Qanunvericilik › Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Geodeziya və kartoqrafiya fəaliyyəti növləri

Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Geodeziya və kartoqrafiya fəaliyyəti əhəmiyyətindən asılı olaraq dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərindən ibarətdir.

Təsvirində və ya məzmununda dövlət sirrinə aid məlumatlar olan, ölkənin müdafiəsi, təhlükəsizliyi və strateji maraqları ilə bağlı geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti növləri dövlət əhəmiyyətli işlər hesab edilir.

İqtisadiyyatın müxtəlif sahələri üzrə hüquqi və fiziki şəxslərin sifarişi ilə yerinə yetirilən elmi-texniki, mühəndis-axtarış və digər qeyri-məxfi geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti növləri xüsusi (sahəvi) təyinatlı işlər hesab edilir.

Dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işləri hazırlanan materialların və məlumatların məzmununa, miqyasına və dəqiqliyinə görə xüsusi əhəmiyyətli, tam məxfi,xidməti istifadə və qeyri-məxfi olur.

Dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işləri müvafiq qaydada təsdiq edilmiş təlimatlar əsasında yerinə yetirilir, istifadə olunur və saxlanılır.

Dövlət əhəmiyyətli geodeziya, topoqrafiya və kartoqrafiya işlərini öz səlahiyyətləri daxilində yalnız müvafiq icra hakimiyyəti orqanları həyata keçirə bilərlər.

Xüsusi (sahəvi) təyinatlı qeyri-məxfi geodeziya, topoqrafiya və kartoqrafiya işləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada geodeziya və kartoqrafiya fəaliyyətinə icazə verilmiş hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.

Dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya fəaliyyətinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver