Qanunvericilik › Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.09.1998) › Tam mətn

Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.09.1998)

Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.09.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 29 sentyabr 1998-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1.1. Bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmış və geoloji və geoekoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən geoloji ayırma Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə yerin təki sahələrinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iştirakı ilə) tərəfindən verilir, geoloji və geoekoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə şamil edilir.

1.3. Eyni geoloji ayırmanın sərhədləri daxilində yer təkinin geoloji cəhətdən öyrənilməsi üzrə bir tipli və yaxud müxtəlif məqsədli xüsusi razılıq və ya icazə əsasında işlər aparıla bilər. Bu halda, eyni geoloji ayırmanın sərhədləri daxilində fəaliyyət göstərən xüsusi razılıq sahiblərinin qarşılıqlı münasibətləri xüsusi razılıq verildikdə müəyyənləşdirilir.

1.4. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik) geoloji ayırma verilən yer təki sahələrinin ölçülərini və sahələrin sayını müəyyənləşdirir.

1.5. Əgər yerin təkinin geoloji cəhətdən öyrənilməsi prosesində aşkar edilmiş faydalı qazıntı yatağı verilmiş geoloji ayırmanın hüdudlarından kənara çıxarsa və həmin sahə üçün başqa şəxsə xüsusi razılıq və ya icazə verilməyibsə, xüsusi razılıq sahibinin ərizəsi əsasında geoloji ayırmanın sərhədləri yatağı tam əhatə etməklə artırıla bilər və bu barədə xüsusi razılıqda onu verən orqan tərəfindən müvafiq əlavə edilir.

1.6. Xüsusi mühafizə edilən ərazilərdə yer təkinin geoloji cəhətdən öyrənilməsinə geoloji ayırma bu ərazilərin statusuna və müvafiq qanunvericiliyə uyğun olaraq verilir.

1.7. Yer təki istifadəçiləri onlara verilən geoloji ayırmanı daimi və yaxud da müvəqqəti istifadə üçün digər hüquqi və ya fiziki şəxsə verə bilməzlər.

2. Geolojİ ayırmanın verİlməsİ qaydası

2.1. Geoloji ayırma — yer təkinin geoloji cəhətdən öyrənilməsi məqsədi ilə verilən yer təki sahələrinin hüdudlarını müəyyənləşdirən sənəddir (geoloji ayırmanın nümunəsi əlavə olunur).

2.2. Geoloji ayırma almaq üçün (bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) hüquqi və ya fiziki şəxslər Agentliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

2.2.1. Geoloji ayırma almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

Hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

Fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxslərin təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

2.2.2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahəsində aparılacaq işlərin dövlət qeydiyyatına alınması üçün 3 qk nömrəli forma;

2.2.3. Geoloji və geoekoloji öyrənilmə məqsədilə istifadə üçün ayrılacaq yer təki sahəsinin planı. Geoloji ayırma statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Planda görüləcək işlərin təyinatı və miqyasından asılı olaraq meşə və kənd təsərrüfatı sahələrinin sərhədləri, yaşayış məntəqələri, bina və qurğular, eləcə də tələb olunan geoloji ayırmanın sərhədləri göstərilməlidir.

2.2-1. Geoloji ayırma almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.3. Geoloji ayırma almaq üçün (bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) təqdim olunan ərizə və sənədlər Agentlik tərəfindən qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda 10 gün müddətində geoloji ayırma verilir. Geoloji ayırmanın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir.

2.4. Geoloji ayırmanın verilməsindən aşağıdakı əsaslar olduqda imtina edilir:

Aparılacaq işlərin tam və yaxud qismən təkrarlanmasına yol verildikdə;

Təqdim olunan sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə.

2.5. Geoloji ayırmada aşağıdakılar göstərilir:

2.5.1. Hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı, atasının adı;

2.5.2. Geoloji ayırma tələb olunan ərazinin inzibati mövqeyi, adı, sahənin künc nöqtələrinin nömrələri və koordinatları, ölçüsü, razılaşdırılmış ərazidən çıxarılan sahələrin siyahısı və ölçüləri.

2.6. Geoloji ayırmanın müddəti yer təkinin geoloji cəhətdən öyrənilməsi üçün verilən xüsusi razılığın və ya icazənin müddəti ilə məhdudlaşır.

DÖVLƏT MİNERAL XAMMAL EHTİYATLARINDAN İSTİFADƏ AGENTLİYİ

Verilir ________________________________________________________________

(hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı, atasının adı)

______________________________________________________________________

(ərazinin inzibati mövqeyi)

Əlavə olunan topoqrafik planda künc nöqtələrinin koordinatları ilə işarələnmiş

______________________________________________________________________

(sahənin künc nöqtələrinin nömrələri və koordinatları)

və ___________________________________________________________________

(razılaşdırılmış ərazidən çıxarılan sahələrin siyahısı)

sahələr istisna olunmaqla, razılaşdırılmış ərazidə

______________________________________________________________________

(ərazinin, sahənin adı)

yerin təkindən istifadə üçün.

Geoloji ayırma sahənin proyeksiyası yer səthinin planında _________ hektardır.

№ __________ “___” ___________ 199__ -ci il.

Dövlət Mineral Xammal Ehtiyatlarından

İstifadə Agentliyinin İdarə Heyətinin sədri __________________________

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092)

13 sentyabr 2021-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1061)

15 aprel 2022-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 408)

22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver