“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.5-ci, 1.9-cu və 1.14-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”, “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”, “Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının ərazisində aşkar olunmayan və ya məhdud dairədə yayılan ziyanvericilərin, bitki xəstəlikləri və törədicilərinin və alaq otlarının (karantin obyektlərinin) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 13 aprel tarixli 44 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 29 dekabr 2006-cı il
1. Ağhaşiyəli böcək Graphognathus (Pantomorus) leucoloma
2. Alma qızılböcəyi Agrilus mali Matsumura
3. Alma milçəyi Rhagoletis pomonella (Walsh)
4. Amerika yonca minalayıcısı Liriomyza trifolii (Burgess)
5. Aralıq dənizi meyvə milçəyi Ceratitis capitata (Wiedemann)
6. Armud odlucası Numonia pyrivorella (Matsumura)
7. Asiya pambıq sovkası Spodoptera litura (Fabricius)
8. Böyük naringi milçəyi Tetradacus citri (Chen)
9. Braziliya dənyeyəni Zabrotes subfasciatus (Boheman)
12. Çin toxumyeyəni Callosobruchus chinensis Linnaeus
14. Enlixortumlu düyü uzunburunu Caulophilus latinasus (Say)
15. Əməköməci güvəsi Pectinophora malvella Hb.
16. Əncir mumlu yalançı Ceroplastes rusci Linnaeus qalxanlı yastıcası
18. Kapr böcəyi Trogoderma granarium Everts.
21. Qabaq milçəyi Dacus ciliatus Loew
22. Qara sitrus ağqanadlısı Aleurocanthus woglumi Ashby
23. Qara yalançı qalxanlı yastıcası Parasaissetia nigra (Nietner)
24. Qərb qarğıdalı böcəyi Diabrotica virgifera Leconte
25. Qərənfil yarpaqbükəni Cacoecimorpha pronubana (Hübner)
27. Meyvə uzunburunu Conotrachelus nenuphar (Herbst)
28. Misir pambıq sovkası Spodoptera littoralis Boisduval
29. Palma tripsi Thrips palmi Karny
30. Pambıq ağqanadlısı Bemisia tabaci (Gennadius)
31. Pambıq güvəsi Pectinophora gossypiella (Saunders)
32. Portağal qalxanlı yastıcası Unaspis citri (Comstock)
33. Şaftalı meyvəyeyəni Carposina niponensis Walsigham
35. Şərq pambıq uzunburunu Anthonomus grandis Boheman
36. Şərq sitrus qalxanlı yastıcası Unaspis yanonensis (Kuwana)
37. Şərq unlu yastıcası Pseudococcus citriculus Green
38. Şərq yemiş milçəyi Bactrocera cucurbitae (Coguillett)
39. Sitrus unlu yastıcası Pseudococcus gahani Green
41. Tikanlı yastıca Earias insulana Boisduval
42. Tüklü ağqanadlı Aleurothrixus floccocus Maskell
43. Yaponiya böcəyi Popillia japonica Newmann
44. Zeytun yalançı qalxanlı yastıcası Saissetia oleae (Olivier)
45. Zolaqlı meyvə güvəsi Anarsia lineatella Zeller
46. Zümrüdü göyrüş qızılböcəyi
Agrilus planipennis Fairmaire
47. Çin uzunbığ böcəyi
Anoplophora chinensis Forster
48. Asiya uzunbığ böcəyi
Anoplophora glabripennis Motschulsky
49. Afrika yemiş milçəyi
Bactrocera cucurbitae Coquillett
50. Çinar taxtabitisi
Corythucha ciliata Say
51. Böyük küknar qabıqyeyəni
Dendroctonus micans (Kugelann)
52. Asiya giləmeyvə drozofilası
Drosophila suzukii (Matsumura)
53. Kartof torpaq birəböcəyi
Epitrix cucumeris Harris
54. Kök yumrusu birəböcəyi
Epitrix tuberis Gentner
55. Cənubi Amerika yarpaq
Liriomyza huidobrensis Blanchard
56. Tərəvəz yarpaq lağımlayıcısı
Liriomyza sativae Blanchard
57. Yaponiya şam uzunbığ böcəyi
Monochamus alternatus Hope
58. Karolina uzunbığ böcəyi
Monochamus carolinensis Olivier
59. Kiçik küknar uzunbığ
böcəyi Monochamus sutor L.
60. Qırmızı palma böcəyi
Rhynchophorus ferrugineus Olivier
61. Amerika üzüm cırcıraması
Scaphoideus titanus Ball
62. Qvatemala kartof güvəsi
Tecia solanivora Povolny
63. Qara sitrus mənənəsi
Toxoptera citricidus (Kirkaldy)
Anguina tritici (Steinbuch) Chitwood
2. Kolumbiya kök fır nematodu
Meloidogyne chitwoodi Golden & al.
3. Kolumbiya yalançı kök fır nematodu
Meloidogyne fallax Karssen
4. Nizəşəkilli nematod
Xiphinema rivesi Dalmasso
Aphelenchoides besseyi Christie
6. Solğun kartof nematodu
Globodera pallida (Stone) Behrens
7. Şam gövdə nematodu
Bursaphelenchus xylophilus (Steiner & Bührer)
1. Çəltikdə bakterial yanıqlıq Xanthomonas oryzae pv. oryzae (Ishiyama)
2. Çəltikdə bakterial zolaqlılıq Xanthomonas oryzae pv. oryzicola (Fang et
3. Fındıqda bakterioz Xanthomonas campestris pv. corylina
4. Kartof yumrularında halqavari Clavibacter michiganensis subsp
bakterial çürümə sepedonicus (Spieckermann et Kotthoff)
5. Kartofun qonur çürüməsi Ralstonia solanacearum (Smith)
6. Qarğıdalının bakterial Erwinia stewartii (Smith) Dye soluxması
7. Qərənfildə bakterial soluxma Pseudomonas caryophylli (Burkholder) Star
8. Lobyada bakterial yanıqlıq Xanthomonas campestris pv. Phaseoli
10. Pomidorda bakterial dəmgil Xanthomonas campestris pv. vesicatoria
11. Sitrus bitkilərinin xərçəngi Xanthomonas campestris pv. citri (Hasse)
12. Üzümün bakteriozu (Pirs xəstəliyi) Xylella fastidiosa Wells et al.
13. Üzümdə qızılı saralma fitoplazması Grapevine flavescence doree phytoplasma”;
1. Buğdanın hindistan sürməsi Tilletia indica Mitra
3. Günəbaxanda fomopsis Phomopsis helianthi Muntanola - Cvetkoviç
4. Kartofda qanqrena (Fomoz) Phoma exigua var. foveata (Foister)
5. Kartof xərçəngi Synchytrium endobioticum (Schilbersky)
6. Kartof (yumrularının) sürməsi Thecaphora solani (Thirumulachar et
7. Qarğıdalıda cənub helmintosporiozu Bipolaris maydis (Nisikado & Miyake)
8. Qarğıdalıda diplodioz Stenocarpella macrospora (Earle) Sutton
Stenocarpella maydis (Berkeley) Sutton
9. Qarğıdalı yarpağının ləkəliliyi Cochliobolus carbonum R.R. Nelson
10.Qərənfildə fialoforoz soluxma Phialophora cinerescens (Wollenweber) van
11. Qladiolusda pas Uromyces transversalis ( Von Thümen)
12. Malsekko - yoluxucu quruma Deuterophoma tracheiphila Petri
13. Pambığın antraknozu Glomerella qossypii Edgerton
14.Payızgülünün (xrizantem) Didymella chrysanthemi (Tassi)
askoxitozu Garibalaskoxitozu di et. Gullino
15. Payızgülünün ağ pası Puccinia horiana P. Hennings
16. Sitrus bitkilərinin ziyilliyi Elsinoe fawcettii Bitancourt et A.E.Jenkins
18. Texas kök çürüməsi Phymatotrichopsis omnivora(Duggar)
19. İynəyarpaqların qəhvəyi ləkəliyi Mycosphaerella dearnessii Barr
20. Qonur monilioz çürümə Monilinia fructicola (G.Winter) Honey
21. Çiyələk və moruğun kök çürümə Phytophthora fragariae C.J. Hickman
1. Sitrus virusu Tristeza virus
2. Kartofun and latent virusu
Andean potato latent virus
3. Lobyanın qızılı mozaika virusu
Bean golden mosaic virus
4. Xınagülünün ləkəli nekroz virusu
Impatiens necrotic spot virus
5. Gavalının cibcibə virusu
6. Kartof yumrularının milşəkilliliyi
Potato spindle tuber viroid
7. Tütünün həlqəvi ləkəlik virusu
Tobacco ringspot virus
8. Pomidorun həlqəvi ləkəlik virusu
Tomato ringspot virus
9. Pomidor meyvələrinin qonur qırışıqlıq
Tomato brown rugose fruit virus
10. Pepino mozaika virusu
11. Pomidor yarpaqlarının sarı qıvrılma
Tomato yellow leaf curl virus
1. Azçiçəkli senxrus (lövbərli) Cenchrus pauciflorus Bentham
2. Çoxillik ambroziya Ambrosia psilostachya De Candolle
3. Karolina quşüzümü Solanum carolinense Linnaeus
4. Striqa (bütün növləri) Striga sp.
5. Tumurcuqlu kəndalaş Iva axillaris Pursh
6. Üçdilimli ambroziya Ambrosia trifida Linnaeus
7. Üççiçəkli quşüzümü Solanum triflorum Nuttall
8. Zolaqyarpaqlı quşüzümü Solanum elaeagnifolium Cavara
9. Tükcüklü pişikdili Bidens pilosa L.
1. Amerika ağ kəpənəyi Hyphantria cunea Drury
2. Avstraliya şırımlı yastıcası Icerya purchasi Maskell
3. Dördləkəli dənyeyən Callosobruchus maculatus Fabricius
4. Filloksera Viteus vitifoliae (Fitch)
5. Kaliforniya qalxanlı yastıcası Quadraspidiotus perniciosus (Comstosk)
7. Komstok yastıcası Pseudococcus comstocki Kuwana
8. Minalayıcı sitrus güvəsi Phyllocnistis citrella Stainton
10. Şərq meyvəyeyəni Grapholita molesta (Busck)
11. Tut qalxanlı yastıcası Pseudoulacaspis pentagona (Targioni-
12. Yaponiya çöpvari Lopholeucaspis japonica (Cockerell) qalxanlı yastıcası
13. Yaponiya yalançı qalxanlı Ceroplastes japonicus Green
14. Pomidor lağımlayıcı güvəsi Tuta absoluta Meyrick
15. Qərb çiçək tripsi Frankliniella occidentalis (Pergande)
16. Qəhvəyi mərmər bağacığı Halyomorpha halys Stal
1. Qızılı kartof nematodu
Globodera rostochiensis (Wollenweber) Behrens
Ditylenchus dipsaci (Kuehn) Filipjev
3. Kartof gövdə nematodu
Ditylenchus destructor Thorne
1. Meyvə ağaclarının yanığı
Erwinia amylovora (Burrill) Winslow et al.
1. Şabalıdda gövdə yanığı
Cryphonectria parasitica (Murrill) Barr
1. Pomidorun bürünclük virusu
Tomato spotted wilt virus
1. Sarı sarmaşıq (bütün növləri) Cuscuta sp.
2. Sürünən kəkrə (çəhrayı) Acroptilon repens (Linnaeus) De Candolle
3. Tikanlı quşüzümü Solanum cornutum Dunal
4. Yovşan yarpaqlı ambroziya Ambrosia artemisiifolia Linnaeus
1. Kartof güvəsi Phthorimaea operculella (Zeller)
1. Bu Qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsini və ekspertizanın aparılmasını tənzimləyir.
2. Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı və ekspertiza Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri (bundan sonra – regional bölmə) tərəfindən həyata keçirilir.
3. Fitosanitar karantin baxışı aşağıdakı məqsədlərlə aparılır:
3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması;
3.2. ölkəyə gətirilmiş və ya ölkədən aparılması nəzərdə tutulan zaman karantin nəzarətində olan materialların karantin tətbiq edilən zərərli orqanizmlərin və nizamlanan qeyri-karantin zərərli orqanizmlərin aşkar edilməsi;
3.3. karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;
3.4. karantin nəzarətində olan materialların ölkədən aparılması nəzərdə tutulan zaman yükün idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluğunun öyrənilməsi və fitosanitar karantin baxışının keçdiyi yükə fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi.
4. Ölkəyə gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı üç müxtəlif üsulla yerinə yetirilir:
4.1. yükü müşayiət edən sənədlərin yoxlanılması;
4.2. yükün etibarlılığının və bütövlüyünün yoxlanılması;
4.3. karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunun və digər fitosanitar tələblərə riayət olunmasının vizual və karantin nəzarətində olan materialların zərərli orqanizmlərlə sirayətlənməsi mövcud olduğu müəyyən edildiyi halda ətraflı yoxlamadan keçirilməsi.
5. Karantin nəzarətində olan materialları müşayiət edən sənədlərin yoxlanılmasında aşağıdakılara diqqət yetirilir:
5.1. bütövlüyünə (tamlığına);
Yükün bütövlüyünə və etibarlılığına baxış müşayiətedici sənədlərdə yükün təsvirinin həqiqiliyinin yoxlanılmasından ibarətdir.
Sənədlərin həqiqiliyinin yoxlanılması zamanı bitkilərin tipinin və ya bitkiçilik məhsullarının və ya onların növünün alınmış və ya verilməyə hazırlanan fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatına uyğunluğu müəyyən edilir.
Sənədlərin bütövlüyünün yoxlanılması zamanı alınmış və ya verilməyə hazırlanan sertifikatda göstərilmiş yükün miqdarının və statusunun tələblərə nə dərəcədə uyğunluğu müəyyən edilir.
Yükün bütövlüyünün və etibarlılığının təsdiqlənməsi üçün möhürlərin, qoruyucu və fitosanitar əhəmiyyətə malik yüklərin, o cümlədən baxış işinə aid olan digər vasitələrin mövcudluğunun yoxlanılması da daxil olmaqla, yüklərlə tanışlıq tələb olunur.
6. Ölkəyə gətirilən karantin nəzarətində olan materiallar müvafiq sənədlərlə müşayiət olunduğu və plomblanmış nəqliyyat vasitələrində daxil olduğu halda gömrük tələblərinə riayət edilməklə, fitosanitar nəzarəti məntəqələrində yük açılmadan üzərində vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola salınmalıdır.
Vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük saxlanılaraq gömrük orqanlarının iştirakı ilə götürülür və sahibinin razılığı ilə qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilir. Yük sahibinin razılığı olmadığı halda dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib edilir və yük geri qaytarılır. Bu barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) rəsmi məlumat verilir.
7. Zərərli orqanizmlərlə sirayətlənməsi riskinin mövcud olduğu müəyyən edildiyi halda regional bölmə tərəfindən yük sahibinə aşağıdakılar barədə yazılı bildiriş verilir:
7.1. yüklərin fitosanitar nəzarəti məntəqəsinə aparılaraq karantin rejiminin tətbiq olunması;
7.2. yüklərdən ekspertiza və analiz aparmaq məqsədilə nümunələrin götürülməsi və nəticələr əldə olunanadək yükün saxlanılması;
7.3. zərərsizləşdirmə məqsədi ilə yükün götürülməsi və zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması;
7.4. zərərsizləşdirmə məqsədilə yükün boşaldılıb yenidən yüklənməsi;
7.5. yükün məhv edilməsinin zəruriliyi.
8. Bu Qaydaların 7-ci bəndində göstərilən fitosanitar tədbirləri aparıldıqdan sonra regional bölmənin müvafiq fitosanitar nəzarəti məntəqəsi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilmiş və beynəlxalq tələblərə uyğun qablaşdırılmış karantin nəzarətində olan bitki və bitkiçilik məhsuluna fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı verilir.
9. Ölkəyə gətirilmiş karantin nəzarətində olan materialların ətraflı fitosanitar karantin baxışı respublika daxilində təyinat məntəqələrində, bitki mənşəli məhsulları emal edən müəssisələrin, ticarət təşkilatlarının anbarlarında və digər saxlanma yerlərində yerinə yetirilir.
10. Fitosanitar karantin baxışı zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və məhv edilən yükün dəyərinin məsuliyyəti yük sahibinin üzərinə düşür.
11. Fitosanitar karantin baxışı zamanı Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.
12. Azərbaycan Respublikasından aparılması nəzərdə tutulan yüklərə ətraflı fitosanitar karantin baxışı ilk yüklənmə yerində və hava, dəniz və çay limanlarında, dəmiryol stansiyalarında və digər təkrar yüklənmə məntəqələrində (ixrac partiyasının formalaşması zamanı) həyata keçirilir.
13. regional bölmə tərəfindən ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının becərilmə dövründə aparılan müşahidələrin və müvafiq ekspertizanın nəticələri əsasında ətraflı fitosanitar karantin baxışı keçirilir və daxili karantin sertifikatı verilir.
14. İxrac olunan yüklər dövlət sərhədinin buraxılış məntəqələrində boşaldılmadan birbaşa xarici dövlətlərə göndərilir. Bitki və bitkiçilik məhsulları mal partiyasının formalaşdığı və göndərildiyi yerlərdə qablaşdırılır, plomblanır və nəqliyyat vasitələrinə yüklənir. Həmin yükə regional bölmə tərəfindən “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi vasitəsilə hazırlanmış fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı elektron və kağız formada verilir. Ərizəçi respublikadan ixrac olunduğu yükü ölkə sərhədinə çatdırdıqda, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında gömrük orqanları tərəfindən yük açılmadan, bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan üzərində vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola salınmalıdır.
16. Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş ərazilərdən sirayətlənməmiş ərazilərə və ya ölkədən aparılması üçün nəzərdə tutulan daxili karantin nəzarətində olan materialları daşıyarkən, onlara ətraflı fitosanitar karantin baxışı əsasən yüklənmə məntəqələrində aparılır.
Baxış zamanı yükün üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük saxlanılır və qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilir və ya zəruri hallarda məhv edilir.
18. Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və onların müayinəsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış təlimat əsasında həyata keçirilir.
19. Fitosanitar karantin baxışı zamanı götürülən bitki mənşəli və digər karantin nəzarətində olan materialların nümunələri ekspertizandan keçirilir.
20. Ekspertizaya aşağıdakılar daxildir:
20.1. bitkilərin karantin zərərvericilərini, xəstəlik törədicilərini və təhlükəli alaq otlarını aşkar etmək məqsədilə - entomoloji, fitopatoloji, virusoloji, bakterioloji, fitohelmintoloji və herboloji təhlillərin aparılması;
20.2. aşkar edilmiş zərərli orqanizmlərin hansı növə aid olduğunun təyin edilməsi;
20.3. təyin edilmiş obyektlərin mümkün olan (potensial) təhlükəsi və onlara qarşı karantin tədbirləri haqqında laboratoriya mütəxəssislərinin rəyi.
21. Karantin tətbiq edilən zərərli orqanizmlər üzrə rəy 2-3 gün ərzində, canlı bitki materialları üzrə isə (tinglər, qələmlər, çiçək soğanaqları, kök yumruları və s.) material alınan günün sonrakı günündən gec olmayaraq verilməlidir.
Çətin və uzunmüddətli tədqiqatlar (virusoloji, bakterioloji, fitopatoloji, helmintoloji, rentgenoqrafik) aparılan zaman, karantin nəzarətində olan materialların ekspertizaya verilməsi və onların karantin vəziyyəti haqqında rəyin gecikdirilməsinin maksimum müddəti bir aydan artıq olmamalıdır.
22. Ekspertiza prosesi nəqliyyatı yubatmamalı, sənaye və ticarət təşkilatlarının işini pozmamalı və karantin nəzarətində olan materiallar daxil olan təsərrüfatlarda səpinin vaxtında aparılmasına təsir etməməlidir.
23. Ekspertiza zamanı karantin nəzarətində olan materialların nümunələrinin etiketlərinin dəyişik salınmasına, eləcə də onların qarışdırılmasına yol verilmir.
24. Ekspertiza laboratoriyasının mütəxəssisləri aşağıdakılara riayət etməlidirlər:
24.1. ekspertiza üçün götürülmüş toxumları nəzarətsiz qoymamalı;
24.2. hər bir nümunə üzrə başlanmış ekspertizanı işdə fasilə olana qədər qurtarmalı;
24.3. bir dəfəyə eyni vaxtda daxil olan bir neçə nümunələri açmamalı;
24.4. analiz olunması növbəti günə təyin edilmiş karantin nəzarətində olan materialları onlar üçün xüsusi ayrılmış, bağlanan şkafda açılmadan bütöv saxlamalı, kisələrdə olan canlı bitkilərin (tinglər, əkin materialları) nümunələrini isə sərin yerdə qablaşdırma materiallarının lazımi nəmliyini qorumaqla saxlamalı.
25. Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materialların ekspertiza hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına aparılır.
26. Hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
27. Ekspertiza zamanı aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmlər, zədələnmiş bitki hissələri hesabat məlumatlarını təsdiqləyən nümunə kimi laboratoriyada və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumlarında müəyyən olunmuş qaydada qeydə alınmaqla saxlanılır.
1. Bu Qayda “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin gömrük orqanları tərəfindən həyata keçirilməsini tənzimləyir.
2. Ölkə ərazisindən tranzit daşınan bitki və bitkiçilik məhsullarının müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə gömrük orqanları Agentliyə məlumat verməlidir. Agentlik öz növbəsində aşağıdakı fitosanitar tədbirləri həyata keçirir:
2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları ölkə daxilində yerləşən fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;
2.2. bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.
3. Azərbaycan Respublikasının ərazisindən tranzit kimi istifadə edildikdə, bu Qaydanın 2-ci bəndində müəyyən olunmuş fitosanitar tədbirlər o halda tətbiq edilə bilər ki, onlar texniki cəhətdən əsaslandırılsın və karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olmasının və yayılmasının qarşısının alınması zərurəti yaranmış olsun.
4. Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara fitosanitar nəzarəti aşağıdakı hallarda fitosanitar tədbirləri tətbiq olunmadan aparılır:
4.1. bitki və bitkiçlik məhsulları zərərli orqanizmlərin yayılmaması üçün plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşındıqda və beynəlxalq standartların tələblərinə uyğun qablaşdırıldıqda;
4.2. məhsul ixrac edən ölkə tərəfindən fitosanitar sertifikatı ilə təmin edildikdə;
4.3. ölkə ərazisindən başqa ölkələrə daşındığı zaman karantin nəzarətində olan materiallar açılmadıqda, bölünmədikdə, digər yüklərlə qarışdırılmadıqda və yenidən qablaşdırılmadıqda;
4.4. vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunmadıqda.
5. Bu Qaydanın 4-cü bəndində göstərilən hallarda, gömrük tələblərinə riayət etməklə, fitosanitar nəzarəti həyata keçirildikdən sonra gömrük orqanları tərəfindən yükü müşayiət edən fitosanitar sertifikatında müvafiq ştamp vurulur.
6. Fitosanitar nəzarəti zamanı yükün üzərində və nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük sahibinin razılığı ilə bu materiallar qanunvericiliklə müəyyən edilmiş qaydada zərərsizləşdirilir.
Yük sahibinin razılığı olmadığı təqdirdə həmin yüklər geri qaytarılır. Hər iki halda tranzit yükün üzərində aparılan fitosanitar tədbirləri barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) məlumat verilir.
7. Tranzit daşınan karantin nəzarətində olan materiallarda Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.
8. Tranzit daşınan yük ölkə ərazisində açıldığı, hissələrə bölündüyü, digər yüklərlə qarışdırıldığı və ya yenidən qablaşdırıldığı hallarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri tərəfindən həmin yüklərə dair gömrük tələblərinə riayət etməklə müvafiq fitosanitar tədbirləri tətbiq edilir.
1. 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853)
2. 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)
3. 27 yanvar 2010-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №01, maddə 66)
4. 16 noyabr 2016-cı il tarixli 458 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2016-cı il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1946)
5. 29 noyabr 2017-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 dekabr 2017-ci il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2182)
6. 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2162)
7. 28 dekabr 2019-cu il tarixli 510 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2091)
8. 16 iyun 2022-ci il tarixli 230 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 671)
9. 30 dekabr 2022-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 30 dekabr 2022-ci il, “Xalq” qəzeti, 6 yanvar 2023-cü il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1563)
10. 10 sentyabr 2025-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 13 sentyabr 2025-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 856)
11. 4 dekabr 2025-ci il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 dekabr 2025-ci il, “Xalq” qəzeti, 16 dekabr 2025-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1221)
12. 30 dekabr 2025-ci il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2025-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1262)