Qanunvericilik › Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Xidməti silah

Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Fövqəladə hallar orqanları əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilən ayrı-ayrı kateqoriyalarına xidməti vəzifələrini yerinə yetirərkən qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda xidməti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə tətbiq etmək hüququ verilir.

27.2. Fövqəladə hallar orqanlarında qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda istifadə olunan xidməti silahların, habelə fövqəladə hallar orqanlarının qurumlarında istifadə olunan xüsusi vasitələrin siyahısı və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver