Qanunvericilik › “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.09.2004) › Tam mətn

“Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.09.2004)

“Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.09.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 2 sentyabr 2004-cü il

1. Bu qayda “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən və “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarının, hərbi qulluqçularının, eləcə də digər şəxslərin qeydiyyata alınması qaydasını müəyyən edir.

2. “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın müddəaları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin,, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə (bundan sonra - şəxslər) şamil edilir.

3. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Qanuna müvafiq olaraq fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsi üçün fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının tərkibində Azərbaycan Respublikasının Prezidenti tərəfindən fövqəladə vəziyyət rejimini təmin edən orqanların nümayəndələrindən ibarət birləşmiş əməliyyat qərargahı yaradılır.

4. Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyatı birləşmiş əməliyyat qərargahında aparılır.

5. Qeydiyyatın düzgün, dolğun və obyektiv aparılması üçün fövqəladə vəziyyət tətbiq edildiyi ərazinin komendantının əmri ilə məsul əməkdaş təyin edilir və xüsusi qeydiyyat kitabı açılır.

6. Qeydiyyat kitabı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş kargüzarlıq qaydalarına uyğun aparılmalıdır.

7. Qeydiyyat kitabında fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş hər bir şəxs barədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

adı, soyadı və atasının adı;

doğulduğu tarix və yer;

təmsil etdiyi orqan və tutduğu vəzifə;

fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etdiyi müddət.

8. Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslər tərəfindən təqdim edilən sənədlər və ya onların surətləri (şəxsiyyətini təsdiq edən sənəd, xidməti vəsiqə, ezamiyyət vərəqəsi, fövqəladə vəziyyət rejiminin təmin olunmasına cəlb edilmə barədə əmr) xüsusi qovluqda saxlanılmalıdır.

9. Əlavə güzəştlər və kompensasiyalar şamil olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarının, hərbi qulluqçularının, eləcə də digər şəxslərin adbaad qeydiyyatı və onların fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirakı müddətinin müəyyən edilməsi qeyd edilən şəxslərin işlədikləri (xidmət keçdikləri) müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin və fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş Silahlı Qüvvələrin növlərinin komandanlarının (onlara bərabər və ya onlardan yuxarı səlahiyyəti olan rəislərin) əmrləri əsasında həyata keçirilir.

10. Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərə ezamiyyət müddətləri bitdikdə və fövqəladə vəziyyət rejimi ləğv edildikdən sonra, fövqəladə vəziyyət tətbiq edildiyi ərazinin komendantının şəxsi imzası, möhürü ilə təsdiq olunmuş, iştirak müddəti göstərilmiş və qeydiyyat məlumatlarının əsasında tərtib edilmiş müvafiq iştirak sənədi verilir.

1. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

2. 23 iyun 2020-ci il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 807)

3. 2 dekabr 2023-cü il tarixli 432 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 dekabr 2023-cü il, “Xalq” qəzeti, 5 dekabr 2023-cü il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1767)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver