Qanunvericilik › Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin Siyahısının təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 23.10.2003) › Tam mətn

Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin Siyahısının təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 23.10.2003)

Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin Siyahısının təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 23.10.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 33-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavinləri;

1.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin:

1.2.1. rəisi və onun müavinləri;

1.2.2. idarə və şöbə rəisləri, onların müavinləri;

1.2.5. müstəntiqləri, təhqiqatçıları, əməliyyat müvəkkilləri, mühafizə və xidmət strukturlarının müvəkkilləri.

2. Fiziki qüvvə və xüsusi vasitələrə dair:

2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin:

2.1.1. əməliyyat strukturlarının rəisləri, rəis müavinləri və əməliyyat müvəkkilləri.

2.1.2. mühafizə və xidmət strukturlarının rəisləri, rəis müavinləri və müvəkkilləri.

1. 8 iyul 2014-cü il tarixli 210 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 792)

2. 1 fevral 2017-ci il tarixli 1221 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2017-ci il, № 24; “Xalq” qəzeti, 4 fevral 2017-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 165)

3. 28 dekabr 2022-ci il tarixli 1932 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1442)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver