və qaydasını; takelaj işlərinə qoyulan əsas tələbləri.
Kütləsi 25-dən 50 t-a qədər olan maşın, mexanizm və dəzgahların üfüqi və şaquli istiqamətdə yerdəyişməsi, yığılması, sökülməsi və özülə qoyulması üzrə takelaj işlərinin yerinə yetirilməsi. Yükgötürmə qabiliyyəti 10 t-dan yuxarı olan blok, tal, ləngərlərin, dorların və s. qurulması, montajı və sökülməsi, tros, kanat, zəncir və digər takelaj vasitələrinin yoxlanılması, sınağı.
Estakadaların qurulması. Diametri 25 mm olan metal trosların və diametri 40 mm olan kanatların birləşdirilməsi.
Bilməlidir: yükqaldırıcı mexanizm və takelaj vasitələrindən istifadə qaydasını və onların quruluşunu, onların sınaq və qurulması üsullarını; tros və kanatların sürtünmə vaxtını və sınağı qaydasını; avadanlıq, maşın, mexanizm və dəzgahların qaldırılması və yerdəyişməsi.
Kütləsi 50 t-dan yuxarı olan, takelajçıdan xüsusi dəqiqlik, cavabdehlik və səliqəlilik tələb edən maşın, mexanizm və dəzgahların kran, bucurqad, tal və digər xüsusi vasitələrdən istifadə etməklə üfüqi və şaquli yerdəyişməsi, yığılması, quraşdırılması. Daşınılan və quraşdırılan aqreqat və konstruksiyaların kütləsinin və ağırlıq mərkəzinin müəyyənləşdirilməsi. Trosların, kanat, zəncir və xüsusi ləvazimatın yükün kütləsinə və konfiqurasiyasına müvafiq seçilməsi və sınağı.
Bilməlidir: müxtəlif yükqaldırma mexanizmi və takelaj vasitəsinin konstruksiyasını; ağır yüklərin, aqreqat və konstruksiyaların daşınması, yığılması, quraşdırılması qaydası və üsullarını; müxtəlif şəraitli yerlərdə və vəziyyətlərdə takelaj işlərinin yerinə yetirilməsi qaydasını; qaldırılan və daşman məmulat, konstruksiya və qurğuların kütləsini və ağırlıq mərkəzinin müəyyənləşdirilməsi üsullarını; tros, kanat, zəncir və xüsusi vəsaitin kütlə və qabaritindən asılı olaraq seçilməsi və sınağı qaydasını.
Bərk, maye və qazaoxşar yanacağın quruducu barabanların, bişirmə, mufelli və digər texnoloji sobaların müxtəlif tipli odluqlarında yandırılma prosesinin aparılması. Kolbasa və donuz qaxaclarının qızardılıb hisə verilməsi üzrə iki mərtəbəyədək hündürlüyü olan kameralara xidmət göstərilməsi. Xidmət etdiyi avadanlıqda yanma, üfürmə, havanı çəkmə prosesinin və temperatur rejiminin tənzimlənməsi. Avadanlığın və yanacağın işə hazırlanması: odluğun şlakdan və küldən təmizlənməsi, forsunkaların, mazut süzgəclərinin təmizlənməsi, odluqda tirlər hörümünün saz olması, şiberlərin vəziyyəti və işinin, qığılcımtutan qurğuların saz olması, forsunkaların, havadəyişdiricilərin, tənzimləyici və nəzarət-ölçü aparatlarının vəziyyətinin yoxlanılması. Odluğun iş rejiminin seçilməsi. Odluğun, nasosların, mühərriklərin, qaz kommunikasiyaların, hava üfürənlərin, eksqausterlərin və s. işinin müşahidə edilməsi. Xidmət etdiyi avadanlığın cari təmiri.
Bilməlidir: müxtəlif tipli texnoloji sobalarda odluqların, havadəyişdiricilərin, nasosların, mühərriklərin, hava üfürənlərin, eksqausterlərin, nəzarət-ölçü cihazlarının quruluşunu; avadanlıqdan səmərəli istifadə metodlarını; yanacağın istiliktörətmə qabiliyyətini; normal texnoloji rejimi və yanacağın yanmasını tənzimləmə qaydalarını.
Bərk, maye və qazaoxşar yanacağın çoxdibli və sodalı sobaların odluqlarında yandırılma prosesinin aparılması. Kolbasa və donuz qaxaclarının qızardılıb hisə verilməsi üzrə iki mərtəbədən yuxarı hündürlüyü olan kameralara xidmət göstərilməsi. Xidmət etdiyi avadanlıqda yanma, üfürmə, havanı çəkmə prosesinin və temperatur rejiminin tənzimlənməsi. Avadanlığın və yanacağın işə hazırlanması: odluğun şlakdan və küldən təmizlənməsi, forsunkaların, mazut süzgəclərinin təmizlənməsi, olduqda tirlər hörümünün saz olması, şiberlərin vəziyyəti və işinin, qığılcımtutan qurğuların saz olması, forsunkaların, havadəyişdiricilərin, buraxıcı-tənzimləyici və nəzarət-ölçü; aparatlarının vəziyyətinin yoxlanılması. Odluğun iş rejiminin seçilməsi. Odluğun, nasosların, mühərriklərin, qaz kommunikasiyaların, hava üfürənlərin və s. işinin müşahidə edilməsi. Xidmət etdiyi avadanlığın cari təmiri.
Bilməlidir: çoxdibli və sodalı sobaların, odluqların, havadəyişdiricilərin, hava üfürənlərin, nəzarət-ölçü cihazların quruluşunu; avadanlıqdan səmərəli istifadə metodlarını; yanacağın istiliktörətmə qabiliyyətini; normal texnoloji rejimi və yanacağın yanmasını tənzimləmə qaydalarını.
Detallarının çıxarılması tələb edilməyən maşın; rezervuar, avadanlıq, çən, tutum və sairinin təmizlənməsi, yağlanması, buxara verilməsi, dezinfeksiyası. Detalların, birləşmələrin, xırda taranın şotka, maşa, sumbata ilə, əllə və ya mexaniki üsulla təmizlənməsi.
Avadanlıq və köməkçi inventarın təmizlənməsi üçün hazırlanması. Yüksək konsentrasiyalı olmayan müxtəlif yuyucu turşu və qələvi məhlullarının hazırlanması. Təmizləyici əşyaların sarınması, çırpılması, qaşınması, silinməsi. Avadanlıq və maşının təmizlənmədən sonra təhvil verilməsi.
Bilməlidir: istifadə edilən avadanlığın quruluşu haqqında əsas məlumatı; təmizləmə qaydasını və təmizlənməyə qoyulan tələbləri; mexaniki vasitələrdən istifadə qaydalarını və onların təyinatını; məhlulların hazırlanması qaydasını və qarışıq və əridicilərlə rəftar qaydasını; məhlulların və əridicilərin xüsusiyyətini.
Maşın, avadanlıq, rezervuar, sistern, tutum və digər birləşmələrin hisdən, qırdan, şlamdan, məhsul qalığından əl ilə şotka və ya mexaniki üsulla detalların qismən çıxarılması ilə təmizlənməsi, yağlanması, buxara verilməsi və dezinfeksiyası. Maşın və avadanlığın sterilizə edilməsi. Sadə, kiçik həcmli detalların ultrasəs qurğularında dəmir yanığından, korroziyadan, şlakdan, məhsul qalığından və korroziyaya qarşı örtüklərdən təmizlənməsi. Təmizləmə əşyalarının hava, su və ya məhlul ilə təzyiq altında emal edilməsi. Müxtəlif növ bərk və ya maye yanacaqla işləyən istehsal-texnoloji təyinatlı qazanxana qurğularının ocaqlarının, qızdırıcı sobaların, tüstü borularının və tüstü bacalarının yoxlanılması, kül və hisdən təmizlənməsi və yandırılması. Tüstü bacalarında olan yığıntının təmizlənməsi. Müxtəlif yuyucu, qələvi, turşu və digər məhlulların təyin edilmiş resept üzrə hazırlanması. Bacaların, boruların təmizlənməsində istifadə olunan alətlərin təmiri.
Bilməlidir: istifadə olunan avadanlığın iş prinsipini; ayrı-ayrı maşın və avadanlığın çıxarılması və qurulması qaydalarını; maşın və avadanlıqların üst səthinin emalına qoyulan tələbləri; istifadə edilən mexaniki vasitələrin quruluşunu; məhlullardan istifadə qaydalarını və onların xüsusiyyətlərini; tüstü bacalarının, onların yollarının, boruların təmizlənməsi qaydası və müddətini, onların quruluşunu və yerləşməsini; kərpicin düzülməsi qaydalarını və boru və bacaların yarıqlarının tutulması üçün məhlulun hazırlanması üsullarını; hisin təmizlənməsi qaydası və üsullarını.
Maşın, avadanlıq, birləşmə, rezervuar, çən, tutum və s. tozdan, hisdən, şlamdan, çöküntüdən, məhsul qalığından şotka və ya maşa ilə əllə və ya mexaniki üsulla detalların çıxarılması ilə təmizlənməsi, yağlanması, buxara verilməsi, dezinfeksiyası. Qaynaq məftillərinin abraziv qırıntıları olan bunkerdən çıxarılması yolu ilə təmizlənməsi. Maşın və avadanlıqların detallarının çıxarılması ilə sterilizə edilməsi. Yuyucu məhlulun reseptinin seçilməsi. Metal tozundan olan lövhə və lentlərin iri və lazımlı detallarının ultrasəs qurğularında qızdırılıb bitişdirildikdən sonra yuyulması. Avadanlıqların və bak aparaturanın vəziyyətinə nəzarət. Bunkerin kömür qalıqlarından, konsentrat və sənaye tullantılarından təmizlənməsi. Bunkerdə qazın miqdarının ölçülməsi. İstifadə edilən maşın və avadanlığın cari təmiri və sazlanması.
İstehsal-texnoloji təyinatlı tüstü borularının, boyler və quruducu qurğuların qızdırıcıların, buxar bacalarının və mərkəzi buxar qızdırıcılarının qazanxana qurğularının, sənaye sobalarının, restoran tipli sobaların, çörək bişirilən sobaların, qazla qızdırıcı sistemin və qurğuların, qaz yollarının yoxlanılması, kül və hisdən təmizlənməsi.
Kaloriferlərin, sənaye tipli qaz soyuducularının, istehsalat hava dəyişdiricilərinin kanallarının, tozuducu qurğuların təmizlənməsi. Bütün sənaye sobalarının, qaz yolları və bacaların, qazanxanaların istehsalat havadəyişdirici sistemlərinin texniki və yanğından mühafizə vəziyyəti barədə yazılı nəticənin tərtib edilməsi.
Bilməlidir: istifadə olunan avadanlıqların quruluşunu; maşın və avadanlığın detallarının çıxarılması və qurulması qaydalarını; mexaniki ləvazimatdan istifadə qaydalarını; tüstü borularının, qızdırıcıların, istehsal-texnoloji təyinatlı mərkəzi buxar qızdırıcılarının, qazanxana qurğularının tüstü bacaları və qaz yollarının, qazla qızdırıcı qurğuların, quruducu, bişirici, çörəkbişirmə sobalarının, restoran pilətələrinin, kaloriferlərin və qaz soyuducularının təmizlənməsi qaydasını və müddətini; qızdırıcı, soba, qaz yolları və tüstü bacalarının yoxlanılması üsullarını; qaz şəkilli yanacağın xüsusiyyətini və partlayış təhlükəli qatışıqların əmələgəlmə səbəblərini; tüstü bacaları, qaz yolları və qızdırıcılar sistemində tıxanmaların aradan qaldırılması üsullarını; maşın və avadanlıqların sazlanması qaydalarını.
Çoxmərtəbəli istehsalat sobalarının, qaz yollarının və bacalarının əritmə, metaləridən, termik sobaların, qurğuların, rəngsaz kamerasının, buxarlayıcı kolonkaların və qənnadı sobalarının yoxlanılması və hisdən və küldən təmizlənməsi.
İstehsalat havadəyişdiricisinin kanallarının mürəkkəb hissələrinin yoxlanılması və təmizlənməsi. Mürəkkəb istehsalat və xüsusi sobaların texniki və yanğından mühafizə vəziyyətinin nəzəri yoxlanılması və onlar haqqında yazılı nəticənin tərtib edilməsi. Çoxmərtəbəli evlərdə və sənaye obyektlərində qaz yollarının deşik açan və bənd edənlərin sxemlərinin tərtib edilməsi. Qüvvədə olan yanğından mühafizə qayda və normalarına əsasən soba və qurğuların müvafiq qaz yanacağına keçirilməsi imkanlarının müəyyənləşdirilməsi. Qızdırıcı, soba, qaz yolları və bacaların təmizlənməsində istifadə edilən bütün növ alət və ləvazimatların tam təmiri. Gəmilərin tanklarının və dibarası bölmələrinin təmizlənməsi.
Bilməlidir: çoxmərtəbəli istehsalat, əritmə, termik, kürə və digər xüsusi sobaların konstruktiv quruluşunu; onlara qoyulan texniki və yanğından mühafizə tələblərini; istehsalat sobalarının və qurğularının təmiri üsullarını; sobaların, qızdırıcıların, qaz yolları və bacaların, istehsalat hava dəyişdiricilərinin vəziyyətinə dair texniki sənədlərin tərtib edilməsi qaydasını.
Siklonların, novçaların, sərf ölçən boruların, toz kameralarının, skrubberlərin və bunkerlərin qaynar tozlardan təmizlənməsi. Qol filtrlərinin kamera və klapanlarının oksidlərdən təmizlənməsi. Tozun yığılması və yüklənməsi. Tozun qıfdan əl ilə və ya mexaniki üsulla buraxılması. Tozun nəql etdirilməsi. Yolların təmizlənməsi. Toz kamerasının möhkəmliyinin təmin edilməsi. Filtrlərdən qolcuqların çıxarılması, təmizlənməsi və təmiri, yenilərinin hazırlanması, dəyişdirilməsi.
Bilməlidir: tozların əsas xüsusiyyətlərini; kameraların, qıfın, qollu filtrlərin, skrubberlərin, siklon və boruların quruluşunu; qaz hərəkəti və hava dəyişdiricilərinin sxemini; qolcuqların keyfiyyətinə qoyulan tələbləri.
Kuperdən keçirməklə siklonda, skrubberdə qazların forsunka ilə tozlaşdırılaraq soyudulması prosesinin aparılması və onların müxtəlif toz tutucu sistemlərlə tozdan təmizlənməsi. Pulpanın doldurulması və skrubberlərin su ilə bərabər sulanması. Skrubberlərin, silkələyici mexanizmlərin və əks üfürən havadəyişdiricilərin, nasosların, qolcuqlu və kisəli filtrlərin, elektrik filtrlərinin, multisiklonlu boşaldıcı qurğuların, nəqliyyat toz xətlərinin və pnevmonəqliyyatın xidmət edilməsi. Hava çəkmənin, qaz temperaturunun, suyun skrubberlərə verilməsinin, avadanlığın yüklənməsi, qazın kameralar və sistemlər üzrə paylanması, parçanın müqavimətinin, təzyiqin, pulpanın xüsusi çəkisinin və onun filtrə verilməsinin təmizlənməsində iştirak etmək. Kuperlərin təmizlənməsi, çıxış borularının, toz uducuların, qapayıcıların və digər avadanlığın təmizlənməsi. Izolyatorların və qaz yollarının qazın konsentrasiyasını azaltmaqla təmizlənməsi.
Bilməlidir: elektrotexnikanın əsaslarını; suvarma kommunikasiya sxemini; elektroaparatları, nəzarət-ölçü cihazları və avtomatika ilə davranış üsullarını; çox seksiyalı qolcuqlu filtrlərin, havadəyişdiricilərin, elevatorların, vintli konveyerlərin, hava soyuducularının, toz uducularının, qaz bölüşdürücülərin, qaz qarışdırıcıların, soyuducu, silkələyici, buraxıcı mexanizmlərin və digər avadanlıqların quruluşunu; materialların təyinatını və onların verilmə qrafikini.
Tozların quru və yaş qazla təmizlənməsi və elektrostatik çökdürülməsi; prosesinin aparılması. Elektrikli və qolcuqlu filtrlərin və köməkçi avadanlıqların idarə edilməsi və onların vəziyyətinə nəzarət. Kameraların yandırılması və söndürülməsi, qaz yollarının dəyişdirilməsi, izolyatorların vəziyyətinin yoxlanılması. Düzləndiricilərin, silkələyici mexanizmlərin, koronirləyici və müdafiə avadanlıqların işinin təmizlənməsi, aqreqatların və avadanlıqların yüklənməsinin tənzimlənməsi, qazların kamera və sistemlərə paylanılması.
İstilik və havadəyişdirici qurğuların kanallarında təzyiqin dəyişməsi ilə qaz tullantılarının temperaturunun tənzimlənməsi, avadanlığın işinə, parçanın verilən məhsulun sərfinə aid göstəricilərinin uçotun aparılması.
Bilməlidir: xidmət olunan avadanlığın kinematik və elektrik sxemini; düzləndirici elektrik aqreqatlarının idarə lövhələrinin quraşdırma sxemini; elektrofiltrlərə yüksək gərginlikli cərəyan çatdırma sxemini; havaçəkmənin qazların konsentrasiyasına təsirini; qaz və tozların əsas xüsusiyyətlərini və temperaturunu; avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması metodunu; qaz-toz ölçülməsi metodlarını; qazların nəmliyi və tərkibinin müəyyənləşdirilməsi metodikasını.
Qeyd. Ancaq tozuducu qurğulara xidmət zamanı ixtisasın (peşənin) adını "Tozuducu qurğuların maşinisti" adlandırmaq lazımdır.
Müxtəlif cihazlar və məmulatlar üçün şkalaların preslərdə və diyirlədici dəzgahlarda hazırlanması. Foto-çap metodu ilə şkalaların və lövhələrin hazırlanması. Əl ilə trafaret tətbiq etməklə, yaxud daha yüksək ixtisaslı hazırlayıcının rəhbərliyi altında dəzgah arxasında sxemlərin platolara keçirilməsi. Plato və şkalaların sxemləri və ya digər təsvirlərinin çapa hazırlanması. Biçilmə, torun çərçivədə sıxılıb bərkidilməsi. Torların yağsızlaşdırılması və qurudulması. Kağız şkalaların platolara yapışdırılıb sonradan isə qurudulub bərkidilməsi. Trafaret yaxud izi salınmış kontur üzrə şkal sektorunun tuşla rənglənməsi. Daha yüksək ixtisaslı hazırlayıcının rəhbərliyi altında verilmiş reseptə görə foto-çap üçün xüsusi məhlulların düzəldilməsi. Fotoştampların hazırlanması. Hazırlanmış ştampların keyfiyyətinin zahirən yoxlanılması.
Bilməlidir: xidmət edilən qurğular haqqında əsas məlumatları; çap boyalarının klişe və puansona vurulma qaydasını, tətbiq olunan yapışqanların, boyaların və lakların təyinatını və xassələrini; foto-çap üçün məhlulun hazırlanma qaydalarını və onlardan istifadəni; şkalaların və platoların sxemlərinin çapına hazırlanma üsullarını.
Müxtəlif cihazlar və məmulatlar üçün çertyojlu, çertyojlu-bölücü, yaxud diyirlədici dəzgahlarda, onların müstəqil sazlanması üsullarının hazırlanması və ya tuşla şkalalara nişanların, hərflərin, rəqəmlərin və başqa işarələrin köçürülməsi. Çertyojlara müvafiq olaraq cihazlar və məmulatlar üçün şkalaların, cədvəllərin və lövhələrin foto-çap və aşındırma metodu ilə hazırlanması. Foto-çap üçün lazımi komponentlərin seçilməsi və verilmiş resept üzrə məhlulların düzəldilməsi. Platolara əl ilə trafaret tətbiq etməklə və ya dəzgahda sxemlərin çəkilməsi. İşığa həssas emulsiyanın və fotorezistorun çap platoları, şkalaları üçün olan tədarükə çəkilməsi. İşığa həssas qabın nümayiş etdirilməsi, aydınlaşdırılması, bərkidilməsi və aşılanması. Plyonka neqativlərinin hazırlanması. Metalın qalvanikləşdirilməsinin artırılması üzərində platoların montajı. Torun hazırlanması və təsvir surətinin tora keçirilməsi. Kağız şkalaların güzgülü şkalaları olan müxtəlif cihazların platolarına yapışdırılması. Güzgü qoymaqla şkalada fasonlu pəncərənin açılması. Çap olunmuş şkala və platoların retuşlanması.
Bilməlidir: xidmət etdiyi avadanlığın iş prinsipini; çap üçün işığa həssas emulsiyaların və boyaların reseptini və hazırlanma üsullarını; tətbiq olunan boyaların və lakların xüsusiyyətlərini; neqativlərin təyinatını və onların hazırlanma qaydalarını; şkalalara, platolara, cədvəllərə və lövhələrə verilən texniki tələbləri; tətbiq olunan materialların saxlanılma şərtlərini.
Müxtəlif cihazlar və məmulatlar üçün çertyoj və xüsusi şkala maşınlarında şkalaların hazırlanması. Relyef təsvirli fotokimya-oyma metodu ilə kiçik cədvəllər, lövhələr, sxemlər, plastin və panellərin hazırlanması. Düzsəthli dəzgahlarda, yarımavtomat və avtomatlarda platolar üzərində şkala və sxemlərin və üzlük panellərin çapı. Elektrolitlərin düzəldilməsi. Tora bənzər trafaretlərin hazırlanması. Platoların qalvanik emaldan sonra aşındırılması. Fotoçapların retuşlanması. İki tərəfli çap sxemlərinin surətinin çıxarılması. Müxtəlif cihazların şkalalarına nişan, hərf, rəqəm və xətlərin yapışdırılması. Fotoaşındırma metodu ilə siferblatları çap etmək üçün matrisanın hazırlanması. Xidmət edilən avadanlığın sazlanması.
Bilməlidir: xidmət etdiyi avadanlığın quruluşunu və sazlama üsullarını; gördüyü işin həcmində kimya və elektrotexnika üzrə əsas məlumatları; metalın qalvanik çökmə və aşılanma proseslərini; fotokimya-oyma üsullarını; aşınma üçün məhlulların tərkibini və hazırlanması üsullarını.
Çap sxemlərinin, maskaların, rəqəmli və hərfli trafaretlərin hazırlanması. Fotokimya, elektrokimya və birləşdirilmiş metodlarla platoların hazırlanması. Çap sxemlərinin ferrit tədarüklərinə köçürülməsi. Çap platolarına mikroskop altında nəzarət və düzəldilməsi. Müxtəlif cihazlar üçün manqanın folqa üzərində sxemlərin və qabarıq təsvirli məmulatların fotokimya-oyma metodu ilə hazırlanması. Elektrolitlərin tərtib edilməsi.
Xidmət etdiyi avadanlığın sazlanması və tənzimlənməsi.
Bilməlidir: xidmət etdiyi avadanlığın konstruksiyasını və sazlanma qaydalarını; müxtəlif metodlarla platoların hazırlanma qaydalarını; çap platolarına nəzarət və düzəldilmə üsullarını; manqanın folqa üzərində sxemlərin hazırlanma xüsusiyyətlərini; nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydalarını.
Nəqliyyat mexanizmlərinin lentli, vintli və digər konveyerlərin (vintli və çalovlu elevatorlardan başqa) konveyer mexanizminin nasazlığının yoxlanılması. Onların işə salınması və dayandırılması. Xammal, yarımfabrikat, hazır məhsul və materialların texnoloji prosesi pozmadan istehsalata vaxtında verilməsinin təmin edilməsi. Mexanizmlərin sazlığına nəzarət edilməsi, sürətin tənzimlənməsi, zəncirlərin dartılması, kəmər və lentlərin təzədən tikilməsi. Mexanizmlərin işində xırda defektlərin aradan qaldırılması. Xidmət olunan avadanlığın təmizlənməsi və yağlanması.
Bilməlidir: elektrotexnika üzrə əsas məlumatları; materialların xidmət olunan sahəyə verilməsi qaydasını; nəqliyyat mexanizmlərinin iş prinsipini və quruluşunu; mexanizmlərin işindəki nasazlıqların səbəbini və onların aradan qaldırılması vasitələrini; sürtgü materiallarının növlərini və onlardan istifadə etmək qaydasını.
3-cü dərəcə: vintli konveyer və çalovlu elevatorlara xidmət zamanı.
Mühərrikin gücü 25,5 kVt-a (35 a.g.) qədər olan, maye yanacaqla işləyən traktorların müxtəlif yük, maşın və mexanizm, metal konstruksiya və müxtəlif kütləli qurğuların daşınması zamanı yedəkli vasitələrdən istifadə etməklə idarə edilməsi. Daşınan yükün yüklənməsinə, bərkidilməsinə və boşaldılmasına nəzarət. Traktorun yanacaqla doldurulması, traktorun və yedəkli qurğuların yağlanması. Traktorun işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, cari təmirin aparılması, traktorların və yedəkli qurğuların müxtəlif növ təmirində iştirak etmək.
Bilməlidir: xidmət olunan traktorun iş prinsipini və quruluşunu; küçə hərəkəti qaydalarını; müxtəlif növ yüklərin yüklənməsi, boşaldılması, bərkidilməsi qaydalarını; traktorun işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılmasını; mühərrikin gücünü; təhvil-qəbul sənədlərinin tərtibi qaydasını.
3-cü dərəcə: mühərrikinin gücü 25,7-dən 44,1 kVt-a qədər (35-60 a.g.) traktorun idarə edilməsində.
4-cü dərəcə: mühərrikinin gücü 44,1-dən 73,5 kVt-a qədər olan traktorun idarə edilməsində.
5-ci dərəcə: mühərrikinin gücü 73,5 kVt-dan yuxarı olan traktorun idarə edilməsində.
1. Buldozer maşinistləri bu bölmə ilə yox, gördüyü işlərin xarakterindən asılı olaraq "Tikinti, quraşdırma və təmir-tikinti işləri" bölməsi və "Dağ-mədən işləri üzrə ümumi peşələr" bölməsi üzrə tarifləşdirilir.
2. Gəmi tikintisi, quyuqazma, neft və qaz emalı, geoloji kəşfiyyat və topoqrafiya-geodeziya kəşfiyyat işlərində, poçt vaqonlarının daşınması, iri qabaritli ağır yüklərin şəhər içərisində daşınması zamanı traktoristlər traktorun gücünə əsasən 1 dərəcə yuxan tarifləşdirilir.
3. Qamışların biçilməsində işləyən traktoristlər bu bölmə ilə tarifləşdirilmirlər.
Pəstahlara və detallara ultrasəs nəzarəti. Detalların və qovşaqların ultrasəs nəzarətə hazırlanması. Sadə defektoskopların işə salınması və sazlanması. Metalın qalınlığının ölçülməsi. Defektoskopda nəzərdə tutulmuş qalınlıq dərəcəsində saxlanmış cihazla təbəqələşmə zonalarının mövcudluğu və ölçülərinin müəyyənləşdirilməsi. Ultrasəs nəzarəti üzrə daha yüksək ixtisaslı defektoskopçunun rəhbərliyi altında mürəkkəb konfiqurasiyalı detallarda defektlərin müəyyənləşdirilməsi. Uçot jurnalının aparılması.
Bilməlidir: maili və düz ultrasəs defektoskoplarının və dəyişdiricilərin iş prinsipini; defektoskopun əsas idarəetmə orqanlarının təyinatını, elektrotexnika üzrə əsas məlumatları.
1. Poladdan olan flans pəstahları - ultrasəs nəzarəti.
2. Silindrik döyülmüş polad parçaları - ultrasəs nəzarəti.
3. Təbəqə polad - qalınlığının ölçülməsi və təbəqələşmənin müəyyənləşdirilməsi.
Karbonlu və az aşqarlı yayma, tökmə, döymə və qaynaq birləşmələrinə ultrasəs nəzarəti. Orta mürəkkəbli ultrasəs defektoskoplarının etalonlar üzrə işə salınması və sazlanması. Dərinlik ölçənin göstəricilərinin düzgün olub olmamasının yoxlanılması, defektoskopların, düzləndiricilərin yoxlanılması. Bir şuplu sxem üzrə düz və mail axtarıcılarla işləmək. Defektlərin koordinatlarının və ölçüsünün müəyyənləşdirilməsi. Dəyişdiricilərin başlıq və birləşdirici kabellərin təmiri.
Bilməlidir: ultrabənövşəyi defektoskopların və dəyişdiricilərin quruluşunu; ultrasəs defektoskoplarını və dəyişdiriciləri yoxlamaq üçün standart və sınaq nümunələrini; ultrasəs nəzarət metodlarını; əks-səda-impuls, kölgə, güzgü-kölgə və rezonans kimi ultrasəs metodların fiziki mahiyyətini; metalların qalınlığını və təbəqələşməsini müəyyən etmə metodikasını; dalğaların əsas tiplərini; ultrasəs dalğaları doğuran və akustik kontaktı təmin edən üsulları; defektlərin növlərini; qaynaq birləşmələrin tiplərini; nəzarət səthinə verilən tələbləri (nahamarlıqların parametrlərini); elektrotexnika və metalşünaslığın əsaslarını; müxtəlif qalınlıqlı karbonlu və az aşqarlı poladdan yayma, tökmə, döymə və qaynaq birləşmələrə nəzarət etmə metodikalarını.
1. Yükqaldırma mexanizmlərin detalları-ultrasəs nəzarəti.
2. Poladtökmə çalovları-ultrasəs nəzarəti.
3. Şan konstruksiyaları - tikişlərin yapışmayan zonalarını aşkarlama.
4. Polad vərəqələr-defektoskopun köməyi ilə defektlərin ölçüsünün və koordinatlarının müəyyənləşdirilməsi.
5. Turbin rotorunun və qazturbin mühərriklərinin kompressor belləri-haşiyəyə ultrasəs nəzarəti.
6. Gəmi korpusu konstruksiyalarının qaynaq damğa birləşmələri-ultrasəs nəzarəti.
Mürəkkəb poladlardan, ərintilərdən və əlvan metallardan müxtəlif qaynaq növü ilə yerinə yetirilmiş müxtəlif tipli qaynaq birləşmələrinə ultrasəs nəzarəti. Mürəkkəb ultrasəs səyyar, laborator və stasionar defektoskopların standart və sınaq nümunələri üzrə iş rejiminə sazlanması. Düz və maili dəyişdiricilərin yoxlanılması. Defektoqramların açılması. Ultrasəs nəzarətinin nəticələrinə və texniki şərtlərə görə yaymaların, tökmələrin, döymələrin və qaynaq birləşmələrin keyfiyyətinin qiymətləndirilməsi. Ultrasəs defektoskopik aparatların əsas parametrlərə uyğun olmasının yoxlanılması. Maili dəyişdiricilərin giriş bucaqlarının hesablanması və eksperimental müəyyən olunması.
Defektoskopların cari təmiri.
Bilməlidir: defektoskopların kinematik və elektrik sxemlərini; elektronikanın əsaslarını; qaynaq növlərini və üsullarını; yaymalarda, tökmələrdə və qaynaq birləşmələrində rastlaşan defektlərin növlərini; iki mühitin sərhədində müxtəlif materiallarda ultrasəs titrəyişlərinin sınma bucaqlarının hesablanmasını; ultrasəs titrəyişinin materiallarda yazılmasının əsas qanunauyğunluqlarını; ultrasəs keçən iki mühit sərhədində baş verən fiziki hadisələri; əsas nəzarət parametrlərini; ultrasəsin detalların strukturunda, profilin dəyişməsində və digər amillərdə əks olunması ilə yaranan saxta siqnalları əsas siqnallardan fərqləndirmə üsullarını.
1. Yayma dəzgahların valları-ultrasəs nəzarəti.
2. Vertolyotun aparıcı və sükan vintlərinin detalları-ultrasəs nəzarəti.
3. Poladdan tökmə detallar-ultrasəs nəzarəti.
4. Təbəqə yaymalar-ultrasəs nəzarəti.
5. Yüngül ərintilərdən külçələr-ultrasəs nəzarəti.
6. Divarların qalınlığı 15 mm-dək olan qaynaq birləşmələr-ultrasəs nəzarəti.
7. Şpanqout profillərin qoşmaları-ultrasəs nəzarəti.
8. Korroziyaya davamlı poladdan qayırılmış və əyilmə yerlərində divarların qalınlığı 4 mm-dək olan borular-qalınlığın ölçülməsi.
Əlvan metallardan, iri kristallı quruluşa malik poladdan olan detalların və məmulatların ultrasəs nəzarəti. Xüsusi mürəkkəb və dəqiq defektoskopların və göstəriciləri məsafəyə ötürən avtomatik ultrasəs nəzarət qurğularının standart və sınaq nümunələri üzrə iş rejiminə sazlanması. Sınaq nümunələrinin hazırlanması, eskizlərin tərtibi. Nəzarət nəticələrinin yenidən işlənilməsi. Ultrasəs nəzarəti cədvəlinin və xəritələrin tutulması. Diaqramlar üzrə: amplituda, məsafə, diametr-attenüatorun köməyi ilə cihazların həssaslığının sazlanması. Ayrıcı-əvəzedici dəyişdiricilərlə ultrasəs nəzarətinin aparılması.
Bilməlidir: müxtəlif quruluşlu cisimlərdə uzununa, eninə və səthi ultrasəs titrəyişlərinin yazılma qanunlarını; iki mühit sərhədindən keçən ultrasəs titrəyişinin əsas əks olunma və sınma qanunlarını; elektrovakuum və yarımkeçirici cihazların quruluşunu; xüsusən mürəkkəb və dəqiq ultrasəs defektoskoplarının prinsipial sxemlərini və konstruktiv xüsusiyyətlərini; onların tənzimləmə və yüstirləmə üsullarını; cihazlar işləyərkən nasazlıqların yaranma səbəblərini və onların aradan qaldırılma üsullarını; metalşünaslığın və qaynağın əsaslarını.
1. İçiboş silindrik avarlı vallar-ultrasəs nəzarəti.
2. Avarlı vintlər-qaynaq yerlərin ultrasəs nəzarəti.
3. Diyircəkli yastıqların içlikləri və yastıqları-ultrasəs nəzarəti.
4. Qazan kollektorlarının dibləri-ultrasəs nəzarəti.
5. Vərdənələnmiş kvadrat pəstahlar-ultrasəs nəzarəti.
6. Plastik kütlə, rezin-ultrasəs nəzarəti.
7. Müxtəlif formalı və ölçülü döyülmüş metal parçalan-ultrasəs nəzarəti.
8. Divarların qalınlığı 15 mm-dən yuxarı olan qaynaq birləşmələr-ultrasəs nəzarəti.
9. Korroziyaya davamlı poladdan qayırılmış və əyilmə yerlərində divarların qalınlığı 44 mm-dən yuxarı olan borular-qalınlığın ölçülməsi.
10. Cüt çarxların elementləri-ultrasəs nəzarəti.
Müxtəlif metodlarla möhkəm titrəyişlərin sönmə əmsallarının müəyyənləşdirilməsi. İki mühitin ayrılma sərhədində ultrasəsin əks olunma və keçmə əmsallarının müəyyənləşdirilməsi. Cihazın həssaslığının sazlanması və nümunələrsiz, yaxud standart və sınaq nümunələrinin qısaldılmış sayında defektlərin ekvivalent ölçülərinin qiymətləndirilməsi. Nəzarət və eksperimental nomoqramların qurulma metodikası işlənərkən eksperimental işlərin yerinə yetirilməsi. Ultrasəs nəzarəti üzrə istehsal şəraitində rastlaşan bütün iş növlərinin yerinə yetirilməsi. Ultrasəs nəzarəti aparmaq üçün alətlərin hesablanması və hazırlanması. Ultrasəs titrəyişlərinin sürətinin ixtisaslaşdırılmış sənaye cihazları ilə ölçülməsi. Avtomatik qurğulardan alınan defektoqramların açılması. Avtomatik qurğulardakı nasazlıqların aradan qaldırılması.
Bilməlidir: avtomatik qurğuların kinematik və elektrik sxemlərini; tətbiqi və fiziki mexanikanın, telemexanika və metrologiyanın əsaslarını; nomoqramların qurulmasında əsas olan akustika traktının tənliyini; ultrasəsin sönməsinin və yayılma sürətinin müəyyən olunması prinsiplərini; mövcud olan ultrasəs defektoskopların, qalınlıq ölçənlərin və qurğuların tiplərini; lembi dalğalarının əsas yayılma qanunauyğunluqlarını və onların köməyi ilə ultrasəs nəzarətinin üsullarını.
Orta ixtisas təhsili tələb olunur.
Ultrasəs dəyişdiricilərin hesablanması, istehsal olunması, razılaşdırılması və sınaqdan keçirilməsi. Texnoloji və fiziki emal effekti üzrə ultrasəs titrəyişlərin optimal parametrlərinin təyin edilməsi. Metodik sənədlərin aparılması. Dalğa səthli düz birpaketli ultrasəs elektron akustik dəyişdiricilərlə eksperimental sxemlər üzrə verilmiş kompleks işlərin yerinə yetirilməsi. Akustik sistemlərin uzlaşan elementlərinin hesablanması və istehsalı, eksperimentin qoyulmasına aid metodikaya və qüvvədə olan normativ sənədlərə müvafiq daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında sınaqdan keçirilməsi.
Bilməlidir: metodika üzrə nəzərdə tutulmuş eksperimentin qoyulmasına dair energetik, akustik, elektrik ölçən, mexaniki, xüsusi laboratoriya avadanlığının, cihazların və aparatların quruluşunu və sazlama qaydalarını; dalğa səthli düz birpaketli xüsusi texnoloji təyinatlı elektroakustik dəyişdiricilərin istehsal texnologiyasını; akustik sisternləri elementlərinin onlara verilən tələblərə və eksperimentin qoyulmasına aid metodikaya müvafiq quraşdırılma texnologiyasını və uzlaşdırılma qaydalarını; eksperimental sxemin elementlərinin məmulatlar emalı rejimində uzlaşdırma qaydalarını; eksperimental sxemin elementləri olan elektrik ölçü cihazlarının və yazan qurğuların uzlaşdırma, kalibrləmə və tənzimləmə qaydalarını; izoləedici materialların, lakların, yapışqanların, lehimlərin, flüslərin, həlledicilərin, reaktivlərin təyinatını, emal texnologiyasını, işlərin yerinə yetirilməsi zamanı onlardan istifadə qaydalarını; ultrasəs elektroakustik dəyişdiricilərin istehsalı üçün tətbiq olunan əsas materialların xarakteristikasını, təyinatını, emal qaydalarını; energetik, elektrikölçən və mexaniki avadanlığın cari təmirinin aparılma qaydalarını; elektrotexnika, sənaye elektrotexnikası, cihazqayırma: texnologiyasının əsaslarını; müşahidə və oturtmalara dair məlumatları, metallar fizikasının, metalşünaslığın, qeyri-üzvi və üzvi kimyanın elementar əsaslarını; rəqs nəzəriyyəsinin, elektroakustikanın, hidroakustikanın, elektro və radio ölçülərin, defektoskopiyanın, optiki xətti ölçülərin və bucaq kəmiyyətlərin fiziki əsaslarını.
Birpaketli elektroakustik sistemlər üzrə verilmiş kompleks işləri yerinə yetirərkən emalın texnoloji və fiziki effektinə görə dalğa səthi mürəkkəb olan ultrasəs rəqslərin optimal parametrlərinin müəyyən edilməsi. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında hidrodinamik dəyişdiricilərin hesablanması, istehsalı, razılaşdırılması və sınaqdan keçirilməsi üzrə dalğa səthi düz və ya həcmi - simmetrik olan çoxpaketli elektroakustik sistemlər üzrə işlərin yerinə yetirilməsi. Akustik sistemlərin uzlaşdırılan lementlərinin hesabı, istehsalı və sınaqdan keçirilməsi.
Bilməlidir: dalğa səthi mürəkkəb olan birpaketli, dalğa səthi düz və ya həcmi simmetrik olan çox paketli xüsusi texnoloji təyinatlı hidrodinamik və elektroakustik sistemlərin istehsalı texnologiyasını; akustik sistemlərin uzlaşan elementlərinin istehsalı texnologiyasını; hidrodinamik ultrasəs dəyişdiricilərin istehsalında tətbiq olunan əsas materialların emalı texnologiyasını; akustik avadanlığın istismara etibarlılığının sınaqdan keçirilmə metodlarını; müşahidə və oturtmalar sistemlərini.
Verilmiş işlər kompleksini yerinə yetirərkən dalğa səthi düz və həcmi simmetrik xarakterdə olan və pyezoelektrik, maqnitostriksion və yaxud ferrit dəyişdiricilər əsasında hazırlanmış elementlərdən və ya birlikdə qovşaqlardan ibarət dalğa səthi mürəkkəb olan hidrodinamik dəyişdiricilər və çoxpaketli elektroakustik sistemlər üzrə texnoloji və fiziki emal effektinə görə ultrasəs rəqslərin optimal parametrlərinin müəyyən edilməsi.
Bilməlidir: xüsusi texnoloji təyinatlı dalğa səthi düz və ya həcmi simmetrik xarakterdə olan və pyezoelektrik, maqnitostriksion, yaxud ferrit dəyişdiricilər əsasında hazırlanmış elementlərdən, qovşaqlardan ibarət dalğa səthi mürəkkəb olan çoxpaketli hidrodinamik və elektroakustik sistemlərin istehsalı texnologiyasını; metodika ilə nəzərdə tutulmuş formulalar üzrə koordinat oxlarında verilmiş evolventləri; parabola, hiperbola, şar tipli bir-birinə bərkitmə və şüavermə səthi olan akustik elementlərin istehsalı texnologiyasını; metallar fizikasının, metalşünaslıq, üzvi və qeyri-üzvi kimyanın əsaslarını.
Orta ixtisas təhsili tələb olunur.
Xarrat məmulatlarının təmiri zamanı üzlük materiallarının çıxarılması. Astar materialın (tük, pambıq və s.) işə hazırlanması. Yapışqanın hazırlanması. Bərk və yarıyumşaq mebelə yüksək ixtisaslı üzçəkənin rəhbərliyi altında üz çəkilməsi.
Bilməlidir: adi xarrat məmulatlarından üzlük materialın sökülməsi və çıxarılması üsullarını; tikiş və haşiyələrin əsas növlərini; sadə ləvazimatların və üz çəkmə alətlərinin istifadə qaydasını; üzlüklərin çəkilməsi üçün lazım olan materialların adlarını.
1. Pambıq knopka və rozetkaların hazırlanması.
2. Yarıyumşaq mebelin dəyişdirilməsi və təmiri üçün sökülməsi.
Bərk və yarıyumşaq mebelin rəsm və eskizlər üzrə ucuz qiymətli materiallarla üzlənməsində sadə və orta mürəkkəbli işlərin aparılması. Üzlük materialların ülgü (biçim) və şablonlar üzrə biçilib kəsilməsi və tikiş maşınlarında tikilməsi. Məftil hörgünün yaylı əsasın altına dartılıb çəkilməsi və hörülməsi, yaylı əsasın altına pambıq materialların döşənməsi. Sadə ülgülərin və şablonların çəkilməsi və hazırlanması. Defektlərin aradan qaldırılması və üzlük materialların boyanması.
Bilməlidir: sadə bərk və yarıyumşaq mebelin xarrat məmulatlarının quruluşunu; üzlük materialların biçilməsi qaydasını; üzlük materialların növü və təyinatını, istifadə qaydasını; tikiş maşınlarının iş prinsipini; sadə tikiş növünü; üzlük materialların düzəldilməsi; görünməyən tikişlərin və s. vurulması.
1. Qapılar - üz çəkilməsi.
2. Açılıb-yığılan çarpayı (taxt) –qalın kətan parça ilə üzlənməsi.
3. Yazı stollarının üstü - dermantin və mahudla örtülməsi.
4. Kiş, qalın kətan, mahud-şablon və ülgülərlə biçilməsi və maşında düz tikişlə tikilməsi.
5. Döşək, divan və stul yayları - komplektlərinin seçilməsi, yığılması və əsasa bərkidilməsi.
6. Divan və döşəklər üçün çərçivələr - qalın kətanın dartılıb çəkilməsi və üzlənməsi.
7. Oturacağı və söykənəcəyi möhkəm və tükdən olan stullar - üzlük çəkilməsi.
8. Avtomobillərin oturacaqları, söykənəcəkləri, döşəkcələri - sadə, baha olmayan materiallardan üzlük çəkilməsi.
9. Açılıb-yığılan taburetkalar, yelləncək və şezlonqlar - qalın kətan və xalçadan üz çəkilməsi.
10. Dairəvi taburetkalar - üzlük çəkilməsi.
Bərk və yarıyumşaq mebelin üzlənməsi üzrə, mürəkkəb və yumşaq mebelin çertyoj və eskizlər üzrə ucuz materiallarla üzlənməsi üzrə sadə və orta mürəkkəbli işlərin yerinə yetirilməsi. Ucuz materiallarla üzlənmiş yumşaq mebelin təmiri və bərpası. Tikiş maşınlarında drapirovka, pərdə və s. tikilməsi. Ucuz materialların biçilməsi və kəsilməsi. Yaşayış, istehsalat binalarının muzey və s. daxildən üzlüklə işlənilməsi. Çertyoj və eskizlər üzrə mürəkkəb ülgü, şablon və trafaretlərin hazırlanması. Bütün sistemdən olan tikiş maşınlarının sazlanması.
Bilməlidir: yumşaq mebelin çeşidi və quruluşunu; otaqların daxildən üzlənməsi üsullarını; müxtəlif üzlük materiallarının çeşidi, xüsusiyyəti, keyfiyyəti və təyinatını; üzlük alətlərinin və ləvazimatlarının ümumi və xüsusi quruluşunu; tikiş maşınlarının sazlanması yollarını; üzlük materiallarda defektlərin düzəldilməsi üsullarını.
1. Minik, yük avtomobilləri və avtobuslar - maşınların kabinə və oturacaqlarının üzlənməsi.
2. Açıq və kupeli, yük, poçt və rayonlararası bərk vaqonlar - daxili üzləmə.
3. Dəri ilə örtülmüş yaylı yastıqlar - hazırlanma.
4. Divan və düz taxtlar, yaylı döşəklər - yenilərinə ucuz materiallardan üz çəkilməsi və köhnələrin təmiri.
5. Ambulatoriya üçün tüklə doldurulmuş yarıyumşaq taxtlar - dəridən üz çəkilməsi.
6. Hava ilə doldurulmuş xəzlər (dəmirçilikdə) - rezinli parçalardan hazırlanması.
7. Yaylı döşək, divan və stullar - şpaqatla sarınması, oturdulması və hörülməsi (örtülməsi).
8. Saat qutuları, ölçü toxmaqları (bəndləri), rəsmxətt alətlərinin komplekti (qotovalnya), zərgərlik və digər məmulatlar üçün qutular - üz çəkilməsi və yapışdırılması.
9. Şirmalar (pərdə və ya örtük) – ucuz materiallardan üzləmə.
Çertyoj və eskizlər üzrə bədii yumşaq mebelə üz çəkilməsinə otaqların qiymətli materiallarla dəri, atlas, pluşla haşiyələnməsi (bəzənməsi) üzrə mürəkkəb işlərin yerinə yetirilməsi. Qiymətli materiallarla örtülmüş yumşaq mebelin təmir edilməsi və bərpası. Çertyoj və eskiz üzrə qiymətli üzlük materiallarının biçilməsi. Bütün sistemdən olan tikiş maşınlarının sazlanması. Üzlük materialların rəsm, naxış və tonlarının seçilməsi. Üzlük materialların növü, xüsusiyyəti və keyfiyyətinin, görülən iş üçün onların yararlı olmasının müəyyənləşdirilməsi.
Bilməlidir: bədii mebelin növü, stili və konstruksiyasını; mürəkkəb üzləmə üçün şablon və ülgülərin hazırlanması üsullarını; həndəsi qurumların əsasını; çertyoj və eskizlərə əsasən bədii üzləmə işlərinin yerinə yetirilməsi üsullarını və metodlarını; müxtəlif tipli tikiş maşınlarının quruluşu və sazlanma üsullarını.
1. Minik avtomobilləri, avtobuslar - salonların daxili işlənilməsi (haşiyələnməsi).
2. Yumşaq, kupeli və xidməti vaqonlar - daxili üzləmə.
3. Kabinet divanları, yumşaq kreslolar - dəridən üz çəkilməsi.
4. Salonlarda, teatr və klubların, muzeylərin foyesində radiuslu və bucaqlı, yumşaq, 2-3 hissədən ibarət müxtəlif kəsiklərlə bəzədilmiş divanlar - dəri və digər qiymətli materiallarla sarmaşıq, yelpik və ya dama formada üzlənməsi.
5. Yumşaq kreslo, stul, yarım kreslolar - dəri, məxmər, atlas, ipəklə üzlənmə, tesma və baxrama ilə haşiyələmə (bəzəmə).
6. Otaqlar - rəng, rəsm, naxışları seçməklə simmetrik və düz tona riayət etməklə drapirovkası, qiymətli parçadan üz çəkilməsi.
7. Təyyarə, gəmi kayutaları - daxili və xarici üzlənmə, yapışdırma.
8. Divar, lövhə, vitrin-boyaq və şəkillərin seçilməsi ilə qiymətli parçalarla (plyuş, məxmər) drapirovka.
9. Bədii şirmalar - şəkillər dəstindən və bir neçə rəng çalarından istifadə etməklə qiymətli materiallarla üz çəkilməsi.
Çertyoj, şəkil və eskizlərə əsasən müxtəlif stildə bədii yumşaq mebelin hazırlanması və üzlənməsi üzrə xüsusən mürəkkəb işlərin yerinə yetirilməsi. Mürəkkəb konfiqurasiyalı mebelin üzlənməsi və təmiri. Daxili və xarici üzləmə - qiymətli sintetik materiallarla yapışdırma.
Bilməlidir: xüsusən mürəkkəb bədii mebelin tipi, stili və konstruksiyasını; daxili və xarici üzləməni - daha mürəkkəb yumşaq mebelin yapışdırılması üsullarını; müxtəlif stilli drapirovka və daha mürəkkəb pərdələr və astarlı çexolların biçilmə və tikilmə texnikasını.
1. Qapı və mebel - "sayka" formasında üzləmə.
2. Müxtəlif stilli bədii divanlar - dəridən, məxmər, atlas və ipəkdən tesma və baxrama ilə haşiyələnərək üz çəkilməsi.
3. Kareta və muzey mebeli - bərpa etmə.
4. Kareta və taxt-tac - üzləmə.
Metalların, xammalın, məmulatların, ərintilərin, müxtəlif materialların, yarımfabrikatların və hazır məhsulun nəzarət-yoxlama qurğularında, Rokvell, Brinel və s. cihazlarda, qüvvədə olan təlimatlara müvafiq, möhkəmliyə, uzanmaya, əyilməyə, istiliyə davamlılığına, sıxılmağa, çıxma, götürmə və tıxanma qüvvəsinə, qırılmağa, bərkliyə, hava keçirilməzliyə, suyadavamlığa, özlülüyə, tiftiklənməyə, burulmaya, qalınlığa, nəmliyə, yağlılığa və digər keyfiyyət göstəricilərinə görə fiziki-mexaniki sınaqdan keçirilməsi. Elektrik müqavimətin körpü döşəmə metodu və ampervoltmetr metodu ilə ölçülməsi. Hidrostatik çəkilməklə sıxlığın müəyyənləşdirilməsi. Qovşaq və birləşmələrdə sıxlığın və özəklərin ölçülərinin yoxlanılması. Sıxılma və yapışma faizinin müəyyən edilməsi. Sınaqların müəyyən olunmuş yoxlama uçot yazılarının aparılması. Sınaqlar üçün nümunələrin hazırlanması və yağsızlaşdırılması. Cihazların və aparatların seçilməsi və sınağa hazırlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında cihaz və aparatların sazlanması. Verilmiş resept üzrə aydınlaşdırıcının və fiksajın hazırlanması, fotokağızın, plyonka və lövhəciklərin emalı, fotoneqativlərdən şəkillərin çıxarılması.
Bilməlidir: fiziki-mexaniki sınaqların təsnifatını; sınaqdan keçirilən metal və materialların əsas fiziki-mexaniki xassələrini; metalların və qeyri-metaldan olan materialların elektrik xassələrinə dair elementar məlumatları; xüsusi elektrik müqavimətini; elektrolitdə sıxlığı müəyyən etmə üsullarını; nümunələrin sınaq üçün hazırlanma metodikasını; gördüyü işin həcmində elektrotexnikanın əsaslarını; fotomaterialların-kimya reaktivləri, fotokağız, fotoplastinkaların saxlanma və işlədilmə qaydalarını resept üzrə aydınlaşdırıcı və fiksajın hazırlama üsullarını; analiz aparılan material, xammal, yarımfabrikat və hazır məhsulun növləri və xassələrinə görə nümunələrin seçilmə və tərtib etmə qaydalarını; xidmət etdiyi avadanlığın iş prinsipini; analiz və sınaqların keçirilməsi prosesində onların işlədilmə qaydalarını; sınaqlar üzrə nəticələrin yazılma sistemini, sınaqların keçirilməsinə dövlət standartlarını və texniki şərtləri; nəzarət-ölçü cihazlarının, alətlərin təyinatını və onlardan istifadə etmə qaydalarını.
Xammalın, materialın, yarımfabrikatın və hazır məhsulun fiziki-kimyəvi sınaqdan keçirilməsi və aparılmış sınaqlar üzrə nəticələrin ümumiləşdirilməsi üzrə işlərin yerinə yetirilməsi. Xammalın, materialın yarımfabrikatın və hazır məhsulun keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi üzrə hesablamaların aparılması. Sınaqdan keçirilən nümunələrin dövlət standartlarına və texniki şərtlərə uyğun gəlməsinin müəyyən edilməsi. Təcrübə nümunələrinin laboratoriya şəraitində hazırlanması.
Materialların üyüdülmə nazikliyinin, həcmin bərabər dəyişməsinin, tutma müddətlərinin və həcm kütləsinin müəyyənləşdirilməsi. Nümunələrin istiliyə davamlılığını sınaqdan keçirərkən termoparın köməyi ilə temperaturun müəyyən edilməsi. Termoparın quraşdırılması. Soyuq lehimləmə temperaturuna düzəlişlər edilməsi. Normal möhkəmlik modulun və yerdəyişmə modulun radiotexnika metodu ilə tapılması, modulların tapılması üçün olan qurğunun etalonlaşdırılması. Maqnit keçiciliyin ballistik qurğuda ölçülməsi. Nümunələrin həndəsi ölçülərinə düzəlişlərin daxil edilməsi. Nümunənin uzunluğu boyu bərabər qızmasının tənzimlənməsi, termoparalarla qızma temperaturuna nəzarət. Termopar vakuummetrlə 174-1,3 Pa-dək (1,31-10-2 mm c.st.-dək) olan seyrəklənmənin ölçülməsi. Forvakuum nasosunda yağın dəyişdirilməsi. Sınaqların keçirilməsi prosesində laboratoriya avadanlığının yoxlanılması və sazlanması. Xammalın, materialın və yarımfabrikatların sınaq partiyasının istehsalatdan keçməsinin müşahidə edilməsi. Sınaq nəticələrinin qrafik təsviri.
Bilməlidir: istismar edilən avadanlığın quruluşunu; sınaqdan keçiləsi olan materialların, xammalın, yarımfabrikatların və hazır məhsulun reseptini, təyinatı və xüsusiyyətlərini; müxtəlif mürəkkəb fiziki-mexaniki sınaqların, onların emalı və ümumiləşdirilməsi üzrə işlərin aparılma qaydalarını; maqnit keçiciliyini müəyyən etmək üçün ballistik qurğuların iş prinsipini; forvakuum və diffuziya nasosların, termopar vakuummetrlərin vakuum sistemlərinin əsas qovşaqlarını; nümunələrin fiziki xassələrinin müəyyən edilməsində əsas metodları; maqnit cisimlərin əsas xassələrini; ərintilərin termik üsulla genişləndirilməsini; dilatometrlərdə xətti genişləndirmə əmsallarını və kritik nöqtələri müəyyən etmə metodikasını; yüksək və aşağı temperaturlu termometrlərin köməyi ilə temperaturun ölçmə metodikasını; metalların və ərintilərin möhkəmlik xassələrini; nümunələrin həndəsi ölçülərinə dəyişikliklərin edilməsi qaydalarını; qrafiklərin qurulma metodlarını; aparılan sınaqları qeydə alan sistemi və nəticələrini ümumiləşdirmək üçün metodikanı.
Maqnit həssaslığının, maqnit keçiciliyinin, qalıq induksiyanın, koersitiv qüvvənin müəyyən olunması. Permeametrdən qisterezis ilməyinin çıxarılması. Məftilin (simin) qomogenliyə və etalonlarla termoelektrohərəkət qüvvəsinə yoxlanılması. Termoparların soyuq lehimlərinin termostatlaşdırilması. Nümunələrin soyuma və qızma termik sikllərindən çıxarılması. Qurğularda yüksək vakuum yaradılması və onun vakuummetrlə ölçülməsi. İstilik keçirmə, istilik tutumu və elektrik keçiriciliyin müəyyən edilməsi. Vakuum dilatometrində termik genişlənmə əmsallarının və kritik (böhranlı) nöqtələrin tapılması. Tətbiq edilən cihazların sazlanması. Diaqram üzrə metalın son axıcılıq həddinin müəyyən edilməsi. Hesab cədvəllərinin tutulması. Temperatur şkalasını hazırlamaq və dəqiqləşdirmək üçün termoparların və dilatometrlərin dərəcələrə bölünməsi. Civəli inersion termometrlərlə torpağın temperaturunun ölçülməsi. Yoxlama sınaqlarının aparılması. İşıq-şüa ossilloqraflarla işləmək. Lazımi vibratorun seçilməsi, onun maqnit blokuna quraşdırılması. Verilmiş ölçülərə əsasən halqa metodu ilə qalıq gərginliyin hesablanması. Ossilloqrafın optik sistemlərinin və vaxt nişanlayıcılarının yüstirlənməsi. Ossilloqramların işlənilməsi.
Bilməlidir: permeametrlərin quruluşunu; daimi maqnit sahələrində metalların maqnit xassələrini müəyyən etmək üçün qurğuları, temperatur nəzarəti üçün potensiometri, istilik keçirməni, istilik tutumunu və elektrik keçirməni müəyyən etmək üçün qurğuları, işıq-şüa ossilloqrafları, ionlaşdırıcı və maqnit-boşaldıcı manometrləri; ferro-, dia- və paramaqnit materialları; maqnit keçiciliyin sahədən asılılığını, maqnit xassələrinin müəyyənləşdirilməsində əsas metodlarını; permometrdə, ferrotesterdə, maqnit həssaslığını müəyyən etmək üçün olan qurğularda işləmə metodikasını; materialşünaslığın əsaslarını; yüksək vakuumu ölçmə metodlarını; sizmaları müəyyən etmə və aradan götürmə metodlarını; metalların və ərintilərin istilik xassələrini; istilik keçirmə və istilik tutumunu müəyyən etmə metodlarını; metalşünaslığın və istiliklə emalın əsaslarını; sınaqdan keçirilən materiallara mümkün olan yüklənmənin və gərginliyin miqdarını; dartılma və əyilmə zamanı möhkəmlik və axıcılıq hədlərini; yorğunluq hədlərini, maksimum gərginlik dərəcələrini.
Bütün növ qaynaq birləşmələrin, müxtəlif diametrli boruların, təbəqə və profilli yaymanın fiziki-mexaniki sınaqdan keçirilməsi və texniki tələblərə və şərtlərə müvafiq bütün xarakteristikaların alınması. Müxtəlif qeyri-standart sınaqların keçirilməsi. Hazır qovşaqların, məmulatların və halqaların, zəncirlərin sınağı, fırlanma anına tənzim olunan xüsusi alətlərin tarasının təyin edilməsi. Qeyri-standart sınaqlar üçün sxemlərin və cihazların yığılması. Qeydə alan və yazan aparatların tarasının təyin olunması. Müxtəlif tenzometrlər tətbiq etməklə sınaqların aparılması. Yoxlama termoparları hazırlayarkən anizometrdən çox soyudulmuş austenitin, parçalanma əyrilərinin və temperatur əyrilərinin çıxarılması. Avtomat yüksək temperaturlu dilatometrdə xətti genişlənmə əmsallarının müəyyən olunması. Elektronla qızdırılan kalorimetrdə maddələrin istilik xassələrinin müəyyən olunması. Aşağı tezlikli intervalda nümunələrin sönmə dekrementinin müəyyən olunması. Maye helium temperaturunda qalıq müqavimətini ölçmə metodu ilə zona əridilməsindən sonra metalların saflığının müəyyən olunması. Qabların sıxılmış və mayeləşdirilmiş qazla doldurulması. İstifadə olunan avadanlığın cari təmiri və sazlanması.
Bilməlidir: müxtəlif qaynaq birləşmələrin, boruların, yaymanın, hazır qovşaq və məmulatların mexaniki sınaqdan keçirilmə metodikasını; qeyri-standart standart sınaqlar üçün sxemlərin hesablanma və tərtib olunma prinsiplərini; işıq-şüa ossiloqrafların, tenzometrlərin və tenzometrik aparatların quruluşunu; avtomatik yüksək temperaturlu dilometrlərin, metallarda daxili sürtünməni təyin etmək üçün qurğuların, kalorimetrlərin, müxtəlif tipli metallarda və ərintilərdə qalıq elektromüqaviməti müəyyən edən qurğuların, anizometrin quruluşunu; gördüyü işin həcmində dilatometriyanın əsaslarını; dəmir karbonun vəziyyətini əks etdirən diaqramı; aşqarlı elementlərin, metalların və ərintilərin fiziki xassələrinə təsirini; yüksək temperaturlu dilatometrdə təsirsiz qazlar mühitində termik genişlənmənin müəyyən olunma metodikasını; maye azot, yağ və maye qalay vannalarından istifadə edərək çox soyudulmuş austenitin aşağı və yüksək temperaturlarda izotermik ayrılma diaqramının çəkilmə qaydalarını; təsirsiz qazların xassələrini; eksperimental məlumatların riyazi işlənilməsini; maye azotla işləmə qaydalarını; materialların fiziki xassələrini müəyyən etmə metodikasını.
Orta ixtisas təhsili tələb olunur.
Mikron kəsiyi olan nümunələrdə elektrik keçiriciliyini və temperatur əmsalını müəyyən etmək üçün yüksək mürəkkəbli fiziki-mexaniki sınaqların aparılması. Anizometrdə və dilatometrdə - 196 S və daha yuxarı temperaturlarda termokinematik əyrilərin çıxarılması. Elektronla bombardman etmək metodu ilə maddələrin istilik xassələrinin müəyyənləşdirilməsi. Yüksək temperaturlu qızdırıcıların qoşulması, xidmət edilməsi və söndürülməsi. Elektrik keçiriciliyin, istilik keçiriciliyin, termik genişlənmə əmsalının, vakuumda və təsirsiz mühitdə yüksək temperaturlar altında qaralıq əmsalının ölçülməsi. Kriogen temperaturlar altında termoelektrod materialların xarakteristikalarının çıxarılması. Yüksək tezlik və yüksək temperatur sahəsində sönmə dekrementinin müəyyən edilməsi. Yeni ərintilərə metodikaların işlənib hazırlanmasında və qurğuların metroloji attestasiyadan keçirilməsində iştirak etmək.
Bilməlidir: yüksək temperaturla qızdırılma prinsiplərini; qızma temperaturunun istehlak olunmuş gücdən asılılığını; istiliyi qoruyan ekranların rolunu; elektronla bombardman etməklə maddələrin qızdırılma prinsipini; elektron qızdırılmanın və nümunənin elektronla bombardman edilməsi zamanı temperaturun bölüşdürülməsinin əsas qanunauyğunluqlarını; 1000 S-dən yuxarı temperaturda materialların fiziki xassələrini müəyyən etmə metodikasını; etalon pirometrlərin köməyi ilə yüksək temperaturların ölçmə metodikasını; termoparların etalon pirometrlər üzrə dərəcələrə bölünməsi metodlarını; yüksək temperaturlu qurğuların quruluşundakı xüsusiyyətləri; istilik itkilərini azaltmaq yollarını; istilik itkilərini uçota almaq üsullarını və ölçü nəticələrinin riyazi üsulla işlənilməsi zamanı istilik itkilərinə düzəlişlər edilməsini.
Orta ixtisas təhsili tələb olunur.
Avadanlığın vəziyyəti və verilmiş texnoloji rejimə uyğun olaraq sobanın və ya qazanların qızdırılması üçün istiliyin və havanın daxil olmasının tənzimlənməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət. Forsunkaların və onunla əlaqədar kommunikasiyaların təmizlənməsi və dəyişdirilməsi.
Bilməlidir: sobaların, forsunkaların, buxar hava yollarının və neft xətlərinin quruluşunu, onların işinin tənzimlənməsi üsullarını; forsunkaların çıxarılması, qurulması və təmizlənməsi üsullarını; forsunkaların təmizlənməsi üçün olan alət və cihazlardan istifadə etmə qaydasını və quruluşunu.
Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında oksigenli və oksigen-arqonlu qurğulara xidmət. Quruducu batareyaların, rütubəti ayıran hava kompressorlarının və karbonsızlaşdırıcıların üfürülməsi, maye oksigenin stasionar və nəqliyyat tanklarına boşaldılması. Xidmət edilən avadanlığın yağlanması. Qurğu avadanlığının və aparaturasının cari təmirində iştirak edilməsi. Rampadakı təzyiqin vəziyyətinin müşahidəsi və balonların doldurulmasında iştirak edilməsi. Balonların anbarlara diyirləndirilməsi və yerləşdirilməsi. Doldurulmuş qazdan asılı, olaraq balonların müxtəlif rəngə boyanması. Aparaturanın və tutumların su və həlledicilərlə yuyulması. Balonların doldurulmasına aid sənədlərin aparılması. Balon pasportlarının yoxlanılması və doldurulması.
Bilməlidir: oksigen və oksigen-arqon istehsalının texnoloji sxemi haqqında ən sadə məlumatı; alınan qazların əsas xassələrini və onların itkisinin müəyyən edilməsi və aradan qaldırılması üsullarını; doldurucu rampanın işləmə prinsipini və üstündəki qaz ventillərin yerlərini; maye oksigenin tökülməsi üçün stasionar və nəqliyyat tankların, mexanizmlərin quruluşunu və onların işlənmə qaydalarını, balonların quruluşunu və doldurulma, sınaq və saxlama qaydalarını; doldurulmuş qazdan asılı olaraq balonların rənglərini və balonların həcmlərini; ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini.
Saatda 100 kub metrədək oksigen istehsal edən oksigen qurğusunda (aqreqatda) oksigen istehsalı üzrə texnoloji prosesin aparılması. Bölüşdürücü aparatın tənzimlənməsi. Qaz analizinin aparılması. Qaz sayğaclarının və diferensial manometrlərin işinə, maye və qaz şəklində olan oksigenin, azotun, arqonun və maye havanın buxarlandırıcıda dəyişməsinə nəzarət. Balonların doldurulması və maye oksigenin stasionar və nəqliyyat çənlərinə doldurulub boşaldılmasına nəzarət. Balonları mayeləşdirilmiş və sıxılmış qazla dolduran avtomatik cihazların işinin tənzimlənməsi. Qurğu avadanlığının və aparatların cari təmiri. Qurğunun işinə dair nəzarət-uçot qeydiyyatlarının aparılması. Doldurucu rampa və bütövlükdə onun boru kəmərlərinin, ventilin və nəzarət-ölçü aparatlarının vəziyyətinin tədqiq edilməsi. Doldurulmuş balonların nəql edilməsi və saxlanılmasına nəzarət.
Bilməlidir: oksigen istehsalında texnoloji sxemi; doldurucu rampanın quruluşunu; oksigen qurğularının quruluşunu və ayrı-ayrı qovşaqların təyinatını; nəzarət-ölçü cihazlarının göstəricilərinə görə aparatların tənzim olunma qaydasını; fizika, kimya və elektrotexnikaya dair əsas məlumatları; təsirsiz qazların xassələrini; qurğunun işi haqqında nəzarət-ölçü qeydiyyatlarının aparılma qaydasını; qazlarda təhlilin aparılma metodlarını; maye oksigenin tanklara süzülməsi, balonların qazla doldurulması; doldurulmuş balonlarla rəftar və onların saxlanma qaydasını; nəzarət-ölçü cihazlarının quruluşunu.
Saatda 100-800 kub metr oksigen və azot, 15 kub metrədək xam arqon və 500 litrədək maye oksigen və azot istehsal edən oksigen, azot-oksigen və oksigen-arqon qurğularında (aqreqatlarda) xam arqonu seçib qaz halında oksigen və azot istehsalı üzrə texnoloji prosesin aparılması. Hava bölüşdürücü blokun, asetilen adsorberlərinin texnoloji qızdırılması. Adsorbsiya quruducu qurğuların regenerasiyası. Qazlarla bir neçə təhlilin aparılması. Qazholderin, rampanın, maye oksigen nasosun, detanderin vəziyyətinin, kommunikasiya və aparatların germetikliyi və saz olmasının müşahidə edilməsi. Qurğu avadanlığının və aparatların orta və əsaslı təmirində iştirak. Qoruyucu qurğulara, ventilyasiyaya, telefon və işıq-səs siqnalizasiyasına nəzarət.
Bilməlidir: fizika, kimya və elektro- texnikanın əsaslarını; arqon istehsalında texnoloji sxemi; oksigen və arqon qurğularının ayrı-ayrı aqreqatlarının və avadanlıq qovşaqlarının quruluşunu və onların oksigen, arqon və azot istehsalının ümumi texnoloji sxemində təyinatını; aparatların, avadanlığın və həcmlərin yuyulma və sınaqdan keçirilmə üsullarını; qurğuların işində nasazlıqların aşkar və ləğv edilməsi; mürəkkəb nəzarət-ölçü cihazlarının, qoruyucu qurğuların və siqnalizasiya vasitələrinin quruluşunu və təyinatını; buraxılan məhsulun keyfiyyətinə qoyulan tələbləri; avadanlığın, armatura və aparatların təmiri üzrə işlərin görülməsi qaydalarını.
Saatda 800-dən 12000 kub metrədək oksigen və azot, 15-dən 140 kub metrədək xam arqon və 500-dən 1000 litrədək maye oksigen və azot istehsal edən azot-oksigen və oksigen-arqon qurğularında (aqreqatlarda) qaz halında oksigen və azot istehsalı üzrə texnoloji prosesin aparılması. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında kripton-ksenon qatışığının istehsalı üzrə texnoloji prosesin aparılması. Oksigen qurğuları avadanlıqlarının germetikliyinin yoxlanılması. Qurudulma, üfürülmə, rütubəti ayırma balonunun, kompressorun və skrubberdə cərəyanın dəyişdirilməsi. Qaz holderlərin oksigenlə, azotla və arqonla doldurulması və bu qazlarla doldurulma dərəcəsinə, həmçinin elektrik, qaz sayğaclarının, manometrlərin, difmanometrlərin və qoruyucu qapaqların işinə nəzarət. Süzgəclərin yığılıb açılması.
Bilməlidir: azot istehsalının texnoloji sxemini; oksigen və kripton qurğularında ayrı-ayrı aqreqatların və qovşaqların konstruksiyasını; qurğu aqreqatlarının işində nasazlıqların ləğv edilməsini; oksigen qurğu avadanlığının və aparatının germetikliyinin yoxlanılması üsullarını; təzyiq altında işləyən borucuqların işləmə qaydalarını; maye oksigen və azot üçün stasionar və nəqliyyat tanklarının quruluşunu; arqon qollarının (kolonkalarının), arqonun zərif kimyəvi təmizləmə blokunun quruluşunu.
Saatda 12000 kub metrdən artıq oksigen və azot, 140 kub metrdən artıq xam arqon və 1000 kub litrdən artıq maye oksigen və azot istehsal edən oksigen, azot-oksigen və oksigen-arqon qurğularında (aqreqatlarda), habelə iki rejimdə işləyərək eyni zamanda beş-yeddi havanı bölüşdürüb yüksək dərəcədə təmiz məhsul alınan qurğularda xam arqonu seçib təmizləməklə qaz halında oksigen və azot istehsalı üzrə texnoloji prosesin aparılması. Kripton-ksenon qatışığının istehsalı üzrə texnoloji prosesin aparılması. Asetilen absorberlərinin və süzgəclərin üfürülmə və dəyişdirilməsi, elektrik və ya su ilə işləyən qaz sayğaclarının, manometrlərin və difmanometrlərin işinə nəzarət. Detander süzgəclərinin yuyulması, açılıb yığılması üzərində müşahidə, həcmlərin və balonların maye oksigenlə doldurulmasına nəzarət.
Bilməlidir: qaz və maye oksigenin, arqonun, azotun və kriptonun texnoloji istehsal sxemini; müxtəlif tipli oksigen qurğularının quruluşunu və yenidən qurulmasını; oksigen qurğuları avadanlığının və aparatların yuyulma üsullarını; istismar prosesində oksigen avadanlığının partlamamasının təmin olunması üsullarını.
Saatda 100 kub metrədək oksigen və azot verməklə havabölüşdürücü qurğuya (aqreqata) xidmət. İşə buraxılmazdan əvvəl yoxlama avadanlığın işə salınması və onun işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə görə tənzimlənməsi. Avadanlığın işinin müşahidəsi və işindəki kiçik nasazlıqların aradan qaldırılması. Qurğu avadanlığının işləməsi haqqında nəzarət-uçot qeydlərinin aparılması, kompressorların vaxtında yağlanması, nəzarət və hava bölüşdürücü qurğu avadanlığının təmirində iştirak.
Bilməlidir: xidmət olunan avadanlığın iş prinsipini; oksigenin alınmasında texnoloji sxemi; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; sürtgü materiallarının texniki şərtlərini və xassələrini; təzyiq altında işləyən avadanlığa və aparatlara xidmət qaydalarını; qazların fiziki və kimyəvi xassələri haqqında əsas məlumatları.
Saatda 100-dən 800 kub metrə oksigen və azot, 15 kub metrədək xam arqon və 500 litrədək maye oksigen və azot verməklə bölüşdürücü aparatları olan havaböİüşdürücü qurğusuna xidmət. İşə buraxmazdan əvvəl yoxlanılması, xidmət olunan avadanlığın işə salınması və nəzarət-ölçü cihazlarının göstəricilərinə görə işinin tənzimlənməsi.
Avadanlığın işindəki nasazlıqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması. Avadanlığın, qurğuların cari təmirinin aparılması. Avadanlığın və qurğuların işi haqqında nəzarət-uçot qeydlərinin aparılması. Kompressorların, su, yağ və digər avadanlığın, yağlama və soyutma sistemləri üzərində müşahidə.
Bilməlidir: xidmət olunan havabölüşdürücü qurğunun kompressor, nasos və digər avadanlığının quruluşunu; xidmət olunan avadanlığın yağlama və soyutma sistemlərini; qazların fiziki və kimyəvi xassələri və nəzarət-ölçü cihazları haqqında əsas məlumatları.
Saatda 800-dən 12000 kub metrədək oksigen və azot, 15-140 kub metrdən yuxarı arqon və 500-1000 litrədək maye oksigen və azot verən bölüşdürücü aparatı olan havabölüşdürücü qurğulara xidmət. Yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə kripton-ksenon məhlulu istehsalı üzrə qurğulara xidmət. Xidmət edilən avadanlığın yoxlanılması, işə salınması və onun işinin nəzarət-ölçü cihazlarının göstəriciləri üzrə tənzimlənməsi. Kompressorların, su və yağ nasoslarının və digər mexanizmlərin yağlanması və soyudulması sisteminə nəzarət etmək. Avadanlıq və qurğuların işi haqqında nəzarət-uçot qeydlərinin aparılması. Qurğu avadanlıqlarının cari və qəza təmirinin aparılması.
Bilməlidir: xidmət edilən havabölüşdürücü qurğunun nasos, kompressor və digər avadanlıqlarının quruluşunu; oksigenin, arqonun, azotun alınmasının texnoloji sxemini; onların sıxılması və bölüşdürülməsi prosesinin mahiyyətini.
Saatda 12000 kub metrdən yuxarı oksigen və azot, 140 kub metrdən yuxarı xam arqon və 1000 litrdən yuxarı maye oksigen və azot verən bölüşdürücü aparatları olan havabölüşdürücü qurğulara xidmət. Bütün mexanizm və qurğuların yoxlanılması və işə hazırlanması. Xidmət edilən avadanlığın işə salınması və dayandırılması. Kripton-ksenon məhlulunun istehsalı üzrə qurğulara xidmət. Qurğu avadanlığının orta və əsaslı təmirində iştirak etmək. Kompressor və nasosların işindəki nasazlıqları təyin etmək və onları aradan qaldırmaq. Avadanlıq və qurğuların işi barədə istehsalat jurnalında qeydlərin aparılması.
Bilməlidir: xidmət edilən havabölüşdürücü qurğunun kompressor, nasos və digər avadanlığının quruluşunu; oksigen, arqon, azot və digər qazların alınması üzrə qurğuların işinin texnoloji sxemini; kompressor, turbo kompressorların, havaüfürücülərin, su və yağ nasoslarının sökülüb-yığılması və təmirinin ardıcıllığını və qaydasını; fizikanın əsaslarını və qazların sıxılması və bölüşdürülməsi prosesinin mahiyyətini.
Sadə məmulat, detal, uzunluğu 3 m-ə qədər olan meşə yükü və kütləsi 5 t-a qədər olan digər oxşar yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün çatın qurulması və bağlanması. Çatın bərkidilməsi. Kran maşinistinə siqnal verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət edilməsi. Yükün kütləsi və ölçülərinə əsasən lazımi çatın seçilməsi. Çatıların yararlı olub olmamasının müəyyənləşdirilməsi.
Bilməlidir: daşman yükün kütləsinin baxışla müəyyən edilməsini; çatı qurmağın qaydasını; yük qaldırılan zaman şərti siqnalizasiya işarəsini; çatıların təyinatını və tətbiqi qaydalarını; kranların və çatıların yüklənmə məhdudiyyətini; yüklərin daşınması üçün çatıların lazımi uzunluğu və diametrini.
Sadə məmulat, detal, uzunluğu 3 m-ə qədər olan meşə yükləri və kütləsi 5 t-dan 25 t-a qədər olan digər oxşar yüklərin qaldırılması, daşınması və qoyulması üçün çatın qurulması və bağlanması. Orta mürəkkəb və uzunluğu 3 m-dən 6 m-ə qədər olan meşə yüklərinin, məmulat, detal və birləşmələrin, onların dəzgaha bərkidilməsi ilə, körpü və digər montaj vəsaiti və mexanizmlərinin, həmçinin kütləsi 5 t-a qədər olan digər oxşar yüklərin qaldırılması, daşınması və qoyulması üçün çatın qurulması və bağlanması. Yüklərin tez və təhlükəsiz çatı qurulması və daşınması üçün üsulların seçilməsi. Çatıların müxtəlif düyünlərlə birləşdirilməsi və bağlanması.
Bilməlidir: daşınan yüklərin baxışla kütləsinin və ağırlıq mərkəzinin müəyyənləşdirilməsini; sadə ağır və çox da mürəkkəb olmayan yüklərin çatının qurulması, qaldırılması və qoyulması qaydasını; yüklərə çatı qurmaq üçün əlverişli yerlərin seçilməsini; çatıların istismar müddətini və onların yükgötürmə qabiliyyətini; çatıların birləşdirilməsi və bağlanması üsullarını; yük tutucu vasitələrin iş prinsipini.
Sadə məmulat, detal, uzunluğu 3 m-ə qədər olan meşə yükü və kütləsi 25 t-dan yuxan olan digər oxşar yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün satının qurulması və bağlanması. Orta mürəkkəb yüklərin, uzunluğu 3-dən 6 m-ə qədər olan meşə yüklərinin, məmulat, detal və birləşmələrin dəzgaha, körpücüklərə və digər montaj vəsaitinə qurulmaqla, həmçinin kütləsi 5-dən 25 t-a qədər olan oxşar yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün çatın qurulması və bağlanması. Uzunluğu 6 m-dən artıq olan meşə yükünün, xüsusi ehtiyatlılıq tələb edən məmulat, detal və birləşmənin, texnoloji avadanlığın və onunla əlaqədar olan konstruksiya, məmulat, birləşmə, maşın və mexanizmlərin yığılması, sökülməsi, həmçinin maşın, aparat, bina və qurğuların yığma elementlərinin konstruksiyalarının və kütləsi 5 t-a qədər olan oxşar mürəkkəb yüklərin qaldırılması, montajı, daşınması və yerləşdirilməsi üçün satının qurulması və bağlanması. Çatın uclarının toxunması. Yüklərin kütləsi və növündən asılı olaraq çatın seçilməsi.
Bilməlidir: ağır yüklərə çatın qurulması üsullarını; yüktutucu vəsaitin quruluşunu; çatıların birləşdirilməsi qaydası və üsullarını; çatıların istismarı müddətini və onların yükqaldırma qabiliyyətini.
Orta mürəkkəbli yüklərin, uzunluğu 3 m-dən 6 m-ə qədər olan meşə yüklərinin, məmulat, detal və birləşmələrin dəzgaha, körpücüklərə və digər montaj vəsaitləri və mexanizmlərinə qurulmaqla, həmçinin kütləsi 25 t-dan yuxarı olan oxşar yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün çatın qurulması və bağlanması. Uzunluğu 6 m-dən artıq olan meşə yüklərinin, xüsusən məsul, məmulat, birləşmə, maşın və mexanizmlərin bilavasitə yığılması və sökülməsi, həmçinin kütləsi 5-dən 50 t-a qədər olan oxşar mürəkkəb yüklərin maşın, aparat, bina və qurğuların yığma elementlərinin konstruksiyalarının yığılması və sökülməsi zamanı çatın qurulması və bağlanması.
Bilməlidir: yüklərin əyilməkdən və xarab olmaqdan qorunması üçün qaldırılması və daşınması zamanı istifadə edilən vəsaitlərin quruluşunu; çatıların sınağı metodu və müddətini.
Uzunluğu 6 m-dən artıq olan meşə yüklərinin, xüsusən məsul məmulat, birləşmə, maşın və mexanizmlərin bilavasitə yığılması və sökülməsi, həmçinin kütləsi 50 t-dan yuxarı olan maşın, aparat, bina və qurğuların yığma elementlərinin konstruksiyasının və digər oxşar mürəkkəb yüklərin qaldırılması, montajı, daşınması üçün çatın qurulması və bağlanması.
Bilməlidir: xüsusən məsul yüklərə çatı qurulması qaydası və üsullarını; məsul yüklərin qaldırılması və daşınması üçün istifadə edilən vəsaitlərin konstruksiyasını.
Sənaye çirkabının və ya radioaktiv suların qarışıqlardan təmizlənməsi və texnoloji prosesində istifadə etmək üçün çökdürmə, süzmə, neytrallaşdırma və s. metodlarla qiymətli maddələrin tutulması proseslərinin aparılması. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında reagentlərin hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən asılı olaraq onların dozalaşdırılması və aparatlara yaxud hovuzlara doldurulması. Təmizlənmiş suların, radioaktiv şlamın və çöküntülərin çəkilib vurulması və ayrılması. Aparatların və kommunikasiyaların şlamdan təmizlənməsi. İstehsalat jurnalında qeydlərin aparılması.
Bilməlidir: süzgəclərin, qızdırıcıların, dozatorların və nasosların iş prinsipini; sənaye çirkabının və radioaktiv suların təmizlənməsi prosesində texnoloji rejimlər barədə adi (elementar) məlumatları; sadə və orta mürəkkəbli nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; radioaktiv maddələrlə işləməyin sanitariya qaydalarını.
Sənaye çirkabının və ya radioaktiv suların qarışıqlardan təmizlənməsi və texnoloji prosesində istifadə etmək üçün çökdürmə, süzmə, neytrallaşdırma və s. metodlarla qiymətli maddələrin tutulması proseslərinin aparılması. Soda, əhəng südü, aşındırıcı natrium reagentlərinin hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən asılı olaraq onların dozalaşdırılması, aparatlara və ya hövzələrə doldurulması. İonlu-mübadilə süzgəclərin regenerasiyası. Çirkabın tam təmizlənməsi üçün yoxlama təhlillərinin aparılması, nəzarət-ölçü cihazlarının göstəricilərinə və təhlil nəticələrinə görə təmizləmə prosesinin aparılması. Avadanlığın və kommunikasiyaların işindəki nasazlıqların aşkar və ləğv edilməsi. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbulu. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında çirkabların ionlu-mübadilə təmizlənmə və ya biokimyəvi oksidləşmə prosesinin aparılması.
Bilməlidir: süzgəclərin, qızdırıcıların, dozatorların və nasosların quruluşunu; təmizləmə prosesinin texnoloji rejimlərini - sənaye çirkabının və radioaktiv suların çökdürülməsi, süzülməsi və neytrallaşdırılması, təmizləmə qurğularında istifadə olunan kimyəvi reaktivləri; sadə və orta mürəkkəbli nəzarət-ölçü cihazlarının quruluşunu; analizlərin aparılması metodikasını; mühitin PH dəyişməsinə görə sorbsion siklinin müəyyənləşdirilməsini; fizika və kimyanın əsaslarını.
Sənaye çirkabının ionlu-mübadilə yolu ilə təmizlənməsi, yaxud biokimyəvi oksidləşdirmə metodu ilə qarışıqlarda təmizləmə prosesinin aparılması. Radioaktiv suların buxarlandırıcı qurğularda buxarla təmizlənməsi. Qatran, maqnezit, ammonyak, turşu və s. reagentlərin hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən asılı olaraq onların dozalaşdırılması və aparatlara doldurulması. Ammonyak qollarında (kolonkalarında) qatranüstü sulardan ammonyakın ayrılması, uçan ammonyakın üfürülməsi və reaktorda qeyri-sərbəst ammonyakın ayrılması proseslərinin aparılması. Çirkabının ionlu-mübadilə süzgəclərinə yaxud aerotanklara qəbulu, aerasiyanın intensivliyinin və süzülmə prosesinin müşahidə edilməsi. Radioaktiv suların texnoloji sorbsiya (təmizləmə) prosesinin tənzimlənməsi. Qatranın və yağların regenerasiyası. Qatranlanın regenerasiyası prosesində kimyəvi preparatların dozalaşdırılması və verilmə sürətinin tənzimlənməsi. Qatranın generasiya məhlulundan yuyulub təmizlənməsi və onların sonrakı mərhələyə hazırlanması. Nəzarət-ölçü cihazları vasitəsi ilə təhlillərin nəticələrinə görə aerotanklar üzrə oksigenin daxil olmasına, çirkabın miqdarına, toksiki maddələrin olmasına, çirkabın təmizlənmə dərəcəsinə, aerotanklardakı suyun üzərində olan köpüyün miqdarına, qələvi və turşu məhlullarının qatılığına nəzarət və onların tənzimlənməsi. Aerotanklarda ionlu-mübadilə süzgəclərinə, kommunikasiyalar və armatura yerləşdiyi idarəetmə qalereyasına, həmçinin nəzarət-ölçü cihazlarına xidmət göstərilməsi. Avadanlığın işində nasazlıqların aradan qaldırılması.
Bilməlidir: çirkabın ionlu-mübadilə yolu ilə təmizlənməsi, biokimyəvi oksidləşmə və aerasiya proseslərini, qatranın regenerasiyasının texnoloji rejimlərini; xidmət etdiyi sahənin sxemini; ionlu-mübadilə, biokimyəvi, mexaniki süzgəclərin, buğlandırıcı qurğuların, armatura və kommunikasiyaların quruluşunu; mürəkkəb nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; texnoloji təmizləmə rejiminin parametrlərini və prosesi tənzimlənmə qaydalarını; istilik texnikası əsaslarını.
Yüksək ixtisaslı maşinistin rəhbərliyi altında hazır məhsulun və məmulatın bükücü-qablaşdırıcı maşınlarda bükülüb-qablaşdırma prosesinin aparılması. Bükülmə və etiketlərin yapışdırılmasına vaxtaşırı nəzarət. Bükülmüş məmulatların hesab üzrə sayının yoxlanılması. Müxtəlif məmulatların əl ilə ötürülməklə bükücü maşın-yarımavtomatlarda kağıza, sellofan və digər bükmə materiallarına bükülməsi.
Müxtəlif maye məhsulun bankaya, butulkaya, flakona, şüşəyə, çənə, dozatora və s. süzülməsi və yarımavtomatlarda ağzının bağlanması prosesinin aparılması. Taraların doldurulma səviyyəsinin tənzimlənməsi. Xidmət olunan avadanlığın işindəki nasazlıqların aradan qaldırılması.
Bilməlidir: xidmət edilən avadanlığın iş prinsipini; nəzarət-ölçü alətlərinin təyinatını və tətbiqi şərtlərini; məhsulun keyfiyyətinə qoyulan tələbləri; bükülmə və qablaşdırmaya qoyulan dövlət standartlarını və texniki şərtləri; bükücü-qablaşdırıcı materialların maşına salınması üsullarını; mayenin süzülməsi və taranın tıxaclanmasının texnoloji rejimini.
Dozalaşdırıcı, ölçücü, çəkici, tələb olunan həcmdə və ya sayda məhsulu (əmtəəni) ayıran qurğuları olan çəkib-bükücü-qablaşdırıcı maşın, avtomat və yarımavtomatlarda verilmiş həcmdə, kütlədə və sayda müxtəlif növ bərk, pasta şəkilli, dənəvər və tək-tək məhsul (əmtəə) və məmulatların çəkilib-bükülməsi və qablaşdırılması prosesinin aparılması. Məhsulun (əmtəənin) porsiyalarla hazır paketlərə, qutulara, kisələrə və s. avtomatik qablaşdırılması. Paketlərin, kisə və qutuların tikilməsi və etiketlərin yapışdırılması (bükülməsi). Dozalaşdırıcı qurğunun bunkerinə məhsulun yüklənməsi. Dolayıcı-bükücü materialların - kağızın, perqamentin, folqanın, sellofanın və digər bükücü materialın bükücü maşın - avtomatlara, çəkib-qablaşdırıcı aqreqatlara salınması. Ayrı-ayrı məlumatların kağıza, folqaya, sellofana və digər bükücü materiala bükücü maşın-avtomatlarda, çəkib-bükücü-qablaşdırıcı aqreqatlarda avtomatik qidalandırıcı, özü qatlayıb-açan və digər nəqliyyat qurğuları vasitəsilə ötürülərək bükülməsi. İstehsal gücü saatda 12000 butulka olan avtomatik maşınlarda müxtəlif maye məhsullarının taraya süzülməsi və tıxaclanması prosesinin aparılması. Xidmət edilən avadanlığın cari təmiri.
Bilməlidir: xidmət edilən avadanlığın quruluşunu; məhsulun bükülməsi və qablaşdırılmasının keyfiyyətinə və qablaşdırılmasının tərtibinə qoyulan tələbləri; dozatorların verilmiş həcmə, kütləyə və kəmiyyətə uyğun tənzimlənməsi qaydalarını; çəkilib-bükülmə prosesində məhsulun və bükücü materialın itkisinə qoyulan normaları; avadanlığın işində olan nasazlıqların aradan qaldırılması üsullarını; çəkilib-bükülən məhsulun assortimentini, say, kütlə və həcm standartını və çəkilib qablaşdırılan məhsulun fərqləndirici xüsusiyyətlərini; məmulatın bükülməsinə qoyulan texniki şərtləri; məhsulun keyfiyyətinə və butulkaların xarici tərtibatına qoyulan tələbləri.
Müxtəlif növ maye məhsulun istehsal gücü saatda 12000 və daha çox butulka olan avtomat maşınlarda taralara doldurulması və tıxaclanması (bağlanması). Çaxırın çöküntüdən ayrılması və şampanın filtrdən keçirilməsi və tam doldurulması üçün çaxır və şampanın bir butulkadan digər butulkaya xüsusi aparat və ləvazimat vasitəsilə süzülməsi. Məhsulun avtomatlarda termik sıxılmış polietilen plyonkalara qablaşdırılması, banderollaşdırlması prosesinin aparılması. Plyonkaların maşınlara doldurulması. Maşınların məhsul kommunikasiyalarına birləşdirilməsi. Süzmə xəttinin avtomatik maşınlarına-dozalaşdırıcı, bükücü, süzücü, bərkidici, çalxalandırıcı, etiketləyici, qoyucu, qablayıcı maşınlara xidmət. Süzülən məhsulun temperaturunun və təzyiqinin tənzimlənməsi. Məhsulun ölçülməsi və çəkilməsi. İş rejiminin sərbəst təyin edilməsi, avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: avtomatik maşınlarda doldurulmanın texnoloji rejimini; xidmət edilən maşın və nəqliyyat sisteminin quruluşunu; nəzarət-ölçü cihazlarının quruluşunu; elektrotexnikanın əsaslarını; banderollaşdırılmış və plyonkaya bükülmüş məhsulun termik emalını.
Pres-qablaşdırıcı maşınına xidmət. Xidmət avadanlığının yoxlanılması, işə hazırlanması, işə salınması və onun işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən tənzimlənməsi. Boş paketlərin verilməsi və qol borularına keçirilməsi. Avtomat və bloklama vasitələri cihazlarının işinə, yağın və sıxılmış havanın təzyiqinə nəzarət. Xidmət olunan avadanlığın sazlanması. Maşınların yağlanması, maşın və köməkçi vasitələrin işindəki nasazlıqların aşkar edilməsi, orta və əsaslı təmirdə iştirak etmək.
Bilməlidir: hidravlik pres-qablaşdırıcı maşınların və köməkçi aqreqatların, mexanizmlərin, nasos, filtr, tərəzi, qaytançəkənlərin quruluşunu; yağ borularının sxemini; yağlanma rejimini.
Şüşədən olan məmulatların (termometrlərin-texniki, kimyəvi, kontakt meteoroloji və s.) köhnəlmə elektrik peçində süni köhnəlmə prosesinin aparılması. Məmulatların elektrik peçinə yüklənməsi. Cihazların göstəricilərinə görə və termometrin konstruksiyasından və şüşənin markasından asılı olaraq peçlərin temperatur rejiminin tənzimlənməsi.
Bilməlidir: elektrik peçin iş prinsipini; köhnəlmənin temperatur rejimini; temperaturun enib-qalxmasının köhnəlmənin keyfiyyətinə təsirini; görülən işin həcmində elektrotexnikanın elementar əsaslarını; cihazların istehsalında istifadə olunan şüşələrin əsas markalarını.
Dəmir filizi xammalının, yüklərin kisələrdə, paketlərdə daşınması, proqramlaşdırıcı qurğuların köməyi ilə müəyyən olunmuş hündürlükdə yığılması zamanı ştabelformalaşdırıcı maşının idarə olunması. Maşının işə hazır olması, onun proqramlaşdırıcı qurğuların köməyi ilə avtomatik işə keçirilməsi. Maşının işinə, havanın təzyiqinə və yağın səviyyəsinə nəzarət. Hava filtrlərinin yoxlanılması və suyun oradan boşaldılması. Fotorelenin, işinin yoxlanılması, onların sazlanması və linzaların təmizlənməsi. Dəmir filizi xammalının, kisədə və paketdə olan yüklərin maşına vaxtında verilməsinə nəzarət. Maşının işində olan nasazlıqların aşkar edilməsi. Maşının cari təmirinin aparılması.
Bilməlidir: ştabelformalaşdırıcı maşının quruluşunu, kinematikasını, idarəetmə sxemini, tənzimləmə və yağlama qaydalarını; köməkçi mexanizm və aqreqatların qarşılıqlı əlaqəsini; nəzarət-ölçü cihazlarının quruluşunu; maşının tələb olunan iş rejiminə sazlanması qaydalarını.
Daha yüksək dərəcəli dəmirçi ilə birlikdə müxtəlif çəkic və preslərdə detalların döyülməsi prosesində iştirak. Sobanın qızdırılması, pəstahın sobaya verilməsi, sobadan çıxarılması və karbonlu qatışıqlı poladdan və əlvan metallardan pəstahların döymək üçün qızdırılması. Qaldırıcı-nəqliyyat avadanlığının döşəmədən idarə olunması, yükləri qaldırıb yerini dəyişdirmək üçün onlara çatı qurma.
Bilməlidir: istifadə edilən çəkic, kürə, sobaların quruluşu haqqında əsas məlumatları və iş prinsiplərini alət və ləvazimatların təyinatını və tətbiqi şəraitini; metalların kürə və sobalarda qızdırılması üsullarını; döymə üçün emal payı və müsaidələr haqqında əsas məlumatları; qaldırıcı-nəqliyyat avadanlığını idarəetmə qaydalarını və çatı qurma işlərinin qaydalarını.
Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tona qədər olan çəkiclərdə və gücü 8 MN-ə qədər olan preslərdə döyülməsi. Detalları əymə, dartma, oturtma və düzəltmə işlərinin yerinə yetirilməsi. Sadə və orta mürəkkəbli dəmirçi alətlərinin hazırlanması. Çəkic altında hava borularının döyülüb yastılandırılması. Alt ştamplarında ştamplama. Sadə detalların dəmirçi qaynağı və üzqaynağı. Qaynar metalın çapılması. Pəstahların çəkic altında yığılması.
Bilməlidir: xidmət edilən çəkic, pres, qızdırıcı soba, qaldırıcı mexanizmlərin quruluşunu; döymə üsullarını, avadanlıq və tərtibatların işə hazırlanması qaydalarını; emal paylarını və döymələr üçün müsaidələri; metalın döymə xassələrini; karbonlu və legirlənmiş poladların xassələrini, qızma və döymə rejimlərini; qızma temperaturunu təyin etmək üçün olan cihazlardan istifadə etmə qaydalarını.
1. Bolt, qayka – döymə;
2. Resor asqılarının, hərəkət edən nəqliyyat vasitələri arabacıqlarının, yolayıranların daraqlarının detallarını – döymə, düzəltmə;
3. Kartofqazanların dişləri – döymə;
5. Diametri 20 mm-ə qədər olan çalovlar – döymə;
6. Açarlar – ştamplama üçün pəstahların döyülməsi;
7. Çəkiclər, qələmlər, gürzlər, baltalar – döymə;
8. Kəsiklər üçün sağanaqlar – döymə;
9. Cüt çarxların oxları – dartma;
10. Pillə (ayaqyeri), çoxsıralı avtomat, tutacaqlar (sürahilər), kronşteynlər, dirsəklər – əymə;
11. Böyük kəskilər və fasonlu kəski tutanlar – döymə;
12. Təkər topu, oxlar, patron yumrucuqları, noxtalar – döymə;
13. Düz linglər, yastıağız kəlbətinlər, texniki itiağız kəlbətinlər – ştamplama üçün pəstahların döyülməsi;
14. Düz və bir neçə əyintisi olan daraqlar – döymə;
15. Günyələr, üçboğazlı borular, fitinqlər – döymə;
16. Çəkmə gözlükləri – çəkic və pres altında polad sağanağa presləmə;
17. Flanşlar, halqalar və diametri 300 mm-ə qədər olan dairələr – sonradan deşik basmaqla döymə;
18. Diametri 300 mm-ə qədər olan dişli çarx – döymə;
19. Şpon (işgil), tava, bənd – döymə;
20. Kütləsi 200 kq-a qədər olan sürgüqolu ekssentrikləri – döymə.
Çoxlegirlənmiş və odadavamlı poladlardan sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 3 tona qədər olan çəkiclərdə və gücü 15 MN-ə qədər olan preslərdə döyülməsi. Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən mürəkkəb və xüsusi mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tona qədər olan çəkiclərdə və gücü 8 MN-ə qədər olan preslərdə döyülməsi. Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən olan sadə və orta mürəkkəbliyə malik detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tondan 3 tona qədər olan çəkiclərdə və gücü 8 MN-dən 15 MN-ə qədər olan preslərdə döyülməsi. Pəstahların və detalların dartılması, içdiyirləmə, çapılması və məftil çəkmək üçün boruların uclarının tıxanması işlərinin yerinə yetirilməsi. Çətin əriyən metallardan və onların xəlitələrindən ştabiklərin (mismarların) sərbəst döyülməsi. Qalın divarlı halqaların əlavə edilmiş döyəclərlə və xüsusi içdiyirləyici dəzgahlarda içdiyirlənməsi. Mürəkkəb və orta mürəkkəbli detalların dəmirçi qaynağı və üzqaynağı. Verilmiş müsaidəyə və səthin təmizliyinə riayət etməklə şablonla mürəkkəb çertyojlara və eskizlərə əsasən detalların döyülməsi, keçidlərinin ardıcıllığının müəyyən edilməsi. İriölçülü pəstahların çəkic altında yığılması.
Bilməlidir: müxtəlif tipli çəkic və preslərin quruluşunu; mürəkkəb və məsuliyyətli döymələrin mürəkkəb döymə üsullarını; döymənin texnoloji prosesinin əsas əməliyyatlarının təyin edilməsi qaydalarını; dəmirçi qızdırıcı sobalarının konstruktiv xüsusiyyətlərini; bütün növ dəmirçi alət və tərtibatların quruluşunu; poladların döymə xassələrini; müxtəlif markalı poladların qızma rejimini; pəstahların sobaya doldurulması və qızdırılması qaydalarını; pəstahın uzunluğunun və döymənin həcminin hesablanmasını.
Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən mürəkkəb və xüsusi mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tona qədər olan çəkiclərdə və gücü 8 MN-ə qədər olan preslərdə döyülməsi:
1. Daxili diametri 500 mm-ə qədər olan bandajlar – döyməklə içdiyirləmə;
2. Bufer və şveller tirləri, hərəkət edən nəqliyyat vasitələri arabacıqlarının qurşaqları – düzəltmə (hamarlama);
3. Diametri 40 mm-ə qədər və uzunluğu 4000 mm-ə qədər olan burlar – döymə və hamarlama;
4. Kütləsi 500 kq-a qədər olan bir, iki və üçdirsəkli vallar – döymə;
5. Kütləsi 500 kq-a qədər olan flanslı və flanssız vallar – döymə;
6. Hərəkət edən nəqliyyat vasitəsinin tormoz ling ötürücüsünün avtomatik qarmaqlama detalları – döymə və düzəltmə;
7. Əlvan metal xəlitələrindən detallar ştamplamaq üçün pəstahlar – döymə;
8. Həlqələr və zəncirlər – döymə;
9. Dəmirçi aləti – döymə;
10. Xüsusi və köməkçi kəski aləti – döymə;
11. Diametri 20 mm-dən 48 mm-ə qədər olan çalovlar – döymə;
12. Yaranın kənarlarını aralamaq üçün cərrah qarmaqları, tibbi ginekoloji qaldırıcılar – ştamplamaq üçün pəstahların döyülməsi;
13. Üstü açıq yük vaqonlarının örtükləri – döymə, düzəltmə;
14. Xarici diametri 500 mm-ə qədər və hündürlüyü 250 mm-ə qədər olan halqalar – içdiyirləmə;
15. Diametri 550 mm-ə qədər olan bucurqad üçün tormoz lenti – döymə;
16. Deşik basmaqla və basmamaqla bilərziyinin (flansın) xarici diametri 300 mm-ə qədər olan birləşdirici muftalar – döymə;
17. Vaqon oxları – döymə;
18. Mürəkkəb konfiqurasiyalı dəstək və linglər – döymə;
19. Torpaq yumşaldan maşınların dayağı – döymə;
20. Sərnişin vaqonlarının metal sufle – döymə, düzəltmə;
22. Kütləsi 100 kq-a qədər olan sürgü qolu – döymə;
23. Diametri 500 mm-ə qədər olan nazikdivarlı dişli çarxlar – döymə.
Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən olan sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tondan 3 tona qədər olan çəkiclərdə və gücü 8 MN-dən 15 MN-ə qədər olan preslərdə, həmçinin çoxlegirlənmiş və odadavamlı poladlardan düşən hissəsinin kütləsi 3 tona qədər və gücü 15 MN-ə qədər olan preslərdə döyülməsi:
1. Kütləsi 1000 kq-a qədər olan pilləli bilərzikli (flanslı) vallar – döymə;
2. Diametri 500 mm-ə, uzunluğu 250 mm-ə qədər olan içliklərin vtulkaları (oymaqları) – döymə;
3. Əlvan metal xəlitələrindən pəstahlar – dartma və çapma;
4. Dəmirçi aləti – döymə;
5. Yükqaldırma qabiliyyəti 10 t-a qədər olan kranlar üçün ikiuclu qarmaqlar – döyməklə içdiyirləmə;
6. Müxtəlif konfiqurasiyalı linglər – ştamplamaq üçün pəstahların döyülməsi;
7. Çoxlegirlənmiş və odadavamlı poladlar – pəstahlar üçün çapılması;
8. Uzunluğu 2000 mm-ə qədər olan ikibaşlıqlı dartaqlar – döymə;
9. Diametri 300 mm-dən 500 mm-ə qədər olan flanslar, halqalar və dairələr – deşik basmaqla döymə;
10. Diametri 300 mm-dən yüksək 500 mm-ə qədər olan dişli çarxlar – döymə.
Müəyyən sortamentli çoxlegirlənmiş və odadavamlı poladlardan mürəkkəb və xüsusən mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 3 tona qədər olan çəkiclərdə və gücü 15 MN-ə qədər olan preslərdə döyülməsi. Külçələrdən müxtəlif profilli və ölçülü detalların düşən hissəsinin kütləsi 8 t-a qədər olan çəkiclərdə və gücü 30 MN-ə qədər olan preslərdə döyülməsi. Əlvan metal xəlitələrindən, müxtəlif markalı poladlardan, həmçinin çoxlegirlənmiş və odadavamlı poladlardan sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 3 tondan çox olan çəkiclərdə və gücü 15 MN-ə olan preslərdə döyülməsi. Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metal xəlitələrindən mürəkkəb və xüsusən mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tondan 3 tona qədər olan çəkiclərdə və gücü 8 MN-dən 15 MN-ə qədər olan preslərdə döyülməsi. Müəyyən edilmiş emal payına və müsaidəyə riayət etməklə detalların az sayda qızdırılıb döyülməsi. Yuxarıda göstərilən çəkic və preslərdə, mürəkkəb və xüsusi mürəkkəb detal və pəstahların dartılması, yayılması və çapılması işlərinin yerinə yetirilməsi. Müxtəlif markalı poladlardan müxtəlif həcmli (tutumlu) balonların döyülməsi.
Bilməlidir: hidravlik, buxar-hidravlik preslərin və müxtəlif tipli buxar-hava çəkiclərinin quruluşunu və iş prinsipini; bütün tiplərdən olan dəmirçi alətinin və tərtibatlarının konstruksiyalarını; külçə, yayma və dəmirçi döymələrinin quruluşunu və qüsurlarını.
Müxtəlif markalı poladlardan, o cümlədən çoxlegirlənmiş və odadavamlı poladlardan və əlvan metal xəlitələrindən sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 3 tondan çox olan çəkiclərdə və gücü 15 MN-dən çox olan preslərdə, həmçinin müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metal xəlitələrindən mürəkkəb və xüsusi mürəkkəb detalların və pəstahların düşən hissəsinin kütləsi 1,5 tondan çox 3 tona qədər olan çəkiclər və gücü 8 MN-dən 15 MN-ə qədər olan preslərdə və çoxlegirlənmiş və odadavamlı poladlardan düşən hissəsinin kütləsi 3 tona qədər olan çəkiclərdə və gücü 15 MN-ə qədər olan preslərdə döyülməsi:
1. Daxili diametri 500 mm-dən çox 2000 mm-ə qədər olan bandajlar – döyməklə içdiyirləmə;
2. Diametri 400 mm-ə qədər olan avarlı dayaq valları – döymə;
3. Kütləsi 500 kq-dan çox olan bir, iki və üçdirsəkli vallar – döymə;
4. Kütləsi 500 kq-dan çox, 10 tona qədər olan (flanslı) vallar – döymə;
5. Uzunluğu 800 mm-dən çox olan fiqurlu açarlar – döymə;
6. Xarici diametri 500 mm-dən və hündürlüyü 250 mm-dən çox olan halqalar – içdiyirləmə;
7. Kran və qaldırıcılar üçün biruclu qarmaqlar – döymə;
8. Diametri 550 mm-dən çox 1300 mm-ə qədər olan bucurqad üçün tormoz lenti – döymə;
9. Flansının xarici diametri 300 mm-dən çox olan birləşdirici muftalar, deşik basmaqla və basmamaqla – döymə;
10. Poladtökən çalovlar üçün stopor – düzəltmə;
11. Fiqurlu dartaq, şablon üzrə – döymə;
12. Preslərin çarxqollu mexanizminin sürtküqolu – döymə;
13. Diametri 500 mm-dən çox olan nazik divarlı dişli çarxlar – döymə;
14. Metalkəsən detalların şpindeli – döymə.
Külçədən müxtəlif profilli və ölçülü detalların düşən hissəsinin kütləsi 8 tona qədər olan çəkiclərdə və gücü 30 MN-ə qədər olan preslərdə döyülməsi:
1. Bir müstəvi üzərində yerləşən altı dirsəyi olan dirsəkli vallar – döymə;
2. Kütləsi 1000 kq-dan çox olan pilləli (flanslı) vallar – döymə;
3. Kütləsi 50 kq-dan çox olan ekssentrik vallar – döymə;
4. Diametri 500 mm-dən çox, uzunluğu 250 mm-dən çox olan içliklər üçün vtulkalar (oymaqlar) – döymə;
5. Yükqaldırma qabiliyyəti 10 t-dan çox 20 t-a qədər olan kranlar üçün ikiuclu qarmaqlar – döymə;
6. Traktorların dirsəkli vallarının pərsəngləri – döymə;
7. Kütləsi 500 kq-dan çox olan linglər, kronşteynlər – döymə;
8. Kütləsi 20 t-a qədər olan külçələr – dartma və bölmə, pəstahların çalınması;
9. Diametri 500 mm-dən olan flanslar, halqa və dairələr – deşik basmaqla – döymə;
10. Böyük güclü mühərriklərin sürtgü qolları – döymə;
11. Kütləsi 100 kq-dan çox 500 kq-a qədər olan sürtgü qolları – döymə;
12. Diametri 500 mm-dən çox olan dişli çarxlar – döymə.
Müxtəlif markalı poladlardan, həmçinin çoxlegirlənmiş və odadavamlı, əlvan metal xəlitələrindən mürəkkəb və xüsusən mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 3 tondan çox olan çəkiclərdə və gücü 15 MN-dən çox olan preslərdə döyülməsi. Külçələrdə müxtəlif profilli və ölçülü detalların düşən hissəsinin kütləsi 8 t-dan çox olan çəkiclərdə və gücü 30 MN-dən çox olan preslərdə döyülməsi. Döymənin keçidlərinin daha əlverişli ardıcıllığının təyin edilməsi. Bütün aqreqat və mexanizmlərin işə hazırlanmasının təmin edilməsi, döymələrin keyfiyyətinə nəzarət.
Bilməlidir: müxtəlif güclü hidravlik, buxar-hidravlik preslərin və buxar-hava çəkiclərinin konstruktiv xüsusiyyətlərini; dəmirçi istehsalında işlədilən dəmirçi qızdırıcı sobalarının, qaldırıcı mexanizmlərinin quruluşunu; sərbəst döymədə istifadə edilən dəmirçi alətinin və tərtibatlarının hazırlanma üsullarını; preslərin, çəkiclərin, ştampların, döyəclərin sıradan çıxmasının əsas səbəblərini və onların qarşısının alınması üsullarını; poladın mexaniki keyfiyyətlərinə döymənin göstərdiyi mənfi təsirlərin aradan qalıdırılması üsullarını; döymələrin kütləsinin və döymə üçün külçələrin ölçülərinin təyin edilməsi üsullarını.
Müxtəlif markalı poladlardan, həmçinin çoxlegirlənmiş və odadavamlı poladlardan, əlvan metal xəlitələrindən mürəkkəb və xüsusi mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 3 tondan çox olan çəkiclərdə və gücü 15 MN-dən çox olan preslərdə döyülməsi:
1. Daxili diametri 2000 mm-dən çox olan bandajlar – döyməklə içdiyirləmə;
2. Diametri 400 mm-dən çox avarlı dayaq valları – döymə;
3. Dirsəkləri müxtəlif müstəvilərdə yeləşən, altı dirsəyi olan dirsəkli vallar – döymə;
4. Kütləsi 10 tondan çox olan bilərzikli (flanslı) vallar – döymə;
5. Diametri 1300 mm-dən çox olan bucurqad üçün tormoz lenti – döymə;
6. Qaldırıcı və dartıcı bucurqadlar üçün linglər – döymə;
7. Domna sobasının böyük konusunu asmaq üçün asqılar – döymə;
8. Domna sobasının kiçik konuslarının ştanq boruları – döymə;
Külçələrdən müxtəlif profilli və ölçülü detalların düşən hissəsinin kütləsi 8 tondan çox olan çəkiclərdə və gücü 30 MN-dən çox olan preslərdə döyülməsi:
1. Kütləsi 10 tondan çox olan, dirsəkləri müxtəlif müstəvilərdə yerləşən çoxdirsəkli vallar – döymə;
2. Yükqaldırma qabiliyyəti 20 t-dan çox olan kranların ikiuclu qarmaqları – döymə;
3. Kütləsi 20 tondan çox olan külçələr – dartma, pəstahların çalınması;
4. Kütləsi 500 kq-dan çox olan sürtgü qolu – döymə;
5. Domna sobalarının böyük konusunun ştanqları – döymə.
Kontaktlı və nöqtəli qaynaq maşınlarında karbonlu poladdan sadə məmulat, qovşaq, konstruksiya və alətlərin qaynağı. Sadə və orta mürəkkəbli tökmələrdə hava elektrik-kontakt kəsmə qurğularında artıq hissələrin kəsilməsi. Hissə və məmulatların qaynaqdan əvvəl və sonra təmizlənməsi. Hissə və məmulatların tərtibatlarda yerləşdirilməsi.
Bilməlidir: istifadə olunan kontakt maşınların iş prinsipini və onlara qulluq etmə qaydalarını; kiplənmə, nöqtəli, relyefli və xətli qaynaq birləşmələrinin növlərini və xüsusiyyətlərini; cizgirəsmlərində qaynaq xətlərinin göstərilmə işarələrini; qaynaq edilən materialların və elektrod materiallarının əsas xüsusiyyətlərini; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; elektrotexnikadan elementar – ən sadə məlumatları; qaynaq zamanı alınan qüsurların səbəblərini və onları aradan qaldırma üsullarını; verilmiş rejimə keçmə qaydalarını; sadə cizgirəsminin oxunmasını.
1. Avtosamosvalda qaldırıcı mexanizmin yan çənləri – qaynaq etmə;
2. Avtomobildə səs boğan, sükan çarxlarının karkası, qızdırıcı qol borusunun kranı – qaynaq etmə;
3. Örtük – qaynaq etmə;
4. İzolyasiyanın bərkidilmə detalları – qaynaq etmə;
5. Mufta-borularla qaynaq etmək üçün hazırlanma;
6. Benzin və yağ çənləri üçün kəmər – qaynaq etmə;
7. Altlıq – qaynaq etmə;
8. Düzbucaqlı 30x30 kv.m-dək en kəsikli kəski – qaynaq etmə;
9. Armatura üçün tor-pilləkən – qaynaq etmə;
10. Diametri 30 mm-ə qədər dairəvi materialdan olan zəncir – qaynaq etmə;
11. Müxtəlif tip saatların siferblatı – ayaqcıqları qaynaq etmə.
Kontaktlı və nöqtəli qaynaq maşınlarda konstruksion və tezkəsilən polad, əlvan metal, onların ərintilərindən, qeyri-metal materiallardan detal, qovşaq, konstruksiya, boru kəmərləri və alətlərin qaynaq edilməsi. Hissələrin, valların, ştokların sürtünmək ilə porşenlərə qaynaq edilməsi.
Hava elektrik-kontakt kəsmə qurğularında mürəkkəb və çox mürəkkəb tökmələrdəki əlavələrin kəsilməsi.
Bilməlidir: tətbiq edilən kontaktlı maşınların quruluşunu; qaynaq texnologiyasının əsaslarını, qaynaq edilən detallara qoyulan texniki şərtləri, qaynaq zamanı alınan qüsurların səbəblərini; qaynaq xətlərinin keyfiyyətinə nəzarət üsullarını; qaynaq edilən konstruksiyaların cizgirəsmlərinin oxunmasını.
1. Platin-titan anodları;
2. Vaqon arabalarının və tenderlərin buksa və sütun boltları;
3. Sərnişin vaqonlarında yan tərəf, tavan, döşəmə, çərçivə;
4. Sərnişin vaqonlarının sinklənmiş hava boruları, sadə karkas və tor;
5. Dəstlərin bərkidilmə hissələri;
6. Avtomaşının radiator örtüyünün qanadları, jalyuz və kapotu;
7. Qapıların karkas və örtüyü;
8. Avtomobil mühərrikinin dişli çarxları üçün həlqələr;
9. Kondensator, reyka, şəbəkə və digər radiohissələr;
10. Avtomobil akkumulyatoru və transformatorun nəqliyyat kronşteynləri;
11. Avtosamosvalın kuzovu;
12. Sortlu və profilli metal;
14. Təmiz materialdan panel;
15. Avtomobil kabinəsinin qabaq şüşəsinin çərçivəsi;
16. 30x30 kv.mm-dən yuxarı en kəsiyi olan düzbucaqlı kəskilər;
17. Su və istilik təchizatı şəbəkəsinin xarici və daxili boru kəmərləri;
18. Texnoloji boru kəməri (I kateqoriya);
19. Əl tormozunun yükləri;
20. Velosiped qovşaqları;
21. Diametri 30 mm-dən yuxarı olan dairəvi materialdan zəncir;
22. Taxıl üçün şneklər.
Kontaktlı və nöqtəli maşınlarda konstruksiyaların məsul məmulat və qovşaqların, boru kəməri konstruksiyalarının, müxtəlif poladlardan, əlvan metal, ərinti və qeyri-metal materiallardan tutumların qaynaq edilməsi. Sürtünmə ilə mürəkkəb kəsici alətin qaynaq edilməsi.
Bilməlidir: müxtəlif kontaktlı maşınların quruluşunu; qaynaq edilən materialların mexaniki və texnoloji xüsusiyyətlərini; qulluq edilən kontaktlı maşının prinsipial və quraşdırma elektrik sxemlərinin oxunmasını.
1. Yağ və maye yanacaq üçün xüsusi təyinatlı çən;
3. Dişlə başlığı, buxarpaylayanın dayaqları, kəfkir, buxarpaylayan və tormoz yükləri;
4. Xüsusi təyinatlı karkas və tor;
5. Kompressor gövdəsinin möhkəmlik həlqələri;
6. Avtomobildə qanad kronşteyni, dayaqla idarə olunan pedal və radiator çərçivəsi;
7. Mufta - boru uclarına qaynaq etmə;
8. Gəmi korpusunda uzununa birləşmələr;
9. Buxar təzyiqi 4,0 Mpa-a (38,7 atm) qədər olan buxar qazanlarının boru elementləri;
10. Aşağı təzyiqli qaz kəmərinin xarici və daxili boruları;
11. III və IV kateqoriya (qrup) texnoloji boru kəmərləri və buxar, su boruları (III və IV kateqoriya);
12. Təyyarənin şassi və qanad qovşaqları;
13. Elektromexaniki filtr (süzgəc);
14. Avtosamosvalın hidravlik qızdırıcısının silindri;
15. Azmaqnitli poladdan lövbər zənciri;
17. Metalkəsən dəzgahların elektrik şkafı.
Kontaktlı və nöqtəli maşınlarda xüsusən mürəkkəb məmulatların qovşaq, konstruksiya, boru kəmərlərinin və müxtəlif markalı polad, əlvan metal, ərinti və qeyri-metal materiallarından tutumların qaynaq edilməsi. Qıfılların borulara sürtünmə ilə qaynaq edilməsi.
Bilməlidir: müxtəlif tip kontaktlı maşınların konstruksiyasını, kinematik sxemlərini, idarə olunmasının elektrik sxemlərini; buraxıcı – tənzimləyici aparatın quruluşunu; qaynaq rejimini təyin etmə prinsipini, məsul qaynaq xətlərinin nəzarət və sınaq üsullarını.
1. Bütöv metaldan sərnişin vaqonunda kuzovun yan tərəfləri və damı;
2. Şpanqoutun qolları;
3. Təyyarə qanadlarının konsolları;
4. Alüminium ərintilərindən olan yapışqanqaynaqlı konstruksiyalar (gövdə hissələri, platforma, şpanqout, panel, göyərtə və əlavə tikililər);
5. Xüsusi təyinatlı böyük qabaritli panel;
8. Bütün tipdən olan rels;
10. Təyyarə: qanad və füzelyaj örtüyü;
12. Avtomobil şassi dayaqları üçün travers;
13. Orta və yüksək təzyiqli qaz təchizatı şəbəkəsinin xarici boru kəmərləri;
14. I və II kateqoriyalı texnoloji boru kəmərləri, həmçinin buxar və su boru kəmərləri (I və II kateqoriya);
15. Armatur fermaları;
16. Təzyiqli boru üçün silindr;
17. 4,0 Mpa-dan (38,7 atm) yuxarı təzyiqli buxar qazanlarının boru elementləri.
Qeyd: Özüyeriyən calaq-qaynaq maşınlarında səhra şəraitində və özünün qidalanma mənbələrindən işləyən maşınlarda görülən işlər I dərəcə yuxarı tarifləşdirilir.
Daha yüksək ixtisaslı elektrik qaynaqçısının rəhbərliyi altında qaynaq tikişin bütün vəziyyətlərində detal, məmulat və konstruksiyaların tutması. Məmulat və qovşaqların qaynaq üçün hazırlanması və qaynaq edildikdən sonra tikişlərin təmizlənməsi. Mühafizə qazında qaynaq prosesində qaynaq tikişin əks tərəfdən mühafizəsinin təmin olunması.
Bilməlidir: elektrik qaynaq maşın və aparatların quruluşu haqqında əsas məlumatları; əsas tutma üsullarını; tikişin qaynaq üçün hazırlanma formalarını; mühafizə qazlarında qaynaq zamanı tikişin mühafizəsini təmin etmə qaydalarını; balonların quruluşunu, onların rənglərini və onlarla rəftar qaydalarını.
Karbonlu poladlardan sadə detal, qovşaq və konstruksiyaların qaynaq tikişinin aşağı və şaquli vəziyyətdə əl ilə qövsü və plazmalı qaynaq edilməsi, sadə qeyri-məsul detalların lehimlənib calanması. Məmulat və detalların qaynaqdan əvvəl qızdırılması. Detal, məmulat və konstruksiyaların bütün vəziyyətlərdə tutması. Sadə çertyojların oxunması.
Bilməlidir: işdə tətbiq olunan qövsü qaynaq üçün sabit və dəyişən cərəyanla işləyən elektrik qaynaq maşın və aparatların iş prinsipini; elektrik qaynaq aparatlarına xidmət qaydalarını, qaynaq birləşmə və tikişlərin növlərini; məmulat kənarlarının qaynaq üçün hazırlanmasını; qaynaq tikişlərin çertyojda işarələnməsini; tətbiq olunan elektrodların və qaynaq edilən metal və ərintilərin əsas xassələrini; nəzarət-ölçü cihazların təyinatı və tətbiq şərtlərini; qaynaq zamanı yaranan deformasiyaların səbəblərini və onların qarşısını alma üsullarını; mühafizə qazında qaynaq barədə ümumi məlumatları; mühafizə qazında əriməyən elektrodla qaynaq üçün odluğun quruluşunu.
1. Trasformator çəni – avtomatik qaynaq üçün divarları qaynaq etmə;
2. Asma tir, tam metal vaqon və elektroseksiya vaqonun resoraltı və resorüstü tirləri – gücləndirici bucaqları, istiqamətləndirici və mərkəzləndirici halqaları qaynaq etmə;
3. Yayma tiri – nişanlar üzrə nöqtələri və tutucu zolaqları qaynaq etmə;
4. Buxar qazanının boyka və şablotu – lehimləmə;
5. Platforma və metal vaqonların çərçivə diafraqması – qabırğaları qaynaq etmə;
6. Jerebeyka – qaynaq etmə;
7. Yük vaqonunda tormoz sahəsinin karkas və detalları və sərnişin vaqonunda pəncərə karkası – qaynaq etmə;
8. Kənd təsərrüfatı maşınlarında hasar örtüyü və başqa zəif yüklənmiş qovşağı – qaynaq etmə;
9. Taxıl biçənin kronşteyni, tormoz idarə mexanizminin valı – qaynaq etmə;
10. Avtosamosvalın çərçivəaltı kronşteyni – qaynaq etmə;
11. Resor bənd və altlığı – qaynaq etmə;
12. Polad qəlib qutusu – qaynaq etmə;
13. Transformator bakının çərçivəsi – qaynaq etmə;
14. Çarpayı döşəyinin çərçivəsi, qın və rombşəkilli torlar – qaynaq etmə;
15. Sadə kəsiklər – tezkəsicini lehimləmə və bərk ərintini əritmə;
16. Polad və çuqundan xırda tökmələr – emal olunmayan yerlərdəki boşluqları lehimləmə.
Karbonlu poladlardan orta mürəkkəbli detal, qovşaq və konstruksiyaların və konstruksion poladlardan, əlvan metal və ərintilərdən sadə detalların bütün vəziyyətlərdə, tavandan başqa, əl ilə qövsü və plazma ilə qaynaq edilməsi. Azkarbonlu, legirlənmiş, xüsusi poladlardan, çuqun, əlvan metallardan orta mürəkkəbli detalların bütün vəziyyətlərdə əl ilə qövsü oksigenlə kəsilməsi, yonulması. Karbonlu və konstruksion poladlardan olan aşınmış sadə alətlərin, detalların lehimlənməsi.
Bilməlidir: tətbiq olunan elektrik qaynaq maşınların və qaynaq kameraların quruluşunu; oksigenlə kəsmədən (yonmadan) sonra qaynaq tikişinə və səthinə qoyulan tələbləri; elektrod sürtkülərinin xassələri və əhəmiyyətini; qaynaq tikişlərinə əsas nəzarət növlərini; poladın markalarından asılı olaraq elektrod markalarının seçilmə qaydalarını; qaynaq məmulatlarda daxili gərginliyin və deformasiyaların yaranma səbəblərini və onların aradan qaldırılma tədbirlərini.
1. Kəsici və biter barabanı, traktora qoşulan arabacığın qabaq və arxa oxları, kombayn və xederin dişlə və çərçivəsi, taxıl biçənin şnekləri, dırmıq və kələfaçanı – qaynaq etmə;
2. Dəmiryol vaqonlarının yan tərəfi, keçid meydançası, ayaqaltı, örtüyü – qaynaq etmə;
3. Reyd siqnal üzgəci və çəlləyi, artsipər və ponton – qaynaq etmə;
4. Elektrik maşının valı – boyuncuqları lehimləmə;
5. Yük vaqonlarında kuzovun karkas detalları – qaynaq etmə;
6. Kulis mexanizmin detalı – deşikləri lehimləmə;
7. İdarəetmə pultu və lövhəsi üçün karkas – qaynaq etmə;
8. Dayaq vərdənə – qaynaq etmə;
9. Kilblok – qaynaq etmə;
10. Yığma örtüklər, isitmə qazanı – qaynaq etmə;
11. Yük avtomobilinin tormoz qəlibi, örtüyü, arxa körpünün yarımoxları – qaynaq etmə;
12. Artqurğusu üçün konstruksiya, detal və qovşaq – qaynaq etmə;
13. Elektrik partlayış qorxulu aparaturanın korpusu – qaynaq etmə;
14. Yük qaldırıcı kran – çarxları lehimləmə;
15. Avtosamosvalın kuzovu – qaynaq etmə;
16. Parovoz dişləsinin çərçivəsi – lehimləmə;
17. Teplovozun çərçivələri – konduktor, döşənək təbəqələri, detalları qaynaq etmə;
18. Fasonlu kəskilər və sadə ştamplar – tezkəsicini və bərk ərintini qaynaq edib lehimləmə;
19. Kiçik ölçülü dəzgahların özülü – qaynaq etmə;
20. Dayaq, bunker şəbəkəsi, keçid meydançaları, pilləkən, çəpər məhəccəri, döşənək, qazan örtüyü – qaynaq etmə;
21. Təbəqə karbonlu poladdan hündürlüyü 30 m-dək olan tüstü və ventilyasiya boruları – qaynaq etmə;
22. Qazanlarda əlaqələndirici tüstü boruları və buxarqızdırıcıların boruları – qaynaq etmə;
23. Qızdırılmış borular – burtları lehimləmə;
24. Su üçün təzyiqsiz boru kəməri (magistraldan başqa) – qaynaq etmə;
25. Su və istilik təchizatının xarici və daxili şəbəkəsinin boru kəmərləri – stasionar şəraitdə qaynaq etmə;
26. Dişli çarx – dişləri lehimləmə.
Konstruksion poladlardan, çuqun, əlvan metal və ərintilərdən orta mürəkkəbli aparat detallarının, karbonlu poladlardan mürəkkəb detal, qovşaq, konstruksiya və boru kəmərlərinin bütün vəziyyətlərdə əl ilə qövsü və plazma ilə qaynaq edilməsi. Yüksəkkarbonlu, xüsusi poladlardan, çuqun, əlvan metaldan mürəkkəb məsul detalların əl ilə oksigenlə kəsilməsi (yonulması), çuqundan olan konstruksiyaların qaynaq edilməsi. İsidilmiş balon və boruların, maşın, mexanizm və konstruksiya detallarında qüsurların lehimlənməsi. Mürəkkəb detal, qovşaq və alətlərin lehimlənməsi. Mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarının oxunması.
Bilməlidir: müxtəlif elektrik qaynaq aparatlarının quruluşunu; dəyişən və sabit cərəyanla qaynaq və qövsü kəsmənin xüsusiyyətlərini; nəzarət atmosferi olan kameralarda məmulatların qaynaq texnologiyasını; gördüyü işin həcmində elektrotexnikanın əsas qanunlarını; qaynaq tikişləri sınama üsullarını; qaynaq tikişlərdəki qüsurların növlərini və onların qarşısını alma və aradan qaldırma metodlarını; cihazlar üçün qaynaq rejimlərinin seçmə prinsiplərini; elektrodların marka və növlərini; qaynaq edilən metalların mexaniki xassələrini.
1. Transformator çəni – qısa boruları əlavə qaynaq etmə, çıxış qutularını, soyutma qutularını, cərəyan dirəklərini və bakın qapaqlarını qaynaq etmə;
2. Karbonlu poladdan təzyiqsiz işləyən aparat, qab, tutumlar – qaynaq etmə;
3. Aparıcı dəmir-beton konstruksiyaların armaturu – qaynaq etmə;
4. Sükan balleri, avar valın kronşteyni – lehimləmə;
5. Qazan odluqları qarnituru və korpusu – qaynaq etmə;
6. Çuqundan detallar – qaynaq etmə, isidilməklə və isidilməməklə lehimləmə;
7. Sənaye sobası və qazanın karkası – qaynaq etmə;
8. Hidravlik turbinin işlək çarxlarının kameraları – qaynaq etmə və lehimləmə;
9. Motor karteri – qaynaq etmə;
10. İşlənmiş qaz kollektoru və boruları – qaynaq etmə;
11. Hidravlik turbinin tənzimləyici halqaları – qaynaq etmə və lehimləmə;
12. Taxıl biçənin aparıcı çarxlarının korpusu və körpüsü – qaynaq etmə;
13. Kompressor korpusu, hava kompressorlarının aşağı və yüksək təzyiqli silindrləri – çatları lehimləmə;
14. 25000 kVt-dək gücü olan turbinin dayandırıcı klapanlar korpusu – qaynaq etmə;
15. Diametri 3500 mm-dək olan rotorun korpusu – qaynaq etmə;
16. Boru kəmərləri üçün bərkidicilər və dayaqlar – qaynaq etmə;
17. Teplovoz arabacığının kronşteyni və şkvoren bərkidiciləri – qaynaq etmə;
18. Böyük qalınlığı olan təbəqələr (zireh) – qaynaq etmə;
19. Dor, qazma və istismar buruqları (vışka) – sex şəraitində qaynaq etmə;
20. Maili dirək, yarım ox, təyyarə şassisinin dayaqları – qaynaq etmə;
21. Elektrik maşının özül tavaları – qaynaq etmə;
22. Toz-qaz hava ötürücüləri, istilik verənləri və elektrik süzgəclərin qovşaqları – qaynaq etmə;
23. Transportyorun çərçivəsi – qaynaq etmə;
24. Neft məhsulları üçün 1000 kub m-dən az tutumu olan çənlər- qaynaq etmə;
25. Rels və yığma çarpazlar – uclarını lehimləmə;
26. Hava ilə soyudulan turbogeneratorun statoru – qaynaq etmə;
27. Daşqıranın çatısı – qaynaq etmə;
28. Elektrik maşının qaynaq-tökmə çatısı və korpusu – qaynaq etmə;
29. İriqabaritli dəzgahın çuqun çatısı – qaynaq etmə;
30. Yayma dəzgahın işlək qaldırıcı qurğusunun çatısı – lehimləmə;
31. Su təchizatı və istilik təchizatının xarici və daxili şəbəkəsinin boru kəmərləri – quraşdırmada qaynaq etmə;
32. Qaz təchizatı şəbəkəsinin aşağı təzyiqli daxili və xarici boru kəmərləri – stasionar şəraitdə qaynaq etmə;
33. Texnoloji boru kəməri (V kateqoriya) – qaynaq etmə;
34. Mürəkkəb frez və ştamplar – tezkəsicini və bərk ərintini qaynaq etmə və lehimləmə;
35. Faxverk, bənd, fənər, monorels – qaynaq etmə;
36. Avtomaşın blokunun silindri – boşluqları lehimləmə;
37. Avtomobil sisternləri – qaynaq etmə.
Müxtəlif poladlardan, əlvan metallardan və ərintilərdən olan mürəkkəb və məsul aparat, qovşaq və boru kəmərlərinin əl ilə qövsü və plazmalı qaynaq edilməsi. Mürəkkəb şəraitdə işləyən məsul mürəkkəb tikinti və texnoloji konstruksiyaların əl ilə qövsü və plazmalı qaynaq edilməsi. Yüksəkkarbonlu, legirlənmiş və xüsusi poladlardan və çuqundan olan xüsusən mürəkkəb və məsul detalların əl ilə qövsü oksigenlə kəsilməsi (yonulması). Blok şəklində icra olunmuş məsul konstruksiyaların bütün vəziyyətlərdə qaynaq edilməsi. Maşın, mexanizm və konstruksiyaların məsul detallarında qüsurların lehimlənməsi. Xüsusən mürəkkəb və məsul detal və qovşaqların lehimlənməsi.
Bilməlidir: müxtəlif tipli qaynaq maşınların elektrik sxemlərini və konstruksiyasını; qaynaq edilən metalların, müxtəlif markalı elektrodlarla lehimlənmiş metal və yonulmaya məruz qalmış tökmələrin texnoloji xassələrini; nəzarət atmosferi olan kameralarda məsul məmulatların qaynaq texnologiyasını; tikişlərin qoyulmasında texnoloji ardıcıllığın və qaynaq rejimlərinin seçilməsini; məsul qaynaq tikişlərin sınanma və nəzarət üsullarını; xüsusən mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarının oxunması.
1. Karbonlu poladlardan təzyiq altında işləyən və legirlənmiş poladlardan təzyiqsiz işləyən aparat və qablar – qaynaq etmə;
2. Marten sobasının armaturu – işləyən avadanlığın təmiri zamanı qaynaq etmə;
3. Aparıcı və məsul dəmir-beton konstruksiyaların armaturu, özül, sütun, arakəsmə və s. – qaynaq etmə;
4. Nadir güclü transformator çəni– qaldırıcı qarmaqları, domkrat bəndlərini, dinamik yük altında işləyən paslanmayan tavaları əlavə qaynaq etməklə qaynaq;
5. Lokomotiv və vaqon arabacığın çərçivəsi, onurğa (arxa), bufer, şkvoren tirləri, vaqon kuzovun ferması – qaynaq etmə;
6. Kran arabacığın tir və traversi, pərsənglər (balansir) – qaynaq etmə;
7. 30 t-dan az yükqaldırma qabiliyyətinə malik körpü kranların aşırım tirləri – qaynaq etmə;
8. 4,0 Mpa-a (38,7 atm) qədər olan təzyiqli qazan barabanı – qaynaq etmə;
9. Təbəqə metaldan olan tikinti və texnoloji konstruksiya blokları (havaqızdırıcılar, skrubber, domna sobasının qapağı, separator, reaktor, domna sobasının qaz yolları və s.) – qaynaq etmə;
10. Dizelin silindr bloku və su kollektoru – qaynaq etmə;
11. İri dirsəkli val – qaynaq etmə;
12. Neft məhsulları üçün 5000 kub m və daha böyük həcmli çənlər və qazholder – stasionar şəraitdə qaynaq etmə;
13. Qaz və neft məhsulları kəməri – qəfəsədə qaynaq etmə;
14. Xüsusi mürəkkəb maşın və mexanizmlərin detalları (domna sobasında doldurma aparatı, turbinin avarlı vinti və pərləri, yayma dəzgahının valcıqları və s.) – xüsusi bərk, aşınmaya davamlı və korroziyaya davamlı materiallarla lehimləmə;
15. Məsul maşın, mexanizmin və konstruksiyaların döymə, ştamplama və tökmə detalları (turbinin avarlı vinti və pərləri, mühərrikin silindr bloku və s.) - qüsurları lehimləmə;
16. Yüksək təzyiq altında işləyən marten sobaları üçün kessonlar- qaynaq etmə;
17. Sütun, bunker, çatı və çatıaltı ferma, estakada tirləri və s. – qaynaq etmə;
18. Radiodor, radioqüllə və EOX dayaq konstruksiyaları – qaynaq etmə;
19. Pres və gürzlərin başlıq korpusu, travers, özül və digər mürəkkəb qovşaqlar – qaynaq etmə;
20. Diametri 3500 mm-dən artıq olan rotorun korpusu – qaynaq etmə;
21. Gücü 25000 kVt-dan çox olan turbinin stopor (tormoz) korpusu – qaynaq etmə;
22. Qazma və yükləmə maşınları, kömür kombaynları və şaxta elektrovozların korpusları – qaynaq etmə;
23. Pərlərin və hidravlik turbinlərin qapaq, stator və üzlüyü – qaynaq etmə;
24. Dor, qazma və istismar buruqları (vışka) – qaynaq etmə;
25. Qazma buruqları və üçdizelli ötürücülər üçün yüksəklegirlənmiş qazma borularından özüllər – qaynaq etmə;
26. Yeriyən ekskavator aqreqatı üçün özül tavalar – qaynaq etmə;
27. Avtomobil və dizelin çərçivə və qovşaqları – qaynaq etmə;
28. Lokomotivin şkvoren və dizelaltı çərçivələri – qaynaq etmə;
29. Neft məhsulları üçün 1000-5000 kub m həcmli çənlər – quraşdırmada qaynaq etmə;
30. Aparıcı yığma dəmir-beton konstruksiyaların armatura elementlərində birləşmələr – qaynaq etmə;
31. Təzyiqi 4,0 Mpa-a (38,7 atm) qədər olan buxar qazanın boru elementləri – qaynaq etmə;
32. Qaz təchizatı şəbəkəsinin aşağı təzyiqli xarici və daxili boru kəmərləri – quraşdırmada qaynaq etmə;
33. Qaz təchizatı şəbəkəsinin orta və yüksək təzyiqli xarici və daxili boru kəmərləri – stasionar şəraitdə qaynaq etmə;
34. III və IV kateqoriya (qrup) texnoloji, su və buxar boru kəmərləri – qaynaq etmə;
35. Təyyarə şassisinin motoraltı çərçivə qovşağı və amortizator silindri – qaynaq etmə;
36. Şin, lent və onlar üçün əlvan metaldan kompensator – qaynaq etmə.
Müxtəlif poladlardan, əlvan metallardan və ərintilərdən olan xüsusən mürəkkəb və məsul aparat, qovşaq, konstruksiya və boru kəmərlərinin əl ilə qövsü və plazmalı qaynaq edilməsi. Dinamik və vibrasiya edən yüklər altında işləyən, xüsusən məsul tikinti və texnoloji konstruksiyaların və xüsusən mürəkkəb konfiqurasiyalı konstruksiyaların əl ilə qövsü və qaz elektrik qaynaq edilməsi. Məhdud qaynaq qabiliyyətinə malik metal və ərintilərdən, həmçinin titandan və titan ərintilərindən olan eksperimental konstruksiyaların qaynaq edilməsi. Blok şəklində icra edilmiş xüsusən məsul konstruksiyaların qaynaq tikişinin bütün vəziyyətlərində qaynaq edilməsi.
Bilməlidir: xidmət edilən avadanlığın konstruksiyasını; titan ərintilərinin müxtəlif növlərini, onların qaynaq və mexaniki xassələrini, korroziyanın növlərini və onu törədən amilləri; qaynaq edilən məmulatların xüsusi sınama metodlarını və hər birinin təyinatını; nəzarət atmosferi olan kameralarda sistemin boşaldılma sxemini; qaynaq birləşmələrin termiki emalının əsas növlərini; qaynaq tikişlərin metalloqrafiyası üzrə lazımi məlumatları.
1. Marten sobasının işlək sahələrinin tirləri, metallurgiya müəssisələrində bunker və boşaltma estakada konstruksiyaları, ağır iş rejimli kran üçün kranaltı tirlər, yeriyən ekskavatorun oxları – qaynaq etmə;
2. 30 t-dan yuxarı yükqaldırma qabiliyyətinə malik körpü kranların aşırım tirləri – qaynaq etmə;
3. Təzyiqi 4,0 Mpa-dan (38,7 atm) çox olan qazan barabanları – qaynaq etmə;
4. Neft məhsulları üçün həcmi 5000 kub m-dən çox olan çənlər və qazholder – quraşdırmada qaynaq etmə;
5. Magistral qaz-neft məhsulları kəməri – quraşdırmada qaynaq etmə;
6. Vakuum və kriogen tutum, qalpaq, kürə və boru kəməri – qaynaq etmə;
7. Sferik və damcıvari tutumlar və örtüklər – qaynaq etmə;
8. Boru və muftanın qazma açarları – ikiqat tikişlə qaynaq etmə;
9. Qaz turbokompressorun, buxar turbinin, güclü hava üfürücülərin işlək çarxları – pər və kürəcikləri əlavə qaynaq etmə;
10. Amonyak sintezi – qaynaq etmə;
11. Radiodor, teleqüllə və EOX dirəklərinin konstruksiyası – quraşdırmada qaynaq etmə;
12. Buxar turbinin qutuları – qaynaq etmə və boşluqları lehimləmə;
13. Hidrogen və hidrogen-su ilə soyudulan iri turbogeneratorun stator korpusu – qaynaq etmə;
14. Ağır dizelin mühərrikinin və preslərin korpusu – qaynaq etmə;
15. Gəmi buxar qazanı – dibi əlavə qaynaq etmə, birqat calaq tikişi ilə məsul qovşaqları qaynaq etmə;
16. Yüngül alüminium – manqan ərintisindən konstruksiyalar – qaynaq etmə;
17. Qazma baltanın pəncə və şaroşkası, qazma buxarkeçiricilər – qaynaq etmə;
18. Neft və qaz kəmərləri – yarıqları ləğv etdikdə;
19. Neft və qaz quyularının və konturlanmış su yeritmə quyularının dövrəsini boru kəməri ilə toxuma – qaynaq etmə;
20. İkilaylı poladdan və başqa bimetaldan çən və konstruksiya – qaynaq etmə;
21. Açılmış formada dəmir-beton konstruksiya armaturunun içliyi – vanna üsulu ilə qaynaq etmə;
22. Metal və dəmir-beton körpülərin aşırım tirləri – qaynaq etmə;
23. Təzyiqi 4,0 MPa (38,7 atm)-dən yuxarı olan buxar qazanın boru elementləri – qaynaq etmə;
24. Təzyiqli boru kəməri hidroelektrik stansiya turbinin spiral kamerası və işlək çarxın kamerası – qaynaq etmə;
25. Qaz təchizatı şəbəkəsinin orta, yüksək təzyiqli xarici boru kəmərləri – quraşdırmada qaynaq etmə;
26. I və II kateqoriya (qrup) texnoloji, su və buxar boru kəmərləri – qaynaq etmə.
1. 3 may 2019-cu il tarixli 190500031 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905030031, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 may 2019-cu il)
2. 31 oktyabr 2022-ci il tarixli 22050000319 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202210310319, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 noyabr 2022-ci il)
3. 3 may 2023-cü il tarixli 3-17/3-5-16/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305033516, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 may 2023-cü il)
4. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-28/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283528, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 oktyabr 2023-cü il)
5. 28 yanvar 2026-ci il tarixli 3-17/3-5-5/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202601287355, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 fevral 2026-cı il)