Qanunvericilik › Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Fövqəladə vəziyyət rejimini pozmuş şəxslərin inzibati qaydada tutulması qaydası

Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Fövqəladə vəziyyət rejiminin pozulması hallarında fövqəladə vəziyyət elan olunmuş ərazinin komendantı və ya xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri tərəfindən inzibati qaydada tutmaya aşağıda göstərilən müddət ərzində yol verilir:

24.1.1.xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olma hallarında - komendant saatı bitənədək;

24.1.2.üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olma hallarında - tutulanın şəxsiyyəti müəyyən edilənədək;

24.1.3.fövqəladə vəziyyət rejiminin pozulmasının digər hallarında - 3 saatadək müddətə.

24.2. İnzibati qaydada tutma barədə qərardan yuxan səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver