Qanunvericilik › Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın təsdiq edilməsi

Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Müvafiq icra hakimiyyəti orqanı fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt qəbul edildikdən sonra 24 saat müddətində onu Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

5.2. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt elan olunduqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları Milli Məclisin növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq dərhal Azərbaycan Respublikası Milli Məclisinin iclasına gəlməlidirlər.

5.3. Azərbaycan Respublikası Milli Məclisinin iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın qəbul edildiyi andan 48 saat ərzində onun təsdiqi məsələsinə növbədənkənar baxılır və Müvafiq qərar qəbul edilir.

5.4.Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı Milli Məclis deputatlarının 63 səs çoxluğu ilə qəbul edilir.

5.5.Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmədikdə, o, rəsmi qaydada elan edildiyi andan 48 saat keçdikdən sonra öz qüvvəsini itirir və bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulan qaydada müvafiq ərazinin əhalisinə bu barədə dərhal məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver