“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 oktyabr 2012-ci il
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 22.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.
1.2. Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Gömrük Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) tərəfindən həyata keçirilir.
1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük brokeri fəaliyyətini həyata keçirən hüquqi şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil edilirlər.
1.4. Gömrük brokerlərinin dövlət reyestrinin aparılması kağız üzərində yazılı və elektron formada həyata keçirilir.
1.5. Komitə gömrük brokerlərinin dövlət reyestrinə daxil edilmiş gömrük brokerlərinin adları haqqında məlumatları öz mətbu orqanında nəşr edir, rəsmi internet saytında yerləşdirir və eyni zamanda, dövlət reyestrində olan dəyişikliklər barədə yeniləşdirilmiş məlumatların üç ayda bir dəfədən az olmayaraq, Komitənin rəsmi internet saytında yerləşdirilməsini təmin edir.
Gömrük brokerlərinin dövlət reyestrinə daxil edilən məlumatlar bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilir.
Gömrük brokeri yenidən təşkil edildikdə, adı və ya hüquqi ünvanı dəyişdikdə, dövlət reyestrində müvafiq dəyişikliklər edilir.
4.1. Gömrük brokerinin fəaliyyəti dayandırıldıqda və ya fəaliyyətinə xitam verildikdə, gömrük brokeri dövlət reyestrindən çıxarılır.
4.2. Fəaliyyəti dayandırılmış gömrük brokerinin fəaliyyəti yenidən bərpa edildikdə, gömrük brokeri yenidən dövlət reyestrinə daxil edilir.
1. 01 may 2015-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 643)
2. 28 oktyabr 2016-cı il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 noyabr 2016-cı il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1742)
3. 26 fevral 2022-ci il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 188)
4. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)