Qanunvericilik › Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Geodeziya, kartoqrafiya və kadastr materialları və məlumatları üzərində mülkiyyət hüquqlarının mühafizəsi

Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət sifarişi hesabına hazırlanmış geodeziya, kartoqrafiya və kadastr materialları, məlumatları, geodeziya — istinad məntəqələri, habelə Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondu Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.

Hüquqi və fiziki şəxslərin sifarişi ilə hazırlanmış geodeziya, kartoqrafiya və kadastr materialları və məlumatları həmin şəxslərin mülkiyyətidir.

Geodeziya, kartoqrafiya və kadastr materialları və məlumatları üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver