Qanunvericilik › “Gömrük bəyannamələri haqqında məlumatın verilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə (Dövlət Gömrük Komitəsi, 07.04.2017) › Tam mətn

“Gömrük bəyannamələri haqqında məlumatın verilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə (Dövlət Gömrük Komitəsi, 07.04.2017)

“Gömrük bəyannamələri haqqında məlumatın verilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə (Dövlət Gömrük Komitəsi, 07.04.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN KOLLEGİYASININ QƏRARI

“Gömrük bəyannamələri haqqında məlumatın verilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.3-cü və 5.11.1-ci yarımbəndlərinə əsasən

1. “Gömrük bəyannamələri haqqında məlumatın verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi (Sənan Muxtarov) qeyd olunan inzibati reqlamentin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 7 aprel 2017-ci il tarixli, 100/02/002 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı:

Gömrük Bəyannamələri (bundan sonra – Bəyannamə) haqqında məlumatın verilməsi.

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət vasitəsilə müvəkkil banklar və digər aidiyyəti təşkilatlar bəyannaməsinin VÖIN-ini və gömrük bəyannaməsinin qeydiyyat nömrəsini daxil etməklə gömrük bəyannaməsini elektron formada əldə edə bilirlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 37-ci maddəsi;

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.12-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə).

1.5. Elektron xidmətin digər icraçıları:

Xidmət yalnız Komitə tərəfindən həyata keçirilir.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Müvəkkil banklar və digər aidiyyəti təşkilatlar onlara təqdim olunan bəyannamələrin düzgünlüyünə əmin olmaq üçün gömrük orqanları tərəfindən rəsmiləşdirilmiş gömrük bəyannamələrini elektron formada ala bilirlər.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri:

Müvəkkil banklar və digər aidiyyəti təşkilatlar.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.4.1. http://www.e-gov.az

2.4.2. http://dgk.gov.az/az/e-xidnew.html

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. elektron ünvan: http://www.customs.gov.az

2.5.2. Elektron poçt: office@ customs.gov.az

2.5.3. Telefon: (+99412) 404-22-00

2.5.4. Çağrı Mərkəzi: “195(6)”

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Xidmətdən istifadə üçün müvəkkil banklar və digər aidiyyəti təşkilatlar əvvəlcədən elektron və ya yazılı formada (məktubla) Komitəyə müraciət təqdim etməlidirlər. Müraciətdə xidmətdən istifadə edəcək əməkdaşların elektron imza kartlarının nömrəsi və şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əks olunmalıdır.

3.1. Xidmət istifadəçilər üçün daim açıqdır. İnteraktiv xidmətin istifadəçilərinin gücləndirilmiş elektron imzası olmalıdır.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması:

İstifadəçilər elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq (reqlamentin 2.4-cü bəndi) bəyannamənin sorğu nömrəsini və bəyannaməçinin VÖİN-ini müvafiq hissələrə daxil edirlər.

3.2.2. Sorğunun qəbulu:

İstifadəçi tərəfindən bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş əməliyyatlar düzgün aparılaraq daxil edildikdə sorğu qəbul olunur və istifadəçi müraciətin icra vəziyyəti barədə məlumat əldə edir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

İstifadəçi, tələb olunan məlumatları daxil etmədikdə və ya səhv daxil etdikdə sorğu qəbul olunmur.

3.3.2. Sorğunun qəbulu:

İstifadəçi tərəfindən müvafiq məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

İstifadəçilər elektron xidmət vasitəsilə gömrük orqanları tərəfindən rəsmiləşdirilmiş elektron gömrük bəyannamələrinə baxa bilirlər.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması

Xidmətin yerinə yetirilməsinə nəzarət informasiya sistemi vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Xidmətin göstərilməsi üçün edilən elektron müraciətlərin uçotu və göstərilən xidmətin nəticəsinin qeydiyyatı aparılır.

3.5.2. Nəzarət qaydası.

Elektron xidmətin göstərilməsinə nəzarət Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi tərəfindən həyata keçirilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

1. 21 noyabr 2017-ci il tarixli 100/05/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711215001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 dekabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver