Qanunvericilik › Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə xüsusi idarəetmə orqanları

Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.0. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması üçün işləri əlaqələndirməkdən ötrü, habelə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin müvafiq icra hakimiyyəti orqanları öz funksiyalarını lazımınca yerinə yetirmədikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə aşağıdakı xüsusi idarəetmə orqanları yaradıla bilər:

16.0.1. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanı;

16.0.2. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver