Qanunvericilik › “Gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 29.06.2026) › Tam mətn

“Gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 29.06.2026)

“Gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 29.06.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanının 2.5-ci və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

1.“Gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 01 iyul tarixli Q/06 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması Qaydaları” ləğv edilsin.

3. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

rəqəmsal inkişaf və nəqliyyat naziri

1.1. “Gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 18.2-ci maddəsinə, “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” 1965-ci il Konvensiyasının, “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq hazırlanmışdır və dövlət bayraq nəzarətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması qaydalarını müəyyən edir.

1.2. Gəmi heyəti üzvlərinin siyahısı, sərnişinlərin siyahısı, gəmi, radio və maşın jurnalları gəminin adının, gəmi sahibinin və ya gəmi mülkiyyətçisinin dəyişməsindən asılı olmayaraq gəmidə gəmi kapitanı və ya komandir heyət üzvü tərəfindən üç il müddətində saxlanılır və göstərilən müddət bitdikdən sonra gəminin sahibinə və (və ya) mülkiyyətçisinə saxlamaya verilir.

2.1. Gəmi heyəti üzvlərinin siyahısı bu Qaydaların 1 nömrəli Əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq gəmi kapitanı tərəfindən aparılır. Gəmi heyəti üzvlərinin siyahısı gəmi heyəti üzvlərinin sayını və tərkibini təsdiq edir.

2.2. Gəmi heyəti üzvlərinin siyahısına gəmi haqqında aşağıdakı məlumatlar daxil edilir:

2.2.2. gəminin Beynəlxalq Dəniz Təşkilatı nömrəsi;

2.2.3. gəminin çağırış siqnalı;

2.2.4. gəminin səfər nömrəsi;

2.2.5. gəminin giriş/çıxış limanının və ya dəniz əməliyyatları bazasının adı;

2.2.6. gəminin limana və ya dəniz əməliyyatları bazasına girişin/çıxışın tarixi;

2.2.7. gəminin milli mənsubiyyəti (bayraq dövləti);

2.2.8. gəminin tərk etdiyi son limanın və ya dəniz əməliyyatları bazasının adı.

2.3. Gəmi heyəti üzvlərinin siyahısına gəminin hər bir heyət üzvü haqqında aşağıdakı məlumatlar daxil edilir:

2.3.2. gəmidə tutduğu vəzifə;

2.3.3. vətəndaşlığı və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı;

2.3.4. doğulduğu yer və tarix;

2.3.6. dənizçinin şəxsiyyət sənədi, olmadığı təqdirdə şəxsiyyəti təsdiq edən müvafiq sənədi və ya sərhədkeçmə sənədi barədə məlumatlar (növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti);

2.4. Gəmi heyəti üzvlərinin siyahısına gəmi heyəti üzvlərindən başqa aşağıda qeyd edilən şəxslər barədə bu Qaydaların 2.3.1-2.3.5-ci yarımbəndlərində qeyd olunan məlumatlarla yanaşı şəxsiyyəti təsdiq edən müvafiq sənəd və ya sərhədkeçmə sənədi barədə məlumatlar (növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti) da daxil edilir:

2.4.1. təhsil müəssisələrinin və təlim-tədris mərkəzlərinin gəmiyə üzgüçülük təcrübəsi keçmək üçün göndərilmiş təhsilalanları;

2.4.2. sənaye işçiləri (gəmilərdə və ya ofşor qurğularda sənaye işlərini yerinə yetirmək məqsədilə gəmi ilə daşınan və ya gəmidə yerləşdirilən şəxslər).

2.5. Təhsil müəssisələrinin və təlim-tədris mərkəzlərinin gəmiyə üzgüçülük təcrübəsi keçmək üçün göndərilmiş təhsilalanları, eləcə də sənayə işçiləri gəmidə olarkən onların vəzifələri gəmi sahibi tərəfindən müəyyənləşdirilir.

2.6. Gəmi limanı və ya dəniz əməliyyatları bazasını tərk edərək səfərə çıxdıqda gəmi heyəti üzvlərinin siyahısı gəmi kapitanı tərəfindən tərtib olunaraq imzalanır və tarix göstərilməklə gəmi möhürü ilə təsdiqlənir.

2.7. Gəmi heyəti üzvlərinin siyahısı aydın, tam və düzgün doldurulmalıdır.

2.8. Gəmi heyəti üzvləri gəmi heyətindən çıxarıldıqda və ya gəmi heyətinə yeni üzv daxil olduqda, habelə bu Qaydaların 2.4.1-ci və 2.4.2-ci yarımbəndlərində göstərilən şəxslərin tərkibində və ya bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində göstərilən məlumatlarda dəyişiklik edildikdə gəmi heyəti üzvlərinin yeni siyahısı tərtib edilir. Yeni siyahı gəmi kapitanı tərəfindən tarix göstərilməklə imzalanır və gəmi möhürü ilə təsdiq edilir.

2.9. Liman kapitanı gəmi heyəti üzvlərinin siyahısının bu Qaydalara uyğun tərtib olunmasına, aparılmasına və aidiyyəti üzrə təqdim olunmasına nəzarət edir.

3.1. Gəmi sərnişinlərinin siyahısı bu Qaydaların 2 nömrəli Əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq gəmi kapitanı tərəfindən aparılır.

3.2. Gəmi sərnişinlərinin siyahısı gəminin limana və ya dəniz əməliyyatları bazasına giriş və çıxışı ilə bağlı sərnişinlərə və bu Qaydaların 3.4.1-ci və 3.4.2-ci yarımbəndlərində qeyd olunan şəxslərə aid məlumatları özündə əks etdirir.

3.3. Gəmi sərnişinlərinin siyahısına aşağıdakı məlumatlar daxil edilir:

3.3.1. bu Qaydaların 2.2.1-2.2.7-ci yarımbəndlərində göstərilən məlumatlar;

3.3.2. sərnişinlər haqqında bu Qaydaların 2.3.1-ci, 2.3.3-2.3.5-ci yarımbəndlərində göstərilən məlumatlar, habelə şəxsiyyət vəsiqəsi və ya sərhədkeçmə sənədi (növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti), vizanın (tələb olunduğu təqdirdə) seriya və nömrəsi, yaxud müvəqqəti və ya daimi yaşama icazəsinin (olduğu təqdirdə) seriya və nömrəsi, minmə/enmə limanı və ya dəniz əməliyyatları bazası, tranzit keçib-keçməməsi barədə məlumatlar.

3.4. Gəmi sərnişinlərinin siyahısına aşağıda qeyd edilən şəxslər barədə bu Qaydaların 3.3.2-ci yarımbəndində qeyd olunan məlumatlar da daxil edilir:

3.4.1. gəmi sahibinin səlahiyyətli nümayəndələri;

3.4.2. gəminin heyət üzvlərinin gəmidə olan ailə üzvləri (arvadı (əri), valideynləri və uşaqları).

3.5. Gəmi limanı və ya dəniz əməliyyatları bazasını tərk edərək səfərə çıxdıqda gəmi sərnişinlərinin siyahısı gəmi kapitanı tərəfindən tərtib olunaraq tarix göstərilməklə imzalanır və gəmi möhürü ilə təsdiqlənir.

3.6. Gəmi sərnişinlərinin siyahısı aydın, tam və düzgün doldurulmalıdır.

3.7.Gəmi sərnişinlərinin siyahısında qeyd olunan şəxslərin tərkibində və ya bu Qaydaların 2.2.1-2.2.7-ci yarımbəndlərində göstərilən məlumatlarda dəyişiklik edildikdə gəmi sərnişinlərinin yeni siyahısı tərtib edilir. Yeni siyahı gəmi kapitanı tərəfindən tarix göstərilməklə imzalanır və gəmi möhürü ilə təsdiq edilir.

3.8. Liman kapitanları gəmi sərnişinlərinin siyahısının bu Qaydalara uyğun tərtib olunmasına, aparılmasına və aidiyyəti üzrə təqdim olunmasına nəzarət edir.

4.1. Gəmi jurnalı bu Qaydaların 3 nömrəli Əlavəsi ilə müəyyən edilən formaya uyğun tərtib olunur.

4.2. Gəmi jurnalının səhifələri ardıcıl olaraq nömrələnməli, tikilməli, son səhifəsi gəmi kapitanı və liman kapitanı tərəfindən imzalanmalı və möhürlənməli, eləcə də jurnal bir il üçün nəzərdə tutulmalıdır. Jurnalın səhifələrinin cırılması və ya çıxarılması qadağandır.

4.3. Gəmi jurnalı gəmi kapitanı və ya kapitanın növbə köməkçisi tərəfindən aparılır.

4.4. Gəmi kapitanı gəmi jurnalında aparılan qeydlərin düzgünlüyünə nəzarət edir və hər səhifənin sonunda aparılmış qeydləri öz imzası və gəmi möhürü ilə təsdiq edir.

4.5. Gəmi jurnalında bütün yazılar aydın yazılmalıdır. Gəmi jurnalında dəyişiklik və əlavələr yalnız jurnalı aparan şəxs tərəfindən edilir. Gəmi jurnalına səhv və ya natamam qeyd daxil edildikdə, həmin yazı üzərindən xətt çəkilməklə, oxunaqlılığı qalmaq şərtilə düzəldilməli və düzəlişi edən şəxs tərəfindən imzalanmalı, həmçinin gəmi möhürü ilə təsdiq edilməlidir.

4.6. Gəmi jurnalında vaxt gəminin saatına uyğun olaraq dörd rəqəmli formatda (saat və dəqiqə) qeyd edilir.

4.7. Gəmi jurnalının üz hissəsində gəminin adı və gəmi jurnalının nömrəsi, başlama və bitmə tarixi qeyd olunur.

4.8. Gəmi jurnalında hər sutkanın qeydləri yeni vərəqdən başlayır.

4.9. Gəmi kapitanı və ya onun növbə köməkçisi gəmi jurnalına gəmi, gəmi sahibi, sərnişinlər və yük ilə bağlı əlavə qeydlər daxil edirlər.

4.10. Səhifənin başlıq hissəsində sutkanın başlanğıcında səfər nömrəsi, gəminin adı, tarix, həmçinin səfərin başlanğıc və təyinat limanlarının və dəniz əməliyyatları bazalarının adı qeyd olunur.

4.11. Gəmi jurnalında aşağıdakı qrafalar olmalıdır:

4.11.1. gəminin kursu (həqiqi kurs; girokompas kursu, maqnit kursu və idarəetmə kursu);

4.11.2.gəminin kursuna təsirlər (kompas sapması, maqnit fərqi və sürüşmə)

4.11.3. girokompas səhvi (hər səfərdə yoxlanılmalı və 1° dəqiqliklə qeyd edilməlidir);

4.11.4. küləyin istiqaməti və gücü;

4.11.5. dəniz səthinin vəziyyəti;

4.11.6. hava şəraiti (görmə məsafəsi və buludluluq);

4.11.7. atmosfer təzyiqi;

4.11.8. havanın temperaturu (quru və yaş termometr üzrə);

4.11.9. mühərrikin dövrlərinin sayı;

4.11.10. gəminin suya nisbətən sürəti;

4.11.11. hər sutka üzrə növbə çəkən heyət üzvlərinə dair məlumatlar:

4.11.11.1. növbə saatları (iki saatlıq fasilələrlə);

4.11.11.2. növbə matrosu və müşahidəçinin soyadı və adı.

4.11.12. anbarın döşəməaltı suları barədə məlumatlar:

4.11.12.1. anbarın nömrəsi;

4.11.12.2. sol və sağ bort tərəfdə döşəmə altı suların vəziyyəti.

4.11.13. sutka ərzində baş verən gündəlik hadisələr barədə məlumatlar;

4.11.14. çənlərin səviyyəsi (sol, orta və sağ çənlərin səviyyəsi);

4.11.15. kapitanın gecə əmrləri.

4.12. Gəmi jurnalında “Hadisələr” qrafasında aşağıdakı məlumatlar qeyd olunur:

4.12.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsi zamanı – dəniz bələdçisinin gəmiyə minmə və gəmidən enmə vaxtı, soyadı, adı və ata adı;

4.12.2. gəminin lövbərdə dayanması zamanı – lövbər salınan yerin koordinatları, dayanmanın səbəbi, lövbər zəncirinin buraxılmış uzunluğu, dənizin ölçülmüş dərinliyi, həmçinin bütün mühərriklərin hazırlıq vəziyyəti;

4.12.3. liman körpüsünə yanaşma zamanı — körpünün adı və nömrəsi, yanaşma tərəfi, lövbərin atılıb-atılmaması faktı, gəminin burun və arxa hissədən suya oturumu;

4.12.4. gəminin Gəmi hərəkətinin idarəetmə xidmətinin ərazisinə daxil olması zamanı – Gəmi hərəkətinin idarəetmə xidmətinin ərazisinə daxil olmaq üçün icazənin alınması, əraziyə daxilolma və ərazidən çıxış vaxtı, Gəmi hərəkətinin idarəetmə xidməti tərəfindən göstərilən naviqasiya xidmətinin növü, onun başlama və bitmə vaxtı, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin gəmilərin hərəkətini idarə edən operatorundan alınan məlumatlar;

4.12.5. fırtınalı hava şəraitində üzmə zamanı – maksimal yellənmə bucağı və dövrü, yükün təhlükəsizliyinin təmin olunması üzrə görülmüş tədbirlər, göyərtənin su ilə örtülməsi və dalğaların zərbələri (əgər baş veribsə);

4.12.6. gəmidə uşaq doğulduqda — valideynlərinin adı, soyadı, uşağın cinsi, doğum tarixi və saatı.

4.12.7. gəmidə ölüm halı olduqda — ölən şəxsin soyadı, adı, atasının adı, ölüm səbəbi, şəxsin vəfat etdiyi və ya meyitin aşkarlandığı tarix və vaxt, meyitin kimə və nə vaxt təhvil verildiyi;

4.12.8. gəmidə bədbəxt hadisə baş verdikdə — hadisənin təsviri, səbəbləri və başvermə şəraiti;

4.12.9. gəmidən kənarda bədbəxt hadisə vəziyyətində olan şəxslərə yardım göstərildikdə — yardımın göstərilmə səbəbləri və şəraiti, yardım göstərilən şəxslərin adı, soyadı və ata adı;

4.12.10. gəmidən kənarda bədbəxt hadisə baş verən şəxslərə yardım göstərilmədikdə — yardımın göstərilməməsinin səbəbləri və şəraiti;

4.12.11. gəmidə vəsiyyətin təsdiqi hallarında — vəsiyyət tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəsiyyətin tərtib edilmə tarixi;

4.12.12. gəminin səfərə çıxışı zamanı – heyət üzvlərinin və sərnişinlərin sayı, yanacaq və su ehtiyatı, gəminin burun və quyruq oturması, yükün miqdarı və növü, sükan qurğusunun işlək vəziyyəti və ümumi səfərə hazır olma göstəriciləri;

4.12.13. gəminin idarəetməsinin təhvil verilməsi zamanı – idarəetmənin təhvil verilməsi və qəbul edilməsi faktı və tarixi, idarəetməni qəbul edən kapitanın (və ya məsul şəxsin) soyadı, adı və atasının adı göstərilir. Qeyd təhvil verən və təhvil alan tərəfin imzası ilə təsdiqlənir.

4.13. Liman kapitanı gəmi jurnalının bu Qaydalara uyğun tərtib olunmasına və aparılmasına nəzarət edir.

5.1. Radioavadanlıqla təchiz olunmuş gəmilərdə radiojurnal bu Qaydaların 4 nömrəli Əlavəsi ilə müəyyən edilən formaya uyğun Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (bundan sonra – QDFƏRS) operatoru sertifikatına (diplomuna) malik heyət üzvü tərəfindən aparılır.

5.2. Gəmi kapitanı radiojurnalın gündəlik aparılmasına nəzarət edir və onu hər günün sonunda imzası və gəmi möhürü ilə təsdiq edir.

5.3. Radiojurnalın səhifələri ardıcıl olaraq nömrələnməli, tikilməli son səhifəsi gəmi kapitanı və liman kapitanı tərəfindən imzalanmalı və möhürlənməli, eləcə də jurnal 1 (bir) il üçün nəzərdə tutulmalıdır. Jurnal səhifələrinin cırılması və çıxırarılması qadağandır.

5.4. Radiojurnalın bütün yazıları aydın yazılmalıdır. Radiojurnalda dəyişiklik və əlavələr yalnız jurnalı aparan şəxs tərəfindən edilir. Radiojurnalda səhv və ya natamam qeyd daxil edildikdə, həmin yazı üzərindən xətt çəkilməklə, oxunaqlılığı qalmaq şərtilə düzəldilməli və düzəlişi edən şəxs tərəfindən imzalanmalı, həmçinin gəmi möhürü ilə təsdiq edilməlidir.

5.5. Radiojurnalın üz hissəsində gəminin adı, jurnalın nömrəsi, başlanma və bitmə tarixləri qeyd olunur.

5.6. Radiojurnal aşağıdakı bölmələrdən ibarət olmalıdır:

5.6.1. 1-ci bölmə - gəmi və radioavadanlıqlar haqqında ümumi məlumat;

5.6.2. 2-ci bölmə - radiooperatorlar və onların funksional vəzifələri barədə məlumat;;

5.6.3. 3-cü bölmə- gündəlik qeydlər.

5.7. Radiojurnalda gündəlik qeydlər iki nüsxədə (əsli və surəti) aparılır.

5.8. Radiojurnalda gündəlik olaraq aşağıdakı məlumatlar qeydə alınmalıdır:

5.8.1. əlaqələndirici şəxs ilə rabitə saxlama vaxtı (vaxt dörd rəqəmli ədədlə, dəqiqlik dərəcəsi – bir dəqiqə olmaqla yazılır);

5.8.2. rabitə əlaqəsi qurulan stansiya və rabitəni başlayan stansiya;.

5.8.3. radio operatorun qeydləri;

5.8.4. istifadə olunan tezlik, kanal və ya peyk.

5.9. Liman kapitanı gəmidə radiojurnalın bu Qaydalara uyğun tərtib olunmasına və aparılmasına nəzarət edir.

6.1. Gəmidə maşın jurnalı bu Qaydaların 5 nömrəli Əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq növbə mexaniki tərəfindən aparılır.

6.2. Maşın jurnalının səhifələri ardıcıl olaraq nömrələnməli, tikilməli son səhifəsi gəmi kapitanı və liman kapitanı tərəfindən imzalanmalı, möhürlənməli, eləcə də jurnal bir il üçün nəzərdə tutulmalıdır. Səhifələrin cırılması və ya çıxarılması qadağandır.

6.3. Baş mexanik maşın jurnalında aparılan qeydləri yoxlayır və öz imzası ilə onların düzgünlüyünü təsdiq edir. Gəmi kapitanı tərəfindən qeydlərin aparılmasına ümumi nəzarət həyata keçirilir və onun tərəfindən imzalanmaqla gəmi möhürü ilə təsdiq olunur.

6.4. Maşın jurnalında bütün yazılar aydın yazılmalıdır. Maşın jurnalına səhv və ya natamam qeyd daxil edildikdə, həmin yazı üzərindən xətt çəkilməklə, oxunaqlılığı qalmaq şərtilə düzəldilməli və düzəlişi edən şəxs tərəfindən imzalanmalı, həmçinin gəmi möhürü ilə təsdiq edilməlidir.

6.5. Maşın jurnalının üz vərəqində gəminin adı, maşın jurnalının nömrəsi, başlama və bitmə tarixi qeyd olunur.

6.6. Maşın jurnalında hər sutkanın qeydləri yeni səhifədən başlayır.

6.7. Səhifənin başlıq hissəsində sutkanın başlanğıcında gəminin adı, səfərin başlanğıc və təyinat limanlarının və ya dəniz əməliyyatları bazalarının adı, tarix (gün, ay, il), həftənin günü, səhifə nömrəsi, həmçinin səfər nömrəsi qeyd olunur.

6.8. Maşın jurnalında aşağıdakı məlumatlar qeyd olunur:

6.8.1. növbə qrafiki (hər 4 saatlıq növbələr üzrə saat intervalları);

6.8.2. növbədə olan gəmi heyəti üzvünün adı və soyadı;

6.8.3. təzyiq və temperatur məlumatları, sol və sağ baş mühərrik və digər hər bir mühərrik üzrə vəziyyət;

6.8.4. gəminin əsas və köməkçi qurğularının işləmə saatları. İşləmə saatları hər gün üzrə aşağıdakı üç göstərici əsasında yazılır:

6.8.4.1. dünəndən qalan;

6.8.5. yanacaq və yağ separatorlarının gündəlik işləmə və təmizləmə saatları;

6.8.6. yanacaq, yağlar və su ehtiyatlarının gündəlik sərfiyyatı və qalıq miqdarı.

6.8.7. maşın jurnalında sağ və sol baş mühərriklərə məxsus alt çəndə maye səviyyəsi ölçülməli və gündəlik qeyd olunmalıdır.

6.8.8. mühərrik bölməsindəki daxili hava temperaturu və barometrik təzyiq göstəriciləri.

6.8.9. maşın jurnalında gəmidə yerləşən çənlərinin səviyyələri gündəlik əsasda ölçülməli və qeyd edilməlidir. Çən səviyyələrinin ölçülməsi aşağıdakı mayeləri əhatə edir:

6.8.9.2. mühərriklərin soyuducu suyu;

6.8.9.4. yağlama yağı.

6.8.10. gəmidə istifadə olunan soyutma sisteminin texniki göstəriciləri gündəlik əsasda ölçülməli və maşın jurnalında müəyyən edilmiş vaxt intervallarında qeyd olunmalıdır. Məlumatlar aşağıdaki göstəricilər üzrə qeyd olunur:

6.8.10.1. işləmə saatları;

6.8.10.2. temperatur göstəriciləri;

6.8.10.3. karbon qaz təzyiqi.

6.9. Liman kapitanı gəmidə maşın jurnalarının bu Qaydalara uyğun tərtib olunmasına və aparılmasına nəzarət edir.

2.Giriş/çıxış limanı və ya dəniz əməliyyatları bazası

Port/base of arrival/departure

3. Limana və ya dəniz əməliyyatları bazasına girişin/çıxışın tarixi

Date of arrival/departure

4. Milli mənsubiyyəti (bayraq dövləti)

5. Tərk edilmiş son limanın/dəniz əməliyyatları bazasının adı

Last port/base of call

9. Gəmidə tutduğu vəzifə

10. Vətəndaşlığı və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı

Nationality or country of permanent residence

14. Dənizçinin şəxsiyyət sənədi, şəxsiyyəti təsdiq edən müvafiq sənədin və ya sərhədkeçmə sənədinin növü

Nature of the Seafarer's Identity Document, relevant identity document, or other travel document

15. Dənizçinin şəxsiyyət sənədinin, şəxsiyyəti təsdiq edən müvafiq sənədin və ya sərhədkeçmə sənədinin seriya və nömrəsi

Series and number of the Seafarer's Identity Document, relevant identity document, or other travel document

16. Dənizçinin şəxsiyyət sənədini, şəxsiyyəti təsdiq edən müvafiq sənədi və ya sərhədkeçmə sənədini verən dövlət

Issuing State of the Seafarer's Identity Document, relevant identity document, or other travel document

17. Dənizçinin şəxsiyyət sənədinin, şəxsiyyəti təsdiq edən müvafiq sənədin və ya sərhədkeçmə sənədinin etibarlılıq müddəti

Expiry date of the Seafarer's Identity Document, relevant identity document, or other travel document

18. Tarix və gəmi kapitanın imzası Gəmi möhürü

Date and signature by master Ship`s steal

2. Giriş/çıxış limanı və ya dəniz əməliyyatları bazası

Port/base of arrival/departure

3. Limana və ya dəniz əməliyyatları bazasına girişin/çıxışın tarixi

Date of arrival/departure

4. Milli mənsubiyyəti (bayraq dövləti)

7. Vətəndaşlığı və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı

Nationality or country of permanent residence

11. Şəxsiyyət vəsiqəsi və ya sərhədkeçmə sənədinin növü

Type of ID or travel document

12. Şəxsiyyət vəsiqəsi və ya sərhədkeçmə sənədinin seriya və nömrəsi

Serias and number of ID or travel document

13. Şəxsiyyət vəsiqəsi və ya sərhədkeçmə sənədini veən dövlət

Issuing State of ID or travel document

14. Şəxsiyyət vəsiqəsi və ya sərhədkeçmə sənədinin etibarlılıq müddəti

Expiry date of ID or travel document

15.Minmə limanı/dəniz əməliyyatları bazası

Port/base of embarkation

16.Vizanın (tələb olunduğu təqdirdə) seriya və nömrəsi yaxud müvəqqəti və ya daimi yaşama icazəsinin (olduğu təqdirdə)seriya və nömrəsi

Visa series and number (if required) or temporary/permanent residence permit (if applicable) series and number

17.Enmə limanı/dəniz əməliyyatları bazası

Port/base of disembarkation

18. Tranzit keçib-keçməməsi

19. Tarix və gəmi kapitanın imzası Gəmi möhürü

Date and signature by master Ship`s seal

Səfər No: ________ Gəminin Adı: _______ Tarix ( gün, ay, il):_______________________

Voyage No Name of vessel Date(day,month,year)

Anbarın döşəməaltı sular

_________________ limanından _____________________limanına qədər

Əlavə qeydər (gəmi, gəmi sahibi, sərnişinlər və yük ilə bağlı) Additional remarks (regarding the ship, shipowner, passengers and cargo): - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Gəmi kapitanının imzası Gəmi möhürü

Signature by master Ship`s steal

Bölmə 1: Gəmi və radioavadanlıqlar haqqında məlumatlar

Section 1: Vessel and radio equipment details

Gəmini adı_____________________

Dəniz səyyar xidmətinin identifikasiya nömrəsi ___________________________

Beynalxalq Dəniz Təşkilatin nömrəsi_______________________

Beynəlxalq çağırış siqnalı ___________________________

International callsign

Ümumi tutumu_________________

Radioəlaqə avadanlıqlara texniki xidmət üsulları_____________

Radio maintenance facility

Bölmə 2: Radiooperatorlar və onların funksional vəzifələri barədə məlumatlar

Section 2: Radio operators and their functional duties

Fövqəladə hallar üzrə məsul şəxs

Emergency Designated Person

Bölmə 3: Gündəlik qeydlər

Section 3: Daily records

Gəmi kapitanının imzası Tarix Gəmi möhürü

Signature by master Date Ship`s steal

Tarix/ Date:……………… Səhifə №/ Page№

Gün/ Day:…………….. Səfər №/ Voyage №

_________________________ _______________________ ____________________

Gəminin adı/name of the ship dan/ from ə/ to

Remaining from yesterday

Baş mexanikin adı, soyadı və imzası

Chief engineer officer firstname, lastname and signature

Gəmi kapitanının adı, soyadı və imzası Gəmi möhürü

Master firstname, lastname and signature Ship`s steal

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver