Qanunvericilik › “Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.08.2010) › Tam mətn

“Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.08.2010)

“Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.08.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Formal təhsilin təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİ-ZADƏ

Bakı şəhəri, 6 avqust 2010-cu il

1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və formal təhsilin təşkili məsələlərini tənzimləyir.

2. Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.

3. Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir.

5. Təhsil pillələri və səviyyələrində təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən edilir:

5.1. ümumi təhsil pilləsi üzrə:

ibtidai təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);

ümumi orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);

tam orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);

5.2. peşə təhsili pilləsi üzrə:

5.3. orta ixtisas təhsili pilləsi üzrə:

əyani, qiyabi, distant (məsafədən);

5.4. ali təhsil pilləsi üzrə:

bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime);

magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani;

doktorantura səviyyəsində - əyani;

5.5. yenidənhazırlanma təhsili üzrə:

5.6. təkrar ali təhsil üzrə:

əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi.

5.7. təkrar orta ixtisas təhsili üzrə:

6. Ümumi təhsil pilləsində “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş təhsilalma formaları çərçivəsində şagirdlərin evdə təhsili, stasionar təhsil və fərdi təhsili də formal təhsil hesab edilir.

8. Formal təhsil ümumi, peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrində həyata keçirilir.

9. Formal təhsil Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən müvafiq dövlət təhsil standartlarına uyğun hazırlanmış təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur.

10. Formal təhsilin təhsilalma formaları üzrə müddəti təhsil proqramları (kurikulumları) ilə müəyyən edilir.

11. Sərbəst (eksternat) təhsilalma forması üçün təhsil proqramı (kurikulumu) müvafiq təhsil səviyyəsi üzrə əyani təhsilalma formasının təhsil proqramı (kurikulumu) hesab olunur.

1. 20 iyun 2012-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 632)

2. 30 dekabr 2016-cı il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2016-cı il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2244)

3. 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2431)

4. 19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739)

5. 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)

6. 4 mart 2020-ci il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 343)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver